ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb .....                     Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ .....                     Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq? .....                     2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir .....                     Kanadada erməni təxribatı ilə bağlı petisiya yaradıldı .....                     Nazarbayevdən sonra Rəhman da Paşinyana qarşı çıxdı .....                     Azərbaycan Qarabağ klanının yerinə gələn Paşinyana da rahat həyat vəd etməyəcək .....                     Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib .....                     Vəkil 15 nəfərə qarşı dələduzluq etdi .....                     “Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın” .....                     Elvindən yeni klip: "Bir siqara yak abi" .....                     Rüstəm Orucov Çində finala çıxıb .....                     Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi .....                     Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü .....                     Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb .....                     Düşmənə qarşı təbliğat savaşında mühüm gəlişmə .....                     Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını xeyli azaltmağa hazırlaşır .....                     Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib .....                     “Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi... .....                     Tibbi müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayında artım proqnozlaşdırılır .....                     AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq .....                     Siyavuş Novruzovdan Rusiyadakı oliqarxlarla bağlı yeni ittihamlar .....                     Azərbaycan qlobal əməkdaşlıq tədbirlərinin keçirildiyi təhlükəsiz ölkə statusunu getdikcə gücləndirir .....                     Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb .....                     Daha bir deputat sərxoş halda Bakının mərkəzində dava saldı .....                     Tramp Mik Malvenini Ağ Evin aparatının rəhbəri təyin edəcək .....                     Şabranda intihar zamanı xilas edilən şəxs bir neçə gün sonra ölüb .....                     “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır .....                     Kürdəmirdə yol tikintisinə 2,82 milyon manat ayrılıb .....                     Nazir struktur islahatı apardı .....                     "Bakcell"dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə .....                     İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb .....                     "Kəndimizdə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri yoxdur..." .....                     Sabah dollar neçəyə olacaq? .....                     İdmançı polislər ustalıq göstərdilər... .....                     Bərdə sakininin pul kartından 5 min manat çıxaran şəxs tutulub .....                     FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr, fəxri adlar verilib .....                     Leyla Əliyeva rusiyalı qadınlara cavab .....                     Putini İrana qarşı getməyə nə vadar edir? .....                     Sahil qəsəbə sakinləri ilə görüş keçirilib .....                 

“Mətbuat milli dəyərlərimizi, rəmzlərimizi müdafiə etməlidir” - Əli Həsənovun bu çağırışı dəstəklənir
Tarix: 13-03-2018, 12:19 | Çap et
“Mətbuat milli dəyərlərimizi, rəmzlərimizi müdafiə etməlidir”
Ötən şənbə Azərbaycan jurnalistlərinin VII Qurultayı keçirilib. Qurultayda Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu demokratik media ənənələrinin Azərbaycanda uğurla inkişaf etdiyini vurğulayıb. O, bu sahədə görülən işlərdən geniş söhbət açıb. Daha sonra prezidentin köməkçisi ölkədən qaçan bəzi şəxslərin bu gün Azərbaycanın rəmzlərini təhqir etməsinə diqqət çəkib. Bildirib ki, həmin şəxslərə olduqları xarici ölkələrin pasportları verilərək, Azərbaycana qarşı təlimatlandırılırlar. Administrasiya rəsmisinin sözlərinə görə, xarici ölkələrin müvafiq orqanları qarşısında öhdəlikləri olanlar Azərbaycan dövlətinə qarşı kampaniya aparırlar. Azərbaycanı təhqir edən insanlardan valideynlərinin də imtina etdiyini söyləyən Ə.Həsənov deyib ki, həmin adamlar "Facebook”un imkanlarından istifadə edərək, Azərbaycana qarşı irinli çirkab yağdırırlar. Prezidentin köməkçisi jurnalistlərin belə məsələlərə xüsusi diqqət yetirmələrinin vacibliyini vurğulayıb. Deyib ki, mətbuat milli dəyərlərimizi, milli rəmzlərimizi müdafiə etməlidir.

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Əməkdar jurnalist Azər Həsrət mövzu ilə bağlı "Kaspi”yə açıqlamasında bildirib ki, hazırda Azərbaycana qarşı kin püskürən ünsürlərin dərdi, əslində demokratiya, insan haqları davası deyil: "Onların heç birini biz – hərəkatda iştirak etmiş şəxslər meydanlarda görməmişik. Bu adamların dərdi heç də Azərbaycanın dərdləri ilə üst-üstə düşmür. Bunlar ölkədən ona görə qaçıblar ki, xaricdə daha rahat və asan yaşayış əldə edə bilsinlər. Amma ora çatanda qarşılarında şərt qoyulub, müxtəlif şübhəli mərkəzlər tərəfindən işbirliyinə cəlb ediliblər və bu gün ancaq ölkəmizə qarşı çıxış edir, milli atributlarımızı, mənəvi dəyərlərimizi təhqir edirlər. Siz heç gördünüzmü ki, onlar Xocalı, 20 Yanvar, 31 Mart kimi ümummilli xatirə günlərimizdə Avropada küçələrə çıxıb ədalət tələb etsinlər? Mən görmədim. Əminəm ki, bunu heç kim görməyib. Bu isə bir daha sübut edir ki, onların qayğısı milli dava dərdi deyil. Bu adamlar sadəcə cəmiyyətin atıntılarıdır və ayaqda qalmaq üçün ən aşağı səviyyəli istifadəyə belə özlərini təqdim edirlər. Xaricdə yaşayan milyonlarla həmvətənimiz var ki, onlar olduqları ölkələrdə bizi layiqincə təmsil edir, Azərbaycan dövlətinin və rəmzlərinin hörmətini daha da yüksəldirlər. Xalq arasında "ayaqyolu böcəkləri” adını almış o üç-beş nəfər isə hər keçən gün özlərini daha da biabır etməklə məşğuldurlar”.

"Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev də hesab edir ki, kim tərəfdən, nə məqsədlə olur-olsun, siyasi mübarizədə qara piara, təhqirə yol verilməməlidir. Onun sözlərinə görə, bu, bizim dövlətimizin qanunlarına da, cəmiyyətimizin əxlaqına da ziddir, qəbul olunmazdır: "O cümlədən, dövlətimizin rəmzlərinə qarşı da aşağılayıcı münasibət göstərilməsi yolverilməzdir. Bu anlamda təbii ki, hörmətli Əli Həsənovun fikirlərinə qatılıram. Əlbəttə ki, jurnalistlər də toplumun ən fəal, vətənpərvər kəsimi olaraq belə məsələlərə seyrçi qala bilməz, qalmır da. Prezidentin köməkçisinin çıxışında maraqlı mesajlar vardı. Bunlar nəzərə alınmalı mesajlardır. Doğrudur, Əli müəllimin mühacirətə gedənlər barədə dediyi, təbii ki, bütün mühacirlərə aid deyil. O, özü də hamını nəzərdə tutmurdu. Mən də düşünmürəm ki, ölkədən xaricə gedənlər haqqında kütləvi agent, xarici kəşfiyyata işləyən rəyi yaradılır və ya bu, belədir. Mühacirətə gedən bəzi soydaşlarımız bu addımı müxtəlif motivlərlə atır. Azərbaycanda yaşayanlar arasında da xarici dairələrlə bağlı olanlar var. Mən hansı motivlə olur-olsun, xarici siyasi və ya hələ-hələ kəşfiyyat dairələri ilə əməkdaşlıq edərək Azərbaycana qarşı kampaniya aparılmasının hər zaman əleyhinə olmuşam. Hakimiyyətlə siyasi mübarizə aparmaq başqa şeydir, buna təbii baxıram. Ancaq qarayaxma kampaniyası kimin əleyhinə və nə məqsədlə aparılır aparılsın, bunu qəbul etmirəm. İstənilən mübarizənin etik qaydalar, qanun və əxlaq çərçivəsində olmasının tərəfdarıyam”.

"Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyev də bildirib ki, son vaxtlar sosial şəbəkələrdə xaricdən Azərbaycan dövlətinə, burada baş verən proseslərə, həmçinin media mənsublarına qarşı kampaniya həyata keçirilməkdədir. Onun sözlərinə görə, bu işləri görənlər əsasən "feyk”, yəni saxta profillərdən istifadə edir, kimliyini gizli saxlayır, heç bir həqiqəti əks etdirməyən, daha çox ajiotaj yaratmağa meylli məlumatlar yayırlar: "Hesab edirəm ki, tənqidlə təhqirin arasında sədd olmalıdır. Bu gün hətta Azərbaycan torpağında gəzməyə hüququ olmayan şəxslər var ki, kənardan ölkəmizi müzakirə edir, ünvanımıza şər-böhtan yağdırır, hətta təhqirlərə yol verirlər. Hər hansı məsələyə münasibət bildirmək hər kəsin hüququdur. Lakin bu zaman təhqirlərə yol vermək, şantaja, şər-böhtana əl atmaq yolverilməzdir. Müzakirə aparmağa qabiliyyəti çatmayan, bütün hallarda etik çərçivələri aşan birisinin Azərbaycan barədə müzakirə açması, ölkəmizdə baş verən proseslərə qərəzli münasibət bildirməsi ümumiyyətlə qəbul edilən deyil. Belə adamların buna mənəvi haqqı çatmır. Dəfələrlə müşahidə etmişik ki, Azərbaycanda beynəlxalq səviyyəli hansısa tədbir keçiriləndə, paytaxt Bakı forumlara ev sahibliyi edəndə, yaxud parlament, bələdiyyə və prezident seçkiləri öncəsi ölkəmizə qarşı xaricdən kampaniyalar təşkil edilir. İndi də sosial şəbəkə üzərindən belə bir kampaniya təşkil edilir, Azərbaycan hədəfə alınır. Xaricdən Azərbaycana qarşı bunu edən bəzi azərbaycanlılar hansısa dairələrin sifarişini yerinə yetirir, maddi maraq müqabilində özləri-özlərini robota çevirirlər. Yaxud sığındıqları xarici ölkələrdə oturum izni almaq üçün belə çirkin yollara əl atırlar. Əlbəttə ki, bütün bunlar Azərbaycan cəmiyyətində ikrahla qarşılanır, həmin şəxslərin hərəkətləri haqlı qınaq obyektinə çevrilir. Heç bir insan dünyaya gəlməzdən öncə özünə valideyn və ya Vətən seçmək hüququna, imkanına sahib deyil. Düşünürəm ki, xarici dairələrin əlində alətə çevrilən bəzi şəxslər Vətən və valideyn amilini düşünsəydilər, bu yollara əl atmazdılar”.

Ölkəmizdə hüquq müdafiəçiliyi edən tanınmış şəxslər də Avropadakı "siyasi mühacirlərin” çirkablı davranışlarına qarşı sərt münasibətlərini bildirməkdədirlər. Hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, ümumiyyətlə, milli azadlıq hərəkatında iştirak etməyənlərin indi xarici ölkələrdə özlərini "mübariz siyasətçi” kimi təqdim etməsi yolverilməzdir: "Həmçinin, təhqirlərlə çıxış edib, bunu "siyasi mübarizə”, "müxalifətçilik” kimi qələmə verənlər ciddi şəkildə yanılırlar. "Əvvəla, onu deyim, hər kəs başa düşür ki, təhqirlə nəyəsə nail olmaq mümkün deyil. Tənqid etmək olar, amma təhqir heç kimə yaraşmır. Siyasətdə mübarizə daha doğru-dürüst getməlidir. İkincisi, siyasətlə məşğul olan, siyasi mübarizə aparan şəxs rəqibinin xanımını, ailə üzvlərini necə təhqir edə bilər? Bu, insanlığa zidd davranışdır. Hansısa şəxslə siyasi mübarizə aparırsan, apar, amma ailəni, xüsusilə qadınları təhqir edirsənsə, artıq, bu, siyasət deyil, tərbiyəsizlikdir. Açığı, bunlar təhqiri ya pul qarşılığında, ya da başqa məqsədlər naminə edirlər”.

Hüquq müdafiəçisinə görə, təhqir edənlər əsas adamlar deyil, onlar sadəcə icraçıdırlar.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb
Bu gün, 10:51
Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ - “Əmanətlərin Sığortalanması Fondu pərdəarxası danışıqlar aparır”
Bu gün, 10:49
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq? - TƏHLİL
Bu gün, 10:45
2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir - Səbəbi və həlli yolları Bakıda konfransda müzakirə olunur
Bu gün, 10:43
Kanadada erməni təxribatı ilə bağlı petisiya yaradıldı
Bu gün, 10:41
Nazarbayevdən sonra Rəhman da Paşinyana qarşı çıxdı
Bu gün, 10:39
Azərbaycan Qarabağ klanının yerinə gələn Paşinyana da rahat həyat vəd etməyəcək - TƏHLİL
Bu gün, 10:36
Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib
Bu gün, 10:34
Vəkil 15 nəfərə qarşı dələduzluq etdi - Məhkəmə başlayır
Bu gün, 10:32
“Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın” - deputat
Bu gün, 10:29
Elvindən yeni klip: "Bir siqara yak abi" - VİDEO
Bu gün, 10:27
Rüstəm Orucov Çində finala çıxıb - YENİLƏNİB
Bu gün, 10:25
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi - ilginc iddialar
Bu gün, 10:23
Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü
Bu gün, 10:22
Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb
Bu gün, 10:21
Düşmənə qarşı təbliğat savaşında mühüm gəlişmə - Bakının diplomatik uğuru
Bu gün, 10:20
Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını xeyli azaltmağa hazırlaşır
Bu gün, 10:19
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
Bu gün, 10:18
“Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi... - İTTİHAM
Bu gün, 10:17
Tibbi müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayında artım proqnozlaşdırılır
Bu gün, 10:15
AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq
Bu gün, 10:14
Siyavuş Novruzovdan Rusiyadakı oliqarxlarla bağlı yeni ittihamlar - QALMAQAL
Bu gün, 10:08
Azərbaycan qlobal əməkdaşlıq tədbirlərinin keçirildiyi təhlükəsiz ölkə statusunu getdikcə gücləndirir - TƏHLİL
Bu gün, 10:06
Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb
Bu gün, 10:04
Daha bir deputat sərxoş halda Bakının mərkəzində dava saldı
Bu gün, 10:04
Tramp Mik Malvenini Ağ Evin aparatının rəhbəri təyin edəcək
Bu gün, 10:01
Şabranda intihar zamanı xilas edilən şəxs bir neçə gün sonra ölüb
Bu gün, 10:00
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır - FƏRMAN
Dünən, 18:03
"Mənə ev, maşın bağışlayıblar" - Namiq
Dünən, 18:00
Kürdəmirdə yol tikintisinə 2,82 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 17:57
Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı
Dünən, 17:47
"Bakcell"dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə
Dünən, 17:45
Manafla Mətanət küsülü imiş
Dünən, 17:43
"Şou-biznesdə ilk saqqallı müğənni mən olmuşam"
Dünən, 17:31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Dünən, 17:25
"Kəndimizdə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri yoxdur..." - GİLEY
Dünən, 17:22
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:07
İdmançı polislər ustalıq göstərdilər...
Dünən, 17:05
Bərdə sakininin pul kartından 5 min manat çıxaran şəxs tutulub
Dünən, 17:03
FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr, fəxri adlar verilib - SİYAHI
Dünən, 17:02
Leyla Əliyeva rusiyalı qadınlara cavab YAZDI
Dünən, 16:59
Putini İrana qarşı getməyə nə vadar edir? - TƏHLİL
Dünən, 16:55
“Bir də bu mahnını oxuma” - Aşıq Əliyə qadağa
Dünən, 16:50
"The Beatles" qrupunun keçmiş solistinin evi qarət edilib
Dünən, 16:43
Sahil qəsəbə sakinləri ilə görüş keçirilib
Dünən, 16:39
“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq edən şəxslərin məhkəməsi başlayır
Dünən, 16:37
Azərbaycanlı PR mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində
Dünən, 16:31
Kosova ordu qurdu - NATO-dan sərt açıqlama
Dünən, 16:28
Bəs maliyyə nazirliyini kim yoxlayacaq? - NARAZILIQ VAR
Dünən, 16:26
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
Dünən, 16:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru