Tramp Ruhani ilə görüşə ‘dəfələrlə cəhd edib’ .....                     Saxta dindarları kim və necə müəyyənləşdirir... .....                     “Bəzi müğənnilər kimi orijinal olmaqdansa, çakma Aygün olmaq yaxşıdır...” .....                     ABŞ-ın yeni Qarabağ planı .....                     Renka Əhməd Mustafayevdən sonra hansı ulduzun klipində çəkiləcək? .....                     Gəncə olayı ilə bağlı həbs edilənlərdən biri baş redaktoru hədələyirmiş .....                     İtaliya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib .....                     Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb .....                     Aygünlə İnqrid yenidən bir arada .....                     Qanunsuz ov edən şəxslər saxlanılıb .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     "Akkord" korporasiyası kapitalının 2/3 hissəsini itirib .....                     Sevadan Türkiyə şou-biznesini silkələyəcək yeni klip .....                     Bakıda gənc oğlana çəngəllə ağır xəsarət yetirilib .....                     Dələduzluqda təqsirləndirilən ana və oğulun bəraət hökmü qüvvədə saxlanılıb .....                     Renka gözəllik sirrini açıqlayıb .....                     Türkiyədə 2 il bundan qabaq elan olunan fövqəladə vəziyyət rejimi başa çatıb .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     "Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək" .....                     Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı .....                     Həkimlər kobra sancan azərbaycanlı sehrbaz haqda: .....                     "Azərbaycan prezidentinin Rusiyaya səfəri zamanı bütöv sənədlər paketini imzalamağı planlaşdırırıq" .....                     İşsiz qalan keçmiş icra başçıları .....                     Mədət Quliyev və Elnur Məmmədli hərbi hissədə cüdo üzrə master-klass keçib .....                     Dolların sabaha olan məzənnəsi .....                     ATƏT DTİHB Azərbaycanda prezident seçkiləri üzrə yekun hesabatı açıqlayıb .....                     Bakıda 78 yaşlı kişi itkin düşdü .....                     “İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir” .....                     Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları .....                     Bakıda daha bir oteldə ərəb öldü .....                     Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə yaratdılar .....                     DYP-nin keçirdiyi reyddə qalmaqal .....                     Fars-molla rejiminin naziri Azərbaycan türkcəsini “təhlükə” adlandırdı .....                     Məhbusların qaçmasına görə tutulan Penitensiar xidmətin əməkdaşlarının cinayət işi ilə tanışlıq mərhələsi başa çatıb .....                     "Lerik rayon icra hakimiyyətindən mənə deyirlər ki, biz sənə ev tikməliyik?" .....                     "Bəs, bu terrorun arxasında kim dayanır?" .....                     “17 il Marsdakı gizli hərbi bazada xidmət etmişəm” .....                     Türkiyədə səhvən xəstənin boğazını kəsən həkim Bakıda çalışacaq .....                     Qolu sarğılı süpürgəçi qadın kimdir? .....                     Alterantiv enerji üçün ayrılan pullar hara getdi? .....                 

Öz gözündə tiri görməyən Amerika... - Faktlar iddianı təkzib edir
Tarix: 13-01-2018, 14:28 | Çap et
Öz gözündə tiri görməyən Amerika...
Hər ilin əvvəlində ABŞ Dövlət Departamenti terror təhdidi olan ölkələrin siyahısını yayır. Daha dəqiqi, öz vətəndaşlarını həmin ölkələrə gedərkən diqqətli olmağa çağırır, yaxud da getməyi tövsiyə etmir.

2018-ci il yanvarın 10-da da Dövlət Departamenti növbəti belə bir çağırış edib və çox təəccüblü, maraqlıdır ki, bu dəfə Azərbaycanın təhlükəlilik dərəcəsini 1-dən 2-yə qaldırıb.

Qurum ABŞ vətəndaşlarını terrorizm təhlükəsi ilə əlaqədar Azərbaycana səyahətdə diqqətli olmağa çağırıb. Bəzi sahələrdə risklərin artdığı qeyd olunub.

Məlumatda iddia olunur ki, “terrorçu qruplar Azərbaycanda mümkün hücumları planlaşdıra bilərlər. Terrorçular turizm məkanlarını, nəqliyyatı, ticarət mərkəzlərini, yerli hökumət obyektlərini, restoranları, ibadət yerlərini, mədəni tədbirləri, aeroportları və s. ictimai yerləri hədəf ala bilərlər”.

Dövlət Departamenti, həmçinin vətəndaşlarına Dağlıq Qarabağa səfər etməməyi tövsiyyə edib və münaqişə ərazisində ABŞ-ın vətəndaşlarının təhlükəsizliyini qoruya bilməyəcəyi barədə məlumat verib.

İndi keçək bu deyilənlərin təhlilinə. Sonuncudan - Dağlıq Qarabağdan başlayaq və kəsə deyək: Dağlıq Qarabağ probleminin həlli üçün işğalçı Ermənistanın Azərbaycana qarşı torpaq iddiasından geri çəkilməsi, işğal etdiyi torpaqları boşaltması yeganə şərtdir. Dünyanın “başbiləni”, həmsədr ölkə kimi Amerika rəhbərliyi də bunu çox gözəl bilir. Odur ki, Dağlıq Qarabağda - Azərbaycanın hazırda nəzarət edə bilməyəcəyi ərazilərdə hansısa təhlükələr mövcuddursa, burada yeganə günahı olmayan da elə Azərbaycandır. Günahkar işğalçı Ermənistan və ona açıq şəkildə dəstək verən Qərb, ABŞ-ın özüdür.

Azərbaycan ərazisində terror təhlükəsinə gəlincə, bu, artıq bir dövlətin daxili işi deyil! Terror ümumbəşəri bəladır və bu bəlanın ortaya çıxmasında başlıca günahkar elə Qərbdir. Sirr deyil ki, terrorçu təşkilatlar beynəlxalq güclərin, bəzi super dövlətlərin əlində həm də bir alətdir. Bu iddialar da yersiz deyil ki, əksər terror şəbəkələrini onlar qidalandırır, maliyyələşdirir, silahlandırır. Sonda isə həmin terror təşkilatları tam nəzarətdən çıxıb, bu güclərin özünə qarşı da təhlükəyə çevrilirlər. Hətta açıq şəkildə terror təşkilatlarına dəstək verilməsi faktları da var. Məsələn, bütün dünyanın terror qurumu kimi tanıdığı - PKK-nın Suriya qolu YPG-yə Amerika “şəffaf” şəkildə yardım edir, silah verir! Hətta ABŞ Xüsusi Qüvvələr Komandiri general Raymond Tomas YPG-nin adını Suriya Demokratik Qüvvələri olaraq dəyişdirdiklərini də açıqlamışdı.

O cümlədən, radikal vəhabizmin, İŞİD-in də Qərb tərəfindən yaradıldığı haqda iddiaları bütün dünya boyunca əksər mötəbər media quruluşları yazıb. Göstərilən faktlarsa kifayət qədər də inandırıcıdır.

Azərbaycanın turistik bölgəyə çevrildiyi bir vaxtda, son 2 ildə ölkəmizə turist axınının 20 faizdən çox artdığı bir zaman kəsiyində Amerikanın Azərbaycanı terror təhlükəsinin yüksək olduğu ölkələr sırasına salması həm də bir qərəzdir. O da mümkündür ki, Amerika Gürcüstanı özünün bölgədəki forpostu hesab etdiyindən bu regionda turizmin də məhz orada güclənməsində maraqlıdır.

Və bir ciddi mülahizə də budur; gerçəkdən ABŞ-ın xəbəri var ki, dünya boyunca harada terror ola bilər. Məsələn, Türkiyədə “Reina terroru”ndan bir qədər əvvəl Amerika xüsusi xidmət orqanları İstanbulda terorrçuların qanlı aksiya planlaşdırdıqları barədə xəbərdarlıq etmişdi...

Bu kimi ayıq-sayıqlığı Amerikanın güclü kəşfiyyat orqanlarının fəaliyyəti ilə əlaqələndirənlər çoxluq təşkil edir. Amma belə bir ritorik iddialar, fikirlər də var: “Terroru sifariş edən əlbəttə bilir ki, terror harada olacaq”...

Qayıdaq Azərbaycana. Düzdür, son illərdə ölkəmizdən xeyli sayda radikal dindarlar müxtəlif terrorçu şəbəkələrə qoşulublar. Ötən illərdə xüsusi xidmət orqanlarının onların zərərsizləşdirilməsi istiqamətində atdığı addımları danmaq elə dünyada Amerikanın mövcudluğunu danmaq kimi bir şey olardı. Həmçinin, bu fakt da danılmazdır ki, hazırda dünyanın ən sakit, sabit, terror törədilməyən, əmin-amanlıq olan azsaylı dövlətlərindən biri də Azərbaycandır. Şükürlər olsun, bizdə düz 10 ildir ki, terror olmur! Sonuncu dəfə Bakıda 2008-ci ildə baş verib belə hadisə - radikal dinçilərin toplaşdığı Əbu-Bəkr məscidinə qumbara atılmışdı, 2 nəfər ölmüşdü.

Amma bilirsinizmi Amerikada təkcə 2016 və 2017-ci illərdə nə qədər terror olub və neçə adam terror qurbanıdır?!

Faktlara diqqət edək:

12 iyun 2016-cı ildə ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 53 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.

17 sentyabr 2016-cı ildə ABŞ-da Manhettenin qərb hissəsində baş verən partlayış nəticəsində 29 nəfər xəsarət alıb. Bir sutka sonra isə Nyu-Cersidə əldəqayırma bomba partlayıb. Hadisələrlə əlaqədar 28 yaşlı əfqan mənşəli Əhməd Xan Rəhimi saxlanılıb.

7 yanvar 2017-ci ildə ABŞ-ın Florida ştatında yerləşən “Fort Lauderdal Hollivud” beynəlxalq hava limanında naməlum şəxs kütləyə atəş açıb. Terror nəticəsində 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

2 oktyabr 2017-ci ildə Las-Veqas şəhərində törədilən terrorda isə ölənlərin sayı 62 nəfər, yaralıların sayı isə 515 nəfər olub.

Hadisəni törədən şəxsin 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib.

31 oktyabr 2017-ci ildə Nyu-Yorkda sürücü yük maşınını piyadaların üzərinə sürüb. Nəticədə 8 nəfərin ölüb, 12 nəfər yaralanıb.

6 noyabr 2017-ci ildə ABŞ-ın Sazerlend-Sprinqs şəhərində (Texas ştatı) naməlum şəxsin baptist kilsəsinə daxil olaraq atəş açması nəticəsində 27 nəfər ölüb...

Ölüm faktı olmayan, amma müxtəlif sayda insanın yaralanması ilə nəticələnən bir neçə digər terror aktı da var.

İndi reallığı özünüz qiymətləndirin, ABŞ təhlükəli dövlətdir, yoxsa son 10 ildə terror baş verməyən Azərbaycan?





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Ruhani ilə görüşə ‘dəfələrlə cəhd edib’
Bu gün, 10:14
Adnan Oktara rəsmi ittiham elan olundu və həbsxanaya göndərildi
Bu gün, 10:13
Saxta dindarları kim və necə müəyyənləşdirir...
Bu gün, 10:01
“Bəzi müğənnilər kimi orijinal olmaqdansa, çakma Aygün olmaq yaxşıdır...”
Bu gün, 09:59
ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?
Bu gün, 09:58
Renka Əhməd Mustafayevdən sonra hansı ulduzun klipində çəkiləcək?
Bu gün, 09:56
Gəncə olayı ilə bağlı həbs edilənlərdən biri baş redaktoru hədələyirmiş
Bu gün, 09:54
İtaliya Prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Bu gün, 09:52
Cinayət törətməkdə şübhəli bilinən 26 nəfər saxlanılıb
Bu gün, 09:51
Aygünlə İnqrid yenidən bir arada
Bu gün, 09:50
Qanunsuz ov edən şəxslər saxlanılıb
Bu gün, 09:47
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:46
"Akkord" korporasiyası kapitalının 2/3 hissəsini itirib
Bu gün, 09:45
MTRŞ radiolarla bağlı narahatedici məqamları açıqladı - NƏLƏRDİR?
Bu gün, 09:44
Sevadan Türkiyə şou-biznesini silkələyəcək yeni klip
Bu gün, 09:39
Bakıda gənc oğlana çəngəllə ağır xəsarət yetirilib
Bu gün, 09:37
Dələduzluqda təqsirləndirilən ana və oğulun bəraət hökmü qüvvədə saxlanılıb
Bu gün, 09:36
Renka gözəllik sirrini açıqlayıb
Bu gün, 09:34
Türkiyədə 2 il bundan qabaq elan olunan fövqəladə vəziyyət rejimi başa çatıb
Bu gün, 09:33
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 09:32
"Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək" - Prezident İlham Əliyev
Dünən, 18:07
Saakaşvilinin appelyasiya şikayəti qəbul olunmadı
Dünən, 18:03
Həkimlər kobra sancan azərbaycanlı sehrbaz haqda: - Yaşaması möcüzədir
Dünən, 17:59
"Azərbaycan prezidentinin Rusiyaya səfəri zamanı bütöv sənədlər paketini imzalamağı planlaşdırırıq" - Maksim Oreşkin
Dünən, 17:53
"Röya 5 şirvana oxuyan adam idi..." - Elit star Cəmilə
Dünən, 17:46
İşsiz qalan keçmiş icra başçıları – Mənimsəmə, milyonlar, qohum biznesi…
Dünən, 17:42
Mədət Quliyev və Elnur Məmmədli hərbi hissədə cüdo üzrə master-klass keçib
Dünən, 17:31
Dolların sabaha olan məzənnəsi
Dünən, 17:27
ATƏT DTİHB Azərbaycanda prezident seçkiləri üzrə yekun hesabatı açıqlayıb
Dünən, 17:15
“Siyah sancak: Mübariz” filminin rejissoru: - “İcra başçısı bizimlə görüşdü və söz verdi ki...”
Dünən, 17:08
Nazpəri fəlsəfə doktoru oldu
Dünən, 17:04
Bakıda 78 yaşlı kişi itkin düşdü
Dünən, 17:00
“İnternet medianın fəaliyyəti ölkənin informasiya təhlükəsizliyi baxımından vacibdir” - Əflatun Amaşov
Dünən, 16:58
"AST Telman Abbasa sponsorluq etdi, ad aldı" -Elit star Cəmiləyə əməkdar artistdən cavab
Dünən, 16:47
Qazaxda tutulan erməni xüsusi təyinatlısının fotoları - ERMƏNİSTANDA DƏLİNİN ƏLİNƏ NİYƏ AVTOMAT VERİRLƏR?
Dünən, 16:42
Bakıda daha bir oteldə ərəb öldü - FOTO
Dünən, 16:37
Xalq artistindən fonoqramla toy oxuyanlara SƏRT TƏNQİD
Dünən, 16:35
Vikiçilər mətbuatın 143 illiyi ilə bağlı 143 məqalə yaratdılar - VİDEO
Dünən, 16:32
DYP-nin keçirdiyi reyddə qalmaqal - VİDEO
Dünən, 16:24
Fars-molla rejiminin naziri Azərbaycan türkcəsini “təhlükə” adlandırdı
Dünən, 16:22
Məhbusların qaçmasına görə tutulan Penitensiar xidmətin əməkdaşlarının cinayət işi ilə tanışlıq mərhələsi başa çatıb
Dünən, 16:13
"Lerik rayon icra hakimiyyətindən mənə deyirlər ki, biz sənə ev tikməliyik?" - GİLEY
Dünən, 16:12
"Bəs, bu terrorun arxasında kim dayanır?"
Dünən, 15:59
"Ola bilər "Maşın Şou"da qazandığım avtomobil satılıb..." - Roza Zərgərli
Dünən, 15:53
“17 il Marsdakı gizli hərbi bazada xidmət etmişəm” — Amerikalı hərbçidən şok açıqlama
Dünən, 15:38
Türkiyədə səhvən xəstənin boğazını kəsən həkim Bakıda çalışacaq - “Ege Hospital”dan növbəti biabırçılıq
Dünən, 15:33
Qolu sarğılı süpürgəçi qadın kimdir? - FOTOLAR
Dünən, 15:31
Alterantiv enerji üçün ayrılan pullar hara getdi? – Qohumlara ayrılan milyonlar
Dünən, 15:30
Rusiya ordusu Ermənistan kəndində atəş açır, ermənilər qorxusundan huşunu itirir
Dünən, 15:28
Soros Gəncəyə erməni agentlər göndərib? - SENSASİYALI FOTOFAKT
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru