Azercell-in dəstək verdiyi “İdeyadan Biznesə” layihəsinin startap turu Sumqayıtda keçiriləcək .....                     Yaponiyada 60 mln. dollar dəyərində kriptovalyuta oğurlanıb .....                     Ramiz Yediyarovun həbsi gündəmdədir .....                     Ağdaşda xəstəliyinə dözə bilməyən kişi intihar edib .....                     ABŞ-Çin ticarət müharibəsi daha çox Çinə ziyan vuracaq .....                     "2002-ci illər, "W-trio" vaxtı" .....                     Moskvada tutulan separatçı Fəxrəddin Abbaszadə haqda yeni məlumatlar .....                     Alı Alıyev növbəti səyyar qəbul keçirib .....                     Mobil telefonlar üçün rüsum qüvvəyə mindi .....                     "Belə də Allahsızlıq olar?" .....                     "ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib" .....                     “Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək .....                     Cəbhə xəttində erməni təxribatı davam edir .....                     Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb .....                     "Azərbaycan prokurorluğunda aparılan islahatların ilkin mərhələsi yekunlaşıb" .....                     Bakıda yenə tıxac yarandı, avtobuslar gecikdi .....                     Azərbaycanlı iş adamının cəsədi morqa aparılıb .....                     “Qatilin oğluma borcu var idi” .....                     Azərbaycan nefti bahalaşmaqda davam edir .....                     Ələt-Astara -İranla dövlət sərhədi avtomobil yolunda sürət həddi .....                     "Bu küçə göydən düşməyib ki?!" .....                     “Kripto FETO-çu”lar Bakıda “at oynatdılar” .....                     "Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq" .....                     “GENERALLAR ÖZ İŞLƏRİNDƏ, İCRAÇILAR HƏBSDƏDİR…” .....                     Oğlu güllələnən İlyas İsmayılov hadisənin şokundadır .....                     Tələbələrin kirayə ev və yataqxana problemi... .....                     Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdı .....                     ABŞ Paşinyana “xilas kəməri” atır .....                     "İrəvanı çox ciddi cəzalar gözləyir" .....                     Şamaxının icra başçısı bu kəndin üstündən xətt çəkib? .....                     Bazar və marketlərdə “kənd toyuğu” fırıldağı... .....                     “STAR” zavodunun ildə 1 milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir" .....                     Məktəb başladı, amma bu məktəbdə nə müəllim var, nə də dərslik .....                     Qarabağ səmasında barıt qoxusu güclənir .....                     Sevil Nuriyevadan Etimad İsmayılovun qətlilə bağlı .....                     Vətəndaşın başına görün, necə oyun açıblar... .....                     Nazirliyin qadağan etdiyi ucuz və keyfiyyətli təhsil .....                     Polşa şirkətinin rəhbəri Qarabağda ermənilərə təlim keçdi .....                     Ərdoğan ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir .....                     "TAP layihəsi üzrə ümumi iş həcminin 75 faizdən çoxu icra edilib" .....                 

"Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq" - Prezident İlham Əliyev
Tarix: 13-12-2017, 16:32 | Çap et
"Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq"
ABŞ Prezidentinin Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bismillahir-rəhmanir-rəhim. Hörmətli Türkiyə Respublikasının Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan. Hörmətli baş katib. Zati-aliləri. Zirvə görüşünün iştirakçıları.

İlk növbədə fövqəladə İslam Zirvə görüşünün təşkilinə görə Prezident Ərdoğana təşəkkür edirəm. Prezident Ərdoğanın təşəbbüsü ilə keçirilən bu Zirvə görüşü Türkiyənin İslam həmrəyliyi işinə verdiyi töhfənin növbəti təzahürüdür".

İlham Əliyev vurğulayıb ki, Amerika Birləşmiş Ştatları Prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olan Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır: "Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır".

Prezident bildirib ki, Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir: "Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etmişdir. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilmişdir. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilmişdir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq.

Azərbaycan İslam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi və İƏT-ə üzv dövlətlərin Jurnalistlər Assosiasiyası yaradılmışdır. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, İslam sülh, mərhəmət, bərabərlik dinidir".

Dövlət başçısı deyib ki, əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam Həmrəyliyi İli”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaqdır:

"Fürsətdən istifadə edərək, İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilmişdir. Ermənistan məscidlər və İslam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv etmişdir.

Bununla bərabər, Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişdir. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Təşəkkür edirəm".





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azercell-in dəstək verdiyi “İdeyadan Biznesə” layihəsinin startap turu Sumqayıtda keçiriləcək
Bu gün, 11:09
Yaponiyada 60 mln. dollar dəyərində kriptovalyuta oğurlanıb
Bu gün, 11:06
Ramiz Yediyarovun həbsi gündəmdədir - Məsələsi ciddidir
Bu gün, 11:04
Ağdaşda xəstəliyinə dözə bilməyən kişi intihar edib
Bu gün, 10:59
Polad Bülbüloğlunun qardaşına pul “atan”ın işi yenidən MƏHKƏMƏDƏ
Bu gün, 10:45
ABŞ-Çin ticarət müharibəsi daha çox Çinə ziyan vuracaq - TƏHLİL
Bu gün, 10:42
"2002-ci illər, "W-trio" vaxtı"
Bu gün, 10:33
Moskvada tutulan separatçı Fəxrəddin Abbaszadə haqda yeni məlumatlar
Bu gün, 10:31
Alı Alıyev növbəti səyyar qəbul keçirib
Bu gün, 10:29
Mobil telefonlar üçün rüsum qüvvəyə mindi
Bu gün, 10:22
"Belə də Allahsızlıq olar?" - NikOilBank-dan daha bir GİLEY
Bu gün, 10:07
"ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib" - Prezidentin köməkçisi
Bu gün, 10:03
“Efirə lüt çıxır, alt paltarı görünür” - Xalq artisti biabır etdi
Bu gün, 10:01
“Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək
Bu gün, 10:01
Cəbhə xəttində erməni təxribatı davam edir
Bu gün, 09:58
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Bu gün, 09:57
"Azərbaycan prokurorluğunda aparılan islahatların ilkin mərhələsi yekunlaşıb" - Yusif İldırımzadə
Bu gün, 09:51
Bakıda yenə tıxac yarandı, avtobuslar gecikdi
Bu gün, 09:45
Azərbaycanlı iş adamının cəsədi morqa aparılıb
Bu gün, 09:43
“Qatilin oğluma borcu var idi” - İlyas İsmayılov
Bu gün, 09:42
Azərbaycan nefti bahalaşmaqda davam edir
Bu gün, 09:34
Ələt-Astara -İranla dövlət sərhədi avtomobil yolunda sürət həddi 120 km/saat müəyyən edilib
Bu gün, 09:31
"Bu küçə göydən düşməyib ki?!" - Adil Vəliyevin nəzər-diqqətinə...
Bu gün, 09:29
“Kripto FETO-çu”lar Bakıda “at oynatdılar” - Mədəniyyət Nazirliyi isə heç nə olmamış kimi susdu
Bu gün, 09:23
"Biz Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq" - NATO Baş katibinin müavini
Bu gün, 09:21
“GENERALLAR ÖZ İŞLƏRİNDƏ, İCRAÇILAR HƏBSDƏDİR…” - “Hospitallarda cərrahi əməliyyatlar həyata keçirir”
Bu gün, 09:20
Oğlu güllələnən İlyas İsmayılov hadisənin şokundadır - Partiyadan AÇIQLAMA
Bu gün, 09:17
Tələbələrin kirayə ev və yataqxana problemi...
Bu gün, 09:14
Orqan transplantasiyası üzrə tanınmış həkim Mərkəzi Neftçilər Xəstəxanasından çıxdı - AÇIQLAMA
Bu gün, 09:12
ABŞ Paşinyana “xilas kəməri” atır - Ermənistan uğrunda rəqabət qızışır
Bu gün, 09:09
"İrəvanı çox ciddi cəzalar gözləyir" - deputat
Bu gün, 09:06
Ən ucuz bazar: - Gəl, ay müştəri, artistdən qalmadı
Bu gün, 09:05
Şamaxının icra başçısı bu kəndin üstündən xətt çəkib? - GİLEY
Bu gün, 09:01
Bazar və marketlərdə “kənd toyuğu” fırıldağı...
Bu gün, 08:55
“STAR” zavodunun ildə 1 milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir" - Rövnəq Abdullayev
Bu gün, 08:53
Məktəb başladı, amma bu məktəbdə nə müəllim var, nə də dərslik - GİLEY
Bu gün, 08:50
Qarabağ səmasında barıt qoxusu güclənir - düşmənin müharibə təlaşı
Bu gün, 08:47
Sevil Nuriyevadan Etimad İsmayılovun qətlilə bağlı - İlk açıqlama
Bu gün, 08:46
Vətəndaşın başına görün, necə oyun açıblar... - GİLEY
Bu gün, 08:39
Nazirliyin qadağan etdiyi ucuz və keyfiyyətli təhsil
Bu gün, 08:37
“Siz xalqın qarşısına çıxırsınız, axı! Ayıb deyil?” - Xeyrəddin Qoca
Bu gün, 08:35
Polşa şirkətinin rəhbəri Qarabağda ermənilərə təlim keçdi - FOTOLAR
Bu gün, 08:33
Ərdoğan ABŞ-la strateji tərəfdaşlığın möhkəmlənəcəyinə ümid bəsləyir
Bu gün, 08:29
"TAP layihəsi üzrə ümumi iş həcminin 75 faizdən çoxu icra edilib" - Rövnəq Abdullayev
Bu gün, 08:20
Qobustanda zəlzələ baş verib
Bu gün, 08:18
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək
Bu gün, 08:16
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
Bu gün, 08:15
Bu gün Azərbaycanda Neftçilər günüdür
Bu gün, 08:13
Azərbaycanda dünyanın ilk arxeoparkı yaradılacaq
Bu gün, 08:12
Bu gün dollar neçəyədir?
Bu gün, 08:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru