Nazirlik sabah çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edib .....                     Adam öldürməkdə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib .....                     143 illik şərəfli tarix .....                     Bakıda qızlar saçyolduya çıxdılar .....                     “Sanksiyalara görə maaş verə bilmirik...” .....                     NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər .....                     "Birgə əməkdaşlıqla Azərbaycan və Türkiyə əleyhinə yazıların qarşısını ala bilərik" .....                     Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib .....                     Sayğac "ovuna" çıxmışdılar... .....                     Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar .....                     Həyətində narkotik tərkibli çətənə kolları becərən Astara sakini saxlanıldı .....                     Köçərli kəndində növbəti səyyar-qəbul görüş .....                     Erməni əsirlər azərbaycanlı girovlarla dəyişdirilə bilər .....                     Neftin qiyməti artıb .....                     Adnan Oktarın Azərbaycandakı “sağ əli” Elşad Miridir? .....                     ABŞ Türkiyəyə İrana görə 180 gün vaxt verdi .....                     Neftçalada partlayış baş verdi, .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     ““KİRS” şirkəti mənim hüquqlarımı kobudcasına pozub” .....                     Yeni nazirlər etimadı nə qədər doğruldur? .....                     Eks həmkarlarından "Qaçqınkom" sədrinə inanılmaz dəstək .....                     Ermənilərin növbəti hay-küyü nəyə hesablanıb? .....                     Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq .....                     Bakıda enerji verilişi bərpa olunub .....                     Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi... .....                     Elmi ad almış deputatlar: Kim hansı sahənin alimidir? .....                     "Ağlım kəsəndən özümə güclü olacaqsan və hamıya yaxşı baxacaqsan deyirdim" .....                     Pentaqon Ukraynaya 200 milyon dollar ayırıb .....                     Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır .....                     Salyanda kişi meyiti tapılıb .....                     “Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...” .....                     Bakıda yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib .....                     Azərbaycan daha çox BU ÖLKƏLƏRDƏN məhsul idxal edir .....                     Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib .....                     “Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et! .....                     Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb .....                     Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib .....                     Məktəbli oğlan sinif yoldaşını bina zirzəmisində zorladı .....                     Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib .....                     Tanınmış iş adamına qarşı sensasion ittihamlar .....                 

"Azadlıq olmayan yerdə yaradıcılıq yoxdur" - Baş redaktor medianın bu günündən danışdı
Tarix: 17-03-2018, 12:40 | Çap et
 "Azadlıq olmayan yerdə yaradıcılıq yoxdur"
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Respublikanın Əməkdar Jurnalisti, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi BiG.AZ saytının suallarını cavablandırıb.

Sözügedən müsahibəni oxucularımıza təqdim edirik.

-Mətbuatın bugünki durumunu necə qiymətləndirisiniz?

-Sabit ağır. Hətta çox ağır kimi qiymətləndirirəm.

-Səbəbləri nədir?

-Bunun bir çox səbəbləri var. Mən hər zaman belə bir sual olanda deyirəm ki, media üç hissədən, komponentdən ibarətdir: yaradıcılıq, istehsalat və kommersiya. Yaradıcılıq azadlığı sevir. Azadlıq olmayan yerdə yaradıcılıq yoxdur və yaxud da yarımçıqdır. İstehsalatın texnoloji və iqtisadi əsası olmalıdır. İqtisadi müstəqillik və ondan doğan iqtisadi inkişaf nəticəsində daha yaxşı informasiya toplamaq və ötürmək olar. Kommersiya isə azad rəqabət mühitində mümkündür. Əgər bunlardan biri yoxdursa və ya ən dəhşətlisi, heç biri yoxdursa medianın yaxşı vəziyyətindən, söz azadlığından söhbət gedə bilməz. Bizdə də, təəssüf ki, hər üç hissədə problemlər var. Bu baxımdan mən medianın vəziyyətini stabil ağır qiymətləndirirəm.

-Onlayn mediada reklam çöküşü mərhələsi başlayıb. Bunun başlıca səbəblərini nədə görürsünüz?

-Reklam liberal iqtisadiyyatı sevir. Dünya dövlətlərində, elə qardaş Türkiyədə böyük reklam şirkətləri var. Reklamın özü böyük bir sənayedir, özünün qaydaları var. Liberal əsaslar üzərində qurulmuş iqtisadiyat yoxdursa, reklamın da inkişafı zəif olacaq, ya heç olmayacaq. Şirkətlər zəyifləyəndə birinci kəsdikləri xərc maddəsi reklamla bağlı olur. Hərçənd, reklamla bağlı dünya təcrübəsində belə bir prinsip var ki, böhrana həm də bir fürsət kimi baxırlar. Çünki böhranda çox şirkətlər öz mövqeyini itirir. İşini daha yaxşı quran və daha yaxşı, kreativ ideaları, perspektivli biznes layihələri olan şirkətlərin önə çıxmaq imkanları olur. Böhran heç də hər zaman pis deyil. Yəni bundan da bir çıxış yolu tapmaq olur. Bizdə də böhranin yaşanması reklamı azaldır. Üstəlik də reklam üzərində sağlam olmayan rəqabət gedir. Ölkəmizdə şəxsi əlaqələrdən istifadə edib reklamı özünə çəkən media orqanları var. Bu daha çox dövlət media orqanlarına aiddir. Bundan əlavə olaraq başqa media orqanlarını yaşatmaq üçün onlara reklamlar yönəldilir. Əsasən də, telekanallara. Cəmiyyətdə müəyyən qədər öz müstəqil mövqeyini qoruyub saxlamağa çalışan media orqanlarının reklam əldə etmə imkanları məhdudlaşıb. Bizim ölkəmizdə reklam bazarı getdikcə qısıtlanır. Bizim özümüzün də reklam gəlirlərimiz 3 dəfəyə qədər azalıb, simvolik rəqəmə çatıb. Bir çox şirkətlər başqa səbəblərə görə də reklam verirlər. Məsələn, hansısa şirkətə qarşı sayt tənqidi yazı yazır. Şirkət də o saytı öz tərəfinə çəkmək üçün reklam verir. Bu da qeyri-bərabər rəqabətə səbəb olur. Halbuki reklam iqtisadiyyatın qan damarıdır. Təəssüf Azərbaycanda bu sahədə problemlər var. Bizdən də kiçik dövlətlərə baxsaq, görərik ki, reklam bazarı bizdən daha çox inkişaf edib.

-Reklam bazarının çöküşü hökumət tərəfindən saytlara müəyyən dəstəyin verilməsi məsələsini gündəmə gətirir. Bəzi media kapitanları bunu “KİV haqqında” qanuna zidd hesab edir. Sizcə, hökumətdən dəstək almaq medianı hökumət qarşısında boynuyüklü etmirmi?

-Bu ayrılacaq maliyyənin məqsədindən və formasından aslıdır. Bir zamanlar belə bir söhbət var idi ki, reklamı yönəltmək üçün struktur qurulsun. Dövlət qurumlarının, şirkətlərin, komitələrin özlərinin elanı və reklamı olur. Universitetlər də reklam verirlər. Sosial reklam çarxları hazırlanır. Səhiyyə, yanğından mühafizə, uşaqlar və s haqqında sosial reklam çarxları hazırlanır. Ümumiyyətlə, sosial reklam çarxlarını mediyaya ötürmək üçün struktur yaradılması fikri irəli sürüldü. Pulun verilməsi müstəqilliyin əlindən alınmasıdırmı? Doğrusu, kim müstəqilliyini azaltmaq istəyirsə, azaldacaq. Sadəcə, bilmək lazımdır ki, maliyyə hansı mexanizmlə veriləcək. Saytlara dövlət tərəfindən maliyyə yardımının ayrılması təcrübəsinin başqa dövlətdə olub-olmamasını bilmirəm. Əslində tərtəmiz anlamda dünyada müstəqil media orqanı yoxdur. Tutaq ki, Avropada və Amerikada media orqanları hansısa şirkətlərdən aslıdır. Türkiyədə media orqanları böyük holdinqlərin tərkibində olur. Təkcə dövlətdən asılılıqqdan söhbət getmir. Avropada da elə media var ki, dövlətdən deyil, hansısa kopporativ strukturların maraqlarını nəzərə alır. Maliyyə mənbələrinin şəffaflığı və media orqanlarının öz idealarına sadiqliyi önəmlidir. Mən təbii ki, əvvəlcədən deyə bilmərəm vəziyyət necə olacaq. Medianın azadlığını əlindən tam almaq mümkün deyil. Çünki bu gün internet əsridir. Sosial şəbəkələr var. Kimsə hardasa yazacaq. Media ona görə lazımdır ki, hər hansı hadisə haqda məlumatı peşəkarlıqla hazırlasın; bilirsiniz ki, bu gün vətəndaş jurnalistikası yaranıb. Əlbəttə, onlayn media maliyyə yardımına görə öz müstəqilliyindən vaz keçməz. Amma müəyyən qaydaları qorumaq lazımdır.

-“KİV haqqında” qanunun 6 cı maddəsinin birinci bəndində belə deyilir: Kütləvi informasiya vasitələri qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər. Qanunla qadağan olunmuş mənbələr deyərkən hansı mənbələr nəzərdə tutulur?

-Xaricdən maliyyələşən media orqanı Azərbaycanda fəaliyyət göstərə bilməz. Düzdür, xarici media orqanlarının Azərbaycan filialları var. Əlbbətə, onlar Azərbaycan qanunları ilə fəaliyyət göstərir. Xaricdən şirkətin və ya fiziki şəxsin öz hesabına Azərbaycanda media orqanı təsis etməsi qadağan edilib. Bundan əlavə dini radikal qüvvələrin və terror dəstəkləyən, maliyyələşdirən qurum və şəxslərin media yaradıb Azərbaycan əleyhinə hansısa bir fəaliyyət göstərməsi təhlükəlidir. Bunlar qanunlarda əksini tapıb. Əlbəttə, media sahəsinə böyük və düzgün sərmayə lazımdır. Bizdə media orqanları çoxdur. Düşünürəm ki, bu media orqanarları arasında rəqabət yaratmaq lazımdır. Bu gün saytların inkişafı üçün sərmayə lazımdır. Yəni bu sahəyə biznes kimi baxılsa, yanaşma dəyişsə, durum tamam başqa olacaq.

-Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Jurnalistlərinin 7-ci qurultayında belə dolayısı yolla qurultay iştirakçılarının diqqətinə bir fikir çatdırdı: Ev alırsınız amma ölkəmizə qarşı yönəlmiş çirkin qarayaxma kampaniyasına qarşı özünüzü məsuliyyət altına vermirsiniz, həmin şəxslərə, yaxud həmin qruplaşmaya adekvat cavablar vermirsiniz. Həmçinin Əli Həsənov bütün qurultay iştirakçısı olan media kapitanlarını birliyə və həmin çirkin qarayaxma kampaniya aparan insanlara qarşı həmrəy olmağa çağırdı. Sizcə bu media kapitanlarına deyilməli idimi? Bu tapşırıq verilməli idimi? Bu tapşırıqdan belə nəticəyə gəlmək olar ki Azərbaycan mediasının böyük hissəsi bu qarayaxma kampaniyasına qarşı mübarizə aparmırmış... Yaxud da layiqincə aparmırmış?

-Mən hesab edirəm ki, dövlət, cəmiyyət əleyhinə hansısa kampaniya varsa, buna müsasibət bildirilməlidir. Bununla bağlı dəfələrlə öz fikrimi bildirmişəm. Hər zaman öz mövqeyimizi bildirmişik. Bildirməyə də davam edəcəyik. Əlbəttə, o fikirlə razıyam ki, media dövlət əleyhinə kampaniyalara seyrçi qalmamalıdır. Ən azı bu, media üçün mövzudur.

-Bütün dünya mediasını, belə desək, cənginə almış "sarı jurnalistika", "sarı mətbuat" Azərbaycanda niyə rişxəndlə, ironiya ilə qarşılanır? Bu haqda nə deyə bilərsiniz?

-İnformasiya elə əmtəədir ki, onun hər cürü olacaq. Sarı dediyiniz mətbuatın da özünün auditoriyası var. Onları alçatmaq da düzgün deyil. Zövqü bizdən fərqli ola bilər. Bilirsiniz, medianın özünün informasiya vermək, interpretasiya etmək, maarifləndirmək və əyləndirmək kimi fünksiyaları var. Hansısa media orqanı işini daha çox xəbər vermək üzərində qurur. Kimsə daha çox analtikaya üstünlük verir. Bəzi media orqanları isə işini əyləncəyə kökləyir, belə formalaşdırır. Misal üçün, bu gün televiziyalarımızda publisistik, maarifləndirici verilişlər, demək olar ki, yoxdur. Ancaq müğənnilər, aktyorlar, hansısa ağlaşma verilişləri üstünlük edir. Eləcə də, sarı mətbuat da var. O öz işini qanun və əxlaq çərçivəsində görürsə. a ironiya ilə yanaşmaqda düzgün deyil.

-Millət vəkili Aqil Abbasın təklifini (jurnalistlərə mətbuat kartının Mətbuat Şurası tərəfindən verilməsi) dəstəkləyirsinizmi? Bəzi media nümayəndələri buna qarşı çıxır, daha dəqiq desək, bunu “reket jurnalistika” ilə mübarizə kimi yox, müstəqil media orqanlarına təzyiq-təsir kimi, jurnalistikada inhisar yaratmaq, ölkə mediasını Mətbuat Şurasından asılı vəziyyətə salmaq kimi qiymətləndirirlər. Bu haqda nə deyə bilərsiniz?

-Aqil Abbasın fikirləri hər zaman çox müzakirə olunur, bəzən də tənqid olunur. Bildiyim qədər, redaksiyaların vəsiqə vermək fünksiyası əllərindən alınmayacaq. Düzünü deyim, bu təklifin necə reallaşacağını mən bilmirəm. Məsələ Mətbuat Şurasında müzakirə olunacaq. Redaksiyaların reaksiyasını bir qədər tələsmiş hesab edirəm. Bir çox redaksiyaların vəsiqələrlə hansı işlər gördüyü hamıya bəllidir. Yol polisinə göstərmək üçün də vəsiqələr satılır. Əlbəttə, bu, medianın adına ləkədir. Bu mənfi halların qarşısının alınması üçün bir çox fikirlər səsləndirilir. Bunlardan biri də vahid jurnalistika vəsiqələrinin verilməsi ilə bağlıdır. Belə vahid kartların verilməsi dünyada da, Türkiyədə də var. Qurultayda belə bir çıxış da oldu ki, hər bir redaksiya özü əməkdaşlarına vəsiqə verilməsi üçün Mətbuat Şurasına müraciət edəcək və bu zaman da lazım olan sənədləri təqdim etməli olacaqlar. İşçilərin əmək müqaviləsini, vergi orqanlarından sənədlər təqdim edəcəklər. Əlbəttə, bu formal baxımdan jurnalistlərin xeyirinə olan tələblərdir. İşəgötürənlər əmək müqaviləsi bağlamağa məcbur olacaq. Həmin vəsiqələr də dövlət qurumlarında daha keçərli olacaq. Bəzən elə olur ki, hansısa mətbu orqanın vəsiqəsini qəbul etmirlər. Normal deyil. Ancaq reallıq belədir. Bəzən də saxta vəsiqələr olur. Məncə, Mətbuat Şurası bu gün də vəsiqə verir. Yəni mahiyyətcə, yeni məsələ deyil. Bunda pis bir şey axtarmağa tələsmək də bəlkə doğru deyil. Hər bir halda bu məsələ Mətbuat Şurasında müzakirə olunacaq.

-Dünya mediasında və nəhəng çap mətbuatında rezonans yaradacaq araşdırmalara rast gəlirik. Bəzən həmin araşdırmalar aylarla səngimək bilməyən müzakirələrə səbəb olur. Azərbaycan mətbuatında isə belə araşdırmalar demək olar ki, yoxdur. Sizcə bu "Azərbaycan mediası gündəmə” işləyir" fikrini deməyə əsas verirmi?

-Gündəmi, əlbəttə, izləmək lazımdır. Cəmiyyətə düzgün məlumat vermək üçün gündəlik baş verən hadisələr izlənilməlidir. Ancaq haqlısınız. Jurnalistin özü də gündəm yaratmalıdır. Gündəmin içərisində yeni bir gündəm də yaratmaq olar. Yaxud da gündəmdən kənar elə bir araşdırma və faktlar ortaya çıxarmaq olar ki, gündəm olan hadisəni arxada qoya bilər. Əsası qeyri əsasdan ayırmaq lazımdır. Təəssüf ki, bəzən biz əsası ayırd edə bilmirik. Bu da jurnalistika məktəbinin zəif olması ilə bağlıdır. Qurultayda bununla bağlı fikirlər səsləndirildi. Jurnalistika Sənətkarlığı İnstitutu yaradılması fikri irəli sürüldü. Bu, reallaşsa yaxşı olar, təcrübəli insanlar bu işə cəlb olunmalıdır. Məsələn, Arif Əliyev, Etibar Babayev, Zeynal Məmmədli, Qulu Məhərrəmli, Elçin Şıxlı və başqa belə insanlar bu işə cəlb edilsə, öz təcrübələrini paylaşsa yaxşı olar. Yeni texnologiyalar inkişaf edir. Bəzən gənc mütəxəsisilərin də təcrübəsinə ehtiyac duyulur.

-Bahəddin bəy yəqin razılaşarsınız, parta arxasında oturmaqla jurnalist olmaq mümkün deyil. Bütün fakültələrdə olduğu kimi jurnalistika fakültəsində oxuyanlar da cəmi 1 ay praktika keçir. Bununla bağlı fikirlərinizi öyrənmək olar? Praktika vaxtını uzatmaq olar?

-Məncə, bu yerinə düşən təklifdir. Öz fəaliyyətim dövründə çalışacam ki, bu məsələni də gündəmə gətirim. Başqa həmkarlarımız da bu problemlə bağlı fikirlərini irəli sürüb. Redaksiyalar da aktiv olmalıdır. Bizim redaksiyamıza iki tələbə gəlir. Onlarla məşğul oluruq. Sevinərəm ki, təcrübələrimi bölüşə bilirəm. Bizim bütün redaksiyalarımız aktiv olsa, təcrübələrini bölsələr mediyamız üçün yaxşı olur.

-Çap mediasınınn bu günki durumunu necə qiymətləndirirsiniz? Çap mediasında hansı problemlər mövcuddur?

-Bu gün onlayn media çap mediasını arxada qoyması ilə bağlı fikirlərlə razıyam. Faktlar və nəticələr də bu fikrin doğruluğunu sübut edir. Xəbərin ötürlməsində elektron media daha operativdir. İnformasiyanın vacib elementləri var. Dəqiqlik, operativlik, doğruluq, obyektivlik, yenilik. İnformasiya nə? nə zaman? harda? suallarına cavab verməlidir. Operativlik informsiyanın əsas prinsiblərindəndir. Amma hamısı deyil. Yəni sən operativ xəbər verə bilərsən, amma bu xəbər yalnış daola bilər. Hamıdan tez yarımçıq xəbər verdin, hamı oxudu. Amma dəqiqlik, dolğunluq, obyektivlik, yenilik kimi prinsiplər qaldı qıraqda. Bununla da cəmiyyətə yalnış informasiya vermiş olursan. Çap mediasının xəbərə münasibəti başqadır. Çap mediasınınn sıradan çıxacağı haqqında fikirlər doğru deyil. Bu gün elektron medianın inkişaf etdiyi dövrdə çap mətbuatı öz mövqeyini qoruyub saxlaya bilər. Bizə lazımdır ki, araşdırma və təhlil olsun. Yayım sistemi düzgün qurulsa, reklam bazarı olsa, yaradıcılıq azadlığı olsa, çap mediası öz yerini və rolunu saxlayar.

-Çap mediasında maliyyə problemi varmı?

-Çap mediası müxtəlif mənbələrdən maliyyələşir. Dünya təcrübəsinə baxsaq, gəlirlərin 70 faizi reklamdan gəlir. Türkiyədə və bir çox ölkələrdə trajını qismən və yüz faizi pulsuz paylayan qəzetlər var. Satışdan qazanc əldə etməyi düşünmürlər. Onların gəliri reklamlardan olur. Onlarda azad iqtisadiyyat olduğuna görə reklam bazarı inkişaf edib. Media orqanının etibarlılıq prinsipi də önəmlidir. Elə etibarsız media orqanı ola bilər ki, izlənmə sayı çoxdur. Amma bu cür media orqanlarda reklam effektsiz ola bilər. Bizdə maliyyə probleminin həll edilməsi üçün liberal reklam bazarı qurulmaldır. Reklam düzgün formada idarə olunmalıdır. Bir çox ölkələrdə qəzet və kitab oxumaq vərdişləri bizdən fərqlidir. Tutaq ki, Kiyevdə, Moskvada metroya girəndə görürsən ki, hər kəs kitab, qəzet-jurnal oxuyur. Amma bizdə hamı telefonla oynayır. O cəmiyyətlər oxumağa meyillidir deyə çap mediası da öz rolunu saxlayır. Həm də bizdəki kimi yayım sistemi dağılmayıb. Əksinə daha da inkişaf edib..

-Mətbuatda istinadla bağlı problemlər var. Bununla bağlı hətta Mətbuat Şurasının qurultayında da danışıldı. Hətta istinadsız xəbər verən mətbuat orqanlarının 3000 manat cərmələnməsi fikri də söyləndi Bu cür cərmələrlə istinad problemini aradan qaldırmaq mümkündürmü?

-İstinad etməmək bəzən diqqətsizlikdən də ola bilir. Ümumiyyətlə, bu məsələ KİV haqqında qanunlarla və peşə etiqası kodeksi ilə tənzimlənir. İstinadsız xəbər yaymaq həm qanuna ziddir həm də peşə etikasına.Bu təkliflə tanış deyiləm. Görünür, bu təklifi verənlər düşünür ki, sözlə, ictimai qınaqla bu problemi həll etmək olmursa cərimələr tətbiq etmək lazımdır və bu cür yollarla jurnalist əməyinin mənimsənilməsinin qarşısını almaq olar. Bu təklif qəbul olunacaq ya yox – bilmirəm. Ümumiyyətlə, başqasının əmlakını icazəsiz götürmək necə pis əməldirsə, xəbəri də istinadsız götürmək bir o qədər yanlışdır. Hansısa formada qaydalar tətbiq olunmalıdır ki, jurnalistlər bir-birinin əməyini asanlıqla mənimsəməsinlər. Bu, ən azı insafsızlıqdır.

-Bir çox jurnalistlər dövlət qurumlarının sorğularının cavalandırmamasından şikayyətçidir. Jurnalist dəfələrlə sorğu göndərir. Cavab gəlmədikdə əlindəki informasiyanı vermək məcburiyyətində qalır. Bununla bağlı nə deyə bilərsiniz?

-Bir çox hallarda hər kəs günahı jurnalistin üzərinə atır. Jurnalist müsahibə alan zaman müsahib səs-küyə səbəb olacaq söz deyir. Ona təzyiq olan kimi deyir ki, jurnalist fikrimi təhrif edib. Ümumiyyətlə, bütün yayılan informasiyaların məsuliyyətini jurnalistin üzərinə atmaq insafsızlıqdır. Dövlət qurumlarının mətbuat xidmətləri yerində olsa, bu kimi problemlər yaranmaz. Monitorinqlər zamanı ortaya çıxır ki, dövlət qurumlarının və dövlət şirkətlərinin saytlarında yenilənmələr operativ olmur. Dövlət qurumlarının mətbuat xidmətinə zəng vuranda jurnalistə vaxtında və operativ məlumat verilmir. Hətta jurnalistin sorğusu bəzən, ümumiyyətlə, cavablandırılmır. Sorğulara gec cavab verilir. Xəbəri zamanında vermək lazımdır ki, vaxtında yaymaq olsun. Bəzən dövlət qurumları bizə deyir ki, rəsmi mövqe öyrənmədən niyə informasiyanı yaymısınız? Amma jurnalist rəsmi mövqe almaq üçün dəfələrlə cəhd edib. Hər bir informasiyaya vaxtında reaksiya vermək lazımdır. Məsələn, bəzi həmkarlarımız da gileylənir ki, Müdafiə Nazirliyinin mətbuat xidməti bəzən yayılan informasiyaya reaksiya verməkdə gecikir. Bu yaxınlarda müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevlə baş redaktorların görüşü olmuşdu. Orda da əsgər ölümü və sair ilə bağlı bu məsələ qaldırıldı. Düzdür, əsgər ölümü ilə bağlı hadisələr, şükür ki, azalıb. Biz istərdik ki, heç belə hadisə olmasın, biz də yazası olmayaq. Ancaq erməni saytlarında belə informasiyaların daha tez getməsi bizim əleyhimizədir. Özümüz informasiyanı vaxtında yaymalıyıq. Biz bu məsələni qaldıranda bildirilidi ki, ölüm halları araşdırmalıdır, ona görə gec informasiya verilir. Təbii ki, Müdafiə Nazirliyi araşdırmalıdır. Mən hesab edirəm ki, araşdırmanın özü çox gecikir. Hadisə baş verən zaman tez araşdırılıb məlumat verilməlidir ki, düşmən mətbuatı şişirdib cəmiyyətə yalnış xəbər ötürməsin. Problemlər informasiyaların dəqiq və operativ ötürülməməsindən yaranır. Biz jurnalistlər istəyirik ki, dövlətin mətbuat xidmətləri operativ işləsinlər və saytların tez-tez yeniləsinlər. Jurnalistlər üçün info turlar və açıq qapı günləri təşkil edilməlidir. Amma biz son zamanlar görür ki, dövlət qurumları yalnız bir qrup jurnalistləri tədbirlərinə dəvət edirlər. Amma belə olmamalıdır. Tez-tez mətbuat konfransları keçirməlidirlər. Ayda bir dəfə nazir və yaxud da müavini jurnalistlərin suallarını cavablandırmalıdırlar. Yəni bütün məsuliyyəti jurnalistlərin üzərinə atmaq ən azı insafsızlıqdır.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik sabah çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyə edib
Dünən, 13:32
Adam öldürməkdə təqsirləndirilən "Riyad" Mühafizə Xidmətinin keçmiş əməkdaşı məhkəmədə özünü təqsirli bilməyib
Dünən, 13:30
143 illik şərəfli tarix - "Mətbuat millətin inkişaf tarixində təkanverici mərhələdir”
Dünən, 13:25
Bakıda qızlar saçyolduya çıxdılar - “Aysberq” istirahət mərkəzində (VİDEO)
Dünən, 13:22
“Sanksiyalara görə maaş verə bilmirik...” - Mənsimovun müavini
Dünən, 13:20
NATO və Avropa İttifaqı Azərbaycanın modernləşməsi prosesinə töhfə verməlidirlər - "Jerusalem Post"
Dünən, 13:09
"Birgə əməkdaşlıqla Azərbaycan və Türkiyə əleyhinə yazıların qarşısını ala bilərik" - PA rəsmisi
Dünən, 13:06
Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib - Tərtərdə
Dünən, 13:04
Sayğac "ovuna" çıxmışdılar... - İsti izlərlə yaxalandılar
Dünən, 13:01
Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Dünən, 13:00
Həyətində narkotik tərkibli çətənə kolları becərən Astara sakini saxlanıldı - FOTO
Dünən, 12:58
Köçərli kəndində növbəti səyyar-qəbul görüş
Dünən, 12:54
Erməni əsirlər azərbaycanlı girovlarla dəyişdirilə bilər - VİDEO
Dünən, 10:15
Neftin qiyməti artıb
Dünən, 10:13
Adnan Oktarın Azərbaycandakı “sağ əli” Elşad Miridir? - VİDEO
Dünən, 10:11
ABŞ Türkiyəyə İrana görə 180 gün vaxt verdi
Dünən, 10:08
Neftçalada partlayış baş verdi, 37 yaşlı kişi dünyasını dəyişdi
Dünən, 10:06
Cəbhə xəttində erməni təxribatı davam edir
Dünən, 10:04
““KİRS” şirkəti mənim hüquqlarımı kobudcasına pozub” - GİLEY
Dünən, 09:59
Yeni nazirlər etimadı nə qədər doğruldur? - ARAŞDIRMA
Dünən, 09:52
Eks həmkarlarından "Qaçqınkom" sədrinə inanılmaz dəstək - "Evlərin verilməsində nə qədər haqsızlıqlar var idi..."
Dünən, 09:48
Fədayə Laçının cinayət işi məhkəməyə göndərilib
Dünən, 09:45
Ermənilərin növbəti hay-küyü nəyə hesablanıb? - Rus qoşunları Gümrüdən çıxsa...
Dünən, 09:42
Sarkisyanın şəxsi cangüdəni 2 mln. dollar girov müqabilində azadlığa buraxılacaq
Dünən, 09:40
Məmmədbağır Bağırzadə ilə bağlı şok fakt: - “Ailəsi Fəxri Xiyabanda dəfn etməyə qoymadı”
Dünən, 09:38
Bakıda enerji verilişi bərpa olunub - "Azərişıq"
Dünən, 09:35
Mattarellanın Bakı səfərindən dərhal sonra Əliyevin gedişi... - TƏHLİL
Dünən, 09:34
Elmi ad almış deputatlar: Kim hansı sahənin alimidir? - SİYAHI
Dünən, 09:31
"Ağlım kəsəndən özümə güclü olacaqsan və hamıya yaxşı baxacaqsan deyirdim"
Dünən, 09:30
Pentaqon Ukraynaya 200 milyon dollar ayırıb
Dünən, 09:25
Paşinyan üçün 3 yol – ikisi Moskvaya, biri Bakıya aparır - TƏHLİL
Dünən, 09:25
Salyanda kişi meyiti tapılıb
Dünən, 09:23
“Son fəaliyyəti daha iyrənc idi, İslamı gözdən salmaqla məşğul idi...” - deputat
Dünən, 09:23
Bakıda yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd göstərib
Dünən, 09:20
Azərbaycan daha çox BU ÖLKƏLƏRDƏN məhsul idxal edir
Dünən, 09:19
Təhsil Nazirliyinin kollegiyası müəyyənləşdirilib
Dünən, 09:18
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
Dünən, 09:17
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Dünən, 09:15
Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib - VİDEO
Dünən, 09:13
Məktəbli oğlan sinif yoldaşını bina zirzəmisində zorladı — ŞOK HADİSƏNİN TƏFƏRRÜATLARI
20-07-2018, 18:11
Prezident İlham Əliyev Belçikalıların Kralını təbrik edib
20-07-2018, 18:08
Tanınmış iş adamına qarşı sensasion ittihamlar - "6-7 aydan sonra bu iddia həllini tapmadığı üçün..."
20-07-2018, 18:04
"Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır" - DİN-in tədbirindən
20-07-2018, 17:59
İsrail ərəb dilinin statusunu ləğv etdi
20-07-2018, 17:55
Nazpəri Dostəliyeva necə "fəlsəfə doktoru omasından" DANIŞDI: - “Maraqlı faktlar...”
20-07-2018, 17:46
"Bir kişi qısa ətəkli xanıma baxmırsa, onun problemi var" - 56 yaşlı azərbaycanlı müğənni
20-07-2018, 17:37
Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
20-07-2018, 17:23
Belarusun Ermənistandakı fəxri konsulunun evi yarıldı
20-07-2018, 17:19
“ Mənimlə bir gecəyə yarım milyon verirdi” - Humay Muxtarova
20-07-2018, 17:01
Azərbaycan və Fransa prezidentləri arasında görüş olub
20-07-2018, 16:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru