Paşinyan Serj Sarkisyandan kömək istəyəcək .....                     Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var... .....                     "Ancaq böhran baş nazirin dediklərindən də kəskindir və dərinləşməyə meyillidir" .....                     Atasını öldürüb, evi yandıran şəxsin məhkəməsi .....                     Azər­baycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər saxlanılıb .....                     “Biləcəri Təmir Quraşdırma”nın rəhbərliyi ədliyyə nazirinə şikayət etdi .....                     Serj Sarqsyanın qardaşı oğlu beynəlxalq axtarışa verilib .....                     Azərbaycan XİN almaniyalı deputata viza verilməsindən imtinaya münasibət bildirib .....                     Komitə sədrindən qurbanlıq heyvan kəsənlərə TÖVSİYƏ .....                     Paşinyanın böyük qorxusu: Əgər istefaya getsə... .....                     Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək .....                     DİN-dən vətəndaşların .....                     Azərbaycanda kompleksin biletində şok detal .....                     Trampdan Türkiyəyə yeni mesaj: .....                     Əbülfəz Məlikov çətin durumda .....                     Bakıda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqları ləğv ediləcək .....                     Ermənistanın sabiq baş nazirinin kürəkəni işdən çıxarılıb .....                     Bakıda 85 yaşlı kişi qətlə yetirilib .....                     “Məhərrəmlikdə zəncir vurmaq uydurulmuş hərəkətdir” .....                     Kriminal aləmin məşhur siması Azərbaycanda .....                     Sənəd üzərində çıl-çıraq, realda zir-zibil .....                     Piyada səkiləri bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub .....                     Ən yaşlı başçı da yol üstündədir... .....                     Paşinyan jurnalistlərin ağzını yummaq istəyir .....                     Hökumətin səs-küylü qərarına niyə məhəl qoyulmur? .....                     Əli Kərimlinin gecikmiş etirafı: Mitinqləri niyə keçirib? .....                     Trampın son bəyanatları dolların zəifləməsi ilə nəticələnib .....                     Neftin qiyməti bahalaşıb .....                     Zakir Həsənovdan bayram təbriki .....                     Baş nazir Qurban bayramı münasibətilə xalqı təbrik etdi .....                     Dollara tələb artır, Bakı nə etməlidir? .....                     İrəvanın Kremlə qarşı riskli taktikası: Qarabağı nə gözləyir? .....                     "Nokia"nın Rusiyadakı nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək .....                     Azərbaycan neftinin qiyməti cüzi azalıb .....                     Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti Qazaxda büdrəyib... .....                     Türkiyəyə fəhləliyə gedən Rauf Əhmədov quduzluqdan öldü .....                     AYB sədrindən prezidentə şikayət olundu .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     7 şəhər və rayonda plastik qabların toplanması üçün 20 konteyner yerləşdirilib .....                     “Aktau Konvensiyasını Xəzərin konstitusiyası adlandırmaq olar” .....                 

“Kim dövlətimizin, dövlətçiliyimizin əleyhinə olacaqsa, qarşısında bizi görəcək” - Mirmahmud Mirəlioğlu
Tarix: 17-07-2018, 09:49 | Çap et
 “Kim dövlətimizin, dövlətçiliyimizin əleyhinə olacaqsa, qarşısında bizi görəcək”
Son günlər ölkəmizdə qarışıqlıq yaratmağa çalışan destruktiv qüvvələrin fəallaşması hüquq-mühafizə orqanlarını ən sərt mübarizə metodlarına əl atmağa vadar edib. Ancaq dövlətimizə qarşı yönəlmiş terrorçu əməllər heç şübhəsiz ki, bütün xalqın, hansı düşərgədə təmsil olunmasından asılı olmayaraq, hər bir siyasi təşkilatın vahid mövqe nümayiş etdirməsi zərurətini yaradır.

Rəsmi məlumatlardan belə görünür ki, ölkəmizdə qarışıqlıq yaratmağa çalışan qüvvələr uzun müddət hazırlıq keçiblər və xaricdən idarə olunan şəxslər məhz xüsusi ssenari əsasında fəaliyyətə başlayıblar. Ortada konkret adlar var. Necə ki, aşağıdakı rəsmi məlumatda həmin faktların bir qismi yer alır. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovu hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriyaya göndərmiş Tohid İbrahimbəylinin bu istiqamətdə İranda dini təhsil alan azərbaycanlı tələbələrə xüsusi diqqət yetirdiyi məlum olub.

Qeyd edilən şəxslər 14 iyul tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

2018-ci il iyulun 15-də isə Sumqayıt şəhərində hüquq-mühafizə orqanları qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, əsasən xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlayırmışlar.

Onların fəaliyyəti barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilmiş, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunmuş və planları tam aşkara çıxarılmış, məhz bundan sonra saxlanma tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib. Hüquq-mühafizə orqanlarından hazırda əməliyyatın davam etdiyi bildirilib.

Xatırladaq ki, hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Azərbaycan prezidenti İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi. 2018-ci il iyulun 15-də Sumqayıt şəhərində hüquq-mühafizə orqanlarının qətiyyəti və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb.

Azərbaycanın siyasi partiyaları da baş verən hadisələri Azərbaycan dövlətçiliyi üçün təhlükəli hesab etməklə yanaşı, din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşmalara qarşı mübarizədə dövlətin yanında olduğunu bəyan edirlər.

KXCP sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a bildirdi ki, mövcud situasiya ilə bağlı onların daim xəbərdarlıqları olub: “Biz illər öncə bu barədə dedik, amma kimsə eşitmədi... Baş verənlər bu günün məsələsi deyil. Təbii ki, bu, təhqiqat işidir, hüquq-mühafizə orqanları var”.

Sumqayıtda baş verənlərə gəldikdə, KXCP sədri bunları bildirdi: “Bazar günü Sumqayıtda kimin təyin etməsi bəlli olmayan bir mitinq hazırlığı var idi. Hüquq-mühafizə orqanları hazır vəziyyətə gətirilmişdi. Amma bu mitinqin Sumqayıta heç bir aidiyyəti yox idi. Heç kim bu barədə məlumatlı deyildi və mitinqə gəlmək ehtimalı da sıfır idi. Mən də mediadan xəbər tutdum ki, həbs olunanlar var. Amma onlarla bağlı əlavə məlumatım yoxdur”.

M.Mirəlioğlu Gəncə və Sumqayıtda yaşananlarla bağlı mövqeyinin birmənalı olduğunu vurğuladı: “Azərbaycan dövlətinin, Azərbaycan Xalq Cümhuriyyətinin bərpasında iştirak edənlər adamlar kimi, təmsil olunduğumuz təşkilatın nümayəndələri kimi, bizim mövqeyimiz birmənalıdır. Yeri gəlmişkən, 16 iyulda Azərbaycan Xalq Cəbhəsinin qurulmasından 29 il keçdi. Mövqeyimiz hər zaman belə olub ki, Azərbaycan dövləti, ərazi bütövlüyü, Qarabağ məsələsində bizimçün tərəfmüqabili-filan yoxdur. Bu məsələlərdə bizimçün bir tərəf var: kim dövlətimizin, dövlətçiliyimizin, millətin, ərazi bütövlüyümüzün əleyhinə olacaqsa, qarşısında bizi görəcək!”

“Azərbaycanda iqtisadi vəziyyətin ağır olması, demokratik qüvvələrin xalqla ünsiyyətinin zəifləməsi radikal və xaricdən dəstəklənən qüvvələrin fəallaşmasına gətirib çıxarıb. Bir tərəfdən də məmurlar narazılıq yaradılır, çox böyük problemlər var. Nəticədə geniş xalq kütlələri, narazı kütlələr radikal qüvvələrin təsirinə düşür, onların çağırışlarına əməl edirlər. Bu da ölkədə bu cür xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxarır”.

ADP sədri Sərdar Cəlaloğlu bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Partiya sədri hadisələrin təhlükəli məcraya istiqamət aldığını da vurğuladı: “Əgər tezliklə demokratik qüvvələrin fəaliyyətinə şərait yaradılmasa, Azərbaycanda ciddi problemlər yarana bilər”.

S.Cəlaloğlu vəziyyətlə əlaqədar partiya üzvlərinin təlimatlandırıldığını da vurğuladı: “Biz partiya üzvlərimizə demişik ki, kənarda dursunlar, bu məsələlərə qarışmasınlar. Əksinə, biz camaata müraciət edirik ki, bu işləyə qoşulmayın. Çünki burada nə millətin, nə dövlətin xeyri var, nə də o proseslərdə iştirak edən adamların öz xeyri var”.

“Müxtəlif hesabatlarda İranın ayrı-ayrı dini-siyasi dairələrinin, İnqilab Keşikçiləri Korpusu adlanan və statusu ənənəvi dövlət struktirlarından tamamilə fərqlənən hərbi birləşməsinin bu günədək dünyanın ayrı-ayrı qaynar nöqtələrində ”Hizbullah", “Fatimiyyun”, “Zaynabiyyun”, “Kuvat al İmam Bagir” və bu kimi terror qruplaşmaları formalaşdırdığı, yaxud hərtərəfli dəstək verdiyi barədə məlumatlar yer alıb. Bu baxımdan, hazırda İranda yaşayan Tohid İbrahimbəyli adlı terrorçunun “Hüseyniyyun” adlı təşkilat yaratmaq niyyəti barədə məlumatlar təəccüblü görünməməlidir".

Bu fikirləri isə qəzetimizə açıqlamasında BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirdi. Partiya funksioneri qeyd etdi ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra İranın xüsusi xidmət orqanlarının ölkəmizdə təxribat törətmələri haqqında faktlar çoxsaylı məhkəmə qərarlarında öz əksini tapıb: “Məsuliyyətə cəlb olunanlar İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiklərini, onlardan maliyyə dəstəyi və təlimat aldıqlarını etiraf ediblər. Bütün bunlar sübuta yetirilmiş faktlardır. Rəsmi Tehran isə Gəncədə baş verən hadisələri pislədiyini bildirir və bunun xarici qüvvələr tərəfindən törədildiyinə eyham vurur. Çox yaxşı. Amma Tohid İbrahimbəyli və digər terrorçular İranda yaşayır və bu ölkədən çağırışlar edirlər. O zaman İran hökuməti buyursun Tohid İbrahimbəyli və onunla yanaşı terrora çağırış edənləri, Azərbaycanın qanuni hökumətinə qarşı silahlı müqavimət göstərməyi, hökumət nümayəndələrini qətlə yetirməyi təbliğ edən saytların idarəçilərini məsuliyyətə cəlb etsin və Azərbaycana təhvil versin. Bu zaman rəsmi Tehranın bəyanatları inandırıcı ola bilər. İndiki halda bu, ictimai rəyə hesablanmış populist mülahizələrdən başqa bir şey deyil. Biz Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanlarının radikal və ekstremist qruplara qarşı həyata keçirdiklərini tam dəstəkləyirik. Azərbaycanın konstitusion dövlət quruluşuna, təhlükəsizliyimizə qarşı yönələn bütün addımların qarşısı sərt şəkildə alınmalıdır”.

E.Mirzəbəyli bildirdi ki, Gəncədən sonra Sumqayıtın hədəf seçilməsi də təsadüfi deyil: “Uzun illər boyu Bakının bir neçə addımlığında, Nardaran kəndində çoxsaylı təxribatlar törədən, bu kiçik kəndi dini radikalizmin anklavına çevirən qüvvələr fiaskoya uğradıqdan sonra, görünür, diqqətin daha çox paytaxta yönəldiyi qənaətinə gəliblər. Bu baxımdan da prosesin Azərbaycanın digər böyük şəhərlərindən başladılması niyyətinə düşüblər. Ola bilsin ki, buna zəmin yaradan müxtəlif amillər var və bütün bunlar yəqin ki araşdırılacaq. Həm Gəncədə, həm də Sumqayıtda dini şüarlar üzərindən daha öncə də təxribat törədilməsinə cəhdlər edilib. Görünür, bu amillər də seçimdə müəyyən rol oynayıb. Bu hadisələrdə günahı olan, dini siyasiləşdirməyə və öz korporativ maraqları üçün insanların hisslərindən istifadə etməyə çalışan hər kəs kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyan Serj Sarkisyandan kömək istəyəcək
Bu gün, 13:10
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var... - Belə deyirlər...
Bu gün, 13:07
"Ancaq böhran baş nazirin dediklərindən də kəskindir və dərinləşməyə meyillidir"
Bu gün, 13:04
Atasını öldürüb, evi yandıran şəxsin məhkəməsi - daha iki nəfər də həbs edilib
Bu gün, 12:56
Azər­baycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər saxlanılıb - FOTO
Bu gün, 12:55
“Biləcəri Təmir Quraşdırma”nın rəhbərliyi ədliyyə nazirinə şikayət etdi - QALMAQAL
Bu gün, 12:51
Serj Sarqsyanın qardaşı oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 12:44
Azərbaycan XİN almaniyalı deputata viza verilməsindən imtinaya münasibət bildirib
Bu gün, 12:44
İki arvadı ilə birlikdə şəkil çəkdirən əməkdar artist: - “Gözlərim üstlərindədir”
Bu gün, 12:42
Komitə sədrindən qurbanlıq heyvan kəsənlərə TÖVSİYƏ
Bu gün, 12:29
Paşinyanın böyük qorxusu: Əgər istefaya getsə... - TƏHLİL
Bu gün, 12:26
Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək
Bu gün, 12:21
DİN-dən vətəndaşların NƏZƏRİNƏ
Bu gün, 12:13
Afaq Aslan yenə də soyundu... - FOTOLAR
Bu gün, 12:11
Azərbaycanda kompleksin biletində şok detal - FOTO
Bu gün, 12:06
Trampdan Türkiyəyə yeni mesaj: - “Hər hansı güzəşt olmayacaq”
Bu gün, 12:05
Əbülfəz Məlikov çətin durumda - Səfər Mehdiyevlə ortaqlıq etməsi...
Bu gün, 12:02
Bakıda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqları ləğv ediləcək
Bu gün, 11:54
Manaf Mətanətin videosunu yayan adamı "razborka"ya çağırıb diz çökdürdü - VİDEO
Bu gün, 11:51
Ermənistanın sabiq baş nazirinin kürəkəni işdən çıxarılıb
Bu gün, 11:48
Bakıda 85 yaşlı kişi qətlə yetirilib
Bu gün, 11:47
“Məhərrəmlikdə zəncir vurmaq uydurulmuş hərəkətdir” - Mübariz Qurbanlı
Bu gün, 11:46
Kriminal aləmin məşhur siması Azərbaycanda - VİDEO
Bu gün, 11:44
Sənəd üzərində çıl-çıraq, realda zir-zibil - Şabranın vəziyyəti rəqəmlərdə və fotolarda
Bu gün, 11:43
Piyada səkiləri bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub - Bakı Nəqliyyat Agentliyi
Bu gün, 11:33
Ən yaşlı başçı da yol üstündədir... - Gələn il 80 yaşı olacaq
Bu gün, 11:32
"Karandaşlarının ucunu yonub, məktəbə hazırlaşırdı" — Övladını itirən aktyor
Bu gün, 11:19
Paşinyan jurnalistlərin ağzını yummaq istəyir
Bu gün, 11:11
Hökumətin səs-küylü qərarına niyə məhəl qoyulmur? - PROBLEM
Bu gün, 11:02
Əli Kərimlinin gecikmiş etirafı: Mitinqləri niyə keçirib?
Bu gün, 11:00
Trampın son bəyanatları dolların zəifləməsi ilə nəticələnib
Bu gün, 10:56
Neftin qiyməti bahalaşıb
Bu gün, 10:41
Zakir Həsənovdan bayram təbriki
Bu gün, 10:39
Baş nazir Qurban bayramı münasibətilə xalqı təbrik etdi
Bu gün, 10:13
Dollara tələb artır, Bakı nə etməlidir? - TƏHLİL
Bu gün, 10:11
İrəvanın Kremlə qarşı riskli taktikası: Qarabağı nə gözləyir? - TƏHLİL
Bu gün, 10:09
"Nokia"nın Rusiyadakı nümayəndəliyinə azərbaycanlı rəhbərlik edəcək
Bu gün, 10:03
Azərbaycanlı aktyor ölümlə hədələndi: - Metrodan çıxanda...
Bu gün, 09:59
Azərbaycan neftinin qiyməti cüzi azalıb
Bu gün, 09:51
Rəhman Rəhmanovun ailəsi - 2 xanımı bir arada
Bu gün, 09:48
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti Qazaxda büdrəyib... - İDDİA
Bu gün, 09:45
Türkiyəyə fəhləliyə gedən Rauf Əhmədov quduzluqdan öldü
Bu gün, 09:37
AYB sədrindən prezidentə şikayət olundu - “Qanuni mənzilimi özümə verin”
Bu gün, 09:37
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:34
7 şəhər və rayonda plastik qabların toplanması üçün 20 konteyner yerləşdirilib
Bu gün, 09:32
“Aktau Konvensiyasını Xəzərin konstitusiyası adlandırmaq olar” - deputat
Bu gün, 09:31
Merkel Qafqazları “fəth” etməyə gəlir - TƏHLİL
Bu gün, 09:28
Qovlar internatının direktorundan daha bir şikayət: - “Ölü canlar”, qanunsuz bufet...
Bu gün, 09:27
Bu gün dollar neçəyədir?
Bu gün, 09:22
“Azəriqaz” 30-a yaxın ailəni də evsiz qoymaq istəyir - Ev sahibləri stress və sarsıntı məngənəsində
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru