"Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına təkan verməyə çalışırıq" .....                     Vladimir Putin Azərbaycan Prezidentini Respublika Günü münasibətilə .....                     Daha bir İran şirkəti Ermənistanda: Bu dəfə təbrizli... .....                     Mayın 29-da dollar neçəyə olacaq? .....                     Bakıda 11-ci sinif şagirdləri arasında mübahisə, .....                     Lavrov ABŞ əsgərlərinin Yaxın Şərqə göndərilməsini şərh edib .....                     Bayrama həsr olunmuş yarış keçirilib .....                     Ucar sakinini ilan sancıb .....                     “Nar” “Youth Speak” Forumunda iştirak edib .....                     Vüsal Hüseynov gənc kadrları işdən çıxardı .....                     Pambıq zavodunun əlindən hava uda bilmirik .....                     Milli Məclisin yaz sessiyası başa çatır .....                     Təxribatın bədəli: Mxitaryan Bakıya gəlmədiyi üçün satılır .....                     Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan “Dayı” və bacıoğlu saxlanılıb .....                     İspaniya kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib .....                     Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib .....                     “Sberbank" SOCAR-ın iddia etdiyi neft emalı zavodunun satışı ilə bağlı danışıqlar aparır .....                     Roma Papası Prezident İlham Əliyevi .....                     “Əməliyyatçı 2000, poçt rəisi 10 000…” .....                     Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb .....                     Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi .....                     Zelenski və Frank-Valter Ştanymayer Prezident İlham Əliyevə təbrik .....                     Qazaxda 30 yaşlı gəlinin intihar səbəbi açıqlandı .....                     Güclü külək Bakının 6 rayonunda ağacları qırıb .....                     Avroliqanın final oyunundan sonra azarkeşlərin Bakıdan Tiflisə daşınması məqsədi ilə əlavə sürət qatarı təyin edilib .....                     İcra Hakimiyyəti “Azəriqaz”ı məhkəməyə verdi .....                     AZAL 3 əməkdaşını İŞDƏN ÇIXARDI .....                     BMT müəlliflər arasında Azərbaycanın da olduğu qətnamə qəbul edib .....                     KTN-də İÇ SAVAŞ .....                     Bakıya turist kimi gələn İraq vətəndaşlarının qaldığı ev qarət olundu .....                     "Arsenal"a qarşı mübarizə möhtəşəm olacaq" .....                     Bakıdakı Avropa Liqasının finalında daha bir ilk yaşanacaq .....                     Palata “Azəriqaz”ı YOXLAMAĞA BAŞLADI .....                     "Əli İnsanovun səhiyyə sistemi ilə bağlı yanaşması qərəzlidir" .....                     "Problemli kreditlər üzrə Azərbaycan Prezidentinin fərmanının icrası yekunlaşma fazasındadır" .....                     Ağsu rayon icra başçısının tender biznesi .....                     ADB ilk dəfə Azərbaycan manatında istiqraz buraxa bilər .....                     “Gürcü Arzusu”dan ayrılan deputatlar yeni partiya qurub .....                     Bakıda 90 litrlik çənə 100 litr yanacaq vuran məntəqə.... .....                     NASA adını Marsa göndərənləri açıqladı .....                 

Rəsmi Bakının qızıl fürsəti - Ağ Evin seçimi
Tarix: 21-05-2018, 08:57 | Çap et
Rəsmi Bakının qızıl fürsəti
Ermənistanın yeni baş naziri Nikol Paşinyan Rusiya və Qərb (ABŞ) arasında təhlükəli “ikili oyun” aparır. Bir yandan, o, Kremlə sadiqlik bəyanatları verirsə, digər yandan, müstəsna olaraq, qərbpərəst kadrları yüksək vəzifələrə gətirir. Müdafiə, xarici işlər, ədliyyə nazirləri bu qəbildəndir. Son olaraq o, Təhlükəsizlik Şurasının sədri postuna qərbpərəst Armen Qriqoryanı qoyub. Bundan əlavə, amerikalı məşhur mütəxəssis Daron Acemoğlunu iqtisadçı məsləhətçi kimi dəvət edib - hərçənd sonuncu bu təklifi isti qəbul etməyib.

Ötən həftəsonu İrəvanda Amerika səfiri Riçard Millzlə görüşən Nikol Paşinyan Vaşinqtondan “islahatlar, demokratiyanın inkişafı, korrupsiya ilə mübarizə və insan haqlarının müdafiəsi üçün” dəstək istəyib. Öz növbəsində Millz ərz edib ki, Ağ Ev “sadalanan hədəflərə çatmaq və Ermənistanı Amerika sərmayələrinə cəlbedici eləmək” üçün kömək göstərməyə hazırdır.

1 in.am nəşrinin şərhçisi Sərkis Arsruni isə bir az da uzağa gedərək ABŞ prezidenti Donald Trampın artıq Paşinyanı qəbul etməsinin vaxtı çatdığını yazıb. “Yeni Müsavat”ın məlumatına görə, o, hətta bu görüşün Trampa “şərəf gətirəcəyini” (!) iddia edərək ona minnət qoyub. Sən demə, işğalçı ölkə “demokratiya yönündə sıçrayış” edibmiş. Müəllifə görə, nədən Qazaxıstan və Özbəkistan prezidentləri Ağ Evə çağırılaraq qəbul edilir, amma erməni “məxməri inqilab”ın lideri Paşiyan yox?

Sitat: “Əlbəttə ki, Vaşinqtonun Mərkəzi Asiya ölkələrinə marağı geosiyasi məzmuna malikdir və NATO-nun əfqan kampaniyası ilə sıx bağlıdır. Ancaq istənilən halda, Özbəkistan prezidenti Mirzyayev ölkəsində siyasi və iqtisadi mülayimlik yaratmağa başlamasaydı, yəqin ki, Vaşinqtonda qəbul olunmazdı. Ermənistanda son baş verənlər geosiyasi çalara malik deyildi, amma ölkənin demokratikləşməsinin geridönməzliyi, beynəlxalq nüfuzunun kəskin artması kontekstində radikal və sıçrayışlı idi. Bu üzdən baş nazir Paşinyanın Ağ Evdə qəbulu hətta ABŞ prezidentinə əlavə şərəf gətirərdi”.

Erməni şərhçi daha sonra yazıb: “Əgər Ermənistanın yeni hökuməti ölkənin artan nüfuzunu maddiləşdirə bilsə və nəzərə alsaq ki, İrəvan həm Tehran, həm də Vaşinqtonla isti münasibətlərə malikdir, o zaman Ermənistan İran ətrafında yaranmış böhranın önlənməsində ciddi rol oynaya bilər. Ola bilsin, bu təklif indi nəzəri görünəcək, ancaq məxməri inqilab və yeni regional reallıqlar daha fəal və təşəbbüsçü xarici siyasət üçün əsaslar yaradır”.

*****

İşğalçı ölkə ABŞ və İran arasında vasitəçi olacaqmış - üstəlik, Amerikadan ciddi dəstək ala-ala. Doğurdan da iştah diş altında imiş... Guya Ermənistanda demokratik inqilab baş verib. Ancaq “demokratik inqilab”ın lideri Paşinyan kurtkasını kostyuma dəyişən kimi Soçiyə qaçıb Putinə biət elədi, ona sədaqət andı içərək Ermənistanın Rusiya orbitində, Avrasiya Birliyində, KTMT-də (“Rus NATO-su”nda) qalacağına, Kremlin cızığından çıxmayacağına söz verdi, üstəlik, “aramıza heç kim girə bilməz” dedi.

Odur ki, sual ortaya çıxır: Rusiya ilə soyuq savaş dövrünü yaşayan Amerikaya Kremlə sadiq erməni başçını Ağ Evə dəvət eləmək çoxmu lazımdır? Kremldə də elə bunu gözləyirlər ki, Paşinyanın ayağı büdrəsin və dərhal ondan qurtulmaq ssenarisini işə salsınlar. Maraqlı olacaq. Baxaq görək Kremlin yanında və siyasi orbitində olub da necə qərbpərərst, “islahatçı Saakaşvili” olmaq olar.

*****

Yeri gəlmişkən, artıq ölkədə Paşinyanın islahatlarına şübhə eləməyə başlayıblar. Hətta bu xüsusda o, tənqidə tuş gəlməkdədir - ələlxüsus yerli qərbyönlü KİV-lər tərəfindən. Məsələn, bəllidir ki, Paşinyan bütün siyasi məhbusları buraxacağını bəyan etmişdi. Lakin baş nazir olandan sonra sözünü tutmadı və bildirdi ki o hakim deyil, məhkəmənin yerinə qərar verə bilməz.

“Etirazçı hərəkatın lideri ikən o, uca səslə bəyan edirdi ki, Ermənistanda siyasi məhbuslar dərhal azad edilməlidir. ”Qısa müddətdə siyasi dustaqlar azad olunmalıdır. Daha bir neçə gün gözləyin və biz bu məsələləri həll edəcəyik", - deyə Paşinyan aprelin 26-da “Azadlıq” radiosunun efirində söyləmişdi. Ancaq Jirayr Səfilyanın, bir çoxları - hansılar ki, Serj Sərkisyan dönəmində siyasi baxışlarına görə həbs olunmuşdular, - hələ də azadlıqda deyillər. Niyə? Axı, məntiqlə, yeni hakimiyyət əvvəlki rejimlı mübarizə aparanları, siyasi baxışlarına görə əziyyət çəkənləri azad etməli idi. Cəmiyyətin bir əsas gözləntisi də bu idi. Bu nə inqilabdır ki, öncəki rejimlə mübarizə aparanların qapısını açmır?" “Yeni Müsavat” xatırladır ki, sitat armenianreport-dakı məqalədəndir.

*****

Sözsüz ki, Azərbaycanın əlinə işləyən bir gəlişmədir. Bu fonda Bakı böyük Cümhuriyyət əfvi ilə Amerikanın da siyasi məhbus saydığı dustaqları azad edərsə, düşmən ölkədən bir addım qabağa düşmüş olar, işğalçı ölkədəki “demokratik inqilab”ın onun xeyrinə yaratdığı yeni təbliğati effekti xeyli balanslaşdırmış olardıq.

Ümid edək ki, Paşinyanın demokratik islahatlar arzusu da puç olacaq. Hər necə olmasa, Ermənistan Rusiyanın vassalı olaraq qalır və azad olmayan ölkədə, xüsusən də Rusiyadan asılı satellit ölkədə dərin islahatlar aparmaq mümkün görünmür. Bu xüsusda Bakının islahatlar üçün əslində daha böyük şansı, fürsəti var.

Belə ki, siyasi məhbusların azad olunmasının ardınca erkən və demokratik parlament seçkilərinin keçirilməsi ölkəmizin Qərb, ABŞ yanında beynəlxalq imicini xeyli yaxşılaşdırar, xaricdə erməni çevrələrinə bağlı məkrli dairələrin, “sapı özümüzdən olan baltalar”ın əleyhimizə əks-təbliğat arqumentini kəsərsiz edərdi. Yekun etibarilə Qarabağ məsələsində də daha uğurlu mövqeyə çıxmış olardıq.

Onu da xatırladaq ki, eks-prezident Barak Obama 8 illik prezidentliyi dövründə nə Azərbaycan, nə də Ermənistan prezidentlərini Ağ Evə dəvət etməyib. Heç olmasa, Dağlıq Qarabağ məsələsinə görə buna getməyib. Tramp üçünsə belə imkanlar qalır. Hələlik o, yalnız İlham Əliyevə və Nikol Paşinyana seçkilərlə bağlı təbrik məktubları ünvanlamaqla kifayətlənib. Məktublarda Qarabağ məsələsinə də toxunub. Görəsən, Ağ Evə o, birinci kimi dəvət edəcək?

*****

Heç şübhəsiz ki, vassal Ermənistanla müqayisədə balanslı siyasət yürüdən və əlverişli geosiyasi mövqeyə malik Azərbaycan Amerika üçün qat-qat böyük dəyərdədir. Bura həm də ölkəmizin Avropa üçün energetik önəmi daxildir. Ancaq unutmaq olmaz ki, mənfur qonşular Azərbaycanın bu önəmini işğalçı ölkənin demokratik imicini yaratmaqla neytrallaşdırmağa girişiblər. Bununla da Qarabağ məsələsində yeni və daha effektli təbliğati rıçaq əldə etməyi hədəfləyiblər: antitezis də belədir ki, dünya Qarabağı niyə sivil ermənilərə yox, antidemokratik Azərbaycana verməlidir?

Paşinyanın əsas məkrli planı isə təxminən belədir: Ermənistanın bir əlindən Rusiya, o birindən ABŞ-ın tutmasına nail olmaq. Yəni Rusiyadan təhlükəsizlik qarantı, ABŞ-dan isə “islahat” oyunu qarşılığında böyük maliyyə-siyasi dəstək almağı düşünürlər. Azərbaycan üçün ən xoşagəlməz vəziyyət bu ola bilər və Bakı situasiyanın bu cür inkişafını pozmağı bacarmalıdır.

*****

“Demokratik işğalçı” anlayışı mövcud olmasa da, biz gərək XXI əsrin reallıqlarını, “yazılmayan qanunları”nı unutmayaq. Ən azı xristian amili, erməni lobbisi faktoru bu təbliğatda sövq-təbii onların xeyrinə işləyir. Nəzərə alsaq ki, torpaqlarımızın savaş yolu ilə azad edilməsi üçün də ölkəmizin yetərli demokratik imici vacibdir, o zaman Azərbaycan demokratikləşmə məsələsində Ermənistandan daim bir addım öndə olmaq zorundadır.

Buna potensialımız artıqlaması ilə var. Ən azından, 100 illiyinə hazırlaşdığımız Cümhuriyyət ənənələrinə, hazır “resept”ə və böyük dəyişikliyə start verən dövlət başçısının israrlı iradəsinə sahibik...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına təkan verməyə çalışırıq" - ADB rəsmisi
Bu gün, 17:23
"Azad qadınam, çərçivəni sevmirəm"
Bu gün, 17:22
Vladimir Putin Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edib
Bu gün, 17:20
Daha bir İran şirkəti Ermənistanda: Bu dəfə təbrizli... - RƏZALƏT
Bu gün, 17:03
Mayın 29-da dollar neçəyə olacaq?
Bu gün, 17:01
Bakıda 11-ci sinif şagirdləri arasında mübahisə, məktəbli bıçaqlandı
Bu gün, 16:59
Lavrov ABŞ əsgərlərinin Yaxın Şərqə göndərilməsini şərh edib
Bu gün, 16:50
Bayrama həsr olunmuş yarış keçirilib
Bu gün, 16:43
Ucar sakinini ilan sancıb
Bu gün, 16:40
Afaqın lüt və yarıçılpaq yataq FOTOLARI
Bu gün, 16:38
"Uşaqlıqdan heç kimdən heç nə istəyə bilmirəm" - Xalq artisti Cavan Zeynallı
Bu gün, 16:34
“Nar” “Youth Speak” Forumunda iştirak edib
Bu gün, 16:28
Vüsal Hüseynov gənc kadrları işdən çıxardı - Rusiya vətəndaşına vəzifə verdi
Bu gün, 16:13
Yeni kanal və sayt fəaliyyətə başlayır
Bu gün, 16:11
Pambıq zavodunun əlindən hava uda bilmirik - GİLEY
Bu gün, 16:01
Milli Məclisin yaz sessiyası başa çatır
Bu gün, 15:58
Təxribatın bədəli: Mxitaryan Bakıya gəlmədiyi üçün satılır - GƏLİŞMƏ
Bu gün, 15:57
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan “Dayı” və bacıoğlu saxlanılıb - FOTO
Bu gün, 15:56
İspaniya kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Bu gün, 15:51
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib
Bu gün, 15:48
“Sberbank" SOCAR-ın iddia etdiyi neft emalı zavodunun satışı ilə bağlı danışıqlar aparır
Bu gün, 15:46
Azərbaycanlı müğənni izləyicilərə mesaj yazıb kontur istəyir?
Bu gün, 15:44
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
Bu gün, 15:40
“Əməliyyatçı 2000, poçt rəisi 10 000…” - “Azərpoçt”da ştatlar SATIŞA ÇIXARILIB
Bu gün, 15:39
Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb
Bu gün, 15:36
Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi
Bu gün, 15:35
Zelenski və Frank-Valter Ştanymayer Prezident İlham Əliyevə təbrik məktubu göndərdilər
Bu gün, 15:32
Qazaxda 30 yaşlı gəlinin intihar səbəbi açıqlandı - "Bacısı qapını açanda…”
Bu gün, 15:17
Güclü külək Bakının 6 rayonunda ağacları qırıb
Bu gün, 15:15
Avroliqanın final oyunundan sonra azarkeşlərin Bakıdan Tiflisə daşınması məqsədi ilə əlavə sürət qatarı təyin edilib
Bu gün, 15:11
"Mənə elə gəlir ki, ata kimi pis ata deyiləm"
Bu gün, 15:10
İcra Hakimiyyəti “Azəriqaz”ı məhkəməyə verdi - Borc qalmaqalı
Bu gün, 15:01
AZAL 3 əməkdaşını İŞDƏN ÇIXARDI - "Trans qalmaqalı"
Bu gün, 14:58
BMT müəlliflər arasında Azərbaycanın da olduğu qətnamə qəbul edib
Bu gün, 14:55
KTN-də İÇ SAVAŞ - İnam Kərimov casus axtarır
Bu gün, 14:54
Bakıya turist kimi gələn İraq vətəndaşlarının qaldığı ev qarət olundu
Bu gün, 14:45
"Arsenal"a qarşı mübarizə möhtəşəm olacaq"
Bu gün, 14:42
Bakıdakı Avropa Liqasının finalında daha bir ilk yaşanacaq
Bu gün, 13:07
Palata “Azəriqaz”ı YOXLAMAĞA BAŞLADI - Qurumdan təsdiqlədilər
Bu gün, 13:04
"Əli İnsanovun səhiyyə sistemi ilə bağlı yanaşması qərəzlidir" - deputat
Bu gün, 13:00
"Problemli kreditlər üzrə Azərbaycan Prezidentinin fərmanının icrası yekunlaşma fazasındadır" - İbrahim Alışov
Bu gün, 12:59
Ağsu rayon icra başçısının tender biznesi - FOTO
Bu gün, 12:54
ADB ilk dəfə Azərbaycan manatında istiqraz buraxa bilər
Bu gün, 12:51
Dostəliyevlər ailəsində daha bir qalmaqal - FOTO
Bu gün, 12:50
“Gürcü Arzusu”dan ayrılan deputatlar yeni partiya qurub
Bu gün, 12:46
Azərbaycanda ŞOU-BİZNES saytı satılır...
Bu gün, 12:43
Bakıda 90 litrlik çənə 100 litr yanacaq vuran məntəqə.... - FOTO
Bu gün, 12:37
NASA adını Marsa göndərənləri açıqladı – Azərbaycandan da var
Bu gün, 12:36
İcra Hakimiyyəti Xalidə Bayramova ilə bağlı xəbəri TƏSDİQLƏDİ
Bu gün, 12:31
Ramil Usubov ona Xətaidə vəzifə verdi
Bu gün, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru