Nura Suri oxudu, Hadı Rəcəbli rəqs etdi .....                     "Azərbaycanla Çeçenistan arasında dostluğu pozmaq çətindir" .....                     Bu gün dollar neçəyədir? .....                     Azərbaycanlı aparıcı qəfil vəfat etdi .....                     Dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır... .....                     ABŞ Ət-Tənəfi azad etməyə imkan vermir .....                     Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxslərə hökm oxunub .....                     Burak Özçivit Özbəkistanda reklama çəkildi .....                     AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar .....                     Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandı .....                     Azərbaycanlı-çeçen görüşü: kimlər iştirak edib? .....                     Azərbaycanda avtomobil benzini istehlakı artıb .....                     Rusiya neft hasilatında Səudiyyəni keçdi .....                     Ramil Usubov Türkiyədə səfərdədir .....                     Gürcüstan və Fransa prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər .....                     İlham Əliyevin inqilabi fərmanı .....                     “Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir .....                     Məktəb direktoru əlavə korpus tikmək üçün valideynlərdən pul yığır .....                     Azərbaycanda sement istehsalı 7% artıb .....                     ABŞ uyğur məsələsində Türkiyə XİN-i dəstəkləyib .....                     Vidadi Bərdəlinin qətl törədən oğlundan .....                     Prezidentin vəzifə verdiyi diplomat Harvard məzunudur .....                     Ayaz Salayev İbrahimovun Bakı səfərindən danışdı: .....                     Azərbaycanlı bəstəkar əcnəbi müğənni ilə evləndi .....                     Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti açıq müsabiqə elan edir .....                     Anar Kərimov nazir müavini oldu .....                     Qoşqar Təhməzli xaricdəki biznesindən danışdı: .....                     Tolik Natavanla davasından danışdı: .....                     Hakerlər Rusiya banklarına 45 milyon dollarlıq ziyan vurdu .....                     Azərbaycanda futbolçu transferləri: Şişirdilmiş qiymətlərdən real məbləğlərə doğru .....                     “Cənab prezidentdən xahiş edək ki, onları əfv eləsin” .....                     Milli Məclis “Ümumi təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib .....                     “Sürücülərə qan uddururlar” .....                     Bakıda şirniyyat evinin fəaliyyəti məhdudlaşdırılıb .....                     "Minsk qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyirik" .....                     Qonşu ölkələrin radio dalğalarının Azərbaycanda yayımının qarşısı alınmalıdır .....                     "Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır" .....                     Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyinatı olub .....                     Abbas Bağırov məhkəməyə ərizə göndərib, .....                     “Üzeyirlə məni ilk gündən çox təklədilər” .....                 

Mingəçevirdəki qəza... Gəncədəki qəsd... - Heç nə təsadüfi deyil...
Tarix: 7-07-2018, 15:09 | Çap et
Mingəçevirdəki qəza... Gəncədəki qəsd...
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi güllələyən Yunis Səfərov adlı Rusiya vətəndaşı ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, dünən rəsmi qurumlar onunla bağlı konkret faktlar açıqladı və bu durum terror aktı kimi qiymətləndirildi.

3 qurumun birgə yaydığı məlumatda onun 8 ay İranın Qum şəhərində yaşadığı, daha sonra Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçdiyi bildirilir. Qeyd olunur ki, o, Azərbaycanda dövlət çevrilişi etmək və şəriət dövləti qurmaq istəyib.

Lakin Elmar Vəliyevin qardaşı, hərbi prokuror Xanlar Vəliyevin Yunis Səfərovla bağlı verdiyi açıqlama bəzi suallara səbəb olub. X. Vəliyevin sözlərinə görə, Yunis Səfərovun anası ermənidir və Rusiyanın xüsusi xidmət orqanlarında çalışır.

Verilən rəsmi açıqlama ilə X. Vəliyevin açıqlaması arasında böyük bir uçurum var. Bir açıqlamaya görə, terror hadisəsi radikal dinçilərlə bağlıdır, digər açıqlama isə bunu təkzib edir və hadisənin başqa tərəfdən planlaşdırıldığını düşünməyə şərait yaradır.

Yaranmış vəziyyəti BakuPost-a şərh edən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, istintaq orqanları hər an yeni bir məlumat əldə edə bilərlər və bu məlumat terror aktı ilə bağlı daha öncə yaranmış mənzərəni tamamilə dəyişə bilər. Bundan başqa, politoloq anası erməni olan Rusiya vətəndaşının bu hadisə üçün məqsədyönlü şəkildə seçildiyini ehtimal edir:

"Yunis Səfərovun 8 ay Qumda yaşaması və Suriyada təlim keçməsi, yaxud döyüşməsi təsdiqini tapmış məlumatlardır. Onun anasının erməni olması, özünün Rusiya pasportu daşıması bu reallıqları dəyişmir. Sirr deyil ki, hazırda Suriyada hərbi əməliyyatlarda iştirak edən terror qruplarının və digər qanunsuz hərbi birləşmələrin tərkibində alman, ingilis, fransız, gürcü, erməni və hətta rus millətindən olan insanlar da var. Bu şəxslər müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının nəzarətində olan radikal dini qruplar tərəfindən ələ alınıblar, onlara ciddi ideoloji, psixoloji və hərbi təlimlər keçirilib. Nəzərinizə çatdırım ki, belə təlimlərdən sonra hətta əsl kimliklərini, keçmişlərini unudan insanlar da olur.

Yunis Səfərov ola bilsin ki, məqsədyönlü şəkildə ermənilərlə qohum olduğu üçün seçilib və ona Rusiya pasportu da izi azdırmaq məqsədi ilə verilib. Yaxud məqsəd diqqəti Rusiyanın üzərinə yönəltmək, son dövrlərdə inkişaf edən Bakı-Moskva münasibətlərinin üzərinə kölgə salmaqdan ibarət olub. Yunis Səfərov isə iki tərəfin – İran və Ermənistan xüsusi xidmət orqanlarının birgə layihəsi də ola bilər. İran, yaxud bu ölkədə olan hansısa dairələr Rusiya-Azərbaycan münasibətlərinin inkişafını, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini və Tehranın regiondakı əsas müttəfiqi Ermənistanın küncə sıxışdırılmasını özləri üçün təhlükə görür. İran Rusiya-ABŞ və NATO hərbi komandanlığının Bakıda keçirilən görüşlərindən, iyulun 16-da baş tutacaq Putin-Tramp görüşündən də ciddi narahatlıq keçirir. Bu narahatlıq Ermənistanın yeni rəhbərliyində də var. Çünki Rusiya ilə ABŞ arasında münasibətlərin normal məcraya yönəlməsi onların manevr imkanlarını da minimuma endirir”.

E. Mirzəbəyli Elmar Vəliyevə qarşı həyata keçirilən terror aktının ölkənin zülmətə bürünməsi ilə nəticələnən Mingəçevir qəzası ilə eyni gündə baş verməsini də təsadüf hesab etmədiyini dilə gətirib: "Qəzanın növbəti gün yenidən təkrarlanması da təsadüfə oxşamır. Bu hadisələrin arasında əlaqələrin olub-olmadığını isə şübhəsiz ki, istintaq müəyyənləşdirəcək.

Hadisələr arasında zəncirvari əlaqələr axtarsaq, bir neçə məqama da diqqət yetirilməsinə ehtiyac duyulur. Bu il Azərbaycanda ilk cümhuriyyətimizin 100-cü ildönümü, silahlı qüvvələrimizin, polisimizin 100 illiyi qeyd olunub. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində dünyəvi inkişaf yolunu seçən ilk respublikadır. Bəzi ölkələrin, xüsusilə də İranın müəyyən dairələri Azərbaycan Xalq Cümhuriyyətini və onun varisi olan Azərbaycan Respublikasını müsəlman şərqində dünyəvi, müasirliyin və inkişafın modeli olaraq özlərinə təhlükə görürlər. Bildiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhəri olub, Silahlı Qüvvələrin, polisin və digər dövlət orqanlarının yaradılması ilə bağlı ilk qərarlar Gəncədə verilib. Gəncə Azərbaycanın milli ideoloji mərkəzlərindən biri və bəlkə də birincisidir. Bu baxımdan Gəncə təsadüfən seçilməyə bilər.

Başqa bir zəncirvari əlaqə ehtimalı sui-qəsdin polisin 100 illiyinin qeyd olunduğu gündən 1 gün sonra, polis əməkdaşlarının gözü qarşısında və polis əməkdaşına da sui-qəsd etməklə həyata keçirilməsi ilə bağlıdır.

Başqa bir məqam bir müddət öncə Nardaranda baş verən hadisələrin Gəncəyə köçürülməsi cəhdi və bu prosesin qarşısının qətiyyətlə alınması ilə əlaqədar ola bilər.

İndiki halda bir məqamla bağlı dəqiq mülahizə yürütmək olar: Elmar Vəliyevə qarşı həyata keçirilən terror aktı və daha öncə sadaladığım digər hadisələr Azərbaycan dövlətçiliyinə qarşı gerçəkləşdirilən aksiyalardır. Bütün bunlar bizim üçün ciddi mesajlardır və düşünürəm ki, Azərbaycan xalqı və dövləti istənilən təhlükənin qarşısını almaq və dövlətçiliyimizi qorumaq əzmində və gücündədir”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nura Suri oxudu, Hadı Rəcəbli rəqs etdi - VİDEO
Bu gün, 17:11
"Azərbaycanla Çeçenistan arasında dostluğu pozmaq çətindir" - Səfir
Bu gün, 17:08
Bu gün dollar neçəyədir?
Bu gün, 17:05
Azərbaycanlı aparıcı qəfil vəfat etdi
Bu gün, 16:59
Dünyada hər 1 dəqiqədə 1 milyon polietilen torba zibil qutusuna atılır...
Bu gün, 16:57
ABŞ Ət-Tənəfi azad etməyə imkan vermir - Suriyadan açıqlama
Bu gün, 16:56
Nazpəri Dostəliyevanın evindən oğurluq edən şəxslərə hökm oxunub
Bu gün, 16:53
Burak Özçivit Özbəkistanda reklama çəkildi
Bu gün, 16:52
AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar - Bəhruz Quliyev
Bu gün, 16:47
Masazırda 40 yaşlı Şəki sakini küçədə bıçaqlandı
Bu gün, 16:44
Azərbaycanlı-çeçen görüşü: kimlər iştirak edib?
Bu gün, 16:39
Azərbaycanda avtomobil benzini istehlakı artıb
Bu gün, 16:33
Rusiya neft hasilatında Səudiyyəni keçdi
Bu gün, 16:24
Ramil Usubov Türkiyədə səfərdədir
Bu gün, 16:20
Gürcüstan və Fransa prezidentləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Bu gün, 16:18
İlham Əliyevin inqilabi fərmanı - “KUPÇA”SIZ MƏNZİL QALMAYACAQ
Bu gün, 15:59
“Nar” sosial şəbəkələrdən abunəçilərinə operativ müştəri xidmətləri göstərir
Bu gün, 15:57
Məktəb direktoru əlavə korpus tikmək üçün valideynlərdən pul yığır – ŞOK İDDİA
Bu gün, 15:54
Azərbaycanda sement istehsalı 7% artıb
Bu gün, 15:50
ABŞ uyğur məsələsində Türkiyə XİN-i dəstəkləyib
Bu gün, 15:49
Vidadi Bərdəlinin qətl törədən oğlundan YENİ XƏBƏR
Bu gün, 15:48
Prezidentin vəzifə verdiyi diplomat Harvard məzunudur
Bu gün, 15:45
Ayaz Salayev İbrahimovun Bakı səfərindən danışdı: - “O, dönsə də...”
Bu gün, 15:42
Azərbaycanlı bəstəkar əcnəbi müğənni ilə evləndi
Bu gün, 15:39
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti açıq müsabiqə elan edir
Bu gün, 15:37
Anar Kərimov nazir müavini oldu - TƏYİNAT
Bu gün, 15:35
Qoşqar Təhməzli xaricdəki biznesindən danışdı: - "İş adamı olmaq qəbahətdir?"
Bu gün, 15:30
Tolik Natavanla davasından danışdı: - “Heç kim qorxusundan…”
Bu gün, 15:27
Hakerlər Rusiya banklarına 45 milyon dollarlıq ziyan vurdu
Bu gün, 15:22
Azərbaycanda futbolçu transferləri: Şişirdilmiş qiymətlərdən real məbləğlərə doğru - TƏHLİL
Bu gün, 15:19
“Cənab prezidentdən xahiş edək ki, onları əfv eləsin” - deputat
Bu gün, 15:12
Milli Məclis “Ümumi təhsil haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib
Bu gün, 15:10
“Sürücülərə qan uddururlar” - Deputatdan SƏRT İTTİHAMLAR
Bu gün, 15:08
Bakıda şirniyyat evinin fəaliyyəti məhdudlaşdırılıb
Bu gün, 15:06
"Minsk qrupu həmsədrlərinin Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyirik" - ATƏT sədri
Bu gün, 15:04
Qonşu ölkələrin radio dalğalarının Azərbaycanda yayımının qarşısı alınmalıdır - Əflatun Amaşov
Bu gün, 15:03
"Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni əlaqələr hazırlanır" - Rusiya XİN başçısı
Bu gün, 15:02
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə rəhbər təyinatı olub - SƏRƏNCAM
Bu gün, 15:01
Abbas Bağırov məhkəməyə ərizə göndərib, ona dəymiş zərər ödənilib
Bu gün, 13:05
“Üzeyirlə məni ilk gündən çox təklədilər”
Bu gün, 13:03
"Müxalifət xalqı aldatmaq və onlardan istifadə etmək üçün bu addımı atır" - Siyavuş Novruzov
Bu gün, 12:57
"Qaldığımız evdə yaşamaq belə olmur..." - GİLEY
Bu gün, 12:56
Azərbaycan qısa müddət ərzində nəqliyyat infrastrukturunu uğurla inkişaf etdirib - Aİ
Bu gün, 12:46
“80 manatdan da az pensiya alan var idi”
Bu gün, 12:42
Pərvin Abıyeva şərt kəsdi: - “Ya mən, ya da o…”
Bu gün, 12:35
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bu gün, 12:29
Saatlı sakinindən silah-sursat götürülüb
Bu gün, 12:26
Dövlət gerbinin və himninin istifadəsi qaydaları ilə bağlı qanun layihələri sonuncu oxunuşda qəbul edilib
Bu gün, 12:24
İran Rusiyadan 5 milyard dollar kredit alacaq
Bu gün, 12:23
Paşinyanın arvadı və müdafiə naziri hansı gizli klubun üzvləridir?! - RUSİYALI HƏRBİ EKSPERTDƏN SENSASİON IDDİA
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru