Azərbaycan Prezidenti livanlı həmkarını .....                     Erməni xalqından Nikola şok müraciət: .....                     Prezident İlham Əliyev Çingiz Fərzəliyevi “Şöhrət” ordeni ilə .....                     Hərbi saziş Azərbaycan, Gürcüstan və Türkiyənin regionda sabitliyin dəstəklənməsi üzrə səylərini möhkəmləndirəcək .....                     Rusiya aeroportlarına məşhur azərbaycanlıların adları verilə bilər .....                     Xalxalda ÖLÜM .....                     Prezident Aşqabadda memorial kompleksi .....                     Prezident “Uşaqların zərərli informasiyadan qorunması haqqında” .....                     Bakıda iki uşaq anası intim fotoları ilə şantaj edildi .....                     Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir .....                     Sabah dollar neçəyə olacaq? .....                     Azərbaycanda dövlət zəmanətinin verilməsinə nəzarət artırılır .....                     Bakcell “ASAN Məktub”dan təşəkkürnamə alıb .....                     “Damdayatan Nizam”ın narkotacir qızı məhkəmədə danışdı .....                     Terrorçuları dəstəkləmək Avropaya baha başa gələcək .....                     Azərbaycanlı oliqarxın “200” nömrəli qardaşı oğlunun lüks həyatı .....                     Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb .....                     Gürcüstanda yol qəzasında ağır xəsarət alan nazir müavini Türkiyəyə aparılıb .....                     Prezident İlham Əliyev Türkmənistana rəsmi .....                     Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi qaydalarını pozanlar cəzalandırılacaq .....                     Yeni DƏYİŞİKLİK OLACAQ .....                     Paşinyanın son bəyanatı onun Minsk Qrupu həmsədrlərinin təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi .....                     TANAP və TAP birləşdirilib .....                     Bakıda polisi öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxundu .....                     Təhsil kreditləri ilə bağlı yeni mexanizm tətbiq ediləcək .....                     Təhsil naziri məktəb direktorunun fiziki təzyiqə məruz qalmasına münasibət bildirib .....                     Masallıda evdən 3 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəs tutulub .....                     Türkiyədə lord titullu məhəllə muxtarı azərbaycanlı milyarderin kosmik dövlətinə "köçmək" istəyir .....                     "Dövlət Proqramı çərçivəsində təhsil alan 20-dən çox məzun Təhsil Nazirliyində işlə təmin olunub" .....                     Azyaşlı qıza göz dikən manyakın işi qapalı keçirilir .....                     Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib .....                     Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub .....                     Sabiq məmura hökm oxundu .....                     "Növbəti üçtərəfli görüş Türkiyədə keçiriləcək" .....                     "İş yoldaşımın pulunu rüşvət kimi qəbul etməmişəm" .....                     Kilsəyə tüpürən və inanmayan yeni erməni nəsli... .....                     ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 25% azaldıb .....                     Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında 81 yaşlı kişi özünü yandırmaq istəyib .....                     “Azərbaycan xalqı YAP-ın fəaliyyətindən məmnundur” .....                     Generallar birgə protokol imzaladılar .....                 

Qubada fermerlərin halına ağlayan lazımdır... - GİLEY
Tarix: 7-07-2018, 15:12 | Çap et
Qubada fermerlərin halına ağlayan lazımdır...
Bu mövzuya bəlkə də qayıtmayacaqdıq. Fikirləşirdik ki, Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və hüquq-mühafizə orqanlarının rəhbərləri “Qubada yaylaq korrupsiyası” və “Quba rayon icra hakimiyyətində çobanla razborka” materiallarındakı qaldırılan məsələləri araşdıracaq, qanuni tədbirlər görəcəklər. Bir çox saytların da yaydığı (həmin saytlara materialları dərc etdiklərinə görə təşəkkürümüzü bildiririk) hər iki yazı respublika prokurorluğuna, kənd təsərrüfatı nazirliyinə və ədliyyə nazirliyinə də ünvanlanmışdı. Hər şey tərsinə oldu. Bu günlərdə Quba rayonunun təcrübəli fermeri, “Barlı” MMC-nin direktoru Hacı Mirnağı Adıgözəlova məxsus Əlik bələdiyyəsindəki 367 hektar yaylaq sahəsinin əkinə yararlı 300 hektarı ondan alındı və əraziyə başqa bir adamın qoyun sürüsü yerləşdirildi(bu haqda sonra). Məcburiyyət qarşısında qalan təsərrüfatçı daxili işlər nazirliyinin 102 qaynar xəttinə telefon açıb, başına gətirilənləri danışıb və Əlik bələdiyyəsinin sədri Nadir Məmmədovun onun 2019-cu ilin mayınadək müvəqqəti istifadəsində olan yaylağı əlindən aldığını bildirib. Sonra məlum olub ki, məsələ araşdırılmaq üçün Quba rayon polis şöbəsinin təhqiqat bölməsinin əməkdaşı Səməd adlı şəxsə həvalə edilib.

İndi keçək əsas mətləbə. Qarşı tərəfin çobanlarının iddiasına görə, həmin sahəyə əslində Qubada yerləşən “Retro” istirahət mərkəzinin təmsilçisi olduğu deyilən İlqar adlı şəxs nəzarət edir. Bütün işlər də Faiq adlı bir nəfərə həvalə olunub. Bələdiyyə sədri Nadir Məmmədovla mövsümi müqaviləni isə Mehrabov Ağasəlim adlı Əlik sakini imzalayıb. Sənəddə torpaq sahəsinin aprel ayından icarəçiyə verildiyi əskini tapıb. Qeyd olunub ki, həmin ərazi tərəvəz bitkiləri(?!) əkmək üçün verilib. “Və” sözündən öncə isə boşluq saxlanılıb. İlqarın Hacı Mirnağının oğlu Kamilə vatsapla göndərdiyi müqavilənin birinci səhifəsində heç bir yaylaqdan söhbət getmir. Əgər M. Adıgözəlova verilmiş torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədə və onunla imzalanmış müqavilədə “Böyük güney” adlı yay otlaq sahəsindən söhbət gedirsə, yeni müqavilədə yerin adı göstərilməyib. Bilmək olmur ki, söhbət hansı yay-otlaq sahəsindən gedir. Başqa bir maraqlı məsələ də var. Əlik bələdiyyəsinin sədri Nadir Məmmədov iyunun 5-də fermerə məktubunda ondan ərazini boşaltmasını tələb edib. Səbəb kimi də müqavilə müddətinin bitməsini, son iki ildə guya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq müqavilə müddətinin artırılmasına təşəbbüs göstərmədiyini yazır. Lakin Hacı Mirnağı qətiyyətlə bildirir ki, bu onun bələdiyyə başçısından aldığı ilk məktubdur. Həm də müddətin bitməsinə hələ çox qaldığına görə yeni sənədin imzalanması üçün müraciətə lüzum görməyib. Təəccüblüdür, yeni müqavilə bu ilin aprelində imzalandığı halda bələdiyyə sədri xəbərdarlıq məktubunu niyə iyun ayında göndərib? Digər tərəfdən, Nadir Məmmədov iddia edib ki, guya fermer ona borcludur. Görəsən nə üçün məhkəməyə müraciət etməyib? Niyə qeyri-qanuni olaraq yaylaq sahəsində Hacı Mirnağıya şərait yaradıb? Çünki həqiqət belə deyil. M. Adıgözəlov dövlətin ona verdiyi qanuni torpaqdan istifadə edib. Bir neçə gün bundan qabaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Xaçmazdakı 13 saylı ərazi şöbəsindən alınan məlumata əsasən, yaylaq sahəsinin 2019-cu ilin mayınadək M.Adıgözəlova məxsus olması bu qurumun informasiya sistemində əksini tapıb. Necə olur ki, Nadir Məmmədov tərsinə danışır? Kim haqlıdır, komitə yoxsa bələdiyyə sədri? Təbii ki, komitə haqlıdır. Qeyd edək ki, qanunvericiliyə əsasən, müqavilə yalnız şəhadətnamə alındıqdan sonra imzalana bilər, bundan sonra isə yaylaq sahəsi heç kəsə verilə bilməz. Deməli, şəhadətnamə daha üstün hüquqi sənəddir. Bəs onda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev hansı əsasla dövlət sənədini şübhə altına alır? Görünür, sifarişçilər onun üçün daha ciddi əhəmiyyət kəsb edirlər...

Biz ötən yazımızda Quba rayon icra hakimiyyəti başçısının müavini Nəsrulla Vəliyev və hüquq şöbəsinin müdiri Hikmət Yasinova bir neçə sual ünvanlamışdıq. Təəssüf ki, onlara cavab ala bilmədik. İndi açıq yazmağa məcburuq. M. Adıgözəlovun yaylaq sahəsi başqasına verilməyə bilərdi. Əgər fermer icra başçısı adından Hikmət müəllim vasitəsi ilə ona çatdırılan şərti qəbul etsəydi. Bu barədə hələ də açıq yazmırıq. Çünki Hikmət müəllim nə dediyimizi yaxşı başa düşür. Lakin mütləq məsələyə qayıdacağıq. Belə çıxır ki, M. Adıgözəlov Hikmət müəllimin qanunsuz tələbini yerinə yetirsəydi, özünə məxsus yaylaq sahəsində qala bilərdi.

İndi keçək İlqar müəllimin göndərdiyi müqaviləyə. Onun qoyun sürüsünə cavabdeh Faiq adlı şəxslə telefon əlaqəsi saxladıq. Müsahibimiz dedi ki, əllərində qanuni müqavilə var. Bələdiyyə sədri bildirib ki, M. Adıgözəlovla bağlanmış müqavilədə düzəliş edilib, həm də icarə müddəti bitib. Sonda onu da bildirdi ki, mübahisəli məsələ fermerlə bələdiyyə sədri arasında həll edilməlidir. Bəs niyə həll edilmir? Çünki icra başçısı problemin yoluna qoyulmasında maraqlı deyil. Elə rayon polis şöbəsinin təhqiqat bölməsi də. Hamı bilir ki, artıq yaylaq vaxtının bitməsinə çox qalmayıb. İcra başçısı, bələdiyyə sədri və təhqiqat bölməsi də məsələni süründürməçiliyə salıblar. Təki vaxt bitsin, yeni sahib yerində qalsın. Aldığımız son məlumatlara görə, M. Adıgözəlovun oğlu və qanuni nümayəndəsi Kamil rayon prokurorluğuna müraciət edib. Görək bu qurumdan nə səs çıxacaq?

Problemdən bəhs edərkən bir hadisəni də xatırlatmaq istəyirik. M. Adıgözəlov icra başçısının qəbuluna gedərkən başına bir hadisə gəlib. Rəhbərin kabinetinə daxil olan fermer qapını açan kimi ona salam verib. Lakin başçı salamı qəbul etməyərək acıqla Hacıdan niyə gəldiyini soruşub. M. Adıgözəlovsa Ziyəddin Əliyevə yaxınlaşaraq ona əl uzadıb. Başçı könülsüz əl uzatsa da belə cavab verib: “Salamlaşmamaq da olardı”. Fermerin cavabı da özünü gözlətməyib: “Mən belə ailə tərbiyəsi görmüşəm...” Hə, bu da icra başçısının qəbuluna gələn vətəndaşa, özü də ağsaqqal bir insana göstərdiyi münasibət. Hacı da gözləyir ki, bu şəxs onun problemini həll edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sahibkarlara böyük güzəştlər edib. Dövlət orqanlarına birmənalı olaraq tapşırılıb ki, bu təbəqənin nümayəndələrinə lazım olan bütün dəstəyi versinlər. Cənab prezident dönə-dönə deyib ki, sahibkarların fəaliyyətinə müdaxilə yolverilməzdir. Dövlət başçısının bu göstərişlərindən və verdiyi sərəncamlardan Ziyəddin Əliyev də xəbərdar olmamış deyil. Ola bilsin ki, onun öz “qanunları” var. Mirnağı Adıgözəlovun başına gətirilənlər göstərir ki, Qubada sahibkarların fəaliyyətinə “köhnə qaydalarla” yanaşılır. Şərt “Pepsi” şüşəsinə bənzər yerüstü keçid tikməkdə deyil. Əsas odur ki, kənd təsərrüfatı rayonu olan Qubada aqrar islahatlarla bağlı prezident sərəncamları və göstərişləri təxirə salınmadan həyata keçirilsin. Lakin əsaslı dönüş görmürük. Ziyəddin Əliyevdən bunu gözləmək olarmı? Hələlik bilinən budur ki, şimal regionunun paytaxtı sayılan Qubanın bəxti icra başçısı sarıdan gətirmir ki, gətirmir.

Yazı hazırlanarkən məlum oldu ki, İlqar müəllim Mirnağı Adıgözəlovun problemi ilə bağlı yaranan vəziyyətə aydınlıq gətirmək üçün onun vəkilinə daha bir neçə sənəd göndərib. Biz onlarla tanış olduq və heç nə başa düşmədik. Bilinən təkcə bu oldu ki, yazdıqlarımızda haqlıyıq. Qubada yaylaq sahələri ilə bağlı qeyri-qanuni sərəncamlar verilib, müqavilələr imzalanıb. Həmin sənədləri təhlil edib oxuculara çatdıracağıq.

Mövzuya qayıdacağıq.

Qarşı tərəflərin mövqelərini dərc etməyə hazırıq.

Qeyd: Yeni müqavilənin birinci səhifəsinin və artıq zəbt olunmuş yaylaq sahəsinin fotolarını sizlərə çatdırırıq.
“Şimal xəbərləri”


Qubada fermerlərin halına ağlayan lazımdır...
Qubada fermerlərin halına ağlayan lazımdır...
Qubada fermerlərin halına ağlayan lazımdır...




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Prezidenti livanlı həmkarını təbrik edib
Bu gün, 18:12
Erməni xalqından Nikola şok müraciət: - "Bakının 5-ci kolonu..."
Bu gün, 18:11
Prezident İlham Əliyev Çingiz Fərzəliyevi “Şöhrət” ordeni ilə təltif edib
Bu gün, 18:08
Hərbi saziş Azərbaycan, Gürcüstan və Türkiyənin regionda sabitliyin dəstəklənməsi üzrə səylərini möhkəmləndirəcək - Arçil Sixarulidze
Bu gün, 18:04
Rusiya aeroportlarına məşhur azərbaycanlıların adları verilə bilər
Bu gün, 17:53
Xalxalda ÖLÜM - Ovçu təsadüfən özünü "ovladı"
Bu gün, 17:48
Prezident Aşqabadda memorial kompleksi ziyarət edib
Bu gün, 17:44
Prezident “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunu imzalayıb
Bu gün, 17:30
Bakıda iki uşaq anası intim fotoları ilə şantaj edildi
Bu gün, 17:27
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
Bu gün, 17:12
CVN telekanalının rəhbəri Ulvira Qarayeva: - “Bu xəyanət bağışlanmaz”
Bu gün, 17:10
Sabah dollar neçəyə olacaq?
Bu gün, 17:06
Azərbaycanda dövlət zəmanətinin verilməsinə nəzarət artırılır
Bu gün, 17:04
Bakcell “ASAN Məktub”dan təşəkkürnamə alıb
Bu gün, 17:01
“Damdayatan Nizam”ın narkotacir qızı məhkəmədə danışdı - özünü günahkar bilmir
Bu gün, 16:55
Terrorçuları dəstəkləmək Avropaya baha başa gələcək - Ərdoğan
Bu gün, 16:49
Azərbaycanlı oliqarxın “200” nömrəli qardaşı oğlunun lüks həyatı
Bu gün, 16:47
Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
Bu gün, 16:31
Gürcüstanda yol qəzasında ağır xəsarət alan nazir müavini Türkiyəyə aparılıb
Bu gün, 16:29
"Qüsursuz geyinsəniz, sizi yadda saxlayacaqlar"
Bu gün, 16:18
Prezident İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib
Bu gün, 16:12
Azərbaycanda çoxmənzilli binaların idarə edilməsi qaydalarını pozanlar cəzalandırılacaq
Bu gün, 15:56
Yeni DƏYİŞİKLİK OLACAQ - Köhnələr gedir...
Bu gün, 15:54
Paşinyanın son bəyanatı onun Minsk Qrupu həmsədrlərinin təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi - XİN
Bu gün, 15:46
TANAP və TAP birləşdirilib
Bu gün, 15:35
Bakıda polisi öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxundu
Bu gün, 15:30
Rza Rzayevlə məktəb direktorunun işi istintaqda - RƏSMİ
Bu gün, 15:26
Təhsil kreditləri ilə bağlı yeni mexanizm tətbiq ediləcək
Bu gün, 15:23
Təhsil naziri məktəb direktorunun fiziki təzyiqə məruz qalmasına münasibət bildirib
Bu gün, 15:11
“Nə istəyirlərsə, yazırlar”
Bu gün, 15:10
Masallıda evdən 3 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəs tutulub
Bu gün, 15:03
Türkiyədə lord titullu məhəllə muxtarı azərbaycanlı milyarderin kosmik dövlətinə "köçmək" istəyir
Bu gün, 14:58
"Dövlət Proqramı çərçivəsində təhsil alan 20-dən çox məzun Təhsil Nazirliyində işlə təmin olunub" - Ceyhun Bayramov
Bu gün, 14:55
Azyaşlı qıza göz dikən manyakın işi qapalı keçirilir
Bu gün, 14:53
Azərbaycanda dərman vasitələrinin topdan satışına dair tələblərin pozulmasına görə cəzalar müəyyənləşib
Bu gün, 14:51
Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
Bu gün, 14:49
Sabiq məmura hökm oxundu - o, adam öldürməyə cəhddə və polisi döyməkdə ittiham edilirdi
Bu gün, 14:47
"Növbəti üçtərəfli görüş Türkiyədə keçiriləcək" - Zakir Həsənov
Bu gün, 13:11
"İş yoldaşımın pulunu rüşvət kimi qəbul etməmişəm" - Gömrük Komitəsinin həbsdə olan polkovniki
Bu gün, 13:10
Kilsəyə tüpürən və inanmayan yeni erməni nəsli...
Bu gün, 13:08
ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 25% azaldıb
Bu gün, 13:04
Rusiyanın Ermənistandakı səfirliyinin qarşısında 81 yaşlı kişi özünü yandırmaq istəyib
Bu gün, 12:56
“Azərbaycan xalqı YAP-ın fəaliyyətindən məmnundur” - Sədr müavini
Bu gün, 12:55
“Ərim şəhərdə, mən isə bağda qalıram” - Brilliant Dadaşova
Bu gün, 12:54
Generallar birgə protokol imzaladılar
Bu gün, 12:43
Güclü külək, yağış, sulu qar, qar.... - XƏBƏRDARLIQ
Bu gün, 12:39
22 noyabrda gözlənilən hava şəraiti açıqlanıb
Bu gün, 12:38
Azərbaycanın tanınmış modelyeri məhkəmə zalında huşunu itirib
Bu gün, 12:36
Bakıda həyat yoldaşından ayrılan kişi özünü asıb
Bu gün, 12:35
Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur - deputat
Bu gün, 12:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru