Azərbaycan əhalisinin gəlirləri 9%-dən çox artıb .....                     Hədə-qorxu ilə pul alanlara .....                     “Azər Türk Bank”ın mənfəəti kəskin azalıb .....                     Gürcüstanda ov tüfəngi ilə ehtiyatsız davranan azərbaycanlı ölüb .....                     Hüquq müdafiəçiləri Mehman Hüseynova görə .....                     İranda partlayan zavodla Bakının kustar sexlərinin nə əlaqəsi... .....                     Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıb .....                     İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu başlayıb .....                     “Mehman həbs olunanda niyə səslərini çıxarmırdılar?” .....                     İşdən çıxarılandan sonra Azərbaycandan köçən məmurlar: .....                     Astarada yanğınlar törədən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib .....                     “Milli Şuranın keçirdiyi mitinqdə 20 Yanvarla bağlı, rusların əleyhinə bəyanat olmadı” .....                     Rusiyanın ən yaşlı sakini öldü .....                     Sabah dollar neçəyə olacaq? .....                     "Onlar rüşvət qarşılığında işə götürülüb..." .....                     Milli Məclisin sədri Ermənistanla diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkür edib .....                     Arif Hacılı Bakıya qayıdıb .....                     Nazirliyin Aparat rəhbərinin yeznəsi direktor TƏYİN OLUNDU .....                     Mənbic əsl sahiblərinə qaytarılacaq .....                     Rəsmi qurumlar bu sahəyə lazımsız xərc çəkir .....                     Avropa İttifaqı Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru və müavininə sanksiya tətbiq edib .....                     101 dövlət əmlakı özəlləşdirilir .....                     Vergilər Departamentində ciddi nöqsanlar aşkarlandı .....                     Beynəlxalq Bankın Moskva filialının sabiq rəhbəri .....                     AB İrəvana 732 milyon ayırdı: Bəs, Bakıya? .....                     Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb .....                     Hesablama Palatası Ağcabədi Regional Mədəniyyət İdarəsinin fəaliyyətində .....                     Əli Həsənovun "Qaçqınkom"dakı dövrü TƏFTİŞ EDİLDİ .....                     Keçmiş "Simurq" klubunun vitse-prezidenti Cahangir Hacıyevlə birlikdə ittiham edilir .....                     Səməd Seyidov yenidən AŞPA-nın vitse - prezidenti seçilib .....                     AŞPA-nın daimi prezidenti seçilib .....                     Ermənilər və farslar Qarabağı cinayətkar yuvasına çevirib... .....                     Eynulla Fətullayev Əli Kərimliyə od püskürdü: .....                     Struktur islahatları işsizliyi artıra bilərmi? .....                     Azərbaycanlı hakerlər 2 min erməni poçtunu ələ keçirdi .....                     Putinin İkinci dünya müharibəsini rəsmən bitirmək üçün tarixi şansı .....                     Xızı Rayon Polis Şöbəsində 20 Yanvara həsr olunmuş anım mərasimi keçirilib .....                     Rusiya ABŞ-ın İrana qarşı Polşada keçirəcəyi konfransa qatılmağı rədd edib .....                     "Belə xəbərlər insanlarımızın şüur altına da siraət edir" .....                     Qızların ömrünü kəsənlər: selektiv abortun qarşısı necə alınmalıdır? .....                 

"Təhsildə tələb-təklif prinsipini arxivə göndərmişik" - Bir universitet ki, öz maqistrantına sahib çıxmır...
Tarix: 19-05-2018, 10:01 | Çap et
"Təhsildə tələb-təklif prinsipini arxivə göndərmişik"
DİA.AZ: - Artıq neçə illərdən bəridir ki, hər may ayı gələndə sanki, təbiətdə gedən canlanma prosesinə uyğun olaraq, təhsilimizdə də il boyu davam edən nisbi sükut pozulur, ani olaraq “təhsilimizin acınacaqlı vəziyyətdə olması” barədə yaddaşlarımız təzələnir. Başlayırıq “bağ belə, bostan belə” - filan qədər məktəbi bitirən məzunumuz filan qədər bal toplayıb, filan qədər əlaçımız attestat qiymətlərini doğrultmayıb, filan qədər abituriyent məktəb proqramının yalnız filan qədər faizini mənimsəyib və s. və i.a.

Günahkar isə bir ənənə olaraq, ünvanı dəyişməyən məktəb və müəllimdir: “Məktəblərin böyük qismində tədris normal aparılmır”, “müəllimlərin çoxunun peşəkarlıq səviyyəsi aşağıdır”

və s. Ən yaxşı halda və çıxış yolu kimi də orta məktəb müəllimlərinin müasir elmi əsaslarla ixtisasının artırılması, ali təhsil müəssisələrində pedaqoji kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi və gələcək müəllimlərə lazımi pedaqoji-metodiki bilik və bacarıqların aşılanması məsələlərini önə çəkib, müəyyən tövsiyələr veririk.

Görəsən məktəbə, müəllimə bu qədər inamsızlıq və etimadsızlıq nədən qaynaqlanır? Yəni, bir soruşan yoxdur ki, axı bu “tədrisi normal apara biləcək, lakin peşəkarlıq səviyyəsi aşağı olan müəllimlərin” hazırlığı ilə məşğul olanların bəs heç bir günahı yoxdur? Əgər müəllim hazırda tələb etdiyimiz kimi

“tədris prosesində yeni təlim üsulları və texnologiyalarından lazımınca istifadə etməyi” bacaran idisə, bəs onda onun ali məktəbdə dörd il boş vaxt keçirməsinə, daha sonra əlavə təlimlərə və kurslara cəlb olunmasına, çox pilləli müsabiqə, müsahibə, test imtahanından keçməsinə nə ehtiyac vardı?

Belə çıxır ki, deyəsən gücümüz elə orta məktəblərə çatır, ali məktəblərə “gözün üstə qaşın var” deyən belə yoxdur. Hansı ali təhsil müəssisəsi ilə bağlı hər hansı bir ölçü götürmək bir yana, sessiya və ya illik yekun keyfiyyət göstəricilərini təhlil edib ictimailəşdirmişik? Bu məqamda istər istəməz millət vəkili Fazıl Mustafanın universitetlərlə bağlı bir iradı ilə razılaşmamaq olmur: "Elələri var ki, buna artıq universitet deyilməz, əyləncə mərkəzi demək daha doğru sayılar..."

Təhsil müəssisəsində təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının, kadr pоtensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli, 167 nömrəli qərarı ilə “Təhsil müəssisələrinin akkreditasiyası haqqında Qaydalar” təsdiq olunub, Təhsil nazirliyində xüsusi olaraq “Akkreditasiya və Nostrifikasiya İdarəsi” yaradılıb,“Keyfiyyətsiz təhsilə görə vurulan zərərin ödənilməsi” barədə “Təhsil haqqında” Qanuna xüsusi maddə salınıb.

Hansı təhsil müəssisəsinə qarşı təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri оlan xərclərin həmin təhsil müəssisəsi tərəfindən ödənilməsi barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhkəmədə iddiası qaldırılıb?

İkipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə ilk dəfə olaraq 23 ali təhsil ocağında 80 istiqamət, 300-dən çox ixtisas üzrə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat səviyyəsində ilk buraxılış olduqdan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin 17.06.1997-ci il tarixli, 412 nömrəli əmri ilə ölkəmizin 23 dövlət, 9 özəl ali müəssisəsində ali təhsilin ikinci – magistratura səviyyəsinə keçilməsinə icazə verilmiş, onlardan 23-də tələbə qəbulu aparılmışdır. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb, həmin ildən isə magistraturaya tələbə qəbulu TQDK tərəfindən həyata keçirilir. Hazırda respublikamızın əksər ali təhsil müəssisələrində magistr hazırlığı həyata keçirilir.

Abituriyentlərin az qala 50 faizinin 200-dən az bal toplaması nəyin göstəricisidir? Əlbəttə 200 və ondan da aşağı balla ali məktəbə qəbul keçirilməsinin. Bir vaxtlar plan dalınca qaçmaqda Sovet cəmiyyətini ittiham edirdik, halbuki bu dönəmdə heç olmasa doğru-yalan pambıq, meyvə tərəvəz uğrunda yarış gedirdi. İndi isə universitetlərin boş qalan yerlərini doldurmaq üçün “sosializm yarışı”na qoşulmuşuq. 2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən 45159 yer ayrmışıq, qəbul planınında ötən tədrisi ilə müqayisədə 2303 (5,37 %) yer artırmışıq.

Müvafiq ixtisaslar üzrə geniş prоfilli mütəхəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi bakalavriatı bitirənlər bir yana, heç ali təhsilin ikinci səviyyəsi olan maqistr elmi dərəcəsi almağa namizəd olan magistrantlar belə ixtisası üzrə iş tapmaqda problemlərlə üzləşirlər. Əgər hansısa universitet öz maqistrantına belə yiyə durmursa, “öz ayranına turş deyərək”, onu dağa-daşa salırsa, bu qədər maqistr hazırlığına nə ehtiyac var? Əgər bu əlavə 2 il müddətində onların ödənişlərinə, digər əlavə çıxarları da bir yana, fiziki və psixi gərginliklə bağlı səhhətlərinə belə məhəl qoymuruqsa, barı öz elmimizın gələcək taleyinə heyfimiz gəlsin.

Təhsildə tələb-təklif prinsipini nə vaxtdan arxivə göndərmişik? Mərhum prezidentimiz Heydər Əliyevin bir sözü vardı: “Təhsil sahəsi nə sənayedir, nə kənd təsərrüfatıdır, nə də ticarətdir. Bu cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən sahədir". Təhsilimizdə yaratdığımız vəziyyət isə intellektuallıq göstəricisi deyil. Bu sahə biznes, kommersiya, korporativ maraqlardan imkan daxilində kənar saxlnılmalıdır...

Nadir İsrafilov
Təhsil eksperti
DİA.AZ





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan əhalisinin gəlirləri 9%-dən çox artıb
Dünən, 18:33
Hədə-qorxu ilə pul alanlara YÜNGÜL CƏZA
Dünən, 18:15
“Azər Türk Bank”ın mənfəəti kəskin azalıb
Dünən, 18:07
Hacı İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 18:06
Gürcüstanda ov tüfəngi ilə ehtiyatsız davranan azərbaycanlı ölüb
Dünən, 18:04
Türkiyəlilər məşhur "Mavi Boncuk" mahnısının Azərbaycandan oğurlandığını yazdı
Dünən, 17:57
Hüquq müdafiəçiləri Mehman Hüseynova görə Prezidentdən xahiş etdi
Dünən, 17:52
Əməkdar artist Saleh Bağırovun babası imiş
Dünən, 17:50
İranda partlayan zavodla Bakının kustar sexlərinin nə əlaqəsi... - “MİQ”İ DOĞRAYIB İRANLILARA SATAN SÜRÜCÜ VƏ DAHA NƏLƏR
Dünən, 17:46
Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 19-a çatıb
Dünən, 17:42
İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu başlayıb
Dünən, 17:41
“Mehman həbs olunanda niyə səslərini çıxarmırdılar?” - Elçin Alıoğlu yazır...
Dünən, 17:37
İşdən çıxarılandan sonra Azərbaycandan köçən məmurlar: - Onlar indi haradadır?
Dünən, 17:29
Astarada yanğınlar törədən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib
Dünən, 17:27
“Milli Şuranın keçirdiyi mitinqdə 20 Yanvarla bağlı, rusların əleyhinə bəyanat olmadı” - sensasion iddialar
Dünən, 17:25
Rusiyanın ən yaşlı sakini öldü – 128 yaş...
Dünən, 17:21
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:20
"Onlar rüşvət qarşılığında işə götürülüb..." - İDDİA
Dünən, 17:19
Milli Məclisin sədri Ermənistanla diplomatik münasibətlər qurmadığına görə Səudiyyə Ərəbistanına təşəkkür edib
Dünən, 17:07
Arif Hacılı Bakıya qayıdıb
Dünən, 17:02
Nazirliyin Aparat rəhbərinin yeznəsi direktor TƏYİN OLUNDU
Dünən, 17:00
Mənbic əsl sahiblərinə qaytarılacaq - Ərdoğan
Dünən, 16:58
Tanınmış aktyor pulunu ala bilmir: - “Gördüyünüz işin içinə tüpürüm”
Dünən, 16:54
Rəsmi qurumlar bu sahəyə lazımsız xərc çəkir – Ləğv edilsin
Dünən, 16:51
Avropa İttifaqı Rusiya Baş Kəşfiyyat İdarəsinin direktoru və müavininə sanksiya tətbiq edib
Dünən, 16:44
101 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı
Dünən, 16:40
Vergilər Departamentində ciddi nöqsanlar aşkarlandı - RƏSMİ
Dünən, 16:39
Tramp "Ən pis aktyor" nominasiyasına layiq görülüb
Dünən, 16:28
Beynəlxalq Bankın Moskva filialının sabiq rəhbəri 15 milyon manatlıq mənimsəmə işində dindirilib
Dünən, 16:22
AB İrəvana 732 milyon ayırdı: Bəs, Bakıya? - SİYAHI
Dünən, 16:07
Saçım uzun olanda çox sataşan olurdu - Çingiz Mustafayev
Dünən, 16:03
Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb - "...yeni cəza almaq istəmirəm"
Dünən, 16:00
Hesablama Palatası Ağcabədi Regional Mədəniyyət İdarəsinin fəaliyyətində nöqsanlar aşkarlayıb
Dünən, 15:55
Əli Həsənovun "Qaçqınkom"dakı dövrü TƏFTİŞ EDİLDİ - RƏSMİ
Dünən, 15:54
Keçmiş "Simurq" klubunun vitse-prezidenti Cahangir Hacıyevlə birlikdə ittiham edilir - MƏHKƏMƏDƏN
Dünən, 15:53
Səməd Seyidov yenidən AŞPA-nın vitse - prezidenti seçilib
Dünən, 15:52
AŞPA-nın daimi prezidenti seçilib
Dünən, 15:52
Ermənilər və farslar Qarabağı cinayətkar yuvasına çevirib... - "Hizbullah" torpaqlarımızdan necə pul qazanır...
Dünən, 15:50
Eynulla Fətullayev Əli Kərimliyə od püskürdü: - “Sən necə liberal oldun?”
Dünən, 15:35
Struktur islahatları işsizliyi artıra bilərmi? - TƏHLİL
Dünən, 15:29
Azərbaycanlı hakerlər 2 min erməni poçtunu ələ keçirdi
Dünən, 15:27
Putinin İkinci dünya müharibəsini rəsmən bitirmək üçün tarixi şansı - ADALAR YAPONİYAYA QAYTARILIR?
Dünən, 15:22
Xızı Rayon Polis Şöbəsində 20 Yanvara həsr olunmuş anım mərasimi keçirilib - FOTO
Dünən, 15:20
Rusiya ABŞ-ın İrana qarşı Polşada keçirəcəyi konfransa qatılmağı rədd edib
Dünən, 15:17
"Belə xəbərlər insanlarımızın şüur altına da siraət edir" - deputat
Dünən, 15:14
Qızların ömrünü kəsənlər: selektiv abortun qarşısı necə alınmalıdır? - ARAŞDIRMA
Dünən, 15:11
Evində narkotik yetişdirib satırdı
Dünən, 15:09
Sabiq icra başçısının qohumunun məhkəməsində məmur ifadə verdi - "Elsevər Rufullayevi tanımıram"
Dünən, 15:07
Xətaiyə kimi başçı göndərirlər? - İDDİA
Dünən, 15:04
Nazilə metroda fotosunu paylaşdı, tənqid olundu: - "Özünü reklam edir"
Dünən, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru