Bakının 3 rayonunun rəhbəri təcili dəyişdirilir .....                     Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək .....                     Bakıda 1,2 milyon manatlıq dələduzluq edən qadının məhkəməsində zərərçəkmişlər dindirilib .....                     “Nar” qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri mükafatlandıracaq .....                     İran və İraq PKK-ya qarşı hərbi əməliyyatlarda iştirak etmirlər .....                     İcra başçısı keçmiş baş redaktora vəzifə verdi .....                     “Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu .....                     Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda .....                     Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib .....                     Sabah Azərbaycana yay gəlir .....                     Yüksək vəzifəli şəxslərin adı keçən işdə daha bir nəfər həbs edilib .....                     Miqrasiya xidməti Firudin Nəbiyevin adamlarından "təmizlənir" .....                     Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb .....                     Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə rəsmi səfərdə olub .....                     İraqın şimalı PKK terrorçularından tamamilə təmizlənəcək .....                     Hərbi Prokurorluğa yeni mətbuat katibi TƏYİNATI .....                     İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini məhkəmədə ifadə verib .....                     Belarusda azərbaycanlı biznesmeni ölümlə hədələyənlər saxlanıldı .....                     Bankir Emin Zeynalov polisə müraciət edib .....                     Bakı bu üç ölkə ilə əlaqələrə önəm verir .....                     Gürcüstan parlamentində hökumətin yeni tərkibinin və proqramının müzakirəsi başlayıb .....                     Hicran Hüseynovanın adı keçən Ceyla işində İLGİNC GƏLİŞMƏ .....                     AXCP sədri Müdafiə nazirliyimizi niyə “təkzib” edir?.. .....                     Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya "krışalıq" edir... .....                     Tereza Meyə qarşı sui-qəsdin TƏFƏRRÜATLARI .....                     “Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı .....                     Elman Allahverdiyev Almaniyada Əli Həsənovun milyonlarını yuyub? .....                     İnam Kərimov fermerlərin dadına yetişəcəkmi? .....                     Bir il əkdilər, becərdilər, indi də hər şey göz görə-görə məhv edilir .....                     Turizm təbliğini şortik davası heçə çıxardı? .....                     Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib .....                     Biləsuvarın icra başçısına bayraq ittihamı .....                     "Texnikabank"ın keçmiş rəhbərindən REAKSİYA .....                     Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı .....                     Avropa Şurası Ermənistan XİN-in bəyanatını cəfəngiyyat adlandırdı .....                     Şengen vizası bahalaşır .....                     Ərdoğan öndə gedir, Akşenersə İncenin kölgəsində qalıb .....                     Paşinyan rəqiblərini “siyasi meyit”ə çevirir .....                     Büdcəyə dəyişiklikdə qeyri-neft gəlirləri niyə azalır? .....                     “Laçına gedən yola artıq ordumuz nəzarət edir” .....                 

“Soyuq müharibə” qayıdır: Azərbaycan nə etməlidir? - TƏHLİL
Tarix: 13-03-2018, 09:41 | Çap et
“Soyuq müharibə” qayıdır: Azərbaycan nə etməlidir?
Son illərdə dünya düzəni sürətlə dəyişir. Artıq bu düzənin iki hissəyə bölündüyünü əminliklə söyləmək mümkündür. Bir tərəfdə Amerika, digər tərəfdə Rusiya dayanıb. Çin və digər böyük dövlətlərin də getdikcə bu proseslərə qoşulduğunu demək olar. Sürətlə şəkillənən hazırkı dünya düzəni “soyuq müharibə” illərini xatırladır.

Son illərdə dünya düzəni sürətlə dəyişir. Artıq bu düzənin iki hissəyə bölündüyünü əminliklə söyləmək mümkündür. Bir tərəfdə Amerika, digər tərəfdə Rusiya dayanıb. Çin və digər böyük dövlətlərin də getdikcə bu proseslərə qoşulduğunu demək olar. Sürətlə şəkillənən hazırkı dünya düzəni “soyuq müharibə” illərini xatırladır.

Azərbaycanın yerləşdiyi region üçün də bəzi təhlükələrin yarandığı göz önündədir. Dünyada cərəyan edən proseslərin başında duran iki dövlətdən birinin-Rusiyanın ölkəmizin yerləşdiyi regionun aparıcı dövləti olması bunu deməyə əsas verir. Qərb tərəfindən ciddi təzyiqlərlə üz-üzə qalan cənub qonşumuz İranı da bu sırada xüsusi qeyd etmək olar. Bütün bunların fonunda hər kəsi Azərbaycanın bu çətin situasiyada yürütdüyü xarici siyasət düşündürür. İndiyə qədər balanslı siyasətə üstünlük verən Azərbaycanın bu siyasəti davam etdirməsinin getdikcə çətinləşdiyi qeyd olunur.

Politoloq Nəzakət Məmmədova tarix boyu dünya düzəninin formalaşması üçün mübarizələrin getdiyini söylədi: “Hazırda yeni dünya düzəninin formalaşması uğrunda dövlətlər arasında böyük mübarizə gedir. SSRİ-nin süquta uğramasından sonra hər kəs ikiqütblü dünya sisteminin çökdüyünü və Amerikanın hegemonluğu altında yeni dünya nizamının yarandığını düşünürdü. Lakin Putinin hakimiyyətə gəlməsi və yenidən fövqəldövlət statusuna iddia etməsi hər şeyi dəyişdirdi. Amerika artıq ikiqütblü dünya sistemindən qalan hər şeyi məhv etmək üzrə idi. Beş dövlətin dünya siyasətində əsas söz sahibi olması, istənilən qərara veto tətbiqi hüququ tanınmayaraq, BMT-nin sanksiyası olmadan Körfəz müharibəsi başladı. Yuqoslaviya müharibəsi və ondan sonrakı bir çox proseslər Rusiyanın Yaxın Şərqdən və Balkanlardan çıxarılmasını nəzərdə tuturdu.

Rusiya SSRİ-nin varisi kimi Şərqi Avropa, Balkan yarımadası, Yaxın Şərq və postsovet məkanında ciddi şəkildə sıxışdırıldı. Putinin dövlət başçısı olması bunların qarşısını aldı. Əfqanıstan Qorbaçov, İraq, Balkanlar Yeltsin, Liviya Medvedyevin dövründə itirildi. Nəcibulla, Səddam Hüseyn, Qəddafi kimi Rusiya ilə yaxşı münasibətləri olan liderlər edam edildi. Yuqoslaviyada soyqırım törədən rusların tarixi müttəfiqləri serb liderləri, generalları Haaqa Beynəlxalq Tribunalında cəzalandırıldı. Bunlar təsadüfi proseslər deyildi. Qərb yeni dünya nizamını Rusiyasız görmək istəyirdi. Lakin Putin Rusiyanın postsovet məkanı və rusların Yaxın Şərqdə sonuncu qalası, Aralıq dənizinə çıxış yolu olan Suriyadan çıxarılmasına imkan vermədi. Ukrayna və Suriya müharibələri bunun təzahürü idi. ABŞ rəngli inqilablarla özünə lazımlı şəxsləri hakimiyyətə gətirsə də, postsovet ölkələrində bu məqsədlərinə nail ola bilmədi.

Ukrayna, Gürcüstan, Qırğızıstana bu inqilablar heç nə vermədi. Rusiya öz geosiyasi maraq dairəsi hesab etdiyi ərazilərdən çıxmaq istəmədiyini hər addımda göstərir. Putinin son modern silahlarla bağlı təhdidedici çıxışı da bunu sübut edir. İran, Çin kimi ölkələr də ABŞ hegemonluğu altında olan dünya nizamına qarşıdır. Çin öz iqtisadi potensialını artırıb Qərb bazarlarına ekspansiya etməklə, İran nüvə silahı hazırlamaqla ABŞ-ın hegemon mövqeyinə müqavimət göstərməyə çalışdı. Son dövrlərdə artıq ABŞ və Avropa ölkələri arasında müttəfiqlikdə çatların yarandığı görünür. Burada Tramp hakimiyyətə gələndən ABŞ-ın öz daxilində Ağ Ev, Konqres və Pentaqon arasındakı qarşıdurmadan savayı Rusiyanın rolunu da qeyd etmək olar. Qərbin Rusiyanı sıxışdırmasına cavab olaraq o da kibermüharibə, fəal diplomatiyadan tutmuş müharibələrədək istənilən əks-təsir üsullarından istifadə edir. Rusiyanın Türkiyə ilə əməkdaşlığı da NATO-nu parçalamaq planlarının əsas hissəsidir. Göründüyü kimi, ABŞ-Rusiya qarşıdurması və bunun nəticələri yeni dünya nizamının gələcək taleyini həll edəcəkdir”.

Politoloq Azərbaycanın yürütməli olduğu xarici siyasətə də toxundu: “Artıq dünyada ikiqütblü yox, çoxqütblü dünya düzəni yaranmağa doğru gedir. NATO-ya alternativ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avropa Birliyinə alternativ kimi Avrasiya İqtisadi Birliyi yaradılıb. Belə olan halda postsovet ölkələri də çətin seçim qarşısında qalır. Onların birtərəfli mövqe tutması vəziyyəti çətinləşdirə bilər. Artıq bu ölkələrin rəhbərliyinə 90-cı illərdə olduğu kimi millətçi yox, yaxud 2000-ci illərdəki rəngli inqilablar nəticəsində amerikapərəst yox, məhz hazırkı Rusiya və Avropa yaxınlaşmasının, razılaşmasının nəticəsi olaraq biznesmenlərin gətirilməsini görürük. Ukraynada ”şokolad kralı" Petro Poroşenko, Ermənistanda “tetris oyunları kralı” Armen Sarkisyan, Gürcüstanda biznesmen Bdzina İvanaşvili, bankir baş nazir Kverelişvili məhz bu qəbildən olan dövlət və hökumət başçılarıdır. Görünür, artıq Rusiya və Avropa bu məsələdə ortaq dil tapmaqdadır. ABŞ və Avropa Birliyinin münasibətlərindəki soyuqluq Avropa-Rusiya münasibətlərini yaxınlaşdırıb. Əslində Avropada zaman-zaman hələ soyuq müharibə dövründə Amerikadan uzaqlaşıb ruslarla yaxınlaşma meylləri olub. Lakin bunun qarşısı alınıb. De Qollun NATO əsgərlərini ölkədən çıxarması, SSRİ ilə yaxınlaşmaq istəyi buna sübut idi. Eləcə də hazırkı Rusiya-Türkiyə yaxınlaşması ABŞ-la münasibətlərin gərginliyi fonunda davam edir. Atatürk, Menderes də Qərbə qarşı ruslarla eyni mövqedə idilər. Ərdoğanın siyasəti də hazırda buna oxşardır. Nəzərə alsaq ki, Türkiyə-Rusiya və Rusiya-Avropa yaxınlaşmasının əsasında enerji əməkdaşlığı durur, o zaman Rusiya və Avropa Birliyinin MDB məkanında razılaşma əsasında siyasət yürütdüyünü demək olar. Ermənistanın Avropa Birliyi ilə saziş imzalamasını Rusiyanın sakitliklə qarşılaması buna bariz nümunədir. “Azərbaycan hazırkı şəraitdə nə etməlidir” sualı hər birimizi düşündürür. Azərbaycanın ətrafında yeni geosiyasi reallıqlar meydana gəlməkdədir.

Ölkəmizin indiyədək həyata keçirdiyi siyasəti praqmatik hesab etmək olar. Lakin yeni situasiya yeni təhdidləri də özü ilə gətirə bilər və biz buna hazır olmalıyıq. Daxili siyasi sistemdə dəyişikliklərin güc yolu ilə dəyişdirilməsindən tutmuş xarici siyasətin bir çox aspektlərinə qədər müdaxilə etmək istəyən, ölkəmizin siyasətini özlərinə sərf edən şəkildə yönləndirməyə çalışan güc mərkəzləri çoxdur. Azərbaycanın strateji ölkə olduğunu sübut etməyə ehtiyac yoxdur və bu, ölkəmizə böyük maraq, eyni zamanda təhdid yaradır. Dövlət başçısı da daima öz çıxışlarında vurğulayıb ki, bizə təzyiq göstərmək istəyən qüvvələr var. Burada ən əsas amil xalqın və hakimiyyətin birliyidir. Belə olan halda ölkəni heç bir qüvvə sarsıda bilməz. Yeni çağırışlar yeni təhdidləri də özü ilə gətirir. Yeni dünya düzənində biz öz layiq olduğumuz yeri tutmalıyıq və bunun üçün lazımi siyasət aparılır. Hazırkı dünyada qlobal və regional kommunikasiyalar, enerji, nəqliyyat-kommunikasiya layihələri xüsusi əhəmiyyət kəsb edir ki, Azərbaycan bir çox belə layihələrdə təşəbbüskar ölkədir. Formalaşan yeni dünya düzənində milli maraqların uğurlu təminatı üçün dövlət öz sərəncamında olan bütün vasitələrdən istifadə etməlidir".
“Yeni Müsavat”







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakının 3 rayonunun rəhbəri təcili dəyişdirilir - Bu günlərdə Bakı meri də müəyyən olunacaq
Bu gün, 16:52
Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək - Aİ nümayəndəliyi
Bu gün, 16:43
Bakıda 1,2 milyon manatlıq dələduzluq edən qadının məhkəməsində zərərçəkmişlər dindirilib
Bu gün, 16:42
“Nar” qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri mükafatlandıracaq
Bu gün, 16:37
İran və İraq PKK-ya qarşı hərbi əməliyyatlarda iştirak etmirlər - Çavuşoğlu
Bu gün, 16:35
İcra başçısı keçmiş baş redaktora vəzifə verdi
Bu gün, 16:28
Azəri qızı Günel qardaşının toyunda 20 minlik LİBAS GEYİNDİ
Bu gün, 16:25
“Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu - VİDEO
Bu gün, 16:22
Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda DANIŞDI
Bu gün, 16:20
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Bu gün, 16:16
Sabah Azərbaycana yay gəlir
Bu gün, 16:12
"Cəmi 1 manata həyat qurtaraq" - Məşhurlardan təqdirəlayiq addım
Bu gün, 16:10
Yüksək vəzifəli şəxslərin adı keçən işdə daha bir nəfər həbs edilib - digəri axtarışdadır
Bu gün, 15:58
Miqrasiya xidməti Firudin Nəbiyevin adamlarından "təmizlənir" - Dəyişiklik
Bu gün, 15:57
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Bu gün, 15:56
Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə rəsmi səfərdə olub
Bu gün, 15:53
"Camaatın anası-bacısı var" — CAVANŞİR MƏMMƏDOVDAN "ŞORTİK QALMAQALI"NA SƏRT MÜNASİBƏT
Bu gün, 15:51
İraqın şimalı PKK terrorçularından tamamilə təmizlənəcək - Yıldırım
Bu gün, 15:49
Hərbi Prokurorluğa yeni mətbuat katibi TƏYİNATI
Bu gün, 15:47
İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini məhkəmədə ifadə verib
Bu gün, 15:46
Belarusda azərbaycanlı biznesmeni ölümlə hədələyənlər saxlanıldı
Bu gün, 14:11
Bankir Emin Zeynalov polisə müraciət edib — TƏFƏRRÜATLAR
Bu gün, 14:10
Bakı bu üç ölkə ilə əlaqələrə önəm verir - deputat
Bu gün, 14:09
Gürcüstan parlamentində hökumətin yeni tərkibinin və proqramının müzakirəsi başlayıb
Bu gün, 14:06
Hicran Hüseynovanın adı keçən Ceyla işində İLGİNC GƏLİŞMƏ - Müraciət
Bu gün, 14:05
AXCP sədri Müdafiə nazirliyimizi niyə “təkzib” edir?.. - Alqış Həsənoğlu yazır...
Bu gün, 14:01
Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya "krışalıq" edir... - İDDİA
Bu gün, 13:59
Tereza Meyə qarşı sui-qəsdin TƏFƏRRÜATLARI - Başını qoparmaq planlaşdırılıbmış
Bu gün, 13:56
“Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı
Bu gün, 13:55
Elman Allahverdiyev Almaniyada Əli Həsənovun milyonlarını yuyub?
Bu gün, 13:53
İnam Kərimov fermerlərin dadına yetişəcəkmi?
Bu gün, 13:51
Bir il əkdilər, becərdilər, indi də hər şey göz görə-görə məhv edilir - PROBLEM
Bu gün, 13:49
Turizm təbliğini şortik davası heçə çıxardı?
Bu gün, 13:46
Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib - XİN
Bu gün, 13:44
Biləsuvarın icra başçısına bayraq ittihamı - "Gəlin əyri oturub düz danışaq..."
Bu gün, 13:43
"Texnikabank"ın keçmiş rəhbərindən REAKSİYA - "Mənim eloğlum məni və mənim kasıb olmuş ailəmi təhqir edib"
Bu gün, 13:40
Rozanın geri qaytardığı maşına nə oldu?
Bu gün, 13:37
Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı
Bu gün, 13:35
Ramiz Əzizbəylinin sağlıq durumu və ən son FOTOLARI
Bu gün, 13:32
Avropa Şurası Ermənistan XİN-in bəyanatını cəfəngiyyat adlandırdı
Bu gün, 13:29
Şengen vizası bahalaşır
Bu gün, 13:27
Ərdoğan öndə gedir, Akşenersə İncenin kölgəsində qalıb - Türkiyə seçkiləri
Bu gün, 13:20
Paşinyan rəqiblərini “siyasi meyit”ə çevirir - Növbəti hədəf kim olacaq?
Bu gün, 13:18
Büdcəyə dəyişiklikdə qeyri-neft gəlirləri niyə azalır? - TƏHLİL
Bu gün, 13:16
Qəzaya düşən müğənnidən yeni xəbər
Bu gün, 13:13
“Laçına gedən yola artıq ordumuz nəzarət edir” - Zakir Həsənov
Bu gün, 13:11
Azərbaycan ordusunun Naxçıvandakı zəfərinin VİDEOsu yayımlandı
Bu gün, 13:09
Lerikdə gənc oğlan çayda boğulub
Bu gün, 13:07
"Pak-Dad" turistləri ölkədən qaçaq salacaq - belə davam edərsə...
Bu gün, 13:05
Üzeyir Mehdizadə evlənir
Bu gün, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru