Gürcüstanın hakim partiyası icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürə bilər .....                     Vətəndaşın "Azəriqaz"dan gileyinə baxan yoxdur... .....                     Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə .....                     Azərbaycanlı deputatın bu müsahibəsi İranı silkələdi .....                     "Yataq görüntülərini özüm sızdırmışdım" .....                     Ermənistanda məmurlar kütləvi şəkildə işdən çıxarılır .....                     "3 məhkəmə qərarı 15 ildir ki, Gəncə icra orqanı tərəfindən icraata yönəldilmir..." .....                     Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib .....                     42 nəfəri xəstəxanalıq edən sürücü yaralanmayıb .....                     Türkiyədə Gürcüstan futbolçuları oğurluğa görə saxlanılıb .....                     İrandan gələrkən ilişdi .....                     Mədəniyyət Televiziyası Vasim Məmmədəliyevi Hacı Şahin Həsənli ilə əvəzləyib .....                     Murad Firaya vəzifə verdi .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT .....                     Astarada narkotik taciri yaxalandı .....                     Paşinyan “otel otağına” heç kəsi buraxmır .....                     Asif Ağayevlə bağlı daha bir iddia... .....                     Rusiya öz kömürünü Ukraynaya bu yolla satdırır .....                     Bakıdan İran sərhədinə qədər yeni avtomobil yolunun bir hissəsi bu ilin sonundan ödənişli olacaq .....                     Afiq Səfərov “Azərsun”dan getdi .....                     AFFA Klublar Komitəsinə yeni sədr seçilib .....                     Mehriban Əliyeva tapşırıq verdi .....                     Qubada bıçaqlanma .....                     “Binə” ticarət mərkəzində oğurluq .....                     Arvadını 4 il izlədi, sonda 70 yaşlı kişi ilə tutdu! .....                     Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Ziya Məmmədovun dövlətə vurduğu yaralar... .....                     Bakının mərkəzində maşın qaçırdılar .....                     Bakı Modern Məktəbi bağlanır? .....                     AzTV Cənub zonası üzrə bölgə müxbirini .....                     Keçmiş başçıya PA-da yüksək vəzifə verildi? .....                     Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir... .....                     “ABŞ “qırmızı xətt”i keçən Ermənistanı bağışlamayacaq” .....                     Bakıda 28 yaşlı qadın intihar edib .....                     Bakıda küçədə kişi meyiti tapılıb .....                     Şəhərin mərkəzində intihara cəhd .....                     "Sosial şəbəkələr boşanmalara səbəb olur" .....                     “Rus qoşunları Qafqazda müharibədən çəkindirici faktordur” .....                     "Amma onlar bizi inandırdılar ki, ora burdan da yaxşı xəstəxanadır" .....                     Ərdoğan Suriyanın şimalında təhlükəsizlik zonası yarada bilməyəcək .....                 

Ermənistan düşdüyü siyasi-iqtisadi bataqlıqdan çıxış yolu axtarışında
Tarix: 14-02-2018, 09:10 | Çap et
Ermənistan düşdüyü siyasi-iqtisadi bataqlıqdan çıxış yolu axtarışında
Dağlıq Qarabağ probleminin həllinə gətirməyən hər ötən il işğalçı Ermənistanın təcridini daha da gücləndirir, onun iqtisadi göstəricilərini bir az da pisləşdirir. Düşmən ölkə bataqlıq effekti kimi, tərpəndikcə ildən-ilə daha dərin iqtisadi-siyasi böhrana girir, ölkə daha sürətlə boşalır. Bunu təkcə biz demirik, biz yazmırıq. Erməni ekspertləri və siyasətçilərin özləri də car çəkir, hətta kriminal Sərkisyan rejiminə od püskürürlər. Bu da hakimiyyətə ünvanlı növbəti sərt ismarış.

“Ermənistan bölgədə dövlətlərarası iqtisadi əlaqələr mənzərəsində demək olar, sıfır yeri tutur. Bütün regional və beynəlxalq xətlər - nəqliyyat, dəmir yolu, neft-qaz, istənilən başqa kommunikasiya bizdən yan keçir. Ermənistan təkcə siyasi yox, həm də iqtisadi blokada şəraitindədir. Hər tərəf onun üzünə bağlıdır və heç bir regional layihədə o, iştirak eləmir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri sabiq prezident Levon Ter-Petrosyanın rəhbəri olduğu müxalif “Ermənistan Milli Konqresi” Partiyası sədrinin müavini Aram Manukyan “Vestnik Kavkaza” nəşrinə işğalçı ölkənin hazırkı durumunu şərh edərkən deyib.

Erməni siyasətçinin sözlərinə görə, hətta Ermənistan hökuməti regional proqramlara həvəs göstərmir: “Yəni biz Qafqazda, sadəcə olaraq, mövcud deyilik. Özü də 20 ildən artıqdır ki, belə vəziyyət hökm sürür. Bu illər ərzində Ermənistandan yox, Gürcüstandan keçən Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Qars dəmir yolu da daxil, çox sayda layihələr bizdən yan keçib. İndi də ”Şimal-Cənub" və “İpək yolu”. Sanki biz bölgədə yoxuq. Ermənistan de-yure Qafqazdadır. Ancaq o, buradan keçən heç bir layihədə yoxdur. Biz iqtisadi anlamda dalandayıq, bu səbəbdən heç kəs Ermənistana pul qoymur. Əgər əvvəllər ildə 3-4 milyard dollar investisiya alırdıqsa, ötən il bu rəqəm cəmi 120 milyon dollar olub. Bu - heç nədir. Situasiyanı həm də korrupsiya daha da qəlizləşdirir. Bu vəziyyətdə heç bir normal adam öz pulunu Ermənistana qoymağa risk eləməz".

Partiya yetkilisi yaranmış vəziyyəti birbaşa həll olunmamış Dağlıq Qarabağ problemi ilə bağlayır: “Bəli, bu belədir. Müharibə ölkəni heç cür inkişaf etməyə qoymur. Axı iqtisadi inkişafdan ötrü sakitlik, stabil daxili siyasi və xarici siyasi vəziyyət lazımdır. Bizdə isə konflikt ucbatından belə bir şey yoxdur. Yarımmüharibə, yarımsülh - pul yatırmaq üçün məqbul mühit deyil. Ermənistan üçün ən böyük təhdid - həll olunmamış Dağlıq Qarabağ problemidir. Bu problemi həll eləmək lazımdır. Keçən il, parlament seçkilərinə gedərkən də onun həllini biz öz siyasi proqramımızda 1 nömrəli məsələ kimi qoymuşduq. Yalnız bizim partiya konfliktin nizamlanmasına dair proqramla çıxış eləmişdi. Biz başa düşürük ki, müharibənin bitməsi - Ermənistanın inkişafı və inteqrasiyası üçün yeganə yoldur”.

“Belədirsə, o zaman Ermənistan regional iqtisadi əməkdaşlıqda öz mövqeyini möhkəmlətmək üçün hansı addımlar ata bilər” sualına belə cavab verib: “Bundan ötrü Qarabağ probleminin nizamlanması, siyasi və diplomatik səylərin artırılması, status-kvo məsələsinin həlli tələb olunur. Fikrimcə, bizim xalqımız ən vacibi budur - 24 ildir olduğumuz dalan vəziyyətindən çıxmaq. Belə davam edə bilməz. Qarabağ uğrunda müharibə cəmi iki il olub, amma o vaxtdan 24 il keçib və müharibəsonrası konflikt situasiyası heç yerə dəyişmir. Bu da xalqları və dövlətləri əldən salır, ölkələrə inkişaf üçün mane olur. Bu situasiyadan, bu çuxurdan çıxmaq lazımdır. Əgər Qarabağ münaqişəsini nizamlamaq müyəssər olsa, o zaman bizim Azərbaycan və Türkiyə ilə sərhədlərimizin açılması məsələsi də həllini tapacaq. Türkiyə və Azərbaycan Dağlıq Qarabağ konflikti və sərhədlərin açılması məsələsində yekdildir və bu istiqamətdə həmahəng işləyir. ”Erməni Milli Konqresi" bütün qonşularla yaxşı əlaqələrin, xüsusən də yaxşı iqtisadi əlaqələrin tərəfdarıdır. Nədən ki, bu, bizim ölkənin inkişafını təmin edəcək", - deyə erməni müxalifətçi sonda bildirib.

*****

Nə əlavə eləmək qalır? Əlbəttə ki, Levon Ter-Petrosyanın partiyadaşı haqlıdır. Ancaq əfsuslar olsun ki, bu yanaşma Ermənistanın siyasi isteblişmentində hələ ki aparıcı deyil. Kriminal Sərkisyan rejimi erməni xalqının ən ümdə maraqlarını çoxdan öz klanının maraqlarına qurban verib. 20 il öncə - 1998-ci ildə Ter-Petrosyan hakimiyyətini də “Qarabağ klanı” məhz bu məqsədlə devirmişdi - problem illərlə uzansa da öz qrup maraqlarını təmin eləmək.

Çünki Sərkisyan iqtidarının Qarabağla bağlı əsassız, maksimalist və absurd tələblərini Azərbaycan tərəfi heç vaxt qəbul eləməyəcək. Bunu hamıdan yaxşı elə Serj Sərkisyanın özü bilir. Lakin Xocalı hərbi canisi gerçəyi etiraf edib konstruktiv mövqe tutmaqdan qorxur. Əks halda, erməni xalqı ona haqlı suallar ünvanlayacaq: elə isə problemin konstruktiv, mərhələli həllini təklif edən Levon Ter-Petrosyanı zorla hakimiyyətdən salmağa, münaqişə zonasında bunca əlavə gənc insanları qurban verməyə, bunca sosial-iqtisadi iztirablara, nəhayət, ölkəni Rusiyanın ucqar quberniyasına çevirib bütün iri regional iqtisadi və nəqliyyat layihələrindən təcrid edilməyə və ağır blokada şəraitində yaşamağa dəyərdimi? Dəyməzdi, təbii ki...

*****

Azərbaycan isə heç vaxt bugünkü status-kvo ilə razılaşmayacaq. Bu sözləri axar.az-a açıqlamasında deputat Asim Mollazadə deyib. Onun sözlərinə görə, Bakı real danışıqlara hər zaman hazırdır.

“Dövlət başçısı əslində bir neçə gün öncə həqiqətləri açıqladı ki, Dağlıq Qarabağ və ətraf rayonların işğal siyasətinin bu şəkildə davam etdirilməsi yolverilməzdir. Bu, beynəlxalq ictimaiyyətə mesaj idi ki, Ermənistan və onun arxasında dayanan qüvvələr Azərbaycana qarşı ərazi iddiaları planını həyata keçirmək istəyirlər. Bunu yaxşı bilən prezident YAP-ın qurultayındakı çıxışı ilə Azərbaycana qarşı sözügedən planın məhvinə işarə verdi. Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək və heç vaxt bugünkü status-kvo ilə razılaşmayacaq” - o qeyd edib.

Deputat bildirib ki, seçkilərdən sonra danışıqlar prosesi davam etdiriləcək. “Çünki Azərbaycana böyük strateji layihələrini həyata keçirməsi üçün bölgədə təcili sülh və sabitlik lazımdır. Azərbaycanın heç kimə ərazi iddiaları yoxdur və heç vaxt da torpaqlarının işğalı ilə barışmayacaq”, - deyə o əlavə edib.
\\musavat.com\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gürcüstanın hakim partiyası icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürə bilər
Bu gün, 12:49
Vətəndaşın "Azəriqaz"dan gileyinə baxan yoxdur... - Müraciət
Bu gün, 12:43
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
Bu gün, 12:40
Azərbaycanlı deputatın bu müsahibəsi İranı silkələdi
Bu gün, 12:36
"Yataq görüntülərini özüm sızdırmışdım" - Kərim etiraf etdi
Bu gün, 12:33
Ermənistanda məmurlar kütləvi şəkildə işdən çıxarılır
Bu gün, 12:31
"3 məhkəmə qərarı 15 ildir ki, Gəncə icra orqanı tərəfindən icraata yönəldilmir..." - Nizami Qocayev isə deyir ki...
Bu gün, 12:28
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
Bu gün, 12:22
42 nəfəri xəstəxanalıq edən sürücü yaralanmayıb - Açıqlama
Bu gün, 12:20
Türkiyədə Gürcüstan futbolçuları oğurluğa görə saxlanılıb
Bu gün, 12:18
İrandan gələrkən ilişdi
Bu gün, 12:13
Mədəniyyət Televiziyası Vasim Məmmədəliyevi Hacı Şahin Həsənli ilə əvəzləyib
Bu gün, 12:10
Murad Firaya vəzifə verdi
Bu gün, 12:03
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT
Bu gün, 12:01
Astarada narkotik taciri yaxalandı
Bu gün, 11:55
Paşinyan “otel otağına” heç kəsi buraxmır - KTMT baş katibsiz qalacaq
Bu gün, 11:49
Asif Ağayevlə bağlı daha bir iddia... - Belə deyirlər...
Bu gün, 11:48
Rusiya öz kömürünü Ukraynaya bu yolla satdırır
Bu gün, 11:44
Bakıdan İran sərhədinə qədər yeni avtomobil yolunun bir hissəsi bu ilin sonundan ödənişli olacaq
Bu gün, 11:38
Afiq Səfərov “Azərsun”dan getdi - Yerinə təyinat da olub
Bu gün, 11:31
AFFA Klublar Komitəsinə yeni sədr seçilib
Bu gün, 11:27
Mehriban Əliyeva tapşırıq verdi - Qarabağ əlili üçün ev tikiləcək
Bu gün, 11:25
Qubada bıçaqlanma
Bu gün, 11:23
“Binə” ticarət mərkəzində oğurluq
Bu gün, 11:22
Arvadını 4 il izlədi, sonda 70 yaşlı kişi ilə tutdu! - Gədəbəydə şok olay
Bu gün, 11:20
Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO
Bu gün, 11:16
Ziya Məmmədovun dövlətə vurduğu yaralar... - Bunun hesabı sorulacaqmı?
Bu gün, 11:14
Bakının mərkəzində maşın qaçırdılar
Bu gün, 11:12
Bakı Modern Məktəbi bağlanır? - VÖEN-ni ləğv olundu
Bu gün, 11:10
AzTV Cənub zonası üzrə bölgə müxbirini işdən azad etdi
Bu gün, 11:07
Keçmiş başçıya PA-da yüksək vəzifə verildi? – Açıqlama
Bu gün, 11:05
Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir... - GƏLİŞMƏ
Bu gün, 11:04
“ABŞ “qırmızı xətt”i keçən Ermənistanı bağışlamayacaq” - TƏHLİL
Bu gün, 11:02
Bakıda 28 yaşlı qadın intihar edib
Bu gün, 11:00
Bakıda küçədə kişi meyiti tapılıb
Bu gün, 10:52
Şəhərin mərkəzində intihara cəhd
Bu gün, 10:48
"Sosial şəbəkələr boşanmalara səbəb olur" - deputat
Bu gün, 10:41
“Rus qoşunları Qafqazda müharibədən çəkindirici faktordur” - Tonoyan
Bu gün, 10:38
"Amma onlar bizi inandırdılar ki, ora burdan da yaxşı xəstəxanadır" - GİLEY
Bu gün, 10:35
Ərdoğan Suriyanın şimalında təhlükəsizlik zonası yarada bilməyəcək - Əsədin müşaviri
Bu gün, 10:32
Leyla Şıxlinskayanın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə şərti cəza verilib
Bu gün, 10:28
Yevlaxda silahlı insident - Ölən var
Bu gün, 10:27
İnsan hüquqları üzrə müvəkkil martda seçki gözləmir... - deputat isə konstitusion müddətin bitdiyini söyləyir
Bu gün, 10:24
“Anamın ürəyi aparatla işləyir…”
Bu gün, 10:22
Bir oğurluğa görə ilişdi, digər əməlləri də ifşa olundu
Bu gün, 10:20
Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Bu gün, 10:18
“Əhməd Orucun əli qranta çatmır, onun üçün boş-boş danışır” - QALMAQAL
Bu gün, 10:11
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir - Ekspert
Bu gün, 10:07
Sahil Babayevdən Səlim Müslümov dövrünə doğru İRİ BİR ADDIM! - ŞOK maxenasiya ittihamı...
Bu gün, 10:04
Almaniya şirkəti narkotik mafiyasına silah satıb
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru