Səfər Mehdiyev BDU-nun diplomunu NECƏ ƏLDƏ EDİB? .....                     Bu il 940 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb .....                     “Ətin qiyməti o halda ucuzlaşa bilər ki...” .....                     Şirkət “yenidənqurma işləri” adı altında işçilərə kompensasiya ödəməkdən imtina edib .....                     Ramiz Mehdiyev Rusiyada səfərdədir .....                     Sumqayıtda ahıl kişini piyada keçidində avtomobil vuraraq öldürüb .....                     Tərtər rayonunda YAP-ın yaradılmasının 26-cı ildönümü qeyd olundu .....                     Mətbuat Şurasına bu saytlardan şikayət edildi .....                     Erməni nazir Yaqlandla Qarabağ münaqişəsini müzakirə edib .....                     Abel Məhərrəmov nəhayət ki, DANIŞDI .....                     Mingəçevir sevdasından vaz keçməyib... .....                     İnterpolun yeni prezidenti seçilib .....                     Küləkli hava şəraiti ilə bağlı sürücülərə .....                     Kosovoda azərbaycanlı jurnalistin çantası yoxa çıxıb .....                     "Təhsildə gedən dəyişikliklər yalnız forma və təşkilatı məsələləri əhatə etmir" .....                     Qaynı ilə birləşib ərini öldürüb tualetə atan qadından .....                     Azərbaycanın Müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib .....                     Hacı İbrahim Nehrəmlinin qardaşının .....                     Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırılır .....                     Abel Məhərrəmov DEPRESSİYAYA DÜŞÜB... .....                     Azərbaycanın müdafiə naziri Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirir .....                     Zibilyığan maşının altında qaldı: .....                     Paşinyanın oğlu əsgərlikdən evə zəng vurub yemək istəyir .....                     Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib .....                     Milli Məclisin növbəti iki iclasının gündəliyi məlum olub .....                     GDU yenidən “ÇALXALANDI” .....                     Bakıda döyülən məktəb direktorundan .....                     Bakı metrosunda qorxulu anlar .....                     Nazirlik Bakı sakinindən Prokurorluğa şikayət etdi .....                     Ağdərədə zabit əsgəri zorlayıb və cəzasız qalıb .....                     Şirvanda 68 yaşlı kişi özünü bıçaqlayıb .....                     Azərbaycan nefti 3% ucuzlaşıb .....                     Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Qəbələdə qaynı ilə əlbir olaraq ərini öldürüb, meyitini sanitar qovşağına atan qadının məhkəməsi başlayır .....                     “Elə bil təhsil idarəçiləri detektiv film izləyir...” .....                     Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb .....                     Azərbaycanda işğal haqda qanun layihəsi qəbul olunacaqmı? .....                     “Fitch” “Azsığorta”nın reytinqini təsdiqləyib .....                     Ərəb iş adamı Azərbaycanda nizamnamə kapitalı 20 min dollar olan şirkət açıb .....                 

Hansı ali məktəbdə narazlıq BÖYÜKDÜR...
Tarix: 19-01-2018, 09:22 | Çap et
Hansı ali məktəbdə narazlıq BÖYÜKDÜR...
Tələbələrin qış imtahanlarının yarısı artıq arxada qalıb. Hər il olduğu kimi, budəfəki qış semestr imtahanlarında da topladığı baldan razı qalmayan tələbələrə rast gəlmək olar. Onlar öz şikayətləri barəsində imtahan dövründə fəaliyyət göstərən “İmtahan qərargahı” və Apellyasiya komissiyalarına şikayət ərizələri ilə müraciət edə bilərlər.

Bəzi tələbələr Apellyasiya komissiyasının fəaliyyətindən narazı qaldıqlarını deyirlər. Universitetlərdə Apellyasiya komissiyaları necə fəaliyyət göstərir? Tələbələrin balı maksimum nə qədər artırıla bilər?

Modern.az saytı universitetlərlə keçirdiyi sorğunu təqdim edir:

Bakı Dövlət Universitetinin (BDU) Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın sözlərinə görə, yanvarın 4-dən başlayan qış imtahanları ayın 31-dək davam edəcək.
BDU-da imtahanlar yazılı formada aparılır, zərurət yarandığı hallarda bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında ola bilər. P.İbrahimova deyib ki, BDU-da qış sessiyasının gedişinə operativ nəzarət etmək, yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində «Qaynar xətt» yaradılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apellyasiya komissiyaları da yaradılıb:

“Ballarından narazı tələbələr həmişə olduğu kimi, apellyasiya şikayəti ilə müraciət ediblər, şikayətlərə baxılıb. Apellyasiya şikayəti verən tələbənin işinə baxılması üçün başqa bir müəlim dəvət olunur. Əgər həqiqətən şikayət əsaslıdırsa, tələbənin balı müvafiq olaraq artırılır. Ancaq iki yoxlanış zamanı ballar bir-birindən kəskin fərqlənərsə, məsələyə üçüncü dəfə baxılır. Və sonda obyektiv bir qərar çıxarılır. Tələbələr başqa məsələlərlə bağlı da şikayətlərini Apellyasiya komissiyasına təqdim edə bilərlər”.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Vüsalə Məmmədova da universitetdə Apellyasiya komissiyasının yaradıldığını deyib: “Məlumat üçün bildirim ki,UNEC-də 2017/2018-ci il tədris ilinin qış imtahan sessiyasında 828 apellyasiya ərizəsi daxil olub. Onlardan 482-si cavablandırılıb. Ərizələrin 194-ü əsaslı, 288-i isə əsassız sayılıb. 346 ərizə isə baxılmaqdadır. Əgər şikayət edən tələbənin ərizəsi əsaslı sayılarsa, o halda haqsız yerə silinən bal yenidən əlavə olunur. Bu zaman işə tamamilə obyektiv şəkildə baxılır. Ancaq elə hallar olur ki, tələbələr əsassız şəkildə 1-2 bal istəyirlər. Bu təbii ki, yolverilməzdir. Apellyasiya komissiyası istənilən məsələdə tələbənin şikayətlərini qəbul edir və əsaslıdırsa, təmin edir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur İbrahimov tələbələrin şikayət və ərizələrini araşdırmaq üçün komissiyanın artıq fəaliyyətə başladığını deyib: “Apellyasiya komissiyasının tərkibinə təcrübəli, tanınmış pedaqoq alimlər daxil edilib. Bundan başqa, “İmtahan qərargahı” da yaradılıb. Həm Apellyasiya komissiyasına, həm də “İmtahan qərargahı”na daxil olan şikayətlər operativ, şəffaf şəkildə araşdırılır və müvafiq qərarlar qəbul edilir. Tələbələrin şikayətləri daha çox imtahan balları ilə əlaqədar olur. Daha çox 1 bal problemi olan tələbələrin şikayətlərinə baxılır. Əgər şikayət əsaslıdırsa, dərhal tələbənin şikayəti təmin olunur”.


Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki, universitetdə imtahan forması dəyişdiyindən eyni sualın bəzən iki cavabı olur, daha çox bu barədə şikayətlər edilir. Şikayətlər əsaslıdırsa, tələbənin lehinə qərar qəbul edilir və ya əksinə.

Qərb Universitetinin (Qərbi Kaspi Universiteti) mətbuat katibi Vüsal Məmmədov qeyd edib ki, təhsilin şəffaflığı və qiymətləndirmənin obyektivliyi onlar üçün ön planda dayanır: “Hər imtahan sessiyasında olduğu kimi, builki qış semestrində də niversitetimizdə Apellyasiya komissiyası yaradılıb və bu komissiya müraciətlər ədalətli şəkildə qiymətləndirir. Əgər tələbə imtahan nəticəsindən, qiymətləndirmədən razı qalmayıbsa, “İmtahan qərargahı”na ərizə ilə müraciət edir. Qərargah həmin müraciəti Apellyasiya komissiyasına ötürür və tələbənin imtahan cavabları mütəxəssislərin iştirakı ilə yenidən qiymətləndirilir. Tələbənin balının artırılması məsələsinə gəldikdə isə adi halda tələbənin balının artırılması kimi bir qayda yoxdur. Bu, yalnız Apellyasiya komissiyasının səlahiyyətində olan məsələdir. O da yalnız mövcud qiymətləndirmə meyarları daxilində”.

Avrasiya Universitetinin mətbuat katibi Şəfayət Quliyev Apellyasiya komissiyasının fəaliyyətindən heç vaxt şikayət olmadığını deyir: “Rektorun əmri ilə hər il olduğu kimi, bu dəfə də Apellyasiya komissiyası fəaliyyət göstərir. İmtahanlardan sonra tələbələrin qiymətləri ilə bağlı bir etirazları olarsa və yaxud başqa problemlərlə bağlı şikayətləri varsa, yazılı formada ərizə ilə müraciət edə bilərlər. Apellyasiya komissiyası bütün müraciətləri dəyərləndirir. Daha çox 1-2 bal çatışmazlığı zamanı ərizələr daxil olur. Tutaq 89 bal yığmış tələbə 91 bal almaq üçün və ya 50 bal yığan tələbə kəsilməmək üçün müraciət edur. Bizim universitetimizdə imtahanlar yazılı və şifahi formada keçirilir. Hər imtahanda 3-4 nəfər tələbə ərizə ilə müraciət edir. Apellyasiya komissiyası yoxlanış həyata keçirir, əgər obyektiv qiymətləndirmə olubsa, bal dəyişdirilmir, əks təqdirdə tələbənin şikayəti təmin edilir”.

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Rəcəb Rza bildirib ki, bütün şikayətlərə imtahanlardan sonra baxılacaq. Əsaslı şikayətlər təmin ediləcək.

“Odlar Yurdu” Universitetinin mətbuat katibi Günay İmanova imtahanlar başlamazdan əvvəl “İmtahan komissiyası”nın yaradıldığını vurğulayıb: “Bundan əlavə, hər kafedrada “Məsləhət otaqları” da fəaliyyət göstərir. Məsələn bir tələbənin sualı varsa, ona cavab verilir. Universitetimizdə bal məsələsi ilə əlaqədar nadir hallarda şikayət olur. 1 bal ilə bağlı şikayəti olan tələbənin məsələsinə baxırıq və əsaslı səbəblər varsa, təmin edilir. Amma belə problemlərlə demək olar rastlaşmamışıq. İmtahan komüterlə keçirilir. Amma tələbənin hansısa sualı olarsa, “Məsləhət otaqları”nda fəaliyyət göstərən müəllimlər onlara kömək edir”.

Memarlıq İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzəyeva deyir ki, onlarda qış imtahanları yanvarın ilk həftəsindən başlayıb, fevralın 1-nə kimi davam edəcək.

“İmtahanlarla əlaqədar universitetdə Operativ qərargah və Münaqişə komissiyası yaradılıb. İmtahanlar yazılı və test şəklində aparılır. Memarlıq fakültəsində təhsil alan tələbələr xüsusi qabiliyyət imthanları da verirlər. İmtahanların şəffaf və obyektiv keçirilməsi üçün yazılı imtahanların nəticələri qərargahda şifrələnir, sonra xüsusi ekspertlər tərəfindən yoxlanılır. İmtahanlarda köçürən tələbələr imtahan zalından çıxarılır, onların işləri dərhal nəzarətçilər tərəfindən yerindəcə ləğv olunur. Kəsilən tələbələr onlayn şəkildə Münaqişə komissiyasına müraciət edə bilər. Onların şikayətlərinə baxılır, hər həftənin sonunda problem öz həllini tapır. Bu günə qədər Münaqişə komissiyasına 70-ə yaxın tələbə müraciət edib, altdan dərs alan kəsirli tələbələrdən də 20 şikayət daxil olub. İmtahanda 1-2 balı çatmayan tələbələrə müəyyən güzəştlər olunur. Bir məsələni qeyd edim ki, tələbələr onlayn şəklində rektora da müraciət edə bilirlər. İmtahan sessiyası rektorun tam nəzarəti altındadır, özü sessiyaya nəzarət edir, demək olar ki, hər gün imtahan zallarına baş çəkir, tələbələrlə görüşür, problemləri və çətinlikləriylə maraqlanır”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səfər Mehdiyev BDU-nun diplomunu NECƏ ƏLDƏ EDİB? - İLGİNC
Bu gün, 12:20
Bu il 940 Azərbaycan vətəndaşı Türkiyədə əmlak alıb
Bu gün, 12:16
“Rəhim mənə qarşı çaşmışdı”
Bu gün, 12:13
“Ətin qiyməti o halda ucuzlaşa bilər ki...” - Nazirlik rəsmisi
Bu gün, 12:09
Şirkət “yenidənqurma işləri” adı altında işçilərə kompensasiya ödəməkdən imtina edib - GİLEY
Bu gün, 12:05
“Ə, bura yeyib-içməyə gəlmisiz?”
Bu gün, 12:02
Ramiz Mehdiyev Rusiyada səfərdədir
Bu gün, 12:00
Sumqayıtda ahıl kişini piyada keçidində avtomobil vuraraq öldürüb
Bu gün, 11:59
Tərtər rayonunda YAP-ın yaradılmasının 26-cı ildönümü qeyd olundu - FOTO
Bu gün, 11:51
Mətbuat Şurasına bu saytlardan şikayət edildi
Bu gün, 11:48
Erməni nazir Yaqlandla Qarabağ münaqişəsini müzakirə edib
Bu gün, 11:45
Abel Məhərrəmov nəhayət ki, DANIŞDI - "Şouya çevirmək istəyirlər"
Bu gün, 11:43
Mingəçevir sevdasından vaz keçməyib... - İSRAR EDİR
Bu gün, 11:41
Direktoru döyən aktyor danışdı – Təhsil Nazirliyini ittiham etdi
Bu gün, 11:36
İnterpolun yeni prezidenti seçilib
Bu gün, 11:33
Küləkli hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:25
Kosovoda azərbaycanlı jurnalistin çantası yoxa çıxıb
Bu gün, 11:14
"Təhsildə gedən dəyişikliklər yalnız forma və təşkilatı məsələləri əhatə etmir" - Məhəbbət Vəliyeva
Bu gün, 11:13
Qaynı ilə birləşib ərini öldürüb tualetə atan qadından YENİ XƏBƏR
Bu gün, 11:06
Azərbaycanın Müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib
Bu gün, 11:02
Azərbaycanın tanınmış müğənnisi xəstəxanaya düşdü - "Vəziyyəti yaxşı deyil"
Bu gün, 10:59
Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsi başlayıb
Bu gün, 10:48
Azərbaycan Konstitusiyası ilə Seçki Məcəlləsi arasındakı ziddiyyət aradan qaldırılır
Bu gün, 10:46
Abel Məhərrəmov DEPRESSİYAYA DÜŞÜB... - Nə zənglərə cavab verir, nə də...
Bu gün, 10:39
Azərbaycanın müdafiə naziri Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirir
Bu gün, 10:37
Zibilyığan maşının altında qaldı: - 85 yaşlı qadının faciəli sonu
Bu gün, 10:34
Paşinyanın oğlu əsgərlikdən evə zəng vurub yemək istəyir
Bu gün, 10:33
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib
Bu gün, 10:23
Milli Məclisin növbəti iki iclasının gündəliyi məlum olub
Bu gün, 10:22
GDU yenidən “ÇALXALANDI” - QALMAQAL
Bu gün, 10:21
Uzun, incə bir yolun sonu...
Bu gün, 10:16
Bakıda döyülən məktəb direktorundan XƏBƏR var
Bu gün, 10:13
Nazirlikdən aktyorun davasına REAKSİYA: - “Cinayət hadisəsidir!”
Bu gün, 10:11
Bakı metrosunda qorxulu anlar – Maşinistin qolu sındı
Bu gün, 10:07
Nazirlik Bakı sakinindən Prokurorluğa şikayət etdi - SƏBƏB
Bu gün, 10:05
Ağdərədə zabit əsgəri zorlayıb və cəzasız qalıb - Düşmən ordunun günü-güzəranı...
Bu gün, 10:03
Şirvanda 68 yaşlı kişi özünü bıçaqlayıb
Bu gün, 10:01
Azərbaycan nefti 3% ucuzlaşıb
Bu gün, 09:47
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Bu gün, 09:45
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:40
Qəbələdə qaynı ilə əlbir olaraq ərini öldürüb, meyitini sanitar qovşağına atan qadının məhkəməsi başlayır
Bu gün, 09:38
“Elə bil təhsil idarəçiləri detektiv film izləyir...” - QALMAQAL
Bu gün, 09:30
Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək üçün yeni qanun layihəsi hazırlanıb
Bu gün, 09:24
Azərbaycanda işğal haqda qanun layihəsi qəbul olunacaqmı? - TƏHLİL
Bu gün, 09:22
“Fitch” “Azsığorta”nın reytinqini təsdiqləyib
Bu gün, 09:19
Ərəb iş adamı Azərbaycanda nizamnamə kapitalı 20 min dollar olan şirkət açıb
Bu gün, 09:18
Səfər Mehdiyevin gömrük sisteminə gətirdiyi DƏYİŞİKLİK... - Bu, yalnız onun maddi imkanlarının artmasında özünü göstərir...
Bu gün, 09:16
Əməkdar artist Zeynəb Xanlarova ilə bir arada
Bu gün, 09:13
Magistral yolların, körpülərin və tunellərin tikintisi zamanı ətraf mühitə təsir nəzərə alınacaq
Bu gün, 09:08
Paşinyan Kremlə meydan oxudu: - “Bizimlə hamı hesablaşacaq!..”
Bu gün, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru