“QHT Şurası unikal bir qurumdur” .....                     Vəhşi tülküyə işgəncə verən şəxs .....                     Bu il Azərbaycan Texniki Universitetini 2.178 gənc bitirib .....                     Kilsə işçiləri 9 yaşlı qıza qarşı seksual hərəkətlər etdi .....                     Məhərrəm İncədən ŞƏRƏFSİZ GEDİŞ .....                     Ermənistan “Polonez”lərlə bağlı Belarusa şikayət etdi .....                     "Şərq Tərəfdaşlığ"ının gələcəyi münaqişə regionlarında sabitliyin təmin edilməsindən asılıdır" .....                     Oğlu həbs olunan səfirimizin QALMAQALLARI: .....                     Rusiya hökuməti Xəzərin statusu haqqında Konvensiya layihəsini təsdiq edib .....                     Balakəndə avtomobil yolunun tikintisinə vəsait ayrılıb .....                     Özünü doğrultmadı... .....                     PKK liderlərinin gizləndiyi yeri Çavuşoğlu açıqladı .....                     “Dövləti biz quraq, kefi də Hacıbala çəksin?” .....                     Dolların iyunun 25-nə olan məzənnəsi .....                     Nadir və relikt bitki olan İpək akasiyasının çiçəkləmə dövrü başlayıb .....                     Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək .....                     Azərbaycan Aİ ilə yeni tərəfdaşlıq sazişi hazırlayır .....                     Kişi kimi dedim: Qanunsuz silahlarım var .....                     Göyçay çayı üzərindəki körpü bərpa edilərək istifadəyə verilib .....                     Mal-qaranın ayıların hücumuna məruz qalmasında sakinlər günahkardır .....                     Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar .....                     Milli Məclis 35 məsələyə görə növbədənkənar iclasa toplanır .....                     BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib .....                     Camal Quliyevin işdən qovulma səbəbi açıqlandı .....                     Qüdsi Osmanov oğlunun həbsindən danışdı .....                     Azərbaycan səfirinin oğlunu həbs etdilər .....                     Universitetlərə qəbul üzrə orta ballar açıqlanıb .....                     "Lerikdə zorlandığı deyilən 7-ci sinif şagirdi bakirədir" .....                     İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu .....                     Vladimir Putin Yeltsinin kürəkənini özünə müşavir təyin edib .....                     Baş Prokurorluq "Pambıq işi" ilə bağlı .....                     “Epidbiomed İŞİ”nin qaranlıqları .....                     Səfər Əbiyevin müavini bəraət istədi .....                     Sahil Babayev Səlim Müslümovun qohumlarını işdən çıxardır .....                     Ermənistan ordusunda acınacaqlı durum .....                     Səbaildə narkotiklərlə bağlı tədbir keçirilib .....                     Baş prokuror Ağstafada vətəndaşları qəbul edib .....                     Azərbaycanda “Hesablama Palatası haqqında” qanunun təkmilləşdirilməsi təklif olunur .....                     Yüksək çinli məmurlar parad hazırlığında .....                     Maliyyə naziri xarici borcun artmasının 3 əsas səbəbini açıqlayıb .....                 

Moldova separatçıları etiraza hazırlaşır
Tarix: 26-05-2018, 10:06 | Çap et
Moldova separatçıları etiraza hazırlaşır
Moldova Konstitusiya Məhkəməsi mayın 29-da rus dilini millətlərarası ünsiyyət vasitəsi kimi qəbul edilən statusundan məhrum edə bilər. Belə bir tələblə məhkəməyə Moldova parlamentinin Liberal Partiyasından olan deputatları müraciət ediblər. Dərhal da Rusiyanın nəzarəti altında olan Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski Moldovadan ayrı yaşamağın vaxtının çatdığını bəyan edib. Məhz dil məsələsi vaxtilə Dnestrin sağ və sol sahilləri arasında qarşıdurmaya, sonda isə silahlı münaqişənin başlanmasına gətirib çıxarmışdı.

"Əgər Konstitusiya Məhkəməsi rus dilini konstitusiya statusundan məhrum edərsə, onda Tiraspolun cavab addımı özünü çox gözlətməyə bilər”, - deyə separatçı qurumun rəhbəri bəyan edib. Başqa bir separatçı bölgə olmağa potensial namizəd Qaqauziya da analoji bəyanat verməyə hazırlaşır. Muxtar qurumun televiziyasının sabiq rəhbəri Petr Vlax bildirib ki, Moldovanın Konstitusiya Məhkəməsi rus dilinin statusunun ləğv olunması barədə qərar qəbul edərsə, bu, ölkəni parçalaya bilər. "Nəzərə alaq ki, Konstitusiya Məhkəməsi qanunlara zidd olaraq son bir ildə dövlət dilinin Moldova dilindən rumın dilinə dəyişdirilməsi, eləcə də prezidentin səlahiyyətlərinin ləğv edilməsi barədə qərar qəbul edib. Belə olan halda dillə də bağlı analoji qərarın qəbulunu gözləmək mümkündür. Bununla da faktiki olaraq rus dilinin ölkə ərazisində istifadəsi qadağan olunacaq”, - deyə Vlax bildirib. Əgər bu, baş verərsə, onda Qaqauziyanın da ayağa qalxacağı ilə hədələyib. O, xatırladıb ki, Qaqauziya muxtariyyətində cəmi üç məktəb moldovan dilində fəaliyyət göstərir. Yerdə qalanlar rusca təhsil verir. Qaqauziya televiziyası qaqauz və rus dilində verilişlər yayımlayır. Kişinyovun qadağalarına baxmayaraq, insanlar rus kanallarına kabel televiziyaları ilə baxmaqda davam edirlər. Vlax xüsusi qeyd edir ki, "qaqauzlar qaqauzca danışsalar da, rusca fikirləşirlər. Vəziyyət belə gətirib”. O, xatırladıb ki, rus dilinin sıxışdırılmasına qarşı Belça şəhərinin sakinləri də çıxış edirlər. Bu şəhərin meri rusiyayönümlü "Bizim partiya”nın nümayəndəsi Renata Usatıydır.

"Moldovskie vedemosti” qəzeti rus dilinin konkret olaraq hansı funksiyalarının alınacağını araşdırıb. Moldova deputatlarını ən çox rus dilinin millətlərarası ünsiyyət vasitəsi kimi qəbul edilməsi qane etmir. Liberalların qənaətincə, bu, xalqların "rusifikasiya” və "antimilliləşdirmə” formasında qalan sovet irsindən birdəfəlik yaxa qurtarmağa imkan vermir. Bu səbəbdən də vətəndaşları rus dilindən hakimiyyət orqanları, müəssisələrdə kütləvi danışıq vasitəsi kimi istifadə etməkdən çəkindirmək məqsədilə bu dəyişikliklər ortaya atılıb. Bundan əlavə, liberallar vacib informasiyaların rus dilinə mütləq tərcüməsi ilə bağlı qoyulan qaydanın ləğvini də tələb edirlər. Konstitusiya Məhkəməsindən, eləcə də rus dilində təhsilin dövlət təminatının götürülməsi də tələb olunur. Söhbət rus məktəbləri və uşaq bağçalarının ləğvindən gedir. Liberallar bəyan edirlər ki, ruslar ölkə əhalisinin 4 faizini təşkil edirlər.

Moldova Xalq-Sosialist Partiyasının lideri Viktor Stepanyuk isə əksinə, bildirib ki, ölkədə rus dilində danışanlar 40 faiz təşkil edir. Onların arasında moldovanlar da var. O, ümidvardır ki, Konstitusiya Məhkəməsi liberalların sözünü yerə salacaq. Lakin məsələ ondadır ki, məhkəmənin üzvlərinin əksəriyyəti rumın pasportlarına malikdir. Bundan çıxış edərək bu qənaətə gəlmək olar ki, rus dili ilə bağlı məsələ deputatların xeyrinə dəyişəcək. Bir faktı da qeyd edək ki, payızda ölkədə parlament seçkiləri keçiriləcək. Bu səbəbdən də əksər siyasilər rusdillilərin dəstəyini əldə etməyə çalışırlar. Bu sırada hakim Demokratik Partiya da maraqlıdır. Onun məhkəməyə birbaşa təsir etmək imkanları var. Liberal partiyasına gəldikdə isə, onun reytinqi xeyli aşağıdır. Bu səbəbdən də anti-Rusiya addımları atmaqla elektoratı öz tərəfinə cəlb etməyə çalışır.

Əgər Konstitusiya Məhkəməsi liberalların təşəbbüsünü dəstəkləsə, onda bu, Moldovanın siyasi səhnəsini əməllicə silkələyəcək. Anti-Rusiya tərəfdarları ilə Rusiya tərəfdarı olanlar arasında mübarizə kritik həddə çatacaq. 2004-cü ilin hesablamalarına görə, rus dili 59 faiz respondentin doğma və yaxud ikinci dili hesab edilib. Bu yaxınlarda ölkədə Rusiyanın informasiya və analitik televerilişləri qadağan edilib. İndi də gündəmdə əyləncəli verilişlərin ləğvidir.

Vəziyyətə prezidentin münasibəti də özünü çox gözlətməyib. Rusiyapərəst prezident İqor Dodon bunun yolverilməz olduğunu bildirib. Prezident qərbyönümlülərə cavab olaraq bu ilin sonuna qədər Moldovadakı NATO ofisinin bağlana biləcəyinin bildirib. "İzvestiya” qəzetinə müsahibəsində Moldova prezidenti deyib ki, ilin sonundakı parlament seçkisindən sonra böyük ehtimalla alyansın ofisi qapadılacaq. "NATO-nun buradakı aktivliyi Rusiyanın sərhədlərinə yaxınlaşma niyyəti ilə əlaqədardır. Biz imkan verə bilmərik ki, ölkəni geosiyasi qarşıdurmalar üçün istifadə etsinlər”, – deyə o bildirib. Qeyd edək ki, Moldovada NATO ofisi keçən ilin dekabrında açılıb. Ofisin açılışı Moldova prezidenti ilə hökuməti arasında qarşıdurma yaradıb. Prezident ölkənin neytral qalmasını və bu qərarın ölkənin Konstitusiyasına zərbə olduğunu bildirib.

Beləliklə, proseslər bu postsovet ölkəsində gərginləşməyə doğru istiqamət götürüb. Sözsüz ki, bu gərginlikdə Rusiya aktiv rol oynayacaq. Və hər şey Konstitusiya Məhkəməsinin hansı qərarı qəbul edəcəyindən asılı olacaq.
\\kaspi.az\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“QHT Şurası unikal bir qurumdur”
Dünən, 18:14
Vəhşi tülküyə işgəncə verən şəxs 500 manat məbləğində cərimə edilib
Dünən, 18:09
Bu il Azərbaycan Texniki Universitetini 2.178 gənc bitirib
Dünən, 18:05
Kilsə işçiləri 9 yaşlı qıza qarşı seksual hərəkətlər etdi - Bakıda kilsədə rəzalət
Dünən, 18:02
Məhərrəm İncədən ŞƏRƏFSİZ GEDİŞ - Prezident seçilsə PKK-nın siyasi qolu HDP-yə 1 nazir vəzifəsi, Demirtaşa isə vitse-prezident vəzifəsi verəcək
Dünən, 18:00
Ermənistan “Polonez”lərlə bağlı Belarusa şikayət etdi
Dünən, 17:59
"Şərq Tərəfdaşlığ"ının gələcəyi münaqişə regionlarında sabitliyin təmin edilməsindən asılıdır" - XİN başçısı
Dünən, 17:55
Oğlu həbs olunan səfirimizin QALMAQALLARI: - Rus qızlara “padxod”, təcüvüz
Dünən, 17:41
Rusiya hökuməti Xəzərin statusu haqqında Konvensiya layihəsini təsdiq edib
Dünən, 17:39
Balakəndə avtomobil yolunun tikintisinə vəsait ayrılıb - SƏRƏNCAM
Dünən, 17:38
Özünü doğrultmadı... - Erkən gedə bilər
Dünən, 17:36
PKK liderlərinin gizləndiyi yeri Çavuşoğlu açıqladı - İRAN
Dünən, 17:27
“Dövləti biz quraq, kefi də Hacıbala çəksin?” – Hafiz Hacıyev
Dünən, 17:26
Dolların iyunun 25-nə olan məzənnəsi
Dünən, 17:24
3 uşaq anası Nuradan efirdə ŞOK ETİRAF: - Evli olmasaydı, onunla ...
Dünən, 17:21
Zaur Hacı Nuranı ziyarət etdi: - "Çox üzgünəm..."
Dünən, 17:10
Nadir və relikt bitki olan İpək akasiyasının çiçəkləmə dövrü başlayıb
Dünən, 17:07
Pərviz Bülbülə qəzəbləndi: - “Gəl, sənin ciyərini çıxardım…”
Dünən, 17:04
Səməd Seyidov AŞPA-nın yay sessiyasında iştirak edəcək
Dünən, 16:49
Kişilər o qadınlara xəyanət etmir ki, onlar... - Tünzalə Ağayeva
Dünən, 16:45
Doğum gününü qeyd edən Eldəniz: - “Ən bahalı hədiyyəni xanımımdan aldım”
Dünən, 16:38
Azərbaycan Aİ ilə yeni tərəfdaşlıq sazişi hazırlayır
Dünən, 16:36
Kişi kimi dedim: Qanunsuz silahlarım var - Movsisyan
Dünən, 16:26
Göyçay çayı üzərindəki körpü bərpa edilərək istifadəyə verilib
Dünən, 16:15
Mal-qaranın ayıların hücumuna məruz qalmasında sakinlər günahkardır - İcra nümayəndəsi
Dünən, 16:08
Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İnternet” xidməti ilə tanış olublar
Dünən, 16:05
Milli Məclis 35 məsələyə görə növbədənkənar iclasa toplanır
Dünən, 16:02
Azərbaycanlı müğənninin 20 ildən sonra bacısı üzə çıxdı
Dünən, 16:00
BDU-nun rektoru Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin XIII konfransında çıxış edib - FOTO
Dünən, 15:55
Camal Quliyevin işdən qovulma səbəbi açıqlandı – Rəsmi
Dünən, 15:53
Qüdsi Osmanov oğlunun həbsindən danışdı - "Bu mənim ilk nikahımdan olan oğlumdur"
Dünən, 15:42
Azərbaycan səfirinin oğlunu həbs etdilər - İLGİNC
Dünən, 15:40
Universitetlərə qəbul üzrə orta ballar açıqlanıb
Dünən, 15:36
"Lerikdə zorlandığı deyilən 7-ci sinif şagirdi bakirədir" - Ekspertizadan sensasion rəy
Dünən, 15:33
Hacı Nuranın xəstəxanadan görüntüləri - “Bilirdim ki, nəsə var...”
Dünən, 15:32
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu AÇIQLANDI
Dünən, 15:22
Vladimir Putin Yeltsinin kürəkənini özünə müşavir təyin edib
Dünən, 15:16
Baş Prokurorluq "Pambıq işi" ilə bağlı MƏLUMAT YAYDI
Dünən, 15:14
“Epidbiomed İŞİ”nin qaranlıqları - FAKT
Dünən, 15:10
Səfər Əbiyevin müavini bəraət istədi
Dünən, 15:04
Sahil Babayev Səlim Müslümovun qohumlarını işdən çıxardır - GƏLİŞMƏ
Dünən, 15:03
Ermənistan ordusunda acınacaqlı durum
Dünən, 15:01
Brilyant Dadaşova İlhamədən danışdı, ADINI ÇƏKMƏDİ
Dünən, 14:58
Səbaildə narkotiklərlə bağlı tədbir keçirilib - FOTO
Dünən, 14:50
Baş prokuror Ağstafada vətəndaşları qəbul edib
Dünən, 14:46
Azərbaycanda “Hesablama Palatası haqqında” qanunun təkmilləşdirilməsi təklif olunur
Dünən, 13:14
Yüksək çinli məmurlar parad hazırlığında - VİDEO
Dünən, 13:12
Maliyyə naziri xarici borcun artmasının 3 əsas səbəbini açıqlayıb
Dünən, 13:07
...gecə 20-22, gündüz 32-34 dərəcə isti olacaq - Belə deyirlər...
Dünən, 12:48
Azərbaycanlı məşhurların efirə getməyən görüntüləri yayıldı - VİDEO
Dünən, 12:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru