Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir .....                     Qodu-Qodu BAYRAMINIZ MÜBARƏK! .....                     Bakıda güzgü oğrusu ələ keçdi .....                     Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb .....                     Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub .....                     Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu .....                     Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq .....                     “Elə edin ki, insanlar sizdən ölkə başçısına şikayət etməsin...” .....                     Ağciyər Xəstəlikləri İnstitutundan səhiyyə nazirinə ittiham dolu MÜRACİƏT... .....                     Babayanın Qarabağ sayıqlaması: Bu, müzakirə oluna bilməz! .....                     "Əli İnsanov artıq “oğru qanunları” ilə yaşadığını etiraf etdi" .....                     Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır .....                     Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür .....                     Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb .....                     "Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək" .....                     SOCAR Rumıniya iqtisadiyyatına qoyduğu investisiyaların məbləğini açıqlayıb .....                     "Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik" .....                     Cəzaçəkmə müəssisələrində dövlət peşə təhsili standartları təsdiq edilib .....                     Hər bir sahədə islahatların aparılması ilə bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır .....                     DİN post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir .....                     Paşinyan sülh qapılarını niyə bağlayır? .....                     Əhalinin banklardakı pulları 8 milyard manatı keçib .....                     Dünyanın ən xoşbəxt ölkəsi açıqlanıb .....                     Yeni Zelandiya terrorunun qurbanlarının ilk dəfn mərasimi bu gün mümkün olacaq .....                     “Hərbi təlimlərdə bir məqsəd var: ordu komanda alanda Qarabağı azad etmək iqtidarında olsun!” .....                     Problemli kreditlərin həlli ilə bağlı fərmanın dünyada bənzəri yoxdur .....                     Co Bayden 2020-ci il prezident seçkilərində iştirak edəcək .....                     Azərbaycanda bu il üçün balıq ovunun kvotası müəyyənləşib .....                     Rusiya forpostu Ermənistana qarşı .....                     Ombudsman yerinə iki iddiaçı .....                     "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz" .....                     “İsmayıllı Quşçuluq” ASC səhmlərini satışa çıxarır .....                     Goranboy sakini bıçaqlanıb .....                     “Düşünürəm ki, o, Əli Kərimliyə və Cəmil Həsənliyə qoşulmaz” .....                     Sədaqət Rəşidqızıdan Novruz əhval-ruhiyyəli fotolar .....                     "Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək" .....                     Ermənistandakı siyasi qüvvələr Dağlıq Qarabağ münaqişəsinin girovuna çevriliblər .....                     Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi fondu 500 min manat artırılıb .....                     Avropa İttifaqı ilə gözlənilən saziş-mane olmağa cəhdlər ola bilər? .....                     "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilib .....                 

Ali məktəblərdə təhsil haqları artırılacaq
Tarix: 13-03-2018, 11:22 | Çap et
Ali məktəblərdə təhsil haqları artırılacaq
Nazirlər Kabineti tərəfindən Azərbaycanda bakalavriat, tibb təhsili, magistratura və rezidentura üzrə əsas təhsil səviyyələrində tələbələrə düşən təhsil xərclərinin yeni miqdarı təsdiqləndi. Rəqəmlərə nəzər saldıqda məlum olur ki, ali təhsil pilləsində bir tələbənin təhsil xərci minimum 1320 manatdan başlanır. Bəzi ixtisaslar üzrə müəyyən olunan xərclərdəki fərq isə diqqət çəkəndir. Məsələn, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq 6820 manat, Müalicə işi 4500 manat müəyyən edilib.

Bu xərclərin hansı tələblərə əsasən müəyyən edilməsi, habelə yeni qiymətlərin ali məktəblərdə təhsil haqqına necə təsir göstərəcəyi ilə bağlı Publika.az-ın suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.

- Əvvəlcə istərdim bu təhsil xərclərinin nəyə əsasən müəyyən edildiyinə aydınlıq gətirəsiniz Solo oxuma ixtisasında kadr hazırlığının dəyəri nə üçün Müalicə işindən çox olur?

- Ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirildiyi ixtisaslar üzrə təhsil haqları ona sərf olunan xərclərin smetası əsasında müəyyən olunur. Belə ki, bir il ərzində tədris olunan fənlərə görə müəllimlərə ödəniləcək əmək haqqı, sərf olunacaq bütün resurslar hesablanaraq təhsil haqqı müəyyənləşir. Tələbənin təhsil müəssisələrinə ödənilməsi nəzərdə tutulan təhsil haqqına, hətta universitetin saxlanması üçün nəzərdə tutulan, layihələrin həyata keçirilməsi üçün zəruri olan xərclər də daxildir. Yeni ixtisaslar üzrə müəyyən edilmiş təhsil haqlarına plan yerlərinin sayı da təsir göstərir. Belə ki, müəyyən ixtisaslar var ki, plan yeri çoxdur və müəyyən edilmiş xərclər smetası üzrə ortaya çıxan məbləğ daha çox tələbə arasında bölüşdürülür ki, bu zaman ortaya az məbləğ çıxır. Amma müəyyən ixtisaslar var ki, Xalq çalğı alətləri, Solo oxuma, Dirijorluq və s. kimi ixtisaslar onların plan yeri az olduğu üçün bütün xərclər az plan yeri arasında bölüşdürülür və nəticədə bu kimi ixtisaslar üzrə yüksək təhsil haqları formalaşır. Bu əlbəttə ki, təklif olunan qiymətlərdir. Məlumdur ki, ali məktəblərin plan yerləri tam şəkildə dolmur. Müəyyən sayda plan yeri boş qalır ki, bu zaman öncədən planlaşdırılmış maliyyə hesabatlarında kəsr yaranır. Ona görə də, ali təhsil müəssisələri təhsil haqlarını daha da qaldırırlar. Magistr pilləsində plan yerinin bakalavr pilləsi ilə müqayisədə az olduğunu nəzərə alsaq, bu zaman xərclər smetası daha çox olur. Ona görə də, magistr pilləsində təhsil haqları daha yüksəkdir. Amma son illər ərzində beş mindən çox tələbənin təhsil haqlarını ödəyə bilmədiyi üçün təhsilini yarımçıq qoyduğunu nəzərə alsaq, bu təhsil haqları kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan gəncləri daha az təhsil haqqı ödəməklə qonşu ölkələrdə daha yüksək təhsil ala bilərlər, bu zaman biz çoxlu insanın xaricə üz tutmasına şərait yaratmış oluruq.

- Bu addım ödənişli ixtisaslarda təhsil haqqının artımına səbəb ola bilərmi?

- Təhsil haqları müəyyən olunarkən istər Nazirlər Kabineti, istərsə də universitetlər təkcə sərf olunan xərcləri düşünməməlidirlər. Onlar bu qədər yüksək məbləğdə vəsait ödəyib təhsil alan tələbələrin sonradan əmək bazarında iş tapması, alacağı əmək haqqını da nəzərdən keçirməlidirlər. Təəssüf ki, tələbələrin ödədikləri təhsil haqlarını geri qazanması üçün indiki əmək haqqı məbləği ilə 10 ilə qədər işləməsi gərəkdir. Ali məktəblərin ixtisaslar üzrə təhsil haqları son illər ərzində kəskin şəkildə yuxarı qalxıb. Son müəyyən edilmiş qiymətlərdən sonra 2018-2019-cu tədris ili üçün də ali məktəblərin ixtisasları üzrə təhsil haqları yenidən qalxacaq.

- Necə düşünürsünüz, bütün bu qeyd etdiyiniz məqamları nəzərə alaraq ali məktəblərdə bir-birini təkrar edən ixtisasların ləğv edilməsi daha doğru olmazmı? Onsuz da yerlərin çoxu dolmur, qəbul olanlar da ya təhsil haqqını ödəyə bilmədiyindən təhsili yarımçıq qoyur, ya da əmək bazarında yer tapmır...

- Əlbəttə ki, ilk növbədə əmək bazarında ehtiyac olmayan və daha çox kadr hazırlığı həyata keçirilən ənənəvi ixtisasların sayını azaltmaq və ya dövlət universitetlərində ən azından bu ixtisaslara qəbulu dayandırmaq lazımdır. İstəyən gedib öz vəsaiti hesabına özəl ali təhsil müəssisələrində təhsil alsın. Məsələn, müəllimlik, iqtisadiyyat, maşınqayırma, gəmiqayırma, elektrik mühəndisi, hüquqşünas və sair onlarla ixtisas üzrə bu qədər kadr hazırlığına ehtiyac yoxdur. Artıq əmək bazarında başqa bilik və bacarıqlara malik olan, başqa ixtisaslı kadrlara ehtiyac duyulur. Xalq çalğı alətləri, aktyorluq və bu kimi ixtisası bitirən nə qədər məzun işlə təmin olunub? Hər il ali təhsil müəssisələrini bitirənlərin 42 faizi işlə təmin edilir. Yerdə 58 faiz əlində diplom, ali təhsilli işsiz formalaşır. Kimə lazımdır bu qədər ali təhsilli işsiz? Onun yerinə həmən şəxsləri peşə təhsili müəssisələrinə qəbul etmək lazım idi ki, sonradan işlə təmin olunması asan və mümkün olsun.

- Bir tələbənin hazırlığı üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilən bu vəsaitin miqdarını necə dəyərləndirirsiniz? Həmin vəsait kadr hazırlığı ilə uyğunlaşırmı?

- Azərbaycanda universitetlər xərclər smetasını müəyyən edəndə bütün xərclərin tələbələrin təhsil haqqı hesabına ödənilməsi barədə düşünürlər. Nəticədə ortaya yüksək təhsil haqqı miqdarı çıxır. Məsələn, qonşu Türkiyədə universitetlər həm də bir çox təhsil xidmətləri göstərirlər, böyük qrant layihələri həyata keçirirlər və nəticədə universitetin xərclərinin müəyyən hissəsinin bu mənbələrdən ödənilməsinə görə tələbələrin təhsil haqları aşağı məbləğdə olur. Reytinqi Azərbaycan universitetlərindən dəfələrlə yüksək olan Türkiyənin bir çox ali təhsil ocağında eyni ixtisas üzrə təhsil haqqı bizdən dəfələrlə azdır. Buna həm də xaricdən gələn tələbələrin sayı da təsir göstərir. Bizdə hər hansı xalq çalğı alətləri ixtisası üzrə təhsil haqqı müəyyən olunarkən tələbəyə çəkilən xərclərin smetası çıxarılır. Guya o tələbəyə hər ay yeni musiqi alətləri alınır, xaricdən gətirilən resurslardan istifadə olunur və sair. Bu kimi hallar digər ixtisaslara da aiddir. Amma reallıq odur ki, bunlar yalnız kağız üzərindədir. Hər il təhsil müəssisələrinin təmiri, yenidən qurulması, yeni avadanlıq alınması ilə bağlı böyük vəsaitlər yazılıb silinir. Xərcini də tələbə təhsil haqqı ilə ödəyir.

- Bu ildən bəzi ali məktəblər publik-hüquqi şəxs oldu. Sizcə, bu ali məktəblərdə təhsil haqlarında artım gözlənilirmi?

- Əlbəttə ki, onların qiymət artımı etməsi qaçılmazdır. Nəzərə alsaq ki, ölkədə əmək haqları da artırılır, devalvasiya baş verir bu da xərclər portfelinin həcminin artması ilə nəticələnir. Ona görə də, universitetlər təhsil haqqını artırılmaqla yaranmış kəsiri aradan qaldırılmaq üzərində işləyirlər.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir - Prezident İlham Əliyev
Bu gün, 11:25
Qodu-Qodu BAYRAMINIZ MÜBARƏK!
Bu gün, 11:24
Bakıda güzgü oğrusu ələ keçdi
Bu gün, 11:23
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
Bu gün, 11:21
Azərbaycanın qonşu dövlətlərlə əlaqələri yeni mərhələyə qədəm qoyub - Dövlət başçısı
Bu gün, 11:19
Türkiyədə terrora hazırlaşan PKK üzvləri tutuldu
Bu gün, 11:18
Cənub Qaz Dəhlizi layihəsinin icrası Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, siyasi və iqtisadi maraqlarımızı qoruyacaq - İlham Əliyev
Bu gün, 11:16
“Elə edin ki, insanlar sizdən ölkə başçısına şikayət etməsin...”
Bu gün, 11:13
"Planet Parni iz Baku" KVN teatrının bu məsələyə diqqət yetirməsi alqışlanandır” - deputat
Bu gün, 11:05
Ağciyər Xəstəlikləri İnstitutundan səhiyyə nazirinə ittiham dolu MÜRACİƏT... - VİDEO
Bu gün, 11:02
Babayanın Qarabağ sayıqlaması: Bu, müzakirə oluna bilməz! – Cavab
Bu gün, 10:58
"Əli İnsanov artıq “oğru qanunları” ilə yaşadığını etiraf etdi" - deputat
Bu gün, 10:57
Fədakar jurnalistlər niyə Damla qədər sevilmir?
Bu gün, 10:54
Paşinyan ermənilərlə azərbaycanlıları söyüşməyi dayandırmağa çağırır - “CAN-CİYƏR SÖHBƏTLƏRİ OLA BİLMƏZ, AMMA...”
Bu gün, 10:51
Bu gün Həzrəti Əlinin (ə) doğum günüdür
Bu gün, 10:49
Kasım-Jomart Tokayev Qazaxıstan Prezidenti vəzifələrinin icrasına başlayıb
Bu gün, 10:47
"Azərbaycan xalqı islahatların nəticələrini görür və bundan sonra da görəcək" - Dövlət başçısı
Bu gün, 10:46
SOCAR Rumıniya iqtisadiyyatına qoyduğu investisiyaların məbləğini açıqlayıb
Bu gün, 10:44
"Bu il və bundan sonrakı illərdə ordu quruculuğu üçün nə lazımsa, onu da edəcəyik" - Prezident İlham Əliyev
Bu gün, 10:43
Həbsdə olan Təranənin qızını ziyarət etdilər
Bu gün, 10:42
Cəzaçəkmə müəssisələrində dövlət peşə təhsili standartları təsdiq edilib
Bu gün, 10:38
Hər bir sahədə islahatların aparılması ilə bağlı müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır - Azərbaycan Prezidenti
Bu gün, 10:37
DİN post-patrul xidmətinin polis nəfəri vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir - Diqqət!
Bu gün, 10:34
Paşinyan sülh qapılarını niyə bağlayır? - TƏHLİL
Bu gün, 10:32
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
Bu gün, 10:30
Dünyanın ən xoşbəxt ölkəsi açıqlanıb
Bu gün, 10:29
Yeni Zelandiya terrorunun qurbanlarının ilk dəfn mərasimi bu gün mümkün olacaq
Bu gün, 10:28
“Hərbi təlimlərdə bir məqsəd var: ordu komanda alanda Qarabağı azad etmək iqtidarında olsun!” - General Yaşar Aydəmirov
Bu gün, 10:27
Problemli kreditlərin həlli ilə bağlı fərmanın dünyada bənzəri yoxdur - Azərbaycan Prezidenti
Bu gün, 10:25
Co Bayden 2020-ci il prezident seçkilərində iştirak edəcək
Bu gün, 10:24
Azərbaycanda bu il üçün balıq ovunun kvotası müəyyənləşib
Bu gün, 10:23
Rusiya forpostu Ermənistana qarşı “qamçı və kökə” siyasətini cilalayır
Bu gün, 10:22
Ombudsman yerinə iki iddiaçı - vitse-spikerin də adı var
Bu gün, 10:20
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz" - Prezident İlham Əliyev
Bu gün, 10:18
“İsmayıllı Quşçuluq” ASC səhmlərini satışa çıxarır
Bu gün, 10:16
Goranboy sakini bıçaqlanıb
Bu gün, 10:15
“Düşünürəm ki, o, Əli Kərimliyə və Cəmil Həsənliyə qoşulmaz” - Hafiz Hacıyev
Bu gün, 10:13
Sədaqət Rəşidqızıdan Novruz əhval-ruhiyyəli fotolar
Bu gün, 10:11
"Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək" - Prezident İlham Əliyev
Bu gün, 10:09
Ermənistandakı siyasi qüvvələr Dağlıq Qarabağ münaqişəsinin girovuna çevriliblər - TƏHLİL
Bu gün, 10:07
Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi fondu 500 min manat artırılıb
Bu gün, 10:06
Avropa İttifaqı ilə gözlənilən saziş-mane olmağa cəhdlər ola bilər? - TƏHLİL
Bu gün, 10:05
"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nda dəyişiklik edilib
Bu gün, 10:03
Azərbaycanlı pianoçu Fransada "İlin fəxri qadını" medalı ilə təltif edilib
Bu gün, 10:02
ABŞ və Braziliya liderləri Venesuela məsələsində həmfikirdirlər
Bu gün, 09:59
Evində narkotik yetişdirirdi
Bu gün, 09:58
“Onun üzünə neçə nəfər qərbi azərbaycanlı durub, bunu da unutmaq olmaz” - Maksim Musayev
Bu gün, 09:57
İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb
Bu gün, 09:55
S&P "Brent" neftinin qiyməti üzrə proqnozunu yaxşılaşdırıb
Bu gün, 09:54
Lənkəranda ərlə arvad dəm qazından zəhərlənib
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru