SOCAR karbamid zavodunun məhsulu üç ölkəyə ixrac olunacaq .....                     Ədliyyə məmuruna qarşı dələduzluq edilib .....                     Erməni Azərbaycanla sərhəddə minaya düşdü .....                     Azərbaycanda dövlət idarəçiliyi sistemində islahatlar: məqsəd və nəticə .....                     Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2 yeni şirkət yaradıb .....                     Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu .....                     Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb .....                     Kəskin hava şəraiti ilə bağlı xəstəxanaya müraciət edən olmayıb .....                     Moskvada Azərbaycan məscidi ətrafında nə baş verir? .....                     Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib .....                     Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi Türkiyə vətəndaşlarının sayı məlum olub .....                     Bakını Moskva ilə üz-üzə qoymaq planı... .....                     Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək .....                     Çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzaları müəyyən edən qanun qüvvəyə minib .....                     "Mən bu məsələni Rusiyadan olan bir neçə rəsmi şəxslərlə müzakirələrdə söyləmişəm" .....                     Rusiya kanallarının yayımı profilaktik tədbirlərə görə dayandırılıb .....                     Milli Məclisin 63 üzvünün səsi ilə deputat mandatı ləğv ediləcək .....                     AzTV-nin sabiq sədri nələrin hesabatını verməli? .....                     Bakıda külək dayanacağın damını uçurdu .....                     Azərbaycan nefti 2% bahalaşıb .....                     Sırada hansı dövlət qurumudur? .....                     Yaponiya Rusiyaya etiraz notası göndərdi .....                     Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib .....                     Sərəncam ölkədə kitabxana sisteminin yenidən qurulmasına imkan yaradacaq .....                     Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın obyekt cərimələnib .....                     “Ötən il 98 dini icma qeydiyyata alınıb, 22-nin qeydiyyatından imtina olunub” .....                     Eldar Mahmudovun həbsdəki qohumu şikayətini geri götürdü RABİTƏ İŞİ .....                     AQTA araşdırmalara başlayıb, qeydiyyatından keçməyən 50-ə yaxın sahibkar cərimələnib .....                     Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib .....                     AMEA Yüksək Texnologiyalar Parkında yeni direktor təyin olunub .....                     Yol polisi bütün qüvvələri səfərbər edəcək .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb .....                     Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi .....                     Sabah dollar neçəyə olacaq? .....                     BP dənizdəki neftçiləri təxliyə etməyəcək .....                     Paytaxta gətirilən yeni zibil qutusu yandı .....                     "ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" .....                     Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi .....                     “20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib .....                     Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır .....                 

Dubayda azərbaycanlı milyarderin yaxtasına basqın, - “Luna” həbs altında
Tarix: 16-04-2018, 15:36 | Çap et
Dubayda azərbaycanlı milyarderin yaxtasına basqın,
Bu ilin fevralında Dubayda azərbaycanlı milyarder Fərhad Əhmədovun 540 milyon dollar dəyərində olan superyaxtasına silahlı polislər tərəfindən basqın edilib. Virtualaz.org xəbər verir ki, bu sensasion məlumatı Birləşmiş Ərəb Əmirliklərinin ingilisdilli “Gulf News” nəşri yayıb.

Nəşrin məlumatına görə Dubayın beynəlxalq maliyyə mərkəzinin məhkəməsi (DİFC) London məhkəməsinin çıxardığı qərar əsasında milyarderin yaxtasına müvəqqəti həbs qoyub. Əhmədovun vaxtilə Roman Abramoviçdən aldığı “Luna” adlı 9-mərtəbəli, vertolyot meydançasına və iki üzmə hovuzuna malik 115 metrlik yaxta həmin vaxtdan bəri Dubayın “Port Rashed” limanında həbs altında saxlanılır.

Biznesmen apellyasiya verir

Ötən həftənin çərşənbə günü-aprelin 11-də DFİC məhkəməsi biznesmenin ailə trastına yaxtaya həbs qoyulması barədə qərardan apelyasiya vermək haqqı verib.

Yaxtaya həbs qoyulması London məhkəməsində Fərhad Əhmədovun keçmiş arvadı tərəfindən qaldırılmış boşanma təzminatı işi ilə bağlıdır. Bu qalmaqallı təzminat iddiasına dair məhkəmə işindən virtualaz.org ötən il geniş yazıb.

Xatırladırıq ki, London məhkəməsi biznesmenin hələ 2001-ci ildə Rusiya qanunları əsasında bu ölkədə rəsmən boşandığı keçmiş arvadı Tatyana Əhmədovanın 15 il sonra qaldırdığı iddiaya baxaraq F.Əhmədovun ona az qala 600 milyon dollar təzminat ödəməli olduğu barədə qərar çıxarıb. Biznesmen məhkəmənin bu qərarını tanımadığını və bir sent də ödəməyəcəyini bəyan edib. Onun bəyan etdiyi kimi London məhkəməsinin ümumiyyətlə bu iddiaya baxmaq səlahiyyəti yox idi. Çünki nigah münasibətlərində olmuş tərəflərdən hər ikisi Rusiya vətəndaşıdır, bu nigah Rusiyada bağlanıb və bu ölkənin qanunları əsasında pozulub.

Tatyana “Luna”nın izinə düşür

Lakin Tatyana Əhmədovanın vəkilləri London məhkəməsində biznesmenin aktivlərinə həbs qoyulmasına dair qərar çıxarılmasına nail olublar. Bu ilin martında keçirilən prosesdə Tatyana Əhmədovanın vəkilləri bildiriblər ki, biznesmen hələ barəsində çıxarılmış təzminat qərarını yerinə yetirməyib və ən qiymətli aktivi olan “Luna” yaxtasını Panamada qeydiyyatdan keçmiş şirkətin adına keçirərək etibarlı şəkildə ingilis yuridiksiyasından gizlədib.

Qeyd edək ki, London məhkəməsində Tatyananın iddiası əsasında gedən prosesdə Fərhad Əhmədov özü heç vaxt iştirak etməyib. Onun maraqlarını vəkillər qoruyub. Qərar da biznesmenin özünün iştirakı olmadan çıxarılıb.

Britaniya agentləri Əhmədovun əmlakını müsadirə etmək üçün Dubaya gedir

Britaniya məhkəmələrinin adından hərəkət edən agentlər isə Əhmədovun yaxtasına həbs qoyulması üçün DFİC məhkəmələrinə müraciət ediblər. Bu müraciət əsasında DFİC hakimi fevralın 8-də iddianı təmin edib və Dubay polisi zorakı şəkildə yaxtaya daxil olaraq biznesmenin əmlakına həbs qoyub. Lakin yaxtanı hərracda satıb pulunu Tatyana Əhmədova və vəkilləri arasında bölüşdürmək üçün DFİC hakimləri tərəfindən “qərarın məcburi icraya yönəldilməsi barədə” yeni hökm tələb olunur.

Fərhad Əhmədov nə deyib...

“Gulf News”a müsahibəsində Əhmədov bildirib ki, o və keçmiş arvadı Rusiyada 2000-ci illərin əvvəllərində boşanıblar. Bu da Böyük Britaniyanın iki Rusiya vətəndaşı arasında mülki mübahisəyə qarışmasının və yaxtanın həbsi barədə çıxarılan qərarın legitimliyini sual altına alır.

Milyarder deyib: “Biz nigaha daxil olanda hər ikimiz Rusiya vətəndaşları olmuşuq. Habelə 2000-ci ildə nigahımız pozulanda da Böyük Britaniya yox, Rusiya vətəndaşları idik. Həmin vaxtdan bəri mən keçmiş arvadımın dəbdəbəli həyat tərzi keçirməsini təmin etmişəm. Ona iki oğlumun anası kimi lüks yaşayış şəraiti yaratmışam və bunun sübutları var. Lakin 12 il sonra London vəkilləri mənim keçmiş arvadımın şikayətini əsas götürərək İngiltərə Ali məhkəməsində iddia qaldırıblar”.

Nəşrin yazdığına görə Əhmədovun qanuni nümayəndələri yaxtanın geri qaytarılması və hələ də Dubayda olan 50 heyət üzvünün azad edilməsi üçün mübarizə aparacaq.

“Kreml məruzəsi” və Skripalların işi: Əhmədov Rusiya naminə döyüşür

Fərhad Əhmədovun adı bu il fevralın sonlarında ABŞ Maliyyə Nazirliyinin hazırladığı və “Kreml məruzəsi”ində yer alıb. Həmin hesabat Rusiya hakimiyyətinə yaxın oliqarxların və Kreml elitasının aparıcı şəxslərinin çevrəsini müəyyən edirdi. Və siyahıda yer alanlara qarşı sanksiyaların tətbiq edilə biləcəyi elan olunmuşdu.

O vaxt həmin “Kreml məruzəsi”ində adı yer alanlardan təkcə Fərhad Əhmədov ABŞ-ın bu hərəkətini tənqid etdi və bunu qəsbkarlıq cəhdi adlandırdı. Biznesmen bəyan etdi ki, bu siyahıya daxil edildiyinə görə şəxsən hüquqi mübarizəyə başlayacaq və ABŞ-da məhkəmə iddiası qaldıracaq.

Daha sonra Böyük Britaniyanın Solsberi şəhərində keçmiş QRU polkovniki Sergey Skripalın və qızının zəhərlənməsinə görə Rusiyaya qarşı başladılan kampaniyada sinəsini qabağa verdi. Biznesmen istər Qərb, istər Rusiya KİV-lərində çıxış edərək Skripalların işini Moskvaya qarşı təxribat adlandırdı. Bu işin qurama olduğunu, keçmiş casusun zəhərlənməsinin arxasında Rusiyanın dayandığı barədə təbliğatı Moskvaya, prezident Putinə qarşı qəsd planlarının bir hissəsi olduğunu bildirdi.

Və F.Əhmədovun Rusiyanı müdafiə etmək üçün ABŞ-a, Böyük Britaniyaya qarşı sinəsini qabağa verib döyüşməsinin cavabı özünü çox gözlətməyib. Britaniya özünün Dubaydakı rıçaqlarını işə salaraq biznesmenin əmlakını qəsb etməyə cəhd göstərib.

Dubayda ingilis barmağı: DFİC-ə kim nəzarət edir

Məsələ burasındadır ki, DFİC ingilislər tərəfindən yaradılmış strukturdur, bu strukturun hakimlərinin əksəriyyəti ingilislərdir. Nəticədə yaxta DFİC-in yuridikasiyası altında olmasa da ona müvəqqəti həbs qoyulub.

Ötən il bu təzminat iddiası ilə bağlı qalmaqal başlayanda biznesmen öz vəkili vasitəsilə London məhkəməsinə təqdim etdiyi sənədlərdə rəsmən boşanandan sonra keçmiş arvadına hər il 3.6 milyon dollar ayırdığını, Sürrey qraflığındakı 22 milyon funt sterlinq dəyərində malikanəni ona bağışladığını, çoxsaylı avtomobil, qiymətli sənət əsərləri verdiyini bildirmişdi.

Ərinə xəyanət edən Tatyana və şəriət qanunları

Boşanmanın səbəbi isə Tatyana Əhmədovanın ərinə xəyanəti olmuşdu. Hansı ki, şəriət qanunları ilə idarə olunan Birləşmiş Ərəb Əmirliklərində bu əmələ görə qadını daş-qalaq edə bilərlər. Lakin şəriət qanunları ilə idarə edilən ölkədə ərinə xəyanət edən qadının tərəfini tutublar.

Məlumdur ki, bir çox zənginlər, o cümlədən azərbaycanlı oliqarxlar öz aktivlərini Dubayın offşor zonalarında yerləşdirməyə üstünlük verirlər. London məhkəməsinin çıxardığı qərar əsasında Dubayda F.Əhmədovun əmlakına həbs qoyulmasından sonra bu aktivlərin nə dərəcədə etibarlı qorunduğuna da sual yaranır.

Digər tərəfdən Dubay beynəlxalq maliyyə mərkəzi məhkəməsinin qərarı ərəb şeyxlərinin özlərini təhlükə altında qoymuş olur. Çünki ərəb şeyxlərinin arvadları da boşanma iddiasını London məhkəməsində qaldırmağa üstünlük verirlər. İngilis hüququ isə presedent hüququ üzərində qurulub. Yəni hansısa ərəb şeyxinin çoxsaylı arvadlarından biri onunla 6 ay-1 il yaşadıqdan sonra London məhkəməsində boşanma iddiası qaldıra və şeyxin sərvətinin yarısını bu presedent əsasında ələ keçirə bilər.

Əhmədovdan nəyin qisasını alırlar

Biznesmen xarici KİV-lərə açıqlamasında bildirir ki, London məhkəməsinin çıxardığı qərar və onun əsasında Dubay hakimlərinin verdiyi hökm onun əmlakını qəsb etmək, məhkəmə qərarı altında gizlənib soyğunçuluq həyata keçirmək cəhdidir. Motiv isə onun Skripalların işinə görə Böyük Britaniya hökumətinin, XİN-in Rusiyaya qarşı hücumlarına müqavimət göstərməsi, Londonun planlarını ifşa etməsidir.

F.Əhmədovun sözlərinə görə, ingilislər Skripal oyununu Rusiyadakı prezident seçkiləri ərəfəsində ona görə başlatmışdılar ki, hakimiyyətə yaxın oliqarxlar Londonun sanksiyalarından, əmlaklarının dondurulmasından narazı qalıb Putini devirsinlər. Lakin bu təxribat baş tutmayıb.

İndi isə belə görünür ki, Skripalların işində Londonu ifşa edən F.Əhmədovdan qisas almağa çalışırlar və bu işdə onun keçmiş arvadı ingilislərlə sövdələşməyə girib.

F.Əhmədov təkcə “Skripalların işi”ində Qərblə açıq polemikaya girməyib. Xatırlatmaq lazımdır ki, bir neçə il əvvəl Rusiya qırıcısının vurulmasına görə Moskva ilə Ankara arasında korlanmış münasibətlərin bərpasında da onun rolu olmuşdu. Sonralar bu barədə danışan Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu Moskva ilə Ankara arasında münasibətlərin bərpasında Əhmədovun rolunu qeyd etmişdi. Əlbətdə, bu da Qərbin xoşuna gələ bilməzdi, axı Türkiyə ilə Rusiya arasında son illər güclənən strateji tərəfdaşlıq Avrasiya qitəsində Qərbin mövqelərinin zəifləməsi ilə müşaiyət olunurdu. Nəticədə Əhmədovun Rusiyanın maraqlarını qorumağa yönəlmiş bütün bu fəaliyyətinin qisasını onun əmlakından almaq istəyirlər.
Virtualaz.org





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR karbamid zavodunun məhsulu üç ölkəyə ixrac olunacaq
Bu gün, 11:20
Ədliyyə məmuruna qarşı dələduzluq edilib
Bu gün, 11:19
Erməni Azərbaycanla sərhəddə minaya düşdü - Ayağı amputasiya olundu
Bu gün, 11:18
Azərbaycanda dövlət idarəçiliyi sistemində islahatlar: məqsəd və nəticə - TƏHLİL
Bu gün, 11:16
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2 yeni şirkət yaradıb
Bu gün, 11:15
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Bu gün, 11:14
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb
Bu gün, 11:12
Kəskin hava şəraiti ilə bağlı xəstəxanaya müraciət edən olmayıb - Səhiyyə Nazirliyi
Bu gün, 11:11
Moskvada Azərbaycan məscidi ətrafında nə baş verir? - TƏHLİL
Bu gün, 11:10
Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib
Bu gün, 11:08
Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi Türkiyə vətəndaşlarının sayı məlum olub - SİYAHI
Bu gün, 11:08
Bakını Moskva ilə üz-üzə qoymaq planı... - iki paytaxt arasında əsəb savaşını kim körükləyir?
Bu gün, 11:06
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
Bu gün, 11:05
Çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzaları müəyyən edən qanun qüvvəyə minib
Bu gün, 11:04
"Mən bu məsələni Rusiyadan olan bir neçə rəsmi şəxslərlə müzakirələrdə söyləmişəm" - deputat
Bu gün, 11:03
Rusiya kanallarının yayımı profilaktik tədbirlərə görə dayandırılıb - KATV 1
Bu gün, 11:01
Milli Məclisin 63 üzvünün səsi ilə deputat mandatı ləğv ediləcək
Bu gün, 11:00
AzTV-nin sabiq sədri nələrin hesabatını verməli? - İTTİHAM
Bu gün, 10:59
Bakıda külək dayanacağın damını uçurdu
Bu gün, 10:57
Azərbaycan nefti 2% bahalaşıb
Bu gün, 10:56
Sırada hansı dövlət qurumudur? - Stuktur islahatları davam edir
Bu gün, 10:56
Yaponiya Rusiyaya etiraz notası göndərdi - Balıqçılara görə
Bu gün, 10:54
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib - SİYAHI
Bu gün, 10:52
Sərəncam ölkədə kitabxana sisteminin yenidən qurulmasına imkan yaradacaq - Nazirlik
Dünən, 18:30
Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın obyekt cərimələnib
Dünən, 18:26
“Ötən il 98 dini icma qeydiyyata alınıb, 22-nin qeydiyyatından imtina olunub”
Dünən, 18:12
Eldar Mahmudovun həbsdəki qohumu şikayətini geri götürdü RABİTƏ İŞİ - GƏLİŞMƏ
Dünən, 18:09
Azərbaycanlı aparıcının da əməliyyatı canlı yayımlanıb - Süd vəzisini kiçildir
Dünən, 18:04
AQTA araşdırmalara başlayıb, qeydiyyatından keçməyən 50-ə yaxın sahibkar cərimələnib
Dünən, 17:51
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib
Dünən, 17:49
AMEA Yüksək Texnologiyalar Parkında yeni direktor təyin olunub
Dünən, 17:41
Yol polisi bütün qüvvələri səfərbər edəcək - Havaya görə
Dünən, 17:39
Təranə Səmədova qadın koloniyasına köçürüldü
Dünən, 17:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
Dünən, 17:27
Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi
Dünən, 17:20
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:18
BP dənizdəki neftçiləri təxliyə etməyəcək - İş dayandırılmayacaq
Dünən, 17:11
Paytaxta gətirilən yeni zibil qutusu yandı
Dünən, 17:09
"ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" - Amerikalı diplomat
Dünən, 17:03
Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
Dünən, 16:59
“20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
Dünən, 16:50
Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır - Əflatun Amaşov
Dünən, 16:45
Tanınmış jurnalistə vəzifə verildi
Dünən, 16:35
"Qırmızı Körpü" gömrük postunun işdən çıxarılan inspektoru barəsində cinayət işi başlanılıb
Dünən, 16:30
Eldar Əzizov hava şəraiti ilə əlaqədar Bakının icra başçılarına tapşırıqlar verib
Dünən, 16:17
Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq - “Azəriqaz”
Dünən, 16:16
“Dövlətə yük olan qurumların hamısı ləğv edilməlidir”
Dünən, 16:11
ABŞ-da qətlə yetirilən azərbaycanlının vətənə göndərilməsi üçün vəsait yığıldı
Dünən, 15:58
Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının işində "Hacı Vasif" ifadə verdi
Dünən, 15:54
“Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun” - ETSN-in sözçüsü
Dünən, 15:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru