Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb .....                     “Azərbaycanın addımları prezidentin Rusiyaya səfərinin nəticələrindən çox asılı olacaq” .....                     "Hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir" .....                     Neft Daşlarında müşavirə keçirilib .....                     Xaçaturyan qızlarını zorlayıbmış .....                     Ermənistanın müdafiə naziri Rusiyaya gedib .....                     Azərbaycanda zərərlə işləyən banklar .....                     Putin və Merkel Suriya məsələsini müzakirə etdi .....                     Fələstinli iş adamından Türkiyəyə DƏSTƏK: .....                     Azərbaycan millisinin futbolçusunun Rusiya vətəndaşı kimi göstərilməsinin səbəbi məlum olub .....                     Sabah dolar neçəyə olacaq? .....                     Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır .....                     “140 min pul vermişəm...” .....                     Avqustun 24-dək hava isti olacaq .....                     Xəstəxanada müəmmalı intihar: .....                     "Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır" .....                     Azərbaycanlı diaspora sədrinə qarşı ŞOK İTTİHAM .....                     Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb .....                     "Türkiyəni diz çökdürmək istəyirlər" .....                     Tonlarla Azərbaycan gavalısını Rusiyaya buraxmadılar .....                     Azərbaycanın əməkdar təhsil işçisi vəfat edib .....                     Bakıda 12 yaşlı uşaq itkin düşüb .....                     Rusiyada `qanuni oğru`lar yeni liderlərini seçiblər .....                     Azərbaycan Gürcüstan mallarını ən çox alan ölkədir .....                     Oğlu ilə birlikdə tələbə adını qazanan müəllimə: .....                     Ziya Məmmədovun gəlninin biznesi ortaya çıxdı .....                     Adil Vəliyev: Sabunçuda hər şey ondan sorulur... .....                     Koçaryanın villası və ofisində axtarış aparılıb .....                     ABŞ süni şəkildə buna mane olur .....                     Bu il Azərbaycanda həkimlərin sayı azalıb .....                     Elman Rüstəmovun Federasiyasında maaş problemi: .....                     Təhsil Nazirliyi hansı tələbələrin təhsil haqqından azad olunduğunu açıqlayıb .....                     "Total" İranı tərk edib .....                     Doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar .....                     "1 manatlıq "kontur" yüklə, ərə get" .....                     Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib .....                     Qum-çınqıl karxanaları ilə bağlı cinayət işinin istintaqı tamamlanıb .....                     DİN-in idarə rəisi dünyasını dəyişdi .....                     "Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…” .....                     Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq .....                 

67 malikanə, onlarla superkar, 4 yaxta, bütöv cəbbəxana… - "Oliqarx" əməliyyatı
Tarix: 16-01-2018, 17:47 | Çap et
67 malikanə, onlarla superkar, 4 yaxta, bütöv cəbbəxana…
İspaniyada üç ay əvvəl həyata keçirilən əməliyyat zamanı həbs olunan “rus mafiyası”nın üzvlərinin işi güclü vəkillər komandasının hazırladığı taktika ilə dağıla bilər. virtualaz.org xəbər verir ki, söhbət on milyonlarla avro çirkli pulların yuyulmasında ittiham olunan, dağıdıcı silahlardan ibarət cəbbəxanaya malik mafiozların işindən gedir. Bunlar “İzmaylovsk” və “Solntsevsk” mütəşəkkil cinayətkar qruplaşmalarının üzvləri hesab edilən rusiyalı biznesmenlər və oliqarxlardır.

Xəbər verilir ki, hazırda Malaqa əyalətinin Alhaurin-de-la-Torre şəhərindəki həbsxanasında İspaniya Mülki Qvardiyasının 2017-ci ilin sentyabrında keçirdiyi “Oliqarx” kod adlı əməliyyatı zamanı həbs olunan 11 rusiyalıdan dördü şübhəli şəxs qismində saxlanılır. Bunlar - "Marbelya" futbol klubunun prezidenti Aleksandr Qrinberq, Mixasdakı “Aguas Sierra de Mijas” su istehsalı zavodunun əsas səhmdarı Oleq Kuznetsov, həmin müəssisənin direktoru Serqey Dojdev və Rusiyada yaşayan, “Solntsevks” cinayətkar qruplaşmasının liderlərindən biri hesab edilən, Tamm soyadı ilə məşhur olan Arnold Arnoldoviç Spivakovskidir. Həmin Şpivakovski ki, uzun illərdir Rusiyanın maliyyə-investisiya nəhəngi “Sistem”in top-menecerlərindən biridir.

Rusiyalı qanqsterlə əlaqələr

İspaniya Mülki Qvardiyasının əməkdaşları A.Spivakovsini Kosta-del-Sol istirahət mərkəzində həbs ediblər. Yerli KİV-lərdə A.Spivakovski “nə vaxtsa İspaniyada saxlanılan ən əhəmiyyətli rus mafiozu” adlandırılıb. Onun cinayətkar aləmdə məşhur olan, İnterpol xətti ilə axtarılan, müasir qərb dünyasının gözündə Rusiya qanqsteri sayılan mafiya lideri Semyon Moqilyeviçlə sıx əlaqələri olması barədə məlumatlar var.

İspaniyanın Mülki Qvardiyası seriya həbslərin növbəti günü bu əməliyyatla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, çirkli pulların yuyulması və digər cinayətlərdə iştirak edən mütəşəkkil qrupun fəaliyyətinə son qoyulub. Əməliyyat zamanı hər birinin dəyəri 300 min avro olan 28 avtomobil, külli miqdarda qiymətli əşyalar, yüz minlərlə avro pul, sənədlər götürülüb. Hüquq-mühafizə orqanları saxlanılanlara aid 67 malikanəyə və 100 -dən çox bank hesablarına həbs qoyublar. Bundan başqa 4 yaxta və 250 min avro nagd pul da müsadirə olunub.

Silah-sursat arsenalı

İspaniya Mülki Qvardiyasının məlumatında şübhəli şəxslərin mənzillərindən aşkarlanan odlu silah arsenalı xüsusi yer alırdı. “Rus mafiyası”nın İspaniyadakı malikanələrindən birində divara bərkidilmiş tapança-pulemyotlar, snayper tüfəngləri, avtomatlarla dolu silah otağının video və fotoları İspaniya ilə yanaşı bütün dünya KİV-də yayımlanıb. Silah-sursatların İspaniya ərazisində hər hansı bir cinayətdə törədilməsinin yoxlanılması məqsədilə ballistik ekspertizasına göndərildiyi bildirilir.

“Oliqarx” əməliyyatında Qərb tendensiyası?

Ötən il sentyabrın 28-də yuxarıda adları çəkilən üç fiqur Marbeli məhkəməsi tərəfindən dəmir barmaqlıqlar arxasına yola salındı. Mətbuatın yazdığına görə, “Solntsevsk” qruplaşmasının lideri, “Mixas” ləqəbli rusiyalı sahibkar Serqey Mixaylov həbslərin ertəsi gün baş verənləri şərh edib. O, A.Spivakovskinin və daha 10 rusiyalının saxlanıldığı “Oliqarx” əməliyyatını “rusları və onlarla bağlı hər şeyi məhv etməyə yönəlmiş qərb tendensiyası”adlandırıb. “Mixas” həmçinin əminliklə ittihamların əsassız olduğunu və Spivakovskinin tez bir zamanda azadlığa çıxacağını da bildirib.

“El Espanol” nəşrinin yazdığına görə, Spivakovskinin vəkilləri heç bir əsas olmadan "ən böyük Rusiya şirkətlərindən birinin hörmətli top-meneceri" nin həbsdə saxlanılmasına etiraz ediblər. Nəşr yazır ki, A. Spivakovskinin ona elan olunmuş ittihamlarda iştirakını göstərən bircə bənd belə yoxdur. Spivakovskinin özünün ifadəsinə görə, ona qarşı irəli sürülən bütün ittihamlar absurddur. Məhkəmənin qərarı ilə həbs olunan digər rusiyalı Oleq Kuznetsovla dostluq münasibətlərinin olduğunu etiraf etsə də, onunla heç bir cinayət əlaqəsinə girmədiyini deyib. "Axı belə münasibətlərin mövcudluğu cinayət sübutu deyil", - vəkillər qəzəbləniblər.

“İbris” gömrük terminalının direktoru, kokain ticarəti, Kostya Osetinin qətli və…

Dosye: Arnold Arnold Spivakovskiy (əvvəlki soyadı Tamm)— İnterpolun və Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 1990-cı illərdə - "Solntsevks" mütəşəkkil cinayətkar dəstəsinə rəhbərlik edən "kriminal avtoritet Serqey Mixaylov və Semyon Moqileviçdən sonra mafiya rəhbərliyində ilk "səkkizliyə" daxil olub, iyerarxiyada yer alıb. 1990-cı illərin ortalarından Spivakovski "qanuni" biznesmen olmaqla bir sıra şirkətlərə rəhbərlik edib. Həmçinin “İrbis” gömrük terminalının direktor müavini, Rusiya-Belarus İttifaq dövlətinin katibi Pavel Borodinin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi, "Pekin" mehmanxanasının baş direktorunun müavini, "Kosmos" Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri, "İnturist" direktorlar şurasının başçısı vəzifələrini tutub. A.Spivakovskinin məhkumluğu olmayıb. Lakin dəfələrlə “Solntsevsk” "avtoritetləri” ilə birgə, həmçinin Moskvadakı ”Dolls” klubundakı səs-küylü kokain ticarəti ilə bağlı saxlanılıb. Bundan başqa onun “Pekin” mehmanxanasının direktoru Konstantin Qeorqiyevin (Kostya Osetin) qətlində əli olması ilə bağlı versiylar da mövcuddur.

Müdafiəçilərin “gülünc” adlandırdığı ittiham

A.Spivakovskinin müdafiəçiləri onun əvvəllər məhkum olunmamasını qeyd etməklə yanaşı Rusiya Federasiyası nazirlikləri tərəfindən mükafatlandırılmasını və iki xeyriyyə fondunun təsisçisi olduğunu vurğulayıblar. Vəkillər habelə "Solntsevsk" mütəşəkkil cinayətkar qruplaşmasının "Sistem" Maliyyə Korporasiyası ilə əlaqəsinə dair deyilənləri “ən gülünc" ittiham adlandırıblar.

Müdafiəçilər qeyd ediblər ki, şirkət Rusiya iqtisadiyyatının (neftçıxarma sənayesi, telekommunikasiyalar, səhiyyə) real sektoruna ən böyük investordur və Rusiya hökumət strukturları tərəfindən nəzarət edilir. Eyni zamanda "Sistem" maliyyə korporasiyasının nümayəndələri, hansı ki, bu strukturda A.Spivakovski demək olar ki, 20 il işləyib, onun İspaniyada həbsi ilə bağlı heç nə deməyiblər. Şirkətin məlumat xidmətində yalnız A.Spivakovskinin rəhbər şəxslərdən biri olduğu açıqlanıb. Ancaq ispan qanunvericiliyinə görə, Spivakovskinin tutulmasına “Sistem” korporasiyasından heç bir reaksiya verilməyib. Həmçinin “top-menecer”in müdafiəçiləri məhkəmə hökmündən şikayət etmək niyyətindədirlər.

“Jandarmlar əliboş getmişdilər...”

Vəkillərin açıqlamasına görə, İspaniya Mülki Qvardiyasının “Oliqarx” əməliyyatı ilə bağlı ictimaiyyətə raportundan üç gün sonra məlum olub ki, jandarmların "kiçik müharibə üçün yetəcək silah arsenalı" kimi təqdim etdikləri əslində saxlanılanlardan birinin oğluna məxsusdur, peyntbol və straykbol oyunları üçün nəzərdə tutulan silahlar olub. "Marbelya" futbol klubunun vitse-prezidenti German Pastuşenkonun inşaat biznesi üzrə partnyoru Roman Prokopenkovun oğlu Andrey Prokopenkov mətbuata açıqlamasında straykbol üçün silah təchizatını əslində heç kim müsadirə etmədiyini bildirib:”Evin zirzımisindəki silah otağına baxıb icazə sənədlərini yoxladıqdan sonra jandarmlar əliboş getdilər”.

“Malaga Hoy” nəşrinin yazdığına görə, əməliyyat-axtarış zamanı döyüş patronları ilə birlikdə bir ədəd tapança götürülüb. İspan hüquq-mühafizə orqanları isə videoda 24 yaşlı hüquq fakültəsinin tələbəsinin silah otağının şəklini çəkib və mətbuatda başqa materiallarla birlikdə yayıb. Müdafiəçinin sözlərinə görə, KİV-də saxta silah-sursat şəkillərinin müşayiəti ilə həqiqətə uyğun olmayan xəbərləri polis əməkdaşları öz işlərinin nəticələrini böyütmək məqsədi ilə yayımlayıblar.

"Rus mafiyasına qarşı əməliyyat bütün sərhədləri keçdi. Mülki Qvardiyanın araşdırması ciddi şübhələrə səbəb olur və bunlar səlahiyyətli orqanlar tərəfindən aydınlaşdırılmalıdır", - vəkil hesab edir.

Qeyd etmək lazımdır ki, Mülki Qvardiyanın əməliyyatı haqqında “Mixas”ın proqnozunun ikinci bəndi artıq gerçəkləşir - Marbelin rusdilli əhalisi "rusofobiya" nı açıq ifadə edir. "Oliqarx" əməliyyatının nəticəsində Marbelinin rusdilli sakinlərinin çoxu zərər çəkdi.

İspan KİV-inin məlumatına görə, Kuznetsovun və Qrinberqin sahibkarlıq strukturlarında Şərqi Avropadan çoxsaylı gəlmələr - ev qulluqçusu, şəxsi sürücü və onlara aid olan yaxtaların ekipajlarının üzvləri çalışırdı. Marbeldə bu gün də danışırlar ki, "Oliqarx" əməliyyatı rusdilli diasporanın və "rus mafiyasının" arasında bərabərlik işarəsi qoydu.

Pastuşenko deyir ki, həbslər və axtarışlar təqsirləndirilən şəxslərin hüquqlarının pozulmasıyla keçirilib. Onun sözləri oyuncaq arsenalının sahibi Andrey Prokopenkovun dediklərini təsdiqləyib. Jandarmlar axtarış zamanı evi dağıdıblar, divanı sökərək silah və qiymətli əşyalar axtarıblar, qanunsuz olaraq kompüterləri götürüblər. Hazırda vəkil Xose Fransisko Ruis müxtəlif dövlət institutlarına “Oliqarx” əməliyyatının gedişatında axtarış zamanı zərər çəkmiş şəxslərlə bağlı bir neçə iddia hazırlayır.

"Marbelya" futbol klubu Aleksandr Qrinberqi dəstəkləyir

"Marbelya" futbol klubunun həbsdə olan prezidenti Aleksandr Qrinberqin vəkilləri də hərəkətsiz dayanmırlar. Spivakovskdən fərqli olaraq Aleksandr Qrinberqin taleyi ilə Rusiya hüquq müdafiəçiləri də maraqlanırlar. Rusiya Elmlər Akademiyasının üzvü, İqtisad institunun direktoru Ruslan Qrinberq oğlunun günahsız olduğuna inanır.

Aleksandr Qrinberqi həmçinin ona aid olan "Marbelya" futbol klubu da fəal şəkildə dəstəkləyir. Yeri gəlmişkən xatırladaq ki, bir neçə il əvvəl rusiyalı sahibkar adıçəkilən futbol klubunun iflasdan xilas etmişdi.

Çirkli pulların yuyulmasında rusiyalı sahibkarın cinayətini sübut edən heç bir dəlil yoxdur.

Vəkilinin sözlərinə görə, Oleq Kuznetsovla Qrinberqin arasındakı biznes əlaqələrinin tək şahidliyi stadionda iki reklam lövhəsinin yerləşdirilməsi ilə bağlı “Agua de Mijas” zavoduyla "Marbelya" FK-ının arasında müqavilə olub. Bunun əvəzi olaraq zavod suyu oyunçulara və personala çatdırıb.

“El Confidencial” qəzetinin yazdığı kimi, Aleksandr Qrinberqin müdafiəsi artıq apellyasiya məhkəməsinə müraciət edib. İspan məhkəməsinin hansı qərar çıxaracağını isə zaman göstərəcək.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 18:10
“Azərbaycanın addımları prezidentin Rusiyaya səfərinin nəticələrindən çox asılı olacaq”
Bu gün, 18:09
"Hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir" - Prezident xalqı TƏBRİK ETDİ
Bu gün, 18:05
Neft Daşlarında müşavirə keçirilib
Bu gün, 17:59
Xaçaturyan qızlarını zorlayıbmış
Bu gün, 17:52
Ermənistanın müdafiə naziri Rusiyaya gedib
Bu gün, 17:40
Azərbaycanda zərərlə işləyən banklar - SİYAHI
Bu gün, 17:37
Rusiyanın əməkdar artisti Bakıda klip çəkdirib - VİDEO
Bu gün, 17:22
Putin və Merkel Suriya məsələsini müzakirə etdi
Bu gün, 17:16
Fələstinli iş adamından Türkiyəyə DƏSTƏK: - 800 min dollarını...
Bu gün, 17:11
Azərbaycan millisinin futbolçusunun Rusiya vətəndaşı kimi göstərilməsinin səbəbi məlum olub
Bu gün, 17:09
Sabah dolar neçəyə olacaq?
Bu gün, 17:05
Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır
Bu gün, 16:58
“140 min pul vermişəm...” - Həbib Axundovun zərərçəkmiş olduğu məhkəmədən
Bu gün, 16:53
Avqustun 24-dək hava isti olacaq - Yay "qayıdır"
Bu gün, 16:50
Azərbaycanlı müğənni Bakını işıqsız qoydu - Çəkilişdə görünməmiş hadisə
Bu gün, 16:46
Xəstəxanada müəmmalı intihar: - “Dedi ki, tualetə gedirəm...”
Bu gün, 16:41
"Qiymətlər artırsa, əmək haqqı da artırılmalıdır"
Bu gün, 16:40
Azərbaycanlı diaspora sədrinə qarşı ŞOK İTTİHAM - Narkobizneslə məşğuldur və...
Bu gün, 16:37
Vaqif Mustafayev sənədli film festivalının münsiflər heyətinə rəhbərlik edəcək
Bu gün, 16:26
Ağdaşda yeniyetməni elektrik cərəyanı vuraraq öldürüb
Bu gün, 16:09
"Türkiyəni diz çökdürmək istəyirlər" - Ərdoğan
Bu gün, 16:03
"Ya yaddan çıxmışam, ya da layiq bilmirlər" - 60 yaşını da fəxri adsız qeyd edən "Ovçu Pirim"
Bu gün, 15:59
Tonlarla Azərbaycan gavalısını Rusiyaya buraxmadılar
Bu gün, 15:56
Azərbaycanın əməkdar təhsil işçisi vəfat edib
Bu gün, 15:54
Bakıda 12 yaşlı uşaq itkin düşüb
Bu gün, 15:34
Rusiyada `qanuni oğru`lar yeni liderlərini seçiblər
Bu gün, 15:29
"Mənimlə evlənmək istəyənlər alfonsdular" - Azərbaycanlı aktrisa
Bu gün, 15:27
Azərbaycan Gürcüstan mallarını ən çox alan ölkədir
Bu gün, 15:24
Azərbaycanlı müğənninin bibisi rəqs edərək sosial şəbəkəni "partlatdı" - VİDEO
Bu gün, 15:23
Oğlu ilə birlikdə tələbə adını qazanan müəllimə: - “Magistraturaya da...”
Bu gün, 15:21
Ziya Məmmədovun gəlninin biznesi ortaya çıxdı - FOTOLAR
Bu gün, 15:20
Adil Vəliyev: Sabunçuda hər şey ondan sorulur... - İTTİHAM
Bu gün, 15:14
Səidədən daha bir qalmaqallı çıxış: - "Seks müğənniləridir..."
Bu gün, 14:59
Koçaryanın villası və ofisində axtarış aparılıb
Bu gün, 14:50
ABŞ süni şəkildə buna mane olur - Lavrov
Bu gün, 14:48
Bu il Azərbaycanda həkimlərin sayı azalıb
Bu gün, 14:46
Elman Rüstəmovun Federasiyasında maaş problemi: - "Gecikmə ola bilər..."
Bu gün, 14:45
Təhsil Nazirliyi hansı tələbələrin təhsil haqqından azad olunduğunu açıqlayıb
Bu gün, 14:39
"Total" İranı tərk edib
Bu gün, 13:21
Doğuşdan 45 dəqiqə sonra ölən körpənin anasından ŞOK iddialar - +18 VİDEO
Bu gün, 13:17
"1 manatlıq "kontur" yüklə, ərə get" - Azərbaycanda evlilik biznesi
Bu gün, 13:13
Allahşükür Paşazadə Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib
Bu gün, 13:10
"Mən ona yaxınlaşanda köynəyini qaldırıb qarnına zərbə vurmaq istədi" - Fədayə Laçının məhkəmə işi...
Bu gün, 13:08
Qum-çınqıl karxanaları ilə bağlı cinayət işinin istintaqı tamamlanıb
Bu gün, 13:06
DİN-in idarə rəisi dünyasını dəyişdi
Bu gün, 13:04
"Keçmiş qayınatam Gömrük Postunun rəisi işləyib, böyük imkanları, əmlakları var…” - GİLEY
Bu gün, 13:01
“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi
Bu gün, 12:57
Bu həftə Mingəçevirdəki qəzayla bağlı yekun rəy olacaq
Bu gün, 12:52
...gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 12:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru