Bakıda qızını namus üstündə öldürən şəxsin məhkəməsi qapalı keçirilib .....                     Fevralın 24-də gözlənilən hava şəraiti .....                     ABŞ qoşunlarının Suriyadan çıxarılması hakimiyyətdə boşluq yaratmamalıdır .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə əlavə və dəyişiklik edilib .....                     Nəhəng layihənin son addımları atılır .....                     İlham Əliyev .....                     Azərbaycanda “İşsizin DOSTu” proqramına verilən kvotaların sayı artırılacaq .....                     Əri icra başçısının müavini olan direktordan nazirə ŞİKAYƏT .....                     Türkiyə Dardanel boğazını yenə bağladı, .....                     ABŞ hərbi təyyarəsi Rusiya üzərindən kəşfiyyat apardı .....                     7 sığorta şirkəti geriləyib .....                     İranda yarışda Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etirazım Vətənə sevgimdən irəli gəlib .....                     "Standart İnsurance"dan növbəti fırıldaq .....                     Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı .....                     Azərbaycan nefti cüzi ucuzlaşıb .....                     “Evdən çıxanda dedi ki...” .....                     Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? .....                     “Sipark İnşaat” alimləri süründürür .....                     Sülh prosesi təzədən dalana girir .....                     Azərbaycan konfetləri Ermənistanda SATILIR .....                     Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb .....                     Neftin qiyməti bahalaşıb .....                     ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər .....                     "Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" .....                     “Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular” .....                     İrandakı bahalıq Bakıda da dükanları “vurdu” .....                     “Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” .....                     Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü .....                     “Sərham” MMC nədən narazılığa səbəb olur? .....                     İranda Azərbaycan dilində qəzet nəşr olunacaq .....                     "Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..." .....                     Paşinyan ABŞ-ın planına zərbə vurdu .....                     Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri .....                     ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır .....                     “Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” .....                     Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb .....                     Paşinyanın “iki stul” siyasəti fiasko oldu .....                     Laçında təhsil sistemi necə çökdürüldü... .....                     "Heç zaman fərqli olmaqdan çəkinməmişəm" .....                     “Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” .....                 

"Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır" - DİN-in tədbirindən
Tarix: 20-07-2018, 17:59 | Çap et
"Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır"
DİA.AZ: - 2018-ci il iyul ayının 20-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

DİA.AZ-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, iclasda Belarus, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan, Özbəkistan respublikalarının, Türkmənistan və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin, MDB-nin İcraiyyə Komitəsinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi üzrə Büronun, Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpolun, BMT-nin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya regional qurumunun rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.

Qonaqlar əvvəlcə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər qoyulub.

Nümayəndə heyətlərinin rəhbərlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qəbul edib. Birinci vitse-prezident respublikanın ictimai-siyasi həyatının müxtəlif sahələrində aparılan islahatları və əldə olunmuş nailiyyətləri qonaqların diqqətinə çatdırıb, həmçinin Şuranın işini yüksək qiymətləndirərək fəaliyyətində uğurlar arzulayıb.

Həmin gün MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, Tacikistan Respublikasının daxili işlər naziri, milis general-polkovniki Ramazon Raximzoda bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə məlumat verib.

MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq Şuraya sədrlik Azərbaycan Respublikasınnın daxili işlər nazirinə həvalə olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Başçısının iclasın iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. O, Şuranın üzv dövlətlərin ərazisində cinayətkarlığa qarşı mübarizədə davamlı səylərini, əldə etdiyi müsbət nəticələri, eyni zamanda hər bir ölkənin təhlükəsizliyi baxımından böyük və əhəmiyyətli işini xüsusi vurğulayaraq fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

Şuraya sədrlik edən Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun yaranmasının 25 illiyinin tamam olacağını diqqətə çatdıraraq bu yubiley münasibətilə həmin qurumun rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.

Şuranın iclasında MDB-nin İcraiyyə Komitəsinin Departament direktoru, general-leytenant Albert Drujinin, İnterpolun Baş katibi Yurgen Ştok çıxış ediblər.

İclasın gündəliyində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icrasının, terrorçu qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərlə bağlı məlumat mübadiləsinin vəziyyəti, üzv dövlətlərin ərazisində kibercinayətlərin qarşısının alınmasında razılaşdırılmış hərəkət mexanizmləri, bu sahə üzrə ixtisaslı kadrların hazırlanması, elmi-praktik konfransların keçirilməsi və digər aktual məsələlər olub.

Bu istiqamətlər üzrə öz çıxışında ölkəmizin mövqeyini ifadə edən nazir Ramil Usubov cinayətkarlıqla mübarizənin aktual problemlərinə dair mütəmadi keçirilən belə görüşlərin müasir çağırış və təhdidlərin qarşısının alınmasında mühüm rolunu vurğulayıb. Respublikadakı kriminogen durum, həyata keçirilən tədbirlər barədə də iştirakçılara məlumat verib və bildirib ki, cinayətkarlığın qarşısının alınması və açılması işinin effektiv təşkili, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmini ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edir. Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır.

Nümayəndə heyətlərinin rəhbərləri gündəlikdəki məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, üzv dövlətlərin Daxili İşlər nazirliklərinin səmərəli əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq hər il ictimai rezonans doğuran yüzlərlə cinayət açılır, transsərhəd kriminal birliklər, o cümlədən ekstremist yönümlü cinayətkar qrup və dəstələr zərərsizləşdirilir, onlarla təhlükəli cinayətkar tutularaq ekstradisiya olunur. Bu istiqamətlərdə birgə razılaşdırılmış fəaliyyətin təşkilində və həyata keçirilməsində isə cinayətkarlıqla mübarizəyə, narkotiklərin qanunsuz dövriyyəsinə, terrorçuluq və ekstremizmin digər zorakı təzahürlərinə, qeyri-qanuni miqrasiyaya, insan alverinə qarşı dövlətlərarası proqramlar xüsusi yer tutur.

Dostluq və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə qərarlar qəbul edilib, eləcə də Şuranın növbəti iclasının gələn il Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilməsi təsdiqlənib.

Daha sonra iclas iştirakçılarının “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmasına dair Azərbaycan Respublikası daxili işlər nazirinin əmri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları təqdim edib.

İştirakçılar Şuranın iclasının işinə verdiyi ali qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, habelə tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda keçirilən mətbuat konfransında nümayəndə heyətlərinin rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qızını namus üstündə öldürən şəxsin məhkəməsi qapalı keçirilib
Dünən, 13:01
Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb
Dünən, 12:54
ABŞ qoşunlarının Suriyadan çıxarılması hakimiyyətdə boşluq yaratmamalıdır - Hulusi Akar
Dünən, 12:51
Ruhəngiz Musəvini boşayıb, bu məşhurla evləndi
Dünən, 12:49
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə əlavə və dəyişiklik edilib
Dünən, 12:47
Nəhəng layihənin son addımları atılır - TƏHLİL
Dünən, 12:33
İlham Əliyev fərman imzaladı
Dünən, 12:31
İlhamə Quliyevanın oğlunun adı keçən dələduzluq işində apellyasiya şikayəti verilib
Dünən, 12:23
Azərbaycanda “İşsizin DOSTu” proqramına verilən kvotaların sayı artırılacaq
Dünən, 12:21
Əri icra başçısının müavini olan direktordan nazirə ŞİKAYƏT - Məktəbi "skype"la idarə edirmiş
Dünən, 12:11
Türkiyə Dardanel boğazını yenə bağladı, bu dəfə başqa SƏBƏB
Dünən, 12:10
ABŞ hərbi təyyarəsi Rusiya üzərindən kəşfiyyat apardı
Dünən, 12:07
“Heç kim mənə qadağa qoya bilməz” - Xatirədən sərt sözlər
Dünən, 12:02
“Brilliant məndən 13 yaş böyükdür” - Faiq Ağayev
Dünən, 11:51
7 sığorta şirkəti geriləyib - FOTO
Dünən, 11:48
İranda yarışda Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etirazım Vətənə sevgimdən irəli gəlib - Zəhra Salmanlı
Dünən, 11:42
"Standart İnsurance"dan növbəti fırıldaq - Kameraya əl salla, məşhur oldun
Dünən, 11:40
Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı
Dünən, 11:37
Azərbaycanlı meyxanaçı İraqda görüntüləndi
Dünən, 11:35
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünən, 11:30
“Evdən çıxanda dedi ki...” - Dağdakı ölümün təfərrüatı
Dünən, 11:11
Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? – ADLAR
Dünən, 11:07
“Sipark İnşaat” alimləri süründürür - GİLEY
Dünən, 11:03
Sülh prosesi təzədən dalana girir - TƏHLİL
Dünən, 11:00
Azərbaycan konfetləri Ermənistanda SATILIR - FOTO
Dünən, 10:54
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Dünən, 10:53
Neftin qiyməti bahalaşıb
Dünən, 10:50
ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər
Dünən, 10:49
Damlanın "intim video"sunu yayan şəxs axtarılır
Dünən, 10:47
"Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" - Hadı Rəcəbli
Dünən, 10:45
“Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular”
Dünən, 10:43
İrandakı bahalıq Bakıda da dükanları “vurdu” - Bayram süfrəsi boş qalacaq?
Dünən, 10:39
“Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” - Belə də olurmuş...
Dünən, 10:37
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
Dünən, 10:35
“Sərham” MMC nədən narazılığa səbəb olur? - GİLEY
Dünən, 10:32
İranda Azərbaycan dilində qəzet nəşr olunacaq
Dünən, 10:29
"Bu adam gəncdir, ən əsası AzTV-də kök salmış rüşvət sistemi ilə bağlı deyil..."
Dünən, 10:27
"Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..."
Dünən, 10:24
Paşinyan ABŞ-ın planına zərbə vurdu - TƏHLİL
Dünən, 10:21
Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri - TƏHLİL
Dünən, 10:18
ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır - “BU HÖKUMƏTLƏR ÖZ XALQLARINA ZÜLM EDİR...”
Dünən, 10:16
“Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” - deputat
Dünən, 10:14
Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb
Dünən, 10:13
Hüseyn Dərya haqqında şok xəyanət faktı: - 16 yaşında məktəbli...
Dünən, 10:12
Paşinyanın “iki stul” siyasəti fiasko oldu - Qarabağa görə strateji səhv...
Dünən, 10:09
Laçında təhsil sistemi necə çökdürüldü... - İTTİHAM
Dünən, 10:07
"Heç zaman fərqli olmaqdan çəkinməmişəm"
Dünən, 10:02
“Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” - GƏLİŞMƏ
Dünən, 10:00
İntim videosu ilə şantaj edilən müğənni xəstəxanaya yerləşdirildi
Dünən, 09:59
İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı
Dünən, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru