Avropa İttifaqının səfirləri Azərbaycan xalqını təbrik edib .....                     Azərbaycandan gedən fəhlələr qiyməti qaldırdı, .....                     Neqativ hallara yol verənləri ciddi cəza gözləyir .....                     Milli Məclisin sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının .....                     Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub .....                     Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru dələduzluqda ittiham olunur .....                     Müəllimlərin maaşları artırılacaq .....                     Masallıda 16 yaşlı qız itkin düşüb .....                     20 min məcburi köçkünün işlə təmin olunmasına ehtiyac var .....                     Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi .....                     Tanınmış həkimdən "Grand Hospital”dakı kütləvi ixtisarlara ETİRAZ .....                     Prokuror Bakıda bir mənzili 6 nəfərə satan şirkət direktorunun hökmündən protest verib .....                     Goranboyda 83 yaşlı qadın intihara cəhd edib .....                     İbrahimbəyov sizin zəifliyinizdən istifadə edir .....                     Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı .....                     Azərbaycanda dəhşət .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     DTX-nın həbs etdiyi gömrük əməkdaşının apellyasiya şikayəti təmin edilməyib .....                     Tanınmış hüquq müdafiəçisinin evinə içalatı çıxarılmış koramal atdılar .....                     Polisi silahla hədələdi .....                     İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir .....                     Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb .....                     Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin GÜNDƏLİYİ açıqlanıb .....                     Milli Məclis sədrinin Gürcüstana səfəri başlayıb .....                     Moldova separatçıları etiraza hazırlaşır .....                     Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb .....                     Bakının iki küçəsində hərəkət qismən məhdudlaşdırılacaq .....                     "Unibank”da məni 4 saat girov saxladılar” .....                     İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü .....                     Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin davamıdır .....                     “Bakcell” abunəçilərinə müraciət edib .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Paşinyan mahiyyət etibarilə Sərkisyandır .....                     "Lukoil"dən yenə şikayət: .....                     Mişel Platininin üzərindən korrupsiya ittihamı götürülüb .....                     Rusiyanın “5-ci kolon”u yığışdırılır .....                     Bərdədə pul atdı, Berlindən oturum istəyir... .....                     Əli Kərimlinin mühacir biznesində yeni oyunçular .....                     Azərbaycan narkobaronların hədəfində .....                     Samur-Abşeron kanalında batan şəxsin axtarışına başlanılıb .....                 

"Xaçmaz şəhərinin girişindəki yola də əncam çəkməyə ehtiyac var" - GİLEY
Tarix: 16-01-2018, 15:58 | Çap et
"Xaçmaz şəhərinin girişindəki yola də əncam çəkməyə ehtiyac var"
Mənsub olduğum bölgənin problemlərindən yazmağı xoşlamıram. İmkan olanda, əlim yetəndə onları gərəkli şəxslərin diqqətinə sakitcə çatdırıram, həllinə çalışıram. Çox zaman da bunu heç kimə demədən edirəm. Amma bəzən elə məsələlər olur ki, onları ictimailəşdirmədən həll etmək mümkün olmur.

Yoldan danışmaq istəyirəm. Xaçmaz rayonunun Dədəli kəndinin yolundan. Daha doğrusu, Dədəli-Uzunoba yolundan. Bu yol sadəcə iki kəndi deyil, el arasında deyildiyi kimi, hər tərəfdə yeddi para kəndi birləşdirir. Özü də bütün bu kəndlərin camaatı bir-birinə qohum-qardaşdır. Söhbət minlərlə insandan gedir.

Dədəli ilə Uzunoba arasındakı yol cəmi 3 km-dir. piyada yarım saata gedilir. Uşaq vaxtı biz tay-tuşlarımızla bu yolu çox getmişik. Futbol oynamaq, yaxud da sadəcə gəzib-dolaşmaq üçün. Kənd uşaqlarıydıq, bizim üçün piyada yol getmək çətin deyildi.

İndi də mənim üçün o yolu piyada getmək problem deyil. Lakin birdən güclü yağış, qar sonucu yolun ortasından keçən Qusarçay kükrəyib daşmasa. Bu çaya sel gələndə nəinki ordan keçmək, yaxından baxmaq belə məsləhət deyil. Durduğu yerdə adamın başı hərlənir.

İllərdir bu çayın üzərindən keçən, xalq arasında “Hündür körpü” deyilən bağlayıcı dağılıb. Hazırda onun yerində heç əsər-əlamət də qalmayıb.

Yadımdadır, “Hündür körpü” palıddan idi. İri palıd ağaclarından qurulmuşdu, üstünə də dəmir atılmışdı. Həm insanlar, həm də ən ağır texnika rahat şəkildə hər iki tərəfə keçə bilirdi. Amma günlərin birində sel gəldi, körpünü aşırdı, yuyub dağıtdı. Sonra da qalıqlarını yox etdi.

Yazıya əlavə etdiyim videodan da göründüyü kimi, orada nə vaxtsa körpü olduğunu zənn etmək üçün belə əlamətlər yoxdur.

Körpü dağıldıqdan sonra yol da yavaş-yavaş aşındı. İndi yolun özü də keçilməzdir. Bunu da görüntülərdən görmək olar.

Demək istədiyim odur ki, Qusarçayın üzərindən keçən körpünün illər öncə dağılması, yolun da aşınması ona gətirib çıxarıb ki, hər iki tərəfin camaatı gediş-gəlişi azaltmağa məcbur olub. Lakin bəzən məcburiyyət qarşısında gediş-gəliş olursa, bunun üçün alternativ yoldan istifadə edilir. O yol da nə az, nə çox – düz 20 km-dir! Yəni 3 km-lik məsafəyə getmək üçün 20 km yol qət etməli olursan.

"Xaçmaz şəhərinin girişindəki yola də əncam çəkməyə ehtiyac var"

Dədəli-Uzunoba yolunun xəritəsi. Fərq göz önündədir.

Uzunoba və Dədəli camaatı bir-birinin xeyir-şərinə getmək üçün Xaçmaz-Xudat yoluna çıxmalı olur. Məcburdurlar. Çünki mənim kimi piyada getməyə imkanı olmayanlar maşınla getməlidir. Bu isə o deməkdir ki, keçilməz yolla deyil, keçilən yolla getmək lazımdır.

Bütün bunları ona görə yazıram ki, körpünün və yolun bərpası üçün çağırış edim. Çox təəssüfləndirici haldır ki, ölkədə bu qədər sürətli quruculuq işləri aparıldığı, yol şəbəkəsi yenidən qurulduğu halda bəzən mənim kəndim kimi gözdən iraq yerlərdə ən adi problem illərlə həllini tapmır.

Ümid etmək istərdim ki, müvafiq qurumlar çox qısa bir zamanda məsələni nəzarətə götürəcək və həll edəcək.

Əlavə olaraq bildirim ki, Dədəlinin baş yollarından birinə bir neçə il öncə asfalt çəkilib. Yol bir az daraldılıb, iki maşın qarşı-qarşıya gələndə çətinliklə keçə bilir. Amma ədalət naminə deyək ki, yaxşı yoldur. Yalnız son zamanlar o da aşınmağa, dağılmağa başlayıb.

Kəndin daha bir yaxşı cəhəti də odur ki, qaz çəkilib. Düzdür, son bir aya qədər çox zaman adı olub özü olmurdu. Bu yaxınlarda bunu da həll etdilər və camaatımız çox məmnundur.

İşıq sarıdansa demək olar ki, problem yoxdur. Yalnız bəzi məhəllələrdə işıq zəif olur. Amma kəsilməsi nadir hallarda baş verir. O da hansısa qəza olanda.

Suyumuz da öz yerindədir. Buna görə də camaat dövlətdən çox razıdır. Cənab Prezident İlham Əliyevə, onun özəlliklə yol və qazlaşdırma məsələlərindəki birmənalı mövqeyinə görə həm də. Çünki Prezident dəfələrlə deyib ki, kəndlə şəhər arasındakı fərq aradan qaldırılacaq, ölkədə qazı və yolu olmayan bir kənd belə qalmayacaq. Doğrudan da son illər sürətlə qazlaşdırma və yolsalma işləri aparılır. Bunu hər kəs görür, bəyənir və məhz ona görə cənab Prezidentə təşəkkür edir. Amma bəzən mənim kəndim kimi gözdən iraq yerlərdə “yaddan çıxan” yollar da olur ki, bunu da həll etmək vacibdir.

Bu görüntüləri də ona görə çəkib paylaşıram. Deyirəm, bəlkə müvafiq qurumların diqqətinə belə əyani şəkildə çatdırsaq, illərdir görmədiklərini görər, həll etmədiklərini həll edərlər.

Hə, bir də deyirlər ki, yol çəkmək böyük savabdır.

Sözardı: Ümumiyyətlə yollar həmişə mənim ağrılı yerim olub. Bizim kəndə birbaşa dəxli olmasa da deyəcəyəm: Xaçmaz şəhərinin girişindəki yola də əncam çəkməyə ehtiyac var. Yayda tozdan, qışda palçıqdan keçilməz haldadır bu yol. Ətrafında yaxşı abadlıq işləri aparılıb. Yol özü də təmir edilmişdi. Amma sonradan başına elə oyunlar açıldı ki, indi sadəcə ölkəmizin ümumi mənzərəsini pozur…

Azər HƏSRƏT, [email protected]
yenicag.az

VİDEO BURADA






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa İttifaqının səfirləri Azərbaycan xalqını təbrik edib - VİDEO
26-05-2018, 13:13
Əməliyyat olunan məşhur meyxanaçımızın yeni FOTOSU
26-05-2018, 13:04
Azərbaycandan gedən fəhlələr qiyməti qaldırdı, Rizə çayçılarının işi çətinə düşdü
26-05-2018, 13:00
Neqativ hallara yol verənləri ciddi cəza gözləyir - “Qaçqınkom”da YENİLİK
26-05-2018, 12:45
Namiq Mənanın oğlu maşınını qaçırıb avtoşluq etdi?
26-05-2018, 12:42
Milli Məclisin sədri Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak edir
26-05-2018, 12:39
Sosial şəbəkədə qadınları şantaj edən şəxs tutulub
26-05-2018, 12:36
Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru dələduzluqda ittiham olunur — ŞOK TƏFƏRRÜAT
26-05-2018, 12:35
Müəllimlərin maaşları artırılacaq
26-05-2018, 12:32
Masallıda 16 yaşlı qız itkin düşüb
26-05-2018, 12:30
20 min məcburi köçkünün işlə təmin olunmasına ehtiyac var - Dövlət Komitəsi
26-05-2018, 12:06
Biznesmen “bomj” atasının dalınca morqa 150 minlik maşında gəldi - Bakıda şok olay
26-05-2018, 12:02
Tanınmış həkimdən "Grand Hospital”dakı kütləvi ixtisarlara ETİRAZ
26-05-2018, 11:59
Prokuror Bakıda bir mənzili 6 nəfərə satan şirkət direktorunun hökmündən protest verib
26-05-2018, 11:54
Goranboyda 83 yaşlı qadın intihara cəhd edib
26-05-2018, 11:49
İbrahimbəyov sizin zəifliyinizdən istifadə edir - Nazirə müraciət
26-05-2018, 11:44
Kustar oliqarxlar Azərbaycanda sənayenin strateji sahəsini dağıtdı - Zülfüqarlı qardaşları haqda iddialar...
26-05-2018, 11:41
Azərbaycanda dəhşət - Ər arvadını "kislota"yla yandırdı
26-05-2018, 11:40
Azərbaycan nefti ucuzlaşıb
26-05-2018, 11:35
DTX-nın həbs etdiyi gömrük əməkdaşının apellyasiya şikayəti təmin edilməyib
26-05-2018, 11:34
63 yaşlı müğənnimiz efirə hamam xalatında çıxdı
26-05-2018, 11:31
Tanınmış hüquq müdafiəçisinin evinə içalatı çıxarılmış koramal atdılar - FOTO
26-05-2018, 11:25
Polisi silahla hədələdi - Astarada OLAY
26-05-2018, 11:22
İsrail parlamentindəki saxta “soyqırım” müzakirələri Bakını da təhdid edir
26-05-2018, 11:20
Sabiq MTN polkovnikinin şikayəti əsasında məhkəmə başlayıb
26-05-2018, 10:26
Məhkəmə kosmetoloq Elnarə barədə qərar verdi
26-05-2018, 10:23
Fransa xarici işlər nazirinin Azərbaycana səfərinin GÜNDƏLİYİ açıqlanıb
26-05-2018, 10:16
Milli Məclis sədrinin Gürcüstana səfəri başlayıb - SİYAHI
26-05-2018, 10:13
Moldova separatçıları etiraza hazırlaşır
26-05-2018, 10:06
Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb - İLGİNC
26-05-2018, 10:04
Müğənni həmkarını biabır etdi: - “Gecələr 200 manata kişi axtarır”
26-05-2018, 10:02
Bakının iki küçəsində hərəkət qismən məhdudlaşdırılacaq
26-05-2018, 10:00
"Unibank”da məni 4 saat girov saxladılar” - GİLEY
26-05-2018, 09:54
İcra başçısı torpaq zəbt edib İnam Kərimovun diqqət mərkəzinə düşdü - FOTOLAR
26-05-2018, 09:46
Əfv sərəncamı Prezident İlham Əliyevin humanizm siyasətinin davamıdır - deputat
26-05-2018, 09:41
“Bakcell” abunəçilərinə müraciət edib
26-05-2018, 09:28
Cəbhə xəttində erməni təxribatı davam edir
26-05-2018, 09:25
Üzeyir Mehdizadənin səsi ABŞ-dan gəldi
26-05-2018, 09:23
Emin Ağalarov planlarını açıqladı, elə şeylər söylədi ki...
26-05-2018, 09:09
Paşinyan mahiyyət etibarilə Sərkisyandır - Ekspert
26-05-2018, 09:05
"Lukoil"dən yenə şikayət: - 10 manatlıq benzin yoxa çıxır
26-05-2018, 09:04
Mişel Platininin üzərindən korrupsiya ittihamı götürülüb
26-05-2018, 09:03
Rusiyanın “5-ci kolon”u yığışdırılır – ermənilər təlaşda
26-05-2018, 09:02
Bərdədə pul atdı, Berlindən oturum istəyir... - Fırıldaqçı usta özünü siyasi mühacir kimi təqdim edir
26-05-2018, 09:00
Əli Kərimlinin mühacir biznesində yeni oyunçular
26-05-2018, 08:56
Azərbaycan narkobaronların hədəfində
26-05-2018, 08:53
Samur-Abşeron kanalında batan şəxsin axtarışına başlanılıb
26-05-2018, 08:50
“Belə olacağını bilsəydim, nə müharibəyə gedər, nə də əlil olardım” -Erməni hərbçi
26-05-2018, 08:49
Dünyanın aparıcı şirkətlərinin rəhbərləri Bakıya gəlir
26-05-2018, 08:45
Bu gün dollar neçəyədir?
26-05-2018, 08:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru