İnam Kərimovun "AĞ QIZIL" YALANI... .....                     Badamdar sürüşmə zonasında üst hissədəki evlərin divarlarında uçqunlar davam edəcək .....                     Bu məmurların maaşına xitam verildi .....                     “Bu evlərin heç biri qanunsuz deyil” .....                     “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” .....                     Astarada mənzillərdən oğurluq edən şəxs saxlanıldı .....                     Milli Məclisin plenar iclası başlayıb .....                     Badamdardakı sürüşmə zonasında 5 drenaj quyusu qazılır .....                     Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir .....                     Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür .....                     Ali Attestasiya Komissiyasındakı “plagiat” oyunları .....                     Yanğını törədən şəxs müəyyən edildi .....                     Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı .....                     “Azərbaycan idmanında korrupsiya yoxdur” .....                     Bakı metrosunda sərnişin ölüb .....                     Tanınmış şirkətin 300 min manatını mənimsəyən satış meneceri məhkəmə zalından azadlığa buraxılıb .....                     Elmar Vəliyevi ölümdən qurtaran POLİS DANIŞDI .....                     Hər iki cinayətin üstü açıldı .....                     Ağsu da "silkələndi" .....                     Zakir Həsənov Çexiyaya gedir .....                     “Lotu Quli” barəsində deport qərarı çıxarıldı .....                     “Sürpriz olsa da belə, çox xoş təsir bağışladı...” .....                     Səlim Müslümovun aldatdığı vətəndaşa Sahil Babayev də kömək etmir... .....                     Nəsimi rayonunda 2018-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb .....                     Sərhəd zastavasının 14 əməkdaşı oğurlandı .....                     Buralarda Hippokratın izi-tozu da görünmür... .....                     “Badamdarda gərginlik böyük ərazini əhatə etmir” .....                     İrəvan qatil generalı həbsdə saxladı .....                     "Modern Hospital"da daha bir NAŞILIQ .....                     ARDNF-in aktivləri 9% artıb .....                     Etimadın şəhid ayağı ... .....                     "Şərq tərəfdaşlığı" ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər .....                     Cahangirin 60, Hacı İbrahimin 800 milyonu… .....                     Həbib Makqreqorla revanş döyüşü keçirməkdən imtina etdi .....                     “Aidiyyatı orqanlar bunu yoxlamalıdır” .....                     Əbülfəz Məlikovla bağlı ŞOK İDDİA .....                     Şərabçılıq Azərbaycana böyük gəlir gətirə bilər .....                     “Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi .....                 

Ədalət Muradovla Nazpəri Dostəliyevanı hansı cəza gözləyir?
Tarix: 20-07-2018, 16:27 | Çap et
Ədalət Muradovla Nazpəri Dostəliyevanı hansı cəza gözləyir?
Xəbər verildiyi kimi, Xalq artisti, müğənni Nazpəri Dostəliyevanın elmi dərəcə alması barədə mətbuatda sübut təqdim edildi. Məlum olurdu ki, elə müğənni özü FB səhifəsində ona “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. Prezident yanında Ali Attestasiya Komissiyanın aparat rəhbəri Arif Quliyev isə lent.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, deyib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: “Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb, o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”.
Bu artıq sənəd saxtalaşqdırmadır və hüquq mühafizə orqanlarının işə qarışması qaçılmazdır. Necə yəni, AAK-ın rəsmi blankında Nazpəri Dostəliyevaya məktub verilir, sonradan isə imza müəllifi bunu danır?
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə açıqlamasında deyib ki, saxta sənəd qalmaqallı ilə bağlı onlara müraciət olunmayıb: “Bizə nə komissiyadan, nə də Nazpəri xanım tərəfindən müraciət olunmayıb. Mətbuatda gedən xəbərlərdən məlumatlıyıq, araşdırıb, geniş açıqlama verəcəyik”.
Elə sual da yaranır: qanunvericilikdə saxta sənəd hazırlayan və saxta imza atan şəxsləri Azərbaycan CM-nin hansı maddəsi ilə cəza gözləyir? Nazpəri Dostəliyeva saxta sənəd hazırladıbsa və ya saxta sənəd olduğunu bilə-bilə ictimaiyyəti aldadıbsa, onun cəzası daha ağır ola bilərmi?
Hüquqşünas Əsabəli Mustafayev musavat.com-a açıqlamasında deyib ki, bu hadisə müxtəlif motivlidir: “Nazpəri Dostəliyeva həmin idarədən gizli yolla, prosedur qaydalarını pozmaqla saxta sənəd düzəltdiribsə, istintaqa cəlb olunacaq. Bilə-bilə saxta sənəddən istifadə edibsə, onu 1 ilə qədər həbs cəzası gözləyir. Saxta sənəd düzəltdirib ondan istifadə etməyibsə, bu, məsuliyyət yaratmır. Saxta olduğunu bilərək sosial şəbəkədə paylaşıb, gündəmə gəlibsə, istintaq bunu özünə nüfuz qazandırmaq üçün saxta sənəddən istifadə kimi qiymətləndirə bilər. Amma kimsə onu aldadıbsa, sənədin saxta olduğunu bilmirdisə, heç bir cinayət məsuliyyəti daşımır. Nazpəri Dostəliyevanı aldadıblarsa, motiv dəyişir. Vəzifə səlahiyyətlərini aşma, vəzifəli şəxsin vəzifəsini mənimsəmə, dələduzluq yolu ilə insanı aldadıb, saxta sənəd vermə kimi cinayət tərkibi var. Vəzifə səlahiyyətlərini aşma maddəsi iki bəndlidir. Birinci bənddə 3 il, ikinci bənddə 8 ilə qədər azadlıqdan məhrum etmə maddəsi var. Qol çəkməli olan şəxs deyil, onun rəhbəri olduğu komissiyanın üzvü və ya ayrı şəxs qol çəkibsə, bu, 310-cu maddənin (Vəzifəli şəxsin vəzifəsini mənimsəmə) pozulmasıdır. Buna görə 3 ilə qədər azadlıqdan məhrum edilmə cəzası var”.

Bəs professor diplomu qanunsuz yolla əldə etmiş ADİU rektoru Ədalət Muradovu hansı cəza gözləyir?

Xatırladaq ki, «Təzadlar»ın Araşdırma Qrupu redaksiyaya daxil olmuş məlumat əsasında araşdırma aparmış və rəsmi sənədlərlə təsdiq edilmişdir ki, Azərbaycan Dövlət İqtisad universitetinin rektoru Ədalət Muradov 1998-ci ildə Ukraynada doktorluq elmi işini müdafiə edib, lakin bu diplomu 16 il sonra- 26 dekabr 2014-cü ildə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında tanıtmışdır. Ən dəhşətlisi budur ki, o, doktorluq diplomunu tanıtmamışdan bir ay əvvəl- 21 noyabr 2014-cü ildə isə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından professor diplomu almışdır. Bəs bu necə ola bilər: doktorluq diplomu olmadan necə professor diplomu almaq olar???

«Təzadlar» müvafiq sənədləri Baş Prokurorluğa göndərib və …

Təbii ki, Ədalət Muradovun bu hərəkəti Azərbaycan Prezidenti yanında AAK-ın Prezident tərəfindən təsdiq olunmuş «Əsasnamə»sinin tələblərinə ziddir, sənəd saxtalaşdırma cinayətinin tərkib hissəsini yaradır. Belə ki, Ə.Muradov məhz qanunsuz və əsassız olaraq professor diplomu əldə edəndən sonra Prezident İlham Əliyevin sərəncamı ilə ADİU-ya rektor təyin olunmuşdur. Halbuki bu zaman Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında Əsasnamə»nin və eyni tarixli Fərmanla təsdiq olunmuş «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə»nin (VII. Nostrifikasiya və təkrar attestasiya) 49, 50, 51, 52 və 53-cü maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası haqqında «Əsasnamə»nin və «Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında» «Əsasnamə»nin tələblərinə görə isə, Ədalət Muradov əvvəlcə Ukraynada 1998-ci ildə müdafiə etdiyi doktorluq işi əsasında aldığı elmi dərəcə diplomunu AAK-da tanıtmalı idi, sonra isə ona professor diplomu verilə bilərdi. O isə əksini edib, AAK rəhbərliyi də onun bu qanunsuz niyyətinə yaşıl işıq yandırıb.
Bundan başqa, Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də qanunsuz yolla professor diplomu alsa da, o, hələ 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etməklə yüksək məbləğdə maaş almışdır. 15 il ərzində Azərbaycanın AAK-ı tərəfindən professor diplomu tanınmamış bir şəxs dövlət büdcəsindən külli miqdarda maaşı necə almışdır?
Bu qeyd edilən məlumatlar AAK-ın və ADİU-nun rəsmi saytlarında öz əksini tapmışdır. Belə ki, ADİU-nun rəsmi saytının məlumatlarına görə, Ə.Muradov 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur. AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolu ilə 8 nəfərə, bu sırada Ədalət Muradova professor diplomu verilmişdirsə, o, bundan 3 il əvvəl AAK-da necə İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini işləmişdir? Axı, qaydalara və AAK-ın “Əsasnaməsi»nə görə, Ekspert Şurasının Sədri və sədrin müavini vəzifəsinə (eləcə də EŞ-in digər üzvləri) yalnız və yalnız elmlər doktoru-professor olanlar təyin edilə bilərlər. Ədalət Muradov isə 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq diplomunu yalnız 2014-cü ilin dekabrında AAK-da tanıtmışdır və bundan bir ay əvvəl qanunsuz olaraq professor diplomunu almışdır.

Baş Prokurorluq «Təzadlar»ın təqdim etdiyi sənədlər əsasında araşdırmaya başladı…

Beləliklə, «Təzadlar»ın Araşdırma Qrupunun ortaya qoyduğu ciddi sənəd və sübutlar tam təsdiqini tapmışdır. Belə ki, yuxarıda qeyd edilən xüsusatlar Prezident yanında AAK-ın rəsmi saytında yerləşdirilmişdir. «Təzadlar» sonradan düzəliş edilmə ehtimalını nəzərə alaraq qabaqlayıcı tədbir kimi, saytdakı həmin məlumatları foto və video yaddaşa köçürərək, həm də müvafiq təsdiqləyici sənədləri (AAK-ın redaksiyaya göndərdiyi məktubda da saytdakı məlumatların həqiqəti əks etdirdiyi yazılıb) Baş Prokurorluğa göndərmişdir. Hazırda araşdırma aparılır, redaksiya bu məsələni nəzarətdə saxlayır.
O ki qaldı məsuliyyət məsələsinə, təbii ki, rektor Ədalət Muradov da müğənni Nazpəri Dostəliyeva kimi, professor diplomunu qanunsuz yolla əldə etmişdir və onu da Azərbaycan CM-nin müvafiq maddələri ilə cəza gözləyir.
Yeri gəlmişkən, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi hazırda Azərbaycan Dövlət İqtisad Universitetində yoxlama aparır. Yəqinki yuxarıda qeyd edilən xüsusatlar da bu yoxlamanın predmeti olacaq…
Mövzuya qayıdacağıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rasim Müzəffərli cinayətkar qrupun hücumuna məruz qalıb - “DTX-yə müraciət edəcəyəm”
Bu gün, 12:40
İnam Kərimovun "AĞ QIZIL" YALANI... - Prezident pambıqçılığın inkişafından narazıdır
Bu gün, 12:36
Badamdar sürüşmə zonasında üst hissədəki evlərin divarlarında uçqunlar davam edəcək - Qərargah
Bu gün, 12:27
Bu məmurların maaşına xitam verildi – RƏSMİ AÇIQLAMA
Bu gün, 12:23
“Bu evlərin heç biri qanunsuz deyil” - FOTOLAR
Bu gün, 12:21
“Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - Hacıbala Abutalıbov
Bu gün, 12:14
Astarada mənzillərdən oğurluq edən şəxs saxlanıldı
Bu gün, 12:10
Milli Məclisin plenar iclası başlayıb
Bu gün, 12:04
Badamdardakı sürüşmə zonasında 5 drenaj quyusu qazılır - Nazirlər Kabineti
Bu gün, 12:03
Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir - The Washington Times
Bu gün, 11:55
Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq
Bu gün, 11:52
Ali Attestasiya Komissiyasındakı “plagiat” oyunları - və ya akademiklər necə günahkar elan edilir?
Bu gün, 11:51
Yanğını törədən şəxs müəyyən edildi
Bu gün, 11:49
“Özündən kiçik sevgilisi var” - Tolik canlı yayımda əməkdar artistin sirrini açdı
Bu gün, 11:48
Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı - FOTOLAR
Bu gün, 11:45
“Azərbaycan idmanında korrupsiya yoxdur” - Azad Rəhimov bunu Tiflisdə dedi
Bu gün, 11:37
Bakı metrosunda sərnişin ölüb
Bu gün, 11:35
Tanınmış şirkətin 300 min manatını mənimsəyən satış meneceri məhkəmə zalından azadlığa buraxılıb
Bu gün, 11:35
Yeni xəbər kanalının yerüstü yayıma başlayacağı tarix açıqlanıb
Bu gün, 11:34
Azərbaycanın tanınmış rejissoru vəfat etdi
Bu gün, 11:32
Elmar Vəliyevi ölümdən qurtaran POLİS DANIŞDI - "...güllə gözümü ciddi zədələyib"
Bu gün, 11:27
Hər iki cinayətin üstü açıldı
Bu gün, 11:24
Ağsu da "silkələndi"
Bu gün, 11:13
Zakir Həsənov Çexiyaya gedir
Bu gün, 11:11
“Lotu Quli” barəsində deport qərarı çıxarıldı
Bu gün, 11:11
“Sürpriz olsa da belə, çox xoş təsir bağışladı...”
Bu gün, 11:09
Səlim Müslümovun aldatdığı vətəndaşa Sahil Babayev də kömək etmir... - "Səlim Müslümovun verdiyi iki yüz manatı gərək götürməzdim"
Bu gün, 11:07
Nəsimi rayonunda 2018-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib - FOTO
Bu gün, 11:02
Yeni xəbər kanalı üçün güclü radioverici alınıb, televiziya yayıma hazırdır - MTRŞ
Bu gün, 10:57
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Bu gün, 10:55
Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb
Bu gün, 10:54
Sərhəd zastavasının 14 əməkdaşı oğurlandı – İranda
Bu gün, 10:48
Buralarda Hippokratın izi-tozu da görünmür... - İTTİHAM
Bu gün, 10:45
“Badamdarda gərginlik böyük ərazini əhatə etmir” - FHN rəsmisi
Bu gün, 10:43
İrəvan qatil generalı həbsdə saxladı
Bu gün, 10:40
"Modern Hospital"da daha bir NAŞILIQ - xəstəni səhv müalicə etdilər, ayağı amputasiya olundu
Bu gün, 10:37
ARDNF-in aktivləri 9% artıb
Bu gün, 10:34
Ər evindən qaçan gəlin oteldən çıxdı - "Dedi, səni öldürəcəm"
Bu gün, 10:30
Etimadın şəhid ayağı ... - Rauf Arifoğlunun yazısı
Bu gün, 10:24
Sevil Nuriyeva güllələnərək qətlə yetirilən əri ilə arxiv fotosunu paylaşdı
Bu gün, 10:22
"Şərq tərəfdaşlığı" ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər - Yohannes Han
Bu gün, 10:20
Cahangirin 60, Hacı İbrahimin 800 milyonu… – Nehrəmlinin ABB borclarını necə “bağlayırlar”?
Bu gün, 10:18
Həbib Makqreqorla revanş döyüşü keçirməkdən imtina etdi
Bu gün, 10:13
“Aidiyyatı orqanlar bunu yoxlamalıdır” - Deputatdan Bakıdakı “Partizan” restoranının təbliğatına ETİRAZ
Bu gün, 10:10
Əbülfəz Məlikovla bağlı ŞOK İDDİA - Bir neçə il əvvəl bir milyonunu aparıblar...
Bu gün, 10:07
Şərabçılıq Azərbaycana böyük gəlir gətirə bilər - TƏHLİL
Bu gün, 09:59
“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi
Bu gün, 09:57
Azərbaycanda 5200 nəfəri aldadan mühafizə şirkətinin direktorunun arvadı azadlığa buraxılıb
Bu gün, 09:55
Mayk Pompeo Türkiyəyə səfər edəcək - Bu dəfə SƏBƏB?
Bu gün, 09:52
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru