Avropa İttifaqının səfirləri Azərbaycan xalqını təbrik edib .....                     Azərbaycandan gedən fəhlələr qiyməti qaldırdı, .....                     Neqativ hallara yol verənləri ciddi cəza gözləyir .....                     Milli Məclisin sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının .....                     Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub .....                     Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru dələduzluqda ittiham olunur .....                     Müəllimlərin maaşları artırılacaq .....                     Masallıda 16 yaşlı qız itkin düşüb .....                     20 min məcburi köçkünün işlə təmin olunmasına ehtiyac var .....                     Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi .....                     Tanınmış həkimdən "Grand Hospital”dakı kütləvi ixtisarlara ETİRAZ .....                     Prokuror Bakıda bir mənzili 6 nəfərə satan şirkət direktorunun hökmündən protest verib .....                     Goranboyda 83 yaşlı qadın intihara cəhd edib .....                     İbrahimbəyov sizin zəifliyinizdən istifadə edir .....                     Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı .....                     Azərbaycanda dəhşət .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     DTX-nın həbs etdiyi gömrük əməkdaşının apellyasiya şikayəti təmin edilməyib .....                     Tanınmış hüquq müdafiəçisinin evinə içalatı çıxarılmış koramal atdılar .....                     Polisi silahla hədələdi .....                     İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir .....                     Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb .....                     Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin GÜNDƏLİYİ açıqlanıb .....                     Milli Məclis sədrinin Gürcüstana səfəri başlayıb .....                     Moldova separatçıları etiraza hazırlaşır .....                     Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb .....                     Bakının iki küçəsində hərəkət qismən məhdudlaşdırılacaq .....                     "Unibank”da məni 4 saat girov saxladılar” .....                     İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü .....                     Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin davamıdır .....                     “Bakcell” abunəçilərinə müraciət edib .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Paşinyan mahiyyət etibarilə Sərkisyandır .....                     "Lukoil"dən yenə şikayət: .....                     Mişel Platininin üzərindən korrupsiya ittihamı götürülüb .....                     Rusiyanın “5-ci kolon”u yığışdırılır .....                     Bərdədə pul atdı, Berlindən oturum istəyir... .....                     Əli Kərimlinin mühacir biznesində yeni oyunçular .....                     Azərbaycan narkobaronların hədəfində .....                     Samur-Abşeron kanalında batan şəxsin axtarışına başlanılıb .....                 

Azərbaycanda korrupsiyanın dizi necə bükülür...
Tarix: 19-01-2018, 10:44 | Çap et
Azərbaycanda korrupsiyanın dizi necə bükülür...
Azərbaycanda son illər korrupsiyaya qarşı mübarizə sahəsində planlı şəkildə effektiv işlər həyata keçirilir. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan bir sıra beynəlxalq qurumların reytinq cədvəlində ilbəil irəliləyir. Eyni zamanda dövlət qurumları ilə vətəndaşlar arasında təmasın azaldılması üçün elektron hökumət sistemi yaradılıb. Bu sistem vasitəsilə dövlət qurumlarının təqdim etdiyi elektron xidmətlər birbaşa vətəndaşla ünsiyyəti aradan qaldırıb.

Yeni qanunların qəbulu və digər qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər isə korrupsiyaya qarşı mübarizəyə hüquqi təkan verir. Bu sahədə mübarizə həm də dövlət qurumları tərəfindən həyata keçirilir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən açıqlanan statistikada bunu açıq şəkildə görmək olar. Belə ki, idarə tərəfindən dövlət və özəl sektorda çalışan 305 vəzifəli şəxs barəsində 214 cinayət işinin istintaqı tamamlanıb və baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmçinin vətəndaşların 7809 müraciətinə baxılıb, 280 cinayət xarakterli material araşdırılıb. Məhkəməyə göndərilən işlərin ən çoxu bank və bank olmayan kredit təşkilatları ilə bağlı olub. Həmin sahə üzrə 43 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib. İkinci yerdə özəl sektor gəlir. Bu sahə ilə bağlı 35 vəzifəli şəxs məsuliyyətə cəlb olunub. Bundan başqa, ticarət üzrə 10, tikinti ilə bağlı 10, yerli icra hakimiyyətləri ilə bağlı 5 vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında "Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevbildirdi ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə 1996-cı ildən başlanılıb: "Amma sistemli mübarizənin aparılması 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə haqqında” qəbul edilmiş proqramla başladı və 2005-ci ilin yanvarından "Korrupsiyaya qarşı mübarizə haqqında” qanun qüvvəyə mindi. Bu çərçivədə ixtisaslaşmış qurumların yaradılması prosesi də həyata keçirildi. Həm Korrupsiyaya qarşı Mübarizə Komissiyası, həm də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradıldı. Bütün bunlar korrupsiya ilə mübarizəyə qarşı siyasi iradənin mövcudluğunun göstəricisi idi. Həmin dövrdən bu günə qədər 4 proqram və fəaliyyət planı qəbul edilib. Sonuncu 2016-2018-ci illərdə "Açıq Hökumətin təşviqinə dair” fəaliyyət planıdır. Bu fəaliyyət planının mühüm tərkib hissəsindən biri də korrupsiyaya qarşı mübarizə ilə bağlı idi. Ötən illər ərzində korrupsiyaya qarşı mübarizə sahəsində xeyli işlər görülüb. İlk növbədə qanunvericiliklə bağlı tam baza yaradılıb. Əlbəttə, bu bazanın yaradılması o demək deyil ki, bütövlükdə qanunvericiliklə bağlı hər bir şey əhatə olunub. Zaman-zaman qanunvericilikdə dəyişikliklər edilir. Bundan başqa, qəbul edilən Strateji Yol xəritələri özündə iqtisadi islahatları nəzərdə tutur ki, bu da korrupsiyanın meydanını daraldır, biznes mühitinin yaxşılaşdırmasına gətirib çıxarır. Bu gün Azərbaycanda elektron hökumət istiqamətində işlər həyata keçirilir və bunun nəticəsində elektron xidmətlər sistemi formalaşdırılıb. Ən mühüm məsələlərdən biri odur ki, struktur dəyişiklikləri baş verdi və "ASAN Xidmət” kimi yeni strukturlar yaradıldı. Bu xidmət nəinki ölkə miqyasında, həm də dünyada Azərbaycan brendi kimi tanındı. Onu da qeyd edim ki, məhz "ASAN Xidmət” korrupsiyaya qarşı mübarizənin ən böyük sütunudur. Bu qurum institusional təchizatdır və diqqəti cəlb etməyinin nəticəsində BMT-nin mükafatına layiq görüldü. Eyni zamanda ayrı-ayrı dövlətlər bunu öz ölkələrində tətbiq etmək üçün Azərbaycan nümunəsini öyrənirlər. Bu da Azərbaycanın beynəlxalq aləmdə korrupsiyaya qarşı mübarizəyə verdiyi töhfələrdən biridir. Həmçinin Azərbaycan Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunun (GRECO) üzvüdür. Bu qurumda ölkəmizlə bağlı qiymətləndirmə raundu aparılır və qeyd edim ki, axırıncı, 4-cü raunddan Azərbaycan çox uğurla keçib”.

Ə.Nuriyev qeyd etdi ki, korrupsiyaya qarşı mübarizə prosesində ən vacib məqamlardan biri Prezident İlham Əliyevin iradəsini ortaya qoymasıdır: "Dövlət başçısı korrupsiyaya qarşı mübarizəni əsas prioritetlərdən biri kimi elan edib. Çünki iqtisadi inkişaf, sosial proqramların həyata keçirilməsi, siyasi dəyişikliklər bütövlükdə korrupsiyaya qarşı mübarizənin əsas şərtlərindən biridir. Korrupsiya olan yerdə, iqtisadi inkişafdan, rəqabətlilik mühitindən söhbət gedə bilməz. Azərbaycanın beynəlxalq reytinqlərdə rəqabət qabiliyyətinin artması onu göstərir ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə uğurla həyata keçirilir. Hesab edirəm ki, 2018-ci ildə də korrupsiyaya qarşı mübarizə sahəsində dövlət başçısı tərəfindən aparılan uğurlu siyasətin yeni nəticələrinin şahidi olacağıq. Bu proseslərdə həm media, həm də vətəndaş cəmiyyəti dövlət qurumları ilə qarşılıqlı şəraitdə işləməlidir. Cəmiyyət bütövlükdə birgə əməkdaşlıq çərçivəsində bu mübarizəyə qoşularsa, o zaman yeni müsbət nəticələr əldə oluna bilər”.

Hüquqşünas Sahib Məmmədov bildirdi ki, Azərbaycanda məişət korrupsiyası, ya da aşağıların korrupsiyası adlandırılan korrupsiya ilə mübarizə sahəsində çox böyük işlər həyata keçirilib: "Bizdə əvvəllər dövlət orqanları və ya vəzifəli şəxslərlə təmaslar nəticəsində korrupsiya baş verirdi. İndi isə belə bir təmas yoxdur və bu xidmətlərin əksəriyyəti "ASAN Xidmət” mərkəzləri vasitəsilə həyata keçirilir. Bu xidmət də tamamilə korrupsiyadan kənar qurumdur. Yaxud da Dövlət Yol Polisi ilə bağlı cərimələrin nağd ödənilməsi məsələsi artıq yoxdur. İndi cərimələr elektron radar sistemi ilə protokollaşdırılır, yol polislərinin xidməti avtomobilində quraşdırılmış bort-kompüter vasitəsilə işlər həyata keçirilir. Bir sözlə, nağd ödəniş məsələləri yoxdur. Ümumiyyətlə, son 7-8 ili nəzərə alsaq, korrupsiya ilə mübarizə sahəsində inqilabi dəyişiklik var. Tutaq ki, əvvəllər vergi, sosial müdafiə orqanları ilə vətəndaşlar arasında təmaslar olurdusa, indi bütün bu xidmətlər elektronlaşdırılıb və heç kim evindən çıxmadan bəyannaməsini, hesabatlarını verir”.

S.Məmmədov vurğuladı ki, hazırda əmlak üzərində hüquqların reallaşdırılması ilə bağlı xidmətlər də elektronlaşdırılıb və "ASAN Xidmət” üzərindən həyata keçirilir: "Ümumən götürsək, korrupsiyaya qarşı mübarizədə son illərdə böyük bir sıçrayışla dəyişikliklər baş verib. O ki qaldı vəzifəli şəxslərin öz vəzifələrindən sui-istifadə etmələrinə, bu hallar da tədricən azalmağa başlayıb. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin son hesabatından da görünür ki, belə hallar var və bununla bağlı daha effektiv mexanizmlər axtarmağa ehtiyac duyulur”.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa İttifaqının səfirləri Azərbaycan xalqını təbrik edib - VİDEO
26-05-2018, 13:13
Əməliyyat olunan məşhur meyxanaçımızın yeni FOTOSU
26-05-2018, 13:04
Azərbaycandan gedən fəhlələr qiyməti qaldırdı, Rizə çayçılarının işi çətinə düşdü
26-05-2018, 13:00
Neqativ hallara yol verənləri ciddi cəza gözləyir - “Qaçqınkom”da YENİLİK
26-05-2018, 12:45
Namiq Mənanın oğlu maşınını qaçırıb avtoşluq etdi?
26-05-2018, 12:42
Milli Məclisin sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak edir
26-05-2018, 12:39
Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub
26-05-2018, 12:36
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru dələduzluqda ittiham olunur — ŞOK TƏFƏRRÜAT
26-05-2018, 12:35
Müəllimlərin maaşları artırılacaq
26-05-2018, 12:32
Masallıda 16 yaşlı qız itkin düşüb
26-05-2018, 12:30
20 min məcburi köçkünün işlə təmin olunmasına ehtiyac var - Dövlət Komitəsi
26-05-2018, 12:06
Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi - Bakıda şok olay
26-05-2018, 12:02
Tanınmış həkimdən "Grand Hospital”dakı kütləvi ixtisarlara ETİRAZ
26-05-2018, 11:59
Prokuror Bakıda bir mənzili 6 nəfərə satan şirkət direktorunun hökmündən protest verib
26-05-2018, 11:54
Goranboyda 83 yaşlı qadın intihara cəhd edib
26-05-2018, 11:49
İbrahimbəyov sizin zəifliyinizdən istifadə edir - Nazirə müraciət
26-05-2018, 11:44
Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı - Zülfüqarlı qardaşları haqda iddialar...
26-05-2018, 11:41
Azərbaycanda dəhşət - Ər arvadını "kislota"yla yandırdı
26-05-2018, 11:40
Azərbaycan nefti ucuzlaşıb
26-05-2018, 11:35
DTX-nın həbs etdiyi gömrük əməkdaşının apellyasiya şikayəti təmin edilməyib
26-05-2018, 11:34
63 yaşlı müğənnimiz efirə hamam xalatında çıxdı
26-05-2018, 11:31
Tanınmış hüquq müdafiəçisinin evinə içalatı çıxarılmış koramal atdılar - FOTO
26-05-2018, 11:25
Polisi silahla hədələdi - Astarada OLAY
26-05-2018, 11:22
İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir
26-05-2018, 11:20
Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb
26-05-2018, 10:26
Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi
26-05-2018, 10:23
Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin GÜNDƏLİYİ açıqlanıb
26-05-2018, 10:16
Milli Məclis sədrinin Gürcüstana səfəri başlayıb - SİYAHI
26-05-2018, 10:13
Moldova separatçıları etiraza hazırlaşır
26-05-2018, 10:06
Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb - İLGİNC
26-05-2018, 10:04
Müğənni həmkarını biabır etdi: - “Gecələr 200 manata kişi axtarır”
26-05-2018, 10:02
Bakının iki küçəsində hərəkət qismən məhdudlaşdırılacaq
26-05-2018, 10:00
"Unibank”da məni 4 saat girov saxladılar” - GİLEY
26-05-2018, 09:54
İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü - FOTOLAR
26-05-2018, 09:46
Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin davamıdır - deputat
26-05-2018, 09:41
“Bakcell” abunəçilərinə müraciət edib
26-05-2018, 09:28
Cəbhə xəttində erməni təxribatı davam edir
26-05-2018, 09:25
Üzeyir Mehdizadənin səsi ABŞ-dan gəldi
26-05-2018, 09:23
Emin Ağalarov planlarını açıqladı, elə şeylər söylədi ki...
26-05-2018, 09:09
Paşinyan mahiyyət etibarilə Sərkisyandır - Ekspert
26-05-2018, 09:05
"Lukoil"dən yenə şikayət: - 10 manatlıq benzin yoxa çıxır
26-05-2018, 09:04
Mişel Platininin üzərindən korrupsiya ittihamı götürülüb
26-05-2018, 09:03
Rusiyanın “5-ci kolon”u yığışdırılır – ermənilər təlaşda
26-05-2018, 09:02
Bərdədə pul atdı, Berlindən oturum istəyir... - Fırıldaqçı usta özünü siyasi mühacir kimi təqdim edir
26-05-2018, 09:00
Əli Kərimlinin mühacir biznesində yeni oyunçular
26-05-2018, 08:56
Azərbaycan narkobaronların hədəfində
26-05-2018, 08:53
Samur-Abşeron kanalında batan şəxsin axtarışına başlanılıb
26-05-2018, 08:50
“Belə olacağını bilsəydim, nə müharibəyə gedər, nə də əlil olardım” -Erməni hərbçi
26-05-2018, 08:49
Dünyanın aparıcı şirkətlərinin rəhbərləri Bakıya gəlir
26-05-2018, 08:45
Bu gün dollar neçəyədir?
26-05-2018, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru