ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb .....                     Əzizovdan Bakı meriyasında yeni dəyişikliklər .....                     Neftçalada qadının evindən pul və məişət əşyaları oğurlayan şəxs tutulub .....                     Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi .....                     Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi .....                     Eldar Əzizov keçmiş müavinini aparat rəhbəri TƏYİN ETDİ .....                     Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib .....                     Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri dəyişdirilib .....                     Varlanmaq istəyi azərbaycanlını həbsə göndərdi .....                     Həyətində mal-qara saxlayan Gəncə sakinindən qonşuları nazirliyə şikayət etdi .....                     21 sentyabrda gözlənilən hava şəraiti .....                     Bakı Meriyasında vəzifədən gedən Rasim Quliyev .....                     “Bizim qəbul etdiyimiz fətvaları məhdudiyyət kimi təqdim edirlər” .....                     "Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" .....                     Qanunsuz ov edən şəxs cərimələnib .....                     Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb .....                     Gürcüstan Ermənistanın xeyrinə qərar verdi .....                     Sabah Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək .....                     Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar .....                     Prezident Ramil Usubovu .....                     Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar .....                     "Leyla Şıxlinskaya" klinikasına dəyən zərər açıqlandı .....                     Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib .....                     “Ərdoğan Etimad İsmayılovun qətl işini xüsusi diqqətdə saxlayır” .....                     Marketdən oğurluq edən şəxsi xuliqanlıq zəminində döyən obyektin icraçı direktoru və satıcıları saxlanılıb .....                     Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb .....                     Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK .....                     MM-in payız sessiyasında ilk 2 iclasının tarixi və gündəliyi müəyyənləşib .....                     Ermənistan sabitliyi pozacaqsa, layiqli cəzasını alacaq .....                     Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı .....                     Ermənistanda həbsdə olan Azərbaycan əsilli gənc məhkəməyə çıxarılacaq .....                     Xəlil Rza Ulutürkün xanımı şikayətçidir .....                     AMEA-da .....                     İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı .....                     Paşinyan arvadını rəqibi ilə Peterburqa göndərdi .....                     Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb .....                     Azercell-in dəstək verdiyi “İdeyadan Biznesə” layihəsinin startap turu Sumqayıtda keçiriləcək .....                     Yaponiyada 60 mln. dollar dəyərində kriptovalyuta oğurlanıb .....                     Ramiz Yediyarovun həbsi gündəmdədir .....                     Ağdaşda xəstəliyinə dözə bilməyən kişi intihar edib .....                 

Gəncə hadisəsi necə hazırlanıb? - Əli Həsənov detalları açdı
Tarix: 11-07-2018, 12:36 | Çap et
Gəncə hadisəsi necə hazırlanıb?
Gəncədə yaranmış həssas dönəm cəmiyyətimizin dövlətin ətrafinda daha sıx birləşməsini tələb edir

Axar.az xəbər verir ki, bu sözləri prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib:

“İyul ayının 3-də axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən, mən ilkin məlumatlardan çıxış edərək söyləmişdim ki, ”bu icra başçısına qarşı törədilmiş kriminal hadisədir, silahlı basqın olub, başçı və mühafizəçisi xəsarət alıb, hadisəni törədən şəxs yaxalıanıb, hüquq mühafizə orqanları lazımi tədbirləri görürlər”. Belə ağır cinayət hadisələri zamanı müvafiq orqanların rəyi olmadan daha təfsilatlı şərhlə çıxış etməyi düzgün hesab etmədim. Bir dövlət məmuru kimi mənim həmin açıqlamam, əlbəttə ki, dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istəyilə əlaqəli olmuşdu. İyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə məlumatda baş vermiş cinayətin terror xarakteri, cinayəti törədən Yunis Səfərovun xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi bildirildi. Həm yerli, həm xarici mediada dərc olunmuş materiallarda, sui-qəsdçinin həyat yoldaşının bir neçə dəfə yayımlanmış video müraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi “sosial zülmə” qarşı etiraz olaraq deyil, məhz Suriyada uğrunda döyüşdüyü “ideallar” naminə - şəriət dövləti bərqərar etmək üçün törətdiyi bəlli oldu.

Yunis Səfərov maddi təminatı yüksək olan bir ailənin üzvüdür, xarici vətəndaşdır və təbii ki, Azərbaycanın hansısa bölgəsində sosial ədalət naminə “solçu inqilabı” haqqında düşünməyib də. Açıqlamalardan göründüyü kimi, o, bu əmələ uzun illər hazırlaşıb, öz niyyətini həyata keçirmək üçün müvafiq məqam və tapşırıq gözləyib. Görünür, Mingəçevir şəhərində baş vermiş qəza ilə əlaqədar yaranmış gərginlik bunun üçün əlverişli məqam hesab edilib.

Sözügedən dairələrə yaxın xarici media və Facebook səhifələrinin hələ 2017-ci ilin əvvəllərində Gəncə İH başçısı haqqında islamofob və anti-şiə imici yaratmaq cəhdləri Azərbaycan KİV-lərində müzakirə olunmuşdu. Bu ilin əvvəllərindən isə müəyyən reket nəşrlərdə Elmar Vəliyevin kobud rəftarı haqqında dərc edilən materialların sayında kəskin artım müşahidə edilmişdi. Görünür, ölkə əhalisinin dini mövzulara o qədər də həssas olmaması səbəbindən onun barəsində “sosial zülmün səbəbkarı” imici formalaşdırmağa ehtiyac varmış.

Hadisə baş verdikdən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni “gəncəbasar qisasçısı”, “qəhrəman” elan etməyə tələsdilər. Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi anti-milli ünsürlərdən kömək gəldi. Rusiyada “talış separatçısı kimi ad-san qazanmış” İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. 2016-cı ilin aprel döyüşləri zamanı erməni hərbi mundiri ilə ekranlardan Azərbaycanı, Azərbaycan əsgərini aşağılayan bir xain ona şeir də həsr etdi. Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu bəlli olmayan Ru-clip.ru saytının Yutub kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip - çağırış yayımladı.

Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil. Belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar - millət vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər.

XIX əsr Rusiyasında Vera Zasuliç adlı qadın ilk terror aktını həyata keçirəndə rus ziyalılarının müəyyən kəsimi onu qəhrəman kimi təqdim etməyə çalışmışdı və buna qismən nail də olmuşdular. Həmin terrorun mifləşdirilməsi ilə başlayan hadisələr sonrakı dövrdə Rusiyada üç inqilaba, milyonlarla insanın vətəndaş savaşında həlak olmasınadək inkişaf etmişdir.

İdeoloji təxribat deyəndə bir məqamı da yada salmaq yerinə düşərdi. Yaxın tariximizdə Azərbaycan əsilli xarici vətəndaşın törətdiyi ilk terror aktın Azərbaycan Dövlət Neft Akademiyası hadisəsidir. Amma həmin terror öz hədəfinə çatmamış, terror aktı, onu törədən şəxs və arxasındakı qüvvələr cəmiyyət tərəfindən birmənalı olaraq lənətlənmişdilər. Bu dəfə də terror Azərbaycan əsilli xarici vətəndaş tərəfindən törədilib. Amma qeyd etdiyim kimi, ona ictimai bəraət qazandırmaq üçün uzun müddətli iş aparılıb. Bəzi sosial səhifələrdə “qalxın, digər şəhərlərdə də bunu təkrar edin” çağırışları terrorun yeni dalğasına çağırış kimin qiymətləndirilə bilər. Çünki bu, aksiyalarda Azərbaycan vətəndaşlarının kütləvi iştirakını təmin etmək məqsədi güdülür.

1970-ci illərin ikinci yarısında Türkiyədə solçular və sağçılar öz aralarındakı gərginliyi və dövlətlə anlaşılmazlıqları silah, “devrim” (əslində terror) gücünə həll etməyə başlayanda Süleyman Dəmirəlin dediyi məşhur bir ifadə yadıma düşdü: “Cümhuriyyət polisinə güllə atan əllər kəsilməlidir”. Əlbəttə ki, bununla müasir Türkiyədə heç də Osmanlı dövlətinin tarixinə aid olan sərt cəzanın birbaşa tətbiqi nəzərdə tutulmurdu, dövlətin məmurunu terror edənlərin sərt şəkildə cəzalandırlmasınin vacibliyinə diqqət çəkilirdi.

Əminliklə deyə bilərəm ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Bununla yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi bu yanlış addımlardan çəkinməyə dəvət edirəm. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
Dünən, 16:42
Əzizovdan Bakı meriyasında yeni dəyişikliklər - Daha 3 rəhbər şəxs işdən çıxarıldı
Dünən, 16:41
Azərbaycanlı müğənni ata oldu
Dünən, 16:31
Neftçalada qadının evindən pul və məişət əşyaları oğurlayan şəxs tutulub
Dünən, 16:24
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
Dünən, 16:19
Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi
Dünən, 16:07
Eldar Əzizov keçmiş müavinini aparat rəhbəri TƏYİN ETDİ
Dünən, 16:05
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
Dünən, 16:00
Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri dəyişdirilib
Dünən, 15:58
Varlanmaq istəyi azərbaycanlını həbsə göndərdi - Rusiyada
Dünən, 15:53
Həyətində mal-qara saxlayan Gəncə sakinindən qonşuları nazirliyə şikayət etdi
Dünən, 15:45
21 sentyabrda gözlənilən hava şəraiti
Dünən, 12:50
Bakı Meriyasında vəzifədən gedən Rasim Quliyev DANIŞDI
Dünən, 12:49
“Bizim qəbul etdiyimiz fətvaları məhdudiyyət kimi təqdim edirlər” - Allahşükür Paşazadə
Dünən, 12:46
"Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" — Oğlu qətlə yetirilən İlyas İsmayılov
Dünən, 12:41
Qanunsuz ov edən şəxs cərimələnib
Dünən, 12:38
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
Dünən, 12:36
Gürcüstan Ermənistanın xeyrinə qərar verdi
Dünən, 12:32
Sabah Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək
Dünən, 12:21
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Dünən, 12:20
Anarın atasından keçmiş gəlini barədə: - “Oğlumu bıçaqla, tapançayla...”
Dünən, 12:13
Prezident Ramil Usubovu mükafatlandırdı
Dünən, 12:09
Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Dünən, 12:05
Azərbaycanlı Holdinq rəhbərinin model qızı Nyu Yorkda
Dünən, 12:03
"Leyla Şıxlinskaya" klinikasına dəyən zərər açıqlandı
Dünən, 11:59
Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib
Dünən, 11:58
“Ərdoğan Etimad İsmayılovun qətl işini xüsusi diqqətdə saxlayır”
Dünən, 11:57
Marketdən oğurluq edən şəxsi xuliqanlıq zəminində döyən obyektin icraçı direktoru və satıcıları saxlanılıb - FOTOLAR
Dünən, 11:55
“Felicita”nın ifaçısı Bakıda
Dünən, 11:53
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 11:51
Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK - aparat rəhbəri işdən çıxarılıb
Dünən, 11:49
MM-in payız sessiyasında ilk 2 iclasının tarixi və gündəliyi müəyyənləşib
Dünən, 11:45
Ermənistan sabitliyi pozacaqsa, layiqli cəzasını alacaq - Əflatun Amaşov
Dünən, 11:41
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı
Dünən, 11:39
Ermənistanda həbsdə olan Azərbaycan əsilli gənc məhkəməyə çıxarılacaq
Dünən, 11:24
Xəlil Rza Ulutürkün xanımı şikayətçidir - 4 mini ödənilməyib
Dünən, 11:23
AMEA-da YENİ TƏYİNAT
Dünən, 11:21
İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb
Dünən, 11:19
Paşinyan arvadını rəqibi ilə Peterburqa göndərdi
Dünən, 11:16
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Dünən, 11:14
Kərim aparıcı Zauru məhkəmə ilə hədələdi
Dünən, 11:12
Azercell-in dəstək verdiyi “İdeyadan Biznesə” layihəsinin startap turu Sumqayıtda keçiriləcək
Dünən, 11:09
Yaponiyada 60 mln. dollar dəyərində kriptovalyuta oğurlanıb
Dünən, 11:06
Ramiz Yediyarovun həbsi gündəmdədir - Məsələsi ciddidir
Dünən, 11:04
Ağdaşda xəstəliyinə dözə bilməyən kişi intihar edib
Dünən, 10:59
Polad Bülbüloğlunun qardaşına pul “atan”ın işi yenidən MƏHKƏMƏDƏ
Dünən, 10:45
ABŞ-Çin ticarət müharibəsi daha çox Çinə ziyan vuracaq - TƏHLİL
Dünən, 10:42
"2002-ci illər, "W-trio" vaxtı"
Dünən, 10:33
Moskvada tutulan separatçı Fəxrəddin Abbaszadə haqda yeni məlumatlar
Dünən, 10:31
Alı Alıyev növbəti səyyar qəbul keçirib
Dünən, 10:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru