Jurnalist binalarında yaşayanların həyatı təhlükəyə atılıb .....                     "Əlilə pensiya təyin etməmək beşqat cinayətdir" .....                     Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb 22 May, 2018 15:51 .....                     Azərbaycan İnvestisiya Şirkətinə yeni icraçı direktor təyin edilib .....                     Ötən il vahid xəzinə hesabının qalığından əldə olunan gəlirlər uçota alınmayıb .....                     "Qlobal Enerji Azərbaycan" LTD-nin xəyanəti .....                     "Vitse-prezident Azay Quliyev Azərbaycan tərəfinin arqument və suallarını səsləndirdi” .....                     Erməni generallar işdən qovuldu .....                     Nazirin nazir oğlu və ya Kəmaləddin Heydərovla bağlı bilmədiklərimiz... .....                     Ramiz Həsənov xarici işlər nazirinin müavini kimi ilk görüşünü keçirib .....                     Azərbaycanda ümumtəhsil müəssisələrinə yeni səlahiyyət verilir .....                     Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub .....                     23 yaşlı oğlanı öldürənin anası: .....                     “Grand Hospital” adını dəyişib .....                     “7 aydır atamla əlaqə saxlaya bilmirik” .....                     Gənclik yaşı 60-a qaldırılsın .....                     Azərbaycan ərazilərinin işğalı üçün daşıdığı məsuliyyətə görə münaqişə tərəfi məhz Ermənistandır .....                     Ermənistanın təxribatının qarşısını alarkən həlak olan əsgər .....                     DİM dövlət qulluğuna qəbul üçün müsahibə elan edib .....                     Yupiterin İLK DƏFƏ rəngli FOTOSU çəkildi .....                     Türkiyə İsraillə iqtisadi əlaqələrini təkrar nəzərdən keçirəcək .....                     Ramiz Həsənov XİN-in kollektivinə .....                     Çavuşoğlu və Lavrov arasında telefonla danışığı olub .....                     “Vergilər Nazirliyi indi adam balası kimi işləyir” .....                     Bakıda 33, rayonlarda 35 dərəcə isti olacaq .....                     Dolların məzənnəsi dəyişmədi .....                     Bakıdakı partlayışa görə tutulan “vəzifəli” keçmiş tikinti baronudur .....                     Yol polisi ilə sürücülər arasında videoqeydiyyat müzakirəsi .....                     Serbiya prezidenti azərbaycanlı iş adamlarını ölkəsində otel tikməyə çağırıb .....                     Əri tərəfindən öldürülən qadın müəllimə imiş .....                     Şəkidə "Uşaq aləmi"nə oğru girdi .....                     Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? .....                     "Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir" .....                     “Qoşqar Zeynalova verilən pullar mənə çatmayıb” .....                     Mağazadan oğurluq edən şəxslər saxlanılıb .....                     Büdcəyə dəyişiklik zəruridirmi? .....                     ABŞ-da "Baku" və "Agdam" nömrə nişanlı maşınlar .....                     Virgin offşoru, plastmas zavodu, killer Madayev və İsmayılovu öldürmək sifarişi... .....                     Səhiyyə Nazirliyi ATU-nun tələbələrinə diplomaqədər müddətdə işləməyə .....                     Gömrük Hospitalının iranlı həkimi məhkəmə zalında həbs edilib .....                 

Tikinti materialları bahalaşıb – səbəblər...
Tarix: 19-04-2018, 10:48 | Çap et
Tikinti materialları bahalaşıb
Son günlər tikinti materialları bazarında yenidən bahalaşma qeydə alınıb. Sonuncu dəfə manatın ardıcıl iki dəfə devalvasiyasından sonra tikinti materiallarının qiymətində nəzərəçarpacaq səviyyədə qiymət artımı baş vermişdi.

Xüsusilə də manatın məzənnəsində dollara nisbətdə ucuzlaşma olandan sonra taxtanın kubunun qiyməti kəskin şəkildə artaraq 100 manatdan da çox bahalaşmışdı. Bahalaşma armatur və eləcə də xaricdən gətirilən bütün növ tikinti materiallarında müşahidə olunurdu. Lakin bir müddət idi ki, tikinti materiallarının qiyməti sabit qalmışdı. Satıcılar bildirirdilər ki, bu, manatın məzənnəsindəki sabitliklə əlaqədardır. Manat yenə də sabit olaraq qalıb. Bəs nə üçün tikinti materiallarının qiyməti qalxıb?

Suala cavab tapmaq üçün “Yeni Müsavat”ın əməkdaşı olaraq tikinti materiallarının satıldığı bazara yollandıq. Müşahidə etdik ki, yenə də bahalaşan əsasən taxtanın qiymətidir. Belə ki, hazırda taxtanın 1 kubunun qiyməti 320-340 manatadır ki, bu da bir neçə ay öncə ilə müqayisədə 15 manatdan çox, ötən illə müqayisədə 50 manata qədər bahalaşma deməkdir. Manatın birinci devalvasiyasından öncə isə taxtanın bir kubunun qiyməti 170 manat civarında idi. Eyni zamanda yenə də armaturun qiymətində artım var. Satıcılar bildirdilər ki, əsasən Rusiyadan gətirilən materialların qiyməti yüksəlib. Digər materialların qiymətində isə elə də bahalaşma olduğunu müşahidə etmədik. Bazardakı ümumi vəziyyətə gəlincə isə müşahidə etdik ki, müştərilərin sayı əvvəlki aylarla müqayisədə artıb. Bunu satıcıların özləri də təsdiqlədilər. Tamet daşlarının satıcısı Asif Əsgərov söylədi ki, bu növ tikinti materiallarının qiyməti qalxmayıb: “Yerli istehsal olduğu üçün bizdə qiymətlər əvvəlki kimidir. Bazarda artıq tələbat artdığı üçün qiymətləri süni şəkildə qaldıranlar da var. Ümumiyyətlə, bu aylarda tikintilər başladığı üçün bazarda qiymətlər az da olsa dəyişir. Hazırda da bazarda müştəri qənaətbəxş səviyyədədir. Devalvasiyadan sonra bazarda ancaq satıcılar olardı. Elə olurdu ki, günlərlə bir nəfər müştəri gəlib materialla maraqlanmırdı. Camaat tikinti işlərini tamamilə dayandırmışdı. Bu il isə qış aylarında da bazarda aktivlik oldu. İndi isə havalar qızır və material alanların da sayı ötən illə müqayisədə xeyli artıb. Yəni ki, bu da qiymətə təsir göstərir”.

Bazarda alçipan, növündən asılı olaraq, 8-10 manat, lambirin 4-6 manat, mərmər 40-60 manat, tamet daşlar 6-8 manat, dəmir örtüklərin kvadratı isə 4-8 manat arasında dəyişən qiymətlərlə satılır. Sementin bir kisəsinin qiyməti, markasından asılı olaraq, 5-6 manat, şebenin kisəsi isə 40 qəpiyə satılır. Yəni ötən aylarla müqayisədə bu materialların qiymətində, demək olar ki, artım yoxdur.

Yuxarıda qeyd etdiyimiz kimi, armaturun da qiymətində artım var. Hazırda armaturun bir tonu 800 manata satılır. Bu isə təxminən 10 manat bahalaşma deməkdir. Satıcılar bildirdilər ki, hər il bu aylarda armaturun qiymətində artım olur. Payız ayları yaxınlaşdıqda isə qiymətlər qalxdığı qədər enir.

Bazardakı vəziyyətlə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində hazırkı iqtisadi duruma görə, Rusiyadan gətirilən materialların qiymətində artım yox, enmə olmalıdır:

“Çünki rublun dəyərdən düşməsi Rusiyadan idxalı ucuzlaşdırır və daha sərfəli hala gətirir. Son zamanlar rubl təqribən 12 faiz dəyərdən düşüb. Bahalaşma əgər Rusiyadan gətirilən məhsullarda müşahidə olunursa, bunu iqtisadi məsələ ilə izah etmək çətindir. Yaz ayları gəldikcə, təmir-tikinti işlərinin həcmi artır. Bu, Azərbaycanda hər zaman belə olub. Ötən illə müqayisədə dövlət layihələrinin həcmi çoxalıb. Bu sahədə xeyli irəliləyiş var. Həm sosial evlərin inşasına start verilib, həm də şəhərin müxtəlif yerlərinin sökülməsinə və müxtəlif binaların tikintisinə start verilib. Yəni təmir-tikinti işləri həm fərdi qaydada, həm də dövlət layihələrinin icrası baxımdan xeyli artıb. Bu, tələbin artmasından doğan qiymət yüksəlməsidirsə, bunu anlamaq olar. Ancaq, əslində qeyd etdiyim kimi, Rusiyadan gələn məhsullarda bu, baş verməli deyildi”.

Ekspert hesab edir ki, dövlətin buna birbaşa müdaxilə etməsi əlavə qiymət artımlarına səbəb ola bilər:

“Əslində buna dövlət tərəfindən nəzarətin olması, dövlətin qiymətləri tənzimləməsi və müdaxiləsi doğru deyil. Bu, bir müddət sonra əksinə, daha da böyük qiymət artımına səbəb olur. Dövlətin əlində kifayət qədər alətlər var ki, birbaşa müdaxilə etmədən, qiymətləri tənzimləyə bilsin. Bu, gömrük rüsumları, vergi dərəcələridir. Əgər hər hansı bir qiymət artımı varsa və yerli istehsal yoxdursa, dediyim məsələlər nəzərə alınmalıdır. Azərbaycanda da taxta istehsalı çox aşağı səviyyədədir. Armatur istehsalı olsa da, bu da tələbatı ödəyəcək səviyyədə deyil. Ona görə də burada gömrük rüsumunu aşağı çəkmək olar və ya rəqabətli mühiti daha da genişləndirmək olar ki, təşviq addımları ilə daha çox fiziki şəxslər ölkəyə tikinti materialları gətirsinlər. Bu təşviq olacaqsa, bazarda bolluq olarsa, qiymət də tənzimlənəcək. Birbaşa müdaxilə isə faydalı deyil”.
“Yeni Müsavat”







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Jurnalist binalarında yaşayanların həyatı təhlükəyə atılıb - PROBLEM
Bu gün, 15:55
"Əlilə pensiya təyin etməmək beşqat cinayətdir" - deputat
Bu gün, 15:52
Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb 22 May, 2018 15:51
Bu gün, 15:43
Azərbaycan İnvestisiya Şirkətinə yeni icraçı direktor təyin edilib
Bu gün, 15:42
Məşhur aktrisadan kəskin ittiham: - “Mətanət İsgəndərli oxumasa, yaxşıdır”
Bu gün, 15:38
Ötən il vahid xəzinə hesabının qalığından əldə olunan gəlirlər uçota alınmayıb
Bu gün, 15:31
“Bizdə elə rejissorlar var, onları kinoya yaxın buraxmaq olmaz” - Eldar Quliyev
Bu gün, 15:29
"Qlobal Enerji Azərbaycan" LTD-nin xəyanəti - İTTİHAM
Bu gün, 15:15
"Vitse-prezident Azay Quliyev Azərbaycan tərəfinin arqument və suallarını səsləndirdi” - ATƏT PA sədri
Bu gün, 15:12
Erməni generallar işdən qovuldu
Bu gün, 15:04
Nazirin nazir oğlu və ya Kəmaləddin Heydərovla bağlı bilmədiklərimiz...
Bu gün, 15:02
Qohumlarının qətlə yetirildiyi deyilən əməkdar artistimiz danışdı
Bu gün, 15:01
Ramiz Həsənov xarici işlər nazirinin müavini kimi ilk görüşünü keçirib
Bu gün, 14:55
Azərbaycanda ümumtəhsil müəssisələrinə yeni səlahiyyət verilir
Bu gün, 14:53
Azərbaycanda 6 kredit ittifaqının lisenziyası ləğv olunub
Bu gün, 14:52
23 yaşlı oğlanı öldürənin anası: - "Üzlərinə baxa bilmirəm...."
Bu gün, 14:49
“Grand Hospital” adını dəyişib -“Ege Hospital” kimi fəaliyyət göstərəcək
Bu gün, 14:47
“7 aydır atamla əlaqə saxlaya bilmirik” – Dilqəm Əskərovun oğlu
Bu gün, 14:44
Gənclik yaşı 60-a qaldırılsın - Deputatdan təklif
Bu gün, 14:41
Azərbaycan ərazilərinin işğalı üçün daşıdığı məsuliyyətə görə münaqişə tərəfi məhz Ermənistandır - XİN
Bu gün, 14:39
Ermənistanın təxribatının qarşısını alarkən həlak olan əsgər “Şücaətə görə” medalı ilə təltif olunub
Bu gün, 13:00
DİM dövlət qulluğuna qəbul üçün müsahibə elan edib
Bu gün, 12:59
Yupiterin İLK DƏFƏ rəngli FOTOSU çəkildi
Bu gün, 12:52
Təranə Qumral həbs xəbərindən danışdı: - Sentyabrda...
Bu gün, 12:48
Azərbaycanlı model Dağüstü parkda alt paltarında poza verdi - FOTO
Bu gün, 12:46
Türkiyə İsraillə iqtisadi əlaqələrini təkrar nəzərdən keçirəcək - Ərdoğan
Bu gün, 12:42
Ramiz Həsənov XİN-in kollektivinə təqdim olunub
Bu gün, 12:41
Çavuşoğlu və Lavrov arasında telefonla danışığı olub
Bu gün, 12:37
“Vergilər Nazirliyi indi adam balası kimi işləyir” – Cavid Qurbanov Fazil Məmmədovun qarasınca danışdı
Bu gün, 12:36
Bakıda 33, rayonlarda 35 dərəcə isti olacaq
Bu gün, 12:33
Dolların məzənnəsi dəyişmədi
Bu gün, 12:32
"Keçmiş həyat yoldaşımın arxasınca danışdıqlarım kişiyə yaraşmır" - Səməd Səmədov
Bu gün, 12:28
Bakıdakı partlayışa görə tutulan “vəzifəli” keçmiş tikinti baronudur - İLGİNC
Bu gün, 12:24
Yol polisi ilə sürücülər arasında videoqeydiyyat müzakirəsi - çəkiliş etmək olar, amma...
Bu gün, 12:23
Serbiya prezidenti azərbaycanlı iş adamlarını ölkəsində otel tikməyə çağırıb
Bu gün, 12:21
Musiqili Teatr öz tamaşasını niyə dəyişdi? - Qalmaqal
Bu gün, 12:18
Əri tərəfindən öldürülən qadın müəllimə imiş - Polisə xəbəri 8 yaşlı oğlu verib
Bu gün, 12:16
Şəkidə "Uşaq aləmi"nə oğru girdi
Bu gün, 12:12
Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ
Bu gün, 12:10
"Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir" - Vüqar Gülməmmədov
Bu gün, 12:08
“Qoşqar Zeynalova verilən pullar mənə çatmayıb” - Arif Əsgərovun qohumu
Bu gün, 12:05
Mağazadan oğurluq edən şəxslər saxlanılıb - FOTOLAR
Bu gün, 12:01
Büdcəyə dəyişiklik zəruridirmi? - TƏHLİL
Bu gün, 11:56
ABŞ-da "Baku" və "Agdam" nömrə nişanlı maşınlar - FOTO
Bu gün, 11:55
Virgin offşoru, plastmas zavodu, killer Madayev və İsmayılovu öldürmək sifarişi...
Bu gün, 11:53
Səhiyyə Nazirliyi ATU-nun tələbələrinə diplomaqədər müddətdə işləməyə icazə verib
Bu gün, 11:50
Gömrük Hospitalının iranlı həkimi məhkəmə zalında həbs edilib - "Dərman mafiyası işi”
Bu gün, 11:49
Milli Məclisin komitəsi 2017-ci ilin dövlət büdcəsinin icrasını qənaətbəxş hesab edib
Bu gün, 11:48
“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız
Bu gün, 11:43
Qarabağa qanunsuz səfərlərin sayı artıb: nə etməli... - TƏHLİL
Bu gün, 11:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru