Avqustun 24-nə manatın məzənnəsi .....                     Ermənistanda nazirlik işçisi direktorun evinə qumbara atıb .....                     Astarada dərmandan zəhərlənən yüz başdan çox iribuynuzlu heyvan tələf olub .....                     Köçəryanın siyasətə qayıtmaq barədə bəyanatları onları ürəkləndirib .....                     Meşədən belə faydalanırmışlar... .....                     Angela Merkelin Cənubi Qafqaza səfəri zamanı Qarabağ münaqişəsi müzakirə olunacaq .....                     Bakıda evdən 30 min manatdan çox pul oğurlayan xadimə tutulub .....                     ŞOK: 2 yeni nazirimiz vəzifələrini itirə bilər .....                     Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb .....                     Azərbaycan vətəndaşı olan ermənilərin MÜHARİBƏ QORXUSU .....                     Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanılıb .....                     Merkel Azərbaycan səfəri öncəsi Putinlə niyə görüşdü? .....                     Özbəkistanın baş naziri qəzaya düşdü .....                     Rusiyada Türkiyə şirkətinin 25 əməkdaşı zəhərlənib, .....                     “Bakcell”dən sərfəli 4G təklifləri .....                     Usta təmir etdiyi maşını qaçırdı .....                     Səfər Mehdiyev iki idarəni birləşdirdi .....                     Bakıda Pakistan vətəndaşının evindən külli miqdarda pul və qızıl oğurlanıb .....                     Paşinyan Serj Sarkisyandan kömək istəyəcək .....                     Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var... .....                     "Ancaq böhran baş nazirin dediklərindən də kəskindir və dərinləşməyə meyillidir" .....                     Atasını öldürüb, evi yandıran şəxsin məhkəməsi .....                     Azər­baycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər saxlanılıb .....                     “Biləcəri Təmir Quraşdırma”nın rəhbərliyi ədliyyə nazirinə şikayət etdi .....                     Serj Sarqsyanın qardaşı oğlu beynəlxalq axtarışa verilib .....                     Azərbaycan XİN almaniyalı deputata viza verilməsindən imtinaya münasibət bildirib .....                     Komitə sədrindən qurbanlıq heyvan kəsənlərə TÖVSİYƏ .....                     Paşinyanın böyük qorxusu: Əgər istefaya getsə... .....                     Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək .....                     DİN-dən vətəndaşların .....                     Azərbaycanda kompleksin biletində şok detal .....                     Trampdan Türkiyəyə yeni mesaj: .....                     Əbülfəz Məlikov çətin durumda .....                     Bakıda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqları ləğv ediləcək .....                     Ermənistanın sabiq baş nazirinin kürəkəni işdən çıxarılıb .....                     Bakıda 85 yaşlı kişi qətlə yetirilib .....                     “Məhərrəmlikdə zəncir vurmaq uydurulmuş hərəkətdir” .....                     Kriminal aləmin məşhur siması Azərbaycanda .....                     Sənəd üzərində çıl-çıraq, realda zir-zibil .....                     Piyada səkiləri bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub .....                 

İsgəndər Həmidovdan eks-prezidentə çox sərt sözlər
Tarix: 16-05-2018, 09:57 | Çap et
İsgəndər Həmidovdan eks-prezidentə çox sərt sözlər
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun “Yeni Müsavat”ın ötən sayında gedən müsahibəsi geniş müzakirələr doğurub. 26 il öncənin 15 may hadisələrindən danışan sabiq prezident onu devirib hakimiyyətə gələn AXC iqtidarı və ona rəhbərlik edən Əbülfəz Elçibəy barədə qalmaqallara səbəb olan açıqlamalar verib.

A.Mütəllibov bildirib ki, Cümhuriyyətin yüz illiyi və Ə.Elçibəyin anadan olmasının 80 illik yubileylərinə dəvət olunsa belə iştirak etməyəcək. Sabiq ölkə rəhbəri bu tədbirlərin ona aidiyyəti olmadığını söyləyib.

Sitat: “Məni bu adamlar vaxtilə deviriblər. İndi mən də gəlib əyləşməliyəm, bunların sifətlərinə baxmalıyam?”

Eks-prezident heç vaxt Elçibəyin məzarını ziyarət etmədiyini bildirərək, məzarın, sadəcə, yanından keçdiyini qeyd edib. Sabiq ölkə rəhbəri onun devrilməsinin Azərbaycana böyük zərbələr vurduğunu söyləyib. Ard-arda Elçibəylə bağlı suallardan təngə gələn A.Mütəllibov bildirib ki, məgər işimiz-gücümüz yoxdur ki, Elçibəydən danışırıq?

Elçibəy hökumətində daxili işlər naziri postunu tutan Azərbaycan Milli Demokrat Partiyasının sədri İsgəndər Həmidov A.Mütəllibovun fikirlərinə bu cür reaksiya sərgilədi: “Xocalı soyqırımı baş verən vaxt rəsmi açıqlamalarda iki nəfərin öldürüldüyü deyilirdi. O zaman Ayaz Mütəllibovun ilk dəfə istefası qoyuldu. O gecə ərizə yazdı ki, sağlamlığı ilə əlaqədar olaraq istefa verirəm. Ona qarşı heç bir güc tətbiq edilməyib. Onun ortalıqda ərizəsi var. Özü də ərizəsini Şeyxə vermişdi. Deyəsən, Ayaz müəllim yaşlanıb, amma unutmasın ki, dediklərim dünənin hadisələridir və hər kəsin yaddaşındadır. Orada Etibar Məmmədov, İsa Qəmbər və mənim də çıxışım var. Konstitusiya ilə prezident ölkənin qarantıdır. Əgər vətəndaşının ərazisini qoruya bilmirsə, istefa verməlidir. Bir dəfə sizin qəzetə açıqlama vermişdim ki, Ayaz Mütəllibov prezidentliyə pillə-pillə yüksəldi, amma daxilən yüksələ bilmədi. Bu adam hələ də başa düşmür ki, Cümhuriyyətin yüz illiyi hamımızın, 39 milyonun bayramıdır. Bu yubileyə qatılmaq ucalıqdır. Ayaz Mütəllibov o bayramı ucaltmır, o bayram onu, məni və digərlərini ucaldır. 100 il öncə nəhəng insanlar böyük məsələləri həll etməyi bacarıblar. Ayaz Mütəllibovun daxili ona yüksəlməyə imkan vermir. Ayaz müəllim də, Əbülfəz Elçibəy də prezident olublar. Əbülfəz bəyin 80 illiyi ona görə yüksək səviyyədə keçiriləcək ki, o, milli azadlıq hərəkatının rəhbəri olub. XX əsrin əvvəllərində bir kişi silahdaşları ilə Cümhuriyyəti qurub, əsrin sonlarında da bir kişi silahdaşları ilə həmin Cümhuriyyəti bərpa edib. Ona görə onun 80 illiyi ən böyük bayramlardan biridir. Əbülfəz bəyin məhkəmə sənədlərinə baxanda görürük ki, o, hələ 70-ci illərdə SSRİ-də demokratiyanın olmadığını deyib. Cümhuriyyətin yüz illiyi və Əbülfəz bəyin 80 illiyi ümumxalq bayramıdır. Buna qatılmağa hamının haqqı var və hər kəs qatılmalıdır”.

Bozqurdların lideri 1992-ci ilin bu günlərində baş verən hadisələrdən də söz açdı: “15 may hadisələrinə gəlincə, bəzi fikirlər var ki, guya Əbülfəz bəy 14-15 may hadisələri vaxtı orada olmayıb. Amma hər kəs bilsin ki, 12 maydan başlayaraq, Əbülfəz bəy və bizlər ”26-lar" bağı deyilən yerin yaxınlığındakı qərargahda yatmışıq. O vaxtı görürdük ki, Ayazı hakimiyyətə gətirmək istəyirlər. Həmin vaxt konstitusiya ilə istefa prosedurası var idi, amma geri qayıtmaq prosedurası yox idi. O zaman keçirdiyimiz iclasda qərara aldıq ki, konstitusiyanın pozulmasına izn verməməliyik. Xalqın böyük dəstəyi ilə konstitusiyanı bərpa etdik. Biz heç kəsi devirməmişik. Əksinə, dövlət çevrilişini Ayaz Mütəllibov etmək istəyib, biz onun qarşısını almışıq. Demokratik seçkilər yolu ilə Əbülfəz bəy prezident seçilib. Ayaz Mütəllibov kimi sex rəisindən bundan artıq heç nə gözləmək olmaz. O, sex rəisi də olaraq qaldı, yüksəlməyi bacarmadı. Qədim yunanların çox yaxşı bir sözü var, deyirlər ki, ölən haqqında ya yaxşı danışırlar, ya da heç vaxt danışmırlar. Əbülfəz bəyin məzarının yanından Ayaz keçə bilər, amma unutmasın ki, bu gün Elçibəy Azərbaycan gənclərinin, yaşlı nəslin simvolu olaraq qalır, daim məzarı ziyarət olunur. Oradan bizə sanki müsbət bir aura gəlir. Əbülfəz bəy heç vaxt ona və ailəsinə kin münasibət bəsləməyib. Əksinə, deyib ki, onlar da bizim millətdəndir. Əbülfəz bəyin hələ qiyməti veriləcək. Milyonlarla insan milli azadlıq hərəkatında onun arxasınca gedib. Onu necə sevməmək, məzarını ziyarət etməmək olar? Ayaz Mütəllibovun dedikləri, sadəcə, cılızlıqdır. 11 ay hakimiyyətdə olan bizlər test üsulunu yaratdıq, rus qoşunlarını Azərbaycandan çıxardıq, bir sıra ərazilərimizi işğaldan azad etdik, Türkiyəyə təhsil almağa insanlar göndərildi. 11 aya bunları etmək o qədər asan deyildi. Onun ya dünyagörüşü yoxdur, ya da yaşlandığı üçün nə danışdığını bilmir. Onun ailəsində vəfat edən olanda o zaman türmədə idim, Elçibəyin bütün silahdaşları o yasa getmişdilər. Bu bizim hakimiyyətin siması, dedikləri isə onun öz simasıdır. Rəhmətə getmiş bir liderin ailəsi ilə görüşməyi bu şəxs iş-güc saymır. Görün bu şəxsdə nə qədər cılızlıq var. Xəbisliyi imkan vermir ki, başını qaldırıb ətrafa baxsın".

Sabiq nazir A.Mütəllibovun 26 il öncənin mart və may aylarında yaşanan hadisələrə münasibət bildirməkdən yayınmasına da mövqe bildirdi: “O hadisələr heç vaxt unudulmayacaq. Həmin hadisələrin üzərinə tez-tez qayıdılacaq. Bu hadisələri qapatmaq istəyən birisi mərhum prezidentdən, milli azadlıq hərəkatının liderindən danışmaz. Çünki Əbülfəz bəyin fonunda Ayaz Mütəllibov çox cılızdır. Elçibəyin bir illik hakimiyyəti dövründə onun beş illik hakimiyyət dövrü heç oldu. Bu mövzular heç vaxt qapanmayacaq, əksinə, açıq qalacaq. Çünki ortalığa o qədər insanlar çıxacaq, özlərini ”qəhrəman" kimi sırımağa çalışacaqlar. Elçibəy axı tamam başqa bir insan idi. Niyə belə edirsiniz? Onun milləti, xalqı sevməyinə axı sizlərdə də şübhə yoxdur?"





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avqustun 24-nə manatın məzənnəsi
Dünən, 17:03
Təranə Qumral məhkum olundu - Məhkəmədən şok qərar
Dünən, 16:56
Ermənistanda nazirlik işçisi direktorun evinə qumbara atıb
Dünən, 16:53
Türk dünyasının yeni marşı - VİDEO
Dünən, 16:50
Astarada dərmandan zəhərlənən yüz başdan çox iribuynuzlu heyvan tələf olub
Dünən, 16:44
Köçəryanın siyasətə qayıtmaq barədə bəyanatları onları ürəkləndirib - TƏHLİL
Dünən, 16:31
Meşədən belə faydalanırmışlar... - Nazirlik cərimələdi
Dünən, 16:25
Angela Merkelin Cənubi Qafqaza səfəri zamanı Qarabağ münaqişəsi müzakirə olunacaq
Dünən, 16:16
Bakıda evdən 30 min manatdan çox pul oğurlayan xadimə tutulub
Dünən, 16:07
ŞOK: 2 yeni nazirimiz vəzifələrini itirə bilər - Limitlərini qısa müddətdə xərclədilər
Dünən, 16:02
Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb
Dünən, 15:52
Sərxan Mətanəti məhkəməyə verir — KİŞİ SÖHBƏTİNƏ GÖRƏ
Dünən, 15:43
Azərbaycan vətəndaşı olan ermənilərin MÜHARİBƏ QORXUSU - "Əgər danışıqlar aparılmırsa..."
Dünən, 15:40
Bakıda və Sumqayıtda qətl törədən 5 nəfər saxlanılıb
Dünən, 15:29
Merkel Azərbaycan səfəri öncəsi Putinlə niyə görüşdü? - TƏHLİL
Dünən, 15:22
Özbəkistanın baş naziri qəzaya düşdü
Dünən, 15:20
Rusiyada Türkiyə şirkətinin 25 əməkdaşı zəhərlənib, onlardan biri ölüb
Dünən, 15:17
“Bakcell”dən sərfəli 4G təklifləri
Dünən, 15:15
Usta təmir etdiyi maşını qaçırdı
Dünən, 15:12
Səfər Mehdiyev iki idarəni birləşdirdi
Dünən, 15:11
Bakıda Pakistan vətəndaşının evindən külli miqdarda pul və qızıl oğurlanıb
Dünən, 15:08
Paşinyan Serj Sarkisyandan kömək istəyəcək
Dünən, 13:10
Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var... - Belə deyirlər...
Dünən, 13:07
"Ancaq böhran baş nazirin dediklərindən də kəskindir və dərinləşməyə meyillidir"
Dünən, 13:04
Atasını öldürüb, evi yandıran şəxsin məhkəməsi - daha iki nəfər də həbs edilib
Dünən, 12:56
Azər­baycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 1 nəfər saxlanılıb - FOTO
Dünən, 12:55
“Biləcəri Təmir Quraşdırma”nın rəhbərliyi ədliyyə nazirinə şikayət etdi - QALMAQAL
Dünən, 12:51
Serj Sarqsyanın qardaşı oğlu beynəlxalq axtarışa verilib
Dünən, 12:44
Azərbaycan XİN almaniyalı deputata viza verilməsindən imtinaya münasibət bildirib
Dünən, 12:44
İki arvadı ilə birlikdə şəkil çəkdirən əməkdar artist: - “Gözlərim üstlərindədir”
Dünən, 12:42
Komitə sədrindən qurbanlıq heyvan kəsənlərə TÖVSİYƏ
Dünən, 12:29
Paşinyanın böyük qorxusu: Əgər istefaya getsə... - TƏHLİL
Dünən, 12:26
Ramil Usubov Şəkidə vətəndaşları qəbul edəcək
Dünən, 12:21
DİN-dən vətəndaşların NƏZƏRİNƏ
Dünən, 12:13
Afaq Aslan yenə də soyundu... - FOTOLAR
Dünən, 12:11
Azərbaycanda kompleksin biletində şok detal - FOTO
Dünən, 12:06
Trampdan Türkiyəyə yeni mesaj: - “Hər hansı güzəşt olmayacaq”
Dünən, 12:05
Əbülfəz Məlikov çətin durumda - Səfər Mehdiyevlə ortaqlıq etməsi...
Dünən, 12:02
Bakıda nəqliyyatın hərəkətinə mane olan taksi dayanacaqları ləğv ediləcək
Dünən, 11:54
Manaf Mətanətin videosunu yayan adamı "razborka"ya çağırıb diz çökdürdü - VİDEO
Dünən, 11:51
Ermənistanın sabiq baş nazirinin kürəkəni işdən çıxarılıb
Dünən, 11:48
Bakıda 85 yaşlı kişi qətlə yetirilib
Dünən, 11:47
“Məhərrəmlikdə zəncir vurmaq uydurulmuş hərəkətdir” - Mübariz Qurbanlı
Dünən, 11:46
Kriminal aləmin məşhur siması Azərbaycanda - VİDEO
Dünən, 11:44
Sənəd üzərində çıl-çıraq, realda zir-zibil - Şabranın vəziyyəti rəqəmlərdə və fotolarda
Dünən, 11:43
Piyada səkiləri bir çox yerlərdə ticarət obyektləri tərəfindən zəbt olunub - Bakı Nəqliyyat Agentliyi
Dünən, 11:33
Ən yaşlı başçı da yol üstündədir... - Gələn il 80 yaşı olacaq
Dünən, 11:32
"Karandaşlarının ucunu yonub, məktəbə hazırlaşırdı" — Övladını itirən aktyor
Dünən, 11:19
Paşinyan jurnalistlərin ağzını yummaq istəyir
Dünən, 11:11
Hökumətin səs-küylü qərarına niyə məhəl qoyulmur? - PROBLEM
Dünən, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru