Türkdilli ölkələrin vahid gömrük zonası yaradıla bilər .....                     Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldılar .....                     Türk ordusundan Menbiç açıqlaması: .....                     Elman Allahverdiyev Almaniyada kimin milyonlarını yuyub? .....                     Kralın kürəkəni bu həbsxanada cəzasını çəkəcək .....                     Bitkoin ucuzlaşır .....                     Ermənistanda hakimiyyət qarşıdurması .....                     Salyan sakini intihar edib .....                     Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili forması açıqlanıb .....                     Türk əsgəri Menbiçdə .....                     "Mən başqaları kimi xarici kəşfiyyata işləmirəm ki, milyonlarım olsun" .....                     Fazil Mustafadan daha bir qalmaqallı açıqlama: .....                     Şəkidə avtomobil yanıb .....                     FES-in qərarı: dollar sürətlə möhkəmlənir .....                     “General Manvelin işi Qarabağ məsələsində bizə bərk zərbə oldu...” .....                     Kombaynlar icra başçılarının inhisarındadır .....                     "Hazırkı vəziyyətdə bunları etmək asan deyil" .....                     Əziz Əzizov "OVA ÇIXIB"... .....                     Kürdəmirdə külək iri gövdəli ağacları aşırıb .....                     Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib .....                     Nazir yeni şöbə müdiri təyin etdi .....                     Aİ Krımın Rusiya tərəfindən ilhaqına görə tətbiq etdiyi sanksiyaların müddətini uzadıb .....                     Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi .....                     Ağacları kəsən məşhur restoran sahibi həbs edildi .....                     "Bir gecəni səhərə kimi hamımız ədyala bükülüb oturduq" .....                     Qaxda güclü külək və yağış fəsadlar törədib .....                     Tanınmış QHT rəhbəri həbs olundu .....                     Gürcüstanda "Lotu Quli"nin adamları saxlanılıb .....                     Yırtıcı generalın malikanəsindən tapılanlar: .....                     Sabah Bakıda 31, rayonlarda 34 dərəcə isti olacaq .....                     Bakıda intihara cəhd .....                     Səudiyyədə şahzadə polisi döyüb .....                     Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib .....                     12 yaşlı uşağın Kürdə batmasının təfərrüatı: .....                     Polis avtomobil oğrularını yaxaladı .....                     1500-dən çox pivə bakalı oğurlayan Şüvəlan sakini saxlanılıb .....                     Durumu gərgin olan Arif Qasımov çıxış yolu axtarır .....                     Fransa məhkəməsi Avropanı qorxuya salan azərbaycanlı “qanuni oğru”larla bağlı QƏRAR verdi .....                     Süleyman Mikayılov təkcə vəzifəsini itirməyəcək... .....                     Ermənistan bir neçə Su-30SM qırıcısı alır? .....                 

Manatın məzənnəsi sabit qalacaq - Ekspertlər danışır
Tarix: 15-12-2017, 13:37 | Çap et
Manatın məzənnəsi sabit qalacaq
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. 2006-ci ilin iyununda da FED uçot dərəcəsini artırıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25 faiz) həddədək aşağı salıb. Cari il martın 15-i və iyunun 14-də də FED uçot dərəcəsini artırıb. Ən nəhayət, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası srağagün yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,25 - 1,25 faiz səviyyəsindən 1,50 faizədək artırıb. İqtisadçılar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin bu qərarının dünya iqtisadiyyatına, maliyyə bazarına təsir edəcəyi qənaətindədirlər. Bəs, bu qərar Azərbaycan iqtisadiyyatına, milli valyutamıza hər hansı formada təsir edə bilərmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov FED-in uçot dərəcəsi ilə bağlı müxtəlif vaxtlarda fərqli qərarlar verdiyini bildirdi. İqtisadçı millət vəkili "Kaspi”yə açıqlamasında vurğuladı ki, bu qərarlar dünya maliyyə bazarına öz təsirini göstərir: "Dollar bütün dünyada istifadə edilən valyutadır. Ona görə də Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini aşağı salması, yaxud artırması maliyyə bazarlarına təsir edir. Sözsüz ki, Federal Ehtiyatlar Sisteminin bu dəfə də uçot dərəcəsini 0,25 - 1,25 faiz səviyyəsindən 1,50 faizədək artırması maliyyə bazarlarına təsirsiz ötüşməyəcək. Hətta məlumat var ki, Federal Ehtiyatlar Sistemi 2018-ci ildə uçot dərəcəsinin səviyyəsinə daha tez-tez baxacaq, müvafiq qərarlar verəcək. Konkret, Azərbaycana gəldikdə isə ölkəmizdə bu hadisədən dolayı hər hansı ciddi problem olmamalıdır. Çünki, milli valyutanın məzənnəsinə təsir edən amillər var. Bunlar neftin bazar qiyməti, idxal-ixrac əməliyyatları, ölkədəki pul kütləsinə nəzarət mexanizmləridir. Hazırda neftin bazar qiyməti yüksək səviyyədədir. Son məlumatlara görə, "AzeriLayt” markalı neftin 1 barelinin dəyəri 65 dollardan bahadır. Bu baxımdan, FED-in uçot dərəcəsini artırmasının iqtisadiyyatımıza ciddi təsir göstərəcəyi proqnozlaşdırılmır. Digər tərəfdən, idxal-ixrac əməliyyatları ilə bağlı Azərbaycanda müsbət saldo yaranıb. Bu amil də hər hansı təsirin gözləniləcəyini inkar edir. Ən nəhayət, ölkədəki pul kütləsinə Mərkəzi Bank tərəfindən çox ciddi nəzarət olunur. Bu mexanizm sayəsində izafi pul kütləsinə icazə verilmir. Bütün bunları nəzərə alaraq, hər hansı ciddi problem görmürəm. Manatın məzənnəsinin sabit saxlanması üçün Mərkəzİ Bank maliyyə bazarına lazım gələndə müdaxilələr edir. Bundan sonra da bu qayda ilə manatın məzənnəsinin sabit saxlanmasına cəhd olunacaq. Manatın həddən artıq ucuzlaşması gözlənilmir”.

İqtisadçı alim Vüqar Bayramov son aylar dolların alış kursunun ilk dəfə 1.705-ə yüksəlməsinə diqqət çəkərək, artıq əksər bankların 100 dollara 170 manatdan çox vəsait ödədiklərini vurğulayıb. Onun fikrincə, bu, o deməkdir ki, FED-in uçot dərəcəsinin artırılması ilə bağlı qərarından sonra banklar dolların alış və satış kurslarını cüzi də olsa artırıblar: "Öncədən proqnozlaşdırdığımız kimi, dekabrın əvvəlindən xarici valyutalara tələb yüksəlib. Dekabrda idxalın artması, bayramlarla bağlı xarici səfərlərin sayının çoxalması və ən əsası, özəl və dövlət müəssisələrinin builki xarici borc öhdəlikləri üçün son ayın olması, dollara tələbi artıran amillərdəndir. Amma məzənnənin necə dəyişməsi yenə də birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Baş bank mövcud kursu qoruyub saxlamaq üçün hərraclara daha çox valyuta çıxarılmasını təmin etməlidir. Qlobal valyuta bazarı isə Federal Ehtiyatlar Sisteminin qərarına öncədən hazır olduğu üçün dünya bazarında dolların möhkəmlənməsi müşahidə edilmədi”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Tahir Mirkişili qəzetimizə açıqlamasında bildirib ki, 2017-ci ilin indiyə qədər olan iqtisadi göstəriciləri manatın məzənnəsinə təhlükə yaradan səbəblərin tam aradan qaldırıldığını deməyə əsas verir: "Xarici ticarətdə ixrac idxalı üstələyir, tədiyyə balansı pozitivdir, strateji valyuta ehtiyatlarımız artıb. Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit siyasəti, pul kütləsinin balansının tənzimlənməsi bazarda sabitlik yaradıb. Bu amillərin hamısını bir yerdə götürsək, manatın məzənnəsi gələcəkdə də sabit olacaq. Bunun üçün əlverişli şərait yaranıb. Ona görə də, ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini 0,25 - 1,25 faiz səviyyəsindən 1,50 faizədək artırmasının Azərbaycan manatının məzənnəsinə minimal təsir edəcəyi qənaətindəyəm. Bu təsirlərin də manatın məzənnəsini dəyişdirəcəyini düşünmürəm”.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini artırmasının səbəbini makroiqtisadi göstəricilər üzrə proqnozlaşdırılan nəticələrin əldə edilməsi ilə əlaqələndirib. O bildirib ki, bu gün ABŞ-da iqtisadi aktivlik kifayət qədər yüksəkdir, əmək bazarı çox yaxşı göstəricilər nümayiş etdirir. Professorun qənaətinə görə, bu fonda bahalı dollar siyasətinin gələn ildə və ondan sonrakı illərdə də davam etdiriləcəyi gözlənilir: "İlkin proqnozlara görə, 2018-ci ildə uçot dərəcəsinin 2,100 %-ə, 2019-cu ilin sonuna 2,700 %-ə, 2020-ci ilin sonuna isə 3,100 %-ə yüksəldilməsi nəzərdə tutulur. Uzun illər aparılan ucuz dollar siyasəti ABŞ iqtisadiyyatında nəzərdə tutulan yüksəlişin əldə olunması ilə nəticələndi. Məhz bundan sonra mərhələlər üzrə dolların bahalanması siyasəti yürüdülməyə başlandı. Bu, çox düşünülmüş və ardıcıl şəkildə həyata keçirilən siyasətdir. Başlıca məqsədi ABŞ iqtisadiyyatına daha çox investisiyalar cəlb etmək yolu ilə onun sürətli inkişafına nail olmaqdır. Prezident Donald Trampın siyasi müstəvidə nümayiş etdirdiyi çılğınlıqlara baxmayaraq, investorların ABŞ iqtisadiyyatına güvəni azalmadı və onun prezidentliyinin biri ili iqtisadi müstəvidə daha çox uğurların əldə olunması ilə yadda qaldı. Uçot dərəcəsinin bu şəkildə qaldırılması dünyanın bir saylı valyutasının başqa valyutalara nisbətən möhkəmlənməsi ilə nəticələnəcəkdir – bu, qaçılmazdır. Lakin burada digər milli valyutaların özlərini necə apara bilməsi həmin ölkələrin iqtisadi durumundan və ixrac imkanlarından bilavasitə asılı olacaqdır. İqtisadiyyatı neftlə bağlı olan ölkələr bu sırada iqtisadiyyatın real sektorunun sürətli inkişafına çalışmalı və bu sektordan ixracın həcminin artırılmasına nail olmalıdırlar. Biz də bu yolu tutmalıyıq. Çünki milli valyutamızın taleyi bundan çox asılıdır".
\\kaspi.az\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkdilli ölkələrin vahid gömrük zonası yaradıla bilər
Bu gün, 18:00
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanıldılar - FOTO
Bu gün, 17:47
Türk ordusundan Menbiç açıqlaması: - Nəzarət edirik!
Bu gün, 17:43
Elman Allahverdiyev Almaniyada kimin milyonlarını yuyub? - QALMAQAL, VİDEO
Bu gün, 17:42
Manaf Ağayevdən şok etiraf: - "Əsgərlikdən qayıdanda öyrəndim ki..."
Bu gün, 17:38
Kralın kürəkəni bu həbsxanada cəzasını çəkəcək
Bu gün, 17:11
Roza Zərgərlinin imtina etdiyi maşının aqibəti ilə bağlı AÇIQLAMA
Bu gün, 17:04
Bitkoin ucuzlaşır
Bu gün, 17:01
Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər
Bu gün, 16:57
Salyan sakini intihar edib
Bu gün, 16:53
Ət kəsim məntəqələrində sanitar normalar və baytarlıq nəzarətinin təşkili forması açıqlanıb
Bu gün, 16:11
Türk əsgəri Menbiçdə - FOTO
Bu gün, 16:07
"Mən başqaları kimi xarici kəşfiyyata işləmirəm ki, milyonlarım olsun" - Hafiz Hacıyev
Bu gün, 16:02
Fazil Mustafadan daha bir qalmaqallı açıqlama: - “Bu ölkəni mollaxanaya çevirmək istəyənlər...”
Bu gün, 15:58
Şəkidə avtomobil yanıb
Bu gün, 15:53
“Tünzalə xanım səhnəyə Beyons kimi çıxır” – Ceyhun Qala
Bu gün, 15:52
Aytac Vidadiqızı ögey anası barədə: - “Sən deyildin bizim balkona daşlar atan?”
Bu gün, 15:38
FES-in qərarı: dollar sürətlə möhkəmlənir
Bu gün, 15:36
“General Manvelin işi Qarabağ məsələsində bizə bərk zərbə oldu...” - Daşnak Rüstəmyan
Bu gün, 15:34
Kombaynlar icra başçılarının inhisarındadır
Bu gün, 15:27
"Hazırkı vəziyyətdə bunları etmək asan deyil" - "Qəbələ"nin baş məşqçisi
Bu gün, 15:23
Əziz Əzizov "OVA ÇIXIB"... - Sabiqlərə qarşı...
Bu gün, 15:21
Kürdəmirdə külək iri gövdəli ağacları aşırıb
Bu gün, 15:11
Vahid Əziz özündən çıxdı: - "Ə, sən kimsən..."
Bu gün, 15:10
"Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz" — PSİXOLOQDAN CANLI EFİRDƏ QALMAQALLI SÖZLƏR
Bu gün, 15:03
Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib - Hikmət Hacıyev
Bu gün, 15:02
Nazir yeni şöbə müdiri təyin etdi
Bu gün, 14:56
Aİ Krımın Rusiya tərəfindən ilhaqına görə tətbiq etdiyi sanksiyaların müddətini uzadıb
Bu gün, 14:53
Tibb işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi - FOTO
Bu gün, 14:47
Ağacları kəsən məşhur restoran sahibi həbs edildi
Bu gün, 13:00
"Bir gecəni səhərə kimi hamımız ədyala bükülüb oturduq" - Azərbaycanın Baş pediatrı
Bu gün, 12:47
“Atasının ölümünə səbəb qızıdır” – Aytac Vidadiqızının ögey anası danışdı
Bu gün, 12:35
Qaxda güclü külək və yağış fəsadlar törədib
Bu gün, 12:32
Tanınmış QHT rəhbəri həbs olundu - Məhkəməyə əli qandallı gətirildi
Bu gün, 12:27
Gürcüstanda "Lotu Quli"nin adamları saxlanılıb
Bu gün, 12:16
Yırtıcı generalın malikanəsindən tapılanlar: - onlarla maşın, silah-sursat, əsgər payları...
Bu gün, 12:12
Аzərbaycanlı milyarderin obyektində dəyəri on milyonlarla ölçülən toy oldu: - kimlər gəldi, nələr etdi...
Bu gün, 12:01
Sabah Bakıda 31, rayonlarda 34 dərəcə isti olacaq - Belə deyirlər...
Bu gün, 11:57
"42 yaşlı beş uşaq atası məni təhqir etmişdi, üzr istədi" — ASLAN KƏRİMİN VDEOSUNDAN DANIŞDI
Bu gün, 11:52
Bakıda intihara cəhd - Özünü damdan atmaq istədi
Bu gün, 11:49
Səudiyyədə şahzadə polisi döyüb
Bu gün, 11:48
Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib
Bu gün, 11:46
12 yaşlı uşağın Kürdə batmasının təfərrüatı: - “Nə ayaqqabısı var, nə də paltarı...”
Bu gün, 11:43
Polis avtomobil oğrularını yaxaladı
Bu gün, 11:42
1500-dən çox pivə bakalı oğurlayan Şüvəlan sakini saxlanılıb
Bu gün, 11:35
Durumu gərgin olan Arif Qasımov çıxış yolu axtarır - yaxın iki həftə ərzində...
Bu gün, 11:34
Fransa məhkəməsi Avropanı qorxuya salan azərbaycanlı “qanuni oğru”larla bağlı QƏRAR verdi
Bu gün, 11:26
Süleyman Mikayılov təkcə vəzifəsini itirməyəcək... - İlginc GƏLİŞMƏ
Bu gün, 11:24
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Bu gün, 11:09
"Əsas odur ərə gedəcəyim oğlan imanlı olsun" - Azərbaycanlı aktrisa
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru