Fermerlər alıcı tapmaqda çətinlik çəkirlər .....                     Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır? .....                     “Ermənistanda iqtisadi siyasət yoxdur” .....                     Kofi Annan ölüb .....                     “Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb .....                     Ermənistan ordusunun baş qərargah rəisi Qarabağa gəlib .....                     “BakuBus”un marşrutunda kişinin 400 manatını oğurladılar .....                     General Rəsul Çunayevin rütbəsini artırdı .....                     Əli Əhmədov Türkiyəyə gedib .....                     Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb .....                     Şəkidə küçədən kişi meyiti tapılıb .....                     Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib .....                     Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb .....                     Tramp xüsusi muzdlu ordu yaradır .....                     Putin avstriyalı nazirin toyundan sonra Merkellə görüşəcək .....                     Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar .....                     Sabah yağış yağacaq, şimşək çaxacaq .....                     11 illik hakimiyyətin SONU ÇATIR .....                     Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb .....                     “Özünü də, məni də bədbəxt etdi” .....                     Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri .....                     "Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir" .....                     ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf .....                     Merkelin Azərbaycan səfərinin arxasında nələr durur? .....                     11 mənzildən oğurluq edən şəxs videokamera görüntüsü ilə saxlanıldı .....                     Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı .....                     Azərbaycan nefti bahalaşmaqda davam edir .....                     Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ .....                     Salyanda zəlzələ olub .....                     Azərbaycanda 13 azyaşlı qızı fahişəliyə cəlb etdilər .....                     Gəncədə ata və qızını öldürən şəxs tutuldu .....                     Dövlət qulluğuna qəbul üçün imtahan başlayıb .....                     Rusiyalı millət vəkilindən şok iddia .....                     Aysel ailəsi ilə belə dincəlir .....                     Transxəzər boru kəmərinin çəkilməsi bütün Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır .....                     Koçaryan Paşinyanı zəif yerindən vurur .....                     "Rusiya ilə tarixdə misli görünməmiş layihə hazırlayırıq" .....                     Fazil Məmmədovun aldığı maşınlar hərraca çıxarıldı .....                     İmran Xan Pakistanın yeni baş naziri kimi and içib .....                     İtin iki gözünü də çıxartdılar .....                 

1 saylı Kliniki Tibbi Mərkəzdə nələr baş verir? - İTTİHAM
Tarix: 13-06-2018, 07:50 | Çap et
1 saylı Kliniki Tibbi Mərkəzdə nələr baş verir?
Hal-hazırda “Semaşko”da qol qoyulan çoxsaylı qanunsuzluqlar peşəkar mütəxəssislərin narazılığına səbəb olmaqdadır

Bu günlərdə redaksiyamıza “Semaşko” adı ilə tanınan və respublikamızda ən böyük səhiyyə müəssisələrindən biri hesab olunan 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı ilginc məlumatlar daxil olub. Həmin məlumatlarda sözügedən səhiyyə ocağında davam edən qanunsuzluqların “pik nöqtə”yə çatdığı qeyd olunur. Bu da uzun müddətdən bəri adı çəkilən tibb ocağında çalışan peşəkar mütəxəssislərin haqlı narazılıqlarına səbəb olmaqdadır.

Adı çəkilən bu səhiyyə müəssisəsində yaşananlarla bağlı redaksiyamıza daxil olan məlumatlarda iddia olunur ki, kliniki mərkəzin baş həkimi Ədalət Dadaşov daşıdığı vəzifəyə təyin olunduqdan sonra o, əsas fəaliyyətini xalqın sağlamlıq durumunu daha da yaxşılaşdırmağa deyil, sanki şəxsi maraqlarının təmin olunması yöndə müəyyən addımlarını atmağa başladı. Baxmayaraq ki, dövlətimizin dövlət səhiyyə müəssisələrinə göstərdiyi diqqət və qayğı hər il artmaqda davam edir. Amma, bəzi şəxslərin söylədiklərinə görə Ədalət Dadaşov bir baş həkim olaraq, göstərilən diqqət və qayğılara kölgə saldığından, bu gün də həkim adı ilə uzlaşmayan addımlarını atmaqdadır.
Ədalət Dadaşov Klinik Tibbi Mərkəzə baş həkimi təyin olunduqdan sonra, təqribən 25-30 illik iş təcrübəsi olan peşəkar həkimləri təcrübə adıyla 6 aylıq rotatsiyaya göndərdiyi də söylənilir. 30 illik iş təcrübəsi olan peşəkar həkimlərin adı çəkilən səhiyyə müəssisəsində 2-3 illik iş təcrübəsi olan gənc həkimlərdən rotatsiya adıyla təcrübə öyrənmələri, görəsən hansı məntiqə uyğun gəlir? Belə olan halda cavab hər kəsə gün təki aydın olur. Baş həkim bu cür addımlarını atmaqla, əslində rotasiyaya getməkdən imtina edən həkimlərdən əlavə hansısa maraqlarını təmin etmək üçün imkan yaratdığı da iddia olunur.
Baş həkimin özəl dərman firmalarının gətirdikləri dərmanların Klinik Tibbi Mərkəzdə reklam olunması məqsədilə, həmin firmaların rəhbərləri ilə “işbirliyi” yaratdığı, hətta onların nümayəndələrinin xəstəxanada sərbəst fəaliyyət göstərmələri üçün, firmaların böyük-kiçikliyindən asılı olaraq onlardan altı aydanbir təqribən 1000-3000 manat məbləğində “haqq-hesab” aldığı da söylənilir. Dərman firmaları fəaliyyətlərinə görə dövlətə vergi ödədikləri halda, Ədalət Dadaşovun onlardan əlavə “vergi” tutduğu da iddia olunur. Buna görə də, son bir il ərzində dövlət tərəfindən bu səhiyyə müəssisəsinə ayrılan dərmanların yalnız 15%-nin xəstələrə verilməsi haqda məlumatlar eşitmişik. Bundan əlavə, adı çəkilən səhiyyə müəssisəsində müalicə alan bəzi xəstələrin danışdıqlarına görə, onların müalicəsi həyata keçirilərkən əsas analizlər deyil, yalnız adi analizlər götürülür. Çünki, dövlət tərəfindən analizlər üçün verilən “reaktivlər”in xəstəxanada olmadığı, ərzaq təchizatının isə olduqca aşağı səviyyədə olduğu söylənilir.
Adları Klinik Tibbi Mərkəzdə gedən, özləri isə özəl klinikalarda çalışan həkimlərin Ədalət Dadaşovla hansısa maraqlar çərçivəsində razılığa gəlmələri də iddia olunur. Məsələn, müəyyən iddialara görə həkim-anistozoloq Əliyev Nəcəf “Elmed” klinikasında, həkim-anistozoloq İbrahimov Gündüz “Oksigen” klinikasında, həkim-anistozoloq Lətifov Hacı “Lanşet” klinikasında, həkim-cərrah İbrahimov Mirzə “Medilüx” klinikasında, həkim Cəbrayılova Rəna 4 saylı stomatoloji mərkəzdə işlədiklərinə görə, baş həkimin onların vasitəsilə şəxsi maraqlarını təmin etdiyi də söylənilir.
Bundan əlavə, Ədalət Dadaşov Tibb Universitetinin Tədris-Cərrahiyə korpusunda işləyən, özü isə analıq məzuniyyətində olan Aytən Qırxlarovanı bir müddət bundan öncə Klinik Tibbi Mərkəzdə cərrah-həkim vəzifəsinə işə götürür. Aytən xanım üçillik analıq məzuniyyətində olsa da, bu gün də onun adının xəstəxananın ştat cədvəlində işdə getdiyi söylənilir. Bütün bunlardan əlavə onu da qeyd edək ki, Ədalət Dadaşov 2008-ci ilin sentyabr ayından 2016-cı ilə kimi Klinik Tibbi Mərkəzdə cərrahiyə şöbəsinin müdiri vəzifəsində işləyib. Həmin vaxtlarda YAP-ın “Semaşko” xəstəxanası üzrə dayaq dəstəsinin sədri Fətəli Fətəlizadə, ona partiya sıralarına daxil olmasını təklif etdikdə o, buna təhqiramiz sözlərlə kəskin etirazını bildirir. Elə ki, 2016-cı ilin may ayında baş həkim vəzifəsinə əvəzləyici təyinatı alır, o zaman o, təcili olaraq partiya sıralarına daxil olur və çox keçmir ki, Fətəli Fətəlizadə şöbə müdirliyindən azad olunur. Bir qədər keçdikdən sonra isə, baş həkim onu YAP-ın “Semaşko” üzrə dayaq dəstəsi sədri vəzifəsindən də uzaqlaşdırtdıra bilir. Halbuki Fətəli Fətəlizadə ötən 24 il ərzində dayaq dəstəsinin sədri vəzifəsini daşıyıb 1992-ci ildən YAP-ın aktivlərindən biri olub.
Söylənilən iddialarda o da qeyd olunur ki, o, xalqını və xəstələri bir növ pula “qurban vermək”lə bu gün də şəxsi maraqlarını həyata keçirməyə çalışır. Bundan əlavə o da iddia olunur ki, Kliniki Mərkəzi sanki şəxsi biznes obyektinə çevirib. Hətta, adı çəkilən vəzifə sahibi insanların taleyi ilə oynayaraq, həyat üçün qorxunc və faciəli üsullara əl atmaqdan çəkinmədiyi də söylənilir. Belə ki, Kliniki Tibbi Mərkəzə Ədalət Dadaşovun baş həkim təyinatından sonra, xəstəxanaya “Hepatit-C” diaqnozu ilə daxil olan hərbi çağırışçıların sayı artmaqdadır. Baş həkim imkanlı şəxslərin hərbi çağırışçı olan xəstə övladlarına “Hepatit-C”-nin daşıyıcısı diaqnozunu qoydurur ki, guya onlar hərbi xidmətə yararlıdırlar. Başlıca məqsəd xəstə gənclərin sağlam ad ilə hərbi xidmətə getmələrinə və hərbi bilet almalarına imkan yaratmaq olur. Halbuki tibbi nomenklaturada “Hepatit-C” daşıyıcı diaqnozunun ümumiyyətlə olmadığı bildirilir. Tibbi nomenklaturada “Hepatit-C” yalnız subklinik forma kimi gedir. Əgər çağırışçıya “Hepatit-C” subklinik diaqnozu qoyularsa, o halda həmin gənc hərbi xidmətə yarasız şəxs hesab olunar. Buna görə də, adı çəkilən vəzifə sahibi həmin gənclərin imkanlı valideynlərindən müəyyən məbləğdə “şirinlik” alaraq, onları hərbi xidmətə yararlı şəxs kimi qeyd etdirir. Tərəflər arasında belə bir razılığın əldə olunması ona hesablanır ki, çağırışçı gənc hərbi xidmətdən qayıtdıqdan sonra hansısa vəzifəyə gedərsə, o zaman heç bir problemlə üz-üzə qalmasın.
Onu da unutmaq olmaz ki, “Hepatit-C” xəstəsi olan çağırışçı hərbi xidmətdə olub üzünü təmizləyərkən, diş fırçasından istifadə edərkən, yaxud da hansısa səbəb üzündən zədə alıb müəyyən qədər qanını axıdarsa və onun qanından digər əsgər yoldaşlarından birinin üstünə azacıq olsa belə düşərsə, o halda həmin əsgər də “Hepatit-C” xəstəsi olacaq. Söylənilən iddialarda o da qeyd olunur ki, xəstə çağırışçı gənclər Ədalət Dadaşovun şəxsi tapşırığı ilə hava-damcı şöbəsində çalışan Kamran Nəsibova təhkim olunur ki, bu yöndə sirr heç yana yayılmasın. Bu isə son dərəcə təhlükəli məqamların varlığından xəbər verir. Çünki, hərbi çağırışçı adı çəkilən şöbədə yatan xəstələrlə kontaktda olduqlarından, onların digər xəstəliklərə yoluxma ehtimalı böyük olur.
Onu da qeyd edək ki, Kliniki Tibbi Mərkəz 1970-ci ilin əvvəlində ümummilli lider Heydər Əliyevin xüsusi göstərişi və təşəbbüsü ilə inşa olunub. Həmin vaxtdan Nazirlər Kabinetinin qərarı var ki, infeksion xəstəliklər şöbələrinin birləşdirilməsi heç bir sanitariya-epidemioloji qaydalara uyğun gəlmir. Çünki hava-damcı, mədə-bağırsaq və xüsusi təhlükəli infeksiyalar şöbələri müxtəlif profilli şöbələrdir. Adları çəkilən bu şöbələr birləşdirilərək əvəzində bir şöbə yaradılıb və bir şöbə müdiri saxlanılıb. Bu gün əslində üç şöbəyə rəhbərlik edən Gülnarə Babayeva həmin şöbələrdə çalışan həkimləri aidiyyəti üzrə deyil, başqa şöbələrə təhkim etməkdədir. Həkimlər yaşananlarla bağlı baş həkim Ədalət Dadaşova müraciət etsələr də, o, “Gülnarə Babayeva şöbə müdridir, deməli onun özü belə məsləhət bilir” deyə cavab verdiyi də söylənilir.
Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən infeksion xəstəlikləri şöbələrinin birləşdirilməsi də təklif olunmayıb. Ayrı-ayrılıqda fəaliyyət göstərən infeksion xəstəlikləri şöbələrinin birləşdirilməsi, məhz baş həkim Ədalət Dadaşovun təklifi əsasında həyata keçirildiyi iddia olunur. O, Səhiyyə Nazirliyinə “bu şöbələrdə xəstələr azlıq təşkil edir” deyə təklifini çatdırır və səbəb də, belə bir halın varlığını göstərir. Halbuki il ərzində təqribən hava-damcı şöbəsində 400-500 nəfər, mədə-bağırsaq şöbəsində 1200-1300 nəfər, xüsusi təhlükəli infeksiyalar şöbəsində isə 400-450 nəfər xəstələrin müalicə olunduqları bildirilir. O halda sual oluna bilər ki, bəs bu şöbələrin birləşdirilməsi nə qədər zəruri idi? Əslində adları çəkilən şöbələrdə xəstələrin azlıq təşkil etməsi haqda Səhiyyə Nazirliyinə verilən məlumatların, həqiqəti əks etdirmədiyi də iddia olunur. Bəzi mütəxəssislər adıçəkilən şöbələrin birləşdirilməsinin sanitariya-epidemioloji qaydalara və normativ tələblərə zidd olduğunu da bildirirlər. Görəsən belə bir addımların atılmasında baş həkim Ədalət Dadaşovun və şöbə müdiri Gülnarə Babayevanın marağı nələrdən ibarətdir? Bakı Baş Səhiyyə İdarəsinin müvafiq əmrinə əsasən 8-ci korpusda infeksion şöbələr qeyri-qanuni birləşdirilsə də, əmrdə konkret göstərilib ki, şöbənin işçiləri iş yerlərini dəyişmədən əmrlə tabe olduğu şöbədə çalışmalıdırlar. Ancaq, baş həkim və şöbə müdiri birləşərək işçiləri eyni vaxtda həm hava-damcı şöbəsində, həm mədə-bağırsaq şöbəsində, həm də xüsusi təhlükəli və zoonoz xəstəlikləri şöbələrində işlədirlər. Məsələn, bir tibb bacısı eyni vaxtda 1-ci, 2-ci və 3-cü mərtəbələrdə olan zoonoz, mədə-bağırsaq və hava-damcı xəstəsi olan xəstələrə sistem qoşur. Elə ki, xəstələrin sistemi qurtarır, o halda onlar tibb bacılarını mobil telefon vasitəsi ilə çağırırlar. Bu da hər an daxili infeksiyaların baş qaldırmasına səbəb ola bilər. Uzun illər ərzində səhiyyə sahəsində çalışan və pensiya yaşı tamam olan həkimlərin, hətta tibb bacılarının belə rəhbərliklə müqavilə sənədlərini uzatmaları zamanı müəyyən problemlərlə üz-üzə qalmaları da, bu gün daha çox müzakirə olunan mövzulardandır. Belə ki, bəzi şəxslərin iddialarına görə müqavilə sənədlərinin bir il müddətinə uzadılması, xeyli miqdarda “rüsum” hesabına başa gəlir. Bəzən də, “rüsum”u ödəməyə imkanı olmayan həkimlər əsəbdən, müəyyən gərginlikdən və s. dünyalarını dəyişməli olurlar. Onlardan ixtisasca nevrotoloq Vidadi həkimin və nevropotoloq Səlim həkimin (Allah hər ikisinə rəhmət eləsin!) olduqları söylənilir. İnanırıq ki, məqalənin dərcindən sonra cənab Oqtay Şirəliyev sadalanan olayların varlığına xüsusi diqqət yetirəcək. Bütün bunlar da Ədalət Dadaşovun şəxsi maraqlarının təmin olunması yöndə atdığı addımların varlığını sübut edir.
Məqalədə sadalanan faktlarla bağlı adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
//GündemXeber.Az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sənətkara bu qədər hörmətsizlik olmaz
Bu gün, 14:12
Fermerlər alıcı tapmaqda çətinlik çəkirlər
Bu gün, 14:08
Koçaryan üçün yeni “layihə”: Keçmiş prezidenti siyasətə kim və niyə qaytarır? - TƏHLİL
Bu gün, 14:06
“Ermənistanda iqtisadi siyasət yoxdur” - Vardan Bostanjyan
Bu gün, 14:03
"Mənim tək rəqibim atamdır"
Bu gün, 14:00
Kofi Annan ölüb
Bu gün, 13:57
“Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb
Bu gün, 13:45
Ermənistan ordusunun baş qərargah rəisi Qarabağa gəlib
Bu gün, 13:39
“BakuBus”un marşrutunda kişinin 400 manatını oğurladılar
Bu gün, 13:36
General Rəsul Çunayevin rütbəsini artırdı - FOTO
Bu gün, 13:29
Əli Əhmədov Türkiyəyə gedib
Bu gün, 13:24
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb
Bu gün, 13:23
Şəkidə küçədən kişi meyiti tapılıb
Bu gün, 13:22
Azərbaycanda elektron xidmət növlərinin siyahısı genişləndirilib
Bu gün, 13:21
Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb
Bu gün, 13:16
Tramp xüsusi muzdlu ordu yaradır
Bu gün, 12:51
Putin avstriyalı nazirin toyundan sonra Merkellə görüşəcək
Bu gün, 12:49
Alimlər kişi və qadınların hansı yaşda qarşı tərəf üçün daha cazibədar olduğunu araşdırıblar
Bu gün, 12:47
Oğlanla öpüşdüyü yerdə fotosu yayıldığı iddia edilən Pərvindən: - "Tüpürüm sifətinizə"
Bu gün, 12:45
Sabah yağış yağacaq, şimşək çaxacaq
Bu gün, 12:39
11 illik hakimiyyətin SONU ÇATIR - Belə deyirlər...
Bu gün, 12:37
Azərbaycan vətəndaşı olan qadın Ukraynada avtomobil qəzasında ölüb
Bu gün, 12:25
“Özünü də, məni də bədbəxt etdi” – Keçmiş məhkumların türmə söhbəti ölümlə nəticələndi
Bu gün, 12:23
Sosial şəbəkələr, informasiya terroru və həqiqətin dəyəri - II HİSSƏ
Bu gün, 12:19
"Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir" - Dağı özəlləşdirib ərəbdən pul istədi
Bu gün, 12:17
ABŞ-dan Trampla Putinin əlaqəsinə dair etiraf
Bu gün, 12:11
Merkelin Azərbaycan səfərinin arxasında nələr durur? - TƏHLİL
Bu gün, 12:09
11 mənzildən oğurluq edən şəxs videokamera görüntüsü ilə saxlanıldı — TƏFƏRRÜAT
Bu gün, 12:08
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
Bu gün, 12:07
Azərbaycan nefti bahalaşmaqda davam edir
Bu gün, 12:05
Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ - İDDİA
Bu gün, 11:47
Salyanda zəlzələ olub
Bu gün, 11:38
Azərbaycanda 13 azyaşlı qızı fahişəliyə cəlb etdilər - DƏHŞƏTLİ CİNAYƏT
Bu gün, 11:35
Paşinyan komediya aktyorunu mer görmək istəyir
Bu gün, 11:33
Elza Paşinyana şeir yazacaq
Bu gün, 11:30
Gəncədə ata və qızını öldürən şəxs tutuldu
Bu gün, 11:26
Əməkdar artistin klipinə çəkilən model: - "Röya Ayxanı qucaqlayanda..."
Bu gün, 11:25
Azərbaycanlı xanım ifaçı 3-cü dəfə qəzaya düşdü - FOTO
Bu gün, 11:17
Dövlət qulluğuna qəbul üçün imtahan başlayıb
Bu gün, 11:09
Rusiyalı millət vəkilindən şok iddia — Qərb Ərdoğanı devirməyə çalışır
Bu gün, 11:09
Aysel ailəsi ilə belə dincəlir
Bu gün, 11:04
Transxəzər boru kəmərinin çəkilməsi bütün Xəzəryanı ölkələrlə razılaşdırılmalıdır - Rusiya XİN-dən əcaib açıqlama
Bu gün, 11:01
Koçaryan Paşinyanı zəif yerindən vurur - TƏHLİL
Bu gün, 10:59
"Rusiya ilə tarixdə misli görünməmiş layihə hazırlayırıq" - Paşinyan
Bu gün, 10:57
Fazil Məmmədovun aldığı maşınlar hərraca çıxarıldı
Bu gün, 10:56
İmran Xan Pakistanın yeni baş naziri kimi and içib
Bu gün, 10:52
İtin iki gözünü də çıxartdılar - Sumqayıtda vəhşilik
Bu gün, 10:50
“Ermənistan Azərbaycan və Türkiyə ilə təkbətək qala bilər” – şimaldan hədə
Bu gün, 10:45
Şamaxıda sakinlər risq altında yaşayır... - İcra hakimiyyəti isə "gücüm yoxdur" deyir...
Bu gün, 10:43
Porno SƏNAYESİ: hər saniyəsi 3-4 min dollar xərcdir – ARAŞDIRMA
Bu gün, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru