ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb .....                     Əzizovdan Bakı meriyasında yeni dəyişikliklər .....                     Neftçalada qadının evindən pul və məişət əşyaları oğurlayan şəxs tutulub .....                     Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi .....                     Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi .....                     Eldar Əzizov keçmiş müavinini aparat rəhbəri TƏYİN ETDİ .....                     Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib .....                     Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri dəyişdirilib .....                     Varlanmaq istəyi azərbaycanlını həbsə göndərdi .....                     Həyətində mal-qara saxlayan Gəncə sakinindən qonşuları nazirliyə şikayət etdi .....                     21 sentyabrda gözlənilən hava şəraiti .....                     Bakı Meriyasında vəzifədən gedən Rasim Quliyev .....                     “Bizim qəbul etdiyimiz fətvaları məhdudiyyət kimi təqdim edirlər” .....                     "Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" .....                     Qanunsuz ov edən şəxs cərimələnib .....                     Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb .....                     Gürcüstan Ermənistanın xeyrinə qərar verdi .....                     Sabah Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək .....                     Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar .....                     Prezident Ramil Usubovu .....                     Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar .....                     "Leyla Şıxlinskaya" klinikasına dəyən zərər açıqlandı .....                     Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib .....                     “Ərdoğan Etimad İsmayılovun qətl işini xüsusi diqqətdə saxlayır” .....                     Marketdən oğurluq edən şəxsi xuliqanlıq zəminində döyən obyektin icraçı direktoru və satıcıları saxlanılıb .....                     Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb .....                     Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK .....                     MM-in payız sessiyasında ilk 2 iclasının tarixi və gündəliyi müəyyənləşib .....                     Ermənistan sabitliyi pozacaqsa, layiqli cəzasını alacaq .....                     Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı .....                     Ermənistanda həbsdə olan Azərbaycan əsilli gənc məhkəməyə çıxarılacaq .....                     Xəlil Rza Ulutürkün xanımı şikayətçidir .....                     AMEA-da .....                     İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı .....                     Paşinyan arvadını rəqibi ilə Peterburqa göndərdi .....                     Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb .....                     Azercell-in dəstək verdiyi “İdeyadan Biznesə” layihəsinin startap turu Sumqayıtda keçiriləcək .....                     Yaponiyada 60 mln. dollar dəyərində kriptovalyuta oğurlanıb .....                     Ramiz Yediyarovun həbsi gündəmdədir .....                     Ağdaşda xəstəliyinə dözə bilməyən kişi intihar edib .....                 

“İkinci əl” bazarda komfortlu maşın qıtlığı var
Tarix: 11-07-2018, 10:10 | Çap et
“İkinci əl” bazarda komfortlu maşın qıtlığı var
Azərbaycanda ildən-ilə avtomobillərə tələbat çoxalır. Artan maraq təbii ki, maşınların qiymətinə də təsir edir. Son günlər "ikinci əl” avtomobillərin qiymətində artım müşahidə edilir. Bu artımın səbəblərini və nə vaxta qədər davam edəcəyini öyrənməyə çalışdıq.

"Vip Escort MMC”nin bas direktoru, avtoekspert Rəşad Quliyev vəziyyətin yay mövsümü boyunca, yəni sentyabrın sonuna qədər davam edəcəyini deyir: "İkinci əl avtomobil bazarında, xüsusilə də dizel avtomobillərdə müəyyən qədər də olsa qiymət artımı var. Çünki gözlənti var idi ki, yanacağın qiyməti qalxdıqdan sonra dizelin də qiyməti qalxacaq. Amma gözləntilər olmadı. Ona görə də hər kəs dizellə işləyən maşınlara üstünlük verdi. Digər tərəfdən, mövsümlə əlaqədar olaraq minivanlarda satış qiyməti qalxdı. Burada söhbət başqa model avtomobillərdən də gedə bilər. Amma real olaraq turistlərin qarşılanması, onların ölkə ərazisində gəzdirilməsində minivanlardan daha çox istifadə edilir. Xüsusilə də "Mercedes Vito, Viano V, Klass sprinter kimi modellərə daha çox üstünlük verilir. Ona görə də bu vaxtlarda onların qiymətində artım müşahidə olunur. Bu vəziyyət yay mövsümü boyunca, yəni sentyabrın sonuna qədər davam edəcək”.

Müsahibimiz bu halın normal olduğunu, hər mövsüm belə artımın baş verdiyini deyir: "Keçən il aksizlərdə, bu il isə gömrük rüsumunda olan artımlar istər-istəməz maşın bazarına təsirsiz ötüşmür. Əslində, maşın bazarında qiymətlər heç vaxt düşmür. Müəyyən aylarda durğunluq müşahidə olunur, amma ucuzlaşma olmur. Gömrük rüsumlarına gəlincə, təbii ki, azalmadan söhbət gedə bilməz. Amma önümüzdəki aylarda qalxma da gözlənilmir. Azərbaycan artıq maşın istehsalı sahəsində də kifayət qədər uğur qazanıb. Yavaş-yavaş maşın idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilir. Ona görə maşın bazarında da qiymətlərdə ucuzlaşma gözlənilən deyil. Bəlkə rüsumlarda azalma olarsa, avtomobillərin də qiyməti aşağı düşər. Bu da cüzi miqdar olacaq, elə də ciddi qiymət dəyişikliyi olmaz”.

Ekspert deyir ki, qiymət artımının digər bir səbəbi isə son dövrlər ölkəyə gətirilən yararsız avtomobillərdir: "Maşın alveri ilə məşğul olanların bəziləri yarasız avtomobili gətirib, "bəzəyib” satırlar. Və bu mövsümdə həmin maşınların kondisioner, motor problemləri ortaya çıxır. Ona görə də keyfiyyətli, hər bir avadanlığı işlək vəziyyətdə olan avtomobillərdə qiymət artımı olur”.

Avtomobil üzrə ekspert Eldəniz Cəfərov da qiymətlərdəki artımın kəskin olmadığını bildirir: "İkinci əl” maşınların qiymətində kəskin artım müşahidə edilmir. Lakin bununla yanaşı, qiymətlərdə azalma da yoxdur. Bu, o deməkdir ki, ikinci əl avtomobil bazarında komfortlu maşınların qıtlığı var. Mühərrik həcminə görə dövlət rüsumlarının artırılması ilə ilin əvvəlindən başlayaraq ölkəyə gətirilən ikinci əl maşınların sayında azalma müşahidə olunur. Bunun əksinə, rəsmi dilerlər tərəfindən gətirilən yeni maşınların sayında artım var. Hazırda yeni avtomobillərin qiymətində heç bir atım yoxdur. İkinci əl maşınlarda müəyyən qədər də olsa artım müşahidə olunur. Onu da deyək ki, artım bu ilin yay mövsümündə əsasən 2011-2014 il istehsalı krossoverlərdə (CUV) və D seqmentli maşınlardadır”.

E.Cəfərov qiymətlərdə enmə olacağını proqnozlaşdırmır: "Qeyd etdiyimiz kimi, mühərrik həcminə görə rüsumun artırılması pərakəndə şəkildə ölkəmizə minik avtomobili gətirən şirkət və şəxslərə iqtisadi baxımdan o qədər də sərf etmir. Turizmin inkişafı ilə əlaqədar onlar əsasən minivan gətirilməsinə üstünlük verirlər. Çünki minivanın mühərrik həcmi elə sedan və ya yolsuzluq avtomobilləri ilə eynidir, rüsum da eyni olur, lakin alqı-satqı zamanı daha gəlirlidir. Azərbaycanda "ikinci əl” avtomobil bazarında qiymətlərdə enmə olmayacaq. Amma kəskin yüksəlmə də gözlənilmir”.

"Sirena Motors”un marketinq departamentinin rəhbəri Eyyub Əliyev deyir ki, köhnə maşınların sıradan çıxması yeni maşınlarda qiymət artımına şərait yaradır. Beləliklə də bazarda olan maşınların qiyməti artır: "Açığı, bu, elə də ciddi bir artım deyil. Sadəcə, bəzi maşınların qiymətlərində kiçik artımlar müşahidə olunub. Bu da daha çox ölkəyə gətirilən yeni maşınlarla əlaqədardır. Bildiyimiz kimi, 2014-cü ildən 2006-cı ildən əvvəl istehsal olunan maşınlar Azərbaycana buraxılmır. Köhnə maşınlar gəlmir deyə, bazarda olan maşınların qiyməti artır. Məsələn, əvvəllər 2001-ci ilin Mercedes C-Klass-nın qiyməti 7-8 min idisə, indi 8500-dir. Hətta tam yaxşı vəziyyətdə olanını 9 minə də satan var”.

Departament rəhbəri qiymət artımında bazardakı alverçilərin də rolu olduğunu qeyd edir: "Yay mövsümü maşın bazarının ən qızğın dövrüdür desək, yanılmarıq. Bu aylarda alış-veriş çox olur deyə, qiymətlərdə qalxma baş verir. Mən deyərdim ki, bəzi hallarda artımı bazardakı alverçilər edir. Bu süni artımın əsasında da digər vətəndaşlar maşınlarını baha qiymətə satışa çıxarır. Maşınını satmaq istəyən sadə vətəndaş bazarı araşdırır və görür ki, onun maşınından elə də yaxşı vəziyyətdə olmayanı 10 minə satırlar. O da tutaq ki, nəzərində 9 min tutmuşdusa, bu zaman satış qiymətini 11 min edir. Beləcə qiymət artımı baş verir. Düşünürəm ki, bazara yeni avtomobillər daxil olduqca qiymətlərdə azalma ola bilər”.
\\kaspi.az\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
Bu gün, 16:42
Əzizovdan Bakı meriyasında yeni dəyişikliklər - Daha 3 rəhbər şəxs işdən çıxarıldı
Bu gün, 16:41
Azərbaycanlı müğənni ata oldu
Bu gün, 16:31
Neftçalada qadının evindən pul və məişət əşyaları oğurlayan şəxs tutulub
Bu gün, 16:24
Məşhur ürək cərrahı Rəşad Mahmudova yeni vəzifə verildi
Bu gün, 16:19
Lukaşenko və Nazarbayev Paşinyana rədd cavabı verdi
Bu gün, 16:07
Eldar Əzizov keçmiş müavinini aparat rəhbəri TƏYİN ETDİ
Bu gün, 16:05
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
Bu gün, 16:00
Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri dəyişdirilib
Bu gün, 15:58
Varlanmaq istəyi azərbaycanlını həbsə göndərdi - Rusiyada
Bu gün, 15:53
Həyətində mal-qara saxlayan Gəncə sakinindən qonşuları nazirliyə şikayət etdi
Bu gün, 15:45
21 sentyabrda gözlənilən hava şəraiti
Bu gün, 12:50
Bakı Meriyasında vəzifədən gedən Rasim Quliyev DANIŞDI
Bu gün, 12:49
“Bizim qəbul etdiyimiz fətvaları məhdudiyyət kimi təqdim edirlər” - Allahşükür Paşazadə
Bu gün, 12:46
"Qatilin ən layiqli şəkildə cəzalandırılmasını istəyirəm" — Oğlu qətlə yetirilən İlyas İsmayılov
Bu gün, 12:41
Qanunsuz ov edən şəxs cərimələnib
Bu gün, 12:38
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
Bu gün, 12:36
Gürcüstan Ermənistanın xeyrinə qərar verdi
Bu gün, 12:32
Sabah Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı təntənəli iclas keçiriləcək
Bu gün, 12:21
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bu gün, 12:20
Anarın atasından keçmiş gəlini barədə: - “Oğlumu bıçaqla, tapançayla...”
Bu gün, 12:13
Prezident Ramil Usubovu mükafatlandırdı
Bu gün, 12:09
Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Bu gün, 12:05
Azərbaycanlı Holdinq rəhbərinin model qızı Nyu Yorkda
Bu gün, 12:03
"Leyla Şıxlinskaya" klinikasına dəyən zərər açıqlandı
Bu gün, 11:59
Ermənistanda polis polkovniki işçilərin pul mükafatını mənimsəyib
Bu gün, 11:58
“Ərdoğan Etimad İsmayılovun qətl işini xüsusi diqqətdə saxlayır”
Bu gün, 11:57
Marketdən oğurluq edən şəxsi xuliqanlıq zəminində döyən obyektin icraçı direktoru və satıcıları saxlanılıb - FOTOLAR
Bu gün, 11:55
“Felicita”nın ifaçısı Bakıda
Bu gün, 11:53
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bu gün, 11:51
Bakı meriyasında MÜHÜM DƏYİŞİKLİK - aparat rəhbəri işdən çıxarılıb
Bu gün, 11:49
MM-in payız sessiyasında ilk 2 iclasının tarixi və gündəliyi müəyyənləşib
Bu gün, 11:45
Ermənistan sabitliyi pozacaqsa, layiqli cəzasını alacaq - Əflatun Amaşov
Bu gün, 11:41
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı
Bu gün, 11:39
Ermənistanda həbsdə olan Azərbaycan əsilli gənc məhkəməyə çıxarılacaq
Bu gün, 11:24
Xəlil Rza Ulutürkün xanımı şikayətçidir - 4 mini ödənilməyib
Bu gün, 11:23
AMEA-da YENİ TƏYİNAT
Bu gün, 11:21
İlyas İsmayılovun oğlunu güllələyən Dəmirov haqda maraqlı FAKTLAR açıqlandı - Qarabağda döyüşüb
Bu gün, 11:19
Paşinyan arvadını rəqibi ilə Peterburqa göndərdi
Bu gün, 11:16
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bu gün, 11:14
Kərim aparıcı Zauru məhkəmə ilə hədələdi
Bu gün, 11:12
Azercell-in dəstək verdiyi “İdeyadan Biznesə” layihəsinin startap turu Sumqayıtda keçiriləcək
Bu gün, 11:09
Yaponiyada 60 mln. dollar dəyərində kriptovalyuta oğurlanıb
Bu gün, 11:06
Ramiz Yediyarovun həbsi gündəmdədir - Məsələsi ciddidir
Bu gün, 11:04
Ağdaşda xəstəliyinə dözə bilməyən kişi intihar edib
Bu gün, 10:59
Polad Bülbüloğlunun qardaşına pul “atan”ın işi yenidən MƏHKƏMƏDƏ
Bu gün, 10:45
ABŞ-Çin ticarət müharibəsi daha çox Çinə ziyan vuracaq - TƏHLİL
Bu gün, 10:42
"2002-ci illər, "W-trio" vaxtı"
Bu gün, 10:33
Moskvada tutulan separatçı Fəxrəddin Abbaszadə haqda yeni məlumatlar
Bu gün, 10:31
Alı Alıyev növbəti səyyar qəbul keçirib
Bu gün, 10:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru