Türkdilli ölkələrin vahid gömrük zonası yaradıla bilər .....                     Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldılar .....                     Türk ordusundan Menbiç açıqlaması: .....                     Elman Allahverdiyev Almaniyada kimin milyonlarını yuyub? .....                     Kralın kürəkəni bu həbsxanada cəzasını çəkəcək .....                     Bitkoin ucuzlaşır .....                     Ermənistanda hakimiyyət qarşıdurması .....                     Salyan sakini intihar edib .....                     Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili forması açıqlanıb .....                     Türk əsgəri Menbiçdə .....                     "Mən başqaları kimi xarici kəşfiyyata işləmirəm ki, milyonlarım olsun" .....                     Fazil Mustafadan daha bir qalmaqallı açıqlama: .....                     Şəkidə avtomobil yanıb .....                     FES-in qərarı: dollar sürətlə möhkəmlənir .....                     “General Manvelin işi Qarabağ məsələsində bizə bərk zərbə oldu...” .....                     Kombaynlar icra başçılarının inhisarındadır .....                     "Hazırkı vəziyyətdə bunları etmək asan deyil" .....                     Əziz Əzizov "OVA ÇIXIB"... .....                     Kürdəmirdə külək iri gövdəli ağacları aşırıb .....                     Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib .....                     Nazir yeni şöbə müdiri təyin etdi .....                     Aİ Krımın Rusiya tərəfindən ilhaqına görə tətbiq etdiyi sanksiyaların müddətini uzadıb .....                     Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi .....                     Ağacları kəsən məşhur restoran sahibi həbs edildi .....                     "Bir gecəni səhərə kimi hamımız ədyala bükülüb oturduq" .....                     Qaxda güclü külək və yağış fəsadlar törədib .....                     Tanınmış QHT rəhbəri həbs olundu .....                     Gürcüstanda "Lotu Quli"nin adamları saxlanılıb .....                     Yırtıcı generalın malikanəsindən tapılanlar: .....                     Sabah Bakıda 31, rayonlarda 34 dərəcə isti olacaq .....                     Bakıda intihara cəhd .....                     Səudiyyədə şahzadə polisi döyüb .....                     Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib .....                     12 yaşlı uşağın Kürdə batmasının təfərrüatı: .....                     Polis avtomobil oğrularını yaxaladı .....                     1500-dən çox pivə bakalı oğurlayan Şüvəlan sakini saxlanılıb .....                     Durumu gərgin olan Arif Qasımov çıxış yolu axtarır .....                     Fransa məhkəməsi Avropanı qorxuya salan azərbaycanlı “qanuni oğru”larla bağlı QƏRAR verdi .....                     Süleyman Mikayılov təkcə vəzifəsini itirməyəcək... .....                     Ermənistan bir neçə Su-30SM qırıcısı alır? .....                 

Vəzirov 19 yanvarda Bakını necə tərk edib - şahidlər danışır
Tarix: 12-01-2018, 09:22 | Çap et
Vəzirov 19 yanvarda Bakını necə tərk edib
1990-cı ilin 20 yanvarında Bakıda baş verən faciənin ildönümü yaxınlaşdıqca hər il olduğu kimi hadisə ətrafında yeni-yeni müzakirələr açılır. Həmin dövrdə proseslərin içərisində olan şəxslərin bu il də verdiyi açıqlamalar ciddi gündəm olur.

Son olaraq, Azərbaycanın sabiq prezidenti, 20 Yanvar faciəsi törədilən vaxt baş nazir funksiyasını daşıyan Ayaz Mütəllibovun teleqraf.com-a verdiyi geniş müsahibə bir sıra suallar yaradıb. Xüsusilə onun faciə ərəfəsində Azərbaycan Mərkəzi Komitənin birinci katibi olan Əbdülrəhman Vəzirovun ölkəni necə tərk etməsi barədə jurnalistin suallarına verdiyi cavablar hər kəsin marağına səbəb olub. A.Mütəllibovun fikirlərinə istinadən deyə bilərik ki, o, baş nazir olsa da, Vəzirovun ölkəni tərk etməsindən xəbərsiz olub, bunu yalnız 19 yanvar gecəsi bilib. Sabiq prezident bildirib ki, artıq xəbəri alanda Vəzirov Moskvada imiş. O, həmin günlərdə ölkəyə idarəçiliyin tamam itdiyini, Vəzirovdan Azərbaycanı hansı yollarla tərk etdiyini heç vaxt soruşmadığını bildirib.

O zaman hər kəsdə bir sual yaranır, Vəzirov Bakını necə tərk edib?

O zaman AXC liderlərindən olan, sabiq baş nazir Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında Vəzirovun Azərbaycanı necə tərk etməsi barədə konkret məlumatının olmadığını bildirdi: “Bunu onun özü və o zaman rəhbərlikdə olan şəxslər bilə bilərlər. Amma o vaxt Moskvadan Azərbaycana gələn şəxslər var idi. Onların sonralar verdikləri müsahibələrdə və yazdıqları memuarlarda bu barədə məlumatlar gedib. Həmin məlumatlarda, o cümlədən o vaxt DTX sədri olan Vaqif Hüseynov, Primakov, Yazov və digər şəxslərin xatırlanmasına görə, o, yanvarın 20 və ya 21-i günü hərbi müşayiətlə Moskvaya gedib. Ən azından ayın 20-də gündüz Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin hadisə ilə bağlı Büro iclasında iştirak etməyib. Ən dəqiqini Vəzirov və onu buradan aparan şəxslər bilə bilərlər. Sadəcə, dediyim kimi, onun 20 yanvar günü iclasda iştirak etmədiyi barədə məlumat var. Əslində 20 yanvar günü hadisələr səngiməmişdi və davam edirdi. Belə bir məlumat da var ki, həmin gün Yusif Məmmədov, Ayaz Mütəllibov, Vəzirov və Həsən Həsənov Mixail Qorbaçovla Moskvada görüşüblər. Bu dediklərim müsahibələrdə və yazılanlarda deyilənlərdir”.

Milli azadlıq hərəkatının öncül isimlərindən olan Nemət Pənahlı sabiq prezidentin fikirlərinə münasibət bildirməklə yanaşı, onu top atəşinə tutdu: “Vəzirovun ölkədən necə getdiyi, hansı yollarla ölkəni tərk etdiyi barədə heç nə deyə bilmərəm. Çünki informasiyam yoxdur. Sadəcə olaraq, faciə günlərində mən dəqiq bilirdim ki, Vəzirov ölkədə deyil. Həmin vaxt Moskvadan Primakovun rəhbərliyi ilə nümayəndə heyəti gəlmişdi. Milli azadlıq hərəkatının rəhbəri kimi mən və AXC-nin İdarə Heyəti danışıqlar üçün Mərkəzi Komitəyə dəvət olunmuşduq. Dəqiq yadımdadır ki, danışıqlar yanvarın 17-dən başladı. O danışıqlarda Vəzirov yox idi. Birinci şəxsin iqamətgahında danışıqlar Moskvadan gələn şəxslərlə gedirdi, amma birinci şəxs yox idi. Mən həmin an başa düşdüm ki, artıq Vəzirov işdən götürülüb. Onun üçün də danışıqlarda olmadığı güzgü kimi hər kəsə aydın idi. İki günlük danışıqlarda müşahidə edirdim ki, Vəzirov yoxdur və rəhbərlikdə təmsil olunanlar nə etmək istəyirlər. Bu danışıqlardan qəti şəkildə Vəzirovu Mütəllibovun əvəzlədiyinə əmin oldum. Həmin günlərdə milli azadlıq hərəkatı liderləri olaraq, Azərbaycanı qan içərisində boğmaq üçün xüsusi planların hazırlandığını görməmək mümkün idi, biz həm Qarabağı qorumalı idik, həm də xalqı. Həmin vaxtı qəti şəkildə qərar gəlmişdim ki, baş verə biləcək hadisələrin qarşısını almağın bir yolu var, onları girov götürmək. Ona görə də ikinci görüşdə tam şəkildə hazırlaşdım və qumbara, silahla görüşə girdim. Onların hamısını girov götürməyi qarşıma məqsəd qoymuşdum. Orada mənə məlum oldu ki, Rəhim Qazıyevin də üstündə silah var. Orada Primakovla bilərəkdən söhbəti gərginləşdirdim. Bayıra Rəhim Qazıyevlə siqaret çəkməyə çıxanda ondan silahını mənə verməyi xahiş etdim. Rəhim sağdır, kim istəsə bunu soruşa bilər. O başa düşdü ki, mən nə etmək istəyirəm.

Mənə and verdi ki, sən bunu etsən, Azərbaycanı qan içərisində boğacaqlar. Bilirdim ki, onların qarşısını almağın başqa yolu yoxdur. Nə qədər çalışsam da, Rəhim imkan vermədi. Ən böyük səhvlərimdən biri bu oldu ki, Ayaz Mütəllibov və Primakovu girov götürmədim, tarixi səhvə yol verdim. Danışıqlardan bitəndən sonra, Ayaz Mütəllibovun artıq rəhbər olduğunu bilə-bilə görüşdən çıxanda görüşüb ayrılanda onun əlini əlimdə saxladım və dedim ki, məni tanıyırsan? Dedi ki, səni kim tanımır ki. Ona açıq şəkildə dedim ki, artıq Moskvanın səni Vəzirovun yerinə gətirdiyi görünür. Nə etmək istədiyini bizə deməyi ondan tələb etdim. Ona onu da dedim ki, nəsə etsən, dünyanın harasında olursan ol, cəzan veriləcək. Təsəvvür edin ki, bəlkə səhərə qədər onun kabinetində oturduq. SSRİ-də ən satqın rəhbərlik Azərbaycanda idi. Çünki heç bir sovet respublikasındakı rəhbərlik bunlar qədər xalqına xəyanət etməmişdi. Ayaz Mütəllobov elə bilir ki, onun tarixi xəyanətini bu xalq unudub. İstiqlal savaşı aparanlar Vəzirov və Mütəllibov kimilərin xəyanətini unutmayıb, unutmayacaq da”.







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkdilli ölkələrin vahid gömrük zonası yaradıla bilər
Bu gün, 18:00
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldılar - FOTO
Bu gün, 17:47
Türk ordusundan Menbiç açıqlaması: - Nəzarət edirik!
Bu gün, 17:43
Elman Allahverdiyev Almaniyada kimin milyonlarını yuyub? - QALMAQAL, VİDEO
Bu gün, 17:42
Manaf Ağayevdən şok etiraf: - "Əsgərlikdən qayıdanda öyrəndim ki..."
Bu gün, 17:38
Kralın kürəkəni bu həbsxanada cəzasını çəkəcək
Bu gün, 17:11
Roza Zərgərlinin imtina etdiyi maşının aqibəti ilə bağlı AÇIQLAMA
Bu gün, 17:04
Bitkoin ucuzlaşır
Bu gün, 17:01
Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər
Bu gün, 16:57
Salyan sakini intihar edib
Bu gün, 16:53
Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili forması açıqlanıb
Bu gün, 16:11
Türk əsgəri Menbiçdə - FOTO
Bu gün, 16:07
"Mən başqaları kimi xarici kəşfiyyata işləmirəm ki, milyonlarım olsun" - Hafiz Hacıyev
Bu gün, 16:02
Fazil Mustafadan daha bir qalmaqallı açıqlama: - “Bu ölkəni mollaxanaya çevirmək istəyənlər...”
Bu gün, 15:58
Şəkidə avtomobil yanıb
Bu gün, 15:53
“Tünzalə xanım səhnəyə Beyons kimi çıxır” – Ceyhun Qala
Bu gün, 15:52
Aytac Vidadiqızı ögey anası barədə: - “Sən deyildin bizim balkona daşlar atan?”
Bu gün, 15:38
FES-in qərarı: dollar sürətlə möhkəmlənir
Bu gün, 15:36
“General Manvelin işi Qarabağ məsələsində bizə bərk zərbə oldu...” - Daşnak Rüstəmyan
Bu gün, 15:34
Kombaynlar icra başçılarının inhisarındadır
Bu gün, 15:27
"Hazırkı vəziyyətdə bunları etmək asan deyil" - "Qəbələ"nin baş məşqçisi
Bu gün, 15:23
Əziz Əzizov "OVA ÇIXIB"... - Sabiqlərə qarşı...
Bu gün, 15:21
Kürdəmirdə külək iri gövdəli ağacları aşırıb
Bu gün, 15:11
Vahid Əziz özündən çıxdı: - "Ə, sən kimsən..."
Bu gün, 15:10
"Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz" — PSİXOLOQDAN CANLI EFİRDƏ QALMAQALLI SÖZLƏR
Bu gün, 15:03
Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib - Hikmət Hacıyev
Bu gün, 15:02
Nazir yeni şöbə müdiri təyin etdi
Bu gün, 14:56
Aİ Krımın Rusiya tərəfindən ilhaqına görə tətbiq etdiyi sanksiyaların müddətini uzadıb
Bu gün, 14:53
Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi - FOTO
Bu gün, 14:47
Ağacları kəsən məşhur restoran sahibi həbs edildi
Bu gün, 13:00
"Bir gecəni səhərə kimi hamımız ədyala bükülüb oturduq" - Azərbaycanın Baş pediatrı
Bu gün, 12:47
“Atasının ölümünə səbəb qızıdır” – Aytac Vidadiqızının ögey anası danışdı
Bu gün, 12:35
Qaxda güclü külək və yağış fəsadlar törədib
Bu gün, 12:32
Tanınmış QHT rəhbəri həbs olundu - Məhkəməyə əli qandallı gətirildi
Bu gün, 12:27
Gürcüstanda "Lotu Quli"nin adamları saxlanılıb
Bu gün, 12:16
Yırtıcı generalın malikanəsindən tapılanlar: - onlarla maşın, silah-sursat, əsgər payları...
Bu gün, 12:12
Аzərbaycanlı milyarderin obyektində dəyəri on milyonlarla ölçülən toy oldu: - kimlər gəldi, nələr etdi...
Bu gün, 12:01
Sabah Bakıda 31, rayonlarda 34 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 11:57
"42 yaşlı beş uşaq atası məni təhqir etmişdi, üzr istədi" — ASLAN KƏRİMİN VDEOSUNDAN DANIŞDI
Bu gün, 11:52
Bakıda intihara cəhd - Özünü damdan atmaq istədi
Bu gün, 11:49
Səudiyyədə şahzadə polisi döyüb
Bu gün, 11:48
Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib
Bu gün, 11:46
12 yaşlı uşağın Kürdə batmasının təfərrüatı: - “Nə ayaqqabısı var, nə də paltarı...”
Bu gün, 11:43
Polis avtomobil oğrularını yaxaladı
Bu gün, 11:42
1500-dən çox pivə bakalı oğurlayan Şüvəlan sakini saxlanılıb
Bu gün, 11:35
Durumu gərgin olan Arif Qasımov çıxış yolu axtarır - yaxın iki həftə ərzində...
Bu gün, 11:34
Fransa məhkəməsi Avropanı qorxuya salan azərbaycanlı “qanuni oğru”larla bağlı QƏRAR verdi
Bu gün, 11:26
Süleyman Mikayılov təkcə vəzifəsini itirməyəcək... - İlginc GƏLİŞMƏ
Bu gün, 11:24
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Bu gün, 11:09
"Əsas odur ərə gedəcəyim oğlan imanlı olsun" - Azərbaycanlı aktrisa
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru