Rubl günbəgün bahalaşır .....                     Cəbhədə erməni hərbçi öldü .....                     Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı .....                     Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolu “Dostluq” ordeni ilə təltif edib .....                     Prezident İlham Əliyev Mixail Şvıdkoyu .....                     İlham Əliyev bu şəxsləri təltif etdi .....                     Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə sədr təyin edib .....                     İŞİD lideri əl-Bağdadinin müavini edam ediləcək .....                     Quba rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb .....                     “Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı .....                     Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb .....                     Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin .....                     Cəlilabadda məktəb direktoru ilə müəllim arasında əlbəyaxa dava .....                     “BTE formasında sintetik maddə çox olduğundan uşaq tərləyir” .....                     "Paşinyan əvvəlcə gedib öz ailədaxili problemlərini həll etsin" .....                     Elmar Vəliyevin "sağ əli" qeybə çəkilib? .....                     Xaçmaz sakini göldə batıb .....                     Nəvaz Şərif və qızı həbsdən azad edildi .....                     Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır .....                     Hüquq-mühafizə orqanları direktorun əxlaqsız təklif etdiyini iddia edən valideynlə bağlı araşdırmalara başladı .....                     Prezident Aprel döyüşünü boş yerə xatırlatmadı .....                     ABŞ kürdlərə daha 250 TIR silah göndərib .....                     Akif Çovdarovun işində adı keçən şəxs azadlığa buraxıldı .....                     Mitinqlərdə göyərçin buraxan Nikol indi quş buraxır .....                     Yol Polisi Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib .....                     Yeni qlobal böhran gəlir: Azərbaycan üçün təhlükə nədir? .....                     Ölkədə geyim ucuzlaşacaq .....                     Gəncədə 36 yaşlı kişi bıçaqlanıb .....                     Məhkəmədə bəraət aldı, ürəyi getdi .....                     "SOCAR-GPC" layihəsinin xərclərin smetası müqaviləsi üzrə hazırlıqlar yekunlaşmaqdadır .....                     Bakıda 27 yaşlı oğlan qardaşını bıçaqlayıb .....                     BŞTİ valideynlərin müraciətinə baxmır? .....                     Ölkədəki hotellər nə qədər gəlir qazanır? .....                     Paşinyanın sonu yaxşı olmayacaq .....                     Rusiya təyyarəsini kim və niyə vurdu? .....                     Yəmən xalqı aclıqdan ağac yarpağı yeyir .....                     ABŞ İdlibi Türkiyə və Rusiyaya təhvil verəcəkmi? .....                     “Bizim təşkilat Avropa Məhkəməsinə heç vaxt müraciət etməyib” .....                     Gənc nazir "Azərsun" şefinə necə qol-qanad verdi... .....                     5 rayon dərhal Azərbaycana qaytarılmalıdır... .....                 

Bakıdan düşmənə müharibə mesajı – “Tam hazırıq...”
Tarix: 21-06-2018, 09:09 | Çap et
Bakıdan düşmənə müharibə mesajı
İyunun 20-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib (APA). Xəbər verilir ki, nazir öncə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.

Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsində praktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını izləyib. Təlim məşqlərin sonunda poliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

*****

Hərb nazirimiz Ali Baş Komandan, prezident İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib. O, hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan islahatlar, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifələr və tapşırıqlar barədə KİV nümayəndələrinin suallarını cavablandırıb.

Bu xüsusda o, son vaxtlar həm Azərbaycanda, həm də işğalçı Ermənistanda ciddi müzakirə mövzusu olan Naxçıvan əməliyyatı barədə də danışıb. Muxtar respublikanın Ermənistanla sərhədində çox uğurlu bir əməliyyatın keçirildiyini bildirib.

*****

Zakir Həsənov “Düşmən bizə qarşı çox güclü informasiya mübarizəsi aparır. Lakin onlar bunda da bizə uduzurlar”, deyib. Belə ki, nazir düşmənin iddialarının əksinə olaraq, neytral torpaq anlayışının olmadığını söyləyib: “Sahibsiz torpaq yoxdur. Ora bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. Bildirmək istəyirəm ki, Laçına gedən yola artıq ordumuz nəzarət edir. Bu bizim növbəti uğurumuzdur”.

Naxçıvan əməliyyatı ilə bağlı nazirlik videorolik də yayımlayıb. Buradaca yada salaq ki, düşmən ölkənin Müdafiə Nazirliyi guya Azərbaycanın heç bir əməliyyat keçirmədiyini, sadəcə, erməni tərəfinin guya humanistlik göstərərək və Günnüt kəndinin sakinlərinin xahişini nəzərə alaraq, onların kənd qəbiristanlığına baş çəkməsinə şərait yaratdığını iddia edirdi. Bununla bağlı öz ictimaiyyətini sakitləşdirmək üçün erməni tərəfi hətta video da yaymışdı. Hərçənd həmin videodan heç nə anlaşılmırdı.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı video isə düşmənin yalanını bütünlüklə üzə çıxarır. Bir daha qənaət hasil olur ki, ordumuzun Naxçıvan bölmələri ermənilərin yeni populist baş naziri Nikol Paşinyana həqiqətən yaxşı “sürpriz” edib, onun imicinə ciddi zərbə vurub. Ən əsası, Zakir Həsənovun dediyi kimi, əməliyyat nəticəsində Laçına gedən yol bütünlüklə ordumuzun nəzarətinə keçib ki, bu da Qarabağda böyük antiteror əməliyyatı başlayacağı halda mühüm strateji və taktiki üstünlüyümüzün təmin olunması deməkdir. Çünki daha o yolla Ermənistan rahat şəkildə separatçılara silah-sursat və hərb texnika daşıya bilməyəcək.

O ki qaldı hava yoluna, məlumdur ki, Azərbaycanın müasir hava hücumundan müdafiə qüvvələri Xocalı hava limanı da daxil, Qarabağın və işğal altındakı digər ərazilərimizin hava məkanını da nəzarətdə saxlayır.

*****

“Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb”. Bunu da bunu müdafiə naziri görüşdə deyib. Nazir habelə bütün döyüş maşınlarının yeniləndiyini söyləyib: “Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək”.

Həsənov həmçinin vurğulayıb ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: “Bu gün biz ən müasir, uzaq vuran raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən yerüstü və hava hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək”.

“İyunun 26-da raket hücumu əleyhinə qalxan sistemi da nümayiş etdiriləcək”. “Yeni Müsavat” “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bunu da hərb nazirimiz dünənki mətbuat konfransında söyləyib. “Çoxları deyir ki, Azərbaycanda belə sistemlər ola bilməz. Ancaq paradda görəcəksiniz ki, onlar nədir. Bu yalnız alınan yeni silahların bir qismidir”, - deyə o, düşməni təlaşa salacaq tonda bildirib.

Lakin müdafiə naziri konkret hansı qalxan sistemindən söhbət getdiyini dəqiqləşdirməyib. Ancaq şübhə yox ki, söhbət İsrail istehsallı “Dəmir günbəz” raketdən (havadan) müdafiə sistemlərindən gedir. Hansı sistemlər ki, heç Rusiyanın özündə də yoxdur və yüksək dəqiqliyi ilə seçilir. Bakı bu sistemləri almaq üçün uzun müddət İsrail tərəfi ilə danışıqlar aparırdı. Bu sistemlər Bakının energetik infrastrukturunu və neft-qaz yataqlarını düşmənin raket hücumundan mühafizə eləmək üçün də misilsiz əhəmiyyət daşıyır...

Zakir Həsənov daha sonra deyib ki, Azərbaycan prezidenti qarşıya vəzifə qoyub ki, ordunun döyüş hazırlığının real döyüş hazırlığı vəziyyətinə gətirilməsi təmin edilsin. “Bir neçə ilə biz qarşımıza qoyulan vəzifələri tam yerinə yetirəcəyik. Söhbət həm də döyüş maşınlarının yenilənməsi və modernləşməsindən, yeni artilleriya sistemlərinin alınmasından gedir. Azərbaycan ordusu 90% avtomatlaşdırılmış idarə sistemləri ilə təchiz edilib. Bu yöndə nəhəng işlər aparılır”, - deyə nazir sonda əlavə edib.

*****

Hərb nazirimizin bu açıqlamaları şübhəsiz ki, ilk növbədə işğalçı Ermənistana hədə kimi mesajdır ki, nə qədər gec deyil, daşı ətəyindən töksün, Azərbaycanın işğal altındakı ərazilərini boşaltmağa başlasın. Əks halda, bunu Azərbaycan ordusu etməli olacaq...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rubl günbəgün bahalaşır
Dünən, 18:16
Cəbhədə erməni hərbçi öldü
Dünən, 18:14
Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı sərəncam imzalayıb
Dünən, 18:12
Prezident İlham Əliyev Hüseyn Saltuk Düzyolu “Dostluq” ordeni ilə təltif edib - SƏRƏNCAM
Dünən, 18:10
Prezident İlham Əliyev Mixail Şvıdkoyu təltif edib
Dünən, 18:10
İlham Əliyev bu şəxsləri təltif etdi - SİYAHI
Dünən, 18:04
Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə sədr təyin edib - SƏRƏNCAM
Dünən, 18:03
İŞİD lideri əl-Bağdadinin müavini edam ediləcək
Dünən, 18:01
Quba rayonunda avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrılıb - SƏRƏNCAM
Dünən, 17:57
“Nar”-ın Bilik Günü müsabiqəsində iştirak edənlər hədiyyələr qazandı
Dünən, 17:55
Qadınları fahişəliyə cəlb edən müğənni Təranənin məhkəməsi başladı
Dünən, 17:52
Rusiyada qırıcı təyyarə qəzaya uğrayıb
Dünən, 17:44
Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin - Ərdoğan
Dünən, 17:43
"Özünü tanımayan "qaquş"lar deyir ki, Yetim Eyvazın oriyentasiya pozğunluğu olan oğlu"
Dünən, 17:34
Cəlilabadda məktəb direktoru ilə müəllim arasında əlbəyaxa dava - AÇIQLAMA
Dünən, 17:30
“BTE formasında sintetik maddə çox olduğundan uşaq tərləyir”
Dünən, 17:29
"Paşinyan əvvəlcə gedib öz ailədaxili problemlərini həll etsin" - Şuşanın icra başçısı
Dünən, 17:27
Elmar Vəliyevin "sağ əli" qeybə çəkilib? - İTTİHAM
Dünən, 17:25
Xaçmaz sakini göldə batıb
Dünən, 17:19
Nəvaz Şərif və qızı həbsdən azad edildi
Dünən, 17:13
Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılır
Dünən, 17:07
Hüquq-mühafizə orqanları direktorun əxlaqsız təklif etdiyini iddia edən valideynlə bağlı araşdırmalara başladı
Dünən, 17:00
Prezident Aprel döyüşünü boş yerə xatırlatmadı - deputat
Dünən, 16:54
ABŞ kürdlərə daha 250 TIR silah göndərib
Dünən, 16:52
Akif Çovdarovun işində adı keçən şəxs azadlığa buraxıldı
Dünən, 16:47
Mitinqlərdə göyərçin buraxan Nikol indi quş buraxır - Eldəniz Elgün yazır...
Dünən, 16:28
Yol Polisi Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib
Dünən, 16:24
Tayson Daşkənddə lüks bina aldı
Dünən, 16:19
Yeni qlobal böhran gəlir: Azərbaycan üçün təhlükə nədir? - TƏHLİL
Dünən, 16:13
Ölkədə geyim ucuzlaşacaq - EKSPERT ŞƏRHİ
Dünən, 16:11
Gəncədə 36 yaşlı kişi bıçaqlanıb
Dünən, 16:09
Məhkəmədə bəraət aldı, ürəyi getdi
Dünən, 16:08
"SOCAR-GPC" layihəsinin xərclərin smetası müqaviləsi üzrə hazırlıqlar yekunlaşmaqdadır
Dünən, 16:06
Bakıda 27 yaşlı oğlan qardaşını bıçaqlayıb
Dünən, 16:02
BŞTİ valideynlərin müraciətinə baxmır? - Şikayətə cavab
Dünən, 15:55
Fədayə Laçının məhkəməsində "Qoca" ilə birgə həbs edilən məhbus dindirilib
Dünən, 15:49
Ölkədəki hotellər nə qədər gəlir qazanır? - RƏSMİ CAVAB
Dünən, 15:41
Paşinyanın sonu yaxşı olmayacaq - Koçaryan Uqo Çavezi misal çəkdi
Dünən, 15:38
Rusiya təyyarəsini kim və niyə vurdu? – Sensasion şərh
Dünən, 15:35
Yəmən xalqı aclıqdan ağac yarpağı yeyir - VİDEO
Dünən, 15:32
ABŞ İdlibi Türkiyə və Rusiyaya təhvil verəcəkmi? - TƏHLİL
Dünən, 15:29
Anar “Təhminə və Zaur” serialından danışdı - “...xəbərim yoxdur”
Dünən, 15:26
Oğlu faciəvi şəkildə ölən atanı vəkili aldatdı?
Dünən, 15:20
“Bizim təşkilat Avropa Məhkəməsinə heç vaxt müraciət etməyib” - Çingiz Qənizadə
Dünən, 15:17
Gənc nazir "Azərsun" şefinə necə qol-qanad verdi... - İTTİHAM
Dünən, 15:15
5 rayon dərhal Azərbaycana qaytarılmalıdır... – Korotçenko
Dünən, 15:07
Azercell tələbələrə aylıq təqaüd verəcə
Dünən, 14:57
"İşğalçılıq siyasəti Ermənistanı regiondakı iqtisadi artım və ticarət imkanlarından məhrum edir"
Dünən, 14:55
Daha bir evli qadını məşuqu şantaj edib
Dünən, 14:52
Naira Türkiyə mediasında
Dünən, 14:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru