Meksikada jurnalist qətlə yetirilib .....                     Füzuli Ələkbərov narazılıq yaradır .....                     "Qadın pasientim özünü 12-ci imam adlandırırdı" .....                     "Qaçqınkom" şefindən daha bir şikayət .....                     Şairə və tərcüməçi Zinaida Mirkina Moskvada 92 yaşında vəfat edib .....                     OPEC+ Əlcəzairdə neft kvotasının artımını müzakirə edəcək .....                     Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib .....                     Fransa prezidenti Fələstin-İsrail dialoqunun yenilənməsini təklif edib .....                     Rihanna səfir oldu .....                     Azərbaycanlı tələbə İsveçdə deputat seçildi .....                     Azərbaycan xarici işlər nazirinin müavini isveçrəli həmkarı ilə görüşüb .....                     Tramp BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcək .....                     I sinifdə summativ qiymətləndirmə ləğv olunur .....                     Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri arasındadır .....                     Xalq şairinin həyat yoldaşına "pul atan"a .....                     1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi .....                     Daha bir sahibkar Qubada cərimələndi .....                     Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir .....                     Polis əməkdaşları şagirdləri maarifləndirib .....                     Polislər körpənin həyatını xilas etdilər .....                     Sentyabrın 24-nə manatın məzənnəsi .....                     Dövlət Komitəsi “Məhərrəmlik” mərasimləri ilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb .....                     "Dedilər Məhəmmədə dərman verməyiblər deyə yandırıb" .....                     İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu .....                     İcazəsiz ov edən şəxs saxlanılıb .....                     İrəvanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır .....                     “ABŞ Suriyanın şimalında kürdlər üçün terrorçu dövlət yaratmağa çalışır” .....                     Meyiti dənizdən tapılan Hamlet Xoşqədəmin verilişinə çıxıbmış? .....                     Kəngərli kəndində səyyar-qəbul görüş .....                     Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı .....                     "Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir" .....                     “Nar”-dan tələbələrə təqaüd proqramı .....                     Nazirlik sahibkarı cərimələdi .....                     Erməni girovluğundakı azərbaycanlılara qarşı vəhşilik: .....                     "Allah günahlarını bağışlasın" .....                     Dərbənddə Nizaminin barmaqlarını sındırdılar .....                     Azərbaycanın sığorta bazarı 40% böyüyüb .....                     Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı .....                     Səfər Mehdiyev keçmiş "Broker"ə nələri vəd edib? .....                     Liberman Bakıya görə İrəvandan imtina etdi .....                 

Azərbaycan regional oyunçu kimi episentrdə - Əqrəblər Bakıda tutuşdurulur
Tarix: 13-03-2018, 09:00 | Çap et
Azərbaycan regional oyunçu kimi episentrdə
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili dünən böyük bir nümayəndə heyəti ilə Azərbaycana gəlib. Nümayəndə heyətinə onun birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili, xarici işlər naziri Mixeil Canelidze, maliyyə naziri Mamuka Baxtadze, parlament sədrinin müavini, Azərbaycan ilə parlament dostluq qrupunun sədri Zviad Dzidziquri və baş nazirin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze daxildir.

“Yeni Müsavat”ın öncə xəbər verdiyi kimi, bundan bir neçə gün qabaq Gürcüstanın müdafiə naziri Levon İzoriya Bakıda səfərdə olmuş, səfər zamanı iki ölkə arasında hərbi əməkdaşlıq haqqında anlaşma əldə edilmişdi. Bundan əlavə, gürcü nazir Türkiyə ilə birlikdə üçlü formatda əməkdaşlığı yüksək qiymətləndirmişdi. Azərbaycanın müdafiə naziri Zakir Həsənov isə gürcü həmkarına ölkəsinin müxtəlif beynəlxalq platformalarda Bakının mövqeyini, o sırada Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi üçün təşəkkür eləmişdi.

*****

Baş nazirin səfəri isə nümayəndə heyətinin tərkibindən də göründüyü kimi, daha geniş əməkdaşlıq sferalarını əhatə etməklə konkret hədəflərə hesablanıb.

Yada salaq ki, Kvirikaşvili təxminən 10 gün qabaq işğalçı Ermənistanda olmuş, İrəvanda saxta soyqırım abidəsini ziyarət edərək ora əklil qoymuş, Ermənistanı “dost ölkə” adlandırmışdı. Halbuki işğalçı ölkəni Gürcüstana bağlayan, yaxınlaşdıran, faktiki, heç nə yoxdur. Əsas səbəb də Ermənistanın Rusiya ilə işğal ortağı və blokada şəraitində olmasıdır, bölgədə forpost rolu daşımasıdır.

Azərbaycan-Gürcüstan münasibətləri haqda isə bunu demək olmaz. Əksinə, Bakı və Tiflis iqtisadiyyatın bütün sahələri, xüsusən də ticarət, energetika, kommunikasiya sahələri, habelə milli təhlükəsizlik və hərbi sahələrı üzrə ciddi tərəfdaşlıq içindədir. NATO üzvü Türkiyə ilə əməkdaşlıq da daxil, bu əlaqələr gürcü dövlətini məxsusən son illər Azərbaycan və Türkiyəyə möhkəm bağlayıb, iki qardaş ölkədən asılı duruma gətirib ki, bunu gürcü rəsmilər istəsələr belə, görməzlikdən gələ bilməzlər.

Yəni Tiflis arzulasa belə, işğalçı Ermənistanla yaxınlaşma siyasəti aparıb real nəticəyə nail ola bilməz. Bundan ötrü, deyildiyi kimi, sağlam və yetərli iqtisadi baza və resurslar da yoxdur. Bütövlükdə işğalçı ölkə özünün sovetdən qalma rüşeym iqtisadiyyatı və dünya okeanına çıxışının olmaması üzündən nə region ölkələri, nə də digər ölkələr və iri xarici sərmayəçilər üçün əhəmiyyət kəsb eləmir. Bunu yerli ekspertlər də görür və məyusluqla qeyd edirlər.

*****

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, Ermənistanın 1in.am portalının siyasi şərhçisi Sərkis Artsrunin bu xüsusda yazdığı məqalə diqqət çəkir. Azərbaycan və Gürcüstanın üzləşdikləri münaqişələrin nizamlanması məsələsində müttəfiq olmasına obyektiv yanaşdığını, lakin Gürcüstanın Ermənistanla əlaqələrinə görə Qarabağla bağlı proseslərdə nisbətən neytrallıq nümayiş etdirdiyini yazan müəllif ardınca qeyd edir: “Buna rəğmən, Azərbaycan eyni zamanda ardıcıl şəkildə Ermənistanın siyasi izolyasiyası siyasətini uğurla həyata keçirir. Rəsmi Bakı 3-cü ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərdən məhz bu məqsədlə istifadə edir”.

Erməni təhlilçi gürcü həmkarını qəbul edən xarici işlər naziri Elmar Məmmədyarovun növbəti həftə Türkiyə, Gürcüstan və İranın xarici işlər nazirlərinin iştirakı ilə Bakıda görüş keçiriləcəyi barədə sözlərini təsadüf hesab etmir: “Artıq yeni, dördtərəfli format Bakını Ermənistanın izolyasiya vəziyyətinə salmasının bir faktıdır. Əlbəttə, E.Məmmədyarovun və Z. Həsənovun bəyanatlarını dramatikləşdirmək lazım deyil. Lakin Ermənistanın, demək olar ki, bütün regional inteqrasiya proseslərindən kənarda qalması həqiqətən olduqca təşvişdoğurucudur. Ermənistanın xarici siyasəti, deyəsən, vahid məntiqdən məhrum qalıb. Gürcüstan və İranla münasibətlərdə bütün strateji hədəflər və regional komponentlər bir kənara atılaraq yalnız ikitərəfli formatla məhdudlaşır”.

Artsruninin fikrincə, İrəvan Gürcüstanla əlaqələrini daha qlobal, yəni Avropa inteqrasiyası çərçivəsində gözdən keçirsəydi, ikitərəfli münasibətlər başqa bir rəng alardı. “Lakin Ermənistanın xarici siyasəti cari problemlərlə məhdudlaşır, Bakı da bundan çox gözəl istifadə edir. Eyni sözləri İranla münasibətlərə şamil etmək olar. Bu əlaqələr, habelə Tehrandan gələn siqnallar düzgün dəyərləndirilsəydi, regional əhəmiyyət kəsb etmiş olacaqdı. Lakin rəsmi İrəvanın qeyri-adekvat siyasəti İranın Ermənistana olan marağını daha da azaldıb. Əksinə, İran Azərbaycan-Rusiya-Türkiyə üçtərəfli əməkdaşlığı sayəsində Avropa bazarlarına çıxmaq şansı əldə edib. Üstəlik, İran Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlığına da inteqrasiya olunmaqda çox maraqlıdır. Ermənistanın geridə qalmış dövlət və siyasət sistemi ilə iddialı xarici siyasət həyata keçirmək halı yoxdur. Bundan əlavə, Rusiyanın ”çulan"ı (evlərdə ərzaq və artıq əşyaların saxlandığı kiçik anbara deyilir - red.) statusu heç vaxt bir dövlətin modernləşməsinə imkan verə bilməz".

*****

Ancaq Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Özü yıxılan ağlamaz”. İşğalçı ölkə məhz illərdir Azərbaycana, Türkiyəyə qarşı apardığı haqsız, aqressiv və işğalçı siyasət hesabına indiki durumdadır, izolyasiya vəziyyətindədir, “izqoy ölkə” statusundadır. Demək, çıxış yolu da öz əlindədir.

Azərbaycan isə əksinə, getdikcə daha çox regional nəqliyyat və energetik xaba, vazkeçilməz tərəfdaşa və oyunçuya, beynəlxalq əhəmiyyətli görüşlərin ev sahibinə və episentrə çevrilir. Gürcü baş nazirin İrəvandan dərhal sonra Bakıya səfər etməsi öncəliklə bu reallıqla, Azərbaycanla hesablaşmaq zərurəti ilə birbaşa bağlıdır.

Bu da təsadüfi deyil ki, son vaxtlar “əqrəblər” məhz Bakıda tutuşdurulur. Yeri gəlmişkən, sabah - martın 14-də Bakıda Azərbaycan, Türkiyə və İran baş diplomatlarının üçlü sammiti olacaq. Gələn həftə isə Gürcüstanın xarici işlər nazirinin də qatılacağı dördlü sammit gözlənilir - ermənilərin həyəcanını artıracaq daha bir bəd xəbər...
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Meksikada jurnalist qətlə yetirilib
Bu gün, 07:34
Füzuli Ələkbərov narazılıq yaradır - GİLEY
Bu gün, 07:33
"Qadın pasientim özünü 12-ci imam adlandırırdı"
Bu gün, 07:31
"Qaçqınkom" şefindən daha bir şikayət - Müraciət
Bu gün, 07:23
Şairə və tərcüməçi Zinaida Mirkina Moskvada 92 yaşında vəfat edib
Bu gün, 07:20
OPEC+ Əlcəzairdə neft kvotasının artımını müzakirə edəcək
Bu gün, 07:15
Sumqayıtda intihar etmək istəyən şəxs xilas edilib
Bu gün, 07:10
Fransa prezidenti Fələstin-İsrail dialoqunun yenilənməsini təklif edib
Bu gün, 07:09
Rihanna səfir oldu
Bu gün, 07:08
Azərbaycanlı tələbə İsveçdə deputat seçildi
Bu gün, 07:06
Azərbaycan xarici işlər nazirinin müavini isveçrəli həmkarı ilə görüşüb
Bu gün, 07:04
Tramp BMT Təhlükəsizlik Şurasının İran üzrə iclasına sədrlik edəcək
Bu gün, 07:02
I sinifdə summativ qiymətləndirmə ləğv olunur
Dünən, 17:59
“Dedilər ki, Damlaya görə başını kəsəcəklər...” – mahnı qalamqalı böyüyür
Dünən, 17:56
Bakı dünyanın 50 ən təhlükəsiz şəhəri arasındadır
Dünən, 17:47
Xalq şairinin həyat yoldaşına "pul atan"a AĞIR CƏZA TƏLƏBİ
Dünən, 17:44
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi müasir tariximizdə dönüş nöqtəsi idi - Prezident İlham Əliyev
Dünən, 17:42
Daha bir sahibkar Qubada cərimələndi - FOTO
Dünən, 17:40
Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir - Prezident İlham Əliyev
Dünən, 17:38
Polis əməkdaşları şagirdləri maarifləndirib - FOTOLAR
Dünən, 17:36
Polislər körpənin həyatını xilas etdilər - FOTO
Dünən, 17:33
Sentyabrın 24-nə manatın məzənnəsi
Dünən, 17:25
Dövlət Komitəsi “Məhərrəmlik” mərasimləri ilə bağlı keçirdiyi monitorinqin nəticələrini açıqlayıb
Dünən, 17:18
"Dedilər Məhəmmədə dərman verməyiblər deyə yandırıb" - "Narkoloji Mərkəz işi"
Dünən, 17:16
İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu
Dünən, 17:14
İcazəsiz ov edən şəxs saxlanılıb
Dünən, 17:05
İrəvanın Bakı ilə "müharibə oynamaq" kimi cəfəng fikri ölüm çırpınışlarını xatırladır - Rusiyalı ekspert
Dünən, 17:03
“ABŞ Suriyanın şimalında kürdlər üçün terrorçu dövlət yaratmağa çalışır”
Dünən, 16:58
Meyiti dənizdən tapılan Hamlet Xoşqədəmin verilişinə çıxıbmış? - FOTOFAKT
Dünən, 16:53
Kəngərli kəndində səyyar-qəbul görüş
Dünən, 16:51
Azərbaycanınən sürətli mobil şəbəkəsinin adı açıqlandı
Dünən, 16:30
Azərbaycanlı aparıcı alt paltarında pozalar verdi - Qalmaqallı FOTOSESSİYA
Dünən, 16:26
"Məmurlar efirdə gözəl qız görən kimi deyir ki, gətirin bağ evimə" - Əli Mirəliyev
Dünən, 16:21
"Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir" - Binəli Yıldırım
Dünən, 16:18
“Nar”-dan tələbələrə təqaüd proqramı
Dünən, 16:17
Nazirlik sahibkarı cərimələdi - FOTO
Dünən, 16:15
Erməni girovluğundakı azərbaycanlılara qarşı vəhşilik: - Hüquqları qorunmur
Dünən, 16:08
"Allah günahlarını bağışlasın" - Deputat mərhum dostunun ölümündən yazdı
Dünən, 16:05
Dərbənddə Nizaminin barmaqlarını sındırdılar - ABİDƏ DÖRDÜNCÜ DƏFƏDİR TƏHQİR OLUNUR...
Dünən, 16:04
Azərbaycanın sığorta bazarı 40% böyüyüb
Dünən, 16:01
Paytaxtda restoranlar barəsində tədbirlər görülməyə başlanıldı - Tüstü-qoxu problemi
Dünən, 15:57
Səfər Mehdiyev keçmiş "Broker"ə nələri vəd edib? - İLGİNC
Dünən, 15:55
“53 milyon dollarımı və həyatımın 18 ilini itirdim” – Lütfi Zadənin oğlundan SENSASSİON AÇIQLAMA
Dünən, 15:38
Liberman Bakıya görə İrəvandan imtina etdi - AÇIQLAMA
Dünən, 15:33
Xətaidə qadınlara və yetkinlik yaşına çatmayan qızlara qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb - FOTO
Dünən, 15:30
Ruslar Suriyada tikinti materialları müəssəsi tikəcək
Dünən, 15:26
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir” - Azərbaycan Prezidenti
Dünən, 15:24
"Azərenerji" çevik və təkmil idarəetmə mexanizmi üçün yeni struktur üzərində işləyir
Dünən, 15:23
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
Dünən, 15:20
Elvin arvadını yad kişi ilə tutdu - Qaradağda mesaj cinayəti
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru