Bakıda külək dayanacağın damını uçurdu .....                     Azərbaycan nefti 2% bahalaşıb .....                     Sırada hansı dövlət qurumudur? .....                     Yaponiya Rusiyaya etiraz notası göndərdi .....                     Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib .....                     Sərəncam ölkədə kitabxana sisteminin yenidən qurulmasına imkan yaradacaq .....                     Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın obyekt cərimələnib .....                     “Ötən il 98 dini icma qeydiyyata alınıb, 22-nin qeydiyyatından imtina olunub” .....                     Eldar Mahmudovun həbsdəki qohumu şikayətini geri götürdü RABİTƏ İŞİ .....                     AQTA araşdırmalara başlayıb, qeydiyyatından keçməyən 50-ə yaxın sahibkar cərimələnib .....                     Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib .....                     AMEA Yüksək Texnologiyalar Parkında yeni direktor təyin olunub .....                     Yol polisi bütün qüvvələri səfərbər edəcək .....                     Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb .....                     Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi .....                     Sabah dollar neçəyə olacaq? .....                     BP dənizdəki neftçiləri təxliyə etməyəcək .....                     Paytaxta gətirilən yeni zibil qutusu yandı .....                     "ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" .....                     Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi .....                     “20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib .....                     Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır .....                     Tanınmış jurnalistə vəzifə verildi .....                     "Qırmızı Körpü" gömrük postunun işdən çıxarılan inspektoru barəsində cinayət işi başlanılıb .....                     Eldar Əzizov hava şəraiti ilə əlaqədar Bakının icra başçılarına tapşırıqlar verib .....                     Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq .....                     “Dövlətə yük olan qurumların hamısı ləğv edilməlidir” .....                     ABŞ-da qətlə yetirilən azərbaycanlının vətənə göndərilməsi üçün vəsait yığıldı .....                     Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının işində "Hacı Vasif" ifadə verdi .....                     “Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun” .....                     Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında .....                     AMEA-nın mətbuat xidmətinin müdiri nəşriyyata direktor təyin edildi .....                     İslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir? .....                     "2018-ci il Moskva ilə Bakı arasındakı əlaqələr üçün çox müsbət olub" .....                     BDU-da imtahanların vaxtı dəyişdirilib .....                     “İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir” .....                     “Fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik” .....                     Azərbaycanda dərslər 2 günlük dayandırıldı .....                     Sərhəd pozucusu xəbərdarlıq atəşindən sonra saxlanılıb .....                     Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib .....                 

DGK son 1 ayda apardığı risk təhlillərinin nəticələrini açıqlayıb
Tarix: 17-03-2018, 11:16 | Çap et
DGK son 1 ayda apardığı risk təhlillərinin nəticələrini açıqlayıb
Son bir ay ərzində Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının apardığı risk təhlilləri nəticəsində külli miqdarda gömrük ödənişlərinin büdcədən yayındırılmasının qarşısı alınıb.

“Report” xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilib.

Məlumatda həmçinin deyilir ki, risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyə biləcək zərərin qiymətləndirilməsi, eləcə də riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədilə yaradılmış xüsusi risk qrupu tərəfindən müvafiq təhlillər aparılmaqdadır.

Mallara dair müşayiətedici sənədlərin düzgün təqdim olunmaması, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə mal kodunun, malın miqdarının, mənşəyinin, xassələrinin, dəyərinin və digər məlumatların düzgün bəyan olunmaması istiqamətində risk ehtimalı yaradan halların qarşısının alınmasının nəticəsi olaraq müəyyən nailiyyətlər əldə olunmuşdur. Belə ki, sadalanan istiqamətlər üzrə aparılmış bir sıra təhlillərin nəticəsi ilə əlaqəli aşağıda qeyd olunan bəzi faktlar aşkarlanıb:

"Manifest – 20" MMC şirkəti tərəfindən ölkə ərazisinə idxal olunan Çin mənşəli müxtəlif təyinatlı malların gömrük rəsmiləşdirilməsi zamanı faktura dəyərinin, eləcə də mal miqdarının dəfələrlə aşağı olması faktı aşkarlanıb. Belə ki, müvafiq təhlillərin nəticəsində həyata keçirilmiş fiziki baxış zamanı 36 000 ədəd eynək əvəzinə 7 008 ədəd, 44 ədəd səs gücləndirici əvəzinə 30 ədəd və s. bəyan edilməsi müəyyən olunub.

Aparılmış təhlillərin nəticəsi olaraq ölkə ərazisinə idxal olunan bəzi malların dinamikası şübhələr doğurduğundan əlavə araşdırmaların aparılması üzrə ehtiyac yaranıb. Belə ki, "İRS İnşaat" MMC şirkəti tərəfindən Amerika mənşəli qabığı təmizlənməmiş badam kimi bəyan olunmuş mallara fiziki baxış keçirilməsi nəticəsində 31 298 kq miqdarında faktiki dəyərindən yuxarı qabıqsız badam olduğu aşkarlanaraq 30 261 AZN məbləğində gömrük ödənişlərinin əlavə olaraq dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Eyni zamanda gömrük ödənişlərindən yayınma üsullarından biri kimi XİFMN üzrə mal kodlarının dəyişdirilərək gömrük tarif dərəcəsinə əsasən daha aşağı idxal gömrük rüsumuna cəlb olunması istiqamətində araşdırmalar aparılmaqdadır. Belə ki, "Dulce Nutrition" MMC tərəfindən ölkə ərazisinə idxal olunan bioloji aktiv qida əlavələri təbii və ya sintez edilmiş provitaminlər və vitaminlər qrupuna daxil edilərək bəyan olunub və gömrük tarif dərəcəsinə əsasən 0 % idxal gömrük rüsumu tətbiq edilməsinə cəhd göstərilib. Bununla əlaqədar malların tərkibi və XİFMN üzrə kodunun dəqiqləşdirilməsi məqsədilə Mərkəzi Gömrük Ekspertizası İdarəsinə ünvanlanmış müraciət məktubunun araşdırılması nəticəsində bəyan olunan malların daha yüksək tarif dərəcəsi müəyyən olunaraq 31 689 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Risk ehtimalı yaradan hallar üzrə istiqamətlərdən biri də ölkə ərazisinə idxal olunan malın aşağı gömrük dəyəri ilə bəyan olunmasıdır. Belə ki, Muradov Nizami Məmməd oğlu tərəfindən idxal olunan boyanmış teksturasiya edilməmiş poliefir saplardan olan parçaların gömrük rəsmiləşdirilməsi zamanı yaranmış şübhələrin araşdırılması məqsədilə əlavə sənədlərin tələb edilməsi nəticəsində orijinal invoysun olması aşkarlanaraq əlavə 35 271 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.

Ölkə ərazisinə idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması ilə bağlı bəzi faktlar isə aşağıdakılar olub.

Belə ki, müvafiq elektron sistem vasitəsilə bəyan olunan malların mənşə sertifikatının düzgünlüyünün yoxlanması nəticəsində "Arsenal Center" MMC şirkəti tərəfindən idxal olunan qara metaldan yastı prokatların saxta mənşə sertfikatı ilə müşaiyət olunması faktı aşkarlanıb. Bununla əlaqədar, idxal olunan mallara gömrük rüsumları tətbiq olunması barədə müvafiq tədbirlər həyata keçirilib.

Ölkə ərazisinə idxal olunan heyvanlar üçün preparatlar və yem əlavələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən təqdim olunan baytarlıq sertifikatı ilə müşaiyət olunur. Aparılan təhlillərin nəticəsi olaraq "Aqropol" MMC tərəfindən idxal olunan heyvanlar üçün yem əlavəsinin gömrük rəsmiləşdirilməsi zamanı saxta baytarlıq sertifikatının təqdim olunması ilə bağlı müəyyən şübhələr yaranıb və Dövlət Baytarlıq Nəzarəti Xidmətinə müraciət ünvanlanıb. Nəticədə, təqdim olunan sertifikatın saxta olduğu faktı aşkarlanıb.

Ukraynanın "Slavyanskiye Oboi - KFTB" şirkəti tərəfindən "Uğur-İbo" MMC və "Metal Traders" MMC – nin ünvanına idxal olunan divar kağızlarının təhlili aparılıb. Azərbaycanla Ukrayna arasında gömrük əməkdaşlığı sahəsində əldə olunan razılaşmaya əsasən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin əməkdaşlıq bölümündə Ukrayna höküməti tərəfindən mal – müşaiyətedici sənədlərində qeyd olunan məlumatların bəyan olunan invoys dəyərinin müqayisəsi zamanı qeyd olunan idxalatçıların ünvanına idxal olunan divar kağızlarının invoys dəyərləri arasında ümumilikdə 124 058 ABŞ Dolları (məzənnə nəzərə alınaraq) dəyərində fərq olduğu aşkar olunub. Nəticədə əlavə olaraq 38 477 AZN məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin olunub.

“Göründüyü kimi, dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyini pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

DGK bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onların dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödəniləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək”, - deyə məlumatda qeyd olunub.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda külək dayanacağın damını uçurdu
Bu gün, 10:57
Azərbaycan nefti 2% bahalaşıb
Bu gün, 10:56
Sırada hansı dövlət qurumudur? - Stuktur islahatları davam edir
Bu gün, 10:56
Yaponiya Rusiyaya etiraz notası göndərdi - Balıqçılara görə
Bu gün, 10:54
Dövlət Komitəsinin kollegiyasının yeni tərkibi təsdiq edilib - SİYAHI
Bu gün, 10:52
Sərəncam ölkədə kitabxana sisteminin yenidən qurulmasına imkan yaradacaq - Nazirlik
Dünən, 18:30
Qida təhlükəsizliyi qeydiyyatından keçməyən 50-ə yaxın obyekt cərimələnib
Dünən, 18:26
“Ötən il 98 dini icma qeydiyyata alınıb, 22-nin qeydiyyatından imtina olunub”
Dünən, 18:12
Eldar Mahmudovun həbsdəki qohumu şikayətini geri götürdü RABİTƏ İŞİ - GƏLİŞMƏ
Dünən, 18:09
Azərbaycanlı aparıcının da əməliyyatı canlı yayımlanıb - Süd vəzisini kiçildir
Dünən, 18:04
AQTA araşdırmalara başlayıb, qeydiyyatından keçməyən 50-ə yaxın sahibkar cərimələnib
Dünən, 17:51
Səhiyyə Nazirliyi sosial şəbəkələrdə yayılan səs yazısı ilə bağlı açıqlama verib
Dünən, 17:49
AMEA Yüksək Texnologiyalar Parkında yeni direktor təyin olunub
Dünən, 17:41
Yol polisi bütün qüvvələri səfərbər edəcək - Havaya görə
Dünən, 17:39
Təranə Səmədova qadın koloniyasına köçürüldü
Dünən, 17:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
Dünən, 17:27
Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi
Dünən, 17:20
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:18
BP dənizdəki neftçiləri təxliyə etməyəcək - İş dayandırılmayacaq
Dünən, 17:11
Paytaxta gətirilən yeni zibil qutusu yandı
Dünən, 17:09
"ABŞ Dağlıq Qarabağın Azərbaycanlı icmasının fəaliyyətini yaxından izləyir" - Amerikalı diplomat
Dünən, 17:03
Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
Dünən, 16:59
“20 yanvar Tarixin Qan Yaddaşı” mövzusunda inşa yazı müsabiqəsi keçirilib
Dünən, 16:50
Media mahiyyətcə dağıdıcılıqdan uzaq durmalı, birləşdirici olmalıdır - Əflatun Amaşov
Dünən, 16:45
Tanınmış jurnalistə vəzifə verildi
Dünən, 16:35
"Qırmızı Körpü" gömrük postunun işdən çıxarılan inspektoru barəsində cinayət işi başlanılıb
Dünən, 16:30
Eldar Əzizov hava şəraiti ilə əlaqədar Bakının icra başçılarına tapşırıqlar verib
Dünən, 16:17
Havaların soyuq keçəcəyi günlərdə təbii qaza olan tələbat artırılacaq - “Azəriqaz”
Dünən, 16:16
“Dövlətə yük olan qurumların hamısı ləğv edilməlidir”
Dünən, 16:11
ABŞ-da qətlə yetirilən azərbaycanlının vətənə göndərilməsi üçün vəsait yığıldı
Dünən, 15:58
Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşının işində "Hacı Vasif" ifadə verdi
Dünən, 15:54
“Biz xəbəri yayırıq ki, əhali gözlənilən kəskin havaya hazırlıqlı olsun” - ETSN-in sözçüsü
Dünən, 15:51
Azercell-in yeni konseptli xidmət mərkəzi indi Bakı Beynəlxalq Avtovağzalında
Dünən, 15:47
“Sağ qalmalı, onları öldürməli...” - Aysel serialdan getdi
Dünən, 15:38
AMEA-nın mətbuat xidmətinin müdiri nəşriyyata direktor təyin edildi
Dünən, 15:33
İslahat AzTV-yə çatdı: Dövlət Televiziyası ləğv edilir? - İDDİA
Dünən, 15:28
"2018-ci il Moskva ilə Bakı arasındakı əlaqələr üçün çox müsbət olub"
Dünən, 15:21
BDU-da imtahanların vaxtı dəyişdirilib
Dünən, 15:20
“İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir” - General
Dünən, 15:17
“Fermerlərimizi ən keyfiyyətli gübrə ilə təmin edəcəyik” - Azərbaycan Prezidenti
Dünən, 15:16
Məşhurlar etiraz etdi: - “Əsəblərimizlə oynamayın”
Dünən, 15:12
Azərbaycanda dərslər 2 günlük dayandırıldı - ƏMR
Dünən, 15:09
Sərhəd pozucusu xəbərdarlıq atəşindən sonra saxlanılıb
Dünən, 15:07
Prezident İlham Əliyev Xoşbəxt Yusifzadəni doğum günü münasibətilə təbrik edib
Dünən, 15:04
“Bizim həyət” layihəsi Sabunçu rayonunda icra olunur - FOTO
Dünən, 13:53
Sosialist Əməyi Qəhrəmanının yaxın qohumunu öldürən kimdir? - Təfərrüat
Dünən, 13:46
Natavanın oxuduğu mahnı Eldar Mansurovdan oğurlanıb? — MÜQAYİSƏLİ VİDEO
Dünən, 13:41
Bakı Dövlət Universitetində imtahanlar ictimai nəzarət altında keçirilir
Dünən, 13:37
İsrail idmançılarının Malayziyadakı yarışlarda iştirakına qadağa qoyulub
Dünən, 13:22
Vladimir Putinə sui-qəsd cəhdi olub
Dünən, 13:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru