Rusiyada yaşayan azərbaycanlı aktyorun növbəti uğuru .....                     “Azərbaycandakı sabitlik bədniyyət qüvvələrin gözünə girir” .....                     Gürcüstanın hakim partiyası icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürə bilər .....                     Vətəndaşın "Azəriqaz"dan gileyinə baxan yoxdur... .....                     Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə .....                     Azərbaycanlı deputatın bu müsahibəsi İranı silkələdi .....                     "Yataq görüntülərini özüm sızdırmışdım" .....                     Ermənistanda məmurlar kütləvi şəkildə işdən çıxarılır .....                     "3 məhkəmə qərarı 15 ildir ki, Gəncə icra orqanı tərəfindən icraata yönəldilmir..." .....                     Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib .....                     42 nəfəri xəstəxanalıq edən sürücü yaralanmayıb .....                     Türkiyədə Gürcüstan futbolçuları oğurluğa görə saxlanılıb .....                     İrandan gələrkən ilişdi .....                     Mədəniyyət Televiziyası Vasim Məmmədəliyevi Hacı Şahin Həsənli ilə əvəzləyib .....                     Murad Firaya vəzifə verdi .....                     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT .....                     Astarada narkotik taciri yaxalandı .....                     Paşinyan “otel otağına” heç kəsi buraxmır .....                     Asif Ağayevlə bağlı daha bir iddia... .....                     Rusiya öz kömürünü Ukraynaya bu yolla satdırır .....                     Bakıdan İran sərhədinə qədər yeni avtomobil yolunun bir hissəsi bu ilin sonundan ödənişli olacaq .....                     Afiq Səfərov “Azərsun”dan getdi .....                     AFFA Klublar Komitəsinə yeni sədr seçilib .....                     Mehriban Əliyeva tapşırıq verdi .....                     Qubada bıçaqlanma .....                     “Binə” ticarət mərkəzində oğurluq .....                     Arvadını 4 il izlədi, sonda 70 yaşlı kişi ilə tutdu! .....                     Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb .....                     Ziya Məmmədovun dövlətə vurduğu yaralar... .....                     Bakının mərkəzində maşın qaçırdılar .....                     Bakı Modern Məktəbi bağlanır? .....                     AzTV Cənub zonası üzrə bölgə müxbirini .....                     Keçmiş başçıya PA-da yüksək vəzifə verildi? .....                     Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir... .....                     “ABŞ “qırmızı xətt”i keçən Ermənistanı bağışlamayacaq” .....                     Bakıda 28 yaşlı qadın intihar edib .....                     Bakıda küçədə kişi meyiti tapılıb .....                     Şəhərin mərkəzində intihara cəhd .....                     "Sosial şəbəkələr boşanmalara səbəb olur" .....                     “Rus qoşunları Qafqazda müharibədən çəkindirici faktordur” .....                 

“Əslində bu fikirlərin müəllifi Kəramət Böyükçöl yox, Zərdüşt Əlizadədir” - Aynur Camalqızı
Tarix: 16-01-2018, 18:05 | Çap et
“Əslində bu fikirlərin müəllifi Kəramət Böyükçöl yox, Zərdüşt Əlizadədir”
Gənc yazar Kəramət Böyükçölün sosial şəbəkədə Xəlil Rza barədə yazdığı təhqir dolu status bir neçə gündür ki, müzakirə olunur. Tənqid və ciddi təpkilərdən sonra yazar statusunu silib, sosial şəbəkədəki profilini bağlasa da, mübahisə səngimir. İnsanlar bu məsələdə onun çalışdığı media orqanının – “Gündəlik Teleqraf” MMC-nin də üzərinə hücum edir, rəhbərlikdən onu işdən uzaqlaşdırmağı tələb edirlər.

“Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı isə musavat.com-a müsahibəsində həm bu qalmaqal, həm də onun pərdəarxası barədə danışdı. Müsahibimiz öncə K.Böyükçölün statusuna münasibət bildirdi:

- Bu məsələ ilə bağlı Facebookda yazdığım statusda da qeyd etmişəm ki, mən ümumiyyətlə, Kəramətin yazdığı statusu çox gec gördüm. Tez görsəydim və ya dostlardan kimsə xəbərdar etsəydi, statusu tez sildirər və məsələ bu qədər böyüməzdi. Gedən müzakirələrdən, narahatçılıq, söyüş və təhqirlərdən çox üzgünəm. Kaş ki, bu söhbətlər heç olmasaydı. Amma bu müzakirələrdə məni sevindirən bir məqam da var. Əgər Xəlil Rza haqqında sosial şəbəkədə yazılan hansısa bir statusa görə bu qədər kükrəyirlərsə, Allah eləməmiş, Qarabağın başı üzərindən bir qara bulud keçsə, bu insanlar neyləyər? Məsələnin belə bir müsbət tərəfi də var. Amma təbii ki, bizim toplum olaraq dəyərlərimiz var və onlara toxunmaq olmaz. Xəlil Rza Azərbaycan xalqının milli azadlıq hərəkatında öz yeri, rolu olmuş bir şəxsiyyətdir, ziyalıdır, aydındır. Bu gün onu kimlərsə, elə Kəramət daxil, zəif şair adlandırırsa, çox böyük səhv edir. Xəlil Rzanın elə şeirləri var ki, mən onu öz-özlüyümdə pıçıldayanda həyəcandan başımın tükləri şahə qalxır. “Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram. Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram”. Bu misraların müəllifini necə zəif şair adlandırmaq olar? Digər tərəfdən, hər bir aydını, ziyalını, ictimai-siyasi xadimi tənqid etmək mümkündür. Amma bu zaman seçilən üslub çox önəmlidir. Xalqın fövqündə dayanan, xalqın sevdiyi, seçdiyi aydını barədə nəsə yazanda onu yüz ölçüb, bir biçməlisən. Düşünürəm ki, Kəramət o statusunda üslubunu düzgün seçməmişdi. Əslində biz demokratik cəmiyyətdə yaşayırıq. İctimai-siyasi xadimləri, tanınmış insanları haqlı və ya haqsız tənqid etmək olar. Çünki demokratik cəmiyyətlər belə qurulur. Dartışaraq, müzakirə edərək, etiraz edərək... Amma baxır ki, sən öz üslubunu, özünüifadəni necə seçirsən, necə tənqid edirsən. Bir var tənqid, bir var təhqir. Çox təəssüflər olsun ki, bizim gənc yazarlar tənqidlə təhqir arasındakı o incə sərhədi görə bilmirlər, aləmi bir-birinə qatırlar və sonda biz bundan əziyyət çəkirik.

- Necə düşünürsüz, Kəramət həmin statusun həcmini bir qədər də böyüdüb, köşə yazısına çevirsəydi, bu qədər səs-küyə səbəb olardımı?

- Bizim media orqanında dərc olunan bütün materiallar ciddi redaktədən keçir. Bizim redaktorlarımız həmin üslubda olan yazını heç vaxt dərc etməzdilər. O mənada ciddi narahatçılıq yaranmazdı. Amma hesab edirəm ki, sosial şəbəkələrə o qədər də ciddi yanaşmaq lazım deyil. Ora mənim nəzərimdə “çayxana” kimi bir yerdir. Əgər insanlar orda rahat şəkildə söyüş söyə, təhqir yaza, zarafat edə, məişət səviyyəli müzakirələr aça bilirlərsə, deməli, orda hər şey mümkündür və o qədər də ciddiyə almaq doğru deyil. Facebookda yazılan hər hansı bir statusu yazanın çalışdığı iş yerinə aid etmək, bunu kampaniyaya çevirib, müdiriyyətdən onu işdən çıxarmağı tələb etmək, atasını, valideynlərini hədələmək çox yanlışdır. Kəraməti istədiyiniz qədər tənqid edə, qınaya bilərsiniz. Amma onun atasını ittiham etmək, ondan üzrxahlıq tələb etmək doğru deyil. Axı heç kəsin səhvinə, günahına, hətta cinayətinə görə başqaları məsul deyil. Hesab edirəm ki, Qəşəm Nəcəfzadəni də (K.Böyükçölün atası-red.) Kəramətin etdiklərinə görə üzr istəməyə məcbur etmənin özü yanlış hərəkət idi.

- Bu mövzu ilə bağlı hansısa məqamda onu müdafiə etmək keçirmi içinizdən?

- Keçmir. Gördüyünüz kimi, müdafiə etmirəm. Qınayıram. Dünən yazdığım statusda da bütün narazılığımı, etirazımı bildirmişəm. Sadəcə, məni narahat edən ura patriotizm, vətənşüvənlik tendensiyasının get-gedə güclənməsidir. Demokratik cəmiyyətlər fərqli fikirlilikdən formalaşır. Bir vaxtlar Orxan Pamuk Nobel mükafatını Türkiyəyə hansı yollarla gətirdi? Qondarma “erməni soyqırımı”nın baş verdiyini etiraf etməklə. Bu gün Orxan Pamukun Türkiyənin bütün dünyada təbliğatına yönəlik missiyası daha güclüdür, effektlidir, nəinki hansısa xırda yazarın, siyasi xadimlərin və ya məmurların fəaliyyəti. Hekayəçilər özlərini yandıra-yandıra – sözün əsl mənasında - Vətənlərinə sevgilərini, sədaqətlərini ifadə edirlər. Amma heç bir halda, etdiklərinə görə Orxan Pamuku məhşər ayağına çəkmək olmaz. Çünki artıq Orxan Pamukun özü də Türkiyənin bir dəyərinə çevrilib. Bu mənada hansısa yazarın özünü tanıtmaq üçün, ya da hansısa başqa bir səbəbdən bizim bəyənmədiyimiz bir fikri ortalığa atmaları kifayət qədər normaldır. Bu, cəmiyyətin formalaşma prosesində olmalı olan, hətta gərəkli olan şeylərdir. Biz də hazırda o prosesdən keçirik - əyalətdən urbanizasiyaya. Təbii ki, hamı bizim düşündüyümüz kimi düşünməyəcək. Axı cəmiyyət birrəngli, birqütblü, bircinsli deyil. Sizin sevdiyinizi mən sevməyə bildiyim kimi, mənim bəyəndiyimi də siz rədd edə bilərsiniz. Bütün bunlar fərqli fikrə dözümlülük formalaşdırır. Hamı eyni cür düşünsə, demokratik cəmiyyətlər qurula bilməz.

- Siz narahat deyilsiz ki, bu, tendensiya halını alar? Sabah fərqli fikir söyləmək və ya sadəcə diqqət cəlb etmək üçün bir çoxları bizim dəyərlərimizi ayaq altına ala bilər? Qırmızı işıq olmamaldırmı bəzi məsələlərdə?

-Təbii ki, qırmızı işıq olmalıdır və var. Amma mən bunun normadan artıq olmasına görə narahatam. Təbii ki, demokratik cəmiyyətlərdə kimsə fərqli, həqiqəti əks etdirməyən fikir deyirsə, biz bunu qınayırıq, narazılığımızı bildiririk. Bu, həddini aşanda, təhqirə keçəndə isə kampaniyaçılıq yaranır. Bilirsiz, hamımız bu vətəni sevirik. Amma hərəmiz öz bacardığımız kimi. Hər kəs eyni dərəcədə fədakar ola bilməz. Amma bu, mənəvi məsuliyyətdir. Vətən deyə bağıranlar anlayırmı ki, Vətən əslində biz özümüzük, bu ölkənin insanlarıdır. Biz olmasaq, bura Vətən olmaz, sadəcə, torpaq parçası, quru coğrafiya olar. Yəni insanları baltalamaqla vətənpərvər olmaq olmaz, əksinə, anlatmaqla, izah etməklə, maarifləndirməklə dəyərləri sevdirmək lazımdır.

- Deyirsiz ki, “bu tənqid həddini aşanda, təhqirə keçəndə isə kampaniyaçılıq yaranır”. Amma nəzərə alanda ki, Kəramətin də statusu təhqir janrında idi, adekvat cavabı da hesablamalı idi...

- Təbii, Kəramətin üslubu, bayaq da dediyim kimi, tamamilə yanlış üslub idi. Amma tələb etmək ki, onu işdən qovsunlar, atası Yazıçılar Birliyində dövlətin ayırdığı maliyyə ilə işləyir və ona görə işdən çıxarılsın... hesab edirəm ki, bu, sanki 37-ci ilin ab-havasıdır. Bu insanların hələ də 37-ci ildə qalması narahatedici və üzücüdür. İstəyirlərsə, Kəraməti Sibirə sürgün etdirək, bax bu, həm də gülməlidir. Demokratik Cümhuriyyətimizin 100-cü ilində bolşevik zehniyyətinin qafalarda qalmasını düşünmək isə həm gülməli, həm də üzücüdür…

- Atası demişkən, mən Qəşəm Nəcəfzadənin oğlu ilə canlı yayımdakı debatını izlədim. Atası orda onun Zərdüşt Əlizadənin təsiri altına düşdüyünü dedi. Özü ilə yəqin ki, siz də söhbət etmisiz. Ortada Zərdüşt Əlizadə faktoru da varmı?

- Əslində bu fikirlərin müəllifi həqiqətən də Kəramət Böyükçöl yox, Zərdüşt Əlizadədir. Zərdüşt Əlizadə mediaya verdiyi müsahibəsində Xəlil Rza haqqında həmin fikirləri səsləndirib. Amma maraqlıdır ki, həmin müsahibə yayımlananda “vətənşüvən qaragüruh” susqunluq nümayiş etdirib, hətta bəlkə müsahibəni heç oxumayıblar da. Amma mən yenə də yanaşmadan narahatam. Məsələyə həqiqətən əyalət təfəkkürü ilə yanaşma var. Baş verənləri araşdırmaq, çözmək, fikirlərin kimdən gəldiyini öyrənib, tənqidləri ona ünvanlamaq yerinə, gənc bir yazara qarşı bu qədər basqılar yolverilməzdir. Kəramət gəncdir, bəlkə doğrudan da kiminsə təsiri altındadır. Bu da normal şeydir. Səhvi gənc edər də. Dünyagörmüş, ahıl, təcrübəli insanlar etməz ki.

- Aynur xanım, sizə olan basqılar daha çox Kəramətin işdən çıxarılması yönündədir, bildiyim qədəriylə. Bəs siz necə, son bir həftədə səs-küyə səbəb olan və eyni zamanda təmsil etdiyi media orqanının rəhbərliyini də pis vəziyyətdə qoyan iki statusun – hər ikisini sonradan silsə də - müəllifi ilə yolları ayırmaq barədə düşünürsüzmü? Yoxsa “o yazar bizim əzizimizdir” deyib, yola davam etmək istəyirsiz?

- Əslində hər bir azərbaycanlı gənc əzizimdir, gözümün işığıdır, canımdan bir parçadır. Amma burda hansısa bir cinayətdən, Vətənə xəyanətdən söhbət getmirsə, mənəvi təzyiqlər, qınaqlar məncə, kifayət edir. Bunu tələb edənlər də Kəramətin özü kimi yanlış üslub seçiblər. Bunun bir günahı media olaraq bizim də üzərimizə düşür ki, öz dəyərlərimizi kifayət qədər təbliğ edə bilməmişik və gənclərin bu gün onlara yanaşması belə qüsurludur. Dünən dostlardan biri mənə dedi ki, Xəlil Rzanın sonuncu anım günündə onun məzarı üstündə cəmi 11 nəfər olub. Bu gün Facebookda böyük bir ordu halında Xəlil Rzanı müdafiə edənlər sonuncu dəfə onun hansı kitabını vərəqləyiblər, hansı misrasını pıçıldayıblar, nə vaxt məzarının üstünə gediblər, nə zaman onu xatırlayıblar? Sizi əmin edirəm ki, heç kəs cavab verə bilməz. Bəlkə də o adamlar minnətdar olmalıdırlar ki, Kəramət hamının çoxdan unutduğu bir ziyalını yada saldı? Bəs onda bu “asarıq, kəsərik, öldürərik” üslubu nədir?

- Əməkdaşınızın təhlükəsizliyindən narahatsınızmı?

- Sözün açığı, müəyyən qədər narahatçılığım var. Dünən onunla telefonla danışdım. Kəramətin dediyinə görə, telefonuna şantaj dolu, təhdidedici mesajlar, bağlı nömrələrdən zənglər gəlir. Buna görə narahat oldum və hətta düşündüm ki, bəlkə bu barədə polisə məlumat verməliyik? Məsələnin bu həddə çatması məni narahat edir. Təbii ki, Xəlil Rza bizim dəyərimizdir. Biz onun şəhid oğlunun ruhu qarşısında baş əyirik. Təkrar edirəm ki, Kəramət ictimai xadim Xəlil Rza haqqında hər hansı tənqidi fikir söyləyərkən belə onun şəhid oğlunun adını çəkməməliydi. Şəhid oğlu Təbriz Xəlil Rzanın şah əsəridir! Bu ölkədə çoxları oğlunu nəinki müharibədən, hətta hərbi xidmətdən belə gizləyib. Xəlil Rzanın da zamanında belə imkanları olub. Amma o, bunu etməyib və onun oğlu şəhid olub. Bu bir qəhrəmanlıqdır və qəhrəman oğul, şəhid atası olmaq bir ucalıqdır. Bunu necə qiymətləndirməmək olar? Hətta ictimai-siyasi xadim Xəlil Rza haqqında nəsə demək olar, amma şəhid atası Xəlil Rza haqqında heç nə demək olmaz.

- Ümid edək ki, bu çaxnaşma da zaman keçdikcə unudulacaq, qəzəb də azalacaq. Bəs siz əməkdaşınızla bundan sonrakı birgə fəaliyyətinizdə necə davranacaqsız? Bənzər halların təkrarlanmaması, özünü də, təmsil etdiyi media qurumunun rəhbərliyini də pis vəziyyətdə qoymaması üçün hər hansı bir anlaşmanız – ya yazılı, ya şifahi olacaqmı?

- Bizim Kəramət Böyükçöllə bağlı fərqli yanaşmamız hər zaman olub. O, çox istedadlıdır, içi doludur, ruhlu qələm əhlidir, yazıları cəzbedicidir... Bu yəqin ki, son olmayacaq. O, yenə də fərqli fikirlər ortaya qoya bilər. Amma kimsə düşünürsə ki, Kəramət bu ölkəni sevmir, milləti sevmir, yanlış düşünür. Sizi əmin edirəm ki, o, bu xalqı da, ölkəni də onun üzərinə hücuma keçənlərdən daha çox sevir. Biz Kəramətlə hər zaman sərt qaydalarla işləmişik. Onun yazıları sərt redaktədən keçir. Onun bütün yazılarını olduğu kimi çap etsək, bizi çoxdan daş-qalaq edərdilər. Bir müddət öncə onun Ramiz Rövşən haqqında dəhşətli bir yazısı olmuşdu. Mən o yazını oxuyanda düşündüm ki, biz bu yazını çap etsək, cəbhəçilər redaksiyaya gəlib məni öldürəcəklər. Biz o yazını çap etmədik və Kəramət də küsüb getdi. Belə hallar çox olub. Amma təkrar edirəm, bu, danılmaz faktdır ki, Kəramət tirajlı və istedadlı bir yazardır. Bəlkə də Xəlil Rza ilə bağlı yazdığı statusda “qara piar” priyomundan istifadə edib. Sadəcə, insanlar da onun oyununa gedib, “özünü qara piar”ın müsbət nəticələnməsinə yardım edirlər. Onu çox ciddi danlamışam ki, şəhid atası haqda bu cür fikirlər yazmaq doğru deyil. Hər halda o, bu yanlışı qəbul etdiyi üçün də statusunu sildi və facebook profilini bağladı. Mən düşünürəm ki, bunun özü belə o deməkdir ki, Kəramət Böyükçöl səhvini anlayıb...





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada yaşayan azərbaycanlı aktyorun növbəti uğuru - Səfir olacaq
Bu gün, 12:56
“Azərbaycandakı sabitlik bədniyyət qüvvələrin gözünə girir” - deputat
Bu gün, 12:52
Gürcüstanın hakim partiyası icra başçısı vəzifəsinə azərbaycanlı namizəd irəli sürə bilər
Bu gün, 12:49
Vətəndaşın "Azəriqaz"dan gileyinə baxan yoxdur... - Müraciət
Bu gün, 12:43
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
Bu gün, 12:40
Azərbaycanlı deputatın bu müsahibəsi İranı silkələdi
Bu gün, 12:36
"Yataq görüntülərini özüm sızdırmışdım" - Kərim etiraf etdi
Bu gün, 12:33
Ermənistanda məmurlar kütləvi şəkildə işdən çıxarılır
Bu gün, 12:31
"3 məhkəmə qərarı 15 ildir ki, Gəncə icra orqanı tərəfindən icraata yönəldilmir..." - Nizami Qocayev isə deyir ki...
Bu gün, 12:28
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
Bu gün, 12:22
42 nəfəri xəstəxanalıq edən sürücü yaralanmayıb - Açıqlama
Bu gün, 12:20
Türkiyədə Gürcüstan futbolçuları oğurluğa görə saxlanılıb
Bu gün, 12:18
İrandan gələrkən ilişdi
Bu gün, 12:13
Mədəniyyət Televiziyası Vasim Məmmədəliyevi Hacı Şahin Həsənli ilə əvəzləyib
Bu gün, 12:10
Murad Firaya vəzifə verdi
Bu gün, 12:03
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində iki TƏYİNAT
Bu gün, 12:01
Astarada narkotik taciri yaxalandı
Bu gün, 11:55
Paşinyan “otel otağına” heç kəsi buraxmır - KTMT baş katibsiz qalacaq
Bu gün, 11:49
Asif Ağayevlə bağlı daha bir iddia... - Belə deyirlər...
Bu gün, 11:48
Rusiya öz kömürünü Ukraynaya bu yolla satdırır
Bu gün, 11:44
Bakıdan İran sərhədinə qədər yeni avtomobil yolunun bir hissəsi bu ilin sonundan ödənişli olacaq
Bu gün, 11:38
Afiq Səfərov “Azərsun”dan getdi - Yerinə təyinat da olub
Bu gün, 11:31
AFFA Klublar Komitəsinə yeni sədr seçilib
Bu gün, 11:27
Mehriban Əliyeva tapşırıq verdi - Qarabağ əlili üçün ev tikiləcək
Bu gün, 11:25
Qubada bıçaqlanma
Bu gün, 11:23
“Binə” ticarət mərkəzində oğurluq
Bu gün, 11:22
Arvadını 4 il izlədi, sonda 70 yaşlı kişi ilə tutdu! - Gədəbəydə şok olay
Bu gün, 11:20
Yasamalda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO
Bu gün, 11:16
Ziya Məmmədovun dövlətə vurduğu yaralar... - Bunun hesabı sorulacaqmı?
Bu gün, 11:14
Bakının mərkəzində maşın qaçırdılar
Bu gün, 11:12
Bakı Modern Məktəbi bağlanır? - VÖEN-ni ləğv olundu
Bu gün, 11:10
AzTV Cənub zonası üzrə bölgə müxbirini işdən azad etdi
Bu gün, 11:07
Keçmiş başçıya PA-da yüksək vəzifə verildi? – Açıqlama
Bu gün, 11:05
Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir... - GƏLİŞMƏ
Bu gün, 11:04
“ABŞ “qırmızı xətt”i keçən Ermənistanı bağışlamayacaq” - TƏHLİL
Bu gün, 11:02
Bakıda 28 yaşlı qadın intihar edib
Bu gün, 11:00
Bakıda küçədə kişi meyiti tapılıb
Bu gün, 10:52
Şəhərin mərkəzində intihara cəhd
Bu gün, 10:48
"Sosial şəbəkələr boşanmalara səbəb olur" - deputat
Bu gün, 10:41
“Rus qoşunları Qafqazda müharibədən çəkindirici faktordur” - Tonoyan
Bu gün, 10:38
"Amma onlar bizi inandırdılar ki, ora burdan da yaxşı xəstəxanadır" - GİLEY
Bu gün, 10:35
Ərdoğan Suriyanın şimalında təhlükəsizlik zonası yarada bilməyəcək - Əsədin müşaviri
Bu gün, 10:32
Leyla Şıxlinskayanın pulunu mənimsəməkdə təqsirləndirilən şəxslərə şərti cəza verilib
Bu gün, 10:28
Yevlaxda silahlı insident - Ölən var
Bu gün, 10:27
İnsan hüquqları üzrə müvəkkil martda seçki gözləmir... - deputat isə konstitusion müddətin bitdiyini söyləyir
Bu gün, 10:24
“Anamın ürəyi aparatla işləyir…”
Bu gün, 10:22
Bir oğurluğa görə ilişdi, digər əməlləri də ifşa olundu
Bu gün, 10:20
Avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb
Bu gün, 10:18
“Əhməd Orucun əli qranta çatmır, onun üçün boş-boş danışır” - QALMAQAL
Bu gün, 10:11
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir - Ekspert
Bu gün, 10:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru