Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib .....                     Prezident diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarını artırıb .....                     Orfoqrafiya lüğətindən çıxarılması təklif edilən bəzi sözlər məlum olub .....                     General Novruzəli Orucovun oğlu .....                     Prezident Administrasiyasının yeni şöbə müdiri kimdir? .....                     “Bizi öz dilimizdə danışan mayor aldatdı” .....                     Nostradamusdan şok proqnozlar: .....                     Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib .....                     AXC və Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı hansı işlər görülə bilər? .....                     Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi .....                     Məşhur Avropa çempionlarımız qumarxanada .....                     Manatın sabahkı məzənnəsi .....                     Biznesi başına bəla olan millət vəkili hədəfdə .....                     General oğluna hökm oxunur .....                     "Cənab prezidentin öz fikirlərini məhz Türkiyənin deputatları ilə bölüşməsi onu göstərir ki..." .....                     Çeçen avtoritetlərdən Lotu Quliyə SƏRT MESAJ .....                     Milli Məclis “Azərbaycan Ordusu haqqında” sənədi müzakirəyə çıxaracaq .....                     Bu qış canımız isinməyəcək? .....                     “Fransa hökuməti Qarabağ separatçılarının ölkəyə daxil olmasının qarşısını almalıdır” .....                     Ermənistan prezidentliyinə yeni namizədin adı məlum olub .....                     Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, .....                     Vikipediyada Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və general Cahangir bəy Novruzov haqqında məqalələri əsaslı redaktə olunub .....                     DİN, DTX, Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı .....                     Abutalıbov Şəhidlər Xiyabanına getdi, tapşırıqlar verdi .....                     Azərbaycanda bu cəza ilk dəfə “Ömür” klinikasına KƏSİLDİ .....                     Azərbaycan avtomobil benzini istehsalını 5% artırıb .....                     Ötən il Azərbaycanda əhalinin gəlirləri 8%-dən çox artıb .....                     PYD Afrin əməliyyatının qarşısının alınması üçün beynəlxalq ictimaiyyətə yalvardı .....                     Bu saytlar dövlətdən maliyyə yardımı ala bilər .....                     Nəsimi rayonu 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2017-ci ilin yekunlarını müzakirə edib .....                     Bu ilin buraxılış, qəbul və sınaq imtahanların tarixləri elan edilib .....                     Qaxda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb .....                     “Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi” Proqramına start verilir .....                     Mikayıl Cabbarov QALMAQALLI “Grand Hospital”ı yoxlama göstərişi verdi .....                     Bakıda ata və qızını öldürən şəxsin arvadı məhkəmədə dindirilib .....                     Özünə 400 minlik toy edən məmur qızı "Zara" mağazasını dələduzluqda ittiham etdi .....                     Sevgilisini amansızlıqla öldürənin arvadı: .....                     Şəmkirdə intihar edən gəncin acı taleyi .....                     Koreyalı səfir Kim Çanq-Qyun Bakı Dövlət Universitetində olub .....                     18 yanvar akademik Mehdi Mehdizadənin doğum günüdür .....                 

Eldar Mahmudovun əməlindən zərərçəkən “od püskürdü”
Tarix: 14-12-2017, 08:34 | Çap et
Eldar Mahmudovun əməlindən zərərçəkən “od püskürdü”
Bakı Hərbi Məhkəməsinin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə hökmü 56 zərərçəkənin kəskin etirazına səbəb olub. Məsələ burasındadır ki, zərərçəkənlər məhkəmənin hökmündə onlara dəyən ziyanla bağlı yekun qərarın yer alacağına ümid etsələr də, belə olmayıb. Məhkəmə hökmündə zərərçəkənlərə tövsiyə edilib ki, gedib iş üzrə təqsirləndirilənlərə qarşı mülki qaydada şikayət etsinlər.

“Mülki qaydada şikayət edəndiksə...”

İş üzrə zərərçəkənlərdən biri, sahibkar Maqsud Mahmudov deyir ki, hökmdən narazıdırlar: “Bu hökm Azərbaycan adına xələldir. Bu boyda hökmün axırında yazırlar ki, gedin, mülki qaydada şikayət edin. Bəli, siz zərərçəkənsiz, bəli, Elçin Quliyev, Azər Mehdiyev sizə zərər vurub, gedin, mülki qaydada şikayət edin. Mülki qaydada şikayət edəndiksə, Azər Mehdiyevin həbsi, general Elçin Quliyevin rütbəsinin alınması nəyimizə lazım idi?”

“Bəs biz zərərçəkənlərin pulunu, malını, mülkünü kim verəcək?”

M.Mahmudov deyir ki, Azər Mehdiyevin 5 otaqlı evi olub, onun üzərinə də ibtidai istintaq dövründə həbs qoyulub: “Məhkəmənin hökmü ilə həmin evi dövlətin xeyrinə müsadirə etdilər. Bəs biz zərərçəkənlərin pulunu, malını, mülkünü kim verəcək? Dərdimizi kimə deyək? Ali Məhkəmədə hakim deyir ki, qoy gedim sədrə deyim, sonra qərar verim. Bu adamlar başa düşmürlər ki, onlara səlahiyyəti verən ölkənin başçısıdır, məhkəmənin sədri deyil. Biz sahibkarlar prezidentə səs vermişik. 2 il məhkəmənin olacağını səbrlə gözlədik. Baş Prokurorluq, hüquq-mühafizə orqanları bizə qarşı quldurluq edənləri tutdular, istintaq aparıb işi verdilər məhkəməyə. Bizə ölkə rəhbərliyi kömək etsin”.

“Hərənin qoltuğuna bir ”xoruz" verdilər ki, gedin..."

Zərərçəkən iş adamı olaraq müflis edildiklərini deyir: “Məhkəmədə guya işə baxdılar, nərddə olduğu kimi hərəmizin qoltuğuna bir ”xoruz" verdilər ki, gedin, məhkəmədə mülki iddia qaldırın. Kimə şikayət edək? Əynimizə kəfən geyib Prezident Administrasiyası qarşısına çıxmağa utanıram. Belə olmaz, kimə deyək dərdimizi? Hakimi danışdırırsan, deyir gedirəm sədrin yanına. Haqq-ədalət, düzgünlük bir kənarda qalıb, bunlar sədrin yanına qaçırlar, sədrin ağzına baxırlar. Biz sahibklar çökmüşük".

M.Mahmudov deyir ki, Eldar Mahmudov var-dövlətlərini əllərindən alıb: “Eldar Mahmudov bizləri yerə yıxdı. İndi də məhkəmələr onun yıxdığı sahibkarlara öz hökmləri ilə təpik vururlar, qoymurlar bizləri ayağa qalxmağa”.

M.Mahmudov deyir ki, Bakı Hərbi Məhkəməsinin zərərçəkən kimi tanınan 56 vətəndaşa sonda verdiyi cavab adekvat deyil: “Bizi zərərçəkən kimi tanıyırlar, buna görə Elçin Quliyevi, Azər Mehdiyevi məhkum edirlər, amma bizə vurulan zərərin ödənməsi haqda qeyri-müəyyən bir qərar çıxarırlar. Əgər belə bir qərar verəcəkdinizsə, bizi 2 il istintaq, məhkəmə qapılarında niyə yubadırdız? Elə 2 il əvvəl deyərdiz ki, gedin, mülki qaydada şikayətinizi verin”.

“Deyəndə ki, brilyantlarım Eldar Mahmudovun balonundadır, gülürdülər”

Zərərçəkən Eldar Mahmudovla Çingiz Əsədullayevin həbsini tələb edir: “Mən deyəndə ki, brilyantlarım Eldar Mahmudovun balonundadır, gülürdülər. ”Azəriqazbank"ın sədri Çingiz Əsədullayev kabinetinə çağırtdırıb bankına girov qoyduğum 3-5 karatlıq brilyantlarını çıxardıb Eldar Mahmudov üçün aparırdılar. Onda mənə inanmırdılar. Bu gün isə Eldar Mahmudovun köməkçisi, əmisi oğlu Vüqar Mahmudov içəridən deyir ki, bəli, MTN-dən pullar gedirdi Çingiz Əsədullayevin bankına. Niyə Çingiz Əsədullayevi həbs etmirlər? Məhkəmə 56 zərərçəkənin taleyi ilə oynayır. Biz illərlə əziyyət çəkib qurub-yaratmışdıq ki, Eldar Mahmudovun quldur çetesi tərəfindən alınan mal-mülk bir məhkəmə hökmü ilə peşkəş olunsun? Məndən alınan pulun 70 mini şəxsən Eldar Mahmudovun cibinə gedib. Niyə Eldar Mahmudovu həbs etmirlər?"

“Bu illər ərzində 3 qovluq hökm, qərar, qərardad yığılıb”

Zərərçəkən deyir ki, ötən illər ərzində məhkəmələrdə xeyrinə çıxarılan hökmlər kağız parçası olaraq qalıb: “Məhkəmələrdə 60-a yaxın işi udmuşam. Nə olsun? Həmin hökmlər, qərarlar quru kağızdır. Bu illər ərzində 3 qovluq hökm, qərar, qərardad yığılıb. Faydası nədir? Bir hökm, qərar icra olunmayacaqsa, bunun üçün vətəndaşı aylarla, illərlə get-gələ salmağın nə adı var? Məhkəməyə gedirik, deyirik ki, əlimizdən alınan restoranın qaytarılması haqda hökm vermisiz. O dəqiqə başlanır ki, ”bilirsiz..." Biz bilə-bilə bu günə gəlib çıxmışıq, korrupsiya nə qədər olacaq? Ticarətçiyik, sahibkarıq. Özümüzü də dolandırırdıq, ətrafımızdakı insanları da dolandırırdıq. Nə oldu? Eldar Mahmudov bizləri çapdı-taladı, MTN-ə apartdırıb soydu. Biz də işsiz-gücsüz qaldıq, ətrafımızdakı insanlar da. Nə qədər səbr eləmək olar? Nə qədər dözmək olar? Prezident Eldar Mahmudovun çetesinə qarşı addımlar atdı, sevindik ki, biz də bir gün görərik. 2 ildir ki, istintaq, məhkəmə qapılarında ayaqqabılarımızın altı getdi. Bezdik. Prezidentdən, vitse-prezidentdən xahiş edirik, bizlərə kömək etsinlər, haqqımız yerdə qalmasın".

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində Elçin Quliyevin və Azər Mehdiyevin işi üzrə məhkəmə noyabrın 30-da hökm çıxarıb. Hakim Elbəy Allahverdiyevin çıxardığı hökmə əsasən E.Quliyev 10 il 6 ay, A.Mehdiyev 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmə əsasən, onların hərbi rütbədən məhrum olunması üçün ölkə başçısına təqdimat göndərilməsi ilə bağlı qərar da qəbul edilib. Bundan başqa, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təqsirləndirilən E.Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülk iddiası təmin edilib. Təqsirləndirilən şəxslərin əmlaklarının dövlətin xeyrinə müsadirə edilməsi barədə də qərar qəbul olunub.
\\musavat.com\\






 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Prezidentinin köməkçisi vəzifələrindən biri ləğv edilib - bu vəzifəyə indiyə qədər təyinat olmayıb
Dünən, 18:11
Prezident diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqlarını artırıb - SƏRƏNCAM
Dünən, 18:06
Tanınmış aparıcı yol hərəkəti qaydalarını kobud şəkildə pozdu - VİDEO
Dünən, 18:04
Orfoqrafiya lüğətindən çıxarılması təklif edilən bəzi sözlər məlum olub - açıqgəzənlik, biqeyrətolma, butulkasız...
Dünən, 17:56
Könül Xasıyevanın həyat yoldaşı kimdir? – SENSAİON MÜSAHİBƏ
Dünən, 17:52
General Novruzəli Orucovun oğlu 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Dünən, 17:44
Prezident Administrasiyasının yeni şöbə müdiri kimdir? - Tərcümeyi-hal
Dünən, 17:39
“Bizi öz dilimizdə danışan mayor aldatdı” – 20 Yanvar hadisəsinin şahidi
Dünən, 17:34
Nostradamusdan şok proqnozlar: - Amerikanın rəhbəri qiyaməti gətirəcək...
Dünən, 17:27
Prezident Administrasiyasının yeni şöbə müdiri təyin edilib - SƏRƏNCAM
Dünən, 17:24
AXC və Qafqaz İslam Ordusunun 100 illiyi ilə bağlı hansı işlər görülə bilər? - TƏKLİF
Dünən, 17:14
Lavrovla Çavuşoğlu Suriyanı müzakirə etdi
Dünən, 17:12
Məşhur Avropa çempionlarımız qumarxanada - FOTOLAR
Dünən, 17:08
Manatın sabahkı məzənnəsi - 1,7001 manat
Dünən, 17:05
Biznesi başına bəla olan millət vəkili hədəfdə — TƏFƏRRÜAT
Dünən, 17:03
General oğluna hökm oxunur - bəraət istəyir
Dünən, 16:59
"Cənab prezidentin öz fikirlərini məhz Türkiyənin deputatları ilə bölüşməsi onu göstərir ki..." - deputat
Dünən, 16:56
Çeçen avtoritetlərdən Lotu Quliyə SƏRT MESAJ - VİDEO
Dünən, 16:53
Milli Məclis “Azərbaycan Ordusu haqqında” sənədi müzakirəyə çıxaracaq
Dünən, 16:51
Bu qış canımız isinməyəcək? - Təbii qaz kəsintiləri nə ilə bağlıdır?
Dünən, 16:49
“Fransa hökuməti Qarabağ separatçılarının ölkəyə daxil olmasının qarşısını almalıdır”
Dünən, 16:36
Ermənistan prezidentliyinə yeni namizədin adı məlum olub
Dünən, 16:24
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb, üç nəfər həlak olub
Dünən, 16:17
Vikipediyada Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və general Cahangir bəy Novruzov haqqında məqalələri əsaslı redaktə olunub
Dünən, 16:16
DİN, DTX, Baş Prokurorluq və Dövlət Komitəsi arasında dini ekstremizmə qarşı Tədbirlər Planı imzalanıb
Dünən, 16:05
Abutalıbov Şəhidlər Xiyabanına getdi, tapşırıqlar verdi - FOTOLAR
Dünən, 16:03
Azərbaycanda bu cəza ilk dəfə “Ömür” klinikasına KƏSİLDİ - "Ali Məhkəmənin hakimi Əhməd Əhmədova xüsusi təşəkkür düşür"
Dünən, 16:01
"Mənə elə səviyyəsiz bəstə lazım deyil" - Əməkdar artist
Dünən, 15:53
Azərbaycan avtomobil benzini istehsalını 5% artırıb
Dünən, 15:32
Ötən il Azərbaycanda əhalinin gəlirləri 8%-dən çox artıb
Dünən, 15:26
PYD Afrin əməliyyatının qarşısının alınması üçün beynəlxalq ictimaiyyətə yalvardı
Dünən, 15:21
Bu saytlar dövlətdən maliyyə yardımı ala bilər
Dünən, 15:18
Nəsimi rayonu 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 2017-ci ilin yekunlarını müzakirə edib - FOTOLAR
Dünən, 15:16
Bu ilin buraxılış, qəbul və sınaq imtahanların tarixləri elan edilib - SİYAHI
Dünən, 15:07
Qaxda 78 yaşlı kişi körpüdən keçərkən su kanalına düşüb
Dünən, 15:07
“Gənclər Arasında Milli-Dini Dözümlülük, Sülhsevərlik və Humanizm Dəyərlərinin Təbliğ Edilməsi” Proqramına start verilir
Dünən, 14:54
Mikayıl Cabbarov QALMAQALLI “Grand Hospital”ı yoxlama göstərişi verdi - GƏLİŞMƏ
Dünən, 14:52
“Çox ehtiraslıyam, ona görə də...” - Afaq Aslan
Dünən, 14:44
Bakıda ata və qızını öldürən şəxsin arvadı məhkəmədə dindirilib
Dünən, 14:40
Özünə 400 minlik toy edən məmur qızı "Zara" mağazasını dələduzluqda ittiham etdi - VİDEO
Dünən, 14:38
Sevgilisini amansızlıqla öldürənin arvadı: - "Qız gecələr zəng edirdi..."
Dünən, 14:36
Şəmkirdə intihar edən gəncin acı taleyi — BÜTÜN KƏND ŞOKDADIR
Dünən, 14:31
Koreyalı səfir Kim Çanq-Qyun Bakı Dövlət Universitetində olub
Dünən, 14:29
18 yanvar akademik Mehdi Mehdizadənin doğum günüdür
Dünən, 14:27
Şəmkirdə silahlı insident olub, bir nəfər güllələnib
Dünən, 14:25
“Aqrolizinq” “Hövsan Quşçuluq” MMC-ni məhkəməyə verdi
Dünən, 14:24
Mərkəzi Bank çevik məzənnə rejimindən imtina etməsi ilə bağlı xəbərlərə münasibət bildirib
Dünən, 14:23
Ermənistan vətəndaşları Rusiya təyyarəsinin Meksikadan uçuşunun gecikməsinə səbəbkar olublar
Dünən, 13:09
İsa Qəmbər reanimasiyadan çıxıb, intensiv terapiya şöbəsinə köçürülüb
Dünən, 12:56
Bəstəkar Vasif Məhərrəmlini məhkəməyə verir - Oğurluq edib
Dünən, 12:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru