Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib .....                     “AGBank”ın sədri Azərbaycan qanunlarından şikayət edir .....                     Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib .....                     Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı çapdan çıxıb .....                     Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçiri .....                     Kral Salman Qaşıqçı cinayəti haqda ilk dəfə danışdı .....                     Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı .....                     Ermənistanda cinsi azlıqların festivalı keçirilir .....                     Afrində radikal qruplaşmanın onlarla üzvü əsir götürülüb .....                     Respublika üzrə ümumilikdə 136 minə yaxın ağac tingi paylanılıb .....                     “Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib" .....                     "Rusiya Türkiyə ilə ticarəti 100 milyard dollara çatdıracaq" .....                     "Onsuz da tutulacağıq, heç olmasa kişi qızı kimi düzünü danışaq" .....                     Sabah dollar neçəyə olacaq? .....                     Putin Ərdoğanla tarixi tədbirdə .....                     Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü tamamilə dayandırıb .....                     Bu rayonu kim idarə edir? .....                     Bakıda 52 yaşlı qadın intihar edib .....                     Əli Kərimlinin müşavirinin məhkəməsi başladı .....                     400 ədəd yulğun koluna görə 32000 manat cərimə... .....                     Dollar gələn ildən ucuzlaşacaq .....                     “Məmur olmaq istəyənlərin dil bilikləri yoxlanacaq” .....                     Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla .....                     Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı əməkdaşlıq haqqında Memorandum imzalayıb .....                     Gədəbəydə ƏCAİB DURUM .....                     Türkiyədə həbsxanada yer olmadığı üçün buraxılan təqsirkar Azərbaycana qaçdı .....                     BDU-nun bufeti niyə bağlandı? .....                     Vəkillərdən “AGBank”ın rəhbərinə .....                     Putin Türkiyədə səfərdədir .....                     Azərbaycan-Belarus sənədləri imzalanıb .....                     Çoxları buradan yüksəldi, o isə.. .....                     “Zülfüqarlıların sexi”nin Bakını zəhərlədiyi təsdiqləndi .....                     Abel Məhərrəmovun sələfləri: kimlər gəldi, kimlər getdi .....                     “Xalq Bank”da yeni TƏYİNAT .....                     Ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv oluna bilər .....                     "Belarus-Azərbaycan münasibətlərində heç vaxt qapalı mövzu olmayacaq" .....                     “Azərbaycanda Belarusu qardaş ölkə və dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər” .....                     Bu il 99 nəfər valideynlik hüququndan məhrum edilib .....                     Azərbaycanın energetika naziri İstanbulda “Türk axını” ilə bağlı mərasimdə iştirak edir .....                     Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə .....                 

“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir - Prezident İlham Əliyev
Tarix: 7-12-2017, 17:28 | Çap et
“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir
“ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir.

Trend-in məlumatına görə, dekabrın 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev Kompleksin əməkdaşları ilə görüşü zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Quba rayonunun həyatında çox əlamətdar bir gündür: “Qubada “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayır. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

Qubada “ASAN xidmət” Mərkəzinin yaradılması çox gözəl hadisədir. Bu, sayca 12-ci mərkəzdir. Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla, digər bölgələrdə. “ASAN xidmət” artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilmişdir. Bu illər ərzində “ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olmuşdur və “ASAN xidmət”in fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır. “ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur. O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə “ASAN xidmət”lə maraqlanır. Bizim “ASAN xidmət” bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə “ASAN xidmət” mərkəzləri yaradılır”.

İlham Əliyev bildirib ki, “ASAN xidmət” beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMT ictimai xidmətlər sahəsində “ASAN xidmət”ə yüksək mükafat vermişdir. Bir neçə mötəbər beynəlxalq təşkilat artıq “ASAN xidmət”lə uğurlu əməkdaşlıq edir:

“Bildiyiniz kimi, stasionar mərkəzlərlə yanaşı, 10 avtobus səyyar xidmət göstərir, “ASAN qatar” xidməti artıq fəaliyyətə başlayıbdır. Əlbəttə, biz çalışmalıyıq ki, gələcək illərdə ölkəmizin hər bir yerində “ASAN xidmət” mərkəzləri olsun. İstəyirəm bizim ictimaiyyət onu da bilsin ki, gələn il üç “ASAN xidmət” Mərkəzinin açılışı nəzərdə tutulur – Mingəçevir, Şəki və İmişli şəhərlərində. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcəkdir və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Biz istəyirik ki, 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərsin. Beləliklə, “ASAN” bütün bölgələrə gəlir, hər bir vətəndaşa çox gözəl xidmət göstərir. “ASAN”ın öz davranış qaydaları var. Şadam ki, “ASAN”da çalışanların mütləq əksəriyyəti gənclərdir və bu mərkəzdə 170 gənc işlə təmin olunubdur, 40-dan çox könüllü fəaliyyət göstərəcək. Beş il ərzində 10 mindən çox könüllü “ASAN xidmət”də fəaliyyət göstərmişdir. Yüzlərlə könüllü artıq işlə təmin olunubdur”.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanda könüllülər hərəkatına təkan verən də “ASAN” olub: “Həmin könüllülər ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda – Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında böyük xidmətlər göstərmişlər. Ümumiyyətlə, könüllü olmaq çox böyük və şərəfli missiyadır. Bu, insanın niyyətini göstərir. Onu göstərir ki, insan öz vətəndaşlarına təmənnasız gözəl xidmət göstərməyə çalışır. Hesab edirəm ki, ölkəmizdə “ASAN xidmət”ə, o cümlədən könüllülərin fəaliyyətinə görə çox böyük rəğbət var.

Biz “ASAN”ın funksiyalarını genişləndiririk və mənim tərəfimdən müvafiq sərəncamlar imzalanmışdır. “ASAN xidmət” fəaliyyətə başlayanda sadəcə olaraq ictimai xidmətlər göstərirdi. Bu gün artıq “ASAN kommunal”, “ASAN viza”, “ABAD” mərkəzləri yaradılır. O sahələrdə ki, ölkə üçün prioritet sayılır. O sahələrdə ki, qüsurlar, nöqsanlar var.

Bilirsiniz ki, biz indi turizmin inkişafı ilə çox ciddi məşğuluq və bu ilin 10 ayında Azərbaycana gələn turistlərin sayı 20 faiz artmışdır. Keçən il 24 faiz artmışdır. Turistlərin gəlişini əngəlləyən əsas məsələ viza məsələsi idi. Mən əvvəlki dövrlərdə müvafiq dövlət qurumlarına dəfələrlə ciddi tapşırıqlar vermişdim ki, viza məsələsində çox ciddi islahatlar aparılmalıdır. Ancaq o islahatlar yarımçıq qalmışdı. Biz bu məsələni “ASAN”a tapşırdıq. Bu gün mənə məlumat verilir ki, bu ilin əvvəlindən 250 min xarici vətəndaş “ASAN viza”dan istifadə edərək ölkəmizə gəlmişdir. Kommunal ödənişlər sahəsində çox böyük problemlər, çatışmazlıqlar, qüsurlar olmuşdur. İndi “ASAN kommunal” çox gözəl xidmət göstərir”.

Prezident əlavə edib ki, kiçik biznesin, ailə biznesinin inkişafı ölkə iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşıyır: “İnkişaf etmiş ölkələrin ümumi daxili məhsulunda əsas payı məhz kiçik və orta sahibkarlıq təşkil edir. Ona görə Azərbaycanda bu sahəyə təkan vermək üçün “ABAD” mərkəzləri yaradılır. O mərkəzlərin, fermerlərin, ailə təsərrüfatlarının məhsulu bu gün burada nümayiş etdirilir.

Bir müddət bundan əvvəl göstəriş vermişəm ki, biz qanunsuz məşğulluqla daha da səmərəli şəkildə mübarizə aparmalıyıq. Bu da bizi daim narahat edən məsələlərdən biri olmuşdur. Azərbaycanda işsizliklə bağlı görülən tədbirlər işsizliyi kəskin şəkildə aşağı salmışdır. Biz o vəziyyətlə üzləşdik ki, qanunsuz məşğulluq indi problemə çevrilib. İnsanlar işlə təmin edilir, amma heç bir qeydiyyata düşmür, vergisini vermir və gələcəkdə sosial təminatdan, pensiya təminatından da məhrum olurlar. Biz bu vəzifəni “ASAN”a tapşırandan sonra çox gözəl sistem yaradılıb. Tikintilərdə qanunsuz çalışan 5 min insan artıq cəmi bir neçə ay ərzində əmək müqavilələri əsasında işləməyə başlamışdır və beş min böyük rəqəmdir. Nəzərə alsaq ki, Bakıda gedən tikintilərdə 13 min insan çalışır, onlardan 5 mini qanunsuz işləyirdi. İndi onlar əmək müqavilələri bağlayıblar, dövlətə vergi ödəyəcəklər və gələcəkdə onların iş stajı olacaq, pensiya da alacaqlar. Yəni, harada ki, nöqsanlar, çatışmazlıqlar var “ASAN” bu məsələnin həllində ön cəbhədədir. Buna görə də mən əlbəttə ki, sizi və “ASAN xidmət”də fəaliyyət göstərən bütün işçiləri ürəkdən təbrik edirəm, onlara minnətdarlığımı bildirmək istəyirəm”.

İlham Əliyev qeyd edib ki, “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli vasitədir: “Əlbəttə ki, bu bəla ilə bütün ölkələr mübarizə aparmalıdır, o cümlədən Azərbaycan. Biz mübarizə aparırıq, cəza tədbirləri, inzibati tədbirlər görülür. Amma ən çox effekt verən, ən səmərəli tədbirlər sistem xarakterli tədbirlərdir, institusional tədbirlərdir. “ASAN” bu məsələni də öz üzərinə götürüb. Bütün dövlət qurumlarında vətəndaşlara münasibət, öz işinə olan məsuliyyətli yanaşma “ASAN”dakı kimi olmalıdır. “ASAN” bu gün təkcə Azərbaycanı tanıtdıran və təbliğ edən milli brendimiz deyil, “ASAN” bu gün Azərbaycanda yeni, müasir, mədəni, xalqımızın mentalitetinə xas olan dəyərləri tətbiq edir, onları təbliğ edir və beləliklə, ictimai həyatda “ASAN”ın çox böyük rolu var.

Əminəm ki, bu mərkəzin çox uğurlu fəaliyyəti olacaq. Çünki hər yeni mərkəzdə yeniliklər var. Hər dəfə yeni mərkəzin açılışında olarkən yeni ideyalar, innovasiyalar haqqında mənə məlumatlar verilir və hər bir yeni mərkəz daha da geniş funksiyalara malik olur. Əminəm ki, Quba “ASAN xidmət” Mərkəzi bütün vətəndaşlara - təkcə Quba sakinlərinə deyil, ətraf rayonların sakinlərinə də, - bu mərkəzdən 500 min əhali istifadə edə bilər, - çox yaxşı xidmət göstərəcəkdir. Sizə işinizdə böyük uğurlar arzulayıram və sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm”.





 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib
Dünən, 18:28
“AGBank”ın sədri Azərbaycan qanunlarından şikayət edir - "Bankların yeni düşməni: Vəkillər"
Dünən, 18:27
Əfqanıstanın Azərbaycandakı yeni səfiri Bakıya gəlib
Dünən, 18:14
Taksi sürücüsü azərbaycanlı prodüserə hücum etdi: - Blokda qaz balonu ilə...
Dünən, 18:10
Akademik Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi” kitabı çapdan çıxıb
Dünən, 18:03
Dövlət Komitəsinin rəhbərliyi Nyu-Yorkda görüşlər keçiri
Dünən, 18:02
Kral Salman Qaşıqçı cinayəti haqda ilk dəfə danışdı - 1 ay 17 gündən sonra
Dünən, 17:58
Qida Təhlükəsizliyi Agentliyinə yeni mətbuat katibi gətirildi
Dünən, 17:55
Avtomobil qəzası keçirən Zümrüd: - "4 saat yolun ortasında qaldım"
Dünən, 17:45
Mətbuat Şurasından jurnalistin ölümü ilə bağlı NEKROLOQ
Dünən, 17:42
Ermənistanda cinsi azlıqların festivalı keçirilir - VİDEO
Dünən, 17:33
Xalq artisti biabır etdi: - “Tül paltarı geyinib çıxıb efirə, alt paltarı görünür”
Dünən, 17:31
Afrində radikal qruplaşmanın onlarla üzvü əsir götürülüb - VİDEO
Dünən, 17:28
Respublika üzrə ümumilikdə 136 minə yaxın ağac tingi paylanılıb
Dünən, 17:25
“Türk axını” layihəsi başqalarına qarşı yönəlməyib"
Dünən, 17:23
"Rusiya Türkiyə ilə ticarəti 100 milyard dollara çatdıracaq" - Vladimir Putin
Dünən, 17:20
"Onsuz da tutulacağıq, heç olmasa kişi qızı kimi düzünü danışaq" -Bakıda 19 nəfərdən rüşvət alan bağça müdiri
Dünən, 17:18
“Damla sizdən qat-qat gözəl ifaçıdır”
Dünən, 17:16
Sabah dollar neçəyə olacaq?
Dünən, 17:08
Putin Ərdoğanla tarixi tədbirdə - VİDEO
Dünən, 17:02
Almaniya Səudiyyə Ərəbistanına silah tədarükünü tamamilə dayandırıb
Dünən, 16:56
Bu rayonu kim idarə edir? - İDDİA
Dünən, 16:55
Bakıda 52 yaşlı qadın intihar edib
Dünən, 16:50
Əli Kərimlinin müşavirinin məhkəməsi başladı
Dünən, 16:44
400 ədəd yulğun koluna görə 32000 manat cərimə...
Dünən, 16:41
Dollar gələn ildən ucuzlaşacaq - "Goldman Sachs"
Dünən, 16:35
“Məmur olmaq istəyənlərin dil bilikləri yoxlanacaq” - “Dil normalarını pozanları cərimələyəcəyik”
Dünən, 16:34
Məşhurlarımız 3 dönərə 140 manat ödədi
Dünən, 16:30
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
Dünən, 16:24
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı əməkdaşlıq haqqında Memorandum imzalayıb
Dünən, 16:23
Gədəbəydə ƏCAİB DURUM - İTTİHAM
Dünən, 16:21
Türkiyədə həbsxanada yer olmadığı üçün buraxılan təqsirkar Azərbaycana qaçdı - Ölkəsinə qaytarılacaq
Dünən, 16:16
BDU-nun bufeti niyə bağlandı? - Açıqlama
Dünən, 16:12
Azərbaycanlı qız verilişə elə paltarda gəldi ki...
Dünən, 16:10
Vəkillərdən “AGBank”ın rəhbərinə ÇAĞIRIŞ
Dünən, 16:02
Putin Türkiyədə səfərdədir
Dünən, 15:58
Azərbaycan-Belarus sənədləri imzalanıb
Dünən, 15:52
Çoxları buradan yüksəldi, o isə.. – Abel Məhərrəmovu bitirən səbəblər...
Dünən, 15:51
“Zülfüqarlıların sexi”nin Bakını zəhərlədiyi təsdiqləndi - NAZİRLİK ARAŞDIRMA APARDI, TƏDBİR GÖRÜLƏCƏK...
Dünən, 15:47
Abel Məhərrəmovun sələfləri: kimlər gəldi, kimlər getdi -TAM SİYAHI
Dünən, 15:45
“Xalq Bank”da yeni TƏYİNAT
Dünən, 15:43
Ticarət fəaliyyəti ilə məşğul olanlar üçün 6%-lik sadələşdirilmiş vergi ləğv oluna bilər
Dünən, 15:41
"Belarus-Azərbaycan münasibətlərində heç vaxt qapalı mövzu olmayacaq" - Aleksandr Lukaşenko
Dünən, 15:40
“Azərbaycanda Belarusu qardaş ölkə və dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər” - Prezident
Dünən, 15:39
Bu il 99 nəfər valideynlik hüququndan məhrum edilib
Dünən, 15:34
“İctimaiyyət bu verilişlərdən çox narazıdır” - Nuşirəvan Məhərrəmli
Dünən, 15:30
Azərbaycanın energetika naziri İstanbulda “Türk axını” ilə bağlı mərasimdə iştirak edir
Dünən, 15:25
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub
Dünən, 15:23
Azərbaycan İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirili
Dünən, 15:21
Ağcabədidə icazəsiz ova cəhd edən şəxslər saxlanılıb
Dünən, 15:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru