Ramiz Mehdiyev Rusiyada səfərdədir .....                     Sumqayıtda ahıl kişini piyada keçidində avtomobil vuraraq öldürüb .....                     Tərtər rayonunda YAP-ın yaradılmasının 26-cı ildönümü qeyd olundu .....                     Mətbuat Şurasına bu saytlardan şikayət edildi .....                     Erməni nazir Yaqlandla Qarabağ münaqişəsini müzakirə edib .....                     Abel Məhərrəmov nəhayət ki, DANIŞDI .....                     Mingəçevir sevdasından vaz keçməyib... .....                     İnterpolun yeni prezidenti seçilib .....                     Küləkli hava şəraiti ilə bağlı sürücülərə .....                     Kosovoda azərbaycanlı jurnalistin çantası yoxa çıxıb .....                     "Təhsildə gedən dəyişikliklər yalnız forma və təşkilatı məsələləri əhatə etmir" .....                     Qaynı ilə birləşib ərini öldürüb tualetə atan qadından .....                     Azərbaycanın Müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib .....                     Hacı İbrahim Nehrəmlinin qardaşının .....                     Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırılır .....                     Abel Məhərrəmov DEPRESSİYAYA DÜŞÜB... .....                     Azərbaycanın müdafiə naziri Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirir .....                     Zibilyığan maşının altında qaldı: .....                     Paşinyanın oğlu əsgərlikdən evə zəng vurub yemək istəyir .....                     Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib .....                     Milli Məclisin növbəti iki iclasının gündəliyi məlum olub .....                     GDU yenidən “ÇALXALANDI” .....                     Bakıda döyülən məktəb direktorundan .....                     Bakı metrosunda qorxulu anlar .....                     Nazirlik Bakı sakinindən Prokurorluğa şikayət etdi .....                     Ağdərədə zabit əsgəri zorlayıb və cəzasız qalıb .....                     Şirvanda 68 yaşlı kişi özünü bıçaqlayıb .....                     Azərbaycan nefti 3% ucuzlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Qəbələdə qaynı ilə əlbir olaraq ərini öldürüb, meyitini sanitar qovşağına atan qadının məhkəməsi başlayır .....                     “Elə bil təhsil idarəçiləri detektiv film izləyir...” .....                     Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb .....                     Azərbaycanda işğal haqda qanun layihəsi qəbul olunacaqmı? .....                     “Fitch” “Azsığorta”nın reytinqini təsdiqləyib .....                     Ərəb iş adamı Azərbaycanda nizamnamə kapitalı 20 min dollar olan şirkət açıb .....                     Səfər Mehdiyevin gömrük sisteminə gətirdiyi DƏYİŞİKLİK... .....                     Əməkdar artist Zeynəb Xanlarova ilə bir arada .....                     Magistral yolların, körpülərin və tunellərin tikintisi zamanı ətraf mühitə təsir nəzərə alınacaq .....                     Paşinyan Kremlə meydan oxudu: .....                 

Daşkəsəndə 20 Yanvar faciəsinin 28-ci ildönümü dərin ehtiramla yad edilib
Tarix: 19-01-2018, 14:43 | Çap et
Daşkəsəndə 20 Yanvar faciəsinin 28-ci ildönümü dərin ehtiramla yad edilib
DİA.AZ: - 20 Yanvar faciəsindən iyirmi səkkiz il ötür. Xalqımızın qan yaddaşına yazılmış bu tarixi faciə hər il Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini yad etmə günü – Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

DİA.AZ xəbər verir ki, 20 Yanvar faciəsinin 28-ci ildönümünü bütün ölkəmizdə olduğu kimi, Daşkəsən rayonunda da dərin ehtiramla yad etməklə biz bir daha da həmrəyliyimizi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizə əzmimizi nümayiş etdiririk.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin müvafiq sərəncamına əsasən faciənin ildönümünün geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanmış, yanvar ayının 5-dan 20-dək rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində dəyirmi masalar, müzakirələr və digər geniş anım tədbirləri keçirilmiş, həmçinin mədəni-maarif müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş fotostend, rəsm və kitab sərgiləri hazırlanmış, kitabxana müəssisələrində oxucu konfransları təşkil olunmuş, faciə ilə bağlı məruzələr oxunmuş, xüsusi dərslər keçilmişdir.

Rayonun mərkəzində, kənd və qəsəbələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq, Azərbaycanın Dövlət bayraqları endirilmiş, Daşkəsən şəhər “Cümə” məscidində 20 Yanvar faciəsi zamanı şəhid olanların ruhuna dualar oxunmuşdur.

Qeyd edilən tədbirlərin tərkib hissəsi olaraq 19 yanvar 2018-ci il tarixdə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə rayon ictimaiyyətinin 4500-dən çox nümayəndəsinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevın adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbçilər, ictimaiyyət nümayəndələri, sakinlər tərəfindən qəmli musiqilərin sədaları altında şəhid məzarları ziyarət olunmuş, şəhid qəbirlərinin üzərinə tər güllər və çiçəklər qoyulmuşdur.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində şəhid ailələr, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışdır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ümumrayon anım tədbirində çıxış edərək 20 Yanvar faciəsinin mahiyyətindən bəhs edən dərin məzmunlu nitq söyləmişdir. O, çıxışında demişdir:

– 1990-cı ilin 20 yanvarında törədilmiş qanlı, faciəli hadisələr xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu erməni silahlı quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib.

Bu həmin dövr idi ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiaları irəli sürür, təcavüzkar hərəkətlərə başlayır, keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov isə onlara havadarlıq edirdi. Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Bu qanlı faciə Azərbaycan xalqının milli azadlığı və ərazi bütövlüyü uğrunda aparmış olduğu şanlı mübarizə tarixində qara səhifə kimi heç vaxt unudulmayacaq, yaddan çıxmayacaqdır.

Sovet ordusunun və erməni quldurlarının hərbi təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmış və şikəst, əlil olmuşdur. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin – qüdrətli liderin respublikada yoxluğu günün ən böyük

həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamağına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarıl-masını, törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdi. Xalqımızın ümum-milli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

1991-ci ilin martında isə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edərək bu hadisəni İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz kimi qiymətləndirdi. O, qatillərin aşkarlanması məsələsini yenidən qaldırdı, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğuladı.

20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. Yalnız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Preziden-tinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilir.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin ailə üzvlərinə Prezident təqaüdü verilir. 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazanacağımız o böyük qələbə günü çox da uzaqda deyil. Ölkə rəhbərimiz cənab İlham Əliyevin aparmış olduğu doğru-düzgün, uğurlu siyasəti bizi inamla işıqlı gələcəyə, yeni-yeni parlaq qələbələrə doğru aparır. Bu gün Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır.

Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib.

Ümumrayon anım tədbirindən sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayon İcra Hakimiyyətinin inzibati binasında şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüş keçirmiş, onların ehtiyac və qayğıları ilə maraqlanmış, aidiyyəti üzrə tapşırıqlarını vermişdir. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlətin onlara göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısına Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Qanlı Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş ümumrayon tədbirində, öz çıxışlarında bir daha da xalqımıza və dövlətimizə qarşı belə faciə, terror aktının olmamasını, ölkəmizə sülh, əmin-amanlıq və bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ə, bura yeyib-içməyə gəlmisiz?”
Bu gün, 12:02
Ramiz Mehdiyev Rusiyada səfərdədir
Bu gün, 12:00
Sumqayıtda ahıl kişini piyada keçidində avtomobil vuraraq öldürüb
Bu gün, 11:59
Tərtər rayonunda YAP-ın yaradılmasının 26-cı ildönümü qeyd olundu - FOTO
Bu gün, 11:51
Mətbuat Şurasına bu saytlardan şikayət edildi
Bu gün, 11:48
Erməni nazir Yaqlandla Qarabağ münaqişəsini müzakirə edib
Bu gün, 11:45
Abel Məhərrəmov nəhayət ki, DANIŞDI - "Şouya çevirmək istəyirlər"
Bu gün, 11:43
Mingəçevir sevdasından vaz keçməyib... - İSRAR EDİR
Bu gün, 11:41
Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi
Bu gün, 11:36
İnterpolun yeni prezidenti seçilib
Bu gün, 11:33
Küləkli hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:25
Kosovoda azərbaycanlı jurnalistin çantası yoxa çıxıb
Bu gün, 11:14
"Təhsildə gedən dəyişikliklər yalnız forma və təşkilatı məsələləri əhatə etmir" - Məhəbbət Vəliyeva
Bu gün, 11:13
Qaynı ilə birləşib ərini öldürüb tualetə atan qadından YENİ XƏBƏR
Bu gün, 11:06
Azərbaycanın Müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib
Bu gün, 11:02
Azərbaycanın tanınmış müğənnisi xəstəxanaya düşdü - "Vəziyyəti yaxşı deyil"
Bu gün, 10:59
Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsi başlayıb
Bu gün, 10:48
Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırılır
Bu gün, 10:46
Abel Məhərrəmov DEPRESSİYAYA DÜŞÜB... - Nə zənglərə cavab verir, nə də...
Bu gün, 10:39
Azərbaycanın müdafiə naziri Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirir
Bu gün, 10:37
Zibilyığan maşının altında qaldı: - 85 yaşlı qadının faciəli sonu
Bu gün, 10:34
Paşinyanın oğlu əsgərlikdən evə zəng vurub yemək istəyir
Bu gün, 10:33
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib
Bu gün, 10:23
Milli Məclisin növbəti iki iclasının gündəliyi məlum olub
Bu gün, 10:22
GDU yenidən “ÇALXALANDI” - QALMAQAL
Bu gün, 10:21
Uzun, incə bir yolun sonu...
Bu gün, 10:16
Bakıda döyülən məktəb direktorundan XƏBƏR var
Bu gün, 10:13
Nazirlikdən aktyorun davasına REAKSİYA: - “Cinayət hadisəsidir!”
Bu gün, 10:11
Bakı metrosunda qorxulu anlar – Maşinistin qolu sındı
Bu gün, 10:07
Nazirlik Bakı sakinindən Prokurorluğa şikayət etdi - SƏBƏB
Bu gün, 10:05
Ağdərədə zabit əsgəri zorlayıb və cəzasız qalıb - Düşmən ordunun günü-güzəranı...
Bu gün, 10:03
Şirvanda 68 yaşlı kişi özünü bıçaqlayıb
Bu gün, 10:01
Azərbaycan nefti 3% ucuzlaşıb
Bu gün, 09:47
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Bu gün, 09:45
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:40
Qəbələdə qaynı ilə əlbir olaraq ərini öldürüb, meyitini sanitar qovşağına atan qadının məhkəməsi başlayır
Bu gün, 09:38
“Elə bil təhsil idarəçiləri detektiv film izləyir...” - QALMAQAL
Bu gün, 09:30
Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb
Bu gün, 09:24
Azərbaycanda işğal haqda qanun layihəsi qəbul olunacaqmı? - TƏHLİL
Bu gün, 09:22
“Fitch” “Azsığorta”nın reytinqini təsdiqləyib
Bu gün, 09:19
Ərəb iş adamı Azərbaycanda nizamnamə kapitalı 20 min dollar olan şirkət açıb
Bu gün, 09:18
Səfər Mehdiyevin gömrük sisteminə gətirdiyi DƏYİŞİKLİK... - Bu, yalnız onun maddi imkanlarının artmasında özünü göstərir...
Bu gün, 09:16
Əməkdar artist Zeynəb Xanlarova ilə bir arada
Bu gün, 09:13
Magistral yolların, körpülərin və tunellərin tikintisi zamanı ətraf mühitə təsir nəzərə alınacaq
Bu gün, 09:08
Paşinyan Kremlə meydan oxudu: - “Bizimlə hamı hesablaşacaq!..”
Bu gün, 09:07
Ağdamın icra başçısı narazılıq yaradır... - GİLEY
Bu gün, 09:05
Xarici ölkə səfirliklərimizlə bağlı ilginc iddialar - yoxlamalar başlayıb
Bu gün, 09:02
Rumıniyadakı səfirliyimizdə nələr baş verir? - İTTİHAM
Bu gün, 09:00
Türkiyə 25 illik böhrana son qoydu: - yunanlar qorxuya düşdü
Bu gün, 08:56
Dünyanın ən təhlükəli ölkələrinin reytinq siyahısı açıqlanıb
Bu gün, 08:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru