Zidanın azərbaycanlı oxşarı DÇ-na damğa vurdu .....                     Prezidentə yalan danışan sahibkarın qaranlıq əməlləri üzə çıxır .....                     Helikopterlərimiz 50 km-dək məsafədə hədəfləri məhv edə bilər .....                     "Əziz Əzizov Yasamal RİH başçısı postunda simvolikdir" .....                     Bakının 3 rayonunun rəhbəri təcili dəyişdirilir .....                     Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək .....                     Bakıda 1,2 milyon manatlıq dələduzluq edən qadının məhkəməsində zərərçəkmişlər dindirilib .....                     “Nar” qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri mükafatlandıracaq .....                     İran və İraq PKK-ya qarşı hərbi əməliyyatlarda iştirak etmirlər .....                     İcra başçısı keçmiş baş redaktora vəzifə verdi .....                     “Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu .....                     Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda .....                     Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib .....                     Sabah Azərbaycana yay gəlir .....                     Yüksək vəzifəli şəxslərin adı keçən işdə daha bir nəfər həbs edilib .....                     Miqrasiya xidməti Firudin Nəbiyevin adamlarından "təmizlənir" .....                     Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb .....                     Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə rəsmi səfərdə olub .....                     İraqın şimalı PKK terrorçularından tamamilə təmizlənəcək .....                     Hərbi Prokurorluğa yeni mətbuat katibi TƏYİNATI .....                     İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini məhkəmədə ifadə verib .....                     Belarusda azərbaycanlı biznesmeni ölümlə hədələyənlər saxlanıldı .....                     Bankir Emin Zeynalov polisə müraciət edib .....                     Bakı bu üç ölkə ilə əlaqələrə önəm verir .....                     Gürcüstan parlamentində hökumətin yeni tərkibinin və proqramının müzakirəsi başlayıb .....                     Hicran Hüseynovanın adı keçən Ceyla işində İLGİNC GƏLİŞMƏ .....                     AXCP sədri Müdafiə nazirliyimizi niyə “təkzib” edir?.. .....                     Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya "krışalıq" edir... .....                     Tereza Meyə qarşı sui-qəsdin TƏFƏRRÜATLARI .....                     “Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı .....                     Elman Allahverdiyev Almaniyada Əli Həsənovun milyonlarını yuyub? .....                     İnam Kərimov fermerlərin dadına yetişəcəkmi? .....                     Bir il əkdilər, becərdilər, indi də hər şey göz görə-görə məhv edilir .....                     Turizm təbliğini şortik davası heçə çıxardı? .....                     Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib .....                     Biləsuvarın icra başçısına bayraq ittihamı .....                     "Texnikabank"ın keçmiş rəhbərindən REAKSİYA .....                     Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı .....                     Avropa Şurası Ermənistan XİN-in bəyanatını cəfəngiyyat adlandırdı .....                     Şengen vizası bahalaşır .....                 

Yerini tapmış adam - Esmira İsmayılova yazır...
Tarix: 23-02-2018, 12:16 | Çap et
Yerini tapmış adam
(Oçerk)

Son dəfə nə vaxt oçerk oxumuşam?-xatırlamıram. Elə yazdığımı da.Amma keçmiş sovet dönəmində- ötən əsrin 90-cı illərinə qədər elmin, ədəbiyyatın, xalq təsərrüfatının müxtəlif sahələrində çalışan,yaxşı işi ilə ətrafdakılara nümunə olmağı bacaran gərəkli insanların işi, əməlləri barədə oçerklər yazılardı,həm cəmiyyəti onların fəaliyyəti ilə tanış edərdi, həm də onları daha yaxşı işləməyə,çalışmağa həvəsləndirərdi.Zamanın qəhrəmanları belə yetişərdi. Həmin qəhrəmanlar bu günümüzdə də var, amma təəssüf ki, başımız yaxşılardan yox, daha çox pislərdən yazmağa qarışıb. Kriminal olaylara o qədər aludə olmuşuq ki, yazılarımıza qəhrəman ola biləcək insanları unutmuşuq. Yanımızda, yaxınımızda olan bu insanlara dəyər verməklə ,yaxşı əməllərini işıqlandırmaqla həm də insaniyyətə dəyər verdiyimizi yaddan çıxartmışıq. Belə insanlardan biri -cənub bölgəsinin ən gənc alimi,tədqiqatçısı Elvin Əliyevdən söz açmq istəyirəm. İşi ,əməlləri, insanlara, həyata sevgisi ilə oçerk qəhrəmanı olmağa tam layiq biri kimi.

Tibb sahəsi ilə məşğul olan mütəxəssislər, tədqiqatçılar yaxşı bilir ki, son əsrlərin ən dəhşətli xəstəliyi olan xərçəngin ən cox yayıldığı bölgə cənubdur. Elvin Əliyev də məhz bu xəstəliyin müalicə metodlarını tapmağı qarşısına məqsəd qoyub,müəyyən uğurlara nail də olub. Gənc tədqiqatçı alim Elvinin qısa,lakin zəngin həyat tarixçəsi ilə siz də tanış olun.

Elvin Ərkan oğlu Əliyev 1 yanvar 1989 - cu il tarixində Astara rayonun Vaqo kəndində həkim ailəsində anadan olub. 2006 – cı ildə Astara rayonu Z. Əhmədzadə adına 2 saylı Pensər kənd tam orta məktəbini bitirdikdən sonra Türkiyə Respublikasının Kars Kafkas Dövlət Üniversitetinə daxil olub və 2010 - cu ildə Univesitetin Biologiya bölümünü fərqlənmə diplomu ilə bitirib.Elə həmin il Türkiyə Respublikası Atatürk Üniversitetinın tibb fakultəsinə daxil olaraq 2012 - ci ildə Tibbi biokimya ixtisası üzrə “Tiroid xəstəliyi” mövzusunda magistratura işini müdafiə edib. 2012 - ci ildə Atatürk Üniversiteti Tibb Fakultəsinin doktoranturasına daxil olmuş və 2015 - ci ildə Tibbi biokimya ixtisası üzrə “İnsan bədxassəli xərçəng xəstəliyi” mövzusunda

doktorluq dissertasiyasını müdafiə edərək Fəlsəfə Doktoru (Ph.D) alimlik elmi dərəcəsi almışdır. Uzun müddət Türkiyə Respublikasının Universitet və xəstəxanalarında ixtisası üzrə fəaliyyət göstərmiş, Atatürk Üniversiteti Tibb Fakultəsi Tibbi Biokimya kafedrasında teorik və pratik dərslər tədris etmişdir. O, daha sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sağlam Ailə” Tibb mərkəzində, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Genetika İnistitutunda İnsan genetikası bölməsinin rəhbəri olub.Hal-hazırda Lənkəran Dövlət Üniversitetinin Elm şöbəsinin müdiri, elmi katibi, kimya və biologiya kafedrasının dosentidir.Bunları niyə xatırladım-ucqar dağ kəndində doğulmuş gəncin həyat amalına çatmaq üçün qısa zaman kəsiyində hansı uğurlara nail olduğunu çatdırmaq üçün.

Bu qısa tanıtımın arxasında arzu və məqsədlərinin çin olması uğrunda yorulmadan mübarizə aparan bir gəncin yuxusuz gecələri dayanır.Atası və qardaşı həkim olduğundan Elvin də bu sənəti özünə peşə seçib-amma məqsədi tədqiqatçı kimi insanların sağlamlığı keşiyində dayanmaq olub. Milyonların qəniminə çevrilən xərçəngin müalicəsini tapmaq istəyinə nail olmaq üçün bu gün də yorulmadan çalışır-bölgədə fəaliyyət göstərsə də.

Elvinin ən diqqətəlayiq cəhəti onun doğulduğu kəndə,rayona,bölgəyə qəlbən bağlılığı , mənsub olduğu xalqa, ölkəyə sevgisidir.”Bölgədə işləməklə də böyük elmi uğurlara imza atmaq olar”-belə düşünür gənc müsahibim. 26 yaşında olduqca çətin bir sahədə ,həm də Türkiyə Cumhuriyyətində elmi iş müdafiə edib alim adını qazanmaq sizə asan gəlməsin.Cənub bölgəsinin ən gənc alimi hazırda LDU-da elmi tədqiqatlarını davam etdirir.

Söhbət əsnasında müsahibim xərçəngin kimyəvi müalicəsinin tam əleyhinə olduğunu dedi. Çünki kimyəvi terapiya xərçəngi yaradan genləri məhv etdiyi kimi, orqanizmə lazımlı olan hüceyrələri də dağıdır, bədənin müdafiə qabiliyyətini yox edir.Bu xəstəliyin daha çox genetik olduğunu deyən Elvin Əliyev irsiyyətin araşdırılmasını, genlərin öyrənilməsini, xərçəngin müalicəsində nano metodları daha səmərəli hesab etdiyindən tədqiqatını da bu istiqamətdə aparır.

Həmyerlimiz bu sahədə elmi kəşfə imza atıb,milyonların dərdinə dəva ola biləcəkmi, Azərbaycanımızı dünyaya tanıtdıracaqmı? Cavabı zaman göstərəcək. Hər halda istək var və xeyirxah məqsəd işin yarısıdır deyirlər.

Dediyinə görə ,həzin musiqini, canlı təbiəti, lirik poeziyanı , axar su ilə təmasda olmağı, doğulduğu kəndin dağlarında ayaqyalın gəzməyi, ailəsini sevir.Gününün çox hissəsini çalışdığı Lənkəran Dövlət Universitetində keçirən ,əldə etdiyi elmi nailiyyətlərlə Azərbaycanımızı dünyada tanıtmaq amalı ilə çalışan ,“həyatın ən böyük neməti cansağlığıdır” deyən Elvin Əliyevin bütün insanlara arzusu sağlam həyat, can sağlığıdır. Elə bizim də.

Esmira İsmayılova-Lənkəran
DİA.AZ







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zidanın azərbaycanlı oxşarı DÇ-na damğa vurdu - Onu görənlər təəccübünü gizlədə bilmədi (VİDEO)
Bu gün, 17:12
Prezidentə yalan danışan sahibkarın qaranlıq əməlləri üzə çıxır - Yeni təfərrüatlar
Bu gün, 17:09
Helikopterlərimiz 50 km-dək məsafədə hədəfləri məhv edə bilər
Bu gün, 17:06
Nazilə Səfərlinin qardaşı arvadı video yaydı: - “İntihar edəcəm”
Bu gün, 17:03
"Əziz Əzizov Yasamal RİH başçısı postunda simvolikdir" - Niyə kadrlar ƏMDK-dən gətirilir?
Bu gün, 17:00
Bakının 3 rayonunun rəhbəri təcili dəyişdirilir - Bu günlərdə Bakı meri də müəyyən olunacaq
Bu gün, 16:52
Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək - Aİ nümayəndəliyi
Bu gün, 16:43
Bakıda 1,2 milyon manatlıq dələduzluq edən qadının məhkəməsində zərərçəkmişlər dindirilib
Bu gün, 16:42
“Nar” qəbul imtahanlarında 700 bal toplamış abituriyentləri mükafatlandıracaq
Bu gün, 16:37
İran və İraq PKK-ya qarşı hərbi əməliyyatlarda iştirak etmirlər - Çavuşoğlu
Bu gün, 16:35
İcra başçısı keçmiş baş redaktora vəzifə verdi
Bu gün, 16:28
Azəri qızı Günel qardaşının toyunda 20 minlik LİBAS GEYİNDİ
Bu gün, 16:25
“Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu - VİDEO
Bu gün, 16:22
Zakir Həsənov Ermənistanda general Manvel rüsvayçılığı haqda DANIŞDI
Bu gün, 16:20
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Bu gün, 16:16
Sabah Azərbaycana yay gəlir
Bu gün, 16:12
"Cəmi 1 manata həyat qurtaraq" - Məşhurlardan təqdirəlayiq addım
Bu gün, 16:10
Yüksək vəzifəli şəxslərin adı keçən işdə daha bir nəfər həbs edilib - digəri axtarışdadır
Bu gün, 15:58
Miqrasiya xidməti Firudin Nəbiyevin adamlarından "təmizlənir" - Dəyişiklik
Bu gün, 15:57
Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb
Bu gün, 15:56
Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti İsraildə rəsmi səfərdə olub
Bu gün, 15:53
"Camaatın anası-bacısı var" — CAVANŞİR MƏMMƏDOVDAN "ŞORTİK QALMAQALI"NA SƏRT MÜNASİBƏT
Bu gün, 15:51
İraqın şimalı PKK terrorçularından tamamilə təmizlənəcək - Yıldırım
Bu gün, 15:49
Hərbi Prokurorluğa yeni mətbuat katibi TƏYİNATI
Bu gün, 15:47
İnterpolun Milli Mərkəzi Bürosunun rəis müavini məhkəmədə ifadə verib
Bu gün, 15:46
Belarusda azərbaycanlı biznesmeni ölümlə hədələyənlər saxlanıldı
Bu gün, 14:11
Bankir Emin Zeynalov polisə müraciət edib — TƏFƏRRÜATLAR
Bu gün, 14:10
Bakı bu üç ölkə ilə əlaqələrə önəm verir - deputat
Bu gün, 14:09
Gürcüstan parlamentində hökumətin yeni tərkibinin və proqramının müzakirəsi başlayıb
Bu gün, 14:06
Hicran Hüseynovanın adı keçən Ceyla işində İLGİNC GƏLİŞMƏ - Müraciət
Bu gün, 14:05
AXCP sədri Müdafiə nazirliyimizi niyə “təkzib” edir?.. - Alqış Həsənoğlu yazır...
Bu gün, 14:01
Mikayıl Cabbarovun işçisi Gəncədə qumarxanaya "krışalıq" edir... - İDDİA
Bu gün, 13:59
Tereza Meyə qarşı sui-qəsdin TƏFƏRRÜATLARI - Başını qoparmaq planlaşdırılıbmış
Bu gün, 13:56
“Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı
Bu gün, 13:55
Elman Allahverdiyev Almaniyada Əli Həsənovun milyonlarını yuyub?
Bu gün, 13:53
İnam Kərimov fermerlərin dadına yetişəcəkmi?
Bu gün, 13:51
Bir il əkdilər, becərdilər, indi də hər şey göz görə-görə məhv edilir - PROBLEM
Bu gün, 13:49
Turizm təbliğini şortik davası heçə çıxardı?
Bu gün, 13:46
Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1,2 milyon nəfəri keçib - XİN
Bu gün, 13:44
Biləsuvarın icra başçısına bayraq ittihamı - "Gəlin əyri oturub düz danışaq..."
Bu gün, 13:43
"Texnikabank"ın keçmiş rəhbərindən REAKSİYA - "Mənim eloğlum məni və mənim kasıb olmuş ailəmi təhqir edib"
Bu gün, 13:40
Rozanın geri qaytardığı maşına nə oldu?
Bu gün, 13:37
Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı
Bu gün, 13:35
Ramiz Əzizbəylinin sağlıq durumu və ən son FOTOLARI
Bu gün, 13:32
Avropa Şurası Ermənistan XİN-in bəyanatını cəfəngiyyat adlandırdı
Bu gün, 13:29
Şengen vizası bahalaşır
Bu gün, 13:27
Ərdoğan öndə gedir, Akşenersə İncenin kölgəsində qalıb - Türkiyə seçkiləri
Bu gün, 13:20
Paşinyan rəqiblərini “siyasi meyit”ə çevirir - Növbəti hədəf kim olacaq?
Bu gün, 13:18
Büdcəyə dəyişiklikdə qeyri-neft gəlirləri niyə azalır? - TƏHLİL
Bu gün, 13:16
Qəzaya düşən müğənnidən yeni xəbər
Bu gün, 13:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru