Azərbaycan Dövlət İqtisad Universitetinin adı niyə gündəmdən düşmür? .....                     Xalq şairi hökmə etiraz etdi: .....                     Erməni girovluğunda olan Şahbaz Quliyev: .....                     “Neptun” Supermarketlər Şəbəkəsi ilə bağlı İDDİA .....                     Tərtərdə “Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası keçirilib .....                     Əlillərlə bağlı yeni qanun layihəsi hazırlanıb .....                     Tərtər rayonunun 11 kəndində icra olunan içməli su layihəsi uğurla yekunlaşıb .....                     Saakaşvilinin etdikləri gürcü və ukrayna xalqının üzünə tüpürməkdir .....                     Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri ilə .....                     Sarı it ilində bizi nə gözləyir? .....                     "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqi keçirilsin .....                     Azərbaycan çempionatı Avropanın ən zəifləri arasında yer alıb .....                     Lənkəranda çay,şəltik və sitrus meyvələri bayramı keçiriləcək .....                     İki qardaşın birgə "əməyi"... .....                     Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı .....                     Ruhin İsmayılovun bəstəsi türk filmində .....                     14 dekabr-tarixin dünəni və dönəmi .....                     Bakıda evdən içərisində 100000 manat olan seyf oğurlanıb .....                     Türkiyə ilə müttəfiqliyə sadiqik .....                     Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzini tikəcək investor müəyyənləşib .....                     Əbülfəs Qarayevin diqətinə... .....                     “Azərbaycanda iqtisadi islahatlar dönməz xarakter alıb və səmərəli nəticələr verib” .....                     Azərbaycan ordusu şəhid verdi .....                     Türkiyə Fələstinə 10 milyon dollar ayırır .....                     Müsavat başqanının müavini istefa verib .....                     Tovuzda azyaşlını it dişləyib .....                     Ermənistan ABŞ vətəndaşını terrorizmdə ittiham etdi .....                     Sumqayıtın bu yerində yaşayanlarda mutasiya baş verir .....                     Beynəlxalq hüquq Ermənistanı dalana dirəyib .....                     İraqdakı körpə uşaqların yaxınlarına ŞAD XƏBƏR .....                     Belarusda keçirilən sərgi-yarmarkada ən zəngin Azərbaycan stendi olub .....                     Azərbaycan iqtisadiyyatı 16% böyüyüb .....                     “Təhsillə elmi birləşdirmək lazımdır” .....                     Kəmaləddin Heydərov uşaqları sevindirdi .....                     Odessanın meri olmaq istəyirəm .....                     Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirini .....                     Bakıda məktəb direktoru dünyasını dəyişdi .....                     “Qoca” ilə birgə qaçan məhbusun həbs müddəti uzadılıb .....                     “Ordumuza ən müasir silahlar verilib” .....                     Ağdaşda yeniyetmə qətlə yetirilib .....                 

"İlqar Məmmədov cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər" - Novruz Məmmədov
Tarix: 7-12-2017, 14:34 | Çap et
"İlqar Məmmədov cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər"
"Müstəqillik illərində Qərbdə və Avropada müəyyən dairələrin Azərbaycanla bağlı proseslərə ədalətli mövqe nümayiş etdirməməsi Azərbaycan ictimaiyyətini artıq son dərəcə narahat edir. Belə mövqenin yeni bir nümunəsi dekabrın 5-də Avropa Şurasında İlqar Məmmədovla bağlı məsələnin müzakirəsi zamanı özünü göstərdi".

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov deyib.

N. Məmmədovun sözlərinə görə, İlqar Məmmədovla bağlı məsələ artıq bir müddətdir ki, Avropa Şurasının fəaliyyətinə istiqamət verə biləcək fiqurlardan olan baş katib Yaqlandın yuxusuna haram qatıb: "O elə hesab edir ki, hansı məqsədlərə xidmət etdiyini heç kim bilmir. Görünür, Yaqlandın məqsədi İlqar Məmmədov məsələsini əlində “insan haqlarının müdafiəçisi” bayrağı edərək, nəyin bahasına olursa olsun, Azərbaycanı “cəzalandırmaq”, Azərbaycana özünün nəyə qadir olduğunu nümayiş etdirməkdir.

Düşünür ki, buna asanlıqla nail ola bilər. Nahaq yerə Avropa İttifaqını - xristian klubu adlandırmırlar ki! Niyə Avropa Şurası da xristian klubu olmasın. İslamofobiyanın bu səviyyəyə çatdığı bir zamanda ona kim mane ola bilər. Elə bu yolla da istədiyi “əsas məqsədinə” çata bilər. Belə olmasaydı, ötən illər ərzində, Avropa Şurasına üzv ola-ola Azərbaycanın ərazilərini işğal altında saxlayan Ermənistanla əlaqədar, heç olmasa, bircə dəfə bir yerdə bir söz deyər, mövqe bildirərdi. Amma əfsuslar. Daim insan haqlarından, öhdəlikdən danışan bu Avropa qurumunun, sanki, heç bir öhdəliyi yoxdur. Başqa dövlətin ərazilərini işğal altında saxlayan dövlət Yaqlandın mövqeyinə görə heç bir məsuliyyət daşımır".

N. Məmmədov bildirib ki, Ermənistanın uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlamasına, orada yaşayan 1 milyondan artıq Azərbaycanlının təməl hüquqlarını pozmasına, Xocalı soyqırımını törətməsinə baxmayaraq, ona qarşı heç bir tədbir görülmür, hər hansı sanksiya tətbiq edilmir və bu ölkə hələ də insan hüquqlarının simvolu olan Avropa Şurasının üzvüdür: "Avropa dəyərləri budurmu? Nə səbəbə Avropa İttifaqından öz ərazi bütövlüyünə dəstək almaq üçün Azərbaycan 26 il gözləməli idi?

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına biganə yanaşan Avropa özü bu gün separatizmlə üzləşdiyindən məsələyə mövqeyini dəyişməyə, öz üzvlərinin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməyə başlayıb ki, bu da ikili standartların bariz nümunəsidir. Halbuki, biz dəfələrlə separatizmə qarşı vahid mövqeyin formalaşdırılmasının zəruriliyini, separatizmin bumeranq effekti verərək, Avropanın özünə qayıdacağı barədə fikirlər bildirmişik.

Əgər Avropa Şurası belə addımlarla Azərbaycanı qurumdan kənarlaşdırmaq niyyətini əsaslandırmağa çalışırsa, buna heç bir ehtiyac yoxdur. Azərbaycan Avropa Şurasına üzv olduğu dövrdən etibarən, Avropa Şurası ilə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq layihələri, müxtəlif təşkilatlar çərçivəsində göstərdiyi yardımlar barəsində heç olmasa bir müsbət fikir eşitmək əvəzinə, qarşılaşdığı hər bir məsələdə həm qurumun, həm də onun rəhbərliyinin qərəzli münasibəti ilə üzləşib.

Azərbaycan Avropa Şurasının tam hüquqlu üzvüdür. Bununla belə, Azərbaycanın təşkilatdan çıxması faciə deyil. Avropa Şurasının digər üzv ölkələrində baş verən beynəlxalq hüquq və insan hüquqlarının, eləcə də Avropa Şurası Nizamnaməsinin pozuntuları, təşkilatın bir üzv ölkəsinin digərinin ərazisini işğalı, təşkilat qarşısında öhdəliklərin yerinə yetirilməməsi (üzvlük haqqının ödənilməməsi, məhkəmə qərarlarının icra edilməməsi, jurnalist, vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı təzyiqlər və onların fəaliyyətinə məhdudiyyətlər) və Avropa İnsan Hüquqları Məhkəməsinin minlərlə qərarının icra edilməməsi fonunda yalnız Azərbaycana qarşı belə bir addım beynəlxalq hüquqa - ədalətə məhəl qoymamaqdan, yuxarıda qeyd etdiyimiz münasibətin davamından başqa bir şey deyil.

Beləliklə, Avropa Şurası Avropa İnsan Hüquqları Konvensiyasının 46.4-cü maddəsini həmin dövlətlərə deyil, məhz ilk olaraq Azərbaycana qarşı tətbiq etməyə çalışır. Ermənistanda mövcud olan çoxsaylı insan hüquqları pozuntularının təsbit olunması fonunda bu ölkə haqda heç bir tənqidi fikrin belə söylənilməməsi AŞ Nazirlər Komitəsinin bu qərarı ilə bağlı ciddi suallar doğurur.

Bu isə yenə də müsəlman dövlətə qarşı qərəzli mövqe ortaya qoyur və islamofobiyanın müəyyən formada təzahürü deyilmi? Hətta ikitərəfli danışıqlar zamanı özünü dost kimi göstərməyə çalışan bəzi dövlətlər də səsvermə zamanı tamam başqa cür hərəkət edir.

Halbuki Azərbaycan sözügedən qərarın icrası üçün bütün mümkün vasitələrdən istifadə etməklə bağlı öz vədlərinə sadiq qalaraq, Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılmasına davam edir. Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci ilin dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər.

Lakin Avropa Şurasının bir qurumu prosesin hansı istiqamətdə gedəcəyini nəzərə almadan müəyyən dairələrin təsiri altına düşərək qərəzli mövqelərini davam etdirir. Vəziyyətin bu dərəcəyə çatmasında isə Yaqlandın həlledici rolu göz qabağındadır.

Son bir neçə onillikdə beynəlxalq aləmdə eləcə də Avropada baş verən hadisələr və proseslər, bunların nəticəsində müxtəlif ölkələrdə yüz minlərlə insanın tələf olması, milyonlarla insanın evindən – ocağından didərgin düşərək qaçqına çevrilməsi, minlərlə şəhərin, kəndin xaraba qalması və sonda yaranmış gərginlik beynəlxalq birliyi və onun liderlərini daha çox narahat etməli və düşündürməlidir. Bu gün radikalizm, terrorizm, separatizm, miqrasiya, kütləvi qırğın silahlarından istifadə nə üçün belə geniş vüsət alıb? Bütün bunların səbəbləri nədir? Dünya birliyi hara istiqamət götürüb? Sabit, təhlükəsiz və davamlı inkişafı təmin edən gələcəyə tam təminat və əminlik varmı?

Yaqlandı tanıyanlarda da, tanımayanlarda da sual yarana bilər: Onun fəaliyyətinə belə münasibətə ehtiyac varmı? Əminliklə, “var” deyirəm. Ona görə ki, bu yolla dünya düzəninin indiki vəziyyətə düşməsinə töhfə verilir.

Təəssüflər olsun ki, elə bu günlərdə atılan addımlar da əvvəlkilərin davamından başqa bir şey deyil. Əminəm ki, dünyanın hər yerində, elə Avropada da mənim fikirlərimi bölüşənlər çoxdur".







 
Sorğu

QARABAĞI HANSI YOLLA AZAD EDƏ BİLƏRİK?
Savaş yolu ilə
Sülh yolu ilə
Qarabağ əldən gedib ey...

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan Dövlət İqtisad Universitetinin adı niyə gündəmdən düşmür? - Səbəb
Bu gün, 16:50
Xalq şairi hökmə etiraz etdi: - "Qəti razı deyiləm!"
Bu gün, 16:49
Erməni girovluğunda olan Şahbaz Quliyev: - "Müalicəm davam edir"
Bu gün, 16:46
“Neptun” Supermarketlər Şəbəkəsi ilə bağlı İDDİA - Belə deyirlər...
Bu gün, 16:45
Tərtərdə “Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində yaşıllaşdırma aksiyası keçirilib - FOTO
Bu gün, 16:38
Əlillərlə bağlı yeni qanun layihəsi hazırlanıb
Bu gün, 16:36
Tərtər rayonunun 11 kəndində icra olunan içməli su layihəsi uğurla yekunlaşıb - FOTOLAR
Bu gün, 16:34
Saakaşvilinin etdikləri gürcü və ukrayna xalqının üzünə tüpürməkdir -Putin
Bu gün, 16:26
Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri ilə görüşüb
Bu gün, 16:22
Sarı it ilində bizi nə gözləyir? - Astroloji proqnoz
Bu gün, 16:19
"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqi keçirilsin - deputat
Bu gün, 16:15
Azərbaycan çempionatı Avropanın ən zəifləri arasında yer alıb
Bu gün, 16:13
Lənkəranda çay,şəltik və sitrus meyvələri bayramı keçiriləcək - Azərbaycanda ilk
Bu gün, 16:12
İki qardaşın birgə "əməyi"...
Bu gün, 16:09
Azercell ölkədə ilk VoLTE texnologiyalı zəngi reallaşdırdı
Bu gün, 16:08
Ruhin İsmayılovun bəstəsi türk filmində
Bu gün, 16:05
14 dekabr-tarixin dünəni və dönəmi - Esmira İsmayılova yazır...
Bu gün, 16:04
Bakıda evdən içərisində 100000 manat olan seyf oğurlanıb
Bu gün, 16:02
Türkiyə ilə müttəfiqliyə sadiqik - Ağ Ev
Bu gün, 12:20
Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzini tikəcək investor müəyyənləşib
Bu gün, 12:18
Əbülfəs Qarayevin diqətinə... - Bu tarixi abidə bərpa olunsa...
Bu gün, 12:15
“Azərbaycanda iqtisadi islahatlar dönməz xarakter alıb və səmərəli nəticələr verib” - Vüsal Qasımlı
Bu gün, 12:11
Azərbaycan ordusu şəhid verdi
Bu gün, 12:02
Türkiyə Fələstinə 10 milyon dollar ayırır
Bu gün, 11:59
Müsavat başqanının müavini istefa verib
Bu gün, 11:57
Tovuzda azyaşlını it dişləyib
Bu gün, 11:56
Ermənistan ABŞ vətəndaşını terrorizmdə ittiham etdi
Bu gün, 11:52
Sumqayıtın bu yerində yaşayanlarda mutasiya baş verir - ŞOK
Bu gün, 11:50
Beynəlxalq hüquq Ermənistanı dalana dirəyib
Bu gün, 11:48
İraqdakı körpə uşaqların yaxınlarına ŞAD XƏBƏR - Dövlət hərəkətə keçdi
Bu gün, 11:45
Belarusda keçirilən sərgi-yarmarkada ən zəngin Azərbaycan stendi olub
Bu gün, 11:39
Azərbaycan iqtisadiyyatı 16% böyüyüb
Bu gün, 11:33
“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər
Bu gün, 11:30
Kəmaləddin Heydərov uşaqları sevindirdi
Bu gün, 11:25
Odessanın meri olmaq istəyirəm - Saakaşvili
Bu gün, 11:23
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirini qəbul edib
Bu gün, 11:19
Bakıda məktəb direktoru dünyasını dəyişdi
Bu gün, 11:18
“Qoca” ilə birgə qaçan məhbusun həbs müddəti uzadılıb
Bu gün, 11:18
“Ordumuza ən müasir silahlar verilib” - General Kərim Vəliyev
Bu gün, 11:12
Ağdaşda yeniyetmə qətlə yetirilib
Bu gün, 10:55
Yetim Eyvazın oğlu intihara cəhd etdi - VİDEO
Bu gün, 10:51
Azərbaycana qarşı qaz müharibələri: - banka şikayət yazıb 1.5 milyard dolları ləngidənlər kimlərdir...
Bu gün, 10:46
ABŞ 2019-cu ildə neft hasilatı üzrə Rusiyanı da qabaqlayacaq
Bu gün, 10:43
“Azəriqaz” həbsxananın borcunu səhv hesablayıb - MƏHKƏMƏ SİLDİ
Bu gün, 10:41
Binəqədi İcra hakimiyyətinin baş mühasibi həbs olundu - SƏBƏB
Bu gün, 10:38
"Azərişıq" borclu abunəçilərə xəbərdarlıq edib
Bu gün, 10:34
DSX-də 2017-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib
Bu gün, 10:24
II Dünya müharibəsində əsir düşən azərbaycanlı İsveçrədə vəfat edib, meyiti yandırılıb
Bu gün, 10:20
Xalq artistinin oğlunun dəhşətli həyatı - “Yeməyə pul tapmıram...”
Bu gün, 10:15
Rusiya Türkiyədə hərbi baza yarada bilər
Bu gün, 10:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - (055) 560 77 49 (070) 202 30 39 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru