ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb .....                     Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ .....                     Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq? .....                     2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir .....                     Kanadada erməni təxribatı ilə bağlı petisiya yaradıldı .....                     Nazarbayevdən sonra Rəhman da Paşinyana qarşı çıxdı .....                     Azərbaycan Qarabağ klanının yerinə gələn Paşinyana da rahat həyat vəd etməyəcək .....                     Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib .....                     Vəkil 15 nəfərə qarşı dələduzluq etdi .....                     “Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın” .....                     Elvindən yeni klip: "Bir siqara yak abi" .....                     Rüstəm Orucov Çində finala çıxıb .....                     Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi .....                     Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü .....                     Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb .....                     Düşmənə qarşı təbliğat savaşında mühüm gəlişmə .....                     Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını xeyli azaltmağa hazırlaşır .....                     Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib .....                     “Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi... .....                     Tibbi müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayında artım proqnozlaşdırılır .....                     AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq .....                     Siyavuş Novruzovdan Rusiyadakı oliqarxlarla bağlı yeni ittihamlar .....                     Azərbaycan qlobal əməkdaşlıq tədbirlərinin keçirildiyi təhlükəsiz ölkə statusunu getdikcə gücləndirir .....                     Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb .....                     Daha bir deputat sərxoş halda Bakının mərkəzində dava saldı .....                     Tramp Mik Malvenini Ağ Evin aparatının rəhbəri təyin edəcək .....                     Şabranda intihar zamanı xilas edilən şəxs bir neçə gün sonra ölüb .....                     “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır .....                     Kürdəmirdə yol tikintisinə 2,82 milyon manat ayrılıb .....                     Nazir struktur islahatı apardı .....                     "Bakcell"dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə .....                     İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb .....                     "Kəndimizdə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri yoxdur..." .....                     Sabah dollar neçəyə olacaq? .....                     İdmançı polislər ustalıq göstərdilər... .....                     Bərdə sakininin pul kartından 5 min manat çıxaran şəxs tutulub .....                     FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr, fəxri adlar verilib .....                     Leyla Əliyeva rusiyalı qadınlara cavab .....                     Putini İrana qarşı getməyə nə vadar edir? .....                     Sahil qəsəbə sakinləri ilə görüş keçirilib .....                 

Seçkinin ən çətin mərhələsi bitdi
Tarix: 13-03-2018, 08:47 | Çap et
Seçkinin ən çətin mərhələsi bitdi
Prezident seçkiləri ilə əlaqədar namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin və seçici imzalarının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi üçün ayrılmış vaxt martın 12-də saat 18.00-da başa çatıb. Seçki Məcəlləsinə əsasən prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalanadək saat 18.00-dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini MSK-ya təqdim etməlidir. Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar bu müddət 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, MSK prezident seçkiləri ilə bağlı 15 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etmişdi və onlara imza vərəqələri vermişdi.

MSK fevralın 27-də keçirilmiş iclasında Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin, martın 7-də keçirilmiş iclasında öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyevin, martın 10-da keçirilmiş iclaslında Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Musavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayevin namizədliyini qeydə alıb. MSK-nın martın 10-da keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, ötən dövr ərzində prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiq edilmiş 7 nəfərin doldurulmuş imza vərəqələri və digər zəruri seçki sənədləri MSK-ya təqdim edilib və onların hamısının prezidentliyə namizədliyi qeydə alınıb.

Digər 8 nəfərdən ALDP-nin namizədi Fuad Əliyev 40 mindən artıq imza toplasa da ADP-nin namizədi Sərdar Cəlaloğlunun xeyrinə namizədlikdən imtina edib. Sərdar Cəlaloğlu martın 11-də, VİP-in namizədi Əli Əliyev və müstəqil namizəd, AĞ Partiyanın sədri Tural Abbaslı isə imzaları, həmçinin digər sənədləri MSK-ya martın 12-də təqdim ediblər.

Tural Abbaslının seçki qərargahının rəhbəri Əhəd Məmmədli 858 imza vərəqəsində 42.900 imzanı MSK-ya təqdim etdiyini bildirib: “Allahın izni ilə seçki prosesinin ən çətin mərhələsini AĞ Partiya ailəsi olaraq, uğurla keçdik. Üzvlərimizə, tərəfdarlarımıza, təəssübkeşlərimizə, dostlarımıza, bu prosesdə bizə dəstək olan hər kəsə təşəkkür edirəm”.

Namizədliyi özü tərəfindən irəli sürlən hüquqşünas Anar Umudov isə sənədlərini MSK-ya təqdim edə bilməyib. A.Umudov modern.az-a bu barədə deyib ki, səbəb lazım olan sayda imzaları çatdırıb toplaya bilməmələridir: “Topladığımız imzaları hesabladıq. Lakin tələb olunan imzaların sayını toplaya bilməmişik. Haradasa imzaların yarısının toplanmasına nail olmuşuq. Biz 60 dairəni əhatə etməliydik, amma təqribən 45-ə yaxın dairələri əhatə edə bildik. Təəssüf ki, tələb olunan imzaları toplaya bilmədik”.

A.Umudov həmçinin deyib ki, növbədənkənar prezident seçkilərində heç kimi dəstəkləmək fikri yoxdur.

Namizədliyi Azərbaycan Sosialist Partiyası tərəfindən irəli sürülən Elşən Həsənov, müstəqil namizədlər Asif Məmmədov və Ramazan Bəkirov da eyni problemlə üzləşiblər.

MSK sədri Məzahir Pənahov isə martın 12-də Zahid Oruca və Araz Əlizadəyə prezidentliyə namizədlik vəsiqələrini təqdim edib. MSK-da keçirilən təqdimatda Məzahir Pənahov Zahid Orucu və Araz Əlizadəni təbrik eləyib. MSK sədri seçkilərin Seçki Məcəlləsinin tələblərinə tam uyğun, demokratik və şəffaf şəkildə keçirilməsi üçün zəruri işlərin görüldüyünü söyləyib.

Martın 12-də saat 18.00-da namizədlərin müraciətləri ilə bağlı vaxtın başa çatdığını xatırladan MSK sədri Seçki Məcəlləsinə əsəsən komissiyanın daxil olan sənədlərə daha yeddi gün baxmaq hüququna malik olduğunu söyləyib. O bildirib ki, martın 19-da proses tam başa çatacaq. Bundan sonra namizədlərin seçkiqabağı təşviqat prosesinə start veriləcək.

Seçkinin müşahidəçiliyinə gəlincə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri izləyəcək uzunmüddətli seçki müşahidə missiyası martın 15-dən işə başlayacaq. Bu barədə qurumun yaydığı press-relizdə bildirilib. Koryan Yonkerin rəhbərlik etdiyi uzunmüddətli missiyaya Bakıda 10 daimi və ölkə boyunca 20 ekspert daxildir. Ekspertlər və uzunmüddətli ekspertlər 19 ölkənin təmsilçisi olacaq. Müşahidəçilər seçkilərə hazırlığın milli qanunvericiliyə uyğun olub-olmadığını yoxlayacaq.

Seçkilərdən bir neçə gün öncə isə 280-nə yaxın qısamüddətli seçki müşahidəçisi Azərbaycana gələcək. Onlar seçki günü prosesləri nəzərdən keçirəcək, bülletenlərin, səslərin hesablanmasını müşahidə edəcək, həmçinin seçkidən sonrakı dövrü müşahidə edəcəklər.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə uzunmüddətli müşahidə missiyasının aralıq hesabatı martın 29-da dərc olunacaq. Bu barədə Sechki-2018. az saytına ATƏT/DTİHB-nin müşahidə missiyasından bildirilib.

Aprelin 12-də isə ATƏT DTİHB müşahidə missiyası mətbuat konfransında seçkiləri müşahidənin ilkin nəticələrini açıqlayacaq. Sonrakı iki ay ərzində isə yekun hesabat dərc olunacaq.

Dünən məlum olub ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) da prezident seçkiləri ilə əlaqədar müşahidə missiyası göndərəcək. Bu barədə yayılan xəbərdə deyilir ki, hazırda müşahidə missiyası formalaşma prosesindədir.

Seçki prosesini həmçinin MDB-nin, GUAM-ın və digər beynəlxalq qurumların müşahidə missiyası da izləyəcək.

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev sechki-2018.az saytına müsahibəsində deyib ki, Azərbaycanda seçki mühiti kifayət qədər münbitdir və bütün namizədlər üçün bərabər şərait yaradılır. Bu münbit şərait hər bir seçicinin səsvermə hüququndan bərabər şəkildə istifadəsinə, öz iradəsini sərbəst şəkildə ifadə etməyinə və istədiyi namizədi seçməyinə imkan verəcək: “Hesab edirəm ki, aprelin 11-də konstitusiyaya, seçki qanunvericiliyinə və Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, demokratik, şəffaf və ədalətli seçkilər keçiriləcək. Düşünürəm ki, ATƏT və onun institutları geosiyasi maraqları, subyektiv amilləri yox, ölkənin demokratikləşmə və seçki standartlarını təkmilləşdirmə istəyini nəzərə almalı, buna dəstək verməlidir. Ümid edirəm ki, ATƏT Azərbaycandakı seçkilərə obyektiv yanaşacaq. Bu seçkilər Azərbaycanın ATƏT və onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə münasibətlərini daha da sıxlaşdıracaq”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarında prezident seçkilərinin təşkili məqsədilə gücləndirilmiş rejimdə zəruri tədbirlər görülməkdədir. Bununla əlaqədar olaraq, Xarici İşlər Nazirliyinin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup yaradılıb və Mərkəzi Seçki Komissiyası ilə əlaqələndirilmiş şəkildə iş aparılır.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb
Bu gün, 10:51
Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ - “Əmanətlərin Sığortalanması Fondu pərdəarxası danışıqlar aparır”
Bu gün, 10:49
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq? - TƏHLİL
Bu gün, 10:45
2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir - Səbəbi və həlli yolları Bakıda konfransda müzakirə olunur
Bu gün, 10:43
Kanadada erməni təxribatı ilə bağlı petisiya yaradıldı
Bu gün, 10:41
Nazarbayevdən sonra Rəhman da Paşinyana qarşı çıxdı
Bu gün, 10:39
Azərbaycan Qarabağ klanının yerinə gələn Paşinyana da rahat həyat vəd etməyəcək - TƏHLİL
Bu gün, 10:36
Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib
Bu gün, 10:34
Vəkil 15 nəfərə qarşı dələduzluq etdi - Məhkəmə başlayır
Bu gün, 10:32
“Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın” - deputat
Bu gün, 10:29
Elvindən yeni klip: "Bir siqara yak abi" - VİDEO
Bu gün, 10:27
Rüstəm Orucov Çində finala çıxıb - YENİLƏNİB
Bu gün, 10:25
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi - ilginc iddialar
Bu gün, 10:23
Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü
Bu gün, 10:22
Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb
Bu gün, 10:21
Düşmənə qarşı təbliğat savaşında mühüm gəlişmə - Bakının diplomatik uğuru
Bu gün, 10:20
Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını xeyli azaltmağa hazırlaşır
Bu gün, 10:19
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
Bu gün, 10:18
“Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi... - İTTİHAM
Bu gün, 10:17
Tibbi müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayında artım proqnozlaşdırılır
Bu gün, 10:15
AMEA əməkdaşlarına torpaq sahəsi ayrılacaq
Bu gün, 10:14
Siyavuş Novruzovdan Rusiyadakı oliqarxlarla bağlı yeni ittihamlar - QALMAQAL
Bu gün, 10:08
Azərbaycan qlobal əməkdaşlıq tədbirlərinin keçirildiyi təhlükəsiz ölkə statusunu getdikcə gücləndirir - TƏHLİL
Bu gün, 10:06
Ermənistanda 442 seçki qanunsuzluğu faktı üzrə cəmi 6 cinayət işi qaldırılıb
Bu gün, 10:04
Daha bir deputat sərxoş halda Bakının mərkəzində dava saldı
Bu gün, 10:04
Tramp Mik Malvenini Ağ Evin aparatının rəhbəri təyin edəcək
Bu gün, 10:01
Şabranda intihar zamanı xilas edilən şəxs bir neçə gün sonra ölüb
Bu gün, 10:00
“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır - FƏRMAN
Dünən, 18:03
"Mənə ev, maşın bağışlayıblar" - Namiq
Dünən, 18:00
Kürdəmirdə yol tikintisinə 2,82 milyon manat ayrılıb - SƏRƏNCAM
Dünən, 17:57
Nazir struktur islahatı apardı - Bakıda TSEK-lərin sayı azaldıldı
Dünən, 17:47
"Bakcell"dən sosial şəbəkə istifadəçiləri üçün növbəti müsabiqə
Dünən, 17:45
Manafla Mətanət küsülü imiş
Dünən, 17:43
"Şou-biznesdə ilk saqqallı müğənni mən olmuşam"
Dünən, 17:31
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb
Dünən, 17:25
"Kəndimizdə kənd icra nümayəndəsi və kənd bələdiyyə sədri yoxdur..." - GİLEY
Dünən, 17:22
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:07
İdmançı polislər ustalıq göstərdilər...
Dünən, 17:05
Bərdə sakininin pul kartından 5 min manat çıxaran şəxs tutulub
Dünən, 17:03
FHN əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr, fəxri adlar verilib - SİYAHI
Dünən, 17:02
Leyla Əliyeva rusiyalı qadınlara cavab YAZDI
Dünən, 16:59
Putini İrana qarşı getməyə nə vadar edir? - TƏHLİL
Dünən, 16:55
“Bir də bu mahnını oxuma” - Aşıq Əliyə qadağa
Dünən, 16:50
"The Beatles" qrupunun keçmiş solistinin evi qarət edilib
Dünən, 16:43
Sahil qəsəbə sakinləri ilə görüş keçirilib
Dünən, 16:39
“London Taxi”nin sürücüsünə qarşı soyğunçuluq edən şəxslərin məhkəməsi başlayır
Dünən, 16:37
Azərbaycanlı PR mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində
Dünən, 16:31
Kosova ordu qurdu - NATO-dan sərt açıqlama
Dünən, 16:28
Bəs maliyyə nazirliyini kim yoxlayacaq? - NARAZILIQ VAR
Dünən, 16:26
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
Dünən, 16:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru