Biləsuvarın icra başçısı dəyişdirilir .....                     Xaricə daşınan korrupsiya pulları təhlükədə .....                     Rəsmi Vaşinqton Ermənistanı küncə sıxışdırır... .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Eldar Mahmudovu nişan verən milyardlar .....                     Soçi sazişindəki “vaxt” bitdi: Rusiya hansı addım atacaq? .....                     “Kitabımda yazmışdım ki, “Nəhayət bu şər imperiyasının qanunvericilik orqanının son sessiyasında iştirak etmək mənə qismət oldu” .....                     Arif Qaraşovun oğlundan bahalı alış-veriş... .....                     Neftçalanın baş memarına qarşı ittiham .....                     Bu gün dollar neçəyədir? .....                     ABŞ səfirinin İrəvan çıxışı Zaxarovanı əsəbiləşdirdi .....                     Milyonlarla dollar dövlət məmurunun... qolunda .....                     4800 şəhid ailəsinin “qanpulu” ala bilməməsinin günahkarı “Azərsığorta”dır, yoxsa?.. .....                     Türkmənistan xarici işlər naziri Azərbaycana səfərə gəlib .....                     Tərtər rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib .....                     Azərbaycan boksçusu olimpiadada bürünc medal qazanıb .....                     Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi sayır .....                     “Ad günümü heç vaxt qeyd etmirəm” .....                     Azərbaycanın gənc cüdoçusu dünya çempionu olub .....                     Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd olunur .....                     Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən .....                     AMEA-nın həqiqi və müxbir üzvlərinin maaşları artırılıb .....                     Prezident İlham Əliyev Şəkidə yol tikintisinə .....                     Badamdarda sürüşmə sahəsində çatlar genişlənib .....                     Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb .....                     "Krımdakı partlayışın səbəbləri ətraflı araşdırılır" .....                     Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb .....                     Bakıda yolun çökməsinə səbəb olan şirkətin adı .....                     “Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı .....                     Putin Türkiyəyə səfər edəcək .....                     “Ermənistan cəbhədə ciddi gərginlik yaradıb, arxasında dura bilməz” .....                     Ramil Usubov İcra Hakimiyyətinə sahibsiz itlərə yer ayrılması ilə bağlı .....                     Abramyanın qardaşı 5 milyona azadlığa çıxdı .....                     Çin yuanının ucuzlaşması Azərbaycandan bu ölkəyə qeyri-neft məhsullarının ixracını zəiflədə bilər .....                     “Qlobal Enerji Azərbaycan” LTD öhdəsinə götürdüyü müqaviləni yerinə yetirirmi? .....                     Səudiyyə Ərəbistanı Türkiyədəki səfirini vəzifəsindən uzaqlaşdırdı .....                     "Lotu Quli" məhkəmə qarşısına çıxarılır: .....                     "Azərbaycanda "Yehovanın Şahidləri"nin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatlar yalandır" .....                     Bakıda vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı .....                     Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib .....                 

Ermənistanı “rəngləyən” hansı qüvvədir
Tarix: 21-04-2018, 10:50 | Çap et
Ermənistanı “rəngləyən” hansı qüvvədir
Artıq bir həftədir ki, Ermənistanda mitinqlər davam edir. “Serjsiz Ermənistan” adlı aksiya Gümrüdə başlayıb, onun iştirakçıları 200 km. piyada yol gedərək, Yerevana çatıblar.
“Gümrü” deyərkən ilk ağla gələn Ermənistanın Türkiyə ilə sərhəd şəhəri və Rusiyanın hərbi bazasının NATO ölkəsi ilə həmsərhəd olduğu ərazi olur. Bu, həm də Ermənistan vasitəsilə Rusiyaya mesaj sayıla bilər. Belə ki, Rusiyanın dəstəyi ilə 2015-ci ildə Konstitusiyanı dəyişdirən Serj Sarkisyanın 10 illik prezidentliyi başa çatdıqdan sonra baş nazir qismində ölkəni faktiki idarə etməsinə qarşı Qəryönümlü müxalifət qətiyyətlə qarşı çıxır. Onlar buna əsas səbəb kimi ilk növbədə 2016-cı ilin aprel döyüşlərində Azərbaycanın Ermənistana üstün gələrək, bir sıra əraziləri ermənilərdən azad etməsini göstərirlər. Digər səbəblər sırasında isə ölkədəki iqtisadi, sosial vəziyyətin son dərəcə ağırlığını, Sarkisyan ailəsinin xüsusi imtiyazlarını göstərirlər.

Etirazların səbəblərindən biri də Sarkisyanın xalqı aldatmasıdır. Belə ki, o, 2014-cü ildə konstitusiya islahatları ərəfəsində prezidentlik müddəti başa çatdıqdan sonra daha heç bir vəzifəyə iddia etməyəcəyini bəyan etmişdi. Onun öz sözünün üstündə durmaması, preizidentin səlahiyyətlərinin məhdudlaşdırılıb, baş nazirə verildiyi yeni siyasi sistem yaratması həm daxildəki müxalifəti, həm xaricdəki erməni diasporunu xeyli qəzəbləndirib. Artıq Avropa ölkələrində olan erməni diasporasının rəhbərləri mətbuatda onun əleyhinə məqalələr yazmağa başlayıblar.

Livan ermənisi olan Nikol Paşinyanın başlatdığı “Mənim addımım” etiraz kampaniyasına qoşulanların çoxu 2000-ci ildən sonra anadan olmuş, sosial durumu ağır, Sarkisyan rejimindın cana doymuş gənclərdirlər. Ermənistanın dövlət borcu hazırda 7 milyard dollardan çoxdur, ÜDM-in həcminə görə dünyada ən aşağı yerlərdən birini tutur. Ölkə əhalisinin 1 milyon nəfərindən çoxu yoxsulluq həddində yaşayır. Lakin Sarkisyan vəziyyəti dəyişmək üçün heç bir addım atmır. Əksinə, seçkiqabağı verdiyi sözün ziddinə gedərək, köhnə komandasından olan şəxsləri yenidən yüksək vəzifələrə təyin etməklə etirazçı kütləyə status-kvonu dəyişdirməyəcəyi mesajını verir.

ABŞ və Avropa Birliyi ölkələri liderlərinin Sarkisyanı baş nazir seçilməsi münasibətilə təbrik etməmələri Ermənistanın siyasi elitasında narahatlıq yaradıb. Onlar Qərbin susmasını mitinqlərə dəstək kimi qiymətləndirirlər.

Hazırkı etirazların arxasında həm də Sarkisyanın timsalında Rusiyanın Ermənistandan sıxışdırılması planları dayanır. Nikol Paşinyan özü də qeyd edib ki, keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin Gənclər təşkilatı onların aksiyalarında iştirak edir. Bu, o deməkdir ki, Ter-Petrosyanın təmsil etdiyi diaspora da bu aksiyalara dəstək verir, Rusiyanın “adamı” olan Serj Sarkisyanın hakimiyyətdən getməsini istəyir.

Erməni diasporunun güclü olduğu ölkələrdə də Serj Sarkisyandan narazılıq çox böyükdür. Məsələn, Fransanın Erməni Təşkilatlarının Koordinasiya Surasının (CCAF) həmsədri, “Nouvelles d’Armenie” jurnalının baş redaktoru Ara Toranyan “Liberation” qəzetindəki məqaləsində yazıb ki, “Serj Sarkisyan öz varisi kimi yalnız özünü gördüyü üçün, iki dəfə prezidentlik müddəti başa çatana yaxın, 2015-ci ildə konstitusiyanı dəyişərək, prezidentli idarəetmə sistemini parlament sisteminə transfer etdi. Bu, əvvəlcədən yazılmş ssenari idi”.

Ermənistanda etiraz edən siyasi qüvvələr və əhali Sarkisyanın başçlıq etdiyi Qarabağ klanını hakimiyyətdən birdəfəlik uaqlaşdırmaq istəyirlər. Bununla da, onun təmsil etdiyi güc mərkəzi olaraq Rusiyanın təsirini zəiflətməyə, ölkənin Qərbə yaxınlaşmasına nail olmağa çalışırlar. Qərbyönümlü və Rusiyayönümlü siyasi qüvvələrin hakimiyyət uğrunda hazırda demək olar ki, açıq nüfuz savaşı gedir. Bununla belə, Ermənistanın mövcud siyasi sistemi beynəlxalq güclərin qarşılıqlı razılığına əsaslanır. Son illərdə Avropa Birliyi ilə Rusiya arasında bir çox sahələrdə, o cümlədən, Ermənistanı təsir dairəsinə bölmək məsələsində də razılığa gəlinmişdi. Ermənistan Avropa Birliyi ilə Tərəfdaşlıq sazişi imzalayandan sonra burada hakimiyyətdə kimin olmasına Avropa və Rusiya birgə qərar vermişdilər.

Əgər Ermənistan siyasi sistemi, ölkədə konstitusiya islahatları, ali dövlət vəzifələrinə təyinat burada marağı olan xarici dövlətlər arasında razılaşma əsasında həll olunubsa, etirazlar çətin ki, hansısa real dəyişiklərə aparıb çıxarsınlar. Üstəlik, "Yelk" bloku parlamentdə həlledici səs nisbətinə malik deyil. Lakin Ermənistana dair bütün qərarlar ilk növbədə Moskvada həll olunur. Hazırkı prosesləri isə Avropa və Rusiya arasındakı “soyuq müharibə”nin Cənubi Qafqazdakı kiçik fraqmenti hesab etmək olar. Amma hadisələrin nəzarətdən çıxacağı təqdirdə Rusiyanın müdaxilə edə biləcəyi də istisna deyil.

Nikol Paşinyanın “Yelk” blokundakı digər müttəfiqləri “Maariflənmiş Ermənistan” və “Respublika” partiyaları ona qoşulmaqdan imtina ediblər. Burada müxalifət qüvvələri arasındakı şəxsi inciklik, çoxdankı ədavət hissləri də sözünü deyir. Onlar bir-birini hakimiyyətlə əlbir olmaqda ittiham edirlər. Məsələn, Paşinyanın özünə olan ittihamlardan biri bundan ibarətdir ki, o, 2015-ci ildə konstitusiya islahatlarına etiraz etmirdi, axı həmin vaxt artıq Serj Sarkisyanın öz hakimiyyətini uzatmaq planları aydın idi. Digər müxalifət qüvvələri indiki azsaylı aksiyaları təşkil etməklə Paşinyanı xalqda müxalifətin gücsüz olması fikrini formalaşdırmaqda ittiham edirlər. Hesab olunur ki, “Yelk” bloku süqut etmək üzrədir və son günlərini yaşayır. Çünki bu aksiyalarda iştirakdan imtina etdikdən sonra çətin ki, orada təmsil olunan partiyalar arsında bir-birinə etimad qalsın.

“Freedom House” təşkilatı bu günlərdə yaydığı hesabatında Ermənistanın demokratiya yolunda gerilədiyini qeyd edib. Təşkilat Ermənistanı o ölkələr sırasına daxil edib ki, orada siyasi xadim hakimiyyəti ya pərdə arxasından idarə edir, yaxud da onun hakimiyyəti yazılmamış qanunlarla idarə olunur. Hesabat müəllifləri hesab edirlər ki, Ermənistan seçkilərdə minimum demokratik standartlara cavab verməyən, demokratik təsisatlara məhdud hörmətlə yanaşan, avtoritarizmi gizlətməyə çalışan ölkədir. Sarkisyanın 10 illik prezidentlik müddəti Ermənistanın demokratiya yolunda geriləməsi dövrü kimi səciyyələndirilə bilər.

Hesab olunur ki, mitinqlərin məqsədi “rəngli inqilab” həyata keçirməklə ölkənin xarici siyasət kursunu dəyişməkdir. “Rəngli inqilab” şübhələrinə bəzi əsaslar da göstərilir: məsələn, polislərin qurduğu çəpərin fonunda bir-birinə sarılmış gənc cütlük. Bu cür şəkil eynilə Ukraynada Maydan hadisələri zamanı sosial şəbəkələrdə yaylmışdı

Eyni zamanda, aksiya iştirakçılarına polislə qarşıdurma və ümumiyyətlə, proseslər zamanı davranış təlimatları vərəqələri paylanıb. Həmin vərəqələr məhz “rəngli inqilab” baş vermiş ölkələrin dillərində də əvvəllər eyni mətnlə yayılmışdı.

Ermənistanda hesab olunur ki, etirazlara Paşinyan başçılıq etmir, o, sadəcə Yerevan küçələrində bir bələdçi rolunda çıxış edir. Ssenari xaricdə yazılıb və ölkədə icra olunur.

Sarkisyanın aksiya iştirakçılarına qarşı ciddi güc tətbiq etmək göstərişi olarsa, bu, onun qeyri-legitim hakimiyyətinin dayaqlarını sarsıda bilər. Lakin onsuz da Sarkisyanın yeni vəzifəsində sonadək qalacağı inandırıcı görünmür. Azərbaycanın hərbi demarşları, Rusiyanın beynəlxalq nüfuzunun azalması, Qərbin yaxın gələcəkdə Cənubi Qafqaza daha çox diqqət ayırması və Ermənistanda demokratiya yaratmaq istəyi, eləcə də başqa səbəblər Sarkisyanın da hakimiyyətinə birdəfəlik son qoya bilər.
AzVision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biləsuvarın icra başçısı dəyişdirilir - Başçı və yerli maliyyə müdiri həbsə gedə bilər...
Bu gün, 09:14
Xaricə daşınan korrupsiya pulları təhlükədə
Bu gün, 09:08
Rəsmi Vaşinqton Ermənistanı küncə sıxışdırır... - Azərbaycanla anlaşma və İranla bağlı seçim tələb edir...
Bu gün, 09:05
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:02
"O qıza minnətdaram, amma aqibətindən xəbərim yoxdur"
Bu gün, 09:01
Eldar Mahmudovu nişan verən milyardlar - GƏLİŞMƏ
Bu gün, 08:57
Soçi sazişindəki “vaxt” bitdi: Rusiya hansı addım atacaq? - TƏHLİL
Bu gün, 08:54
“Kitabımda yazmışdım ki, “Nəhayət bu şər imperiyasının qanunvericilik orqanının son sessiyasında iştirak etmək mənə qismət oldu”
Bu gün, 08:50
Arif Qaraşovun oğlundan bahalı alış-veriş... - Hələ sərgiyə dünən çıxmışdı...
Bu gün, 08:45
Neftçalanın baş memarına qarşı ittiham - VİDEO
Bu gün, 08:43
Bu gün dollar neçəyədir?
Bu gün, 08:41
ABŞ səfirinin İrəvan çıxışı Zaxarovanı əsəbiləşdirdi
Bu gün, 08:40
Milyonlarla dollar dövlət məmurunun... qolunda - KORRUPSİONERİN İFŞASI
Bu gün, 08:39
4800 şəhid ailəsinin “qanpulu” ala bilməməsinin günahkarı “Azərsığorta”dır, yoxsa?.. - NARAZILIQ
Bu gün, 08:32
Türkmənistan xarici işlər naziri Azərbaycana səfərə gəlib
Bu gün, 08:30
Tərtər rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
Bu gün, 08:29
Azərbaycan boksçusu olimpiadada bürünc medal qazanıb
Bu gün, 08:26
Amerikalıların yalnız 2 faizi Rusiyanı ABŞ-ın müttəfiqi sayır
Bu gün, 08:25
“Ad günümü heç vaxt qeyd etmirəm”
Bu gün, 08:23
Azərbaycanın gənc cüdoçusu dünya çempionu olub
Bu gün, 08:22
Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü qeyd olunur
Bu gün, 08:20
"Gedib torpaqda iş görəcəm, taksi sürəcəm" — İzzət əsəbiləşdi
Dünən, 18:22
Azərbaycanın Avstraliyadakı fəxri konsulu vəzifəsindən geri çağırılıb
Dünən, 18:13
AMEA-nın həqiqi və müxbir üzvlərinin maaşları artırılıb - SƏRƏNCAM
Dünən, 18:09
Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb
Dünən, 18:06
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib
Dünən, 18:04
ATV-nin efirindəki doğuş rəzalətinə reaksiyalar: - “Yaxşı ki, cinsi münasibəti göstərmirlər”
Dünən, 17:45
Eldar Mahmudovun iş ortağının məhkəməsində iki dövlət qurumu mülki iddia qaldırıb
Dünən, 17:42
"Krımdakı partlayışın səbəbləri ətraflı araşdırılır"
Dünən, 17:39
Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan iqtisadiyyatının dayanıqlılığı öz əksini tapıb - deputat
Dünən, 17:34
Bakıda yolun çökməsinə səbəb olan şirkətin adı AÇIQLANDI
Dünən, 17:33
“Ayıq sürücü” Bakıda iri biznesmenin oğlunun pulunu oğurladı
Dünən, 17:25
Putin Türkiyəyə səfər edəcək
Dünən, 17:23
Leyla Əliyeva uşaqlıq fotosunu paylaşdı - FOTO
Dünən, 17:21
“Ermənistan cəbhədə ciddi gərginlik yaradıb, arxasında dura bilməz” - General Aydəmirov
Dünən, 17:18
Ramil Usubov İcra Hakimiyyətinə sahibsiz itlərə yer ayrılması ilə bağlı müraciət edib
Dünən, 17:15
Abramyanın qardaşı 5 milyona azadlığa çıxdı
Dünən, 17:09
Çin yuanının ucuzlaşması Azərbaycandan bu ölkəyə qeyri-neft məhsullarının ixracını zəiflədə bilər - TƏHLİL
Dünən, 17:05
“Qlobal Enerji Azərbaycan” LTD öhdəsinə götürdüyü müqaviləni yerinə yetirirmi? - İTTİHAM
Dünən, 17:04
Səudiyyə Ərəbistanı Türkiyədəki səfirini vəzifəsindən uzaqlaşdırdı
Dünən, 16:49
"Lotu Quli" məhkəmə qarşısına çıxarılır: - SON QƏRAR
Dünən, 16:48
“Savaşçı” serialında Turan ordusu qurulur
Dünən, 16:45
"Azərbaycanda "Yehovanın Şahidləri"nin fəaliyyətinin məhdudlaşdırılması barədə məlumatlar yalandır" - Səyavuş Heydərov
Dünən, 16:42
Bakıda vətəndaşları aldadan şirkət rəhbərinin məhkəməsi başladı
Dünən, 16:35
Azərbaycanlı xanəndə Gülnar İsayeva TRT Musiqi kanalının “Könül bağı” proqramında qonaq olub
Dünən, 16:32
Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirilib
Dünən, 16:29
Krımda teraktı törətmiş gəncin fotoşəkli yayıldı - FOTO
Dünən, 16:26
Krımda baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb - VİDEO
Dünən, 16:23
Badamdarda quyuların qazılması yolu ilə qrunt suları çıxarılsa, sürüşmə dayanacaq - Coğrafiya İnstitutu
Dünən, 16:11
Maşın təmiri sexləri müştəriləri aldadır, vergidən yayınır - PROBLEM
Dünən, 16:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru