"Əlimdəki bıçağı ona göstərərək dedim ki, bu bıçağı sənə axıra kimi soxacam" .....                     "İnterpol"un həbs etdiyi azərbaycanlı özünü təqsirli bilməyib .....                     Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması sahəsində fərqlənən şəxslər təltif edilib .....                     DYP Bakıda yük daşıması ilə məşğul olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib .....                     Azərbaycan da Norveçdəki səfirini geri çağırdı .....                     Əli Abbasovun Londonda mülkləri var? .....                     Aİİ-də psixoloqla görüş keçirlib .....                     “Bəli, Azərbaycan ordusu irəliləyib, biz də irəliləmişik...” .....                     STP də işdən çıxarılanları qarayaxmada ittiham etdi .....                     Azərbaycanda dünyaca məşhur qənnadı şirkətinin məhsullarının ekspertizadan keçirilməsinə başlanılıb .....                     Prokuror anasının tanışını bıçaqlayan 15 yaşlı gəncə cəza istəyib .....                     Qəbələyə 5 santimetrdən çox qar yağdı .....                     EBRD-in vitse-prezidenti Azərbaycana gəlib .....                     "Əvvəllər “Facebook”dan istifadə etmirdim, gözləyirdim" .....                     Sabah dolar neçəyə olacaq? .....                     Başqalarının etbarından sui-istifadə edib pulunu mənimsəyən bank işçisinin aqibəti? .....                     “Putinin əlində Paşinyanla bağlı konkret faktlar var” .....                     FED-in gələn ay uçot dərəcəsini artırması ehtimalı kifayət qədər yüksəkdir .....                     İslamiadanın qalibi olan Azərbaycan idmançısı 4 illik diskvalifikasiya edilib .....                     8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb .....                     Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı .....                     Cəlilabadda təhsil kimə əmanət edilib? .....                     Avropa Birliyinin üzvü Ermənistana hərbi təyyarələr satmaq istəyir .....                     “Dində “cin çıxartmaq” anlayışı yoxdur” .....                     OPEK neftin bu qiymətə satılmasında maraqlıdır .....                     İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında .....                     Azərbaycan və Belarus arasında 10-a yaxın sənəd imzalanacaq .....                     Azərbaycanda 40 ilin məhkumu həbsdə ölüb .....                     Zahid Oruc təltif edildi .....                     Şəkərli diabet xəstələri üçün vəsait artırılıb, amma dərmanlar xarici valyuta ilə alındığı üçün çatmır .....                     Paşinyan özünü çuqçvanqa sürüklədi .....                     Oman OPEC üzrə gündəlik neft hasilatının həcminin 1 mln. barel azaldılmasını dəstəkləyəcək .....                     Daxili İşlər Nazirliyi .....                     Sahil Babayev özünə 4 müşavir, .....                     Ötən il MBNP maliyyə sektoru üzrə borc statistikasını AMB-yə təqdim etməyib .....                     "Mübariz İbrahimovun anasının ölüm xəbəri yalandır" .....                     12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi .....                     Qəbələdə 45 yaşlı kişi intihar etdi .....                     Əhəd Abıyevlə bağlı ilginc iddialar... .....                     Azərbaycanda qızını öldürməyə cəhddə təqsirləndirilən ataya hökm oxunub .....                 

Növbəti qlobal böhran gəlir? - TƏHLİL
Tarix: 13-02-2018, 12:01 | Çap et
Növbəti qlobal böhran gəlir?
Məlumdur ki, dünya iqtisadiyyatı ABŞ, Avropa Birliyi, Çin, Yaponiya və bir sıra inkişaf etmiş ölkələrin “çiynində” dayanır. Bunların arasında çox sıx əlaqə və bağlılıq mövcuddur. Həmin əlaqə və bağlılıq bir “balans” yaradır. Mərkəzi sütun - onurğa sütunu rolunu isə ABŞ iqtisadiyyatı yerinə yetirir. Odur ki, ABŞ iqtisadiyyatında tənəzzül yarandıqda qlobal iqtisadiyyatda dərhal ciddi böhran ortaya çıxır, artım həddindən artıq geniş xarakter daşıdıqda isə digər bir sıra çətin vəziyyətlər meydana gəlir.

ABŞ sonuncu dəfə 2008-2009-cü illərdə tənəzzüllə üzləşmişdi. Bu zaman qlobal maliyyə və iqtisadi böhran ortaya çıxdı. Sonrakı illərdə Amerika iqtisadiyyatında tənəzzül aradan qalxdı və hazırda ABŞ iqtisadiyyatı inkişafdadır. Amerikada iqtisadi artım olduğu zaman isə dollar möhkəmlənir. Bu da qlobal miqyasda bir sıra strateji məhsulları ucuzlaşdırır. Bu sırada xam neft və enerji daşıyıcıları məhsulları ilk yerdə gəlir. Azərbaycanın da bundan nə əziyyət çəkdiyi bəllidir.

İqtisadi yüksəliş də özü ilə yeni problemlər gətirir. Belə ki, yuxarıya doğru istənilən qalxmağın müəyyən bir mərhələdə enişi var. Bu, aksiomadır. Bu baxımdan da, Birləşmiş Ştatlarda ardıcıl davam edən artımın yaxında yenə, hansısa bir “çat dövrü” ilə üzləşəcəyi istisna deyil.

ABŞ fond birjalarında ötən həftə ərzində baş verənlər bu gözləntinin sanki artıq doğrulmaq üzrə olduğu mənzərəsini yaratdı. Ancaq bu, hələ “qığılcım” idi. Qeyd edim ki, keçən həftə son 2 ildə ilk dəfə olaraq indekslər kəskin eniş nümayiş etdirdi. 8 fevral tarixinin yekunlarına görə, “Dow Jones” indeksi 1033 bənd geriləyərək (4,1%) 23860 bənd oldu. S&P indeksi 3.75% azalaraq, 2581 bənd təşkil etdi. “Nasdaq”da isə 3,9 faiz geriləmə qeydə alındı. İndekslər keçən həftə ərzində artıq ikinci dəfə idi ki, belə çökürdü. Fevralın isə 5-də “Dow Jones” 1175 bənd (4.6%) aşağı düşmüşdü. Bu, sözügedən indeksin tarixində rekord azalma sayılırdı.

Lakin həftənin sonu, başqa sözlə desəm, beşinci gün vəziyyət sabitləşdi. Belə ki, fond birjalarında çöküş necə birdən-birə qeydə alınmışdısa, eləcə də dayandı. Bu həftənin başlanğıcı üçün də eyni tendensiya müşahidə edilməkdədir. Yəni, səhm alışı əvvəlki tempini bərpa edib. Amerikanın son onillik qiymətli kağızları qeyd olunan çöküşdən əvvəlki qiymətlərinə qayıdıb.

Ancaq bu, son idimi? Başqa sözlə desəm, dünya iqtisadiyyatının sözügedən bir nömrəli ölkəsinin qiymətli kağızlar bazarındakı ötən həftəki çöküş bir daha qeydə alınmayacaqmı? Ümumiyyətlə, bu, niyə baş vermişdi, səbəb nə idi?!

İndekslərin çöküşü nə qədər qəribə olsa da, Ağ Evin ABŞ iqtisadiyyatının uğurları haqqında bəyanatı fonunda baş verdi. Və bu, məhz iqtisadi artımın nəticəsi idi. Təhlilçilər də dərhal izah etdilər ki, fond bazarında baş verən məlum ucuzlaşma gəlirliyin artmasının təzahürü saylırdı. Və baş verənlər bazarı nisbətən “təmizlədi”...

Sözün qısası, Amerika iqtisadiyyatı inkişaf edir. Amerikanın əmək bazarında yanvar ayında yüksəliş davam edib. Bir ay əvvəl isə bu sahədə nisbətən durğunluq yaranmışdı. ABŞ kimi bir yerdə işsizlik səviyyəsi hazırda 4,1% təşkil edir. Təkcə özəl sektorda yeni açılan iş yerlərinin sayı 200 minə çatıb. Dekabrda isə bu rəqəm 160 min təşkil etdirdi. O cümlədən, əməyin saatlıq ödəniş həddi də dekabrla müqayisədə 0,3% artıb. İndi qeyd olunan rəqəm 26 dollar 74 sent təşkil edir.

Bəs, problem nədədir? Doğrudanmı, inkişaf böhrana aparır? Və ABŞ-dakı real iqtisadi artım gec-tez tənəzzüllə nəticələnəcək?

Məsələ ondadır ki, Amerikada inflyasiya yüksəlib. Bəli, nə qədər qəribə olsa da, inflyasiya! İnflyasiya bu kimi ölkələrdə inkişaf göstəricisi sayılır. Yoxsa, bizdəki kimi camaatın gəlirlərini yeyən "parazit qurdu" yox...

Uzun müddət idi ki, ABŞ-da inflyasiya arzuolunan səviyyədən aşağı həddə qeydə alınırdı. Yəni, 2% civarından aşağı. Ona görə də, Federal Ehtiyat Sisteminə (FES) faiz dərəcəsini artırmaqda bu fakt maneçilik törədirdi. İndi güman var ki, FES mart ayında keçiriləcək iclasında uçot göstəricisini 1,5%-dən 1,7%-ə qaldıracaq. Xatırladım ki, FES tərəfindən keçən ilin dekabrında keçirilən sonuncu iclasda qabaqcadan gözlənildiyi kimi, baza faiz dərəcəsi yenə 0,25% yüksəldilərək, 1,25%-dən 1,5%-ə çatdırıldı. Həmin ilin mart ayında 0,75-dən 1%-ə, iyunda 1%-dən 1,25%-ə yüksəldilməklə daha 2 belə qərar qəbul olunmuşdu. Bundan əvvəl isə 2015 və 2016-cı ilin dekabrlarında faiz dərəcələri artırılmışdı. Hər biri 0,25% səviyyəsində.

Odur ki, investorlarda "qorxu hissi" yaranıb. Tarixi təcrübə də göstərib ki, FES uçotu yüksəldərkən ABŞ fond birjalarında həmişə çöküş qeydə alınır. Problemin kökü bax, bundadır...

Azərbaycana gəldikdə isə, yazdıqlarımdan yenə bir qənaət hasil olur: ABŞ-da inflyasiya iqtisadi artım əlaməti sayılır, bizdə isə "kasıblıq"... Niyə?! Çünki Amerikada inflyasiya əhalinin gəlirlərinin artdığına dəlalət edir, Azərbaycanda isə əhalinin mövcud gəlirlərinin də "batdığına". Səbəb isə odur ki, bizdə pul-kredit siyasəti avtomobildə "qaz pedalı" deyil, "əl tormozu" rolunu yerinə yetirir. Neft düşəndə isə heç o da işə yaramır. Odur ki, neftdən mütləq yaxamızı qurtarmalıyıq. Özü də tezliklə - növbəti qlobal böhran yetişənədək.
AzVision.az





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əlimdəki bıçağı ona göstərərək dedim ki, bu bıçağı sənə axıra kimi soxacam"
Dünən, 18:18
"İnterpol"un həbs etdiyi azərbaycanlı özünü təqsirli bilməyib
Dünən, 18:11
Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması sahəsində fərqlənən şəxslər təltif edilib - SİYAHI
Dünən, 18:08
DYP Bakıda yük daşıması ilə məşğul olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib
Dünən, 18:07
Azərbaycan da Norveçdəki səfirini geri çağırdı - SƏRƏNCAM
Dünən, 18:05
Əli Abbasovun Londonda mülkləri var? - Oğlundan açıqlama
Dünən, 18:03
Onunla olan kişiyə 60 min pul verəcək
Dünən, 18:01
Aİİ-də psixoloqla görüş keçirlib
Dünən, 17:56
“Bəli, Azərbaycan ordusu irəliləyib, biz də irəliləmişik...” - David Tonoyan
Dünən, 17:55
STP də işdən çıxarılanları qarayaxmada ittiham etdi - REAKSİYA
Dünən, 17:53
Azərbaycanda dünyaca məşhur qənnadı şirkətinin məhsullarının ekspertizadan keçirilməsinə başlanılıb
Dünən, 17:48
Prokuror anasının tanışını bıçaqlayan 15 yaşlı gəncə cəza istəyib
Dünən, 17:44
Xalq artistinin görüntüsü təəccübləndirdi
Dünən, 17:42
Qəbələyə 5 santimetrdən çox qar yağdı
Dünən, 17:33
"Faiq Ağayev ağıllı və savadlı adamdır, niyə də deputat olmasın?!" - deputat
Dünən, 17:30
EBRD-in vitse-prezidenti Azərbaycana gəlib
Dünən, 17:24
“Amaliya xanıma ən ağır zərbəni Həsənağa Turabov vurdu”
Dünən, 17:21
"Əvvəllər “Facebook”dan istifadə etmirdim, gözləyirdim" - Azərbaycanın keçmiş baş naziri
Dünən, 17:18
Sabah dolar neçəyə olacaq?
Dünən, 17:11
Başqalarının etbarından sui-istifadə edib pulunu mənimsəyən bank işçisinin aqibəti?
Dünən, 17:08
“Putinin əlində Paşinyanla bağlı konkret faktlar var”
Dünən, 17:07
FED-in gələn ay uçot dərəcəsini artırması ehtimalı kifayət qədər yüksəkdir - TƏHLİL
Dünən, 16:56
İslamiadanın qalibi olan Azərbaycan idmançısı 4 illik diskvalifikasiya edilib
Dünən, 16:55
8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb
Dünən, 16:50
Ədəbiyyat və Sənət Portalı fəaliyyətə başladı - Yarpaq.Az
Dünən, 16:37
Cəlilabadda təhsil kimə əmanət edilib? - Nazirə müraciət olundu
Dünən, 16:35
Avropa Birliyinin üzvü Ermənistana hərbi təyyarələr satmaq istəyir - TƏXRİBAT
Dünən, 16:33
“Dində “cin çıxartmaq” anlayışı yoxdur” - Hacı Şahin
Dünən, 16:31
OPEK neftin bu qiymətə satılmasında maraqlıdır - TƏHLİL
Dünən, 16:28
İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
Dünən, 16:25
"Qızımın üzünü heç vaxt göstərməyəcəm"
Dünən, 16:23
Azərbaycan və Belarus arasında 10-a yaxın sənəd imzalanacaq
Dünən, 16:21
Azərbaycanda 40 ilin məhkumu həbsdə ölüb
Dünən, 16:20
Məşhur modeli açıq-saçıq geyiminə görə Luvr muzeyinə buraxmadılar
Dünən, 16:18
Zahid Oruc təltif edildi
Dünən, 16:16
Şəkərli diabet xəstələri üçün vəsait artırılıb, amma dərmanlar xarici valyuta ilə alındığı üçün çatmır
Dünən, 15:41
Paşinyan özünü çuqçvanqa sürüklədi – Səfir dəyişimi
Dünən, 15:38
Oman OPEC üzrə gündəlik neft hasilatının həcminin 1 mln. barel azaldılmasını dəstəkləyəcək
Dünən, 15:36
"Atam öləndə Allahdan küsdüm"
Dünən, 15:35
Daxili İşlər Nazirliyi XƏBƏRDARLIQ ETDİ
Dünən, 15:20
Azərbaycanlı aktrisanın başı yarıldı - FOTO
Dünən, 15:18
Sahil Babayev özünə 4 müşavir, 213 İŞÇİ AXTARIR
Dünən, 15:16
Ötən il MBNP maliyyə sektoru üzrə borc statistikasını AMB-yə təqdim etməyib
Dünən, 15:12
"Mübariz İbrahimovun anasının ölüm xəbəri yalandır" - AÇIQLAMA
Dünən, 15:11
12 noyabr Konstitusiya Gününə həsr olunmuş tədbir keçirildi
Dünən, 15:09
Qəbələdə 45 yaşlı kişi intihar etdi
Dünən, 15:03
Əhəd Abıyevlə bağlı ilginc iddialar... - Özü isə danır...
Dünən, 15:00
Azərbaycanda qızını öldürməyə cəhddə təqsirləndirilən ataya hökm oxunub
Dünən, 14:59
Mikayıl Cabbarov özəl xəstəxanaların dizini yerə gətirib - Qanun pozuntuları, külli miqdarda cərimələr
Dünən, 14:58
Ukraynada erməni azərbaycanlını etnik zəmində gülləbaran edərək öldürüb
Dünən, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru