“Ərazi bütövlüyümüzün bərpasından sonra Ermənistanla yaxşı münasibət qurmağa hazırıq” .....                     Ukraynada deputat cangüdənin gözü qarşısında güllələndi .....                     Gədəbəydə ağacları kəsən şəxs cərimələnib .....                     Qadın məhkumların cəza çəkdikləri müəssisədə əfv sərəncamı icra olunub .....                     DİN sabiq RİH başçısının təcridxanada ölməsi barədə məlumatlara .....                     Gömrükdə yeni çalxalanma: "Dərman mafiyası"nın ardından "Yağ mafiyası" vurulur... .....                     Cəlilabadda məmur oyunbazlığı... .....                     Xaçmaz rəhbərindən irskli inşaat işləri... .....                     Vətəndaşlara ilkin ödənişsiz ev almağa kömək edəcəyi adı ilə dələduzluq edən şəxs saxlanılıb .....                     Səlim Müslümovun həbs təhlükəsi realdır .....                     Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb .....                     Vətəndaşların gəlirinə qanunsuz müdaxilə: .....                     Azərbaycan nefti yenidən bahalaşıb .....                     İbrahimbəyovun “Qafqaz üçlüyü” və Milli Şuranın rus pulları .....                     Mətbuat Şurası bəzi saytları bağlamaq üçün səlahiyyətlərinin artırılmasını istəyir .....                     Rəcəb Babaşov yola salınır... .....                     Neft ucuzlaşıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     "Öncə möhtərəm prezidentimizə, sonra da sizə minnətdaram, cənab nazir..." .....                     Ermənistan tarana gedir .....                     Tovuz sakini küçədə yıxılaraq ölüb .....                     Manat və dolların kursu sabit qaldı .....                     “Qarşıdakı aylar Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq” .....                     Büdcəyə gələn əlavə milyardlar necə xərclənəcək? .....                     "Mən Fransada dini azadlığın ləğv edilməsi uğrunda çalışanlara Azərbaycanı misal göstərirəm" .....                     "İnanırıq ki, Lütvəli Babayevi gənc bir kadrla əvəz edəcəksiniz..." .....                     Bakıda "Loğman" klinikasının baş həkimini döydülər .....                     Aygün və Röyanın sağlam rəqabəti .....                     “NATO generalları ilə görüş yaxın perspektivə hesablanmış bir təmasdır” .....                     Nardaranda atası ilə mübahisə edən qadın özünü bıçaqlayıb .....                     Prezident İlham Əliyev səhvini başa düşüb bağışlanmasını istəyən vətəndaşlara yenə qayğı göstərdi .....                     Rəqsanənin qızı anasını təbrik etdi: "Yaxşı ki varımsan..." .....                     Əfv sərəncamının icrasına başlanılıb .....                     Şimali Koreya Trampın Kim Çen Inla görüşdən imtina etməsinə reaksiya verib .....                     Azərbaycan beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb .....                     Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxs təltif edilib .....                     I rübdə ARDNF-nin valyuta satışları 65% artıb .....                     İlham Əliyevdən 4,6 milyon manatlıq .....                     Prezidentin əfv etdiyi əcnəbilər kimlərdir? .....                     Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb, .....                 

İnhisarçılar ərzaq məhsullarını yenə bahalaşdırır
Tarix: 19-01-2018, 10:22 | Çap et
İnhisarçılar ərzaq məhsullarını yenə bahalaşdırır
2017-ci ildə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilə nisbətən 12,9 faiz artıb. Dövlət Statistika Komitəsindən “Yeni Müsavat”a verilən məlumata görə, ötən il ərzaq məhsullarının qiymətləri 16,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 11,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,3 faiz bahalaşıb.

Ötən ilin dekabr ayında noyabr ayına nisbətən istehlak məhsulları və xidmətlərin qiymətləri 0,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,2 faiz bahalaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

Dekabr ayında noyabr ayı ilə müqayisədə kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, zeytun yağının, çay və qəhvənin, bananın, almanın, armudun, narın, qozun, fındığın, şabalıdın, xiyarın, pomidorun, sarımsağın, kartofun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, günəbaxan yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, xurmanın, kələmin, göyərtinin, soğanın, çuğundurun, yerkökünün qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qeyd edək ki, Azərbaycanda kəskin qiymət artımları manatın devalvasiyalarından sonra sürətlənib. Bahalaşmanın əsas səbəbi kimi idxal məhsullarında dolların məzənnəsinin artımı ilə bağlı yaranan yüksəlmə göstərilib. Ötən ilin əvvəlindən isə manatın məzənnəsi sabitləşməyə başlayıb, ödən müddət ərzində isə hətta bir qədər möhkəmlənib. Lakin manatın məzənnəsinin sabitləşməsi qiymətlərdəki artımın qarşısını ala bilməyib.

Bahalaşmanın davam etməsi hansı səbəblərdən irəli gəlir?

Manatın sabitləşməsi qiymətlərə niyə təsir etmir? Suallara cavab verən iqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, son 3 ayda manatın dollar qarşısında məzənnəsi demək olar ki, tamamilə dəyişməz qalıb: “Bu faktdır ki, xüsusilə son 8 ayda manatın məzənnəsində ciddi bir dəyişiklik baş vermir. Lakin başqa bir fakt da var ki, avronun məzənnəsi sürətlə artır. Ötən ilə nisbətən 17 faizlik artım var. Bu isə avrozonadan avro ilə alınıb gətirilən məhsulların qiymətində kəskin artımlara səbəb olur. Qeyd edim ki, idxalımızda avrozonanın payı yüksəkdir - İtaliya, Almaniya, Fransadan gətirilən məhsullar az deyil. Ona görə də Avropadan gətirilən məhsulların - əsasən dərman preparatlarının, uşaq qidalarının, avtomobillərin, avtomobil ehtiyat hissələrinin qiymətində bahalaşma baş verir”.

Ekspertin sözlərinə görə, bahalaşmanın davam etməsinin digər səbəbi vergi-gömrük rüsumlarının artmasıdır: “Ötən il ərzində bir çox mal və məhsulların vergi və gömrük rüsumlarında dəyişikliklər oldu. Bəzilərində endirim oldu - ciddi müzakirələr və qınaqlardan sonra. Məsələn, kərə yağının idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirildi. Lakin ötən ilin yanvarında vergi dərəcələrində, daha sonra gömrük rüsumlarında artımlar edildi. Bütün bunlar dərhal mal və məhsulların qiymətinə oturur. Digər səbəblərdən biri budur ki, qaz və enerjinin limitdən artıq hissəsi üçün qiymətlər kəskin qaldırıldı. Qaz və elektrik enerjisindən çox istifadə edən müəssisə və obyektlər üçün bu ağır yükdür. Eyni zamanda ötən il A92 markalı benzinin qiymətində artım oldu. Bütün bunlar son nəticədə bahalaşmaya gətirib çıxaran amillərdir”.

N.Cəfərli qiymət bahalaşmasının ən əsas səbəblərindən biri kimi ölkədə inhisarlaşma səviyyəsinin yüksək olmasını qeyd edir: “Bahalaşmanın fundamental səbəblərindən biri, əlbəttə, on illərdir Azərbaycanda geniş vüsət almış korrupsiya və inhisarçılıqdır. Bu amilin qiymət artımına təsiri yüksək səviyyədədir. Korrupsiyanın olması sahibkarların əlavə xərclərini artırır. İqtisadiyyatın qanunu da belədir ki, iş adamı rəsmi və ya qeyri-rəsmi ödədiyi bütün pulları satdığı, yaxud istehsal etdiyi məhsulun üzərinə əlavə edir. İnhisarçılıq isə bazarda oyunçuların az olmasına, onların öz aralarında qiymət sövdələşmələrinin rahat başa gəlməsinə səbəb olur. Bütün bunların nəticəsi olaraq, bu il də inflyasiyanın ikirəqəmli olması ehtimalını daha da gücləndirir”.

Xatırladaq ki, Azərbaycan hökuməti bu il ölkədə birrəqəmli inflyasiya səviyyəsinə nail olmağı hədəf götürüb. Müsahibimizin fikrincə, hökumət inzibati üsullarla ümumi inflyasiyanın ikirəqəmli olmasının qarşısını ala bilər: “Lakin real inflyasiyanın, xüsusilə ərzaq məhsullarında birrəqəmli olması çox çətin məsələdir. Nəzərə alsaq ki, neftin qiymətinin yüksəlməsi fonunda büdcədən investisiya xərcləri də kəskin artırılıb və bu, istər-istəməz dövriyyəyə daha çox həcmdə manatın daxil olması deməkdir, onda inflyasiyanın yüksək olması daha real görünür. Hələ yanvar ayında maaş və təqaüdlərdə cüzi artım olacağı xəbəri təzə yayılıb, amma qiymətlər də başlayıb yüksəlməyə. Seçkiqabağı dövrdə daha ciddi əmək haqqı, pensiya artımı edilərsə, bu, qiymətlərin daha sürətlə bahalaşmasına gətirib çıxaracaq”.
“Yeni Müsavat”







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xalq artistinin bacısı yalvardı: - “Mənə kömək edin, ömrümə az qalıb”
Bu gün, 10:23
“Ərazi bütövlüyümüzün bərpasından sonra Ermənistanla yaxşı münasibət qurmağa hazırıq” - Nazir
Bu gün, 10:19
Ukraynada deputat cangüdənin gözü qarşısında güllələndi
Bu gün, 10:09
Adnan Oktarın “Kediciklər”i ilə iftar süfrəsi — ŞOK FOTOLAR
Bu gün, 10:07
Gədəbəydə ağacları kəsən şəxs cərimələnib
Bu gün, 10:00
“Jara” festivalında Bakıya kimlər gələcək?
Bu gün, 09:57
Qadın məhkumların cəza çəkdikləri müəssisədə əfv sərəncamı icra olunub
Bu gün, 09:55
DİN sabiq RİH başçısının təcridxanada ölməsi barədə məlumatlara münasibət bildirib
Bu gün, 09:53
Gömrükdə yeni çalxalanma: "Dərman mafiyası"nın ardından "Yağ mafiyası" vurulur... - Əbülfəz Məlikovun daha bir biznesi çökdürülür
Bu gün, 09:51
Cəlilabadda məmur oyunbazlığı... - İDDİA
Bu gün, 09:46
Xaçmaz rəhbərindən irskli inşaat işləri... - FOTOFAKT
Bu gün, 09:43
Vətəndaşlara ilkin ödənişsiz ev almağa kömək edəcəyi adı ilə dələduzluq edən şəxs saxlanılıb
Bu gün, 09:40
Səlim Müslümovun həbs təhlükəsi realdır - İTTİHAM
Bu gün, 09:37
Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb - Dünənin kriminal xronikası
Bu gün, 09:34
28 May - Respublika Gününə həsr olunmuş konsert keçirilib
Bu gün, 09:32
Vətəndaşların gəlirinə qanunsuz müdaxilə: - Məhkəmələrə kütləvi axın başlaya bilər
Bu gün, 09:30
Azərbaycan nefti yenidən bahalaşıb
Bu gün, 09:28
İbrahimbəyovun “Qafqaz üçlüyü” və Milli Şuranın rus pulları
Bu gün, 09:26
Mətbuat Şurası bəzi saytları bağlamaq üçün səlahiyyətlərinin artırılmasını istəyir - AÇIQLAMA
Bu gün, 09:24
Rəcəb Babaşov yola salınır... - Nazirlikdəki işi də araşdırılır...
Bu gün, 09:22
Neft ucuzlaşıb
Bu gün, 09:17
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:13
"Öncə möhtərəm prezidentimizə, sonra da sizə minnətdaram, cənab nazir..." - Övladının adı əfv siyahısına düşən ananın təşəkkürü
Bu gün, 09:10
Ermənistan tarana gedir - Rusiyanın “ayağının altı” qazılır
Bu gün, 08:52
“Bu il çox hərarətli olacaq” - Emin Ağalarov
Bu gün, 08:49
Tovuz sakini küçədə yıxılaraq ölüb
Bu gün, 08:45
Manat və dolların kursu sabit qaldı - MƏZƏNNƏ
Bu gün, 08:43
“Qarşıdakı aylar Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”
Bu gün, 08:43
Büdcəyə gələn əlavə milyardlar necə xərclənəcək?
Bu gün, 08:40
"Mən Fransada dini azadlığın ləğv edilməsi uğrunda çalışanlara Azərbaycanı misal göstərirəm" - Senator
Bu gün, 08:34
"İnanırıq ki, Lütvəli Babayevi gənc bir kadrla əvəz edəcəksiniz..." - Prezidentə müraciət
Bu gün, 08:33
Bakıda "Loğman" klinikasının baş həkimini döydülər - SƏBƏB
Bu gün, 08:27
Aygün və Röyanın sağlam rəqabəti
Bu gün, 08:25
“NATO generalları ilə görüş yaxın perspektivə hesablanmış bir təmasdır”
Bu gün, 08:23
Nardaranda atası ilə mübahisə edən qadın özünü bıçaqlayıb
Bu gün, 08:20
Prezident İlham Əliyev səhvini başa düşüb bağışlanmasını istəyən vətəndaşlara yenə qayğı göstərdi - deputat
Bu gün, 08:19
Rəqsanənin qızı anasını təbrik etdi: "Yaxşı ki varımsan..."
Bu gün, 08:17
Əfv sərəncamının icrasına başlanılıb
Bu gün, 08:15
Şimali Koreya Trampın Kim Çen Inla görüşdən imtina etməsinə reaksiya verib
Bu gün, 08:14
Azərbaycan beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi yolunda böyük uğurlar qazanıb - Nursultan Nazarbayev
Dünən, 18:07
Sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHI
Dünən, 18:04
I rübdə ARDNF-nin valyuta satışları 65% artıb
Dünən, 18:02
İlham Əliyevdən 4,6 milyon manatlıq SƏRƏNCAM
Dünən, 17:59
Prezidentin əfv etdiyi əcnəbilər kimlərdir? - SİYAHI
Dünən, 17:51
Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb, avro ilə azalıb
Dünən, 17:45
Donald Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib
Dünən, 17:44
Mədəniyyət Nazirliyi Rüstəm İbrahimbəyovun filmi ilə bağlı məlumat yaydı
Dünən, 17:36
Türkiyədə barıt fabrikində PARTLAYIŞ - Yaralılar var
Dünən, 17:33
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Dünən, 17:31
Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanlarının adları açıqlanıb
Dünən, 17:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru