AMEA-nın həqiqi və müxbir üzvlərinin maaşları artırılıb .....                     Prezident İlham Əliyev Şəkidə yol tikintisinə .....                     Badamdarda sürüşmə sahəsində çatlar genişlənib .....                     Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb .....                     "Krımdakı partlayışın səbəbləri ətraflı araşdırılır" .....                     Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb .....                     Bakıda yolun çökməsinə səbəb olan şirkətin adı .....                     “Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı .....                     Putin Türkiyəyə səfər edəcək .....                     “Ermənistan cəbhədə ciddi gərginlik yaradıb, arxasında dura bilməz” .....                     Ramil Usubov İcra Hakimiyyətinə sahibsiz itlərə yer ayrılması ilə bağlı .....                     Sabah dolar neçəyə olacaq? .....                     Abramyanın qardaşı 5 milyona azadlığa çıxdı .....                     Çin yuanının ucuzlaşması Azərbaycandan bu ölkəyə qeyri-neft məhsullarının ixracını zəiflədə bilər .....                     “Qlobal Enerji Azərbaycan” LTD öhdəsinə götürdüyü müqaviləni yerinə yetirirmi? .....                     Səudiyyə Ərəbistanı Türkiyədəki səfirini vəzifəsindən uzaqlaşdırdı .....                     "Lotu Quli" məhkəmə qarşısına çıxarılır: .....                     "Azərbaycanda "Yehovanın Şahidləri"nin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatlar yalandır" .....                     Bakıda vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı .....                     Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib .....                     Krımda teraktı törətmiş gəncin fotoşəkli yayıldı .....                     Krımda baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb .....                     Badamdarda quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq .....                     Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır .....                     ABŞ səfirinin təəccüb doğuran Qarabağ açıqlaması .....                     Ədalət Qənbərovun himayədarı kimdir? .....                     Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb .....                     Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi .....                     Bakıda məhbus xəstəlikdən öldü .....                     "Onlar ölkəmizdə gedən inkişafın paxıllığını çəkirlər" .....                     Aprel döyüşlərinin qəhrəmanı komadadır: .....                     Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb .....                     FHN şefi onu "Gilan"dan qovacaq... .....                     Türkiyədən Ermənistana keçən 4 nəfər saxlanıldı .....                     Paşinyan istefa verdi: Bəs sonra? .....                     Moskvada Krımın baş nazirinin müavini saxlanıldı .....                     SOCAR istiqrazlarının sahibləri növbəti gəlirlərini əldə ediblər .....                     Nikol Paşinyan ABŞ səfirinin sözlərinə fikir verməməyə çağırıb .....                     Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürüldü .....                     Ağstafada 64 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib .....                 

Samir Şərifov haqda ilginc iddialar... - Belə deyirlər...
Tarix: 13-06-2018, 08:06 | Çap et
Samir Şərifov haqda ilginc iddialar...
Azərbaycan orta əsrləri xatırladır. Krallar və zadəganlar xalqdan oğurladıqlarını başqa canlılara, ekzotikaya xərcləyirlər; kimisi 1 milyon qiyməti olan ayını kəsdirib yeyir, kimisi timsah, bəbir saxlayır, kimisi həyətində maşın kolleksiyası yığır, kimisi də 10 hektarlıq ərazidə özünə çoban iti alaraq onu bəsləyir. Bu arada anaxeber.Az olaraq ötən gün xəbəri yayılan sonuncu məsələyə – maliyyə nazirinin oğlunun Anadolu bölgəsində çoban iti alıb saxlamasına diqqət çəkib. Nazir Samir Şərifovun övladının “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxlaması mətbuatın fantaziyası deyil. Bunu it fermasının sahibi Birol Başyiğit təsdiqləyib.
İri cüssələri, qoruma instinktləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkən bu it Anadolunun Edremit qəsəbəsində 10 hektar xüsusi hasarlanmış ərazidə bəslənir. Nazir balasının poyraza nə qədər pul xərclədiyini söyləmək çətindir. Lakin onun bəslənməsi, qidalanması, çobanın zəhmət haqqısını hesablayanda S.Şərifovun övladının hansı harın həyatı yaşadığını təsəvvür etmək asandır. Nazir atasının maliyyə əməliyyatlarından, valyuta oyunlarından, Beynəlxalq Bank maxinasiyalarından çırpışdırdığı pullar Türkiyədə bir it fermasına səpələnir.
Şərifova mətbuatda və sosial şəbəkələrdə ölkənin maliyyə sistemini pozması, manatı məhv etməsi, yanlış valuya siyasəti yürütməsi barədə tənqidlər arı sancması qədər adidən adidir. Nazir üç ölkənin agenti ittihamından və sorğu-sualından MTN işi hesabına “Böyük qardaş”a xidmət etməklə qurtula bildi. Hətta naziri narahat etmir ki, manat barəsində ona ünvanlanan tənqidlər hər hansı problem yarada bilər. Üstəlik, iqtisadi proseslərin gedişindən çox şey asılıdır və Şərifovun rolu epizodikdir.
Baş nazirlik iddiasından “portfelsiz nazir” durumunadək?
Samir Şərifovun gözlənilmədən hakimiyyət üçün “arzuolunmaz şəxs” statusu qazanmasının səbəbi yalnız iqtisadi amillərlə bağlı deyil. Mövzuyla bağlı əldə cumhuriyyet.az olaraq əldə etdiyimiz informasiyaların təlilini və olayla bağlı ehtimallar onu göstərir ki, əslində Samir Şərifovun “vurulma” kampaniyası “gözlənilməz” effekti yaratsa da proses gözlənilən və proqnozlaşdırılan idi. Belə ki, Samir Şərifov üst qatda özünü nə qədər “sözəbaxan” göstərməyə çalışsa da onun iddialarını görməmək imkansız idi. Özü haqda “islahatçı nazir”, “qərbyönümlü məmur” imici formalaşdırmağa cəhdlər göstərən maliyyə nazirinin ən yaxın hədəfi isə baş nazir postu idi.
Hazırki vəziyyətdə də hakimiyyətin iqtisadi imicinə ciddi zərbə vuran olaylarla bağlı maliyyə nazirinin məsuliyyətinun unudulduğunu düşünmək olmaz. Hər halda baş verənlər çox yaxın tarixin hadisələridir və nəzərə alsaq ki qarşıdan gələn prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi dəyişikliklər olacağı gözlənilir, o zaman maliyyə nazirinin siyasi durumunun kövrək olduğu aydınlaşar. Əslində, elə indinin özündə də S.Şərifovu “portfelsiz nazir” adlandırmaq olar. Məlumata görə, hazırda S.Şərifovun bank sektoruna nəzarətdən tam kənarlaşdırılıb və bu işi Banklara Nəzarət Palatası həyata keçirir. Onun təkcə bank sektorundan deyil, iri maliyyə vəsaitlərinin bölüşdürülməsindən də kənarda saxlanıldığı barədə iddialar var. Bu isə S.Şərifovun da Z.Məmmədov kimi hakimiyyətdə etimad limitini itirdiyinə işarədir. Sirr deyil ki, son il yatımda yalnız prezident İlham Əliyevin iqtisadi komandasının (köməkçilərinin) fəaliyyəti sayəsində ölkənin maliyyə bazarında sabitlik yaratmaq mümkün olub.
İstefa ilə canını qurtara bilmədi
Diqqətli oxucular xatırlamamış olmaz və o qədər də uzaq keçmiş deyil ki, Samir Şərifov parlamentdə baş nazirin əvəzinə hökumətin hesabatlarını təqdim edir, hökumətə ünvanlı suallara məhz o cavab verir və faktiki baş nazir postunu icra etməsi görüntüsü yaratmağa çalışırdı. Bu baxımdan yalnız bir məqamı qabartmağa lüzum görürük ki, bir neçə il öncə ABŞ səfirliyində keçirilən rəsmi qəbulda da Azərbaycan hökuməti adından məhz Samir Şərifov çıxış etmişdi ki, bu da bir daha diqqətləri onun üzərinə cəmləmişdi.
Bu və digər məqamların nəzərə alınması isə Samir Şərifov haqqında “ikinci Fərhad Əliyev” obrazının yaranması ilə nəticələnib. Bu obraz Samir Şərifova Qərbin siyasi dairələrində müəyyən üstünlüklər qazandırsa da, bu amilin onun sıxışdırılmasında ştrixlərdən biri olması da unudulmamalıdır. Samir Şərifovun əleyhinə kampaniyanın daha da sürətlənməsi məhz “MTN işi” prosesindən sonra start götürdü. Əldə etdiyimiz məlumata görə, Samir Şərifov ətrafında cərayan edən proseslərdən ciddi şəkildə narahatdır. Yalnız cüzi hissəsini bildiyimiz, əhəmiyyətli hissəsini isə bilmədiyimiz həmin qorxu səbəbindən isə maliyyə naziri “sudan quru çıxmaq” taktikasını seçib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, hakimiyyətin daha üst yetkililərinə istefaya getməyə hazır olduğunu bəyan edən Samir Şərifov ən çox çəkindiyi “yox” cavabını alıb. Hazırda Samir Şərifov üçün ən yaxşı çıxış yolunun vəzifəsini itirməklə canını qurtarmaq olduğunu söyləyən mənbənin sözlərinə görə, ona başa salınıb ki, bu imkandan məhrumdur və onun fəaliyyətindəki bütün şübhəli məqamlar ciddi şəkildə araşdırılacaq. Araşdırılacaq isə çox məqamlar var və cumhuriyyet.az olaraq bu yazımızda həmin məqamların bəzilərinin üzərində dayanacağıq.
Nazirin əli “qara bazar”ın cibindən çıxdı
Bir neçə il öncə, ölkədə dollar qıtlığı yarandığı bir ərəfədə S.Şərifovun daha bir “ÇP”-si üzə çıxdı. Məlum oldu ki, S.Şərifovun nəzarətində olan “Azər Türk Bank” “qara bazar”ın əsas təminatçısı olub. Bankda bütün rəhbər heyəti tələm-tələsik dəyişən maliyyə naziri daha bir cəncələ düşdü. Bu dəfə Samir Şərifovun Beynəlxalq Bankın rəhbərliyinə “Azər Türk Bank”dan cəmi bir neçə ay əvvəl sədr gətirdiyi Elmar Məmmədov gözlənilmədən istefaya göndərildi. Beynəlxalq Bankın rəhbərliyinə gətirilmiş bir şəxsin qəflətən istefaya göndərilməsini zəruri edən ciddi səbəblərin olduğu şübhə doğurmurdu. Bildirilirdi ki, Elmar Məmmədovun Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdəki fəaliyyətini araşdıran komissiya onun 1 il 4 ay ərzində bankda həyata keçirdiyi “əməliyyatlar” nəticəsində külli miqdarda qazanc əldə etdiyini müəyyənləşdirib. Bu məbləğ təxminən 170 milyon manat təşkil edib. Beynəlxalq Bankın sədrinin və digər şəxslərin “qara bazar”a birbaşa rəhbərlik etməsi ilə bağlı hakimiyyət strukturlarında ciddi məlumatlar olub. Bunun üstü Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən açılandan sonra əsas sorumlu kimi yenə maliyyə naziri olub. Manatın devalvasiyasının əsas səbəbkarı kimi bilinən Samir Şərifovun və yaxın ətrafının devalvasiyalar, dolların məzənnəsinin idarə olunmasından külli miqdarda gəlir əldə etdikləri barədə əvvəllər də yetərincə məlumatlar var idi. S.Şərifovun nəzarəti altında olan iki bankda üzə çıxanlar və rəhbərlikdə gözlənilməz dəyişikliklər bu məlumatların əsassız olmadığını sübut etdi.
Səriştəsiz və qeyri-peşəkar fəaliyyət
Samir Şərifov haqda gizli bəzən isə açıq şəkildə “peşəkar”, “yenilikçi”, “dünya standartları”na meyilli nazir obrazı formalaşdırmaq üçün təbliğat aparılır. Faktlara diqqətlə nəzər yetirsək bunun tam əksinin şahidi olarıq. Bununla bağlı cumhuriyyet.az olaraq da apardığımız araşdırmalarda maraqlı məqamlar üzə çıxıb. Nazirin peşəkar fəaliyyətinə nəzər salanda görürük ki, bəli, onun heç bir iqtisadi, maliyyə-bank təhsili yoxdur, AMB-da (Mərkəzi Bankda) işləyərkən yalnız bir layihənin müəllifi olmuşdur – banklararası ödəniş AZİPS sisteminin. Bu ödəniş sisteminə əsasən, ölkə daxilində manat ödənişləri, nədənsə, Beynəlxalq SWİFT sistemi üzərindən aparılırdı. SWIFT isə bəzi xarici mətbuatda səsləndirildiyi kimi, xarici kəşfiyyatın nəzarətindədir. Təsəvvürünüzə gətirin ki, Azərbaycan bank ödəyicilərinin məbləğindən asılı olmayaraq (hətta 10 manat belə), banka yatırdığı pullar xaricə gedib qayıdırdı. Və yalnız bankların etirazı nəticəsində milli təhlükəsizliyə zidd, banklara və ödəyicilərə daha bahalı, ümumiyyətlə absurd olan SWIFT-ə alternativ kimi xırda ödənişlər üçün XÖNKS adlanan sistem yaradıldı. O vaxtdan bütün ödənişlər məhz ikinci sistem üzərindən həyata keçirilir. Müəllifi Samir Şərifov olan birinci sistem isə istifadəsiz qalıb.
Aydındır ki, manatın möhkəmliyi, sabitliyi, ölkənin iqtisadi təhlükəsizliyinin qarantıdır. İqtisadi təhlükəsizlik isə Maliyyə Nazirliyinin əsas fəaliyyətidir. Bu fəaliyyət isə göründüyü kimi, orda yoxdur. Devalvasiya nəticəsində 20-yə yaxın bank bağlanıb. Beynəlxalq maliyyə strukturlarının ölkə banklarına etimad indeksini endirib. Samir Şərifovun ətrafının isə bundan istifadə edərək böyük pullar qazanması faktının üzə çıxması nazirin mövqelərinə sarsıdıcı zərbə vurdu. Beynəlxalq Bank vasitəsilə milyardlarla dollar vəsaitin talanmasının qarşısını ala bilməməsi bir yana, yaxın adamlarının yenidən bu talanda iştirak etməsi maliyyə nazirini “pat” vəziyyətə salıb.
Onu kimlər və necə qoruyur?
Bəs bu qədər səriştəsizliyinə rəğmən, cənab S.Şərifov hələ də nazir postunu necə qoruya bilir? Bu yerdə yada vaxtilə baş nazir iddiaçıları sırasında olan S.Şərifovu “hansı dövlət dəstəkləyir” kimi iddialar yada düşür. Həmçinin Andropov adına Xarici Kəşfiyyat İnstitutunda Putinin kurs yoldaşı olmuş Yuri Şvetsin maliyyə nazirini “Rusiya, Türkiyə və Amerika xüsusi xidmət orqanlarının agenti” adlandırması da… Onun müsahibəsindən yalnız bir sitatı xatırladırıq: “Əldə olunan məlumatlar Rusiya kəşfiyyatına bu nəticəyə gəlməyə imkan verib ki, onların çoxdankı agenti, Azərbaycanın maliyyə naziri Samir Şərifov əslində üçqat agent olub və bəzən paralel olaraq, Türkiyə və Amerika xüsusi xidmət orqanlarına da işləyib. Rusiyalılar əmindilər ki, Şərifovu Türkiyə kəşfiyyatı 1989-1990-cı illərdə Cənubi Yəməndə işlədiyi vaxtlardan ələ alıb. Sonradan o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələndirilib və o vaxtdan vacib informasiya mənbəyi və təsir agenti kimi Amerika və Türkiyə xüsusi xidmət orqanlarına işləməyə başlayıb”. Maliyyə nazirinin hansı ölkənin casusu olub-olmaması müvafiq orqanların araşdırma mövzusudur. SSRİ DTK-nin keçmiş əməkdaşının verdiyi müsahibəsində kankret faktlar, şirkət adları, bank əməliyyatları göstərilir. Yəqin ki, indiyə qədər bu faktları araşdırıb ictimaiyyətə açıqlama vermək olardı. İnternet və informasiya erasında belə araşdırmaları jurnalistlər də aparır.
Təxribat, yoxsa savadsızlıq?
Maliyyə nazirinin Neft Fondundakı fəaliyyəti zamanı da xarici banklarla şübhəli əməliyyatlar apardığı barədə məlumatlar sızmışdı. Onun şübhəli əməlləri vaxtilə ölkə daxilində də qeyri-rəsmi araşdırma mövzusu olmuşdu. Maraqlıdır ki, yalnız Neft Fondunun yeni rəhbəri gəldikdən sonra Fond bu safədə səffaflıq üzrə beynəlxalq mükafata layiq görüldü. Samir Şərifovun Maliyyə naziri kimi fəaliyyəti dövründə də Kapital Bankda “məharətlə” həyata keçirdiyi Əmanət Bankdakı əmanətlərin qaytarılması əməliyyatı, ABB-ni iflas vəziyyətinə salınması, ölkə rəhbərliyinə yalan rəqəmlər verməklə dövlətdən milyardlarla dollar vəsaitin sovrulması, “qara bazarın” bərpa olunmasındakı rolu, sığorta sektorunda inhisarçılığın yaranması və s. əməlləri geniş müzakirə edilib.
Hazırda belə, necə ola bilər ki, Azərbaycanın reytinqi (proqnozu neqativ) Ermənistanın reytinqindən pisdir. Axı, Azərbaycan iqtisadiyyatı kəmiyyət və keyfiyyət göstəriciləriylə Ermənistan iqtisadiyyatından qat-qat üstündür. Ölkənin suveren reytinqinə məhz Maliyyə Nazirliyi cavabdehdir. Bu, ən azı, beynəlxalq reytinq agentlikləriylə danışıqların qeyri-peşəkarlığına dəlalət edir. Biz bu yazımızda yalnız rəqəmlərə və faktlara istinad etdik və bütün bunlardan sonra ortaya tək bir sual çıxır:, Samir Şərifovun bu əməllərinin adı nədir – təxribat, savadsızlıq, yoxsa hər ikisi?





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AMEA-nın həqiqi və müxbir üzvlərinin maaşları artırılıb - SƏRƏNCAM
Bu gün, 18:09
Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb
Bu gün, 18:06
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
Bu gün, 18:04
ATV-nin efirindəki doğuş rəzalətinə reaksiyalar: - “Yaxşı ki, cinsi münasibəti göstərmirlər”
Bu gün, 17:45
Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb
Bu gün, 17:42
"Krımdakı partlayışın səbəbləri ətraflı araşdırılır"
Bu gün, 17:39
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb - deputat
Bu gün, 17:34
Bakıda yolun çökməsinə səbəb olan şirkətin adı AÇIQLANDI
Bu gün, 17:33
“Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı
Bu gün, 17:25
Putin Türkiyəyə səfər edəcək
Bu gün, 17:23
Leyla Əliyeva uşaqlıq fotosunu paylaşdı - FOTO
Bu gün, 17:21
“Ermənistan cəbhədə ciddi gərginlik yaradıb, arxasında dura bilməz” - General Aydəmirov
Bu gün, 17:18
Ramil Usubov İcra Hakimiyyətinə sahibsiz itlərə yer ayrılması ilə bağlı müraciət edib
Bu gün, 17:15
Sabah dolar neçəyə olacaq?
Bu gün, 17:13
Abramyanın qardaşı 5 milyona azadlığa çıxdı
Bu gün, 17:09
Çin yuanının ucuzlaşması Azərbaycandan bu ölkəyə qeyri-neft məhsullarının ixracını zəiflədə bilər - TƏHLİL
Bu gün, 17:05
“Qlobal Enerji Azərbaycan” LTD öhdəsinə götürdüyü müqaviləni yerinə yetirirmi? - İTTİHAM
Bu gün, 17:04
Səudiyyə Ərəbistanı Türkiyədəki səfirini vəzifəsindən uzaqlaşdırdı
Bu gün, 16:49
"Lotu Quli" məhkəmə qarşısına çıxarılır: - SON QƏRAR
Bu gün, 16:48
“Savaşçı” serialında Turan ordusu qurulur
Bu gün, 16:45
"Azərbaycanda "Yehovanın Şahidləri"nin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatlar yalandır" - Səyavuş Heydərov
Bu gün, 16:42
Bakıda vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı
Bu gün, 16:35
Azərbaycanlı xanəndə Gülnar İsayeva TRT Musiqi kanalının “Könül bağı” proqramında qonaq olub
Bu gün, 16:32
Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib
Bu gün, 16:29
Krımda teraktı törətmiş gəncin fotoşəkli yayıldı - FOTO
Bu gün, 16:26
Krımda baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb - VİDEO
Bu gün, 16:23
Badamdarda quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq - Coğrafiya İnstitutu
Bu gün, 16:11
Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM
Bu gün, 16:09
ABŞ səfirinin təəccüb doğuran Qarabağ açıqlaması - TƏHLİL
Bu gün, 16:07
Ədalət Qənbərovun himayədarı kimdir? - Dələduzluq və ya küçəyə atılan körpələr...
Bu gün, 16:03
Qaxda ağacdan yıxılan 21 yaşlı oğlan ölüb
Bu gün, 16:00
Qaradağ Rayon İcra Hakimiyyətinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
Bu gün, 15:58
Bakıda məhbus xəstəlikdən öldü
Bu gün, 15:51
"Onlar ölkəmizdə gedən inkişafın paxıllığını çəkirlər" — Deputat Sevinc Osmanqızına CAVAB VERDİ
Bu gün, 15:49
Əli Mirəliyevin daha bir biabırçılığı - VİDEO
Bu gün, 15:47
"Röya tez böyüdü, ulduz oldu" - Roza
Bu gün, 15:44
Aprel döyüşlərinin qəhrəmanı komadadır: - Vəziyyəti ağırdır
Bu gün, 15:40
Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb
Bu gün, 15:37
"MedEra"da həkimlər arasında DAVA - Xəstəni səhv müalicə etdiyinə görə
Bu gün, 15:33
FHN şefi onu "Gilan"dan qovacaq... - İDDİA
Bu gün, 15:26
Türkiyədən Ermənistana keçən 4 nəfər saxlanıldı - VİDEO
Bu gün, 15:15
“Türkiyədə rol alsam, bütün sülaləm kasıbçılıqdan qurtular” - Əməkdar artist
Bu gün, 15:03
Paşinyan istefa verdi: Bəs sonra? - TƏHLİL
Bu gün, 14:49
Moskvada Krımın baş nazirinin müavini saxlanıldı
Bu gün, 14:42
SOCAR istiqrazlarının sahibləri növbəti gəlirlərini əldə ediblər
Bu gün, 14:40
İlhamə Quliyevanın ailəsində QALMAQAL
Bu gün, 14:39
Nikol Paşinyan ABŞ səfirinin sözlərinə fikir verməməyə çağırıb
Bu gün, 14:35
Azərbaycanlı kriminal avtoritet güllələnərək öldürüldü - Lənkəranskinin adamıdır
Bu gün, 14:34
Ağstafada 64 yaşlı kişi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib
Bu gün, 14:32
“Modern Hospital” Klinikasına qarşı aparılan “qara piar”ın gizlinləri – Xəstə yaxınları tərəfindən faciədə günahlandırılan həkim danışdı
Bu gün, 14:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru