Havanın temperaturu aşağı enəcək .....                     “15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?” .....                     Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib .....                     Axtarışda olan şəxs saxlanılıb .....                     Abşeronda evdən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb .....                     Əri tərəfindən öldürülən gəlinin anası: .....                     DİN-in komandiri qəfil vəfat etdi .....                     Gəncə hadisələri ilə bağlı işdən XƏBƏR VAR .....                     Prokuror tanışını öldürməkdə təqsirləndirilən Qarabağ döyüşçüsünə cəza istəyib .....                     180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıld .....                     Müdafiə Nazirliyi DSX-nin Qazax və Ağstafada düşmənlə təmas xəttinə nəzarət etmələri məsələsinə aydınlıq gətirib .....                     Arif Əsgərov məhkəmə qarşısında .....                     Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda yazdılar .....                     Azərbaycan nefti ucuzlaşmaqda davam edir .....                     Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir .....                     Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər .....                     "AKELİK GROUP" büdcədən külli miqdarda oğruluq edib .....                     “Azərişıq”da yeni direktor təyinatı .....                     Ruslar Ermənistana keçən azərbaycanlını saxlayıblar .....                     Şəhid ailəsi narazılıq edir .....                     Astarada oğurluq faktı .....                     Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb .....                     “Arsenal” “Qarabağ”la oyundakı insidentə görə təhlükəsizlik tədbirlərini gücləndirəcək .....                     Artıq Bakıda sevgilisi olan kişiləri də şantaj etməyə başlayıblar .....                     ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb .....                     Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ .....                     Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq? .....                     2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir .....                     Kanadada erməni təxribatı ilə bağlı petisiya yaradıldı .....                     Nazarbayevdən sonra Rəhman da Paşinyana qarşı çıxdı .....                     Azərbaycan Qarabağ klanının yerinə gələn Paşinyana da rahat həyat vəd etməyəcək .....                     Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib .....                     Vəkil 15 nəfərə qarşı dələduzluq etdi .....                     “Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın” .....                     Elvindən yeni klip: "Bir siqara yak abi" .....                     Rüstəm Orucov Çində finala çıxıb .....                     Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi .....                     Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü .....                     Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb .....                     Düşmənə qarşı təbliğat savaşında mühüm gəlişmə .....                 

Cənnətdən qovulmuşlar... - "Burada ağacın da ömrü yoxdur..."
Tarix: 1-03-2018, 12:57 | Çap et
Cənnətdən qovulmuşlar...
Yenicag.az-ın reportyor qrupu şuşalıların məskunlaşdığı qəsəbədən reportajı sizə təqdim edir:

Kürdəmir rayonunun ərazisində, rayon mərkəzinin bir neçə kilometrliyində 26-sı Şuşadan, 4-ü isə Laçından olan 30 ailə yaşayır.

Qəsəbəyə doğru hərəkət edirik. Qarşımıza bir kişi çıxır. “Bura şuşalıların yaşadığı qəsəbədir?”, deyə, sual veririk. Kişi maraqla üzümə baxıb, “düz gəlmisiniz, bala” deyir. Sonra davam edir, “kimsən, kimlərdənsən?” Jurnalist olduğumuzu deyirik. Deyir, “azıf gəlifsiniz, yoxsa göndəriflər, ay bala?”. Deyirəm, “ay dayı, nə azmışıq, nə də göndəriblər, eşidib, öyrənib gəlmişik”. “Qınamayın, a bala, ilk dəfədir bura jurnalist gəlir, ona görə birinci özüm sorğu-suala tutdum. Xoş gəlmisiniz”, deyib əl uzadır.

Məcburi köçkünlərin böyük əksəriyyəti yaşayış yeri baxımından müəyyən bir inkişaf mərhələsi keçib; əvvəlcə çadır, bir neçə il sonra qamışdan, qarğıdan hörülən otaq, kərpic daxma və ən sonda daşdan ev… Ancaq burada çadırdan başqa digər mərhələlər qalmaqda davam edir. Daxmalarda, kərpic, daş evlərdə yaşayan ailələr var. Belə bir yerdə nəinki asfaltın, doğru-düzgün yolun olacağını düşünmək belə axmaqlıq olardı.

30 evin 1 məktəbi, daha doğrusu bir sinif otağı var. Qəsəbədəki uşaqlar orada ibtidai sinifi bitirənə qədər oxuyur, daha sonra ya rayona, ya da yaxın kəndlərdəki məktəblərdə təhsillərini davam etdirməyə gedirlər.

Qəsəbə sakinlərinin içməli suyunu Kürdəmir rayon icra hakimiyyəti təmin edir. Qış aylarında ayda 1 dəfə, yayda isə ayda 2 dəfə qəsəbə sakinlərinə içməli su verilir. Çimmək, əl-ayaq, pal-paltar və heyvanlar üçün su isə arxdan götürülür. Qazdan söhbət belə gedə bilməz. İşığın olduğuna da inanmırdım, ta ki qonaq olduğumuz evdən çıxanda uşaqların “uraaa” deyə qışqırdıqları ana qədər… Lampalar azacıq közərirdi…

Dağdan, sərin meşələrdən, buz bulaqlardan, təmiz havadan çıxıb, Kürdəmir kimi isti bir iqlimə malik olan rayonda yaşamağın necə bir dəhşət olduğunu Xosrov Abbasov nəql edir.

“Şuşa kimi yerdən gəlib, burada yaşaya biliriksə, demək, insan hər şeyə qadirdir. Burada ağacın da ömrü yoxdur. Ağacı əkirik, bir müddət sonra quruyur. Heyvanların da ömrü qısadır. İşimiz heyvandarlıqdır. Pensiya, çörəkpulundan başqa gəlir yerimiz yoxdur”.

Müsahiblərimin sözlərinə görə, son zamanlar Kürdəmirdə yeni yaşayış binasının tikiləcəyi barədə xəbərlər yayılıb. Deyilənə görə, qəsəbə sakinləri də oraya köçürüləcək. Ancaq onları narahat edən başqa məqamlardır.

“Burada torpağımız, mal-qaramız, əkinimiz var. Binada boş ev verəcəklər, iş yox, güc yox, camaat nə ilə dolanacaq? 4 divar arasında nə etmək olar? Əgər bizi oraya köçürtsələr heç olmasa torpağımıza dəyməsinlər. Torpaqdan başqa gəlir yerimiz yoxdur”. Bunları isə Əsgər Quliyev deyir.

Həyətdə oynayan balaca uşaqları görürəm. “Xosrov dayı, bu uşaqlar şuşalıdır, laçınlıdır, yoxsa kürdəmirli?”, deyə soruşuram.

Xosrov kişi başını mənalı-mənalı tərpədərək cavab verir:

“Şuşalı olanlar deyir, “şuşalıyıq”; laçınlı olanlar da “laçınlıyıq”, deyirlər. Uşaqları elə öyrətmişik”.

Şuşada doğulan erməni uşaqları…

Vətən doğulduğun yerə deyilir. Bu gün Şuşada erməni uşaqları doğulub-böyüyür. Görəsən onlar daha çox şuşalıdır, yoxsa Kürdəmirdə doğulan uşaqlar? Biz niyə bu qədər gecikirik? Bu gecikmənin çox pis nəticəsi olacağanı niyə anlamırıq?

Məktəbin müəllimi Zeynəb İslamova ilə söhbət edirik. Əvvəlcə Şuşadan, necə didərgin düşmələrindən danışır:

“Şuşa gözəl idi, dağlar, buz bulaqlar… Düzdür, ölkəmizin hər yeri vətəndir, ancaq bura öyrəşə bilmirik. Hələ də ümidlə yaşayırıq. Burada hamının şəraitinə baxa bilərsiniz, görün insanlar harada, nə gündə yaşayırlar? Şuşadan çıxanda çöp də götürmədik, elə bildik qayıdacağıq, açığı o hiss hələ də ölməyib. Neçə illərdir ki, buradayıq, hələ torpağın dilini tam bilmirik, heyvanlarımız tələf olur, arılarımız ölür. Biz Şuşada harada görmüşdük toyuq-cücəyə, mal-qaraya, arıya dərman verərlər?”.

Öyrənirəm ki, 26 ildir Kürdəmirdə məskunlaşmaqlarına baxmayaraq, rayon camaatı ilə qohumluq əlaqələri yoxdur. Qız köçürüb, oğul evləndirmək üçün ancaq özlərinə üz tuturlar.

Zeynəb müəllimə şagirdlərindən razılıq edir. Deyir ki, şərait olmasa da uşaqlar dərsə can yandırır:

“Məsuliyyət başqadır, üstəlik müəllim daha məsuliyyətli və vicdanlı olmalıdır. Mənim məsuliyyətim isə daha çoxdur, bu uşaqlar şagirdlərim olmaqla yanaşı həm də öz qohum-əqrabamın balalarıdır, ona görə də üstlərində daha çox əsirəm. Hamısı da yaxşı oxuyur, ibtidai sinifi bitirib, rayona getdikdə oradakı müəllimlər də razı qalırlar. Bu qəsəbədən bir neçə uşaq universitetə daxil olub. Hazırda məktəbdə 9 şagird təhsil alır”.

Söhbəti bitirdikdən sonra qəsəbəni gəzməyə çıxırıq: heyvana ot qoyan kim, itə yal verən kim, at üstündə kəndlisini səsləyən kim…

Qəsəbədə kimin necə yaşadığı ilk baxışdan bəllidir: daxmalarda lap kasıb, kərpic evlərdə orta təbəqə, daş evlərdə isə nisbətən imkanlı şuşalılar yaşayır.

Buradakı insanların tək gəlir yeri var: o da torpaqdır. Torpağından didərgin düşənlər, torpağa tapınıblar. Sanki bir alın yazılar var: ancaq torpaq!!!

İtirəcəksən, yaşamaq üçün işlədəcəksən, işləyəcəksən, ölüb qovuşacaqsan…





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Havanın temperaturu aşağı enəcək
Dünən, 12:44
“15 il həbsdə yatmışam, adam öldürsəydim gedib polisə məlumat verərdim?”
Dünən, 12:38
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib
Dünən, 12:36
Axtarışda olan şəxs saxlanılıb
Dünən, 12:34
Afaq Aslan bu dəfə də təəccübləndirdi – “Pinti kişiyə…“
Dünən, 12:31
Abşeronda evdən 20 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Dünən, 12:25
Əri tərəfindən öldürülən gəlinin anası: - Dedi ki, başını kəsəcəm
Dünən, 12:22
"Şəhidlərimizin ruhu səni bağışlamayacaq, alçaq qadın!" - Lamiyə Mübarizi təhqir edən psixoloqa
Dünən, 12:15
DİN-in komandiri qəfil vəfat etdi
Dünən, 12:10
Gəncə hadisələri ilə bağlı işdən XƏBƏR VAR - həbs edilən daha 11 nəfərin məhkəməsi başlayır
Dünən, 12:05
Prokuror tanışını öldürməkdə təqsirləndirilən Qarabağ döyüşçüsünə cəza istəyib
Dünən, 12:02
180 ədəd “Metadon” qanunsuz dövriyyədən çıxarıld
Dünən, 12:01
Müdafiə Nazirliyi DSX-nin Qazax və Ağstafada düşmənlə təmas xəttinə nəzarət etmələri məsələsinə aydınlıq gətirib
Dünən, 11:59
Arif Əsgərov məhkəmə qarşısında
Dünən, 11:57
Natiq Əliyevin nəvəsi mahnı yarışmasında 1-ci oldu - Rusiyada
Dünən, 11:57
Əliyev və Paşinyan Tvitter-də Qarabağ haqda yazdılar
Dünən, 11:47
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Dünən, 11:42
Azercell “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasına dəstək verir
Dünən, 11:36
“Maşın”a görə məni toyda döyürdülər” - Sərxan
Dünən, 11:33
Erməni gənclər əsgər getməmək üçün aksiya keçirdilər - VİDEO
Dünən, 11:28
"AKELİK GROUP" büdcədən külli miqdarda oğruluq edib - 6,5 MİLYONUN İZİ İLƏ
Dünən, 11:27
Məşhur azərbaycanlı aşığın oğlu vəfat etdi
Dünən, 11:25
“Azərişıq”da yeni direktor təyinatı
Dünən, 11:23
Ruslar Ermənistana keçən azərbaycanlını saxlayıblar
Dünən, 11:21
Şəhid ailəsi narazılıq edir - GİLEY
Dünən, 11:17
Astarada oğurluq faktı
Dünən, 11:15
“Hər bir azərbaycanlı dəstəyimə ümid edə bilər” - Emin
Dünən, 11:12
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünən, 11:05
“Arsenal” “Qarabağ”la oyundakı insidentə görə təhlükəsizlik tədbirlərini gücləndirəcək
Dünən, 11:03
Artıq Bakıda sevgilisi olan kişiləri də şantaj etməyə başlayıblar
Dünən, 11:02
ABŞ Çin məhsullarına əlavə rüsum tətbiq olunmasını təxirə salıb
Dünən, 10:51
Şahin Mövsümovun 100 milyonuq borcunun AQİBƏTİ - “Əmanətlərin Sığortalanması Fondu pərdəarxası danışıqlar aparır”
Dünən, 10:49
Qarabağ danışıqlarında “tilsimi” kim qıracaq? - TƏHLİL
Dünən, 10:45
2020-ci ildə dünyada kütləvi işsizlik gözlənilir - Səbəbi və həlli yolları Bakıda konfransda müzakirə olunur
Dünən, 10:43
Kanadada erməni təxribatı ilə bağlı petisiya yaradıldı
Dünən, 10:41
Nazarbayevdən sonra Rəhman da Paşinyana qarşı çıxdı
Dünən, 10:39
Azərbaycan Qarabağ klanının yerinə gələn Paşinyana da rahat həyat vəd etməyəcək - TƏHLİL
Dünən, 10:36
Ali Məhkəmə Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən şəxsin işini apellyasiya məhkəməsinə göndərib
Dünən, 10:34
Vəkil 15 nəfərə qarşı dələduzluq etdi - Məhkəmə başlayır
Dünən, 10:32
“Yeni başçılar elə işləməlidir ki, vətəndaşlarımızın problemləri dərhal həllini tapsın” - deputat
Dünən, 10:29
Elvindən yeni klip: "Bir siqara yak abi" - VİDEO
Dünən, 10:27
Rüstəm Orucov Çində finala çıxıb - YENİLƏNİB
Dünən, 10:25
Xələf Xələfov “diplomat”ını niyə məmur “çanta”sına dəyişdi - ilginc iddialar
Dünən, 10:23
Bakıda iş adı ilə evdən çıxan 22 yaşlı gənc itkin düşdü
Dünən, 10:22
Avstraliya Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanıyıb
Dünən, 10:21
Düşmənə qarşı təbliğat savaşında mühüm gəlişmə - Bakının diplomatik uğuru
Dünən, 10:20
Səudiyyə Ərəbistanı ABŞ-a neft ixracını xeyli azaltmağa hazırlaşır
Dünən, 10:19
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
Dünən, 10:18
“Od” qiymətinə əməliyyatlar və gizlədilən vergi... - İTTİHAM
Dünən, 10:17
Tibbi müalicə məqsədilə Azərbaycana gələn turistlərin sayında artım proqnozlaşdırılır
Dünən, 10:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru