Fuad Abbasov Azərbaycan vətəndaşı deyil? .....                     Həbsdə olan sabiq MTN polkovniki şikayətini geri götürüb .....                     Banka qarşı 480 min manatlıq dələduzluq edən sabiq əməkdaşa hökm oxunub .....                     Bakı şəhər Prokurorluğunun sabiq əməkdaşı məhkəməyə müraciət edib .....                     Prezident İlham Əliyev efiopiyalı həmkarını .....                     “Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir” .....                     28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib .....                     "Hər kəs xəritəyə baxsa, görər ki, Azərbaycan işğala məruz qalan ölkədir" .....                     Avropa İttifaqının komissarı Azərbaycana gələcək .....                     3 saylı Şəhər Klinik Xəstəxanası: Bura ”ölüm korpusu”dur .....                     “Son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub” .....                     Bakıda mədəsini kiçiltmək istəyən qadın öldü .....                     "Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına təkan verməyə çalışırıq" .....                     Vladimir Putin Azərbaycan Prezidentini Respublika Günü münasibətilə .....                     Daha bir İran şirkəti Ermənistanda: Bu dəfə təbrizli... .....                     Mayın 29-da dollar neçəyə olacaq? .....                     Bakıda 11-ci sinif şagirdləri arasında mübahisə, .....                     Lavrov ABŞ əsgərlərinin Yaxın Şərqə göndərilməsini şərh edib .....                     Bayrama həsr olunmuş yarış keçirilib .....                     Ucar sakinini ilan sancıb .....                     “Nar” “Youth Speak” Forumunda iştirak edib .....                     Vüsal Hüseynov gənc kadrları işdən çıxardı .....                     Pambıq zavodunun əlindən hava uda bilmirik .....                     Milli Məclisin yaz sessiyası başa çatır .....                     Təxribatın bədəli: Mxitaryan Bakıya gəlmədiyi üçün satılır .....                     Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan “Dayı” və bacıoğlu saxlanılıb .....                     İspaniya kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib .....                     Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib .....                     “Sberbank" SOCAR-ın iddia etdiyi neft emalı zavodunun satışı ilə bağlı danışıqlar aparır .....                     Roma Papası Prezident İlham Əliyevi .....                     “Əməliyyatçı 2000, poçt rəisi 10 000…” .....                     Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb .....                     Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi .....                     Zelenski və Frank-Valter Ştanymayer Prezident İlham Əliyevə təbrik .....                     Qazaxda 30 yaşlı gəlinin intihar səbəbi açıqlandı .....                     Güclü külək Bakının 6 rayonunda ağacları qırıb .....                     Avroliqanın final oyunundan sonra azarkeşlərin Bakıdan Tiflisə daşınması məqsədi ilə əlavə sürət qatarı təyin edilib .....                     İcra Hakimiyyəti “Azəriqaz”ı məhkəməyə verdi .....                     AZAL 3 əməkdaşını İŞDƏN ÇIXARDI .....                     BMT müəlliflər arasında Azərbaycanın da olduğu qətnamə qəbul edib .....                 

Tarix yazan qüdrətli şəxsiyyət
Tarix: 12-12-2017, 10:17 | Çap et
Tarix yazan qüdrətli şəxsiyyət
Tarixi həmişə şəxsiyyətlər idarə etmişlər. Şəxsiyyətlərsiz tarix yoxdur. Bəşər tarixinə nəzər salsaq, görərik ki, cəmiyyətin inkişafında, bütün sivilizasiyaların meydana gəlməsində şəxsiyyətlər böyük rol oynayır. Əsrlərin təcrübəsi göstərir ki, ayrı-ayrı ölkələrin, bölgələrin tərəqqisinə xidmət etmiş şəxsiyyətlər, nəticə etibarilə, bütün dünyanın inkişafına töhfə vermiş olurlar.

Dünyanın indiyədək yetirdiyi tarixi şəxsiyyətlərin böyük bir qismi mənsub olduqları xalqların taleyində həlledici rola malik olduqlarına, kritik məqamlarda bütöv millətlərin xilaskarı kimi çıxış etdiklərinə görə, xüsusilə seçilirlər və həyata keçirdikləri tarixi missiya həmişəlik yaddaşlarda qalır.

Hegel o adamları dünya miqyaslı tarixi şəxsiyyət adlandırır ki, onların ideyaları, məqsədləri ən ümumilik, ictimai zərurilik məziyyətinə malik olsun. Heydər Əliyevi fərqləndirən cəhətlərdən biri də məhz, bir ideya generatoru olaraq, xüsusi halları ümumi ideyaların məcrasına yönəltmək istedadıdır. O, öz fəaliyyətində həmişə ictimai-tarixi zərurətdən çıxış etmişdir. Onun ideyaları bir tərəfdən ictimai-tarixi reallığı özündə əks etdirir, digər tərəfdən də bu reallığın sonrakı gedişatını öz təsir dairəsinə salır, ideya ilə reallıq arasında müntəzəm bir əks-əlaqə yaratmış olur.

Bu mənada, Heydər Əliyev dövrünün ən qüdrətli tarixi şəxsiyyətidir. O, ağıllı, təcrübəli, siyasi situasiyalardan baş çıxaran bir şəxsiyyətdir. Heydər Əliyev həmişə hadisələri öz nəzarətində saxlayan, ona istiqamət verən şəxsiyyətlərdəndir. Dünya ölkələrinin rəhbərləri də bunu çox gözəl bildikləri üçün həmişə Heydər Əliyevə böyük hörmətlə yanaşmış və ona qarşı diqqətli olmuşlar.

Allah tarixi şəxsiyyətləri dünyaya böyük işlər görmək üçün göndərir. Onların qarşısında olan vəzifələr nə qədər çətin, mürəkkəb olsa da, həmin işlərin öhdəsindən şərəflə gəlirlər. Heydər Əliyevin dünyaya gəlişini də yaradanın Azərbaycan xalqına bəxş etdiyi nadir tarixi şəxsiyyət kimi qəbul etmək olar. Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salarkən, aydın görünür ki, onun tarixi bir şəxsiyyət kimi yetişməsində milli-mənəvi dəyərlərin, soykökə bağlılığın rolu böyükdür.

Daxilində vətən, xalq sevgisi çağlayan bu insan, bütün əmək fəaliyyəti boyu milli dəyərlərə sayğı ilə yanaşmış, mövcud reallıqlara baxmayaraq, həmişə müstəqilliyimizi düşünmüşdür. O, uzun illər ərzində Azərbaycanın dünya dövlətləri arasında öz yerini tapması uğrunda fəal mübarizə aparmış, bu yolda əziyyətlər çəkmiş, lakin məramından dönməmişdir.

Yenilməz, tədbirli sərkərdə, dünyanı parlaq zəkası ilə heyrətə salan dahi şəxsiyyət Heydər Əliyev öz xüsusiyyətlərinə görə, tarixdə xüsusi bir iz qoymuşdur. Azərbaycan tarixinin 35 ili - 1969-cu ildən 2004-cü ilədək ölkəmizin ictimai, siyasi-iqtisadi, ictimai-mənəvi həyatında baş verən inkişaf məhz onun adı ilə bağlıdır.
Heydər Əliyev nə edirdisə xalqın, ölkənin gələcəyi üçün edirdi. Bu tarixi şəxsiyyət, uzun illər yorulmadan, usanmadan, səhhətini düşünmədən bütün fiziki və əqli gücünü Azərbaycanın inkişafına həsr etdi və bu yolda atdığı hər bir addım onu müqəddəslik zirvəsinə qovuşdurdu.

Tarixi faktlara əsaslanaraq demək olar ki, Azərbaycan xalqının gələcəyi naminə ölkənin düşdüyü çox mürəkkəb, lakin şərəfli tarixi bir vəzifənin öhdəsindən yalnız və yalnız beynəlxalq aləmdə tanınmış, qüdrətli zəka sahibi, görkəmli dövlət xadimi kimi formalaşmış, əqidəcə sağlam, geniş və hərtərəfli dünyagörüşə malik, təcrübəli siyasətçi Heydər Əliyev gələ bilərdi.

Danılmaz həqiqətdir ki, Heydər Əliyevin, milyonlarla insanın ümid çırağı, millətin tərbiyəçisi, müəllimi və rəhbəri kimi nadir keyfiyyətlərə malik zaman yaddaşında əbədilik hüququ qazanması, tükənməz istedadı, zəngin təcrübəsini azad, müstəqil, dünya sivilizasiyasına qovuşmuş bir dövlət qurmağa sərf etməsi və xalqının xilaskarı olması tarixi faktlarla sübuta yetirilir.

Faktdır ki, ümummilli liderimizin fenomenal yaddaşa, qeyri-adi istedada və biliyə malik olması, dəfələrlə ən çətin problemlərin həlli zamanı mənəvi qələbəni xalqımıza qazandırıb, müharibəni səngərdən diplomatiya cəbhəsinə keçirməsi məhz onun böyük tarixi xidmətlərindəndir.

İnandırıcı faktlarla təsdiq edilir ki, Heydər Əliyev diplomatik çəkişmələrdə ən uğurlu variantlardan məharətlə istifadə edərək, siyasəti özünün istədiyi məcraya yönəltməyi bacarmış və bununla da ümumdünya siyasətində pozulmuş tarazlıq bərqərar edilmişdir.

Əgər Heydər Əliyev 1969-1982-ci illərdə bir respublikaya - Azərbaycana rəhbərlik edirdisə, 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ali vəzifə kürsüsünə qalxdıqdan sonra 15 nəhəng respublikanın son dərəcə genişmiqyaslı, çoxşahəli sahələrinə nəzarət və rəhbərlik etmiş, Siyasi Büroda Orta Şərq və İslam dünyası üzrə müşavirlik vəzifəsini böyük məsuliyyətlə yerinə yetirmişdir. Liviya, Pakistan, İordaniya, Misir, İraq kimi ölkələrdə dəfələrlə rəsmi səfərlərdə olarkən, o, müsəlman qardaşların vəziyyətləri ilə şəxsən maraqlanmış, məlumat toplamış və həmin ölkələrdə bir neçə dövlət çevrilişinin qarşısını almışdı.

Heydər Əliyev yazırdı: "Bu xarici səfərlər və bu sahədə gördüyüm işlər məni İslam dünyasına tanıtdı. İslam dinamizmi Orta Şərqin qarışıq, az qala hər gün dəyişən qeyri-sabit siyasi fəaliyyətindən sıyırıb, gələcək üçün böyük işlər vəd edirdi”.

Antik yunan qəhrəmanlarından biri - Antey gücünü torpaqdan alırdı. Nə qədər ki, ayaqları yerdədir, o, yenilməzdir, məğlubedilməzdir. Heydər Əliyev şəxsiyyətinin sirrini də onun xalqla bağlılığında axtarmaq, bunda görmək lazımdır.

1994-cü ilin oktyabr ayında Heydər Əliyevin xalqa müraciətini xatırlayaq. O hüznlü, kədərli, ancaq qətiyyətli və məğrur səsin ehtizazı hələ də qulaqlarda cingildəyir. Birbaşa xaricdən yönəldilən mürtəce qüvvələr zor işlədərək, silahlı qiyam yolu ilə dövlət çevrilişi etməyə cəhd göstərirdilər. Kiçik bir qığılcım bəs idi ki, "yanğın” ölkənin hər yerinə yayılsın. Azərbaycan dövləti təhlükə altında idi. Belə ağır bir məqamda Prezident xalqa müraciət edirdi: "Əziz həmvətənlər, bacılar, qardaşlar! Sevimli Azərbaycan xalqı... Atalardan qalmış müdrik məsəl var: El gücü, sel gücüdür. El gücünün qarşısında heç kəs, heç bir qüvvə dayana bilməz. Mənim də dayağım, güvəndiyim xalqımdır, sizsiniz, əziz Azərbaycan vətəndaşlarıdır!” Sözlər ən adi sözlər idi, ancaq bu sözlərdəki həyəcan, bu sözlərdəki sadəlik və dəmir məntiq qəlblərə işləyirdi. Çətin günlər üçün doğulan və çətin günlər üçün yaşayan insanlar ağır sınaq dəqiqələrində daha mətin, daha cəsur və daha uzaqgörən olurlar. Prezidentin o axşamkı çıxışının gücü, təsiri sadəliyində, həqiqiliyində və xalqa inamında idi.

Dünyanın ən ağıllı adamları belə hesab edirlər ki, idarəetmədə işi bacarıqla təşkil etmək lazımdır. İ.Pavlovun dediyi kimi, hər bir işdə ardıcıllıq, təvazökarlıq və ehtiras olmalıdır. "Qəzəb, kin gücsüzlüyün silahıdır”, "Təbiət zəhəri sürünənlərə vermişdir. Güclülərin ona ehtiyacı yoxdur” - deyə A.Mitskeviç yazırdı.

Alman yazıçısı İ.Haur yazırdı: "Hirsli olanda heç bir işə başlamaq olmaz. Fırtına zamanı gəmiyə minənlər axmaqdırlar. Özündən çıxan, ayaqlarını yerə döyən, insanlıq simasını itirənlər yaxşı adam deyil” (1990-1992-ci illərin parlament iclaslarını yadınıza salın).

Deyirlər Napaleon Yaffa adasını mühasirəyə alanda, öz general vicdanına and içmişdi ki, yaffalılar təslim olsalar, onları öldürməyəcəkdir. Yaffalılar Bonaparta inanmışdılar. Napoleon üç gün əsirlərə əl vurmamış, üç gündən sonra isə aylı bir gecədə onların hamısını (on beş min nəfərini də) dəniz sahilində güllələmişdi.

Tarixçilərin yazdığına görə, Şərq fatehi Teymurləng 30 ildə bir dəfə də olsun gülümsəməmişdi. Teymurləng piramida düzəltməyi çox sevirdi. Amma fironların qullarının ucaltdığı daş piramidalardan yox, insan kəlləsindən.

Müqayisə üçün təkcə bir faktı xatırlamaq yerinə düşər. Şərqdə ölüm hökmünün ilk dəfə məhz bizim ölkədə ləğv edilməsi Heydər Əliyevin tarixi xidmətlərindəndir. Bu fakt ulu öndərimizin böyük humanist siyasətindən, insan hüquqlarına sadiqliyindən soraq verir.

Bütün bunlara görə, Heydər Əliyevi Azərbaycan xalqının, bütövlükdə dünyanın ən böyük şəxsiyyətlərindən biri adlandıranlar tam haqlıdırlar. Ensiklopedik biliyə, güclü iradəyə və milli ruha, dərin fəlsəfi düşüncə tərzinə və möhkəm yaddaşa malik olan bu böyük insanın bütün fəaliyyəti doğma xalqına sədaqətlə xidmətin parlaq nümunəsidir.

Azərbaycanı dünyaya, dünyanı isə Azərbaycana tanıdan Heydər Əliyev, böyük insan və nüfuz sahibi kimi dünyanın bir çox ölkələrinə səfərləri, uzaqgörən taktika və strateji siyasi gedişləri, proqram xarakterli dərin məzmunlu nitqləri ilə hər bir azərbaycanlının qəlbində qürur hissi xatırlanır.

Zirvədə dayanıb uzağı görmək, müdriklik, təmkinlik, dəyanət Heydər Əliyevin başlıca xüsusiyyətidir. Qədim Çin alimi Sui Tazinin qiymətli kəlamı var: "Hər şeyi götür-qoy etmədən döyüşə atılan adamın qalib gəlmək ehtimalı cüzidir”. Hadisələri qabaqlamaq, onun önündə getmək sayəsində bu böyük insan, dünyanın ən nüfuzlu tarixi şəxsiyyətlərindən birinə çevrilmişdir.

Böyük vətəndaşlıq duyğuları ilə milli liderimiz tərəfindən əsası qoyulan düzgün daxili və xarici siyasət sayəsində, bu gün Azərbaycan tərəqqi yolu ilə gedir.

Etiraf etmək lazımdır ki, Heydər Əliyev Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun möhkəm təməlini qoymuşdursa, onun layiqli davamçısı İlham Əliyev bu təməlin üzərində möhtəşəm bir bina ucaldır. Bunu deməyə əsas odur ki, İlham Əliyev həm Heydər Əliyev məktəbinin ən layiqli məzunu, həm də bu gün dünyanın yeni nəsil siyasətçiləri sırasında ən güclü şəxsiyyətlərdən hesab olunur.

Xalqımız illər ötdükcə Heydər Əliyevin xeyirxah fəaliyyətinin bir daha şahidi olur, sözün həqiqi mənasında onun tarix yaradan qüdrətli şəxsiyyət olduğunu aşıq-aşkar başa düşməklə, öz xoşbəxt gələcəyinə inanır və sabaha doğru inamla irəliləyir.


FİZULİ İBRAHİMZADƏ
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Humanitar fənlər kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru
\\kaspi.az\\




 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Fuad Abbasov Azərbaycan vətəndaşı deyil? - FOTO
Bu gün, 18:05
Həbsdə olan sabiq MTN polkovniki şikayətini geri götürüb
Bu gün, 18:03
Banka qarşı 480 min manatlıq dələduzluq edən sabiq əməkdaşa hökm oxunub
Bu gün, 18:01
Azərbaycanlı gənclərdən maraqlı layihə - FOTO
Bu gün, 18:00
Bakı şəhər Prokurorluğunun sabiq əməkdaşı məhkəməyə müraciət edib
Bu gün, 17:55
Prezident İlham Əliyev efiopiyalı həmkarını təbrik edib
Bu gün, 17:49
“Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir” - Dövlət başçısı
Bu gün, 17:46
28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
Bu gün, 17:44
"Hər kəs xəritəyə baxsa, görər ki, Azərbaycan işğala məruz qalan ölkədir" - Prezident
Bu gün, 17:42
Avropa İttifaqının komissarı Azərbaycana gələcək
Bu gün, 17:38
3 saylı Şəhər Klinik Xəstəxanası: Bura ”ölüm korpusu”dur - GİLEY
Bu gün, 17:37
“Son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub” - Prezident İlham Əliyev
Bu gün, 17:31
Bakıda mədəsini kiçiltmək istəyən qadın öldü - “Real Hospital”da
Bu gün, 17:28
Bakının məşhur kloununun evi əlindən alındı - VİDEO
Bu gün, 17:27
"Azərbaycanda dövlət-özəl sektor tərəfdaşlığına təkan verməyə çalışırıq" - ADB rəsmisi
Bu gün, 17:23
"Azad qadınam, çərçivəni sevmirəm"
Bu gün, 17:22
Vladimir Putin Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edib
Bu gün, 17:20
Daha bir İran şirkəti Ermənistanda: Bu dəfə təbrizli... - RƏZALƏT
Bu gün, 17:03
Mayın 29-da dollar neçəyə olacaq?
Bu gün, 17:01
Bakıda 11-ci sinif şagirdləri arasında mübahisə, məktəbli bıçaqlandı
Bu gün, 16:59
Lavrov ABŞ əsgərlərinin Yaxın Şərqə göndərilməsini şərh edib
Bu gün, 16:50
Bayrama həsr olunmuş yarış keçirilib
Bu gün, 16:43
Ucar sakinini ilan sancıb
Bu gün, 16:40
Afaqın lüt və yarıçılpaq yataq FOTOLARI
Bu gün, 16:38
"Uşaqlıqdan heç kimdən heç nə istəyə bilmirəm" - Xalq artisti Cavan Zeynallı
Bu gün, 16:34
“Nar” “Youth Speak” Forumunda iştirak edib
Bu gün, 16:28
Vüsal Hüseynov gənc kadrları işdən çıxardı - Rusiya vətəndaşına vəzifə verdi
Bu gün, 16:13
Yeni kanal və sayt fəaliyyətə başlayır
Bu gün, 16:11
Pambıq zavodunun əlindən hava uda bilmirik - GİLEY
Bu gün, 16:01
Milli Məclisin yaz sessiyası başa çatır
Bu gün, 15:58
Təxribatın bədəli: Mxitaryan Bakıya gəlmədiyi üçün satılır - GƏLİŞMƏ
Bu gün, 15:57
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan “Dayı” və bacıoğlu saxlanılıb - FOTO
Bu gün, 15:56
İspaniya kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Bu gün, 15:51
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib
Bu gün, 15:48
“Sberbank" SOCAR-ın iddia etdiyi neft emalı zavodunun satışı ilə bağlı danışıqlar aparır
Bu gün, 15:46
Azərbaycanlı müğənni izləyicilərə mesaj yazıb kontur istəyir?
Bu gün, 15:44
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
Bu gün, 15:40
“Əməliyyatçı 2000, poçt rəisi 10 000…” - “Azərpoçt”da ştatlar SATIŞA ÇIXARILIB
Bu gün, 15:39
Azərbaycanda Taxıl İstehsalçıları və Emalçıları Assosiasiyası yaradılıb
Bu gün, 15:36
Azercell növbəti dəfə karyera sərgisində iştirak etdi
Bu gün, 15:35
Zelenski və Frank-Valter Ştanymayer Prezident İlham Əliyevə təbrik məktubu göndərdilər
Bu gün, 15:32
Qazaxda 30 yaşlı gəlinin intihar səbəbi açıqlandı - "Bacısı qapını açanda…”
Bu gün, 15:17
Güclü külək Bakının 6 rayonunda ağacları qırıb
Bu gün, 15:15
Avroliqanın final oyunundan sonra azarkeşlərin Bakıdan Tiflisə daşınması məqsədi ilə əlavə sürət qatarı təyin edilib
Bu gün, 15:11
"Mənə elə gəlir ki, ata kimi pis ata deyiləm"
Bu gün, 15:10
İcra Hakimiyyəti “Azəriqaz”ı məhkəməyə verdi - Borc qalmaqalı
Bu gün, 15:01
AZAL 3 əməkdaşını İŞDƏN ÇIXARDI - "Trans qalmaqalı"
Bu gün, 14:58
BMT müəlliflər arasında Azərbaycanın da olduğu qətnamə qəbul edib
Bu gün, 14:55
KTN-də İÇ SAVAŞ - İnam Kərimov casus axtarır
Bu gün, 14:54
Bakıya turist kimi gələn İraq vətəndaşlarının qaldığı ev qarət olundu
Bu gün, 14:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru