İlham Əliyev fərman imzaladı .....                     Azərbaycanda hakimlərin maaşı artırılıb .....                     Milyonluq tenderləri kimlər qazanır? .....                     Azərbaycanın iqtisadi tərəfdaşlarında zərbələrin onun iqtisadiyyatına təsir etməsi riski həmişə var .....                     “Premium Bank”ın mənfəəti 36% .....                     AXCP üzvü Əli Kərimliyə üsyan etdi .....                     Gənclər Fondu gənclər təşkilatı olmayan 4 QHT-yə 27 min verdi .....                     Bakıda gənc qadın intihar etmək məqsədi ilə binanın damına çıxıb .....                     Məhkəmə müstəntiq barəsində xüsusi qərar çıxarıb .....                     Vilayət Eyvazov Yair Kulasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib .....                     İcra başçısına haqq vermədiyi üçün İŞDƏN KƏNARLAŞDIRILDI... .....                     Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı .....                     Sabah dollar neçəyə olacaq? .....                     Məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbənin Bakı Baş Gömrük İdarəsilə nə əlaqəsi? .....                     Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşı ölkələri sırasına daxil ola bilər .....                     Hüseyn Abdullayevin məhkəməsi yekunlaşır .....                     “Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib .....                     Renkanın Antalya macərası .....                     Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb .....                     Prezident yazıçı Murad Köhnəqalaya ev hədiyyə edib .....                     Serj Sarkisyan yenə Qarabağa gedir .....                     Qeyri-standart kreditlərinin həcmi 10 faizə çatır .....                     Məhkəmə şirkətin cərimələnməsi barədə qərarı ləğv edib .....                     Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək .....                     Maliyyə Bazarlarına Nəzarət Palatasına İTTİHAM .....                     “Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” .....                     Qanunsuz fəaliyyət göstərən Gürcüstan nömrəli avtobuslar təhlükə yaradır .....                     İrəvanın Qarabağ və Naxçıvan xofu: düşmənin ikili təlaşı .....                     Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə... .....                     Rəisin sürücülərinə hədiyyə etdiyi mənzillər ətrafında qalmaqal .....                     Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır .....                     “Aqrar Ticarət və Təchizat” ASC-nin İdarə Heyəti formalaşdırılıb .....                     “Azərbaycan çətin ki, ABŞ-ın böyük sayda quru qoşunlarının İrana keçidinə icazə verərdi…” .....                     Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı .....                     Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə liderdir .....                     Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır .....                     II Qareginin qardaşı Paşinyanın adamından imtina etdi .....                     Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək .....                     “Onlar şərəfli, ləyaqətli insan axtarmırlar...” .....                     Gürcüstanın sabiq müdafiə naziri istintaqa ifadə verib .....                 

BTC ilə 3 milyardıncı barel neft ixrac olunub
Tarix: 16-07-2018, 17:19 | Çap et
BTC ilə 3 milyardıncı barel neft ixrac olunub
İyulun 14-də Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunan Xəzər xam neftinin 3 milyardıncı bareli 3929-cu tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

"BP Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu günə qədər BTC texniki təhlükəsizlik və istismar baxımından yüksək göstəricilər nümayiş etdirib. Onun səmərəliliyi və istismar etibarlılığı ilk dövrlərdəki 75%-dən artaraq hazırkı 99,9% səviyyəsinə çatıb. BP-nin Azərbaycan-Gürüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz Ceyhan limanından xam neftin 3 milyardıncı barelinin nəql olunması BTC-nin əldə etdiyi əlamətdar nailiyyət adlandırıb: "İstismara başladığı vaxtdan etibarən boru kəməri müstəsna səmərəlilik nümayiş etdirib. Onun inşası nəhəng mühəndis-texniki nailiyyətdir və 12 illik təhlükəsiz, etibarlı və məsuliyyətli əməliyyatlardan sonra bu boru kəməri əməliyyat səmərəliliyinin bariz nümunəsi və üç ölkə boyunca vahid komandanın gerçəkləşdirdiyi dünya miqyaslı fəaliyyət kimi təsvir oluna bilər. Əminliklə deyə bilərəm ki, BTC-nin fəaliyyəti dünyada ən təhlükəsiz və ekoloji cəhətdən zərərsiz boru kəməri əməliyyatlarından biridir. Biz hamımız BTC-nin uğur hekayəsi ilə qürur duymalıyıq. Hamımız dedikdə, mən layihə başladığı andan etibarən üç ölkədə layihənin icrasına cəlb edilmiş minlərlə insanı – işçi qüvvəsini, icmaları, şirkətləri, regional və beynəlxalq hökumətləri, tərəfdaşları və öz işçi heyətimizi nəzərdə tuturam. Bu, həqiqətən də hər mənada böyük obyektdir və bu günə qədər onun əldə etdiyi nailiyyətlər bizdə qürur hissi oyadır. Üç regional ölkəni birləşdirən körpü kimi BTC həmin üç ölkə boyu icmalarda və əhalidə böyük müsbət dəyişikliklərə yol açaraq bu ölkələr arasında əlaqələri öhkəmləndirib. BP-nin dünya üzrə biznesində belə layihənin olması mənə böyük qürur və şərəf verir və sizin çoxunuzun da eyni hisləri bölüşdüyünüzə əminəm”.

Qeyd edək ki, Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi də 2006-cı ilin isti yay günlərinə təsadüf edib. "Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək BTC boru kəməri vasitəsilə 1768 km məsafəni qət edərək nəql olunmuş təxminən 600000 barel həcmində Azəri-Çıraq-Günəşli xam neftindən ibarət ilk yük 4 iyun 2006-cı il tarixində British Hawthorn tankerinə yüklənmiş və yeni Ceyhan Dəniz Terminalından yola salınmışdı. Yeri gəlmişkən, ilk tankerin yola salınması məhz 12 il əvvəl 13 iyul tarixində regionun dövlət və hökumətlərinin rəhbərlərinin, BTC-nin sahibkar şirkətlərinin icraçı rəhbərlərinin və digər yüksək vəzifəli qonaqların iştirakı ilə keçirilmiş möhtəşəm tədbirdə rəsmi qaydada qeyd edilmişdi. Hazırda bütün bunlar tarixin səhifələrində qalıb, tarix olmayan isə BTC-nin Xəzərin karbohidrogenlərini son 12 il ərzində təhlükəsiz, səssiz, etibarlı, gözə görünmədən və minimum risk ilə nəql etməkdə davam etməsidir", - deyə məlumatda vurğulanıb.

"BP Azerbaijan" şirkətindən bildirilib ki, regionda enerji ixracının başlıca arteriyası hesab olunan bu boru kəməri Xəzər dənizinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasında mühüm rol oynayıb. Azərbaycanın strateji obyekt kimi dəyərləndirdiyi bu boru kəməri qapalı Xəzər hövzəsi ilə bütün dünya bazarlarına asan çıxışı olan Aralıq dənizi arasında ilk birbaşa əlaqədir. Tikinti mərhələsindən başlayaraq, BTC regiona mühüm mənfəətlər gətirərək müsbət dəyişikliklər yaradıb. Eyni zamanda, boru kəmərinin Bosfor və Dardanel boğazlarından yan keçməsi tranzit ölkələr üçün mühüm gəlirlərin əldə olunmasına imkan yaradaraq, neft daşımalarının qaçılmaz artımının və əlaqədar ekoloji risklərin azalmasına kömək edir və bununla yanaşı Azərbaycan, Gürcüstan, Türkiyə və qərb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin güclənməsinə dəstəyi davam etdirir.

1768 km uzunluğunda və gündəlik ötürücülük gücü 1,2 milyon barel olan BTC boru kəməri nəqliyyat baxımından onsuz da izdihamlı olan Dardanel və Bosfor boğazlarında tankerlərin hərəkət sıxlığını artırmadan Xəzər dənizindən təhlükəsiz və məsuliyyətli qaydada neft ixrac etməyə imkan verir. Boru kəməri 46/42/34” diametrli boru xətlərindən ibarətdir. Üç tranzit ölkə boyu səkkiz nasos stansiyası və 98 siyirtmə stansiyası var. Boru kəməri Ceyhanda yenidən dəniz səviyyəsinə düşməzdən qabaq 2830 metr səviyyəsində ən yüksək nöqtəyə qalxaraq, bir neçə dağ silsiləsi, 3000 yol, dəmiryolu və həm yeraltı, həm yerüstü kommunikasiya xətləri ilə və eləcə də Türkiyədə eni 500 metrədək çatan Ceyhan çayının yerləşdiyi ərazidəki keçid də daxil olmaqla 1500-dən artıq su hövzəsi ilə kəsişir.

Dünya miqyasında dövrünün ən böyük və ən mürəkkəb mühəndis-texniki nailiyyətlərindən biri hesab edilən BTC-nin tikintisinin tamamlanması üçün dörd il tələb olunub – layihə 2002-ci ilin iyul ayında təsdiqlənib və 2006-cı ilin may ayında başa çatıb. Fəaliyyətlərin ən qızğın dövründə tikintiyə 22000 nəfər cəlb olunmuş (bunların demək olar 80%-ni yerli işçilər təşkil etmişdir), 110 milyondan artıq adam-saat sərf edilmiş, 200 milyon kilometrdən artıq məsafə qət edilmiş – bu yer kürəsi ətrafında 10 dəfə dövrə vurmağa bərabərdir – 220000 ədəd boru qaynaq edilmişdir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlham Əliyev fərman imzaladı
Dünən, 18:05
Azərbaycanda hakimlərin maaşı artırılıb
Dünən, 18:00
Milyonluq tenderləri kimlər qazanır? – “QOHUMLARIDIR...”
Dünən, 17:57
Azərbaycanın iqtisadi tərəfdaşlarında zərbələrin onun iqtisadiyyatına təsir etməsi riski həmişə var - IMF
Dünən, 17:56
“Premium Bank”ın mənfəəti 36% - AZALIB
Dünən, 17:52
AXCP üzvü Əli Kərimliyə üsyan etdi - VİDEO
Dünən, 17:48
Gənclər Fondu gənclər təşkilatı olmayan 4 QHT-yə 27 min verdi – Qanun pozuntusu
Dünən, 17:42
Bakıda gənc qadın intihar etmək məqsədi ilə binanın damına çıxıb - YENİLƏNİB
Dünən, 17:37
Məhkəmə müstəntiq barəsində xüsusi qərar çıxarıb
Dünən, 17:36
Vilayət Eyvazov Yair Kulasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Dünən, 17:24
İcra başçısına haqq vermədiyi üçün İŞDƏN KƏNARLAŞDIRILDI... - İTTİHAM
Dünən, 17:13
Abid Şərifovun avtomobilinin üstünə çıxan jurnalist işdən çıxarıldı
Dünən, 17:07
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:04
"Biabırçılıqlarla gündəmdə olub, stilist adına ləkə gətirənlər..."
Dünən, 17:02
Məcburi köçkünlər üçün salınmış 9 saylı qəsəbənin Bakı Baş Gömrük İdarəsilə nə əlaqəsi? - MÜƏMMA
Dünən, 16:58
Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşı ölkələri sırasına daxil ola bilər
Dünən, 16:50
“Qızımın atası ərimdir, başqası deyil” - Zenfira İbrahimova
Dünən, 16:47
Hüseyn Abdullayevin məhkəməsi yekunlaşır - prokuror ona və anasına cəza istəyəcək
Dünən, 16:45
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib
Dünən, 16:44
Renkanın Antalya macərası
Dünən, 16:42
Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Dünən, 16:39
Prezident yazıçı Murad Köhnəqalaya ev hədiyyə edib
Dünən, 16:38
Serj Sarkisyan yenə Qarabağa gedir
Dünən, 15:05
Qeyri-standart kreditlərinin həcmi 10 faizə çatır – BANK HESABATI
Dünən, 15:02
Məhkəmə şirkətin cərimələnməsi barədə qərarı ləğv edib
Dünən, 14:53
"Bu yara bizdə sağalmaz izlər buraxdı"
Dünən, 14:47
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək
Dünən, 14:44
Maliyyə Bazarlarına Nəzarət Palatasına İTTİHAM - İbrahim Alışovun adı hallanır...
Dünən, 14:43
“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” - AAAF Parkdan şikayət
Dünən, 14:37
Qanunsuz fəaliyyət göstərən Gürcüstan nömrəli avtobuslar təhlükə yaradır - VİDEO
Dünən, 14:33
İrəvanın Qarabağ və Naxçıvan xofu: düşmənin ikili təlaşı - TƏHLİL
Dünən, 14:32
Ali Məhkəmə hakimindən şok: qərar elan etdi, sonra isə...
Dünən, 14:30
Rəisin sürücülərinə hədiyyə etdiyi mənzillər ətrafında qalmaqal - dələduzluq işi
Dünən, 14:28
Adəm, naqqaş, altın və daha 50-ə yaxın söz orfoqrafiya lüğətindən çıxarılır - SƏBƏB?
Dünən, 14:25
“Aqrar Ticarət və Təchizat” ASC-nin İdarə Heyəti formalaşdırılıb
Dünən, 14:23
“Azərbaycan çətin ki, ABŞ-ın böyük sayda quru qoşunlarının İrana keçidinə icazə verərdi…” - “Contra Magazin”
Dünən, 13:10
Bakının bu çimərliyində nəhəng ilan insanları qorxuya saldı - VİDEO
Dünən, 13:09
Bakcell sosial şəbəkələrdə cavablandırılmış müraciətlərə görə liderdir
Dünən, 13:08
Şəki Xan Sarayı turistləri qəbul etməyə hazırdır - Dövlət Turizm Agentliyi
Dünən, 13:05
"Heç Ağdamı unutmuşam ki, xatırlayım da?" — Mənsum İbrahimovdan TƏSİRLİ SÖZLƏR
Dünən, 13:00
II Qareginin qardaşı Paşinyanın adamından imtina etdi
Dünən, 12:55
Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək - Belə deyirlər...
Dünən, 12:49
“Onlar şərəfli, ləyaqətli insan axtarmırlar...” – Ekspertdən sərt açıqlama
Dünən, 12:43
Gürcüstanın sabiq müdafiə naziri istintaqa ifadə verib
Dünən, 12:40
"Başımızı itirmişik, imkanımız yoxdur..." - GİLEY
Dünən, 12:39
Heydər Əliyevin abidəsini ucaldan memarın EVİ ƏLƏ KEÇİRİLİB - V HİSSƏ
Dünən, 12:32
"Ağdam hakimiyyət uğrunda savaşın qurbanı oldu" - deputat
Dünən, 12:30
“AMAY Abdulla”nın həbsdə olan şəriklərindən şikayət - MƏHKƏMƏ
Dünən, 12:28
Türkiyə Naxçıvanda ordu yerləşdirəcək - Safrastyan
Dünən, 12:26
Özbək müğənnisi azərbaycanlı həmkarını məhkəməyə verdi
Dünən, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru