Milli Məclisin plenar iclası başlayıb .....                     Badamdardakı sürüşmə zonasında 5 drenaj quyusu qazılır .....                     Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir .....                     Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür .....                     Ali Attestasiya Komissiyasındakı “plagiat” oyunları .....                     Yanğını törədən şəxs müəyyən edildi .....                     Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı .....                     “Azərbaycan idmanında korrupsiya yoxdur” .....                     Bakı metrosunda sərnişin ölüb .....                     Tanınmış şirkətin 300 min manatını mənimsəyən satış meneceri məhkəmə zalından azadlığa buraxılıb .....                     Elmar Vəliyevi ölümdən qurtaran POLİS DANIŞDI .....                     Hər iki cinayətin üstü açıldı .....                     Ağsu da "silkələndi" .....                     Zakir Həsənov Çexiyaya gedir .....                     “Lotu Quli” barəsində deport qərarı çıxarıldı .....                     “Sürpriz olsa da belə, çox xoş təsir bağışladı...” .....                     Səlim Müslümovun aldatdığı vətəndaşa Sahil Babayev də kömək etmir... .....                     Nəsimi rayonunda 2018-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb .....                     Sərhəd zastavasının 14 əməkdaşı oğurlandı .....                     Buralarda Hippokratın izi-tozu da görünmür... .....                     “Badamdarda gərginlik böyük ərazini əhatə etmir” .....                     İrəvan qatil generalı həbsdə saxladı .....                     "Modern Hospital"da daha bir NAŞILIQ .....                     ARDNF-in aktivləri 9% artıb .....                     Etimadın şəhid ayağı ... .....                     "Şərq tərəfdaşlığı" ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər .....                     Cahangirin 60, Hacı İbrahimin 800 milyonu… .....                     Həbib Makqreqorla revanş döyüşü keçirməkdən imtina etdi .....                     “Aidiyyatı orqanlar bunu yoxlamalıdır” .....                     Əbülfəz Məlikovla bağlı ŞOK İDDİA .....                     Şərabçılıq Azərbaycana böyük gəlir gətirə bilər .....                     “Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi .....                     Azərbaycanda 5200 nəfəri aldadan mühafizə şirkətinin direktorunun arvadı azadlığa buraxılıb .....                     Mayk Pompeo Türkiyəyə səfər edəcək .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     “Namiq Qasımov pulunu məndən yox Vaqifdən istəsin” .....                     Adil Vəliyev yola salınır .....                     Azərbaycan nefti ucuzlaşıb .....                 

Ceyhun Bayramov da islahat apara bilmir... - GƏLİŞMƏ
Tarix: 18-07-2018, 10:02 | Çap et
Ceyhun Bayramov da islahat apara bilmir...
Son illər Azərbaycanda pulsuz ali təhsil almaq imkanları azalıb. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) tələbə qəbulu zamanı elan etdiyi siyahıda ali məktəblərin ödənişsiz yerlərinin sayının azalması da təsdiqləyir. Nəzərə alsaq ki, özəl ali təhsil müəssisələrində pulsuz təhsil imkanları mində birdir, o zaman ali təhsil alanların əksəriyyətinin dövlət hesabına oxuduqlarını görərik.

Bu istiqamətdə aparılan araşdırmalar göstərir ki, Azərbaycanda pulsuz ali təhsillə bağlı vəziyyət olduqca aşağı səviyyədədir. Müstəqil təhsil ekspert mərkəzləri müəyyən ediblər ki, neftlə zəngin ölkələrin hamısında təhsil pulsuzdur. Üstəlik, ali məktəblərdə oxuyanlar kifayət qədər yüksək təqaüd alır vəyataqxana ilə təmin olunurlar.

Məsələn, Liviyada tələbə təqaüdü 700 dollardır. Ölkədə pulsuz təhsilin olması ilə yanaşı xarici ölkələrdə təhsil almaq istəyənlərin təhsil xərcini də dövlət ödəyir.

Səudiyyə Ərəbistanında isə ali təhsil pulsuz olmaqla yanaşı tələbələrin pulsuz ədəbiyyat və tibbi xidmətdən də yararlanmaq hüququ var. Xarici ölkələrdə, xüsusilə dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq istəyənlərə isə dövlət qrant ayırır. Bu ölkədə tələbə təqaüdü 700 dollar təşkil edir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də ali məktəblər pulsuz təhsil verir. Hər bir ali məktəbin təqaüd proqramları mövcuddur. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Bundan əlavə, Əmirliyin hər bir vətəndaşı dövlət hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ-nin büdcəsindən ödənilir.

Küveytdə minə yaxın ali məktəb fəaliyyət göstərir və onların hər birində təhsil pulsuzdur. Bu ölkədə subay tələbələr 700 dollar təqaüd alsa da, ailəlilər üçün bu göstərici 1200 dollardı.

Qonşu İranda da təhsilin bütün pillələri pulsuzdur.

Bir çox Avropa ölkələrində də dövlət ali məktəblərində təhsil pulsuzdur. Özəl ali məktəblərdə təhsil alanlar üçün isə xüsusi imtiyazlar nəzərdə tutulur.

Məsələn, Almaniyada ali məktəblərin əksəriyyəti pulsuz təhsil verir. Özəl ali məktəblərin təhsil haqqı isə 500-1000 avro arasındadır. Əlillik dərəcəsi olan tələbələrə gəlincə, onlar təhsil haqqından azaddır. Ailəsinin maddi durumu aşağı hesab edilən tələbələr də təhsilə görə ödəniş eləmirlər. 14 yaşından kiçik övladı olanlar, çoxuşaqlı ailələrin övladları və xüsusi istedadı olanlar da özəl ali məktəblərdə təhsil haqqından azad edilirlər. Hətta ailə üzvlərindən biri ağır xəstə olanlar da təhsil haqqından azaddır. Həmçinin, tələbələrə kreditlə təhsil almaq imkanı da verilir. Belə ki, tələbə təhsil haqqını ali məktəbi bitirib işlə təmin ediləndən sonra ödəyə bilər.

Fransanın təhsil sisteminə də dövlətin çox böyük dəstəyi var. Görünür, məhz bu səbəbdən də təhsil haqqı kifayət qədər aşağıdır. Bu ölkədə əksər ali məktəblərdə bir illik ödəniş 135-700 avro arasında dəyişir. Hətta nüfuzlu Sarbonna Universitetində illik təhsil haqqı 800 avrodan yüksək olmur. Üstəlik, bu ölkədə xüsusi təqaüd proqramları mövcuddur və 350 avrodan aşağı təqaüd yoxdur.

Vətəndaşlarına pulsuz ali təhsil verən ölkələr sırasında Norveç və Finlandiya da var. Bu ölkələrdə dövlətin aylıq hər bir tələbə üçün çəkdiyi xərc 500-900 avrodur. Tələbələr yataqxana və pulsuz yeməklə də təmin olunurlar.

Hollandiyada ali təhsil pulsuz olmasa da, universitetlər çoxlu sayda qrantlar nəzərdə tutur. Hətta tələbənin aldığı təqaüdlə təhsil haqqını tamamilə ödəmək mümkündür.

Ali təhsili pulsuz olan ölkələr arasında İsveç, Danimarka və Çexiya da var.

Qeyd etmək yerinə düşər ki, Avropa ölkələrində orta aylıq əmək haqqı 3 min avrodan az deyil.

Beynəlxalq tələbələr və ya Azərbaycandan gedib təhsil almaq istəyənlər üçün ən uyğun ölkə Almaniyadır. Bəzi əyalətlərində təhsil tam ödənişsiz olsa da, bəzi əyalətlərində ildə 1000 avroya kimi ödəniş tələb olunur.

ABŞ-da ali təhsil pulludur. Amma minimum əmək haqqı 4 min dollar olan bu ölkədəki təqaüd proqramları tələbələrin xərclərini 80 faizə qədər azaldır. Belə ki, təqaüd alan tələbə hətta təhsil haqqı ilə bağlı güzəşt dəəldə edə bilir. Eyni zamanda ABŞ-da tələbələr tam müasir yataqxanalarla təmin olunurlar. Onlar, təhsil müddətində dövlətin hesabına yüksək səviyyəli tibbi xidmətdən də istifadə edə bilərlər. Həmçinin, hər bir tələbə kitabxana, idman zalları, kompüter laboratoriyalarından pulsuz istifadə etmək hüququ qazanır. Onların sərəncamında istirahət mərkəzləri və avtomobil dayanacaqları da olur.

Təhsil üzrə ekspert Kamran Əsədov “Reytinq”ə deyib ki, Azərbaycanda bu sahədə vəziyyət o qədər də yaxşı deyil. Ekspert məsələyə daha detallı yanaşaraq bildirib ki, təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməli, yüksək məbləğ ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapmasına, alacaqları maaşa da diqqət etməlidirlər:

“Təəssüf ki, tələbələrin təhsil aldıqları müddətdə ödədikləri təhsil haqlarını geri qazanmaq üçün indiki əmək haqqı məbləği ilə hesablasaq, təxminən 10 ilə qədər vaxt lazımdır. Ali təhsil müəssisələrində kadr hazırlığının həyata keçirildiyi ixtisaslar üzrətəhsil haqları ona sərf olunan xərclər smetası əsasında müəyyən olunur. Belə ki, bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyən olunur. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına hətta universitetin saxlanması üçün nəzərdə tutulan, lahiyələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir”.

Ekspertin sözlərinə görə, yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarına plan yerlərinin sayı da təsir göstərir.

Müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma müəyyən ixtisaslar – məsələn, Xalq çalğı alətləri, Solo oxuma, Dirijorluq və başqalarının plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır.

K. Əsədov nəzərə çatdırıb ki, son illər ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman da öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır: “Ona görə də, ali təhsil müəssisələri təhlükəsizlik marjiyasını müəyyən etmək üçün təhsil haqlarının daha da qaldırırlar. Nəzərə alsaq ki, magistr pilləsində plan yeri bakalavr pilləsindən daha azdır, bu zaman xərclər smetası daha çox olur. Ona görə də, magistr pilləsində təhsil haqları daha çox olur. Amma son illər 5 mindən çox tələbənin təhsil haqlarını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyduğunu nəzərə alsaq, bəlli olur ki, bu, kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz böyük sayda insanın xaricə üz tutmasına şərait yaratmış oluruq”.

Ekspert bildirib ki, hazırda təhsil haqqını ödəməkdə çətinlik çəkən çoxlu tələbə var. “Azərbaycanda hazırda fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır ki, onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır. Xoşagəlməz məqam ondan ibarətdir ki, ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Hətta bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4300 manat təşkil edir ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil”, – deyə müsahibimiz əlavə edib.

Həmsöhbətimiz mövcud durum və ondan çıxış yollarından da danışıb. K. Əsədov hesab edir ki, ali məktəbə qəbul olan tələblərə təhsil haqqını hissə-hissə ödəmək imkanı verilməlidir: “Bundan sonra, təhsil haqları bütün ixtisaslar üzrə dövlət universitetlərində eyni olmalıdır. Yəni Bakı Dövlət Universitetində Tarix ixtisası 2500 manata, region universitetində 1500 manata olmamalıdır. Eyni aşağı təhsil haqqı müəyyən olunmalıdır. Təhsil haqları orta statistik vətəndaşın gəliri və maddi ehtiyacı nəzərə alınmaqla müəyyənləşməlidir. Dövlət tərəfindən təhsil haqlarının ödənilməsinə ciddi köməklik göstərilməli, güzəştli, faizsiz kreditlər verilməlidir. Dövlət universitetlərindəki hazırkı təhsil haqları azı 50 faiz aşağı salınmalıdır”.

Müsahibimiz bildirib ki, bu il ali məktəblərə qəbul üzrə IV ixtisas qrupunda plan yerləri azaldılıb və dəyişikliklər edilib. Bu il IV ixtisas qrupu üzrə yeni - Bitki mühafizəsi, Bağcılıq və tərəvəzçilik ixtisası yaradılıb. K. Əsədov IV ixtisas qrupu üzrə plan yerlərinin kəskin şəkildə azaldığını da qeyd edib:

1. Müalicə işi: 460 yer (2017-də 585 yer idi), 125 yer azalıb. Təhsil haqqı 4500 manat (2017-də 3000 AZN idi).

2. Stomotologiya: 15 yer (2017-də 85 yer idi), 70 yer azalıb. Təhsil haqqı 4000 manat (2017-də 3000 AZN idi).

3. Tibbi profilaktika: 35 yer (2017-də 65 yer idi), 30 yer azalıb. Təhsil haqqı 4000 manat (2017-də 3000 AZN idi).

4. Əczaçılıq: 35 yer (2017-də 60 yer idi), 25 yer azalıb. Təhsil haqqı 4000 manat (2017-də 3000 AZN idi).

Həmsöhbətimiz nəzərə çatdırıb ki, 2018-2019-cu tədris ili üçün ali məktəblərin bütün ixtisaslar üzrə plan yeri artıb. Kəskin artım daha çox bədən tərbiyəsi ixtisası üzrə, ciddi azalma isə tibb ixtisası üzrə olub. Keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda 290 yer azalıb:

"2017- ci ildə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə tibb üzrə (Bakı və Naxçıvan daxil olmaqla) 1075 yer ayrılmışdı. Bu il isə IV ixtisas qrupunda Azərbaycan və rus bölməsinə (Bakı və Naxçıvan daxil olmaqla) 785 plan yeri ayrılıb. Bu il keçən illə müqayisədə tibb ixtisası üzrə IV qrupda yerlərin sayı 290-a enib”.

K. Əsədov əlavə edib ki, idman ixtisası üzrə 2017-ci illə müqayisədə 2018-ci ildə plan yerləri ciddi sayda artıb:

"Keçən il Azərbaycan və rus bölməsinə bədən tərbiyəsi üzrə 1155 plan yeri ayrılmışdı. Bu il isə bədən tərbiyəsi və idman ixtisası üzrə ayrılan yerlərin sayı artaraq 1505 plan yeri olub. Yəni 2017-ci illə müqayisədə 2018-ci ildə bədən tərbiyəsi üzrə plan 350 yer artıb.

Əlbəttə ki, ölkəyə sağlam, idmançı gənclər lazımdır. Amma etiraf edək ki, bədən tərbiyəsi ixtisasına qəbul olanların böyükəksəriyyəti başqa ixtisas qruplarına daxil ola bilməyib, “təki universitet olsun”,- prinsipi ilə bura gedənlərdir. Bədən tərbiyəsi ixtisasını bitirənlərin demək olar ki, əksəriyyəti bu istiqamətdə çalışmır. Halbuki regionlarda həkimlərə ciddi ehtiyac var. Hesab edirəm ki, Nazirlər Kabineti plan yerlərinə yenidən baxmalı, tibb ixtisası üzrə plan yerləri artırılmalıdır. Əks təqdirdə, gələcəkdə bu azalmanın mənfi nəticələri ola bilər”.

K. Əsədov təəssüflə qeyd edib ki, ali təhsil müəssisələri ilə bağlı ciddi islahatlar və tədbirlər həyata keçirilmir. Onun qənaətincə, 54 ali təhsil müəssisələrindən heç biri dünya reytinq cədvəlində heç 1000-likdə də yoxdur.

“Təhsilin inkişafına nail olmaq üçün sərin kabinetdə, rahat kresloda oturmaq lazım deyil. Təhsil belə idarə olunmur, inkişafa belə nail olmaq mümkünsüzdür. Hansısa Avropa və ya Amerikada bir müddət kurs keçməklə, ingilis dilində 3-5 təhsil kitabı oxumaqla təhsil islahatları aparmaq olmaz. Yerli təhsili bilən, məktəbdən başı çıxan, onun real vəziyyəti və perspektivlərindən xəbəri olanları cəlb etməklə nəyəsə nail olmaq mümkündür. 20 ildir ki, ancaq orta məktəb, qəbul imtahanları ilə bağlı tədbirlər görülür. Ali məktəblərlə bağlı real bir addım atılmayıb. Universitetlər əmək bazarının tələblərinə cavab verən kadr hazırlığı həyata keçirmir. Ali təhsil müəssisələrini bitirənlərin 60 faizi işlə təmin olunmur. Bütün bunlar onu göstərir ki, təhsil və əmək bazarı əlaqəli işləmir”, – deyə müsahibimiz fikrini tamamlayıb.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli Məclisin plenar iclası başlayıb
Bu gün, 12:04
Badamdardakı sürüşmə zonasında 5 drenaj quyusu qazılır - Nazirlər Kabineti
Bu gün, 12:03
Azərbaycan dünya arenasında ABŞ-ın ən etibarlı müttəfiqlərindən biridir - The Washington Times
Bu gün, 11:55
Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq
Bu gün, 11:52
Ali Attestasiya Komissiyasındakı “plagiat” oyunları - və ya akademiklər necə günahkar elan edilir?
Bu gün, 11:51
Yanğını törədən şəxs müəyyən edildi
Bu gün, 11:49
“Özündən kiçik sevgilisi var” - Tolik canlı yayımda əməkdar artistin sirrini açdı
Bu gün, 11:48
Bakıda villalar dəyər-dəyməzinə satışa çıxarıldı - FOTOLAR
Bu gün, 11:45
“Azərbaycan idmanında korrupsiya yoxdur” - Azad Rəhimov bunu Tiflisdə dedi
Bu gün, 11:37
Bakı metrosunda sərnişin ölüb
Bu gün, 11:35
Tanınmış şirkətin 300 min manatını mənimsəyən satış meneceri məhkəmə zalından azadlığa buraxılıb
Bu gün, 11:35
Yeni xəbər kanalının yerüstü yayıma başlayacağı tarix açıqlanıb
Bu gün, 11:34
Azərbaycanın tanınmış rejissoru vəfat etdi
Bu gün, 11:32
Elmar Vəliyevi ölümdən qurtaran POLİS DANIŞDI - "...güllə gözümü ciddi zədələyib"
Bu gün, 11:27
Hər iki cinayətin üstü açıldı
Bu gün, 11:24
Ağsu da "silkələndi"
Bu gün, 11:13
Zakir Həsənov Çexiyaya gedir
Bu gün, 11:11
“Lotu Quli” barəsində deport qərarı çıxarıldı
Bu gün, 11:11
“Sürpriz olsa da belə, çox xoş təsir bağışladı...”
Bu gün, 11:09
Səlim Müslümovun aldatdığı vətəndaşa Sahil Babayev də kömək etmir... - "Səlim Müslümovun verdiyi iki yüz manatı gərək götürməzdim"
Bu gün, 11:07
Nəsimi rayonunda 2018-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilib - FOTO
Bu gün, 11:02
Yeni xəbər kanalı üçün güclü radioverici alınıb, televiziya yayıma hazırdır - MTRŞ
Bu gün, 10:57
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Bu gün, 10:55
Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb
Bu gün, 10:54
Sərhəd zastavasının 14 əməkdaşı oğurlandı – İranda
Bu gün, 10:48
Buralarda Hippokratın izi-tozu da görünmür... - İTTİHAM
Bu gün, 10:45
“Badamdarda gərginlik böyük ərazini əhatə etmir” - FHN rəsmisi
Bu gün, 10:43
İrəvan qatil generalı həbsdə saxladı
Bu gün, 10:40
"Modern Hospital"da daha bir NAŞILIQ - xəstəni səhv müalicə etdilər, ayağı amputasiya olundu
Bu gün, 10:37
ARDNF-in aktivləri 9% artıb
Bu gün, 10:34
Ər evindən qaçan gəlin oteldən çıxdı - "Dedi, səni öldürəcəm"
Bu gün, 10:30
Etimadın şəhid ayağı ... - Rauf Arifoğlunun yazısı
Bu gün, 10:24
Sevil Nuriyeva güllələnərək qətlə yetirilən əri ilə arxiv fotosunu paylaşdı
Bu gün, 10:22
"Şərq tərəfdaşlığı" ölkələrinin növbəti sammiti 2020-ci ildə keçirilə bilər - Yohannes Han
Bu gün, 10:20
Cahangirin 60, Hacı İbrahimin 800 milyonu… – Nehrəmlinin ABB borclarını necə “bağlayırlar”?
Bu gün, 10:18
Həbib Makqreqorla revanş döyüşü keçirməkdən imtina etdi
Bu gün, 10:13
“Aidiyyatı orqanlar bunu yoxlamalıdır” - Deputatdan Bakıdakı “Partizan” restoranının təbliğatına ETİRAZ
Bu gün, 10:10
Əbülfəz Məlikovla bağlı ŞOK İDDİA - Bir neçə il əvvəl bir milyonunu aparıblar...
Bu gün, 10:07
Şərabçılıq Azərbaycana böyük gəlir gətirə bilər - TƏHLİL
Bu gün, 09:59
“Rus NATO-su” İrəvanı cəzalandırdı: İclas ləğv edildi
Bu gün, 09:57
Azərbaycanda 5200 nəfəri aldadan mühafizə şirkətinin direktorunun arvadı azadlığa buraxılıb
Bu gün, 09:55
Mayk Pompeo Türkiyəyə səfər edəcək - Bu dəfə SƏBƏB?
Bu gün, 09:52
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:51
“Namiq Qasımov pulunu məndən yox Vaqifdən istəsin” - GİLEY
Bu gün, 09:49
Adil Vəliyev yola salınır - Daha bir icra başçısı dəyişdiriləcək
Bu gün, 09:44
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 09:35
Toyuqlarımız tətil etməyib, amma yumurta da yoxdur - Marketlərdə qəribə qıtlıq
Bu gün, 09:34
“Prezidentin 15 illik fəaliyyəti ölkəmizin inkişaf salnaməsinə tarixi töhfə verib” - deputat
Bu gün, 09:33
"MADO"nun sahibi vətəndaşın haqqına girir... - "Mənim 20 evim var, hamısına qarovul çəkməliyəm?"
Bu gün, 09:31
15 respublikadan ancaq Azərbaycanda: - Eşşək ətinin satışına icazə verilib
Bu gün, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru