Bakıda qızını namus üstündə öldürən şəxsin məhkəməsi qapalı keçirilib .....                     Fevralın 24-də gözlənilən hava şəraiti .....                     ABŞ qoşunlarının Suriyadan çıxarılması hakimiyyətdə boşluq yaratmamalıdır .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə əlavə və dəyişiklik edilib .....                     Nəhəng layihənin son addımları atılır .....                     İlham Əliyev .....                     Azərbaycanda “İşsizin DOSTu” proqramına verilən kvotaların sayı artırılacaq .....                     Əri icra başçısının müavini olan direktordan nazirə ŞİKAYƏT .....                     Türkiyə Dardanel boğazını yenə bağladı, .....                     ABŞ hərbi təyyarəsi Rusiya üzərindən kəşfiyyat apardı .....                     7 sığorta şirkəti geriləyib .....                     İranda yarışda Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etirazım Vətənə sevgimdən irəli gəlib .....                     "Standart İnsurance"dan növbəti fırıldaq .....                     Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı .....                     Azərbaycan nefti cüzi ucuzlaşıb .....                     “Evdən çıxanda dedi ki...” .....                     Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? .....                     “Sipark İnşaat” alimləri süründürür .....                     Sülh prosesi təzədən dalana girir .....                     Azərbaycan konfetləri Ermənistanda SATILIR .....                     Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb .....                     Neftin qiyməti bahalaşıb .....                     ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər .....                     "Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" .....                     “Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular” .....                     İrandakı bahalıq Bakıda da dükanları “vurdu” .....                     “Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” .....                     Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü .....                     “Sərham” MMC nədən narazılığa səbəb olur? .....                     İranda Azərbaycan dilində qəzet nəşr olunacaq .....                     "Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..." .....                     Paşinyan ABŞ-ın planına zərbə vurdu .....                     Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri .....                     ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır .....                     “Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” .....                     Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb .....                     Paşinyanın “iki stul” siyasəti fiasko oldu .....                     Laçında təhsil sistemi necə çökdürüldü... .....                     "Heç zaman fərqli olmaqdan çəkinməmişəm" .....                     “Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” .....                 

Ədliyyə Nazirliyi idarə rəisinin müavini ittiham olunur - İDDİA
Tarix: 13-02-2018, 15:10 | Çap et
Ədliyyə Nazirliyi idarə rəisinin müavini ittiham olunur
Tezadlar.az saytının ötən buraxılışında “”Meqa-Siti Holding”-in Yusif Sərracı varmış” başlıqlı məqalə yayımlanmışdır... Yazıda Bakı şəhəri Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, Bakı fəhləsi küçəsi, ev 10-da yaşayan Novruzov Sultan Bəhmən oğlunun adı çəkilən şirkətdə başına açılan oyundan söhbət gedirdi. Məlumat üçün qeyd edək ki, S.Novruzov 18 mart 2008-ci ildə “Meqa-Siti Holding” MMC ilə 90 saylı müqavilə bağlayır. Müqaviləyə əsasən şirkət S.Novruzova 24 ay müddətində 50.2 kvm. 1 otaqlı mənzili təhvil verir, o da öz növbəsində ayda 1300 ABŞ dolları olmaqla 36 min dollar pul ödəməli idi. S.Novruzov 31 min ABŞ dolları pulu şirkətə ödəyir. Lakin 24 ay keçməsinə baxmayaraq vətəndaş görür ki, bina heç bünövrədən o tərəfə getməyib. Belə olan surətdə ödədiyi pulun geri qaytarılması məqsədilə ərazi üzrə Xəzər rayon Məhkəməsinə müraciət edir. Məhkəmənin 13 dekabr 2013-cü il tarixli qərarı ilə S.Novruzovun pozulmuş hüququnun bərpa olunması üçün şirkətin 31 min ABŞ dolları pulun ödənilməsi haqqında qərarı elan olunur.

Aradan illər keçməsinə baxmayaraq, şirkətin “Meqa-Siti Holding” MMC-nin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimov tərəfindən məhkəmə qərarı icra olunmur. Belə olan surətdə Yasamal rayon Məhkəməsinin icraçıları Xəzər rayon məhkəməsinin qərarının icra olunması üçün məhkəməyə müraciət edirlər. Hazırda bu iş üzrə hakim Hüseyn Səfərovun sədrliyi ilə məhkəmə problemi araşdırır.
Ötən yazıda qeyd etmişdik ki, şirkətin iki möhürünün olması barədə təsisçilərdən Fariz Nuriyevin məhkəmədə məlumat verməsi diqqətdən yayınmışdır. Maraqlıdır ki, F.Nuriyev şirkətin iki möhürdən istifadə etdiyini məhkəmədə verdiyi yazılı və şifahi ifadəsində də göstərmişdir. “KİV haqqında” Qanuna uyğun olaraq əks tərəf kimi, ötən yazıdan əvvəl F.Nuriyevin də mövqeyini öyrənərək əvvəlki yazıda qısa məlumat vermişdim. Indi isə F.Nuriyevin fikirlərini tam təqdim edirəm. “Məhkəmədə ifadə vermisiniz ki, şirkətin iki möhürü var. Əsli sizdədir, surəti isə Aqil Qədirov və Maksim Zeynalovdadır. Bir şirkətin iki möhürdən istifadə etməsi qanunsuzluq deyilmi”, - sualına F.Nuriyev belə cavab vermişdi:
-Mən Sultan Novruzovu 6 aylıq məhkəmə prosesində tanımışam. Özünə də demişəm ki, mənim bu barədə heç bir günahım yoxdur. Çünki o binalara mən cavabdeh deyiləm. Qaldı möhür məsələsinə, məhkəmədə mənim fikrimi düz başa düşməyiblər. Mən deməmişəm ki, şirkətin iki möhürü var. Demişəm ki, şirkətin iki möhürünün olmasından şübhələnirəm...
Göründüyü kimi Nehrəmli F.Nuriyev məhkəmədə verdiyi yazılı və şifahi ifadəsini danır. Amma faktlar başqa şeylər deyir. Doğrudan da şirkətin iki möhürü var. Çünki bir möhürlə eyni mənzili bir necə adama satmağı çatdıra bilmirlər. Ona görə də iki möhürdən istifadə edirlər ki, ayrı-ayrılıqda fırıldaq yolu ilə satdıqları mənzillərdən qaz vurub, qazan doldursunlar. Ara yerdə isə, ötən yazımızda qeyd etdiyimiz kimi, şirkətin heç bir səlahiyyəti olmayan direktoru Elnur Məmmədov M.F.Axundovun “Aldanmış Kəvakib” əsərindəki Yusif Sərrac kimi qurban gedib. Çünki heç bir pul alıb-vermək səlahiyyəti olmayan, rəsmi sənədlərdə isə imzası olduğu üçün cavabdeh qismində istintaqa Elnur Məmmədov cəlb olunub. O da maraqlıdır ki, məhkəmə onu hər hansı dələduzluq əməlinə görə yox, çağırışlara gəlmədiyi üçün həbs edib. Hazırda 6 aydan çoxdur heç bir yeyintidə və dələduzluqda əli olmayan Elnur Məmmədov həbsdədir. E.Məmmədovun həbsini bəhanə gətirən “Meqa-Siti Holding” MMC-nin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimov məhkəmə qərarı ilə S.Novruzova ödəməli olduqları 31 min ABŞ dolları pulu verməkdən yayınırlar. Məhkəmənin qərarında isə birmənalı olaraq yazılıb ki, 31 min ABŞ dolları pul “Meqa-Siti Holding” MMC tərəfindən S.Novruzova ödənilməlidir. Daha qərarda yazılmayıb ki, pulu hansısa E.Məmmədov, F.Nuriyev və ya Əhməd, Məmməd ödəməlidir. S.Novruzov məhkəmədəki ifadələrində dəfələrlə bildirib ki, müqaviləyə uyğun olaraq hər ay ödədiyi 1300 ABŞ dolları məbləğində pulu şirkətin təsisçilərindən olan Aqil Qədirova şəxsən təqdim edib. Ona görə də o, bildirib ki, Elnur Məmmədov adında şəxsi qətiyyən tanımır. Belə çıxır ki, bu insanlar tərəfindən məhkəmə qərarına hörmətsizlik edilirsə, deməli, onların arxasında güclü “əl” var. Bu barədə ötən yazımızda da məlumat vermişdik ki, belə bir adamın izinə düşmüşük. Həmin vəzifəli şəxs haqqında bir az sonra məlumat verəcəyik.
Bu işin istintaqı Ədliyyə Nazirliyi istintaq idarəsinin baş müstəntiqi Elman Yahya tərəfindən aparılıb. Elə 18 may 2017-ci ildə məhz Elman Yahya tərəfindən hazırlanmış ittiham aktı ilə tanış olanda da görürsən ki, iş birtərəfli aparılıb. Nəyə görə bu qənaətə gəlirəm? Çünki hazırda qeyd etdiyim kimi, Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarında da dəfələrlə bildirilib ki, Elnur Məmmədovun direktor kimi heç bir səlahiyyəti olmayıb. Bütün səlahiyyətlər “Meqa-Siti Holding” MMC-nin təsisçiləri Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimovdadır. Hərçənd bizimlə telefon söhbətində Mübariz Zeynalov bildirdi ki, o şirkətə 2012-ci ildən gəlib və çox kiçik paya sahibdir. Yəni onun bu məsələlərə heç bir aidyyəti yoxdur. Maksim Zeynalov isə bildirir ki, bu məsələni Aqil Qədirovla araşdırmaq lazımdır. Fariz Nuriyev isə məni inandırmağa çalışırdı ki, o məsələləri Maksim Zeynalov bilir.
Bircə Aqil Qədirovla danışmaq imkanım olmadı. Çünki zəng etdiyim mobil telefonu bağlı göstərirdi. Fariz Nuriyev demişdi ki, Aqil Qədirov başqa bir əməlinə görə həbsdədir. Maksim Zeynalov isə əksinə, dedi ki, A.Qədirov azadlıqdadır.
Göründüyü kimi, bu təsisçilərin heç birinin sözü qətiyyən bir-birinə uyğun gəlmir. Onda əlbəttə ki, onların hər cür fırıldağa əl atdıqlarına inanmaqdan başqa carəmiz qalmır.
Yaxşı, uzun müddət bir yerdə işləyib, çörək yedikləri Elnur Məmmədovu qurban verərək, həbs etdirməkdə bunların məqsədi nədir? Halbuki bu başabəla və dələduz təsisçilərin dördü də söz veriblərmiş ki, “Elnur, biz səni mütləq həbsdən qurtaracağıq”. Amma verdikləri sözlərinə əməl etməyiblər. Istər-istəməz sual yaranır: Bəs bu təsisçilər kimə və hansı məmura arxayın olub, bu qədər qanunsuzluğa gedirlər? Hətta dövlətin adından çıxarılmış məhkəmə qərarını belə saymırlar.
Bəs bu güclü “əl” və ya məmur kimdir? Buna aydınlıq götürmək üçün “Meqa-Siti Holding” MMC-nin həbs olunmuş icraçı direktoru Elnur Məmmədovun atası, Nərimanov rayon Atatürk pr. 35, mən, 158-də yaşayan YAP idarə heyətinin üzvü, Ağsaqqallar Şurası Təftiş komissiyasının sədri, 70 yaşlı təqaüdçü, uzun müddət müxtəlif yüksək vəzifələrdə işləmiş Məmmədov Adil İsa oğlunun Prezident İlham Əliyevə və ədliyyə naziri cənab Fikrət Məmmədova ünvanladığı müraciətinə nəzər yetirək.

“Mehman Soltanov və müstəntiq Elman Yahya mənim bu müraciətlərimin nazirə çatmasına imkan vermirlər...”

A.Məmmədov Fikrət Məmmədova indiyə qədər yazdığı şikayət məktublarına heç bir cavab almadığına görə, bu dəfə ölkə prezidenti cənab İlham Əliyevə və surəti cənab Fikrət Məmmədova olan müraciətinin bir surətini də bizə də təqdim edib. Müraciətdə oxuyuruq:
“Hörmətli cənab Prezident!
Ədliyyə naziri Fikrət Məmmədova yazdığım şikayət məktublarına cavab almamağımın səbəbini nazirlikdə işləyən Qeydiyyat və Notariat idarəsinin rəis müavini Soltanov Mehman Nəzir oğlu və müstəntiq Elman Yahya Aslan oğlunun “aktiv” fəaliyyəti ilə əlaqələndirirəm. Belə ki, Mehman Soltanov mənim müraciətimin nazirə çatmaması üçün bütün qüvvələrini səfərbər edib və müraciətimin adiyyəti şöbə tərəfindən F.Məmmədova təqdim edilməsinin qarşısını alır.
Əgər nazir F.Məmmədov mənə vaxt ayırıb qəbul etsə, həmin müraciətlərimin surətlərini götürüb şəxsən ona təqdim etməyi özümə borc bilərəm. Mehman Soltanov və müstəntiq Elman Yahya mənim bu müraciətlərimin nazirə çatmasına imkan vermirlər. “Korrupsiya haqqında” qanunun 9.3.3-cü maddəsinə görə dövlət məmurunun bizneslə məşğul olması qəti qadağandır. Ancaq Ədliyyə nazirliyində yüksək post tutmuş Soltanov Mehman Nəzir oğlu Yasamal rayon ərazisində yerləşən “Meqa-Siti Holding” MMC şirkətini ilk gündən maliyyələşdirir və həm də şirkətin təsisçisidir. Hətta şirkətin Soltanov Mehman tərəfindən 20.04.2017-ci il tarixdən təyin edilmiş icraçı direktoru Fariz Nuriyev tərəfindən də hədələnirik. F.Nuriyev bildirir ki, “Mehman Soltanovu Siz yaxşı tanımırsınız. O, sizi həyatdan silib məhv edər”.
Hörmətli cənab Prezident!
Bilmək istəyirəm ki, insanları məhv etmək səlahiyyətini Mehman Soltanova kim verib? Siz dəfələrlə çıxışlarınızda insan kapitalının ən önəmli amil olmasını vurğulayırsınız. Lakin Mehman Soltanov kimi məmurlar insan kapitalını məhv etmək istəyirlər. Nəzərinizə çatdırıram ki, oğlum Məmmədov Elnur Adil oğlu həmin şirkətin icraçı direktoru işləyibdir. 20.04.2017-ci il tarixdən həmin vəzifədən azad olunub. Ədliyyə Nazirliyinin istintaq idarəsinin böyük müstəntiqi Elman Yahya Aslan oğlu Soltanov Mehman Nəzir oğlunun diktəsi ilə 2 saat 45 dəqiqə ərzində yazdırdığı ittiham aktına əsasən oğlum Elnur Məmmədova cinayət məcəlləsinin 303.1 və 306.2 maddələri ilə qeyri-qanuni olaraq cinayət işi açaraq, məsuliyyətə cəlb edib. Oğlum 29.07.2017-ci ildən həbsdədir. Hal-hazırda Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə məhkəmə prosesi gedir. Bildirirəm ki, Elman Yahyanın hazırladığı ittiham aktında “Mega-Siti Holding” MMC-nin əsas günahkar olar dörd nəfər təsisçilər-Aqil Qədirov, Fariz Nuriyev, Maksim Zeynalov və Mübariz İbrahimovdan heç bir izahat və ya istintaq ifadələri alınmamışdır. Halbuki oğlum E.Məmmədov icraçı direktor işlədiyi müddətdə dəfələrlə dairəvi möhürü tələb etsə də, ona bu möhür verilməmişdir. Bu faktı Yasamal rayon Məhkəməsindəki prosesdə şirkətin təsisçilərindən olan Fariz Nuriyev yazılı ifadəsində də təsdiq etmişdir. Eləcə də həmin təsisçilər binanın tikintisi üçün pul vəsaitinin Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat İdarəsinin rəis müavini Soltanov Mehman Nəzir oğlu tərəfindən ödəndiyini və şirkətin iki dairəvi möhürlə işlədiyini bildirib və təsdiq ediblər”.

Görünən dağa daha nə bələdçi...

...El dili ilə desək, daha görünən dağa nə bələdçi? Adil Məmmədov açıq-aşkar hər şeyi ortaya qoyub. Maraqlıdır, o boyda nazirlikdə böyük vəzifə tutasan, özün də dələduzları müdafiə edəsən. Hər halda çox düşündürücü faktdır. Hələ bu şirkətin təsisçilərinin təkcə Sultan Novruzova, Adil Məmmədova yox, digər vətəndaşlara da vurduqları maddi və mənəvi ziyan tərəfimizdən araşdırılır. Belə çıxır ki, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat İdarəsinin rəis müavini Soltanov Mehman Nəzir oğlu təsisçilərə göstəriş verir ki, vətəndaşların başına oyun açılsın. Onda belə bir sual yaranır: Mehman Soltanovun əhalini dövlətdən və prezidentdən narazı salmaqda məqsədi nədir? Bəlkə, onun “Mega-Siti Holding” MMC-dəki təsisçilərinin əhalinin başına açdıqları oyunlardan xəbəri yoxdur? Yoxsa, özünün də təmsil olunduğu Ədliyyə Nazirliyinin tabeliyində olan məhkəmənin verdiyi qərarın həmin təsisçilər tərəfindən yerinə yetirilməməsinə özü şərait yaradır?
Bütün bu suallara və bu şirkət tərəfindən hüququ pozulan, vəsaitləri mənimsənilən vətəndaşlar barədə növbəti yazılarımızda məlumat verəcəyik.
P.S. Qəzet çapa gedən ərəfədə, yəni 12 fevral 2018-ci il tarixdə, saat 14:00-dan 18:00-dək əks tərəf kimi Mehman Soltanovun da mövqeyini öyrənmək istədik. Lakin cəhdimiz heç bir nəticə vermədi. Bununla belə, M.Soltanovun və adı çəkilən hər kəsin mövqeyini dərc etməyə hazırıq.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qızını namus üstündə öldürən şəxsin məhkəməsi qapalı keçirilib
Dünən, 13:01
Fevralın 24-də gözlənilən hava şəraiti açıqlanıb
Dünən, 12:54
ABŞ qoşunlarının Suriyadan çıxarılması hakimiyyətdə boşluq yaratmamalıdır - Hulusi Akar
Dünən, 12:51
Ruhəngiz Musəvini boşayıb, bu məşhurla evləndi
Dünən, 12:49
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə əlavə və dəyişiklik edilib
Dünən, 12:47
Nəhəng layihənin son addımları atılır - TƏHLİL
Dünən, 12:33
İlham Əliyev fərman imzaladı
Dünən, 12:31
İlhamə Quliyevanın oğlunun adı keçən dələduzluq işində apellyasiya şikayəti verilib
Dünən, 12:23
Azərbaycanda “İşsizin DOSTu” proqramına verilən kvotaların sayı artırılacaq
Dünən, 12:21
Əri icra başçısının müavini olan direktordan nazirə ŞİKAYƏT - Məktəbi "skype"la idarə edirmiş
Dünən, 12:11
Türkiyə Dardanel boğazını yenə bağladı, bu dəfə başqa SƏBƏB
Dünən, 12:10
ABŞ hərbi təyyarəsi Rusiya üzərindən kəşfiyyat apardı
Dünən, 12:07
“Heç kim mənə qadağa qoya bilməz” - Xatirədən sərt sözlər
Dünən, 12:02
“Brilliant məndən 13 yaş böyükdür” - Faiq Ağayev
Dünən, 11:51
7 sığorta şirkəti geriləyib - FOTO
Dünən, 11:48
İranda yarışda Azərbaycan bayrağının Ermənistan bayrağı altından asılmasına etirazım Vətənə sevgimdən irəli gəlib - Zəhra Salmanlı
Dünən, 11:42
"Standart İnsurance"dan növbəti fırıldaq - Kameraya əl salla, məşhur oldun
Dünən, 11:40
Bakıda kişi qadının üstünə “kerosin” töküb yandırdı
Dünən, 11:37
Azərbaycanlı meyxanaçı İraqda görüntüləndi
Dünən, 11:35
Azərbaycan nefti cüzi ucuzlaşıb
Dünən, 11:30
“Evdən çıxanda dedi ki...” - Dağdakı ölümün təfərrüatı
Dünən, 11:11
Azərbyacanda ən stajlı icra başçıları kimlərdir? – ADLAR
Dünən, 11:07
“Sipark İnşaat” alimləri süründürür - GİLEY
Dünən, 11:03
Sülh prosesi təzədən dalana girir - TƏHLİL
Dünən, 11:00
Azərbaycan konfetləri Ermənistanda SATILIR - FOTO
Dünən, 10:54
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb
Dünən, 10:53
Neftin qiyməti bahalaşıb
Dünən, 10:50
ABŞ və Türkiyə müdafiə nazirləri Suriyadakı böhrana müzakirə ediblər
Dünən, 10:49
Damlanın "intim video"sunu yayan şəxs axtarılır
Dünən, 10:47
"Övladlarımın hamısına da deyirəm ki, qoy uşaqların sayı artsın" - Hadı Rəcəbli
Dünən, 10:45
“Millətə qan udduranları qəhrəman kimi yaddaşımıza soxdular”
Dünən, 10:43
İrandakı bahalıq Bakıda da dükanları “vurdu” - Bayram süfrəsi boş qalacaq?
Dünən, 10:39
“Soyuducu anbar tikildi və məlum oldu ki, həmin bölgədə yetişən meyvə-tərəvəz bu anbarın içində saxlanıla bilməz” - Belə də olurmuş...
Dünən, 10:37
Bakıda 24 yaşlı ana 2 övladı ilə birlikdə itkin düşdü
Dünən, 10:35
“Sərham” MMC nədən narazılığa səbəb olur? - GİLEY
Dünən, 10:32
İranda Azərbaycan dilində qəzet nəşr olunacaq
Dünən, 10:29
"Bu adam gəncdir, ən əsası AzTV-də kök salmış rüşvət sistemi ilə bağlı deyil..."
Dünən, 10:27
"Ermənilər PKK-nın həm Laçında, həm də Kəlbəcərdə bazalarını açmaq istəyirlər və..."
Dünən, 10:24
Paşinyan ABŞ-ın planına zərbə vurdu - TƏHLİL
Dünən, 10:21
Azərbaycanın mənzil bazarında bahalığın səbəbləri - TƏHLİL
Dünən, 10:18
ABŞ daha iki ölkədə hakimiyyəti dəyişməyə hazırlaşır - “BU HÖKUMƏTLƏR ÖZ XALQLARINA ZÜLM EDİR...”
Dünən, 10:16
“Hansı ölkədə səfirliyimiz fəaliyyət göstərirsə, o ölkədə diaspor işini qurmağımız da asan olur” - deputat
Dünən, 10:14
Tramp ABŞ-ın BMT-də daimi nümayəndəsi postuna namizədini açıqlayıb
Dünən, 10:13
Hüseyn Dərya haqqında şok xəyanət faktı: - 16 yaşında məktəbli...
Dünən, 10:12
Paşinyanın “iki stul” siyasəti fiasko oldu - Qarabağa görə strateji səhv...
Dünən, 10:09
Laçında təhsil sistemi necə çökdürüldü... - İTTİHAM
Dünən, 10:07
"Heç zaman fərqli olmaqdan çəkinməmişəm"
Dünən, 10:02
“Düşmən tərəfindən təxribatlar hər an gözləyə bilərik” - GƏLİŞMƏ
Dünən, 10:00
İntim videosu ilə şantaj edilən müğənni xəstəxanaya yerləşdirildi
Dünən, 09:59
İtkin düşən 58 yaşlı kişinin meyiti tapıldı
Dünən, 09:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru