Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb .....                     “Azərbaycanın addımları prezidentin Rusiyaya səfərinin nəticələrindən çox asılı olacaq” .....                     "Hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir" .....                     Neft Daşlarında müşavirə keçirilib .....                     Xaçaturyan qızlarını zorlayıbmış .....                     Ermənistanın müdafiə naziri Rusiyaya gedib .....                     Azərbaycanda zərərlə işləyən banklar .....                     Putin və Merkel Suriya məsələsini müzakirə etdi .....                     Fələstinli iş adamından Türkiyəyə DƏSTƏK: .....                     Azərbaycan millisinin futbolçusunun Rusiya vətəndaşı kimi göstərilməsinin səbəbi məlum olub .....                     Sabah dolar neçəyə olacaq? .....                     Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır .....                     “140 min pul vermişəm...” .....                     Avqustun 24-dək hava isti olacaq .....                     Xəstəxanada müəmmalı intihar: .....                     "Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır" .....                     Azərbaycanlı diaspora sədrinə qarşı ŞOK İTTİHAM .....                     Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb .....                     "Türkiyəni diz çökdürmək istəyirlər" .....                     Tonlarla Azərbaycan gavalısını Rusiyaya buraxmadılar .....                     Azərbaycanın əməkdar təhsil işçisi vəfat edib .....                     Bakıda 12 yaşlı uşaq itkin düşüb .....                     Rusiyada `qanuni oğru`lar yeni liderlərini seçiblər .....                     Azərbaycan Gürcüstan mallarını ən çox alan ölkədir .....                     Oğlu ilə birlikdə tələbə adını qazanan müəllimə: .....                     Ziya Məmmədovun gəlninin biznesi ortaya çıxdı .....                     Adil Vəliyev: Sabunçuda hər şey ondan sorulur... .....                     Koçaryanın villası və ofisində axtarış aparılıb .....                     ABŞ süni şəkildə buna mane olur .....                     Bu il Azərbaycanda həkimlərin sayı azalıb .....                     Elman Rüstəmovun Federasiyasında maaş problemi: .....                     Təhsil Nazirliyi hansı tələbələrin təhsil haqqından azad olunduğunu açıqlayıb .....                     "Total" İranı tərk edib .....                     Doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar .....                     "1 manatlıq "kontur" yüklə, ərə get" .....                     Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib .....                     Qum-çınqıl karxanaları ilə bağlı cinayət işinin istintaqı tamamlanıb .....                     DİN-in idarə rəisi dünyasını dəyişdi .....                     "Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…” .....                     Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq .....                 

Həmsədrlər Zəngilanda, Qubadlıda... nə axtarırdılar?
Tarix: 13-02-2018, 11:17 | Çap et
Həmsədrlər Zəngilanda, Qubadlıda... nə axtarırdılar?
ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə səfərlərini başa vurduqdan sonra Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdikləri görüşlərin yekunlarına dair bəyanat yaydılar. ATƏT-in saytında əksini tapan bəyanatda bildirilir ki, fevralın 7-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə, fevralın 9-da isə İrəvanda Ermənistan prezidenti Serj Sərkisyanla görüşüblər. Həmçinin hər iki paytaxtda həmsədrlər bu ölkələrin XİN rəhbərləri ilə məsləhətləşmələr aparıb.

Həmsədrlər fevralın 9-11-də Dağlıq Qarabağa səfər edərək separatçı rejimin rəhbərliyi ilə görüşüblər və işğal altında olan Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər rayonlarında müəyyən yerlərə baş çəkiblər. Həmsədrlər qoşunların təmas xəttində ölüm halları ilə nəticələnən insidentlərlə bağlı dərin narahatlıq ifadə edərək, Cenevrə görüşündəki razılaşmaya uyğun olaraq, tərəfləri gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa və atəşkəs rejiminə riayət etməyə çağırıblar. Vasitəçilər münaqişə tərəflərini həmçinin təhrikedici bəyanatlardan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə səsləyiblər. “Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması istiqamətində kömək etməkdə qətiyyətliyik. Eyni zamanda tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla, intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq”, - deyə bəyanatda qeyd olunur.

Həmsədrlərin budəfəki səfərinin nəyə hesablandığı məlum olmasa da, müəyyən təxminlər irəli sürüldü. Bəzi ekspertlərin fikrincə, diplomatlar ATƏT müşahidəçilərinin sayının artırılmasına rəsmi Bakını razı salmaq, həmçinin qarşıdakı prezident seçkiləri dövründə cəbhədə sakitliyin təmin olunması üçün tərəflərin qarşısında öhdəlik qoymaq üçün gəlib. Hər halda, Bakının mövqeyi bundan ibarətdir ki, Ermənistanı təmin edəcək hər hansı anlaşmaya birtərəfli qaydada gedilə bilməz. İrəvan öz növbəsində status-kvonun uzadılmasına yönəlik fəaliyyət göstərməyəcəyi barədə öhdəlik götürməlidir. Lakin Ermənistanın öhdəlik götürsə belə, ona əməl etməyəcəyi elə həmsədrlər bölgədə olduğu günlərdə bir daha təsdiqləndi. Diplomatlar İrəvanda olarkən Qarabağdakı işğalçı ordunun bölmələri təxribata əl atdılar və layiqli cavab aldılar. Fevralın 11-də isə düşmən tərəfin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Beləcə, düşmən fürsət düşən kimi təxribatlara əl atır. Özü də təkcə Qarabağdakı təmas xəttindən deyil, həm də Ermənistan-Azərbaycan sərhədi boyunca. Bu da heç şübhəsiz savaşa üçüncü qüvvəni cəlb etmək niyyəti güdür. Elə erməni ekspertlərin son açıqlamaları da bu istəkdən xəbər verir.

“Kasprşik qrupu üzvlərinin sayının və ya formatının dəyişməsi Dağlıq Qarabağ konfliktinin nizamlanmasına təsir edə bilməz. Məgər Minsk Qrupu, KTMT aprel müharibəsindən əvvəl və sonra yox idi? Amma müharibə yenə baş verdi”. Bu sözləri isə digər erməni ekspert Levon Şirinyan lragir.am saytına müsahibəsində bildirib.

Göründüyü kimi, düşmən 2016-cı ilin aprel dərsini unutmayıb. Üstəlik, prezident İlham Əliyevin YAP-ın son qurultayında “İrəvan və Zəngəzur tarixi Azərbaycan torpaqlarıdır, ora qayıtmaq strateji hədəfimizdir” sözləri də Ermənistanda xof yaradıb. İşğalçı ölkədə hətta səfərbərlik çağırışları səsləndirilir. “168 jam” qəzeti bu xüsusda Azərbaycanın apreldən sonra daha sərt addımlar atacağını və Ermənistanın ciddi zərbələrlə üzləşəcəyini yazıb. Erməni siyasi şərhçi Akop Badalyan isə ölkədə səfərbərlik elan etməyə çağırıb.

Bu arada qondarma qurumun “müdafiə naziri”, general-leytenant Levon Mnatsakanyan ordudakı acınacaqlı durumu etiraf edib. Mnatsakanyan nizamnaməyə uyğun olmayan insidentlərin sayında artımın qeydə alındığını, bunun narahatlıq doğurduğunu deyib. Erməni general ciddi-cəhdlə qeyri-döyüş şəraitində ölüm hallarının azaldığını söyləməklə real faktları gizlətməyə çalışıb. Ötən il Ermənistan ordusunda qeydə alınan ölüm faktları separatçı generalının dediklərini tamamilə təkzib edir. Hələ 2017-ci ilin yanvar ayından 27 noyabr tarixinədək Ermənistan ordusunda 59-dan çox ölüm hadisəsi qeydə alınıb. Noyabrdan sonra da düşmən ordusunda ölüm hallarına bir neçə dəfə rast gəlinib. "Təbii ki, istənilən rəqəm narahatlıq doğurur, nizamnaməyə uyğun olmayan insidentlərə gəldikdə isə bu istiqamətdə maarifləndirici iş aparılır", - Mnatsakanyan deyib.

Mnaçakanyan da müsahibəsində aprel döyüşlərini hələ də unutmadıqlarını gizlətməyib. Bildirib ki, erməni ordusu aprel məğlubiyyətindən dərs çıxarmağa çalışır. Bütün bunlar həm də ondan xəbər verir ki, Minsk Qrupunun işğala son qoymağa yönəlik fəaliyyət göstərməməsi Ermənistanı və oyuncaq qurumun başında duran caniləri özlərini “Qarabağın sahibi” kimi aparmağa həvəsləndirir. Hətta həmsədrlər bir sıra addımları ilə işğalçı tərəfin davranışlarına stimul verirlər. Məsələn, Dağlıq Qarabağ separatçıları danışıqlarda tərəf olmadığı halda, həmsədrlər Xankəndi şəhərinə məhz İrəvandan (!) gedərək Bako Saakyanla üz-üzə oturdular. Özü də bu görüşün keçirildiyi otaqda separatçıların “bayrağı” qoyulmuşdu. Həmçinin Ermənistanın prezidentliyə namizədi Armen Sərkisyan da həmsədrlərdən qabaq qanunsuz olaraq Qarabağa gələrək separatçıların lideri ilə görüşmüşdü. Minsk Qrupu bəyanatında bu məsələlərə toxunmamaqla faktiki olaraq ermənilərin marağını təmin etmiş oldu.

Başqa bir məqam: həmsədrlər bu dəfə təkcə Xankəndi ilə kifayətlənməyib, Dağlıq Qarabağ ətrafındakı Zəngilan, Qubadlı, Ağdam, Laçın, Kəlbəcər rayonlarında da olublar. Təbii ki, bu səfər Bakının iradəsindən kənar reallaşdırılıb. Diplomatlar təmas xəttinə qədər gəlmək istəyirdilərsə, elə bunu icazə alaraq, Azərbaycan tərəfdən reallaşdıra bilərdilər. Etməyiblərsə, deməli, ortada məkrli məqsəd var. Həmin ərazilərdə işğalçı ordunun hərbi hissələrinin olduğu, qanunsuz məskunlaşmanın həyata keçirildiyi barədə diplomatların bəyanatında bir kəlmə də olsun, yoxdur. Belə olan təqdirdə Azərbaycana sülh çağırışı etmək absurddur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu də hesab edir ki, Minsk Qrupu həmsədrlərinin bölgəyə budəfəki səfərinin “turist səfəri” adlandırılması daha doğrudur: “Həmsədrlər Bakıda, İrəvanda və Xankəndidə oldular. Vasitəçilərin səfərin yekunu ilə bağlı yaydıqları açıqlama onların yerlərində saydıqlarının ən bariz nümunəsidir. Ortaq bəyanatda vurğulayıblar ki, ”Dağlıq Qarabağ münaqişəsinin tərəflərini gərginliyin azaldılması istiqamətində əlavə addımlar atmağa çağırırıq". Gərginliyi ortadan qaldırmaq sizin vəzifənizdir. Bunun üçün həll planı işə düşməlidir. Bu olmayınca gərginlik əlbəttə ki, azalmayacaq. Həmsədrlər İrəvanda olanda Ermənistan prezident Serj Sərkisyan həmsədrlərə İlham Əliyevdən şikayət edərək deyib ki, bəs Azərbaycan prezidenti son çıxışında Zəngəzurun və İrəvan xanlığının geri alınacağını deyib və guya bu fikir gərginliyə xidmət edir. Elə görünür, həmsədrlər ortaq bəyanatlarında “gərginlik azaldılmalıdır” deyərkən bunu nəzərdə tuturmuşlar. Reallıqda “İrəvan və Zəngəzuru geri qaytaracağıq” ifadəsi psixoloji savaşın tərkib hissəsidir. Necə ki, Ermənistan prezidenti xülyasını dilə gətirərək deyir ki, “Dağlıq Qarabağ heç zaman Azərbaycanın tərkibində olmayacaq”, bu iddiaya qarşı da Azərbaycan prezidenti Dağlıq Qarabağla yanaşı Ermənistan torpaqlarını da geri almağın zəruriliyini vurğulayır".

E.Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, əgər həmsədrlər Zəngilana qədər gəlib çıxıblarsa, bunu Azərbaycan rəsmiləri ilə Bakı görüşlərində razılaşdırmalı idilər: “Razılaşdırmayıblarsa, deməli, özfəaliyyətlə məşğuldurlar. Ümumiyyətlə, həmsədrlər Azərbaycanın işğal altındakı torpaqlarında həyata keçirdikləri görüşləri və bu ərazilərdə hərəkət trayektoriyalarını rəsmi Bakı ilə razılaşdırmalıdırlar. Çünki ora Azərbaycanın torpağıdır. İstənilən diplomat Mingəçevirə və ya Gəncəyə səfərini necə Bakı ilə razılaşdırmalıdırsa, eləcə də Xankəndinə və Zəngilana gəlişinin də razılığını almalıdır”.

Politoloq erməni ekspertlərin narahatlığını anlaşılan sayır: “Erməni ekspertlər bu düşüncələrində haqlıdırlar. Çünki sülh yoxdursa, danışıqlar yerində sayırsa və ən vacibi hakimiyyətləri Dağlıq Qarabağ ətrafındakı torpaqları boşaltmaq istəmirsə, müharibə nə zamansa baş verəcək, buna şəkk-şübhələri olmasın. Elə bizim də məqsədimiz düşməni ağıllandırmaqdır. Təsadüfi deyil ki, dünən daha bir texnikalarını itirdilər. Hər gün itkiləri olmalıdır ki, işğalın onlara baha başa gəldiyini anlasınlar. Erməni ekspertlər xarici dəstək dedikdə yalnız Rusiyanı nəzərdə tuturlar, müharibə başlasa, nə okeanın o tayındakı böyük dövlət, nə də Avropa İttifaqı erməniləri xilas edəcək. Onların yeganə müraciət edəcək, daha doğrusu, yalvaracaq ünvanları Rusiyadır”.

İndiki kövrək situasiya savaşın, sadəcə, an məsələsi olduğunu deməyə əsas verir. Düşmən həm qorxur, həm də seçkiqabağı hansısa uğur qazanıb ictimai rəyi öz xeyrinə dəyişmək istəyir. Baş naziri vəzifəyə kiminsə xahişi ilə təyin etmirlər. Ermənistan mediasına istinadən verilən xəbərə görə, hakim Respublikaçılar Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan Serj Sərkisyanın baş nazir olacağını deyib. Cəbhədə aprel zərbəsini alan S.Sərkisyan çox istəyir ki, apreldə baş nazir kürsüsünə oturarkən hansısa qələbəsini nümayiş etdirsin. Ona görə də ermənilər xarici havadarlarına mesaj verirlər...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 18:10
“Azərbaycanın addımları prezidentin Rusiyaya səfərinin nəticələrindən çox asılı olacaq”
Bu gün, 18:09
"Hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir" - Prezident xalqı TƏBRİK ETDİ
Bu gün, 18:05
Neft Daşlarında müşavirə keçirilib
Bu gün, 17:59
Xaçaturyan qızlarını zorlayıbmış
Bu gün, 17:52
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Bu gün, 17:40
Azərbaycanda zərərlə işləyən banklar - SİYAHI
Bu gün, 17:37
Rusiyanın əməkdar artisti Bakıda klip çəkdirib - VİDEO
Bu gün, 17:22
Putin və Merkel Suriya məsələsini müzakirə etdi
Bu gün, 17:16
Fələstinli iş adamından Türkiyəyə DƏSTƏK: - 800 min dollarını...
Bu gün, 17:11
Azərbaycan millisinin futbolçusunun Rusiya vətəndaşı kimi göstərilməsinin səbəbi məlum olub
Bu gün, 17:09
Sabah dolar neçəyə olacaq?
Bu gün, 17:05
Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır
Bu gün, 16:58
“140 min pul vermişəm...” - Həbib Axundovun zərərçəkmiş olduğu məhkəmədən
Bu gün, 16:53
Avqustun 24-dək hava isti olacaq - Yay "qayıdır"
Bu gün, 16:50
Azərbaycanlı müğənni Bakını işıqsız qoydu - Çəkilişdə görünməmiş hadisə
Bu gün, 16:46
Xəstəxanada müəmmalı intihar: - “Dedi ki, tualetə gedirəm...”
Bu gün, 16:41
"Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır"
Bu gün, 16:40
Azərbaycanlı diaspora sədrinə qarşı ŞOK İTTİHAM - Narkobizneslə məşğuldur və...
Bu gün, 16:37
Vaqif Mustafayev sənədli film festivalının münsiflər heyətinə rəhbərlik edəcək
Bu gün, 16:26
Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
Bu gün, 16:09
"Türkiyəni diz çökdürmək istəyirlər" - Ərdoğan
Bu gün, 16:03
"Ya yaddan çıxmışam, ya da layiq bilmirlər" - 60 yaşını da fəxri adsız qeyd edən "Ovçu Pirim"
Bu gün, 15:59
Tonlarla Azərbaycan gavalısını Rusiyaya buraxmadılar
Bu gün, 15:56
Azərbaycanın əməkdar təhsil işçisi vəfat edib
Bu gün, 15:54
Bakıda 12 yaşlı uşaq itkin düşüb
Bu gün, 15:34
Rusiyada `qanuni oğru`lar yeni liderlərini seçiblər
Bu gün, 15:29
"Mənimlə evlənmək istəyənlər alfonsdular" - Azərbaycanlı aktrisa
Bu gün, 15:27
Azərbaycan Gürcüstan mallarını ən çox alan ölkədir
Bu gün, 15:24
Azərbaycanlı müğənninin bibisi rəqs edərək sosial şəbəkəni "partlatdı" - VİDEO
Bu gün, 15:23
Oğlu ilə birlikdə tələbə adını qazanan müəllimə: - “Magistraturaya da...”
Bu gün, 15:21
Ziya Məmmədovun gəlninin biznesi ortaya çıxdı - FOTOLAR
Bu gün, 15:20
Adil Vəliyev: Sabunçuda hər şey ondan sorulur... - İTTİHAM
Bu gün, 15:14
Səidədən daha bir qalmaqallı çıxış: - "Seks müğənniləridir..."
Bu gün, 14:59
Koçaryanın villası və ofisində axtarış aparılıb
Bu gün, 14:50
ABŞ süni şəkildə buna mane olur - Lavrov
Bu gün, 14:48
Bu il Azərbaycanda həkimlərin sayı azalıb
Bu gün, 14:46
Elman Rüstəmovun Federasiyasında maaş problemi: - "Gecikmə ola bilər..."
Bu gün, 14:45
Təhsil Nazirliyi hansı tələbələrin təhsil haqqından azad olunduğunu açıqlayıb
Bu gün, 14:39
"Total" İranı tərk edib
Bu gün, 13:21
Doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar - +18 VİDEO
Bu gün, 13:17
"1 manatlıq "kontur" yüklə, ərə get" - Azərbaycanda evlilik biznesi
Bu gün, 13:13
Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib
Bu gün, 13:10
"Mən ona yaxınlaşanda köynəyini qaldırıb qarnına zərbə vurmaq istədi" - Fədayə Laçının məhkəmə işi...
Bu gün, 13:08
Qum-çınqıl karxanaları ilə bağlı cinayət işinin istintaqı tamamlanıb
Bu gün, 13:06
DİN-in idarə rəisi dünyasını dəyişdi
Bu gün, 13:04
"Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…” - GİLEY
Bu gün, 13:01
“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi
Bu gün, 12:57
Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq
Bu gün, 12:52
...gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru