NATO PA-ya yeni rəhbər gətirildi .....                     Gürcüstanda bank borcları silindi: Azərbaycanda nə gözlənilir? .....                     İlin sonunda növbəti əfv fərmanı olacaq... .....                     Məşhur musiqiçi və prodüser Aygünə görə Bakıya gəldi .....                     Gəncədə partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub .....                     Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb .....                     Azərbaycan nefti yenidən ucuzlaşıb .....                     Suriya hökuməti İdlibdə əməliyyata hazırlaşır, Putin razılıq verəcəkmi... .....                     "Padişah Xalı" öz xanədanını yaradıb... .....                     Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək .....                     “İki ailə dağıntılar altında qalıb” .....                     İvanaşvilinin xalqa jesti nələri dəyişəcək? .....                     Binəqədi Bələdiyyəsi narazılıq yaradır... .....                     BDU rektoru postuna o da iddialıdır... .....                     Rəsul Quliyev yenə “qayıdır” .....                     Suriya ordusu ölkənin cənubunda İŞİD-in son istinadgahını ələ keçirib .....                     “Rus NATO-su”nda “soyuq müharibə” ruzigarı .....                     Yeni super nazirlik yaradılır .....                     Bakıda 74 yol kəsişməsində sarı tor çəkiləcək .....                     Rusiya xain Fəxrəddin Abboszadənin ekstradisiyasını yubadır .....                     Gəncədə dağıntılar altından meyitlər və yaralılar çıxarılır... .....                     “Həmsədr ölkələrin separatçıya viza verməsi ikili standartların ən bariz nümunəsidir” .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Şəkidə toyda qidadan zəhərlənmə hadisəsi baş verib .....                     “Həmin məmurlar həbs edilərsə, digərləri üçün dərs olar” .....                     Bu qurumun səlahiyyətləri artırılıb .....                     Azərbaycanın Avropa Oyunlarını keçirdiyi səviyyə ilə rəqabət aparmaq qətiyyən mümkün deyil .....                     Birgə tərəfdaşlıq çərçivəsində layihə .....                     Gəncədə yaşayış binasında partlayış baş verib .....                     Qarakənd faciəsindən 27 il ötür .....                     Bu gün dollar neçəyədir? .....                     Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib .....                     “AGBank”ın sədri Azərbaycan qanunlarından şikayət edir .....                     Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib .....                     Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı çapdan çıxıb .....                     Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçiri .....                     Kral Salman Qaşıqçı cinayəti haqda ilk dəfə danışdı .....                     Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı .....                     Ermənistanda cinsi azlıqların festivalı keçirilir .....                     Afrində radikal qruplaşmanın onlarla üzvü əsir götürülüb .....                 

"Yəqin ki, evinizin altında olan dükanın satıcısı qonşunuzdur"
Tarix: 14-02-2018, 08:50 | Çap et
"Yəqin ki, evinizin altında olan dükanın satıcısı qonşunuzdur"
Fevralın 13-də Vergilər Nazirliyi Bakıda “Vergilər, şəffaflıq, inkişaf” mövzusunda sahibkarların, deputatların və digərlərinin iştirakı ilə konfrans keçirib. Konfrans Mikayıl Cabbarovun nazir təyin edilməsindən və Vergilər Nazirliyində aparılmış kütləvi kadr dəyişikliklərindən sonra yeni vergi siyasətinin müəyyənləşdirilməsi, vergiyığma sahəsində şəffaflığın artırılması yolları barədə müzakirələr aparmaq məqsədi daşıyıb. (“APA-Economics”)

Vergilər naziri çıxışı zamanı bildirib ki, həyata keçirilməsinə başlanılmış islahatlar şəffaf vergi sisteminin qurulmasına, cəlbedici vergi mühitinin formalaşdırılmasına, inzibatçılığın keyfiyyətcə yüksək səviyyəyə qaldırılmasına xidmət edəcək: “Vergilər Nazirliyi öz işini elə qurmalıdır ki, ölkədəki iqtisadi artımı təmin edə bilsin. Vergi yığımı ölkə iqtisadiyyatının vəziyyətindən birbaşa asılıdır. Yəni ölkə iqtisadiyyatı nə qədər güclüdürsə, o qədər də Vergilər Nazirliyi üçün fiskal funksiyanın yerinə yetirilməsi asanlaşır. Və yaxud əksinə, iqtisadi böhran, durğunluq şəraitində Vergilər Nazirliyinin dövlət büdcəsinə daxilolmalarının təmin edilməsi imkanları xeyli mürəkkəbləşir. Bu səbəbdən bu sahəyə birbaşa cavabdeh olan digər dövlət qurumları ilə birlikdə işləyərək Vergilər Nazirliyinin əli iqtisadiyyatın nəbzi üzərində olacaq”.

Nazir bildirib ki, vergi yoxlamalarının keyfiyyəti artmalıdır: “Vergi yoxlamalarının sayını azaltmalıyıq və azaldacağıq, biznes yoxlamaları azaldılacaq. Yoxlamalar və sanksiyaların tətbiqi məqsəd deyil. Lakin qanunu pozana qarşı sanksiyaların tətbiq olunması birmənalıdır. Qanun hamı üçün birdir. Kiçik və böyük şirkət olmasından asılı olmayaraq hər kəs vergi qanunlarına əməl etməlidir”.

O, Vergilər Nazirliyinin fəaliyyətində mənfi məqamların olduğunu dilə gətirib: “Mənfi səhifələrə gəldikdə, bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodların olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir”.

M.Cabbarov qeyd edib ki, vergi sistemində kadrların yenidən komplektləşdirilməsinə başlanılıb.

“Vergi orqanlarında korrupsiyanın tam kökünün kəsilməsi üçün bütün resursları səfərbər edəcəyik. Öz sıralarımızın təmizlənməsinə artıq başlanılıb, bu proses davam edəcək, aşkar olunan bütün hallarla bağlı qəti tədbirlər görüləcək, bu mənada heç kəsə güzəşt edilməyəcək. Himayədarlıq faktları xüsusi nəzarətə götürüləcək, buna hələ də yol verənlər bilməlidir ki, vergi ödəyicilərinin məsuliyyətə cəlb edilməsi müddətinin keçməsi vergi işçilərinin cinayət hərəkətlərinə şamil edilmir”, deyə nazir vurğulayıb.

Nazir əlavə edib ki, vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcək: “Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicisinin iştirakı ilə araşdırılacaq. Apelyasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək, vergi administrasiyası açıq və şəffaf çalışacaq”.

Nazir çıxışında əhaliyə müraciət də edib:

“Marketlərdə kassa qəbzinin tələb edilməsi ayıb hesab edilməməlidir. Yəqin ki, evinizin altında olan dükanın satıcısı qonşunuzdur. Ondan aldığınız çörəyə görə ”çek" istəsəz, onun xətrinə dəyə bilərsiz. Amma fikirləşsəz ki, vergi nəyə xərclənir, onda tələb edərsiz. Vergi torpaqların qorunmasına, məktəblərin tikilməsinə, hər iki valideynlərini itirən gənclərin təhsilinə xərclənir. Belə bir məsəl var: nəyisə dəyişmək istəyirsənsə, ilk növbədə özündən başla. Biz də ilk olaraq vergi orqanlarındakı problemlərin həllinə, şəffaf vergi sisteminin təkmilləşdirilməsinə davam edəcəyik.

Peşəkar mühasiblər barədə ayrıca danışmaq istəyirəm. Bulanıq su o şəxslərə lazımdır ki, qanunsuz yolla pul qazanmaq istəyir. Vergi hesabatı dolduran mühasib səhv edə bilər, amma saxta məlumat daxil edən mühasib bilməlidir ki, illər keçsə də, o işlərə görə məsul şəxs odur. Nə qədər ki, gec deyil, bu işi dayandırın. Yoxsa biz bu işi dayandırmaq üçün fəaliyyətə başlayacağıq".

Konfransda çıxış edən deputat Ziyad Səmədzadə deyib ki, o, dünyada iki şeyə çarə olmadığına bir daha əmin olub: vergiyə və ölümə.

Deputatın sözlərinə görə, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur: “Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq”.

Deputat Vahid Əhmədov isə bildirib ki, yeni vergilər nazirinin qarşısında çox böyük vəzifələr durur. O, yeni Vergi Məcəlləsinin qəbul edilməsinə çağırıb. Vahid Əhmədov xatırladıb ki, yoxlamalar prezident tərəfindən dayandırılsa da, Vergilər Nazirliyinə yoxlama icazəsi verilib. Və yoxlama zamanı elə etmək lazımdır ki sahibkarların nüfuzuna xələl gətirilməsin.

Deputat bildirib ki, hər il Dövlət Neft Fonduna transfertləri nəzərə almasaq, Vergilər Nazirliyi xətti ilə büdcəyə 6,5-7 milyard manat həcmində vəsait daxil olur. “Bu vəsait kifayət qədər böyükdür və bu vəsaitin yığılmasında çətinlik yaranır. Təklif edirəm ki, İqtisadiyyat və Vergilər Nazirliyi proqnozlar verəndə bunu razılaşdırsınlar ki, proqnozlar həqiqətəuyğun olsun. Proqnoz məsələsində ciddi olsunlar. Hesab edirəm ki, Vergilər Nazirliyi bu kimi yükün altına tək girməməlidir. Götürüb Vergilər Nazirliyinin adına 7 milyard yazmaqla deyil ki. Mən burda hər şeyi açıqlamaq istəmirəm” - deyə, deputat bildirib.
“Yeni Müsavat”





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anası azərbaycanlı müğənnini danışdırmır - Geyiminə görə
Bu gün, 10:03
NATO PA-ya yeni rəhbər gətirildi
Bu gün, 10:00
Gürcüstanda bank borcları silindi: Azərbaycanda nə gözlənilir? - TƏHLİL
Bu gün, 09:58
İlin sonunda növbəti əfv fərmanı olacaq... - İDDİA
Bu gün, 09:56
Məşhur musiqiçi və prodüser Aygünə görə Bakıya gəldi
Bu gün, 09:50
Gəncədə partlayış zamanı ölən və yaralanan şəxsin adı məlum olub
Bu gün, 09:48
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Bu gün, 09:46
Azərbaycan nefti yenidən ucuzlaşıb
Bu gün, 09:45
Suriya hökuməti İdlibdə əməliyyata hazırlaşır, Putin razılıq verəcəkmi...
Bu gün, 09:42
"Padişah Xalı" öz xanədanını yaradıb... - GİLEY
Bu gün, 09:40
Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
Bu gün, 09:37
“İki ailə dağıntılar altında qalıb” - Gəncə icra başçısının müavini
Bu gün, 09:35
İvanaşvilinin xalqa jesti nələri dəyişəcək? - TƏHLİL
Bu gün, 09:34
Binəqədi Bələdiyyəsi narazılıq yaradır... - GİLEY
Bu gün, 09:32
BDU rektoru postuna o da iddialıdır... - Belə deyirlər...
Bu gün, 09:29
Rəsul Quliyev yenə “qayıdır”
Bu gün, 09:28
Suriya ordusu ölkənin cənubunda İŞİD-in son istinadgahını ələ keçirib
Bu gün, 09:26
“Rus NATO-su”nda “soyuq müharibə” ruzigarı - Bakının “küləyi” və petrolu...
Bu gün, 09:25
Yeni super nazirlik yaradılır - 3 qurum birləşdirilir
Bu gün, 09:22
Bakıda 74 yol kəsişməsində sarı tor çəkiləcək
Bu gün, 09:21
Rusiya xain Fəxrəddin Abboszadənin ekstradisiyasını yubadır - GƏLİŞMƏ
Bu gün, 09:20
Gəncədə dağıntılar altından meyitlər və yaralılar çıxarılır... - FOTO
Bu gün, 09:19
“Həmsədr ölkələrin separatçıya viza verməsi ikili standartların ən bariz nümunəsidir” - TƏHLİL
Bu gün, 09:16
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:13
Şəkidə toyda qidadan zəhərlənmə hadisəsi baş verib
Bu gün, 09:12
“Həmin məmurlar həbs edilərsə, digərləri üçün dərs olar” - BÜDCƏ TALANI
Bu gün, 09:11
Bu qurumun səlahiyyətləri artırılıb
Bu gün, 09:07
Azərbaycanın Avropa Oyunlarını keçirdiyi səviyyə ilə rəqabət aparmaq qətiyyən mümkün deyil - Lukaşenko
Bu gün, 09:06
Birgə tərəfdaşlıq çərçivəsində layihə - İnklüziv təhsilin inkişafında yeni mərhələdir
Bu gün, 09:04
Gəncədə yaşayış binasında partlayış baş verib
Bu gün, 09:02
Qarakənd faciəsindən 27 il ötür
Bu gün, 09:01
Bu gün dollar neçəyədir?
Bu gün, 09:00
Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib
Dünən, 18:28
“AGBank”ın sədri Azərbaycan qanunlarından şikayət edir - "Bankların yeni düşməni: Vəkillər"
Dünən, 18:27
Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
Dünən, 18:14
Taksi sürücüsü azərbaycanlı prodüserə hücum etdi: - Blokda qaz balonu ilə...
Dünən, 18:10
Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı çapdan çıxıb
Dünən, 18:03
Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçiri
Dünən, 18:02
Kral Salman Qaşıqçı cinayəti haqda ilk dəfə danışdı - 1 ay 17 gündən sonra
Dünən, 17:58
Qida Təhlükəsizliyi Agentliyinə yeni mətbuat katibi gətirildi
Dünən, 17:55
Avtomobil qəzası keçirən Zümrüd: - "4 saat yolun ortasında qaldım"
Dünən, 17:45
Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı NEKROLOQ
Dünən, 17:42
Ermənistanda cinsi azlıqların festivalı keçirilir - VİDEO
Dünən, 17:33
Xalq artisti biabır etdi: - “Tül paltarı geyinib çıxıb efirə, alt paltarı görünür”
Dünən, 17:31
Afrində radikal qruplaşmanın onlarla üzvü əsir götürülüb - VİDEO
Dünən, 17:28
Respublika üzrə ümumilikdə 136 minə yaxın ağac tingi paylanılıb
Dünən, 17:25
“Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib"
Dünən, 17:23
"Rusiya Türkiyə ilə ticarəti 100 milyard dollara çatdıracaq" - Vladimir Putin
Dünən, 17:20
"Onsuz da tutulacağıq, heç olmasa kişi qızı kimi düzünü danışaq" -Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri
Dünən, 17:18
“Damla sizdən qat-qat gözəl ifaçıdır”
Dünən, 17:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru