İrəvanda terror hücumunun qarşısı alınıb .....                     "Çox istərdim ki, Türkiyə universitetləri..." .....                     Yeni baş nazir hansı müavinlərlə işləyəcək? .....                     Novruz Məmmədov Azərbaycanın Baş naziri təyin edilib .....                     Yeni gənclər və idman naziri kim olacaq? .....                     Türkiyə məhv edilən terrorçuların sayını açıqladı .....                     Şərəfli xidmət yolu .....                     Yerevanda saxlanılan nümayişçilərin sayı 62-ə çatıb .....                     "Vacib və ehtiyac olan sahələrdə islahatlar aparılacaq" .....                     Siyavuş Novruzov yeni baş naziri .....                     Saakaşvilidən Sərkisyana: .....                     Sığorta şirkəti Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib .....                     Sabah gözlənilən hava şəraiti açıqlanıb .....                     "Bundan sonra başqa formada işləməyə başlayacağam" .....                     Parlament yeni baş naziri təsdiqlədi .....                     Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb .....                     Milli Məclisin sədri Prezident İlham Əliyevə fəaliyyətində .....                     Səttar Möhbalıyevə ağır itki .....                     Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb .....                     Novruz Məmmədov Milli Məclisə gəldi .....                     Paşinyan etirazçılara müraciət etdi: .....                     Sabunçuda maskalı şəxslər evə basqın edib .....                     Azərbaycan neftinin qiyməti 75 dollara düşüb .....                     Bakı meri Azad Rəhimov olacaq .....                     Türkiyə və Azərbaycan müxalifətinin fərqi .....                     Putin Avropaya gedir .....                     Tovuzda BÖYÜK KORRUPSİYA .....                     Özünü spikerə bənzədən Müşfiq Tükanov kimdir? .....                     AŞPA-nın yaz sessiyasında Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti müzakirə olunacaq .....                     Hazırda vəzifə başında olan nazirlərimizin neçə yaşı var? .....                     Azərbaycanın yeni baş naziri bəlli oldu .....                     Baş nazir postu ilə vidalaşan Artur Rasi-zadənin .....                     Türkiyənin qərarının ardınca Jirinovskidən təklif .....                     Ermənistanı “rəngləyən” hansı qüvvədir .....                     “Zorlanan qız oğlanla restorana gedər?” .....                     Sərkisyanın qazandığı sülh “təcrübəsi” .....                     “Mənzil varsa, onun alqı-satqısı da var” .....                     Dövlət Departamenti Rusiya, İran və Çini `qeyri-sabitlik ölkələri` adlandırıb .....                     "Əməkdar müəllim"in şikayəti əsasında məhkəmə başlayıb .....                     Dünyada “ticarət müharibəsi” səngimir: uduzan kim olacaq... .....                 

Qızına 400 minlik toy edən belə davam edəcəksə... - Vətəndaşlar da liftdə qalmağa davam edəcək...
Tarix: 17-03-2018, 11:27 | Çap et
Qızına 400 minlik toy edən belə davam edəcəksə...
Mart ayı başlayandan Bakıda 3 nəfər sakin liftdə qalıb. Sonuncu olaraq martın 13-də Yasamal rayonunda 2 nəfər qəfildən dayanan liftdə qalıblar. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək edib, xəsarət alan olmayıb.

Lakin bu hadisə nə ilk, nə də son deyil. İnternetdə axtarış verdikdə ilin bütün aylarında Bakıda bir neçə nəfərin liftdə qalması ilə bağlı xəbərlərə rast gəlirik. Problem media tərəfindən dəfələrlə işıqlandırılıb. İctimaiyyətdə, sosial şəbəkələrdə də bununla bağlı müzakirələr səngimir. Ancaq görünən budur ki, Bakıda köhnə liftlər tamamilə dəyişdirilməyincə, problem öz həllini tapmayacaq.

Onu da qeyd edək ki, hazırda Bakıda köhnə liftlər əsasən sovet dövründə inşa edilən 9 mərtəbəli binalardadır. 5 mərtəbəli binaların əksəriyyətində lift quraşdırılmayıb. Yeni binalarda quraşdırılan liftlər isə müasirdir və az hallarda problemləri ortaya çıxır. Ümumilikdə rəsmi statistikaya görə, Bakıda 5200-dən çox köhnə lift var. Bu liftlərin bərpa edilməsi, təmiri ilə bağlı dövlət tərəfindən kifayət qədər vəsait ayrılıb. Lakin bir çox yerlərdə bu vəsait təyinatı üzrə xərclənməyib. Bunu deməyə liftlərin hazırkı vəziyyəti əsas verir.

2008-ci ildə Prezident İlham Əliyev şəhər və rayon mərkəzlərində olan binalarda liftlərin maddi texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalamışdı. Bu sərəncama əsasən şəhər, rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpası üçün Prezident Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılmışdı. Növbəti illərdə də ölkə başçısı ölkə ərazisində lift təsərrüfatının yenilənməsi üçün vəsaitlər ayırıb.

Bəs liftlərin hazırkı durumu nədir?

“Yeni Müsavat”ın əməkdaşı şəhərdə bir sıra 9 mərtəbəli binada olub, liftlərin vəziyyəti ilə maraqlanıb.

Müşahidə etdik ki, bəzi liftlərin düymələri, qapıları dəyişdirilib. Düymələr yeni olsa da liftlərin çoxu heç də bütün mərtəbələrə qalxmır. Səbəb isə yuxarı mərtəbələrin bəzilərinin qapılarında olan nasazlıqdır. Liftlərin heç birində təhlükəli hal yaranan zaman istifadə olunan çağırış düyməsi işləmir. Əgər liftdə qalırsansa ya mobil telefonla kiməsə zəng etməlisən ya da pilləkənlə kiminsə çıxmasını gözləyib, ondan kömək istəməlisən. Söhbət etdiyimiz sakinlər bildirdilər ki, hər ay lift pulunu ödəyirlər. Lakin bu qurğuların işləməsindən heç də yazı deyillər: “Hər ay bizdə 1 manat alırlar ki, lift puludur. Ancaq liftlərdə demək olar ki, hər həftə problem çıxır. Problem olan zaman ustanın nömrəsini götürmüşük. Ona zəng edirik, gəlib düzəldirlər. Camaat liftin xarab olmasından qorxub çox zaman yuxarı mərtəbələrə pilləkən vasitəsilə qalxırlar”, -deyə söhbət etdiyimiz sakinlər bildirdilər.

Müşahidə etdik ki, bəzi binalarda liftlər yenilənib. Lakin sakinlər söylədilər ki, elə ən çox problem yenilənən liftlərdə çıxır:

“Binada bəzi bloklara yeni lift adı ilə 6-7 ilin işlənmiş liftlərini gətirib quraşdırıblar. Elə ən çox problemlər də bu liftlərdə çıxır. Liftlərin içərisi də təmizlənmir. Qış aylarında palçıqdan liftə girmək olmur”.

Təbii olaraq, liftlərin heç birinin içərisində təhlükəsizlik kameraları da yoxdur. Halbuki xarici ölkələrdə əksər liftlərdə təhlükəsizlik məqsədilə bu cür kameralar mövcuddur...

Bəzi 9 mərtəbələrin girişində rəqəmsal kilidlər quraşdırılıb. Sakinlər söylədilər ki, qapıları da, kilidləri də öz vəsaitləri hesabına qoyublar. Bildirdilər ki, bu qapıları qoymaqda əsas məqsədləri kənar şəxslərin binanın girişinə daxil olub, liftin içini zibilləməməsidir. Yeni binalarda isə hər hansı bir liftdə natəmizlik və ya nasazlıq müşahidə etmədik.

Bakıda lift probleminin həlli üçün hansı addımlar atılmalıdır? Nə üçün illərdir ki, bu məsələ öz həllini tapmır?

“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli söyləyib ki, əslində bu məsələdə kifayət qədər qarışıqlıq yaranıb:

“Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan Lift idarəsi var ki, bu idarə icra hakimiyyətinin balansında olan bütün binalara cavabdehdir. Sadəcə olaraq burada kifayət qədər ciddi qarışıqlıq yaranıb. Belə ki, yeni binalar tikildikdən sonra bu tikililərin özləri məsələni həll etdilər. Həm kooperativlər, həm də tikintinin təminatını öz üzərinə götürən şirkətlər daha keyfiyyətli xidmətlər verməyə başladılar. Nəticədə isə Bakı Lift İdarəsinin həm idarəçiliyində ciddi problemlərin olması, həm də texniki təminatının zəifliyi, qeyri-operativlik sovetdən qalma binalarda lift problemini bu günə qədər uzatdı. Hətta bu, bu günün də problemi deyil. Sovet dönəmində ”Mozalan" satirik jurnalında ən çox işıqlandırılan mövzulardan biri də Bakıdakı liftlərin pis işləməsi idi. Bu sahədə ciddi korrupsiya faktları da tez-tez mətbuat tərəfindən işıqlandırılıb. Bütün bunların nəticəsidir ki, Bakıda köhnə binalarda liftlər acınacaqlı vəziyyətdədir. Hesab edirəm ki, artıq bu işin özəl sektora verilməsinin vaxtı çatıb. Ona görə də yeni tikililəri misal çəkdim ki, onlarda bu kimi problemlər çox nadirən baş verir. Problem olan zaman da şirkətin işçiləri bunu dərhal həll edirlər. Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan binalarda isə məsuliyyət yoxdur. Vaxtlı-vaxtında kimin xidmət göstərməli olduğu bilinmir. Ona görə də camaat lift pulunu vaxtında vermir. Çünki tez-tez problemlə üzləşirlər. Bu hal eyni zamanda zəncirvari problem yaradır. İnsanlar pul vermək istəmirlər, pul olmadığı üçün də lift idarələri yaxşı xidmət göstərmirlər. Ona görə də bunun özəl şirkətlər verilməsi, icra hakimiyyəti ilə özəl şirkətlərin müqavilə əsasında bu məsələləri öz yoluna qoyması hesab edirəm ki, bu sahəyə rəqabət də gətirər, vətəndaşlar üçün də faydalı olar".







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvanda terror hücumunun qarşısı alınıb
Bu gün, 15:02
"Çox istərdim ki, Türkiyə universitetləri..." - Sona Vəliyeva
Bu gün, 14:58
Yeni baş nazir hansı müavinlərlə işləyəcək?
Bu gün, 14:55
Novruz Məmmədov Azərbaycanın Baş naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:52
Yeni gənclər və idman naziri kim olacaq? - İKİ ŞANSLI NAMİZƏD
Bu gün, 14:50
Türkiyə məhv edilən terrorçuların sayını açıqladı
Bu gün, 14:48
Şərəfli xidmət yolu
Bu gün, 14:44
Yerevanda saxlanılan nümayişçilərin sayı 62-ə çatıb
Bu gün, 14:42
"Vacib və ehtiyac olan sahələrdə islahatlar aparılacaq" - Baş nazir
Bu gün, 12:34
Siyavuş Novruzov yeni baş naziri TƏRİFLƏDİ
Bu gün, 12:33
Saakaşvilidən Sərkisyana: - Moskvanı az imitasiya et
Bu gün, 12:31
Sığorta şirkəti Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib
Bu gün, 12:27
Sabah gözlənilən hava şəraiti açıqlanıb - Belə deyirlər...
Bu gün, 12:22
"Bundan sonra başqa formada işləməyə başlayacağam" - Azərbaycanın yeni baş naziri
Bu gün, 12:21
Parlament yeni baş naziri təsdiqlədi - Canlı yayım
Bu gün, 12:16
Azərbaycanda baş nazirliyə namizəd Yaşar Nuri ilə eyni filmə çəkilibmiş - VİDEO
Bu gün, 12:13
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb
Bu gün, 12:10
Milli Məclisin sədri Prezident İlham Əliyevə fəaliyyətində uğurlar arzulayıb
Bu gün, 12:10
Səttar Möhbalıyevə ağır itki
Bu gün, 12:05
Oğurluqda şübhəli bilinən paytaxt sakini saxlanılıb
Bu gün, 12:01
Novruz Məmmədov Milli Məclisə gəldi
Bu gün, 11:59
Paşinyan etirazçılara müraciət etdi: - Həbs olunsam, siz...
Bu gün, 11:45
Müşfiq Vasifə “Matışka” dedi - Efirdə biabırçılıq
Bu gün, 11:42
Sabunçuda maskalı şəxslər evə basqın edib
Bu gün, 11:38
Azərbaycan neftinin qiyməti 75 dollara düşüb
Bu gün, 11:33
Bakı meri Azad Rəhimov olacaq - İDDİA
Bu gün, 11:28
Türkiyə və Azərbaycan müxalifətinin fərqi - TƏHLİL
Bu gün, 11:23
Putin Avropaya gedir
Bu gün, 11:18
Tovuzda BÖYÜK KORRUPSİYA - İTTİHAM
Bu gün, 11:16
Özünü spikerə bənzədən Müşfiq Tükanov kimdir? - İLGİNC
Bu gün, 11:14
AŞPA-nın yaz sessiyasında Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti müzakirə olunacaq
Bu gün, 11:09
Hazırda vəzifə başında olan nazirlərimizin neçə yaşı var? - SİYAHI
Bu gün, 11:07
Azərbaycanın yeni baş naziri bəlli oldu - AÇIQLAMA
Bu gün, 11:04
Baş nazir postu ilə vidalaşan Artur Rasi-zadənin DOSYESİ
Bu gün, 11:02
Türkiyənin qərarının ardınca Jirinovskidən təklif
Bu gün, 10:55
Ermənistanı “rəngləyən” hansı qüvvədir
Bu gün, 10:50
“Kişilər mənə deyir “bomba” kimisən” - AZƏRBAYCANLI AKTRİSA
Bu gün, 10:41
“Zorlanan qız oğlanla restorana gedər?” - Falçı qalmaqalı böyüyür
Bu gün, 10:38
Sərkisyanın qazandığı sülh “təcrübəsi” - o, sülhü yox, müharibəni yaxınlaşdırır
Bu gün, 10:34
“Mənzil varsa, onun alqı-satqısı da var”
Bu gün, 10:31
Dövlət Departamenti Rusiya, İran və Çini `qeyri-sabitlik ölkələri` adlandırıb
Bu gün, 10:24
"Əməkdar müəllim"in şikayəti əsasında məhkəmə başlayıb
Bu gün, 10:22
Dünyada “ticarət müharibəsi” səngimir: uduzan kim olacaq... - TƏHLİL
Bu gün, 10:19
ABBA qrupu yenidən bir araya gələcək
Bu gün, 10:17
Bakıda daha bir xəstəxanada YANĞIN
Bu gün, 10:15
“Azərsu” rəhbəri 13 ilin hesabatını verdi
Bu gün, 10:12
Rusiyanın kabusu Aralıq dənizinə gəldi
Bu gün, 10:10
Hacıbala Abutalıbov istefa verdi? – Meriyadan açıqlama
Bu gün, 10:10
Bakıda 200 min manatlıq dələduzluq edən şəxs apellyasiya şikayəti verib
Bu gün, 10:07
Brent markalı neft bahalaşıb
Bu gün, 10:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru