Meksikada jurnalist qətlə yetirilib .....                     Füzuli Ələkbərov narazılıq yaradır .....                     "Qadın pasientim özünü 12-ci imam adlandırırdı" .....                     "Qaçqınkom" şefindən daha bir şikayət .....                     Şairə və tərcüməçi Zinaida Mirkina Moskvada 92 yaşında vəfat edib .....                     OPEC+ Əlcəzairdə neft kvotasının artımını müzakirə edəcək .....                     Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib .....                     Fransa prezidenti Fələstin-İsrail dialoqunun yenilənməsini təklif edib .....                     Rihanna səfir oldu .....                     Azərbaycanlı tələbə İsveçdə deputat seçildi .....                     Azərbaycan xarici işlər nazirinin müavini isveçrəli həmkarı ilə görüşüb .....                     Tramp BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcək .....                     I sinifdə summativ qiymətləndirmə ləğv olunur .....                     Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri arasındadır .....                     Xalq şairinin həyat yoldaşına "pul atan"a .....                     1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi .....                     Daha bir sahibkar Qubada cərimələndi .....                     Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir .....                     Polis əməkdaşları şagirdləri maarifləndirib .....                     Polislər körpənin həyatını xilas etdilər .....                     Sentyabrın 24-nə manatın məzənnəsi .....                     Dövlət Komitəsi “Məhərrəmlik” mərasimləri ilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb .....                     "Dedilər Məhəmmədə dərman verməyiblər deyə yandırıb" .....                     İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu .....                     İcazəsiz ov edən şəxs saxlanılıb .....                     İrəvanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır .....                     “ABŞ Suriyanın şimalında kürdlər üçün terrorçu dövlət yaratmağa çalışır” .....                     Meyiti dənizdən tapılan Hamlet Xoşqədəmin verilişinə çıxıbmış? .....                     Kəngərli kəndində səyyar-qəbul görüş .....                     Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı .....                     "Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir" .....                     “Nar”-dan tələbələrə təqaüd proqramı .....                     Nazirlik sahibkarı cərimələdi .....                     Erməni girovluğundakı azərbaycanlılara qarşı vəhşilik: .....                     "Allah günahlarını bağışlasın" .....                     Dərbənddə Nizaminin barmaqlarını sındırdılar .....                     Azərbaycanın sığorta bazarı 40% böyüyüb .....                     Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı .....                     Səfər Mehdiyev keçmiş "Broker"ə nələri vəd edib? .....                     Liberman Bakıya görə İrəvandan imtina etdi .....                 

Məktəb bufetlərində xaos və... aşkar korrupsiya əlamətləri - “Bizim bufet lap mini-marketə oxşayır…”
Tarix: 13-03-2018, 12:56 | Çap et
Məktəb bufetlərində xaos və... aşkar korrupsiya əlamətləri
Azərbaycanda təhsil müəssisələrində qidalanma üzrə dövlət standartları mövcud olsa da bu sahədə əsl xaos hökm sürür. virtualaz.org Azərbaycan məktəblərində bufetlərin vəziyyətini və bu sahədə fəaliyyətin necə qurulduğunu araşdırmağa çalışıb. Ortaya çıxan nəticə budur ki, məktəblərdə uşaqlara zərərli qidaların satışı sahəsində vəziyyət dəyişməyib, üstəlik məktəb bufetlərinin fəaliyyətinin təşkili ilə bağlı ciddi korrupsiya əlamətləri mövcuddur.

Məktəblərdə uşaqlara çipsi, kola, energetik içkilər, mənşəyi məlum olmayan kolbasa və sosislər satılması problemi əvvəllər dəfələrlə ictimai müzakirə predmeti olub. Nəhayət bir neçə il əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təhsil müəssisələrində qidalanma ilə bağlı vahid dövlət standartı müəyyənləşdirilib. Ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı açıqlanıb.

Amma araşdırmalar göstərir ki, bu standartlara əməl edilmir. Çünki sahibkarlıq subyektlərində yoxlama aparılması 2021-ci ilədək dayandırılıb və məktəb bufetlərini işlədənlər də bundan geniş ölçüdə sui-istifadə edir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən ötən il paytaxtın 25 məktəbində monitorinq keçirilərək şagirdlərin qidalanma vəziyyəti araşdırılmışdı. Mərkəzin açıqlamasında qeyd olunurdu ki, 13 məktəbin bufetində soyuducu olmayıb. “Məktəblərdə uşaqların qidalanması üçün vacib olan süd və meyvə satılmır. Yalnız bir məktəbdə süd satışına rast gəldik. Uşaqlar məhsul seçərkən keyfiyyətə deyil, qiymətə üstünlük verirlər. Problemlərdən biri də vaxt azlığıdır”.

Valideyinlər və şagirdlər nə deyir...

Bufetlər kimlərə və hansı şərtlərlə icarəyə verilir? Bufetləri ərzaqla hansı şirkətlər təmin edir? Şirkətlərin seçimi üçün sonuncu dəfə nə vaxt tender keçirilib və bu tender nə dərəcədə şəffafi idi? Bu suallar ətrafında həm məktəblərə baş çəkməklə, həm müvafiq rəsmi strukturlarla və ekspertlərlə araşdırma apardıq.

Bəribaşdan qeyd etmək lazımdır ki, Bakıda məktəblər əsasən qapalı tipli obyektlərə çevrilib. Nəinki kənar şəxslərin, valideyilərin də məktəbə daxil olması qadağandır. Jurnalistlər isə Təhsil Nazirliyinin daxili əmrinə əsasən yalnız nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin razılığı ilə məktəbə buraxıla bilərlər. Bu səbəbdən məktəb bufetlərinə baş çəkib orada şagirdlərə təklif olunan qidalar, qiymətlər və digər məqamlar barədə faktları toplamaq jurnalist üçün müşkül məsələdir. Amma məktəblərin qarşısında dayanıb uşaqlarının dərsdən çıxmasını gözləyən valideyinlərlə, o cümlədən şagirlərlə söhbətləşib bufetlərdə hökm sürən vəziyyət barədə qismən təəsürat əldə etmək mümkündür.

Hərçənd valideynlərin də əksəriyyəti bufetlərdəki vəziyyətlə tanış deyillər, onlar ancaq uşaqlarının danışdıqlarına əsasən bu haqda nəsə bilirlər.

“Bizim bufet lap mini-marketə oxşayır…”

Yasamal rayonundakı 20 nömrəli məktəb-liseyin şagirdləri deyir ki, onların bufetləri əsil mini marketdir. Burada pizza, hot-doq, dönər, suxarı, müxtəlif növ şirniyyatlar, suplar satılır.

20 nömrəli məktəbdə 3 mindən çox şagird təhsil alır, bufet geniş və təmirlidir. Amma tənəffüsdə oturub yeməyə nə yer, nə də vaxt çatmır. “Mən dönər və tort alıram. Bəzən çörəyin arasında kolbasa da satırlar”, -8-ci sinif şagirdi deyir.

Azər adlı şagird isə deyir ki, bufetə hərdən gedir, ya su, ya da suxarı alır.

Övladı 6-cı sinifdə təhsil alan Səbinə adlı valideyn isə bildirir ki, uşağının çantasına hər gün yemək qoysa da, ara-sıra bufetdən suxarı və ya pizza almasına icazə verir: “Uşaq deyir ki, sinif yoldaşları pizza, suxarı alır. Mən icazə verməsəm də, əlinə pul düşən kimi bufetə qaçır, alır”.

Valideynlərdən biri isə uşağına bufetdən nəysə almağa qadağa qoyduğunu bildirir. Deyir ki, mağazalarda 20 qəpiyə satılan su bufetdə 50-60 qəpiyədir. 30 qəpiklik suxarı isə 2 dəfə baha verilir. Üstəlik həmin malların köhnə olub-olmadığına da əmin deyil. Buna görə də uşağı bufetə buraxmır.

Uşaq cəmi bir dəfə şirniyyat alıb və ürəyi bulanıb

Nəsimi rayonundakı 5 saylı məktəbdə də çeşid çoxdur, şagirdlərə tortdan tutmuş paxlava, qoğala qədər şirniyyatlar, pizza, dönər, cipsi və meyvə suları satılır. Hansı ki, bu məhsullar qadağan olunmuş qidaların siyahısında yer alıb.

Övladı 1-ci sinifdə təhsil alan valideyn söyləyir ki, uşağın bufetə getməsinə qadağa qoyub. Çünki uşaq cəmi bir dəfə bufetdən şirniyyat alıb və həmin gün ürəyi bulanıb.

Şəbnəm adlı valideyn isə deyir ki, bufetdə satılan qidaların tərkibini, harada hazırlandığını bilmir. Həm də təklif edilən qiymətlər bahadır. Buna görə də bufetdən heç nə almırlar.

170 və 260 saylı məktəblərdə isə çeşid az, qiymət bahadır. Bufetdə kolbasa-çörək, bulka, pizza və adi su satılır.

6 saylı məktəbdə isə bufetdə satılan qidalardan razılıq edirlər. Şagirdlərdən biri satılan qidaları sadalayır- pizza, langet, makaron, hot-doq, makaron, bulka, aş, salatlar, dönər, şaurma və meyvə şirələri. “Dönərin içində kotlet, pomidor, xiyar olur. Hot-doq və peraşki yağda qızardılmır. Elektrik sobasında hazırlanır, qiyməti də 1-2 manat olur”.

Məktəbdə çalışan müəllimlərdən biri isə bizi inandırmağa çalışır ki, direktordan tutmuş müəllimlərə qədər hamı bufetdə verilən yeməklərlə qidalanır. Hətta bəzən alıb evlərinə aparanlar da olur. İndiyədək yeməklərin keyfiyyətindən narazılıq edənlər olmayıb.

Bufetlər fiziki və ya hüquqi şəxslərə icarəyə verilir

Məktəb bufetləri fiziki və ya hüquqi şəxslərə icarəyə verilir. Nazirlər Kabinetinin qərarı ilə məktəblərdə iaşə xidmətini həyata keçirən şəxs və ya şəxslərlə məktəb rəhbərliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ya Təhsil Nazirliyi arasında müqavilə bağlanılır. Elə müqaviləyə əsasən tərəflər şagirdlərə verilən yeməyin keyfiyyəti və təhlükəsizliyi üçün məsuliyyət daşır. Baxmayaraq ki, direktorlar bufetlərin özəl müəssisə olduğunu, buna görə də baş verə biləcək hansısa zəhərlənmə və ya təhlükəyə görə firmaların məsuliyyət daşıdığını söyləyirlər. Müqavilə əsasında həm məktəbə, həm də idarə və ya nazirliyə vəsait ödənilir.

Adını açıqlamaq istəməyən bufetçi deyir ki, bacısı qızı direktorun katibəsidir və onun köməyi ilə bufeti aylıq 900 manata icarəyə götürüb. İcarə pulunu çıxarmaq üçün suxarıdan tutmuş dönərə qədər hər şey satır.

Məktəb bufetlərini ərzaqla təmin edən şirkətlərə gəldikdə isə, internetdə məhdud sayda məlumat var. Bakının 550-dən yuxarı məktəbini ərzaqla təmin edən şirkətlərin sayı bir mənbədə 4, digərində 2 göstərilib. Ayrıca 2014-cü ildə türk şirkətinin də tenderdə qalib gəldiyi, məktəbləri “fast-food” qidaları ilə təmin edəcəkləri açıqlanmışdı.

Ekspert deyir ki, vəziyyət acınacaqlıdır

Təhsil üzrə ekspert Kamran Əsədli deyir ki, məktəb bufetlərdə vəziyyət həqiqətən də acınacaqlıdır. Bufetlərdə satılan qidalar uşaqların dərsdə itirdikləri enerjinin bərpa olunmasına hesablanmalıdır, amma əksinə, yağda qızardılmış, tez xarab olan qidalar satılır. Buna görə də sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması bufetlərə şamil edilməməlidir, hətta əksinə bufetlərdə satılan qidalara nəzarət gücləndirilməlidir.

Ekspertin sözlərinə görə, bufetlərin icarəyə verilməsinə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe məktəblər idarəyə, digərləri isə nazirliyə həftə sonları və bayram günləri də daxil olmaqla gündəlik 20 manatdır. Bunu da üst-üstə gələndə milyonlarla manat vəsait deməkdir.

Məktəbləri ərzaqla əsasən 2 şirkət təmin edir, onlardan biri “Tələbə- şagird” MMC-dir.

“Məktəbləri ərzaqla təmin edən şirkətlərin necə seçilməsi bəlli deyil, çünki açıq tender keçirilmir. Bu sahədə şəffaflıq yoxdur. Valideyn və müəllim assosiasiyaları var, hansı ki, onların əsas vəzifələrindən biri də bufetlərə nəzarət etməkdir. Məktəb bufetlərində təhlükəli qidaların satılmasına, antisanitariya şəraitinə Təhsil Nazirliyi cavabdeh deyilsə, niyə pul alırlar?”, -K.Əsədli əlavə edib.

Əsədli deyir ki, indiyədək hansısa məktəb bufetində zərərli qidaların satışdan yığışdırılması ona məlum deyil.

Nazirlik isə deyir ki, hər şey gözəldir...

Təhsil Nazirliyindən virtualaz.org saytının sorğusuna cavab olaraq bildiriblər ki, bufet və yeməkxanalarında iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” qərarına uyğun olaraq aparılır.

“Məktəb bufet və yeməkxanalarının fəaliyyətinə görə bağlanmış müvafiq müqavilə çərçivəsində iaşə xidməti göstərən müəssisələr məsuliyyət daşıyır. Bununla belə, məktəb bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir”-açıqlamada deyilir

Nazirlikdən iaşə xidmətinin təşkili ilə bağlı müqavilə üzrə ödənilən vəsaitin məbləğini açıqlamayıblar, lakin qeyd olunur ki, həmin vəsait təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinə yönəldilir. Eyni zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və digər müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən bufetlərdə mütəmadi monitorinqlər keçirilir, nəticələr təhlil olunur və ehtiyac olduğu halda zəruri tədbirlər görülür.

Təhsil Nazirliyi tam əmindir ki, məktəblərin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsullara təsadüf edilmir. Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur. “Məktəbin bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər”, -nazirlikdən əlavə ediblər.

Məktəb bufetlərində sanitariya vəziyyəti və qidaların keyfiyyətinə əvvəllər Respublika Gigiyena və Epidemiologiya Mərkəzi nəzarət edirdi. İndi isə bu saləhaiyyət Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilib. Agentlikdən sayta bildiriblər ki, yaxın günlərdə məktəb bufetlərində monitorinq aparacaqlar. Hələlik isə agentliyin hüquqi-normativ bazası formalaşdırılır, başqa sözlə, qida təhlükəsizliyi sahəsində vəziyyətin dəyişməsinin şahidi olmaq üçün hələ gözləmək gərəkdir...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Meksikada jurnalist qətlə yetirilib
Bu gün, 07:34
Füzuli Ələkbərov narazılıq yaradır - GİLEY
Bu gün, 07:33
"Qadın pasientim özünü 12-ci imam adlandırırdı"
Bu gün, 07:31
"Qaçqınkom" şefindən daha bir şikayət - Müraciət
Bu gün, 07:23
Şairə və tərcüməçi Zinaida Mirkina Moskvada 92 yaşında vəfat edib
Bu gün, 07:20
OPEC+ Əlcəzairdə neft kvotasının artımını müzakirə edəcək
Bu gün, 07:15
Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib
Bu gün, 07:10
Fransa prezidenti Fələstin-İsrail dialoqunun yenilənməsini təklif edib
Bu gün, 07:09
Rihanna səfir oldu
Bu gün, 07:08
Azərbaycanlı tələbə İsveçdə deputat seçildi
Bu gün, 07:06
Azərbaycan xarici işlər nazirinin müavini isveçrəli həmkarı ilə görüşüb
Bu gün, 07:04
Tramp BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcək
Bu gün, 07:02
I sinifdə summativ qiymətləndirmə ləğv olunur
Dünən, 17:59
“Dedilər ki, Damlaya görə başını kəsəcəklər...” – mahnı qalamqalı böyüyür
Dünən, 17:56
Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri arasındadır
Dünən, 17:47
Xalq şairinin həyat yoldaşına "pul atan"a AĞIR CƏZA TƏLƏBİ
Dünən, 17:44
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi - Prezident İlham Əliyev
Dünən, 17:42
Daha bir sahibkar Qubada cərimələndi - FOTO
Dünən, 17:40
Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir - Prezident İlham Əliyev
Dünən, 17:38
Polis əməkdaşları şagirdləri maarifləndirib - FOTOLAR
Dünən, 17:36
Polislər körpənin həyatını xilas etdilər - FOTO
Dünən, 17:33
Sentyabrın 24-nə manatın məzənnəsi
Dünən, 17:25
Dövlət Komitəsi “Məhərrəmlik” mərasimləri ilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
Dünən, 17:18
"Dedilər Məhəmmədə dərman verməyiblər deyə yandırıb" - "Narkoloji Mərkəz işi"
Dünən, 17:16
İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu
Dünən, 17:14
İcazəsiz ov edən şəxs saxlanılıb
Dünən, 17:05
İrəvanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır - Rusiyalı ekspert
Dünən, 17:03
“ABŞ Suriyanın şimalında kürdlər üçün terrorçu dövlət yaratmağa çalışır”
Dünən, 16:58
Meyiti dənizdən tapılan Hamlet Xoşqədəmin verilişinə çıxıbmış? - FOTOFAKT
Dünən, 16:53
Kəngərli kəndində səyyar-qəbul görüş
Dünən, 16:51
Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı
Dünən, 16:30
Azərbaycanlı aparıcı alt paltarında pozalar verdi - Qalmaqallı FOTOSESSİYA
Dünən, 16:26
"Məmurlar efirdə gözəl qız görən kimi deyir ki, gətirin bağ evimə" - Əli Mirəliyev
Dünən, 16:21
"Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir" - Binəli Yıldırım
Dünən, 16:18
“Nar”-dan tələbələrə təqaüd proqramı
Dünən, 16:17
Nazirlik sahibkarı cərimələdi - FOTO
Dünən, 16:15
Erməni girovluğundakı azərbaycanlılara qarşı vəhşilik: - Hüquqları qorunmur
Dünən, 16:08
"Allah günahlarını bağışlasın" - Deputat mərhum dostunun ölümündən yazdı
Dünən, 16:05
Dərbənddə Nizaminin barmaqlarını sındırdılar - ABİDƏ DÖRDÜNCÜ DƏFƏDİR TƏHQİR OLUNUR...
Dünən, 16:04
Azərbaycanın sığorta bazarı 40% böyüyüb
Dünən, 16:01
Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı - Tüstü-qoxu problemi
Dünən, 15:57
Səfər Mehdiyev keçmiş "Broker"ə nələri vəd edib? - İLGİNC
Dünən, 15:55
“53 milyon dollarımı və həyatımın 18 ilini itirdim” – Lütfi Zadənin oğlundan SENSASSİON AÇIQLAMA
Dünən, 15:38
Liberman Bakıya görə İrəvandan imtina etdi - AÇIQLAMA
Dünən, 15:33
Xətaidə qadınlara və yetkinlik yaşına çatmayan qızlara qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO
Dünən, 15:30
Ruslar Suriyada tikinti materialları müəssəsi tikəcək
Dünən, 15:26
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir” - Azərbaycan Prezidenti
Dünən, 15:24
"Azərenerji" çevik və təkmil idarəetmə mexanizmi üçün yeni struktur üzərində işləyir
Dünən, 15:23
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
Dünən, 15:20
Elvin arvadını yad kişi ilə tutdu - Qaradağda mesaj cinayəti
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru